Düşüncə Jurnalı

header photo

Blog posts : "Sevgi köşəsi"

Nəzrin Ömərzadə - Sevgi

Sevgi - ürəyin elə döyüntüləridir ki, sən özünü hər şeyə qarşı mübarizə apara biləcək qədər güclü hiss edirsən. O qədər güclü olursan ki, həyatın boyu atmayacağın addımları belə atacaq qədər cəsarətin olur. Sən sabahın necə olacağını düşünmürsən, səni yalnız bu an düşündürür, bu an onu sevirsən ve bu hər şey üçün kifayətdir. Qoy səni sabah onunla bədbəxtlik gözləsin. Amma sən onunla birlikdə gələn bədbəxtliyə belə razısan. Əsil xoşbəxtliyin onun yanında olması olduğunu bilirsən çünki. Bax bu əsil sevgidi. Əgər sevirsənsə ve duyğuların həqiqətən saf və məsumdursa, sevgi səni kamilləşdirəcək, sən bu ali hissin köməyi ilə mənən təmizlənəcəksən. Yalnız sevgi insanı mələklərdən belə yüksəyə qaldıra, heyvanlardan belə aşağı sala bilər...

Və Henrix Heyn sevgi haqqında deyir: "Mələklər bunu səmavi sevinc, şeytanlar ise cəhənnəm əzabı adlandırırlar. İnsanlar isə buna sevgi deyirlər"

Nezrin Ömərzade

Go Back

Əvəz Səfərov- SEVMƏK BİLİRSƏNMİ NƏDİR

Sevmək bilirsənmi nədir? Səni sevmək 2 şeydir:sevinc və kədər.Sevinc həyatımda olmağın,kədərsə indi burda olmamağın,mənə çox uzaq bir yerdə olmağın.Amma sənə olan həsrətim hər gün daha da çoxalır.Sadəcə 2 kəlimədən sənə olan sevgimi başa düşərsənmi? SƏNI SEVİRƏM..Heç kimi sevmədiyim qədər səni sevirəm.Səni düşündükcə bəzən ağlamaq,bəzən də gülmək istəyirəm.Bəzən də suallarla dolur səni sevən bu qəlbim:bu yolun axırı hara gedir deyə,sonumuz nə olacaq deyə.Heç çıxmır bu suallar beynimdən. Həmişə sənə deyirəm:SƏN MƏNİM HƏRSEYİMSƏN..Ama indi hər şey sənsizdi.Hər yer sənsizdi…İndi mənə qalan sadəcə xatirələrdi ve 5-10 saatlıq yatdığım yuxularımda mənlə olan sevgilimdi.Hər gün ağlayıram.Oyuncağı əlindən alınmış uşaq kimi.Bəlkə də dünyaya gələrkən bu qədər ağlamadım heç.Yoxluğun bəs deyilmiş kimi səsini eşitməmək daha da çox əzab verir mənə.Hər şeyim var ama elə bil nəysə çatışmayan 1 şey var.Həəə tapdım çatışmayan 1 tək sən varsan. Böyük bir SƏNSİZLİK var.Eeey bezdim artıq hər gün eyni həyatdan,hər gün hələ doğmamış olan günəşə “sabahın xeyir’’ deməkdən,hər gün darıxmaqdan.BEZDİM SƏNSİZLİKDƏN… Gəl,hərşeyim.gəl ki, mənim ol.Gəl ki, bir sabah oyandığımda sən ol yanımda.Gəl səninçün çox darıxan biri var çünki…Səni çox sevən biri var çünki…Səni coooox sevən mən varam çünki…

Əvəz Səfərov

Go Back

Nigar İsmayılova - SEVGİ NƏDİR

Bilməzdim "Sevgi nədir?"

Sənə rastlaşana qədər mən sevgi nədir bilmirdim, sevginin nə olduğunu bilmirdim,sevginin nə rəngdə olduğunu bilmirdim, sevgiyə görə həyəcan,narahatlıq, təmənnasız yaxşılıq, özündən çox onu düşünmək, daim beynində və ürəyində onun adının, simasının fırlanması olduğunu bilmirdim. Sevginin nə zaman gələcəyini, məni yaxalayacağını və bir daha məni buraxmayacağını bilməzdim.

Səni sevdikdən sonra özümə təəccüblənməyə başladım, niyə ? Çünki məhz səni sevdikdən sonra dəyişdim , gözlərimə işıq gəldi və daha tez-tez gülməyə başladım, rəngsiz, monoton və mənasız görünən həyatım birdən-birə göy qurşağı kimi əlvan rənglərə boyandı, həyatımın rəngi oldun sən, daim yanan odlu-alovlu, təlaşlı,həyəcanlı və həmişə qəlbimi riqqətə gətirən qırmızı rəngi oldun sən. Həmin o qırmızı rəng ki, həyatımı,daha mənalı,məzmunlu və dolğun etdi. Sən həyatıma girdikdən sonra özümün inanılmaz dərəcədə dəyişəcəyimi bilməzdim, bilməzdim ki, insan sevdikdən sonra daha müdrik ola bilər, daha xeyirxah ola bilər,hər kəsə təmənnasız yaxşılıqlar edə bilər, daha fədakar ola bilər və bəzən də sevgi naminə dəlilikdə edə bilər. Bilməzdim ki, insan sevəndə sevdiyinin qüsurlarınada göz yuma bilər və onu bağışlaya bilər və onu olduğu kimi qəbul edə bilər. Bilməzdim ki, insan sevəndə daha mübariz və səbrli ola bilər. Kimin naminə? Məhz onun varlığının naminə, onun bu dünyada mövcudluğunun xatirinə. Bilməzdim ki, sevgi insanın ağlında kök salmış ən şirin və məzəli xatirələrin canlanmasının inikası olub ürəkdə ən xoş hissləri çulğalamasıdır. Bilməzdim ki, sevgi insan qəlbinin dərinliklərinə nüfuz edərək orda kök salıb bütün qəlbi sarmaşıq kimi özünə sararaq o yanında olmayarkən belə qəlbini sıxmasıdır, onun üçün darıxmasıdır.Bilməzdim ki, ondan ötrü böyük fədakarlıqlar edib qorxaqlığa üstün gəlməkdir.

Bilməzdim ki, onun sevincinin sənin sevinci , kədərinin sənin kədəri olduğunu. Onun gülüşünün sənə dünyaları verdiyini bilməzdim. Onun varlığı ilə səni tamamladığını bilməzdim. Onu bilmədən incitdiyində belə dərin peşmanlıq duyaraq qüruruna üstün gəlib ondan üzr istəmək və bağışlanmağını dilə gətirmək olduğunu bilməzdim. Ümidsizliyimin düşməni, arzularımın və özümü tapmağın ilham mənbəyi olduğunu təsəvvürümə belə gətirməzdim. Sevgi Xalid Huseynin“Çərpələng uçuran” əsərində deyildiyi kimi “Səndən ötrü min yol” deməkdir. Həyatıma gəldiyin üçün sənə sonsuz təşəkkürlər və tanrının səni mənə bəxş etdiyi üçün min şükürlər olsun!

Nigar İsmayılova

Go Back

Bahar Quliyeva - SEVGİ MƏKTUBU

İlk məktubumdur sənə etiraf edirəm sevdiyimi. İndi soruşsalar sevgi nədir? – gözlərimi gözlərində görərək işıq saçmağımdır sevgi.

Hələ sənin üzündə təbəssüm belə görsəm hər anım bahar olur və bircə bilsən sənin gülüşün mənimçün neçə bahardır...

Sənin möhtəşəm qəlbinə aşiqəm. Inşallah bir ömür həyatımda gözlərin gözlərimdə parıldayar.

BAHAR QULİYEVA

Go Back

Leyla İbrahimova - SEVGİ - QƏFİL GƏLƏN,QAPINI DÖYMƏYƏN QONAQ

Sevgi hissi mənə görə narkotik kimi bir şeydir. Amma təbii ki, belə müqəddəs duyğu ilə etdiyim bu bənzərlik tamamilə şərtidir.Ilk əvvəl insana xoşbəxtlik gətirir,dünyanın ən gözəl hissiymiş kimi duyur insan amma sonra sevgi öz tikanlarını çıxaranda insan sanki bilə-bilə özünü yanar alovun içinə atır... Heç kimin təsiri olmadan,heç kim səni bu uçuruma itələmədən özün öz ayaqlarınla gedirsən bu uçuruma amma getdiyin yerin uçurum olduğunun fərqinə varmadan...

Sevginin bizə ən qəribə oyunu isə heç düşünmədən,qəfil gələn,qapını döyməyən bir qonaq kimi bütün həyatımıza , ruhumuza daxil olub bizi tamamilə əlinə almasıdır... Heç tanımadığın biri özünün də xəbəri olmadan sənin həyatında ən vacib birinə çevrilir... Qəfil biri qarşına çıxır , varlığıyla bütün qəlbinin,ağlının sahibinə çevrilir. Möcüzələr yaradan bir qəhrəmana çevrilir... Onu gördüyüm an sanki bütün zaman durur , ətrafdakı nə hərəkət varsa , kim varsa, nə səs varsa hər bir şey yox olur və o an sadəcə " o" və " mən" oluruq. Amma çox qəribədir bütün gecəni düşünüb , üzünü gözünün qarşısına gətirib, gözünü yumduğun an surəti beynində əks olunan o insanı "1saniyə belə olsun görüm mənə yetər "desən də üz-üzə gələndə gözünün içinə baxa bilmirsən utandıgından... Elə ən məsum,zərərsiz bir hiss deyilmi sevdiyini utanc hissi ilə sevmək ? Baxışlar üst-üstə düşməsin deyə ya onun xəbəri olmadan gizli-gizli baxarsan , ya da ona baxmaq istədiyin an artıq onun sənə əvvəlcədən baxdığını görüb başını aşagı salarsan sırf utandığından... Necə deyərlər əgər kimsə səndən baxışlarını qaçırmaga çalışırsa, demək o gözlərdə sənə aid bir şey vardır...

