Düşüncə Jurnalı

header photo

Stress və mərhələləri

                

   Stress fiziologiya, psixologiya, psixiatriya və tibb elmlərini əhatə edən, ümumilikdə tam və doğru bir izahı olmayan hipotetik bir anlayışdır. Selye tərəfindən 1936-cı ildə canlı orqanizmaya yönələn, ümumilikdə zərərli,yönələn təhdidin xüsusiyyətindən əlaqəsiz bir cavab ya da fiziki olaraq bədənin adi hallarda meydana gətirdiyi tarazlıqda dəyişikliklərə səbəb olan hərhansı bir vəziyyət olaraq qeyd olunmuşdur. Türkcə qarşılığı olaraq “zorlanma” ifadəsinin işlədilməsi tövsiyyə olunur.

   Orqanizmaya zərərli bir faktorun ani olaraq tətbiq olunması nəticəsində “ümumi adaptasiya sindromu” olaraq adlandırılan bir görüntü ortaya çıxır. Bu sindromda müşahidə olunan simptonların təhdidedici zərərli faktorun formasından, xüsusiyyətindən asılı olmayaraq ortaya çıxdığı qeyd olunur.Buna görə də bu reaksiyaların ortaya çıxmasına səbəb olan xəbərdarlıqların hamısına stress deyilir.

   Stressə cavab reaksiyasında birinci mərhələ ilk 24 saatı əhatə edir və həyəcan mərhələsi adlanır.Bu mərhələdə bədən stresslə ilk dəfə qarşı-qarşıya qalmaqla bağlı reaksiyalar verir.Bu reaksiyalar hormon ifraz edən organların həcmlərində qəfil azalma, mədə-bağırsaq sisteminin iç üzünü əhatə edən layın zədələnməsi və simpatik sinir sisteminin xəbərdar edilməsi ilə bağlı reaksiyalardır.

   Əgər eyni vəziyyət davam edərsə birinci mərhələdəki reaksiyalar yoxa çıxır və bədənin dözümlülüyünün artdığı ikinci mərhələ olan  müqavimət göstərmə mərhələsinə keçilir.Bu mərhələdə müqavimət stress hormonları olaraq da adlandırılan böyrək üstü bezlərdən ifraz olunan hormonlar tərəfindən təmin olunur.İlk iki mərhələ stressə verilən adi reaksiyalardır və organizmanın təhdid edici bir vəziyyətə qarşı uyğunlaşması və bu vəziyyətlə mübarizə aparmasına yönəlmişdir.Stress anında ortaya çıxan biyoloji dəyişikliklərin bir qismi “döyüş da qaç” kimi klassik mübarizə reaksiyaları adlandırılan fizioloji reaksiyaları əhatə edir.Bu fizioloji reaksiyalar davranışların yaranmasına və göstərilməsinə  təkan verərək canlı organizmanın həyatda qalması ehtimalının artırılmasına yönəldilmişdir.

   Stress hallarının davam etməsi vəziyyətində sonuncu tükənmə mərhələsi kimi qəbul edilən üçüncü mərhələ meydana çıxır.Adaptasiya enerjisinin tükəndiyi bu mərhələdə ilk mərhələdəki həyəcan resksiyaları yenidən ortaya çıxır, ölüm ya da psixiatrik-psixosomatik xəstəliklər ilə nəticələnir.Tükənmə mərhələsi stressin patoloji nəticəsidir.Davamlı olaraq stress vəziyyətində olmaq organlara fiziki olaraq zərər verə bilər və xəstəliklərin ortaya çıxmasına şərait yaradar.

   Digər tərəfdən qeyd etmək lazımdır ki, stress qarşısında ortaya çıxan xoşagəlməz hisslər insanlarda bu vəziyyət qarşısında problemin həllinə yönəlmiş bir motivasiya yaranmasına şərait yaradır.Bu kimi hisslərin ortaya çıxmaması da başqa bir patoloji vəziyyətdir.

          Stress, münasibət və ailə

         

   Ailə həyatının stresi bəsləyə biləcək bir çox faktoru əhatə etməsinə baxmayaraq bütöv bir ailə həyatının stresslə mübarizədə olduqca köməkçi olduğu görünür.Günümüzdə xüsusilə də kiçik ailənin qurulması evlilik ilə başlayır.Evlilik bir-birindən fərqli mühitlərdə, bəzən fərqli mədəniyyətlərin təsiri ilə və fərqli dillərdə böyüdülmüş, bir-birindən fərqli təhsil səviyyələrinə və fərqli təcrübələrə sahib insanlar tərəfindən həyata keçirilir.Yəni ailənin qurulmasının başlanğıcında özlüyündən var olan bu faktorlar sonrakı mərhələləri təhdid etmə riski daşıyır.

