Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sağlamlıq"

Beyinə zərər verən 10 vərdiş

Beyinə zərər verən vərdişləri bilirsinizmi?

1) Səhər yeməyi yeməmək

Nahar etməyən kəslər, aşağı qan şəkəri səviyyəsinə sahib olurlar. Bu vəziyyət beyin üçün yetərsiz qida tədarük edilməsinə və nəticədə beyin degenerasiyasına gətirib çıxarır…

2) Həddindən artıq yemə

Beyin arteriyalarının sərtləşməsinə səbəb olaraq zehin gücünün azalmasına gətirib çıxarır…

3) Siqaret çəkmək

Çoxlu beyin büzülməsinə səbəb olar və Alzheimer xəstəliyinə yol aça bilər.

4) Yüksək şəkər istehlakı

Çox şəkər zülalların və qidaların əmilməsini dayandırır, balanssız bəslənməyə səbəb olur və beyinin inkişafına maneə ola bilir.

5) Hava çirklənməsi

Beyin bədənimizdə ən çox oksigen istehlak edən orqandır. Çirkli havanın tənəffüs edilməsi, beyinə gedən oksigeni azaldar və beyinin səmərəsində düşmə yaradar.

6) Yuxu çatışmazlığı

Yuxu beynimizin istirahət etməsini təmin edir. Yuxudan uzunmüddətli məhrumluq beyin hüceyrələrinin ölməsini sürətləndirir.

7) Yatarkən başı örtmək

Başı örtərək yatmaq karbondioksid konsentrasiyasını artırar və beyinə ziyan verən təsirlərə yol aça bilər.

8 ) Xəstəlik əsnasında beyini işlətmək

Xəstə ikən çox çalışmaq və ya öyrənmək beyin effektivliyinin azalmasına yol aça bilər və eyni zamanda beyinə ziyan verə bilər.

9) Uyarıcı (qıcıqlandırıcı) düşüncələrdə əskiklik

Düşünmək beyin gimnastikası üçün ən yaxşı yoldur, beyini qıcıqlandıran düşüncələrin əskikliyi beyin daralmasına yol aça bilər. Çarpaz bilməcə və Sudoku yaxşı məşqi təmin edir.

10) Az danışmaq

Zehni söhbətlər beyinin fəaliyyətini inkişaf etdirir.

psixologiya.net

Go Back

Bədənimizdəki elektrik yükündən necə xilas olaq

Gündəlik vərdişlərimiz bədənimizdəki elektromaqnit kirliliyini artırır. Mütəxəssislər isə bundan xilas olmaq və yenidən enerji yığmaq üçün 3 yol məsləhət görür.

 

Elektromaqnit kirlilik mobil telefonlar başda olmaqla bütün elektrik cihazlarından yayılan dalğalardan qaynaqlanır, stress və bədən yorğunluğuna səbəb olacaq elektrostatik yükü artırır. Hər səhər duş qəbul etmənin bütün bədəni elektromaqnit yükündən xilas edəcəyi, insanı stress və yorğunluqdan qurtaracağı bildirilir.

 

İnsanları tənbəlləşdirir

Stressə səbəb olan elektromaqnit kirliliyinin zərərlərindən biri insanı tənbəlləşdirməsidir. Bu təhlükədən qorunmaq üçün sağlam qidalanmaqla yanaşı elektrik cihazlarını mümkün olduqca balanslı istifadə etməlisiz. Gündəlik qidalanmada immuniteti gücləndirəcək qidalara çox yer verməlisiz. Saçınızı saç qurutma aləti yerinə təbii şəkildə qurudun. Mobil telefon yerinə ev telefonundan çox istifadə etməklə elektromaqnit kirliliyi azalda bilərsiz.

 

Torpaqda gəzin

Çılpaq ayaqla torpaqda gəzmək və ya hansısa metal əşyanın üzərində gəzib dayanmaq elektromaqnit kirliliyi azaldır.

 

Gün sonu duş qəbul etmək elektrik yükünün səbəb olduğu stressi, yorğunluğu aradan qaldıracaq, həm də rahat gecə keçirmənizə kömək edəcək.

Əgər hər gün duş qəbul etməyə imkanınız yoxdursa, əlinizi suya tutmaq, ya da əllərinizi tez-tez yumaq da bu elektrik yükünün azalmasına kömək edəcək. 

 

lent.az

Go Back

Gənclər, diqqət! Bu xəstəlik sizi öldürə bilər

Ürək xəstəlikləri və infarkt bütün dünyada həyatı təhdid edən problemlərin önündə gəlir. Ürəkdə ən sıx görülən xəstəliklər damar sərtliyindən qaynaqlansa da, sağlıqsız və nizamsız qidalanma, stress, hərəkətsiz həyat, çox miqdarda spirtli içki, siqaret qəbulu, ağır fiziki işlər fərqli ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Xüsusən də son zamanlarda gənc yaşındakı insanların ürək problemindən dünyasını dəyişməsi böyük narahatlıq yaradıb.

 
Damar sərtliyi
 
Ürək problemləri arasında ən sıx görüləni damar sərtliyidir (ateroskleroz).
Ölkəmizdəki ən geniş yayılmış ürək xəstəliklərinə ürəkdə ritm pozuntusu, ürək qapağı xəstəlikləri (mitral qapaq – aorta qapaq xəstəlikləri), tac arteriya xəstəlikləri, doğuşdan gələn ürək xəstəlikləri, ürək çatışmazlığı, ürək döyüntüsü, ürək revmatizmi, ürək ağrısı, ürək spazmı, ürək böyüməsi, taxikardiya (ürək sürətinin artması) , perikardiya (ürəyi çevrələyən pərdə), atriyal septal defekt ( ASD) xəstəlikləridir .
 