Sevən insan artıq daha az gülər, daha çox susar, daha çox düşüner, gözləri daha çox uzağlara geder. Tədricən bu duygulara alışar. Amma elə insanı en çox incidən də bu gözel duyğuları yaradan sevgidir... Bir düwünün:bütün bu duyğulardan “onun” xəbəri yoxdur.Yenə də heç bir şeti görüb anlamır.Həqiqətən də çox qəribə və insanı daxilən yeyib bitirən bir hissdir: heç tanımadığın biri üçün darıxmaq,aradakı məsafənin belə ne qədər olduğunu bilmədən və buna önəm vermədən sevmək. Amma bəzən sevmək çare olmaz , hecne ede bilməz insan... Sadəcə olaraq bildiyim bir şey var ki , sevən insan heç vaxt sevməkdən yorulmaz. Heç nə edəbilmədiyi üçün bəlkə də kənardan sadəcə " o sevmir, sadəcə bağlanıb" kimi görünsə də, əslində onu sevməkdən heç vaxt imtina etməz , sadəcə kənarda qəhrəmanın bir möcüzə yaratmağını səssiz ve səbrli bir şəkildə gözləyər... İnsanın ürəyindən onun qarşısına keçib "mən burdayam , səni gözləyirəm "demək gəlir amma əslində onun da xəbəri olmur bəlkə də bu möcüzənin özünə çevrildiyinden... Heç bir şey deyişmir əslində , sadəcə susursan ve səndə o duyğuları yaradan insan üçün darıxırsan.Onun gözlərini,baxışlarını sevərsən, bir uşağın məsumiyyəti ilə sevərsən başqa heç bir şey düşünmədən...

Amma bir gerçəklik var ki , sevgi belə olmur sevdiyim... Tək mənim, ya da sənin sevməyinle olmaz bu sevgi... Duygularımı bilsə bəlkə də çox şey dəyişər amma nə deyə bildiklərimi, nə də ki deyə bilmədiklərimi-heç birini bilmir... Görəsən insanı gah sevindirən , gah da üzən bu duygular, həyatın bizə bir hədiyyəsidir yoxsa hansısa günahın bədəlidir ?? Hədiyyədisə, artıq göstərsin əsl üzünü həssas qəlbimi daha da çox incitmədən... Bəs əgər bədəldirsə , çox ağır deyilmi bu cəza ? Kiməsə paylaşılası,deyiləsi duygular da deyil bunlar,çünki ifadə etməyə sözlər yetməz... Yolu yoxdu bunun... Ya ürəyinə qıfıl vurub açarını fırtınalı dənizə atmalısan heç kəsin əlinə keçməsin deyə, ya da hər cür tikanlarına, alovuna, közünə dözüb bir ana kimi duygularına sahib çıxmalı , onu bəsləməlisən...

Sonda sevdiyinin elini tutacagın ümidi ile... Ümid edin ,isteyin,xeyal qurun...Mümkün olmasa da belə bəlkə də güclü istəyiniz,sevdanız sizə bir cavab verər...Mən belə edirəm,düzdü bu bəzən insanı çox üzür,gerçəkləşəcəyini yaxud əksinin olacağını bilmirsən... Amma inanıram ki , əgər ürəkdən , bütün ruhunuzla istəsəniz her şey mümkündü. Nəinki sevdiyinizə qovuşmaq , hər bir şey mümkündü. Əsas odur ki , arzusunda olduğunuz, xəyalında oldugunuz hər bir şeyin yanında özünüzü təsəvvür edə biləsiz , onun yanında olmağa hazır olduğunuza bütün varlığınızla inanasız.

Onsuzda hər nə qədər bizi incitsə də, hətta bəzən ağlatsa da bu hisslər SİZİN hisslərinizdi , ona görə də xəyallarınızı özünüz qədər çox istəyin , axı onlar SIZIN təfəkkürünüzün nəticəsidir ( bəlkə də çoxları bu fikrimlə razı olmaz amma xəyalpərəst biri olduğum üçün belə düşünürəm :)  )

Leyla İbrahimova

Go Back

Qönçə Xəlilzadə - HƏR TƏRƏF SAPSARI

Hər tərəf sapsarı..qızılı rəngə boyanmışdı.Gözlərim önündən keçən insanların ayağı altında qalan yarpaqların xışıltısı məni daha da həyəcanlandırırdı. Bu həyəcan nə sevincdən, nə də kədərdən doğmuşdu. Bu həyəcan vaxtsız gərçekləşmiş bir ümidin bəlirtisi idi. Heç bilmirdim sevinim ya qürurlanım. Uzaqdan gülüşləri qulaqlarda çınlayan iki gəncin bəxtəvərcəsinə gedişi mənə belə pıçıldadı:qürurlanmağa dəyər. Axı bu ədalı iki gəncin yaratdığı səhnə elə mən idim! Bəli mən! O bəxtəvər, qayğısız iki gəncin yansıtdğı sevgi məhz mən idim! Gülüşləri qulağımda nəğmə kimi səslənən, baxışları ətrafdakıları qısqandıran, yandırıb yaxan sevgi....mən idim! Çünki mən də sevgidən doğulmuşdum.

Var olan iki gəncin məhəbbətinə sayğısızlıq, dəyərsizlik verilmişdi. Heç kəs onların cütlüyünə, qurduğu yuvaya dəstək və dəyər vermirdi.Bu gənclərin özlərinin də hiss etmədən həyatın çətinliklərinə inad sevgi dolu bir həyat yaşaması möcüzə idi. Siz heç yazıq, yetim, sahibsiz birini görmüsünüzmü? Bax, mən elə birisini xatırladacaq qədər kimsəsizin sevgisiyəm. Qışın qarının, payızın küləyininin, yazın yağışının,yayın günəşinin sərtliyinə dəvam gətirən bir sevgiyəm. Siz heç bilirsinizmi yoxdan varın var oluşu nə demək? Bax, mən oyam!Mən anasız,atasız,bacısız,qardaşsız bir ananın, atanın ümidiyəm. Uzun illərin yorğunluğu, daşan səbrin tutunduğu, qırılan və doğan ümidin özüyəm mən! Mən bir sevgiyəm! Üstü çöplərlə bəzənmiş balaca bir daxmanın içindən yaşıl ormana qapı açan,qutu kimi bir evciyin içində sevgi dolu bir ailənin sevgisiyəm! Burada hər şey var. Lap cənnət kimi.... qazanmaq üçün sahiblərim kimi fədakar olmaq gərəkdir. Hə? Düsturu mu lazım sizə? Verim:

Sevgi, əmək, fədakarlıq, cəsarət və şübhəsiz güvən ....

O qədər fərqliyəm ki ( yox,əsla düşünmə bu eqoistliyimdəndir. Bu həqiqətdir! Əminliyinə inanığım bir həqiqət... ) özümü hər kəsdən hər an belə sanıram. Axı mən sevgiyəm. Axı mən sevgini əmanət bilən, öz sevgisi uğruna gəncliyini qurban verən iki gəncin yaratdığı bir sevgi. Üzərimdəki əlbisəm belə sevgidən. Toxunduğum hər yan, hər şey sevgidən. Ona görə də addımlarım bərkdir, möhkəmdir. Çünki çiynimdəki yükümdə sevgidir. Bu yükü daşımağa da sevgi gərəkdir.

Elə düşünməyin bu sevgi yoxları, yorğunluğu, ümidsizliyi bilməz! Bilər.. əlbət bilər.. ama yenidən sabahları əlbəttəki açılacaq bir gecə kimi bitər. Niyə də bitməsin? Mənim sahibim həyatın çətinliyini dırnaqlarıyla aşır.Mənim sahiblərim o qədər zərif, o qədər də sərtdir ki... Hər şeyə, hər kəsə sevgisiylə varam deyər. O varki məndə varam. Yoxsa var oluşum anlaşılardımı?! Odurki adıma şeirlr, nəğmələr,romanlar yazılar, filmlər çəkilər. Sevgi mənəm. İnsanların ümidli gələcəyində. İnanıram ki hər kəsin sevgisi mənim kimi doğulmuş .yoxsa ona sevgi deyilməzdi.

.....Bir azdan o xışıldayan yarpaqların üstü ilə xoşbəxtcə dünyanın bütün qayğılarını geridə buraxan o gənclərin dalınca məndə addımladım. Yuxarıdaki düşüncələrlə məni sevgiyə inandıran, həyata bağlayan, sevginin mən olduğunu qəbullandıran Tanrıma minnətdarlıqla təşəkkür etdim. Ki, mən sevgini qorumuş!Yol məni passiyentlərimlə görüşə aparırdı. Onlara da sevgi aparırdım. Bütün qəlbimlə. Arxada qalan sahiblərimin mənim kimi bir sevgini barındırdığına şükürlənirdim.

Qönçə Xəlilzadə

Go Back

Ülkər Qədiyeva - SEVGİ NƏDİR

Sevgi nədir?

Sevgi Allahın bizə bəxş etdiyi ən gözəl duyğulardan biridir...dərk edilməyəcək qədər sadə, müqəddəs hissdir. Tam mənası ilə həyatın özüdür. Sevgi əbədiyyətdir, izahı olan və izahı olmayandır, yazmaqla bitməz bir dastandır, oxumaqla qurtarmaz bir romandır, həzin bir musiqi kimi insanın huşunu başından alan bir duyğudur. Özəl və gözəl duyğu.

Bəzilərinə görə bəlkə də ən böyük dərddir sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir, bəzən gecələri səhərədək gözləmək, bəzən heç yatmamaqdır, bəzən ən zəif yerimiz, bəzən ən güclü yerimizdir. Sevdiyin insana toxunduqda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir sevgi.

Sevgi...gözlərdən, sadəcə baxışlardan hər şeyi anlamaqdır. Bir baxışla başlayan və ürəyin ən dərinliklərinə axan, səni səndən alan bir duyğudur. Eyni zamanda məsuliyyətdir, güvəndir, etibardır, qorumaqdır. Sağollaşdıqdan sonra yenidən salamlaşdıqda eyni həyəcanı keçirməkdir, yenidən, hər gün yenidən sevməkdir. Sevdiyin insanı hər gün yenidən kəşf etməkdir. Sevgi qaranlıq içində ümid işığıdır, o işıq ki, onun sayəsində nura qovuşursan. Hər anının onunla olmaq arzusu, hər səhər onun sabahına oyanmaq, həyat nə qədər çətin olursa olsun onunla birlikdə yaşamaq....yaşlanmaq istəyidir. Onunla yaşadığın hər dəqiqəni xatırlayıb özünün də xəbəri olmadan gülümsəməkdir..., onsuz həyatını təsəvvür etməmək, sənə qarşı hisslərinə, sevgisinə, ürəyinə görə sevməkdir. Sevgi bəzəndə qorxudur... itirmək, aldadılmaq, unudulmaq qorxusu.

Sevgi bir sözlə HƏYATDIR ...sənin həyatın... o tək sənindir, sənə aid və sənə məxsusdur...

