Bəli hər gün şəxsi inkişafla bağlı yüzlərcə kitab işıq üzü görür. Çoxu da digərlərindən kopyalaraq. Bu yazını bəzi kitablara söykənərək günlük davranışlarını və xasiyətini dəyişənlərə ünvanlamaq istəyirəm. Ünvanlamaq istədiyim kəslər bunu oxuyanlar, dostlarımız, tanıdıqlarımız və mən də ola bilərəm. Bir il əvvəl mən də `Dip` deyə bir kitab aldım, doğrusu öyrənməyə dəyəcək bir şeylər yox idi. Bəzi dibə bənzər grafiklərdən bəhs edirdi. İnsan nəyə görə necə hərəkət etməlidir, problemlə qarşılaşanda nə etməlidir, qısacası həyatımıza yön verirdi. Bu yaxınlarda isə tanıdığım və keçən il seminarında olduğum bir Türk yazarın 3 ədəd ard-arda kitabını oxudum. Sizə bəhs edəcəyim kitabın adı isə `Dikkat Vücudunuz Konuşuyor!`dır. Bu yazar isə bəlkə bir çoxunuzun bildiyi Ahmet Şerif İzgörendir. Kitabda bədən dilini və incəliklərini, qarşıdakına müəyyən şeyləri çatdırmaq(mən səndən güclüyəm, səndən çəkinirəm, özümü qoruyuram, amma, savaşa hazıram və s.), əgər təlim verən birisəniz , tətbiq edəbilcəyniz bəzi ipucları və siyasətdə istifadə olunan bədən dili və b. Amma, belə ki bu adam kitabın başında, sonunda və yalnış xatırlamıramsa ortalarında hər dəfə vurğulayır ki, mən bunları sadəcə bilin deyə yazıram, siz hər zaman özünüz olun. Birisi sizə tətbiq etməyə çalışarsa xəbərdar olun və qarşı müdafiəyə keçin. Diqqət etdim adam heç bir kitabında bunu edin , belə edin demir. Əslində olan da budur, sadəcə özümüz olmalıyıq. Kiməsə necəsə görünmək üçün və ya mən beləyəm mesajını vermək üçün oxumaq o cümlədən özümüzü dəyişdirməyə çalışmaq və bu yöndə inkişaf etmək zənnimcə yalnışdır. Bu inkişaf deyil, bu təqlidçilikdi və iki şeydən əmin olun ki, insanlar sizi olduğunuz kimi qəbul etməyi , yalan pərdələr arxasına gizlənməkdən daha üstün tuturlar və nə qədər təqlid bacarığınız yüksək olsa da dünyadakı ən yaxşı təqlidçi ola bilməzsiniz. Zatən tam olaraq sizin xasiyyətinizi , davranışlarınızı köklü dəyişməyiniz demək olar ki mümkün deyil. Ehtimal var, David Kolbun teoreminə görə sadəcə insanların %12`i davranışlarını dəyişdirə bilir.
Keçək kitab qisminə.. Deyə bilərsiniz ki, bəzi nöqtələri - siyasi rəhbərlərin bir birlərinin əlllərini necə sıxmalarının fərqini, qarşısındakının qapıdan ilk keçməsini istədiklərini və əl sıxarkən digər əli ilə qarşıdakının dirsəyindən sıxmasını yorumlaya bilmirik. Əlbəttə, haqlısınız bədən dilində bildiyimiz qədər bilmədiyimiz çox incəliklər var. Amma, fikrimcə normal günlük yaşamda hər kəsin də bu incəlikləri bilməsi zəruri deyil. Ən azından hər kəs iş üçün müraciət etdiyi müəssisənin insan resursları departamentindən biriylə müsahibədə olarkən və ya müdürün otağındaykən qarşısındakının özəl bir əşyasına icazəsiz toxunduqda həmçinin alıb incələdikdə o işə əlvida deməyə qəbullanmalı yaxud müdürlə aralarındakıdakı soyuq savaşa hazır olmalıdır. Bu misalı niyə verdim deyə sora bilərsiniz,çünki bu və bu kimi şeyləri hər kəs bilir. Bizi yönləndirəcək yaxud bu kimi bilinən şeyləri əmr edəcək hər hansı kitab olmadan da belə günlük bir davranışın səhv həmlə olduğunu anlaya bilərik məncə. Deməyə çalışdığım bəzi yazarlar oxucularını bir insan deyil də robot olaraq görür və "önərilər"ini də ona görə yazırlar . Sanki bizlərin heç bir şeydən xəbəri yoxmuş, sanki sərbəst hərəkət etmək ayıbmış kimi yalnız orda yazılanları təkrarlamalıyıq.
Şərif bəydən əsinlənib toxunmaq istədiyim son nöqtə isə müxtəlif yazarların kitablarında bəzi hərəkətlərin bizim mədəniyyət və kültürümüzlə uyğun olmamasıdır. Başqa bir misal olaraq mənim bildiyim meydan oxuma oturuşudur: Bədən tam rahat və bir ayaq digərinin üstünə tam açılacaq şəkildə qoyulur(normal ayaq ayaq üstünə deyil). Bu oturuşu qarşıdakına meydan oxuma, rəqabətə hazır kimi yorumlaya bilərik. Əsasən satış menecerləri istifadə edir. Misal üçün siz bir həmkarınızın , iş yoldaşınızın qarşısında belə otursanız, qarşınızdakı şəxs tərəfindən sözlə olmasa da, baxışlarla ağır təyziqlərə məruz qalacaqsınız. Çünki belə bir hərəkət bizdə mədəniyyətin çatmaması kimi şərh edilir . Bildiyiniz kimi bəzi şeylər bizim kültürümüzdə yoxdur, fikrimcə olmasına da ehtiyac yoxdur. Başqa bir misal , qızın biri Şərif bəyə məktub göndərib ki, siz kitabda yazmısız qarşıdakı ayaqlarını çarpazlaşanda qarşıdakı narahatdır və ya deyəcəyi bir şey var (məhbusları sorğulayanlar da bəzən ayaqlara baxır çarpazsa hər halda anlatacaq bir şeylər vardır) kimi anlaşılır amma, bizim böglədə elə oturmaq mədəniyyətdəndir , əsasən də böyüklərin qarşısında. Buna açıqlama gətirməyə ehtiyac yoxdur hərhalda anlatmaq istədiymi siz çoxdan anladınız və əminəm hər kəs burda yazılanı bilirdi. Yenə bir yazara ehtiyac yox idi, sizi yönləndirmək yerinə vəziyyəti kənardan şərh etmək üçün əlimdən gələni etdim, özünüz olun dostlar.
İbrahim Bədəlov