Düşüncə Jurnalı

header photo

"OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI"

 Aprel ayını tam fərqli konsepsiyalı NƏZƏRİ və PRAKTİK təlimlə başa vururuq. 

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, "Hipnoz" Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında "OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI" təliminə dəvət edir. 
Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla zəngin təlim qeyd olunan mövzuları əhatə edəcək:

 Obsessiv-kompulsiv pozuntunun mahiyyəti, klinik-psixoloji təsviri, tarixi.
 Obsessiv-kompulsiv pozuntuya müxtəlif yanaşmalar. Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri; nələr obsessiv-kompulsiv pozuntu hesab olunur?;
 Obsessiv-kompulsiv pozuntunun simptomları, inkişaf etməsində risk amilləri;
 Obsessiv-kompulsiv pozuntuda fərqli görüntülər ( kimlərdə necə təzahür edir?);
 "AĞ AYI" testi (PRAKTİK ÇALIŞMA). Zehni nəzarət paradoksu.
 Obsessiyalara qalib gəlmə;
 Obsessiv-kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapevtik metodlardan istifadənin rolu ( relaksasiya, hipnoterapiya, koqnitiv terapiya, geştalt terapiya, art-terapiya və s.).

Təlim 28 Aprel 2019-cu il tarixində saat 13:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcəkdir. 
Təlimdə iştirak ödənişlidir.
Ödəniş: 30 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 15 AZN təşkil edir. 

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/ what's app)

Go Back

Sorğu göndər