Bəzən sevgi quraqlığda yağan yağış tək xilas edir, bəzən də yandırıcı cəhənnəm əzabına çevrilir. Onun əbədi intizarı sonunda məcnunluğa səbəb olur. Uğursuzluğa düçar ola bilər, amma qəlbin bir guşəsində özünə əbədi yer edərək qalmaqda davam edir.

Heç nə sevgini itirməyə dəymir... Dəyərini bilmək lazımdır ki, sonrasını kaşki....lərlə keçirməyəsən.... Bəzən insan sevsə də boynuna almaq istəmir, çox çətin olur dərk etmək, qəbul etmək....Ən acısı sevib qovuşmamaqdı, heç vaxt qovuşa bilməyəcəyini bilərək sevməkdi… Keçib getmir…həsrəti, sevgi hissi, düşüncəsi.. Xəstəlik deyil ki dərmanı olsun, sadəcə çox qızğın iş rejimi, boş vaxtın qalmaması, yadına düşməmək üçün fürsət yaranması hissləri sovuşdura bilər, amma unutmaq mümkünsüzdü. Gecənin səssizliyi insana unutmaq istədiklərini xatırladır. Bilmirəm biz gecənin gəlişini kədərimizi həzin-həzin anlatmaq üçünmü gözləyirik, yoxsa gecə özü ilə birlikdə bizə həzin kədər gətirir.

Məhəbbət ağac kimidir : öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir. ( V. Hüqo)

Sevgisiz həyat yaşamağın səbəbsiz olduğunu göstərən səbəbdir demək olar...

hamınıza SEVGİDE...uğurlar

 

Go Back

Sevər Bayramova - SEVGİ OLSUN

Sevgi olsun..

Sevgi bir musiqinin sözləri sevməsidir. Sevgi şairin yazdığı şeirləridi, qələmin vərəqə olan hissləridir..

Nədir sevgi? Ülvi bir hissdir. İzahı olmayan, rəngləri bir yerdə toplayan bir hissdir. Sevgi sevirəm kəlməsini qəlbən deməkdi. Sevgi bu yazının təsirli olmasını istəməyimdi.

Sevgi.. Bir çoxlarının yoxdu deyə inkar etdiyi, lakin daima yaşadığı bir hissdir. Şablonları sevdirən, nifrəti məhv edəndi sevgi..

Sevgi nədir? - deməsin heç kim. Sevgi izah olunmayan xoş bir hissdir..

Sevgi onu düşünərkən həyəcanlanmaqdı, sevmək, dəyərləndirməkdi. Hər dəfə xatırlayanda gözlərinin dolmağıdı sevgi. Yanında olmaq, onu itirməkdən qorxmaqdi sevgi. Sevərkən sevilməkdi.. Sevgi.. sevgi bunu yazarkən belə kədərlənməkdi..

Sevgi nədi deyin mənə,

Məndə sevim bircə kərə

Zamana əks gedə-gedə,

Sevgi nədi deyin mənə.

Nədir axı bu hisslər?

İnsanın qəlbi istər

Daim yanında olsun,

Onu sevib, oxşasın..

Atasımı, anasımı,

Ya sevdiyi bir insanmı?

Fərqi yoxdu sevgi olsun

Qəlbən olsun, səmimi olsun..

Musiqi olsun, şeir olsun

Ya da bir kitab olsun

Esas odu sevgi olsun,

Daşdan yox,hisslərdən olsun..

******

Qəlbim bir quş tək qanad çalır..

Səbəbsiz, kimsəsiz, sevgisiz alovlanır..

Qəlbim səni mənə qısqanır..

Qəribədi hə? Dinlə musiqini.

Hə.. pianino notları və o..

O kimisi üçün sadəcə o'dur.

Amma.. Yox nəsə cümlələr bayağılaşır bir də başdan.

Səssizlik, qəlbin səssizliyi.

Həqiqəti hayqırarkən bunları kimsənin duymaması..

Sözlərə baxış.. Bir az romantika bir az da qış.. Bütün bunların qarşılığında isə böyük bir qorxu.. Sevmək, sevilməmək və sonda itirmək.. Ya da sadəcə itirmək. Amma sevgi.. O daima qalacaq. Yox axı bu hisslərimin səsi deyil. Yenə inkar edirəm. Axı niyə? Olmazmı bir dəfə də qəbul etsəm.. Qəbul etsən.

Baxma o soyuq baxışlarla.. Çünki o baxışlar qəlbimi üşüdür. Əllər istidi. Hə soyuq baxış və isti əllər. Bilirsən niyə? Çünki əllər cibdədi..

Bayaq baxma dedim bağışla.. Elə demək istəmədim. Bax.. uzun və mənalı baxırsan. Gözlərində görürəm o xoşbəxtliyi..

Yox, ağlamıram. Bir az kədərləndim. Qəbul edirəm sevirəm həm də, sənin məni sevməyəcəyin qədər çox sevirəm..

Sus.. Heç nə demə. Hakim kəsilsin bu dəqiqələr ömrümə. Getməsin zaman, dursun əqrəblər. O baxışların həkk olsun beynimə.. Sevirəm də mənə. Yaşat məni səni xəyallarımda yaşadığım kimi.. Sev məni hər səhər oyananda həyatı sevdiyin kimi.. Ya da sevmə məni, amma tərk etmə sevgimə tamaşa elə..

Barmen bir şüşə daha...

Sevər Bayramova

Go Back

Fərəh Quliyeva - SEVGİ

SEVGİ!

Anlamı böyük, dəyəri böyük, daşınması olduqca məsuliyyətli bir hissdir. Anladaq o zaman sevgi nədir? Sevgi necədir? Dadı varmı? Var! Rəngi varmı? Var! Nə gözəl! O, zaman dadan coxmu? Dəyərini bilən coxmu? Bu olduqca önəmlidir. O zaman bildiklərimi sizinlə paylaşım. Sevgi duymaq istədiyimiz, muqayisə edilməyəcək dərəcədə möhtəşəm bir duyğudur. Sevirəm dediyimiz hərkəs bizim bir parçamızdır. Sevirəm deyəcəyim insanlar əhatəmdə coxdur. Əslində mən bu mövzuda özümü çox şanslı sayıram. Yaşadığımız həyat sıxıntılı ve üzücü hadisələrlə doludur bəzən. Düşdüyümüz çətinlikdən çırpınıbda çıxmağa çalışmaq istədiyimiz anlar vardır. Əsil dərinliyinə vardığımızda isə her zaman bizə kömək edən sevib, seçdiklərimizdir. Sevgi azaddır? Sevgi az az addır. Sevgi əslində nə tələffus , nə ifadə, nədə rəsmin çəkəbiləcəyimiz bir hissdir. Sevgi, xoş duyğuların çələngidir. Doğmalıq, biri-birinə bağlılıqdır. Sevgi ailədir! Yıxıldınız, üzüldünüz, darıldınızmı, baxın sevgiylə sınanırsınız deməkdir. Sevgini mənə anlamağı nəsib edən uca Allahım səni cox sevirəm! Həyatda yaşayacağım ən gözəl günlərimi sevgiylə anacağımı dusunurəm. Mən səni cox sevirəm HƏYATIM! Məni özündə yaşatdığın üçün.

Go Back

Nigar Məmmədova - SEVGİ

Sevgi…

Bu sözə rast gələndə üzümdə bir təbəssüm yaranır.. Bəlkə bu bəzi insanlarda kədər ilə, bəlkə nifrət ile müşaiət olunur.. O nifrət ki heç kəsə yox,,sırf sevgi dedikdə xatırladıqları insana qarşı duyulur.

Amma mən səni yada saldıqca,, yalnız və yalnız xöşbəxtlik xatirimdədir..

Ola bilər kimsə bu danışdığımı nağıllar aləmi, ya da seriallardan uydurulmuş sevgi sansın. Heç ehtiyac da duymuram onlara “ yox, ele deyil “ deməyə. Çünki sevginin nə olduğunu anladığım vaxtdan başqalarını düşünməməyin nə olduğunu anladım .. O vaxtdan başa düşdüm bir insanın hər kəsi silə biləcəyini.. “Heç vaxt.. ” dediklərimin “..indi tam zamanıdır” deyə bilməyin mümkünlüyünü..

Hər şey təsadüfən başlamışdı.. ..

Yay ayları idi.. Ən yaxın rəfiqəmlə adət etdiyimiz saatların birində küçəmizdə gəzirdik. Müxtəlif mövzulardan danışdıq.. Sonra söhbət sevgiyə gəlib çıxdı.. Hansı ki bütün insanların ömürlərində bircə dəfə də olsa danışdığı mövzuya.. Hələ çox balaca idik.. Vur-tut 5ci sinifdə oxuyacaqdıq yay tətili bitəndə.. Belə bir sual ilə başladıq “sevgi” söhbətimizə.. Və deyə bilərəm ki sevgimizə..

..”- istədiyin var? “

Çaşqınlıq içində qaldım.. Heç bu haqda düşünməmişdim çünki. Belə bir şeyin var ola biləcəyinin belə fərqində deyildim. Amma cavabım:

- “hə”

Nəyə görə belə dedim bilmirəm. Bəlkə də bu, rəfiqələrin bir-biri qarşısında “aa,, heç kəs səni sevmir” cavabını eşitməmək, ya da “ onun hər cəhətdən bəxti gətirib “ düşüncəsi yaratmaq cəhdi idi.. Hər halda,, mənə 2-ci aid idi.. Çünki kiminse məni sevməmək qərarına gəlmək hələ çox tez idi. Nə də olsa 5-ci sinif uşağı olardım. Amma nəyə görə 2-ci desəniz, deyərəm ki hər kəs kimi məni də “ onun hər cəhətdən bəxti gətirib “ düşüncəsinin sahibi olmaq sevindirirdi..

Söhbətin gedişində qarşıdan 4 nəfər oğlanın gəldiyinin şahidi idik hər ikimiz. Adi tanışlar deyildi. Ümumi söhbətimiz olmasa belə onlarla üz-üzə gələndə bir-birimizi tanıdığımızın fərqində idik..

“-Onlardandı ? “ – deyə rəfiqəm sevdiyimin kim olduğunu soruşdu.

“- Soldan 2-ci” -deyə cavab verdim.

“-Sarışın olan? “- deyə soruşduqda,,

“-Yox onun yanındakı”- deyə əlavə etdim.

Elə əmin danışırdım ki.. Sanki həqiqətən onu sevirəm. “Sevgi” söhbətimiz burada bitdi.. Amma o bitdi, mənim hekayəm başladı..

