Düşüncə Jurnalı

header photo

Zaman...

Hər gün fərqli mövzu, fərqli gün­dəm. Baş döndürən yeniliklər, içindən çıxıl­maz problemlər, fəlakətlər. Mühari­bələr, seçil­mə­lər, anlaşmalar, məğlubiy­yətlər. Və bu nəhəng dəyişmələr qarşısında fərqinə varmadan sür­ətlə keçən zaman. Bugünün tarixi ilə sətirlərin yazılma tarixini nəzərdən keçirin. Siz də mə­nim­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ kimi “Zaman necə də sürətlə gedir”, - deyəcəksiniz.

 Əslində zaman məfhumu bəşər tarixiboyu insanların maraq dairəsində olmuş, bəzən müxtəlif şərhlərə tabe tutulmuş, bəzən də bir müəmma olaraq yadda qalmışdır.

Fəlsəfi yorumlarda zaman məfhumuna Eynşteynin məkana və hərəkətə bağlı izafi zaman düşüncəsindən Nyuton və Klarka gorə mütəq var olan zaman anlayışına, Leibniz və Kanta görə zehin kateqoriyasında təsəvvür edilən  zaman qavramından Berson istituionizminə əsaslanan zaman idrakına qədər fərqli aspektlərdən toxunulmuşdur.

Qədim fəlsəfi düşüncələr arasında zaman məfhumunun ən dərin izahı Auqustinusa aitdir. “Əgər kimsə soruşmasa, bilirəm. Yox, birinə cavab verəcəksəm, bilmirəm”.

 Osvald Spenqler də zamanı “Zaman bir növ tilsimdir. Sadəcə düşü­nərək əldə edilən bir kəşf və qavranlması çətin bir şeyi ifadə etmək üçün isti­fadə edilən bir kəlimədir” sözlərilə  izah etməyə çalışır.

Hər kəsin fərqli prizmadan təhlil etdiyi zaman, həqiqətən “çətin tap­maca” halına gəlmişdir. Bu konteksdə söylənənlərin hamısı doğru olmadığı kimi, hamısına da səhv demək olmaz. Hətta doğru qəbul etdik­lərimizdə belə müəyyən çatışmazlıqlar möv­cuddur. Lakin bütün bunlar bir yana hər kəs tərəfindən qəbul edilən bir fakt var: insanların zaman mövzusunda həs­sas olma­dıqları.

 Məhz buna istinadən sözlərin ən gözəlini söyləyən Peyğəmbər Əfəndimiz (s.a.v) “İki nemət vardır ki, insanların çoxu bunların qiyməti haqqında aldanma içindədir: səhhət və zaman”, - buyurur.

Halbuki düşünsəniz, Yaradıcının insanlara bərabər olaraq payladığı tək şeyin zaman olduğunu görəcəksiniz. Əsla vaxtım yoxdur deməyin. Edisonun, Eynşteynin, Pasterin də günləri 24 saatdan ibarət idi.

Əslində, geri sayım doğulduğunuz andan etibarən başlamışdır. Hər kəsə günü 86400 saniyədən ibarət sərmayə verilmişdir. İstifadə etsəniz də, biganə yanaşsanız da, mütləq bitəcək bir sərmayə. Əldə etdikləriniz qiymət­ləndirdiklərinizlə ölçüləcək. Bəs, görəsən insanlar vaxtlarının nə qədərini qiymətləndirə bilirlər?

Həsən Bəsri Yazıcı “Həyatı gözəl və anlamlı yaşamaq” adlı kita­bında insan ömrünün necə keçdiyini aşağıda verilmiş bir araşdırma ilə ortaya qoyur.

 -70 il  Həyat                                  .             

-20 il  Yuxu

-16 il  Təhsil almaq

-  4 il  Yemək

-  4 il  Səyahət etmək

-  5 il  Şəxsi qulluq

-  3 il  Kino, teatr,televizor

-  3 il  Səyahət, telefon danışıqları

-  1 il  İtmiş bir şeyin axtarılması             

 14 il  Geriyə qalan zaman dilimi

 Qəribədir, geriyə sadəcə 14 il qalır – yetmiş illik ömrün 20%-i. Həyatımızın 20%-lik müddətində 80%-ni qazanırıq. Əgər bu zaman dilimini səmərəli istifadə edə bilsək, ömrümüzün 80%-ində müvəffəqiyyət bizi təqib edəcək. Lakin səmərəli istifadə prossesi o qədər də asan olmayacaq, yol­boyu zaman tələləri ilə qarşılaşacaqsınız.

 Zaman Tələləri

 Zaman idarəetməsi sahəsində artıq məşhur bir termin var: zaman tələləri. Hörümçək toru kimi dünyanı saran və insanların böyük əksəriy­yətini təsiri altına alan tələlər. Mücadilə etmək məcburiy­yətin­dəsiniz. Çünki keçən dəqiqələr ömürdən gedir. Fateh Sultan Məhməd “Düşməni tanımaq möh­təməl təhlükələri əvvəlcədən önləməkdir”, - deyir. Deməli, müvəf­fə­qiy­yət naminə atılmış hər addımda yolumuzu kəsən və bizi bir düşmən kimi uğursuzluğa sürükləyən zaman tələlərini tanımalı və müvafiq tədbirləri əv­vəl­cədən almalıyıq.

 Bir ömürboyu qarşılaşdığımız zaman tələləri:

 

-          Ertələmək, təxirə salmaq

-          Televizor

-          Boş vaxt keçirmək

-          Mükəmməllik arayışı

-          İşləri əhəmiyyətinə görə sıralamamaq

-          Hər işi görməyə çalışmaq

-          Plansızlıq

-          Dəvətsiz qonaqlar

-          Yuxu...

 

Səmədova Sərfin. Bakı Qızlar Universiteti. Sosial Psixologiya 

Go Back

Comment