   Bir-birindən olduqca fərqli olan bu iki insan keçmişdəki ailələri ilə qurduğu münasibətlərdə, evlənmədən öncəki münasibətlərində və evlilik ilə qazandığı yeni münasibətlərdə, uşaq dünyaya gətirmə, bu uşaqları böyütmə və tərbiyə etmədə, yaşayacaqları yeri və evi seçmədə və bunlar kimi bir çox nümunədə olduğu kimi ortaq qərarlar vermək və minimum səviyyədə uyğunlaşmaq məcburiyyətində qalacaqlar.

   Şərtlər olmmasına baxmayaraq bəzi xüsusiyyətlətə məxsus cütlüklər daha çətin uyğunlaşmaqdadırlar.Yaşları bir-birindən normal ölçülərdən daha çox olan cütlüklərdə bəzi mövzu və vəziyyətlərdə eyni fikirdə olmaq çətin ola biləcəyinə görə uyğunlaşmaq çətinləşir.Bir-birindən uzaq social-iqtisadi səviyyəyə sahib olmaq və ya çox fərqli təhsil səviyyələrinə malik olmaq ortaq məxrəci daralda biləcəyinə görə problemlər meydana gələ bilər.Başlanğıcda bu kimi problemlər risk faktorları olmayan evliliklərin daha uyumlu ailələr qura biləcəyi düşünülür.

           

   Ailə içərisində baş verən stressin önəmli bir hissəsi ailə içərisindəki münasibətlərlə əlaqəlidir.Stressi yaradan sadəcə tərəflər arasında münasibətdəki problemləri deyil.Valideyn və uşaqlar arasındakı münasibət,uşaqların bir-biriləri arasındakı münasibət və hətta geniş bir ailədən bəhs etsək ailə üzvləri ilə digərləri arasındakı münasibət səviyyəsi stressin yaranmasına təkan verir.Ailə içərisindəki münasibətə ailə üzvləri təşkil edən insanların bir-birləri üzərində hökmranlıq etmə istəyi damga vurursa,münasibətlər daha çox insanların bir-birlərini günahlandırdıqları cümlələr və davranışlardan ibarətdirsə,daha çox insanın qarşısındakını dinləmə və başa düşmək səyi ilə deyil də öz bildiklərini diktə etmə şəklindədirsə,məhdudlaşdırıcı və təzyiq edici xüsusiyyətlət daşıyırsa və bərabər deyilsə, hərhansı bir mövzuda azlıq təşkil edənin də haqları qorunmursa gərginlik və stressin ortaya çıxması qaçınılmazdır.

   Ailə içərisindəki münasibətlərdə xüsusilə aktual bir vəziyyəti əlaqələndirən mövzularda “keçmiş dəftərləri açmaq” və ya qarşıdakı insanın olduqca həssas olduğu mövzularda “damarına basmaq” tez-tez edilən səhvlərdir.Belə vəziyyətlərdə aktual problemə fokuslanmaq,bu problemdən kənara çıxmamaq, keçmişi mübahisə etməyin problemin həll olunmasına kömək etməyəcəyini ağıldan çıxarmamaq gərginlik yaradan bu səhvin baş verməsinin qarşısını ala bilər.Eyni zamanda ailə üzvlərinin öz hisslərini ifadə etməsinə kömək edən demokratik və bərabər mühitin yaradılması, inamın itirilməsinə səbəb olan söz və hərəkətlərdən uzaq olmaq, hərhansı bir problemin həllində mütləq tək bir yolun olduğu düşünülməsindən vazkeçmək ailə üzvləri arasındakı münasibətin daha sağlam olmasına və bundan ötrü ailədaxili stressin azalmasına səbəb olacaqdır.Əvvəldə də qeyd olunduğu kimi münasibətləri sağlam olan bir ailənin üzvü olmaq həyatın başqa sahələrində də baş verəcək müxtəlif stresslər qarşısında insane daha asan mübarizə aparmaq şansı verəcək.

    Diqqət! Ailə daxilindəki stressin önəmli bir hissəsi ailə içərisindəki münasibətlərin forması ilə əlaqəlidir.

 Tərcümə olunmuş məqalə.

Tərcümə etdi: Təhminə Mehralıyeva

Mənbə: "Ailə psixologiyası və tədrisi" Anadolu universiteti və nəşrləri № 2743

 

Go Back

Sorğu göndər