Günlər keçirdi.. Beynimdə bir düşüncə vardı. Sanki dediyim sözü gerçək eləmək məcburiyyəti kimi.. Hansı ki heç özüm də səbəbini bilmədən dediyim o “2-ci” oğlanı sevmək məcburiyyətində idim sanki.. Bu məcburiyyətimi düşünə-düşünə sona çatırdı hər gün.. Yavaş-yavaş ağlımdan çıxmadığının qərarına gəlirdim. Amma hər halda ciddiyə almadım. “Adi bir sözümdən sevəcək deyildim bir oğlanı”-deyə düşündüm. İçimdə təsdiqlədim də..

Bacaracağımı düşünərsiz bəlkə. Amma yox. Bacarmağımı da çox istədim əslində. Çünki əsas məqsədim iş qadını olmaq, karyeram və.s idi. Sevgiyə sərf edəcək zamanımın olmadığını düşünürdüm. Həm məndən asılı olmayan səbəblər də bunu təsdiq edir ki, sevgi hələki lazım deyil.. Amma..

Özümdən asılı olmadan baş verdi hər biri. Elə gecə xatırlamıram ki, düşüncəmdə “o” olmasın. Gecənin tez ya da gec keçməsindən hansını arzulayacağımı belə bilmirdim. Hər yolun axırında o”nu görmək istəyi dayanırdı..Yatsam yuxuda , ayılsam realda görəcəkdim çünki.. Hətta hərdən “görməsəm də yetər “ dediyim zamanların təkcə Allah şahididir. Yaxşı olduğunu bilim yetər..

Və mənimçün sevgi budur..

Sevgi, onu görməyə can atmaqdır. Onu görmək lazımdır,istəkdir,, amma mütləq deyil.. Mütləq olan odur ki, yaxşı olduğunu biləsən. Xöşbəxt olduğunu biləsən. “Mənimlə olmasa belə xöşbeət olsun “ deməkdir sevgi.. Hərdən də səsini eşitməklə kifayətlənmək.. Hər şeydə onu görmək.. Hər yerdə səsini eşitmək.. Hər musiqi dinlədiyində ağlına şübhəsiz o”nun gəlməyidir sevgi..Səndən uzaq olsa belə daima qəmgin olmaq deyil.. Bəlkə yanında olmaz o an, amma yanında olacağı günü xəyal etməkdir. Və bu xəyalla sevinmək. Hərdən xəyallarına da qarışarlar bəzən. “Boşuna düşünmə alınmayacaq “ deyərlər. Qorxarsan bu zaman.. Nədən, kimdən bilmirəm amma qorxarsan.. Bəlkə el-aləm düz deyər deyə şübhə edərsən..Eyni zamanda da bu şübhələr içində də dua..Şübhələr yalan çıxsın deyə edilən dua.. Bir gün bərabər xəyal etmək qismət olsun deye edilen dua.. Dualarin qebul olunması bəlkə zaman alar, Səbr tələb edər səndən hər şey.. Ümid etmək, gözləmək, qarşı gəlmək..Hətta sevmək də...

Mənim hekayəm də belə davam edirdi..Səbrlə.. Bütün yalnızlığımın davam etdiyi günlərin birində, gözlərinə baxmağa cəsarət etdim..Göz-gözə qaldığımız o an ətraf aləm yox olurdu elə bil.. Sözün əsl mənasında dururdu dünya.. O gözlərə tutulduğum andan eşidilmir səslər, görünmür heç kəs və heç kim..

O baxışlar.. İlk baxışda “sadəcə gözüm sataşdı “ anlamına gələr. Amma “səni sevirəm “ mənası da gizlənər. Anlayana..

Bəzilərinə sadəcə “gözüm sataşdı” bəhanəsi ilə baxarsan,, bəziləri ilə isə “ məndə səni sevirəm “ deyə göz dialoqu qurarsan.  

Mənim sevgim də belə idi.. Aylarca bəhanə ilə yaşadı.. Sonra isə illərcə göz dialoqu ilə davam elədi. İndi də edir..Artıq sözlərə cəsarət etmiş olsaq da sözlər məni onun sevgisinə inandırır amma gözləri əmin edir..

… Bir məktubla başladıq hekayəmizə..Eynilə nağıllardakı kimi etiraf məktubu ilə.. Təkrar-təkrar oxudum..Əmin olmaqçün. Gözlərimə inanmadığım üçün. Həqiqət idi.. Təsadüflə başlayan ən xoş həqiqət..Onun sevinci səbəb oldu üzümdə uzun müddət itməyən gülüşümə.. O güc verdi bir daha “qarşı gəlmək..” ehtirasına.

Bir gün məktub bəhanə oldu üz-üzə danışmağımıza. Həftənin 4-cü günü. Oktyabr ayının 2-si. Saat - 08:50.

-Salam, məktubu.. məktubu soruşacaqdım. Sən yazmısan?

- hə..

Bu cavabdan sonra zəngin səsi söhbətimizi bitirmək lazım olduğunu xatırlatdı bizə. Çünki unudurduq kənardan baxılan bizi bir neçə saat sonra “dillərə” salacaq baxışları. Cavabın təsiri ilə qalxdım pilləkənləri. Sinifə çatdıqda partama əyləşib cavabı düşünməyə tələsdim. Düşündüm.. Bununla da bərabər içimdəki həyəcan rahatlıqla əvəz olundu. Qısa çəkən bir rahatlıq..

Əgər bilsəydiki ondan gələn bir kağız parçasını gecələr yastığımın altında, gündüz çantamda gəzdirir, üstəlik də dərs tənəffüslərində təkrar-təkrar oxuyuram mənə yalan deməyə vicdanı yol verməzdi. Axı kim istəyər yad birinin əlindən yazılan məktubu doğma bir şey kimi sevib əzizləməyi?

Hər halda mən əzizləyirdim.. Uzun zaman sonra bildim o məktubu qorumağın, təkrar oxumağın əbəsliyini. Yalanını etiraf edəndə anladım onun sevgisinə 2 vərəqlə inanmayacağımı..

Çox qısa zaman sonra da onun sevgisini 2 vərəqlə ölçməyin yanlışlığını.. O sözlər onun dilindən tökülməmiş olubsa belə axı o gözlərdən başqa heç kəs mənə elə baxmamışdı. Mən bunun fərqində idim. Nədə olsa gözlər dillərdən daha çox şey söylərlər..Anlaya bilənlərdə əslində dillər yox gözlər danışar. Gözlər deyər “ darıxıram” onlar inandırar “səni sevirəm” ə.. Bir baxış yetər bəzən xöşbəxtliyini ifadə eləməyə..

Nə qədər sevsən də gözlərinə baxmağa cəsarət eləmədiyin bir an olur. Mütləq.. Bu ya kədərdən, məyusluqdan , ya da xöşbəxtlikdən uzun qıp-qırmızı olduğunda olar.. Birincidə insan cavab olacaq baxışdan qorxar. İkincidə isə o anın bitməsini istəmədiyindən. O an amma mütləq bitər. Buna baxmayaraq, xatırlamağa həmişə bir şeylər vardır. Məsələn o artan ürək döyüntün zamanı, hər kəsin o səsi eşidib-eşitmədiyi kimi içində mənasız dialoq quran zaman əlini tutan bir əl kimi..

Davamlı xatırlıyarsan necə oldu, ondan əvvəl,ondan sonra nə baş verdi deyə uzun müddət müqayisə edərsən yaşadıqlarını. Tək olanda, məsələn gecə.. Baxarsan əlinə əmin olmaq istəyərsən ondan səndə bir iz olduğuna. Bəzən yanağına qonan uşaqca öpüş gözləmədiyin anda yadına düşəndə o, gülüş yaradar üzündə.. Səbəbini bircə sən bildiyin bir gülüş..

Yaşandığı hər zamanı dünənmiş kimi xatırlayarsan. Hansı ki normalda 1saat əvvəl yolda gedərken kimə toxunduğunu soruşsalar belə bir şey olub-olmadığına belə şübhə edərsən.. Daima xatırlayarsan. Beynin milyonlarca informasiya alsa da, daha əlamətdar hadisələr yaşamış olsan da unutmazsan.. Nə o anı nə o insanı.. Çünki onu sevmisən..

Məndə unutmadım.. Yaşadığımız heç bir anı unutmadım.. Ən gözəl günlərimi.. Ən məsum güldüyüm.. Ən içdən sevindiyim.. Bu günləri də unutmayacam.. Gəzdiyimiz küçələri, etdiyimiz dəlilikləri, birgə qorxduğumuz dəqiqələri,hiss etdiyimiz həyəcanları.. Sevincdən axıtdığımız gözyaşlarını.. Səninlə olan heç nəyi.. Bir şeyi unutmaqçün yəqinki üstündən illər keçməlidi.. Bəlkə də daha az, ən azı o olanlar dünəndə qalmalıdı.. Amma mən bu əvəzsiz günlərimi unuda bilmirəm. Bilmərəm. Çünki onlar daima mənim bugünümdü.. Sən yanımda olduqca gülüşlərim dünənimdə qalmır.. Gecə səndən göndərilən bir mesaj məni növbəti səhərin xöşbəxtliyinə yola salır.. Əminəm,,sən təbəssüm səbəbim sən mənim xöşbəxtliyimsən..

Hər zaman bizimçün arzu edirəm,

Üzümüzdən gülüş əksik olmasın.

Ömürdən ötüb keçən heç bir gün,

Bizi bir-birimizdən ayrı salmasın !

 

Nigar Məmmədova

Go Back

Nurlan Tahirli - PARK

1-PARK

Azca yağış sonrası sərinlik var idi. Bakının tozlu küçələri yenə sübh tezdən küçələri təmizləyən yaşlı, əldən düşmüş qadınların qonağı idi. İnsanın şəhərinə belə müqəddəs vaxtda müqəddəsliyin nə olduğunu unutmuş insanların qonaq gəlməsi acıdır, elə deyil mi? Çünki onlar bu küçələrdə əl-ələ tutub avtobuslara yola salınan qızlardan idilər. Zaman insanın belini bükür. Artıq bu şəhərdə sevginin yaşamadığına əmin olmuş halda, mədələri zingildəyərək, tozlu küçələri təmizləməklə məşğuldurlar. Hərdən özüm də düşünərkən hiss edirəm ki, sevgi haqda həqiqət acı olsa da dilə gətirərkən tərəddüd edirsən.

