Düşüncə Jurnalı

header photo

Azadlıq Xoşbəxtlikdir

 

Əslində insanlar hər zaman azadlığa can atır, azad olmağa çalışır. Ancaq bunu heçvaxt bacara bilmir... Çünkü, əvvəlcə nəyin kimin əsiri olduğunu axtarmağı bilmir... Fikrimcə xoşbəxtlik və azadlıq mövcud ən mükəmməl sinonimlərdir. Hər şeydən öncə xalq olaraq azadlığa can atır insan, sonra fərd olaraq, şəxsiyyət olaraq.. Ancaq bütün bunların hamısını bacardıqdan sonra belə azad ola bilmir. İndi ruhun kələpçələrinə, qıfıllanmış zəncirlərinə gəlir sıra.. Asılılıqlarımıza, bağlılıqlarımıza...

Ağlınıza gələnlərin hamısından keçdim, ən dəhşətliləri bəlkə də, keçmişin taxdığı zəncirlər olur ya da hər zaman süslü görünən gələcəyin... Bir də, bir qismin aşa bildiyi böyük çoxluğun isə birincilərə daxilən qibtə etdiyi asılılıqlar var, geyim-gecim, səhvsiz danışmaq kimi, gözəl, ağıllı, kreativ görünmək kimi... Son dövrlər özümüzə böyük həvəslə taxdığımız zəncirlərimiz də var "son model elektronik əşyalar" kimi...


İnsanlar heçvaxt tam anlamda xoşbəxt olmağı da bilmir. Ən böyük xoşbəxtlik kimi dəyərləndirdiyi xəyallarına qovuşduqdan sonra belə tapdığının axtardığı olmadığını anlayır... Anlamadığı böyük mücərrədlik isə bircə cümləyə sığınıb hər zaman onu gözləyir.

"Hər istədiyini əldə etmiş deyil bütün asılılıqlarından, zəncirlərindən qurtulmuş, ruhunu azad buraxmış insan həqiqi mənada xoşbəxt ola bilər"


#azadlıqxoşbəxtlikdir

 

Aytac Hümbətova

(AMEA Genetik Ehtiyyatlar İnstitutunun doktorantı)

Go Back

Sorğu göndər