Düşüncə Jurnalı

header photo

NƏŞRLƏR

Vaqif Səmədoğu - Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm,ağlamasa da, gözləri dolsun

Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.

Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub.

1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza aç…

Ətraflı

Cəlil Cavanşirdən yeni kitab müjdəsi

Cəlil Cavanşirin “XAN” Nəşriyyatında “p.s: darıxıram” adlı yeni kitabı işıq üzü görüb. Bu barədə müəllifin özü məlumat verib.

“Ara-sıra yazdığım şeirləri və  mətbuatda çap olunan bəzi esselərimi toplayıb kitab şəklində çap etdirməyə qərar verdim. Kitabın məhz bu şəkildə çap olunmasının təşəbbüsü dostum və naşirim Müşfiq XANdan gəldi. Elə kitabın adını da o verib. Kitabın ərsəyə gəlməsində əziyyət çəkən bütün dostl…

Ətraflı

" X Lady" kitabından seçmələr

– Bir dəqiqə! Mənə elə bir söz deyin ki, sabaha qədər rahat ola bilim. Yoxsa görüşməyimiz mümkünsüz olar. Ölmək istəyirəm, bezmişəm həyatdan. Hamıya nifrət edirəm! 

Çıxılmaz vəziyyətdə qalmışdı. Gerçəkdən həyatda elə bir sehrli söz varmı ki, onunla bütöv yaşamı dəyişmək mümkün olsun? Bəlkə də var! Sadəcə həmin situasiyada, hansı sözü demək lazım olduğunu düşünəndə insan çətinə düşür. Bütün hallarda xanımı sabaha qəd…

Ətraflı

“X-Lady” çap olundu

Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” romanı “Hədəf” Nəşrlərində işıq üzü görüb.

Hədəf Nəşrlərindən ATVxəbər.az-a  verilən məlumata görə “X-Lady” müəllifin ilk romanıdır. Romanın naşiri Müşfiq Xan, məsləhətçisi Narınc Rüstəmova, redaktoru Cəlil Cavanşirdir. Kitabın korrektorları Fəridə Ağaverdiyeva, Fəridə Nadirqızı, Nərmin Quliyeva, mətn tərtibatçısı Rövş…

Ətraflı

Cəlil Cavanşir: Qadın corabları

“Romanın adından üz qapağına qədər hər xırda detalda oxucunu silkələyəcək bir nüans var. Cəmiyyətimizdə baş verən hadisələr, gənclərin dünyaya baxışı, gəncliyin çarəsizliyi, insani münasibətlər, istedadlı insanlara cəmiyyətin laqeydliyi ön plandadır. Kitab hələ çap olunmamış romanın adı ilə bağlı başlayan müzakirələr xoşuma gəldi. Oxucunu maraqlandıra bilmək çox önəmlidir. Onu da deyim ki, romanda erotik detallar çoxdur. Yaşı 18-dən aşağı olan …

Ətraflı

"X LADY" əslində kimdir

 Azərbaycanda bədii kitab dünyasına tamam yeni bir kateqoriya daxil olur. Psixoloq Elnur Rüstəmov tərəfindən qələmə alınmış X LADY romanı ,psixoloqun 10 illik praktik fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlmişdir. Bu kitabı oxumaqla Siz həm "psixoloq kimdir, psixoloji konsultasiya nədir, necə olur, psixoloqun vəzifəsi nədir?" kimi suallara yorucu olmayan, tamamən bədii üslubda cavab tapacaq, eyni zamanda bir qadının X-Lady nin həyatına səfər ed…

Ətraflı

"UŞAQ PSİXOLOGİYASI"

 

Narınc Uşaq Psixologiya Mərkəzinin və Psixoloq Narınc Rüstəmovanın yeni uğurunu sizlərə təqdim edirik! Beləliklə, çoxdandır yolu gözlənilən kitab axır ki,işıq üzü gördü!