Heykəl islanmışdı. Baxdıqca dizlərini çökdürməyə qadirmiş kimi görüntüsünün təsiri insanı hər tərəfdən bürüyürdü. Onun gözlərində müdrikliyin başqa tamı var idi. Müticəsinə baxan heykəl mürtəceliklə modernizmin mübarizəsini yansıdırdı elə bil. O gün bütün heykəllərdən fərqlənirdi. Onun islaq boynunda lalələrdən, nərgizlərdən düzəldilmiş boyunbaq asmaq lazım idi.

Tam qarşısında dayanıb heykələ baxırdı. Əlləri uzun paltosunun ciblərində, gözləri heykəldə, qaşları alnına dırmaşırdı. Torpaq, insanlar, buludlar, ərş və ərşin üzəri-beynində bir-birinə qarışmış, çıxılmaz vəziyyət yaranmışdı. Biraz sağa keçdi və arxadaki skamyaya baxdı. Sağ ayağı büdrədi. Gözlərinə yaşlar dolmağa başlamışdı artıq. İçindən heykələ müraciət etdi:”Onu sənin gözlərindən görmək istəyirəm, qoca”. Başını aşağı saldı və gözyaşları saqqalına qarışdı. İçindəki məhəbbətmi, sevgimi yoxsa hər hansı bir şey-ki, artıq ucuz söhbətlərdə buna ad qoymaq üçün yarışlar təşkil edilir-cuşə gəlib qəlbinə dözülməz ağrılar verirdi. Skamyada oturacağına qərar vermişdisədə, bacarmadı. Tələsik parkdan uzaqlaşdı, o vaxt ki, saqqalından paltosunun üzərinə tökülürdü gözyaşları...

2-Park sonrası keçmişə baxış

Bu parkın hekayəsi onun üçün dərin təlatümdən doğmuş izdirablara çevrilmişdi. Onu ilk dəfə burada görmüş, ilk dəfə burda sevgisini etiraf etmiş, qarşılıq almış, ilk dəfə burada sarılmış və öpmüş, burda bir-birlərinə şeirlər oxumuş, musiqi dinləmişdilər. Bura həm ilklərin həmdə sevginin yoğrulduğu yer kimi yaddaşına atəş açmışdı və çox dərinə getmişdi. Hətta o gecələr bədəni süst halda olarkən yatağından qalxıb parka gələr, burada sevgilisi haqda düşünər, yazıb-pozardı. Bura onun ibadətgahı idi. Tanrısını burda daha yaxşı zikr edirdi.

Otağın nəm iyi içərdə olan hər hansı başqa birisini narahat edə bilərdi amma o artıq öyrəşmişdi. Siqaret yandırdı və içinə çəkməyə başladı. Qırmızı qapaqlı dəftərçəni əlinə aldı, öpdü və açıb bir neçə il öncəyə qayıtdı:

“Pilləkənlərlə kölgələrə doğru.

Su şırıltısı var bu yollarda.

Meşəyə söykə belini və

İnsancıqları izlə.

 

Uşaqlar burnunu soxar,

Günah dolu hadisələrə.

İnsan sevişərkən utanmaz,

Bölər nəfəs almaq üçün fasilələrə.

 

Ağacın dərisi tarixi danışar,

Gənc qalmaq istəyənlərin xətrinə dəyərcəsinə.

Atomlar qana qarışar ehtirasla bərabər.

Bədən öyrəşərsə sevgiyə,

Şərab bəhanə olar.

Şərab cəsarət verər.

 

İlk görüşdə ilk toxunuş gözəldir

Əgər namusludursa toxunan.

Unudulmuş mənliklər qucaqlaşar,

Ölər öldürücü qoxudan.

 

Mənzərə Tanrının marağında.

Xəyanət edildi Ona.

Budaqlar kəsdi qarşısını,

Görə bilmədi Adəm və Həvvasını.

 

Təbiət, avtomobil səsləri və binalar.

Əkslərin qarışması.

Ümidlər dayanmırdı Sayrışırdı.

Nurun başlanğıcı: xain heykəlin qarşısı.

 

” Şeiri oxuduqca evdə olduğunu unudub parka gedirdi. Kim bilir, bəlkədə metafizik dedikləri həqiqət imiş. Üzünü pencərəyə tutur, mimikaları titrəyir, əlləri əsirdi. Uzun nəfəs alışlarından bir neçəsini keçirtdikdən sonra iki səhifə çevirdi və oxudu:

“Qara dəftərçə ya

Qırmızı üzlüklü kitapçalar?

Mən boğulurdum.

İndi can verirəm.

Qırmızı, hər yer qırmızı.

Qırmızılar içində boğuluram.”

Hıçqırıqlar divarları darıxmağa qoymadı və sədalandı.

Dodaqları arasından deməyə davam edirdi: qırmızı, hər yer qırmızı...

 

3-Qəhrəman haqqında son bir neçə cümlə

Əgər ona qəhrəman demək olarsa. Kim bu insanı qəhrəman kimi qəbul edəcəkdir ki? Bu qəhrəmanı bəyənməyən insanoğlu özü sevgi haqda fikirlər yürütmək üçün nə qədər gənc olsada bir o qədər axmaqdır.

Artıq bir heçə çevrilmişdi. Aludə olduğu ehtiraslar, bitirmədiyi kitablar, görülməmiş mənzərələr vardı. Amma o ölən sevgilisinin ardından məhvə məhkum olmuşdu. Səhər açılır, susuz dodaqları ilk öncə tütün salamlayır, daha sonra su və bir parça yemək. Böyük çəki itirmiş, əlində nəyi var-nəyi yox satmışdı. Boşaltdığı butulkaları meşoka qoyub, belindən sallayaraq zibil qutusuna getməsi çox kədərli səhnə idi. Həyat onun bütün ümidlərini puç etmiş, onun həyatının mənasını, sevgilisini əlindən almışdı. Hər oxucu onsuz indiyə qədər hər şeyi istədiyi kimi anladığından qəhrəmanın sonunuda öz beynində canlandıra bilər. Obrazı oxucunun ovuclarına buraxmaq da buna deyirlər deyəsən.

 

4-SEVGİ

Hər qarşısına çıxana sevgi deyib qucaqlayan iki ayaqlı məxluqlar var bu şəhərdə. Ehtiyatlı olun.

Sevgi adlandırdıqları bu iyrənc anlayış camaatın biznes məsələləri, bazar söhbətləri, döyüş himnləri, qələbə marşları arasında marionetkalara çevrilmişdi, zəhlə tökən, dəyərsiz kiçik qəpiklər kimi tədavülə buraxılmışdı. İndi də ətrafına baxan hər məcnun bütün məcnunları ölmüş zənn edir. Bundan o nəticə çıxır ki, yetərincə sevən insanlar bugünümüzdə yoxdur, ya var olsa da tezliklə məzarı boylayacaqdır. Türk dilinin mükəmməlliyi belə sevginin konstruktivliyi həll edə bilməz. Bu elə bir dərin quyudur ki, hər birimiz müxtəlif dövrlərdə bu quyunun sonsuzluğuna doğru sevgimizin içimizdəki ağırlığı ilə tullanır, kiminki daha ağır idi isə tez ölürdü. Sevgi müxtəlif cənnətləri olan insanları üçün müxtəlif mənalar kəsb edir. Bir-birinə oxşadanlar yəqin ki, ya zəif görürlər ya kordurlar-təxmin etməyə çalışırlar. Mənim kiçik dünyamdan baxanda sevgi mənanın içindəki kiçik nöqtədir. Kiçik nöqtələr sarsılanda sevgidə yerindən oyanır və tora düşür. Yəni mahiyyət sevgi yox nöqtə məsələsidir: kimin sevgi kürəsinin nüvəsi-nöqtəsi hardadır? Hər kəs öz qadınından yaxud öz şəhzadəsindən yazar. Məndə nə qadındı nə də şəhzadə. Mən sonsuzluqdan daha kompleks olan, mücərrəd diyarların bayrağını tapdalayan, qırmızı rəngli bir sevginin içindəki kiçik nöqtəyə köklənmişəm. Kiçik nöqtəni öz fəlsəfəmlə istədiyim yerə sürükləmiş, platonik yalanlara tüpürüb, həqiqi sevgini-mənim günah və savablarıyla qəbul etdiyim qadını oraya doldurmuşam. Ən qorxuncu bilirsiniz mi nədir? Bir anda o qadının nöqtənin özü olduğunu düşünməyə başlamağınız.

5-ŞEİR

Əllərinlə yaradılmış kimi,

Ruhunla bütünləşmiş,

Kədərimlə kökündən kötükləşmiş,

Çətin sətirlə gözlərindən baxan anlaşılmazlıqla şeirləşmiş.

 

Arzusu dəyişiklik,

Səhhəti ağrını əbədi itirən dərman arzulayar.

Lənətə gəlmiş vücudumdan sevgim haqda danışsam,

Arzum sevgimin alın yazıma qazıdığı lənətidi.

 

Gecələr yadıma düşməyinin səbəbi,

Nə qədər qaranlıq olsa bir o qədər günahsız olarıq.

Gecə zülmət doğular,

Bir ay, bir kədər, bir də ikimiz…

NURLAN TAHİRLİ

S O N

NURLAN TAHİRLİ

Go Back

Nuran Əlili - EY EŞQİ CANANIM

Ey eşqi cananım həyatı dövranım,

Ey ömrümün çiçəyi gülüm-baharım,

Bumudur verdiyin zulmi əziyyət?

Bumudur sevgi dediyin dəhşət?

 

Həyat dövranımın mərkəzisən sən,

Dünya aləminin sərhədisən sən,

Sərhəd ilə sərhədimin sərhədisən sən ,

Ey afəti cananım mənim.

 

Sevgi qapısının açarı səndə,

Ümman qapısının pənahı səndə,

Səni axtarıram bütün cahanda,

Qapı açarlarının sahibisən sən,

 

Sevgi diyarında lal olmuşam mən,

Aşiqlər qapısında qul olmuşam mən,

Huzura çıxmaği gozlərkən

Aparılıb aslanlara yem olmuşam mən.

 

Dövran deyilib qapıdan qaytarıldım,

Zaman deyilib evde saxladıldım,

Aləm deyilib səndən uzaqlaşdırıldım,

Bu çəkdiklərim haqmıdır,soylə?

 

NURAN ƏLİLİ 

Go Back

İlkin İsmayılov - TƏSADÜFDƏN YƏQİNƏ

Təsadüfdən-Yəqinə

Adi günlərdən qeyri-adisi

Noyabr ayının bilməm neçəsi

Gün öz axarıyla ötüb keçirdi

Sevgisiz bir gündə belə bitirdi..

 

Amma nədənsə hər şey təsadüf..

