Düşüncə Jurnalı

header photo

Bir Qadın Yalnız Qalarsa

Bir Qadın yalnız qalarsa…..

Yalnızbaşına ağlarsa…

Bax bu bütün fəlakətlərin başlanğıcı deməkdir həyatında.

Arzuların yıxımı, uçqunlar altında qalmış ümidlərin işartısıdır

ən son anda…

 

Bir qadın yalnız qalarsa..

Gözlərindən axan hər damla yaşda gün gələr boğar ONU!

Qadın məhv edər Onu…

Damla-damla axıdıb ürəyindən, nifrətinin atəşində qurudar onu…

Ağlayar… ağlayar…. Susar…

Güclənər, düşünər, ayağa qalxar…

Irəli baxar…. Içində bastırılmış  intiqamın kölgəsində

Böyüyər, ucalar… zirvəyə qalxar!

Unutmaz amma! Öz rifah təbəssümülə

Gün gələr tərkedənin canını yaxar!

Və budur illərin savaşı bitdi…

Artıq yeni sahillərə yelkəni açar!

 

Yalnız qalarsa bir qadın…

Ağlayar, ağlayar, susar…

Həyatının sonunu qaranlıq yazar…

Güc alar gücsüzlüyündən, güc alar  acizliyindən…

Kimsəsizliyinə tutunub unutdu sanar onu!

Tərkedilmişliyindən güc alıb biçarə qadın,

Tərk edən qismində , onlarla bədəndə unudar onu…

İndi bataqlığın ən dibində… işıq gözləyir ümidsizcə…

Işıq varmı? Işıq yox… çarə varmı, çarə yox..

Çarə  tərkedənin gözlərində… ümid tərkedənin sözlərində…

Hələ də gözləyir tənha qadın… hələ də gözləyir ümidsizcə….

 

 

Bir qadın yalnız qalarsa…

 Qadınlığı bitər ... obrazını dəyişər… 

 Cəmiyyət sıxar onu… təklər onu…

 O qədər sıxar ki, ya kişi edər, ya fahişə edər,

 Ya da  istəksizcə hicaba salar  onu…

 Bir qadın yalnız qalmasın bu həyatda!

 Qalarsa əgər….

 Bu həyat yeyər onu!

 

 PS:  Əsla qoyma  bir qadını yalnız başına.…

                    Dəyməsən belə!

      Məhv edər həyatını kor inadına!

 

Fəridə Qasımova

Go Back

Sorğu göndər