Sevincini bizimlə bölüşən Müəllif,bildirdi ki : " Bu kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Kitabın hər hissəsinin üzərində zəhmətlə, qayğıkeşliklə çalışdıq. Çalışdıq ki, oxuculara rahat, anlaşılan, aydı…

Ətraflı

İNSANIN MƏNA AXTARIŞI

 

1.Hissə
Yığma düşərgə təcrübələri


Bu kitab həqiqətlərə və hadisələrə bağlı bir açıqlama vermə
iddiasında deyil, milyonlarla məhbusun təkrar-təkrar yaşadığı
fərdi təcrübələrin xülasəsidir. Bu bir yığma düşərgənin, orada olub
sağ qalmağı bacaranlardan biri tərəfindən danışılan daxili
hekayədir. Bu hekayənin mövzusu zatən kifayət qədər bəhs edilən
(yenə də kifayət qədər inanılmayan) böy…

Ətraflı

BƏXTİYAR VAHABZADƏ ( şerləri)

 

Bir salama dəymədi

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı deyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uza…

Ətraflı

Sihirli hikaye

 

 Kitab iki hissədən ibarətdir:

1-ci  hissədə köhnə bir albom dəftərini 3 sentə aldıqdan sonra bir gecədə həyatı dəyişən,çox yoxsul bir rəssam olan Sturtevant-ın həyatından bəhs edir. Sturtevant albom dəftərinin içində “Sehirli Hekayə” dediyi bir şey tapdı. Bu hekayəni anlatdığı hər kəs yaxşılaşmış və uğura  nail olmuşdu. Sehrli hekayə sanki bir sehr kimi hər kəsin həyatını yaxşı bir yöndə dəyişirdi.…

Ətraflı

RAMAZAN AYININ GÜNDƏLİK DUALARI

Allah-taala Qurani Kərimin Mumin (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»

Həmçinin həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»

İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasın…

Ətraflı

Geştalt terapiyasında ailəyə baxış

Uşağım dediyimi dinləmir” cümləsilə “ Uşağıma dediyimi dinlədə bilmirəm”, “Atam və anam mənim nə istədiyimi başa düşmür” cümləsilə “ Ata və anama nə istədiyimi düzgün başa sala bilmirəm” cümlələri arasındakı fərq kimidir əslində ailə olmaq. Ta uşaqlığımızdan bəri ailə qavramı başa salınır bizə. Ən çox rastlaşdığımız tərif olaraq, Ailə - ata, ana, uşaq və digər insanların bir ev içərisində yaratdıqları birlik kimi başa düşülür. Ailə eyni zamanda…

Ətraflı

Yeniyetmə cinayətləri

Ölkəmizdə cinayətlərin demək olar ki, yarısı 25 yaş və 25 yaşdan aşağı olan uşaqlar və gənclər tərəfindən törədilir. Böyük yaşlarda cinayət işləyənlərin yüzdə doxsanının uşaqlıq və gənclik yaşlarında cinayət işlədiklərinə rastlanmışdır.

Mövzuya bu tərəfdən baxıldığında, uşaq və gənclərdə cinayət səbəblərini tapmaq və bunların qarşısını almaq, bir tərəfdən cəmiyyətdə işlənən cinayətlərin də azalmasın…

Ətraflı

1-cilərin adaptasiyası

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəcilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.

Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur k…

Ətraflı

Təxəyyülün konseptual modelləri və gender problemi

XXI əsrdə şəxsiyyətin formalaşması dövrü nəinki actual nəzəri metodoloji , həm də önəmli praktik problemdir.Şəxsiyyətin psixososial sahəsinin inkişafı çox mürəkkəb həm də özünəməxsus təzadları olan bir prosesdir. Maslounun sözləri ilə desək insan özü ilə yaşamaq istədikdə özünüaktuallaşdırmağa başlayır.Yaradıcılıq meylləri də özünüaktuallaşmanın stixiyasını təşkil edir. Bu stixiyada təxəyyülün rolu son dərəcə önəmlidir. Hisslərin dalğasında yarad…

Ətraflı

Nə dərəcədə diqqətlisiz?

Diqqət və diqqətin növləri

Diqqət, bizim ətrafımızda baş verənləri nə dərəcədə aktiv olaraq qəbul edib etməməyimizlə əlaqəlidir.Bu yazını oxuyarkən ətrafınızda bir çox səsi, görüntünü, toxunma hissini qəbul edirsiniz: yanınızdakı adamın telefon danışığının səsini, oturduğunuz yerin bərkliyi və ya yumşaqlığı, yanınızdakı insanların görünüşü, olduğunuz məkanın görünüşü və s. Bir insan necə olur ki, bu qədər hissi qəbul etdiyi və yaşadığı halda,…

Ətraflı