 

Mənim şəkildə səni görməyim

Sonra sevgilisiz olduğunu bilməyim...

İçimde qəribə hisslər oyatdı

Dedim ki, ömrümün baharı çatdı..

 

Sinif yoldaşımdan xahiş elədim

Dost olum onunla razılaşarmı?

 

Nəhayət dostlaşdıq, dedik-danışdıq

 

Mən özgə gümanla sən ayrı halla

Sevgiyə apardı yollar ikimizi

Dostluqdan qopardı bax bu minvalla

 

Dekabr ayının əvvəli idi

Sevgi təklifimi sənə deyəndə

Ömrümün ən uzun günləri idi

Sənin cavabını tez gözləyəndə..

 

İndi də fevralın 4-dü,

Gülüm Mənim ad günümə hədiyyən nədi?

 

Bax bu gün yenicə gəldim dünyaya

İcimdə nə qüssə nə də kədər var

Demək ki, sevgisiz həyat heç nədi

Sevgidən yaranan möcüzələr var..

 

O vaxtdan dünyanın xoşbəxtiyəm mən

 

O ilk görüşdəki həyacanımmı,

Ya görüş sonrası təssuratımmı?

Nə bilim o qədər xatirə var ki

Danışsam vaxt yetməz demək olar ki..

 

Deyillər "Qismətdən böyükmüş Qədər"

Bunu mən yox deyib dədələr..

 

O qədər ayrılıq həsrət oldu ki

Bəlkə də inamın qalmadı daha

Hərdən düşünürəm daş yatağında

Hansı ümidlərlə qalxdın sabaha?!

 

Amma inan mənə inan ,Əzizim..

Qəlbində inamsız qalmasın izim..

 

İlkin İsmayılov

Go Back

Əli Rəhimli - SEVGİ NƏDİR

Sevgi nədir!? Necə sevirik!? Hər bir kəsin uşaqlıqdan arzusu var ki,onu hamı sevsin, onunla maraqlansınlar. Hər bir şəxs özünü Don Juana bənzətmək istəyir. Əgər kimdəsə bu alınırsa, bir müddət özünü xoşbəxt hiss edir. Bir neçə qızla eyni anda danışır, hər kəsə "sevirəm" deyir, dostları hətta ona həsəd aparır. Lakin,bir müddət keçdikdən sonra anlayır ki,əslində tənha olan dostları deyil, elə özüdür. Çünki çox qız onu sevsədə hər birinə vaxt ayırsada, qəlbi boş olduğundan tənhadır, təkdir, insan gecələr daha çox tənhalığının fərqində olur. Bu tənhalıq ona əsl sevgini tapmağa güc verir. Nə qədər yıxılsada o, qalxacaq və tapacaq! Və bu sevgi keçmişində olan heç bir münasibətə bənzər olmayacaq. Bu elə bir hissdir ki, onun həsrətində olmusan,xəyallarını qurmusan, lakin onun necə oldugunu bilməmisən.

Əgər sən anlayırsan ki, onun həyatı sənin həyatından vacibdir, anlayırsan ki, onunla sənə maraqlıdır, onsuz hər bir şey sğönük və mənasızdır, əsəblərinə baxmayaraq onunla səbrlə davranırsansa, gələcək planların, arzuların yalnız onunla bağlıdırsa bil ki. sevirsən. Bu sevgini qorumaq üçün hər bir şeyə əl at, hər cür çətinliyi gözə al. Yolunda çox maneələr olacaq. Münasibətdə ehtiras bitdikdən sonra, kiçik münqişələrə artıq göz yumulmur. Ən vacib amil bəhslərdə səbrdir. Qadın elə bir güvvədir ki, öz gücünü dərk etsə, heç bir bəhsə ehtiyac qalmaz. Qadın sevgisindən heçnə deyə bilmərəm, lakin kişi sevirsə o qanıyla, canıyla sevir. Çox nadir hallarda o bu sevgini bütünlükdə biruzə verəcək. Onun fitrətində belə xasiyyət yoxdur. sevgisi böyük olasada. Təbii ki, söhbət əsl sevgidən gedir. Qismətinizə belə bir sevgi çıxıbsa xanımlara məsləhətim, onu dəyərləndirin, amma daima! Sevgi gözəldir,onu anla, duy, yaşa onunla. Sevginə xatir etdiyin şeylərə görə heç zaman heyfslənmə, əgər həqiqətən sevirsənsə...

Əli Rəhimli 

Go Back

Günay Babazadə - SEVGİNİN SEHRİ

Sevginin sehri

Mövlanəyə görə sevən və sevilən üçün ayrılıq yoxdur. Sevgi həqiqi olarsa, maddi məsafənin də heç bir əhəmiyyəti olmaz. Çünki sevginin əsli ruhdadır. Bu həqiqəti Mövlanə çox sadə anladır: -sevənlər sonda bir yerdə görüşməz. Onlar əvvəldən bir-birlərinin içindədirlər.

Torpaqda bitən güllər solar gedər. Qəlbdə bitən güllər isə daimi və xoşdur. Mövlanənin bu təbiri "ilahi sevgi"yə aid olsa da, bu sevgini mən, nənəm və babama da aid etsəm yanılmaram.

55 il öncə. . . Bir-birlərindən kilometrlərlə uzaqda olan 2sevgili. . . Onlar üçün də məsafənin önəmi yox idi. Sanki bir-birlərinin içində idilər. Yalnız gülümsəyən şəkilləri ilə öyünürdülər. Müharibənin çətin və ağır günləri əmiqızı və əmioğlunu bir-birindən ayırmışdı. Artıq 2-ci Dünya müharibəsindən illər keçmişdi. Sevənlərin üstündən xoş günlərin tez ötüb keçdiyi kimi. . .

Bakı mayın 17-si 1960-cı il. . . Artıq gözlənilən gün gəlib çatmışdı-qara buludların çəkildiyi o xoşbəxt gün. Bir cüt sevən ürək nəhayət ki, qovuşurdu-boş torpaqdan ibarət ərazidə. Burada onlara kömək edə bilən insanlar belə az məskunlaşmışdı. Yeni evlərinin təməlini belə birlikdə quracaqdılar-yeni həyatlarını quracaqları kimi. . . Çoxdan gözlənilən an yetişmişdi, ailənin təməl daşlarını atırdılar. Onlar üçün problem yalnız sağlıqları ola bilərdi. Qalan hər şeyə sinə gərib firavan yaşaya bilərdilər. Yaşadılar da. . . Həyatlarının coşqun çağlarında bir-birlərinə dəstək oldular. Hər şeyi anlayışla qarşıladılar. Xoşbəxtliyin açarı, onların səbr etməsində imiş.

Artıq illər sonra 5övlad valideyni olmuşdular. İlk övladlarının uşaq yaşda suda boğulması isə ataya qəm yükü olmuşdu. Lakin o, bununla belə barışırdı. Bu gənc ailə birlikdə ikimərtəbəli, yaşıl bağçalı evlərini qurmuşdu. Ailənin başçısı həmçinin, çətinlikdə olan qohumlarına, tanışlarına öz evinin qapılarını açmışdı. Baş verən çökmələrə isə ailə hələ də sinə gərirdi. Səbəb çox güclü ya da digər variantlar deyildi, səbəb ~SEVGİ~ idi. 6nəfərlik ailə üzvləri arasında sözlərlə ifadə olunması mümkün olmayan sevgi hökm sürürdü. Ana və ata işdə olarkən belə övladlar hər şeyin qaydasını bilirdilər. Ailədən 3qız övladı ailə həyatı qurub, evi tərk etmişdilər. Evin tək oğlu da artıq evlənmişdi. Bir sözlə illər öncə cavan sevgili olan bu 2şəxs artıq nənə və baba adını da almışdılar. Sevinclərinin həddi hüdudu yox idi. Lakin bu illər ərzində ailə başçısında ara sıra boğulmalar evdəkiləri qorxudurdu. Buna baxmayaraq o, evdə birgə yaşadığı 2nəvəsi ilə daim məşğul olurdu. Onlarla birgə gəzintiyə çıxır, kitab oxuyur və şahmat oynayırdı. Bu ailədə sevgi isə artıq getdikcə çoxalırdı. Ailə üzvləri öz sevgilərini paylaşdıqca çoxaltmışdılar. Hər bazar günü bu 2 qoca sevgilini hamı öz gəlişləri ilə sevindirirdi.

55 il sonra. . . Qoca sevgililər artıq nəvə və nəticələri ilə vaxtlarını keçirdirdilər. Həyatlarında baş vermiş bütün mənfi hadisələrə-müharibə illərinə, yeni evin tikilməsinə, ilk övladlarının ölümünə, bir sözlə ailə çətinliklərinə qalib gəlmişdilər. Sevgiləri 55ildə tükənməmişdi, Əksinə çoxalmışdı. . .

İndi isə onların hekayəsi bitmək üzrədir. Yox, yox mənim yazımda deyil, real həyatda da bitmək üzrədir. Ailənin başçısı-yəni babam Kamil, bir neçə il öncə məğlub olmuşdur. . . Ağciyəri onu artıq tərk edir. Nəfəsləri ilə sevgisini qoruyan Kamil, indi sevgisi ilə nəfəsini davam etdirməyə çalışır. Ailənin xanımı- Şüşə isə yorulmadan, ərinmədən yoldaşının başından heç ayrılmır. Sanki sevgi hekayələri bitməsin deyə əllərindən gələni edirlər. Namazlarında bir-birlərinin dualarında olduğu kimi indi sevgilərini nəfəslərində gəzdirirlər. Həqiqi sevginin sehri ömür boyu davam edir. Sehrin isə nə bir düsturu, nə də qaydası vardır. Bircə bilinən odur ki, sevgi insanın təkcə qəlbində deyil, bütün varlığında, vücudundadır. Sevənlər isə bədənlərində bir yox, iki qəlb, iki ruh daşayırlar. Əbədiyyətə qovuşsalar belə. . .

---Həyatımın qəhrəmanı Kamil babama və canım nənəmə. . . Müsabiqə mənə şərait yaratdı ki, onların sevgisi haqqında kiçik də olsa yazı yazım. Yazdıqlarım,əlbəttə ki, 55ilik ömrün,hekayənin çox xırda bir parçasıdır. . .

Sevgilərlə, sevgilərinin bəhrəsi olan, nəvələri-Günay Günay Babazadə

Xəzər universiteti Psixologiya fakültesi 3-cü kurs

Go Back

Təhminə Hümbətova - AZADIN AZADLIQ SEVGİLİSİ

Azadın azadlıq Sevgilisi...

Şəhid Azad Abbasovun xatirəsinə... "

Sevgi nədir?" sualına mən bu yaşanmış olan oçerk ilə cavab verərdim:

Uilyam Şekspir belə deyib: "Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır". Uğrunda ölünəcək sevgi isə azdır bu həyatda...

Həyat öz axışıyla davam edirdi. Ümidlərin pənah apardığı yerdə iki sevgili bir-birinə qovuşmaq eşqiylə yaşayırdı. Onlar sevgili ikən həyatı rəngarəng görərək məhəbbətin təsirindən sanki xoşbəxtlik zirvəsini fəth etmişdilər. Azad adlı bir oğlan idi bu sevgini qəlbində yaşadan. Eşqiylə könlünü xoş tutan qız isə ona cavab olaraq bu möhtəşəmliyi hər zaman qoruyub-saxlayırdı. Yedikləri, söhbət etdikləri məqamlar həmişə bir keçərdi. Ayrı qala bilməzdilər. Çünki bir-birlərini görmə arzusu heç zaman tükənmirdi. Amma kim deyərdi ki, gün gələcək uğrunda öldüyü sevgilisi Vətən olacaq Azadın. Şəhidlik zirvəsinə yüksələcək və bu ali məqamın ən yüksək mövqeyində yaşayacaqdır. Sevdiyi qız isə ömrünə ömür qataraq yaşının üzərinə yaş əlavə edəcək və heç zaman ailə həyatı qurmayacaqdır. Sevdiyi Azad uğruna... Sevdiyi insana görə onun Vətəni-Evi Azadın məzarı olacaqdır. İndi həmin xanımın 40 yaşı var. İllərlə həsrətində olduğu Azad zaman keçdikcə yenə də onun qəlbində yaşayır. Sevginin gücüdür onu yaşadan. İnsan fiziki olaraq ölə bilər. Ruhun ölməməsi lazım. Ruh öldüsə fərqi yoxdur o insanın yaşamasının. Azad ruhən onun qəlbində yaşayır. 40 il ömür sürən sevgili hələ neçə illər keçəcək Azadı qəlbindən azad buraxmayacaqdır...

 

Sənə qəlbimdən məktub

Sevgilisən... İki canda bir ürəyi bərqərar etmisən. Həyata davam etməyin ən əsas vasitəçi qüvvəsi Sevgilisən. Gecələr sənsizlikdən yaranan acı bir fəryaddır elə bil. Səhərlər ümid pənahımdır ki, məni sənə qovuşduracaq. Məhəbbət yolumuzda kiçik addımlarla gələcəyə doğru gedirik Səninlə. Yaşamıma rəng qatdın gəlişinlə. Gedişin olmasın. Olarsa o zaman yaşarmı bu can sənsiz?! Yaşarsa diri ikən ölü olar, Sevgili! Sevmirəm gecələri. Çünki həsrət yaradır, səhər isə günəş də üzümə təbəssüm bəxş edir, elə bil ki, o da sevinir, sənə qovuşacağımı o da bilir, Sevgili.

Sən və Mən

Doğularıq yaşamaq üçün. Qarşımıza insanlar çıxar. Elə insanlar ki, seçim etmək məcburiyyətində qalarıq. Lakin bir insan var – buna seçim edilməz. Üzünə baxan kimi iki yad insan doğma sanar bir-birini. İllərcə tanımış kimi hiss edər. Doğmalardan doğma sayar onu. John Dryden deyir: “Eşq mövzusunda səhv seçkidən danışmaq səhvdir, onsuz da seçki varsa o səhvdir”.

Sən və Mən – yaşadıqlarımız xatirəyə çevrilib, yaşanılmamış günlərimiz isə ümidlə gələcəyi gözləyir. Sən məndə tapdın özünü, Mən səndə tapdım özümü... Ay üzünə işıq salmış gecələr. Günəş səhər oyadır səni. Qısqanıram mən onları. Çünki məni əvəz edirlər. Aşıq Veysəl demiş ki, “Ölümdür tək başına yaşanan, eşq isə iki şəxsiyyətdir”. Məhəbbət sənlə mənə verilmiş qüvvətli hisslərdən ibarət sığındığımız bir yuvadır elə bil. Özümüzdən asılı olmadan qanımıza hopmuş bu sevgi gələcək həyatımıza doğru istiqamətləndirir bizi. Bir nəfəs qədər varlığımı hiss etdirən yaşama çırpıntılarım sənin sayəndə “Sevgi yolunu” tutmuş və həmin yolda addımlamağıma vəsilə olmuşdur. Sən varsansa, Sən yaşayırsansa, Sən nəfəs alırsansa demək ki, var olma səbəbim də Sənsən...

 

EŞQ İŞIĞIMIZ...

Eşqin hökm eyləyir zamanla mənə,

Səssizcə sözünə baxıram sənin.

Sehirli sözlərlə ovudub yenə

Toruna düşürəm bu məhəbbətin.

 

Qəfəsin içində yaşayıb sanki,

Cox uzaq yerlərə getməyim gəlir.

Düşünsən azacıq məni bir an ki,

Sənsiz yox, Səninlə ruhum dincəlir.

 

Hərdən vaxt ayır ki, dinib-danışaq,

Uzağı beləcə bəhanə edək.

Bu gözəl həyata birgə alışaq,

Sevgimiz bar verib, tez açsın çiçək.

 

Yorulaq söhbətdən, yuxuya dalaq,

Şirin sözlərimiz sabaha qalsın.

Sevinci paylaşıb, bir sevgi alaq,

Məhəbbət getdikcə qəlbdə ucalsın.

 

Laqeyd deyilsən yox, məsafəm uzaq,

Qəlblər bir olsa da həsrət çəkirəm.

Demək istədiyim söz qalaq-qalaq,

Ürəyimdə bir-bir cümlə əkirəm.

 

Görüş günümüzü çox gözləyirəm,

Həmin an yetişir, görüşürük biz.

Gizlicə hər anı mən izləyirəm,

Döyünür bərabər bu ürəyimiz.

 

Sevgilim, yol gedək uzaq diyara,

Bir sən, bir də ki mən - yalnız ikimiz.

Çiyninə başımı qoyum bir ara,

Dincəlsin, var olsun bizim sevgimiz.

 

Baxaq yol boyunca piyadalara,

Sərnişin qatarı yol yoldaşımız.

Ayrılıb - "Əlvida!" deyək onlara,

Ümidlər də olsun eşq işığımız.

 

Hümbətova Təhminə

Go Back

Seymur Su - SƏNDƏN ÖNCƏ,SƏNDƏN SONRA

Seymur Su - "Səndən öncə, səndən sonra" kitabından "Ağac" şeri.

1. mən sevgiliyəm qağayıların səslərinə.

sən mənim içimdə çağlayan dənizim olmusan..

ölülər günlərlə unudulur, üçü, yeddisi, qırxı unutdurur onları..

axı sən ölü deyilsən, axı sən illərlə doğmalaşırsan..

artıq neçə illik əzizim olmusan..

keçib illərin: birin, ikin, üçün..

metro çıxışlarında axtarırsan məni,

sənsizliyimin borcunu almaq üçün..

qarğışlarını sırala, arxamda qalan yollara..

deyəsən elə təkcə mənə çatır gücün..

 

2. heç bir şerə, mahnıya sığışmır

tənha gecələrin tək yolçusunun

yalnızlıq ölçüsü..

o qədər uzaqsan ki,

o qədər gedər-gəlməzdir ki,

yolların tapa bilməz sənin gəzdiyin küçələrin

mənsizlik harayını,

Bakının ən tanınmış görücüsü..

 

3. təqvimlərin də bitdiyi bir nöqtə var

bir rəqəmi dəyişməyə görə nələrindən keçir bu insanlar

özlərinə saxta gülüşlər

rəngli geyimlər alır ağ-qara fikirlərin arasından sızaraq..

dünyanın da sona çatdığı ölkə var

bu şəhərlərin də sonuna çıxacaq

bu yolların da ipini tutub saxlayacaq

bir yer var, binaları ucaldır,

dabanların altını qazaraq..

 

4. haralardasa günəşi məğlub edə biləcək kiçik kölgə var

paxılam onun sərinliyinə..

həyatın sirrlərini saxlamışam,

ovcumda,

bir gün üzümə dayanarsa yaşanılanlar..

o qədər kin yığılıb ki, faşistlərtəki

arada ağızdan çıxır,

getmir heç harasa,

dəyir çiyinə..

bəzən sadə günlər, sadə,

sözü üzdə olan insanlar axtarışındayam,

yorulmuşam dayaz boğazların kəlmə dərinliyinə…

 

5. sanki

gölməçələr – yeməyim

sanki

ayaqqabılar – çörəyim

arada dabanlarımı iştahla batırmaq istəyirəm

quma, suya, gölməçələrə..

səmimiyyətdən uzağam

öyrəncəliyəm "bəlkələr"ə,  "sadəcələr"ə.

arada batmaq istəyirəm başdan ayağa kimi palçığa.

Bakıdan yağış səsi çıxmır,

elə bil düşüb acığa.

aclar belə istəyirəm,

bu sözümü duya:

o qədər acam ki..

 

6. hər əşyanı üst-üstə yığacam ki,

yandırarsan.

yanmış parçaları toplayıb

bu qalmış son xatirələri

özünə çox əziz olduğu üçün

muzeyə bağışlayarsan..

güneydəki günəşin gülüşündəki əzginliyi

hopdurarsan əllərinə

məni görən quzeyə bağışlayarsan..

mənzərən böyümür sevgi obyektivimdə şair olmaq üçün

o qədər yığcam ki..

 

7. bir qaralamalıq

kağızım, vərəqim var.

gülüşümdə heç kəsin görmədiyi

şüam, işığım, şəfəqim var

bir dərmanlıq gün qalıb,

bir dualıq məscidə gedişim.

nə söz qalıb, nə də onları saxlayacaq dişim..

bir nəfəsim var

küləklərin içimdəki var gəlinə uyğun fırtına dolu..

bir yuxum var

bir ömürlük həyatın ağrılarına dözmək üçün

yaşayıram gözü yumulu..

bir gün elə yatacam ki…

 

8. sağım solla qalıb mübahisədə,

altım üstümlə müharibələrdə,

hələ qarşıdan gələn sənsizlik yumruğunu,

girməyimə qadağa qoyulan

xoş günlər qoruğunu,

arxadan gələn gediş peşmançılıqlarını demirəm..

ümid çağırışları,

nifrət siqnalları,

sevgi qışqırıqlarını,

qanımın damarlarımla olan

düşmənçiliklərini demirəm..

mən xaraba şəhərdə heç kəsin sevmədiyi

tıxacam ki..

 

9. içmişəm Xəzərdən,

içim titrəyir.

deyəsən bu günlərdə yanından keçmişəm

ayaqlarım hər addımında büdrəyir..

dişlərim..

sabah xoşbəxtliklərini

acımasızcasına çeynəyir..

yemişəm ümidlərdən bir neçə qaşıqlıq,

mədəm deyəsən göynəyir.

içmişəm Xəzərin çirkini..

- neynirsən, bilmirsən intihardı bu etdiklərin?

- ehh, onsuz da hər yer bulaşıqlıq..

 

10. sərxoşam bilirsənmi?

bu günlərdə Kafkaya döndüyümdən qorxuram.

düşmənlərimdən qorxmuram, dostum,

əzizləyib, öpdüyümdən qorxuram.

qapanmışam qapının arxasına..

şəhərim, evim, içim, sözüm yoxdu - bir sözlə boşam

heç həvəsim də qalmayıb

hansısa bir xəbər üçün dağılam, töküləm, coşam..

gəl qapımı döy

bütün hər şeyin

hirsini, əsəbini səndən çıxacam

saçlarını çiynimə o qədər sıxacam ki..

 

11. parça-parça, hissə-hissə olub

evinin damına yağacam ki,

əllərini göyə qaldırıb

dua edəsən Allaha

mənim üçün

neçə illərdən sonra

birinci dəfə..

belə bir savaba bataram sənin kimi dindar dilindən belə desək..

bəlkə dua edəsən Allaha

məni səbəb gətirərək?

mən qalmamağa hazıram uzağında..

bəlkə o sevdiyin Allaha doğru tələsək?

tövbə etmək istəyirəm

sənin əllərinlə gedim onun hüzuruna

mən günahlarımın sayını-hesabını itirən

sayğacam ki…

 

12. keçmişə dönməkdən acığım gəlir.

zamanın lüğətində

“önə” var,

“geri” yoxdu

arada sənsizliyə belə yazığım gəlir

məndən başqa gedəsi

yeri yoxdu

 

13. qayıdacam,

gözlərinə bir daha elə baxacam ki,

qorxmayacaqsan əvvəlkitək..

işıqlı prospektin

maşın şüşələrinə, fotoqraflara baxması kimi

mən elə bir ağacam ki,

yarpaqlarımı alıb aparan qızıl payızın

qışdan qorxub qaçdığı

daldalandığı

sınıq, sökük daxması kimi..

əriyib, əriyib, süzülmək istəyirəm

köynəyimin içində

yağış damcılarının ürək boşluğumdan

döş qəfəsimə şırıltıyla axması kimi..

 

2. Seymur Su - "Səndən öncə, səndən sonra" kitabından

"İcazə ver içim" fəsli

 

Demişdin, unut..

Hər şeyi unutdum

- səndən başqa..

Demişdin - ...

Nə demişdin?

Unutmuşam..

Yaddaşım qurusun!

İcazə verirsənmi bu gecə

sevginə ac olan çirkli qəlbimi

içkilər yusun..?

* * * * *

- İçmə!

- Ya mənim zədəm?!

- Ya mənim dərdim?!

Dayanmazdım bir gün belə..

Qayıtmayacağını bilsəm buralardan nə gedərdim..

* * * * *

Sənsiz unutduğum Allahı,

sənin gözlərində tanımaq istərəm,

bilmək istərəm..

Sənsiz yağan yağış damcılarını

məxmər çiçəyinin ləçəklərindən silmək istərəm..

 

Tap o adamı..

Gülüşündə doğulan,

gözlərində boğulan,

daima sənə etiqad edən oğlan..

Tap o adamı..

Balaca otağına

saray kimi zəngin olan ruhunu dustaq edən,

o susan dodağıyla,

qızılı gülüşüylə,

səni səndən alan

Seymurun görüntüsünü

divarlarda, hansısa xatirənin sızıntısıyla..

Tap o adamı..

Qısqanmağı bacarmayan,

yolları qaçammayan,

buzları açammayan,

qar adamı olan məni..

* * * * *

Tap o adamı..

Boğulan rəngimdən tanı -

- zəhər içib şerlərə sevgi qusan..

Arada sənə gələn

qırıq-qırıq zəngimdən tanı -

- danışmaq istəməyən,

istəyən, amma susan..

* * * * *

Yaşanılanı

- içkisiz mümkün deyil anlamaq,

Yaşanılmayanları – cib dəftərçəsində gizlədəcək qədər utancağam..

Ayrılıq - bu dünyanın bəzən ən ədalətli qanunu..

Barışıq – bu dünyanın bəzən ən ürəksiz atılan addımı..

* * * *

Bir mövzu aç, bizdən fərqli

Sanki dostuq, uzun illər olub görüşməyəli

Əlini sıxıb, qəlbimə yaslayacaq qədər

içdən gülmək.. Görünüşümüz ya saxtadı

ya daxildən, ya da özgə..

Bir gün axtar məni -

- ya taparsan məndən heç kimsənin xəbərsizliyini;

- ya bir xarabalıqda sümük yığını; ya da kölgə..

* * * * *

içdiyimə görə belə içdən yazmışam hərfləri yanaşı..

Bağışla utandırıram səni

saf hisslərimə görə..

Söz verirəm bir də içməyəcəm.

Bizim aramızda divarlar, sütunlar, dəmir qapılar

söz verirəm:

- Bir də o sərhədi keçməyəcəm.

* * * * *

Tap o adamı:

- demək üçün

- danışmaq üçün..

Tap o adamı:

- gəlmək üçün

- barışmaq üçün..

Seymur Su

 

Go Back

Lalə Əhmədova - SƏNSİZLİKDƏN DOYMUŞAM...

Doymuşam sənsizlikdən
Yoruluram günbəgün
Xəyallar qurub sonra
"Çox heyf, olmaz" deməkdən...

Doymuşam sənsizlikdən,
Səni xatırlayaraq gülümsəyib
"O günlər bir də dönməz" deməkdən.

Doymuşam sənsizlikdən,
Sənsizlik nə yamanmış,
Nə qədər çalışsam da heç öyrəşə bilmirəm,
Sənsizlik bir üfüqmüş,
Nə qədər yerisəm də sona çata bilmirəm...

Doymuşam sənsizlikdən!
Bəsdir,yetər bu həsrət
Necə də acı imiş unutmağa çalışmaq,
Xəyallarda yüz dəfə gah küsüb gah barışmaq...

Doymuşam sənsizlikdən
Yetərincə bəsimdir,
Bundan sonra min il də
 Yanımdan ayrılmasan
Deyərəm o həsrətin
Milyon il əvəzidir.

Doymuşam sənsizlikdən,
Bu cür də sınaq olar?
Sınaq o yana qalsın,
Bu cür də sevgi olar?

Bəs nə oldu küləklər
Yanan şamı söndürüb alovu gücləndirir

Eynilə həsrət kimi...

Bəs nə üçün bu həsrət
Nə səni unutdurur,
Nə də səni mənə gətirmir???

Doymuşam sənsizlikdən
Sən hələ doymamısan?
Bezmişəm sənsizlikdən
Niyə daha yazmırsan?

Darıxmışam səninçün,
Sənli günlərim üçün...
Çox xoşbəxtəm o günlər
Səni sevdiyim üçün...
Məni sevdiyin üçün...

Doymuşam sənsizlikdən
Sənsiz çox darıxıram
Sənsizlikdən üşüyür bütün sənli xəyallar

O arzular sönməmiş
Hardasan, gəl çıx daha...

Lalə Əhmədova

Go Back

Nərmin Xanalızadə - MƏNİM SEVGİM

Sevgi nədir? Bu sual əslində çox sadə görünsədə və hər kəs tərəfindən eyni cavab verilsədə mən kiməm? sualına verilə biləcək qədər rəngarəng və çoxlu  cavaba malikdir.Əfsuslar olsunki insanların çoxu bunun fərqində deyillər və hər kər eyni cavabları verərik sanki sevgi boş bir şeymiş kimi davranırlar.Əslində necə eyni cavab vermək olarki bu suala?Axi hər kəsin sevgisi fərqlidir.Çünki hər kər öz məninə uyğun sevir.Yəni mənim sevgi anlayışım mənə özəldir.Bilirsiniz mi,bizim ən böyük səhfimizdə başqalarının mənindən-sevgi anlayışından istifade etmeyimizdir.Mənim Sevgi nədir?sualına verəcəyim cavabımı sizlərlə paylaşmaq istərdim.Mənə görə sevgi əslində çox sadə görünsədə çox böyük məna kəsb edir.Yegin ki,indi deyəcəksiz ki elə çoxu uçundə elədir onsuz.Ancaq bir fərq var sizin üçün məna nədir?Səbəbsiz yerə gülməyi bacarmaqdır sevgi.Danışmağa söz tapa bilmədiyin halda onun adı gələndə susa bilməməkdir.Sanki hər an yanındaymış kimi yanında olmasa belə hiss etməyi bacarmaqdir.Sevgi hər an solmağından qorxduğun baxçanda bitən ən gözəl gül kimidir.Qoxlamaqdan doya bilmədiyin gül-ömür bağını gözəlləşdirən ən gozəl gül.Onu incitdiyin hər an özünündə darmadağın olmağındır.Sevgi o demək deil yanında olsun hər an Səni Sevirəm desin.Sevgi yanında olmasada bezmədən yorulmadan sevə bilməkdir.Bunlar Mənim Sevgimdir.Ümid edirəm bu yazını oxuduqdan sonra sizdə hər kəsdən fərqli olan öz məninizi-sevginizi kəşf edecəksəniz.

Nərmin Xanalızadə

Go Back

Humay Hüseynli - SEVDİM SƏNİ

Sevdim səni


Yavaş-yavaş, zərrə-zərrə
Yoxsa qəfil birdən birə
Heç bilmədim mən nə cürə
Bu qədər çox sevdim səni

Sığal çəkir eşqin mənə
Hər gün təkrar, hər gün yenə
Həyat verir bu bədənə
Nəfəs kimi sevdim səni

Kam alıram gözlərindən
İlham verən sözlərindən
Ətir saçan sözlərindən
Tanıyaraq sevdim səni

Necə zalım, necə yaman
Səndən ayrı keçən zaman
Ey sevgili mənə inan
Hər halınıa sevdim səni

​Humay Hüseynli

Go Back

20 blog posts