Gizlicə irəliləyə bilər
 
Hər ürək xəstəliyinin fərqli əlamətləri vardır. Ancaq ən çox görülən şikayətlər sinədə ağrı, döyünmə, göynəmə, nəfəs almaqda çətinlik, sol qolda ağrı və keyimə, bel ağrısı, qarın ağrısı, ürəkgetmə, gecə sidiyə tez-tez getmək, siyanoz (əl-ayaq barmaqlarında, dodaqlarda göylərin yaranması) , ayaq və qarın bölgəsində şişmə, öskürək, tez yorulma, halsız olmaqdır.
 
Ən böyük təsir irsidir
 
Ürək xəstəliklərinə səbəb olan bir neçə hal vardır. Bunlardan ən risklisi və həlli mümkün olmayan genetik səbəbdir. Əslində daha əvvəl ürək narahatlığı yaşayan, infarkt keçirən insanların yenidən infarkt olma risk daha yüksəkdir. İrsi yolla keçən xolesterol da müalicə edilmədiyi təqdirdə infarkt və gənc yaşda ölümlərə səbəb ola bilər.
Stressli insanlarda ürək xəstəlikləri daha sıx görülür. Eyni zamanda şəkər xəstəliyi də yüksək səviyyədə risk təşkil edir. Ürək xəstəliklərinə səbəb olan digər risk amilləri düzgün qidalanmamaq, siqaret, spirtli içki kimi zərərli vərdişlər, yüksək təzyiq, piylənmə, nizamsız həyat şəkli, hərəkətsizlik və yuxu problemləridir.
 
Kilo almayın
 
Ürək sağlamlığını poza biləcək bəzi amillər nəzarət altına alınsa, sağlam həyat sürə bilərsiz. Xüsusən stress yaradan vəziyyətlərdən uzaq durmaq, siqaret və spirti içkini tərgitmək lazımdır. Kökəlməməyə çalışın. Yağlı ət, qızartma, basdırma, qaraciyər, kolbasa, dalaq, konservlər qətiyyən yeyilməməlidir.
 
Həftədə 1 dəfə mütləq balıq yeməlisiz. Qırmızı ət yerinə balıq və toyuq yeyin. Toyuq əti yeyilərkən yağlı yerləri və dərisi çıxarılmalıdır. Balıq tərkibindəki Omega 3 turşuları sayəsində qan axınını artırır və pis xolesterolu aşağı salır.
 
Templi qaçışların faydası var
 
Süd və süd məhsullarının yağsız olanı seçilməlidir. Yemək bişirərkən zeytun yağından istifadə edin və duzun miqdarını azaldın. Gün ərzində heç bir yeməyi ötürməməli, meyvə və tərəvəzləri bol yeməlisiz. Tam taxıl çörəkləri yeyin. Fiziki hərəkətlər də ürək sağlamlığını qorumağa kömək edir. Bədəni çox yoracaq hərəkətlər etməyin.
 
Ürək xəstəlikləri gənclər arasında sürətlə yayılır
 
Sağlıqsız və nizamsız qidalanma, stress, hərəkətsiz həyat, siqaret, spirtli içki, ağır fiziki hərəkətlər ürək xəstəliyinin gənc yaşlarda ortaya çıxmasına səbəb olur. Bir digər amil də narkotik maddə istifadəsidir. Eyni zamanda kola, qazlı içkilər də infarkta zəmin yarada bilər.
İrəli yaşlarda ürəklə bağlı problem yaşandığında yan damarlar dövrəyə girərək insanın həyatını qurtara bilər. Ancaq gənclərdə yan damarlar daha yaxşı formalaşmadığından ürək problemi çox vaxt ölümlə nəticələnir. Bu yan damarlar 50 yaşından sonra formalaşır.
 
lent.az

Go Back

Ananın depressiyada olması uşağa necə təsir edir

Ana stress keçirdiyində uşağı ilə maraqlanma müddəti azalır. Ananın yalnız öz kontekstinə deyil, evə və həyata olan marağı da azaldığı üçün uşaq tək qalır.
 
Ananın depressiyada olması uşağa necə təsir edir?
 
Depressiya səbəbindən kifayət qədər qayğı görməyən uşaqda, daha nizamsız qidalanma saatları, nizamsız yuxu saatları, daha çox çərəz və paketli məhsullar istehlak etmə vərdişləri, daha az hərəkət etmə və televiziya ya da kompyuter arxasında daha uzun müddət keçirmək kimi hallar görünür.
 
Ananın ailə üçün yemək hazırlamasından tutmuş, yuxu və ya yuxusuzluq müddəti də uşağa birbaşa təsir edir. Daha az qayğı, daha az yemək bişirən, daha çox yatan və ya yuxusuzluq çəkən anadan ən çox təsirlənən, onun yanında həyatı yaşayan, onun pəncərəsindən həyata baxan övladları olur.
 
Bəzən hamımız sıxıntılı günlər keçiririk, sıxıntıya, stressə, kədərə düşdüyümüz günlər olur. Hər nə yaşasaq da bunu övladlarımıza mümkün olduğu qədər hiss etdirməyək. Bir dostumuzla, həyat yoldaşımızla ya da ki, bir psixoloqa gedərək dərdimizi bölüşə  bilərik.
 
Yaşadığınız məşəqqəti uşaqlarınıza hiss etdirməmək üçün onların qəhqəhə ilə güldüyü, xoşbəxt olduqları zamanları gözünüzün qarşısına gətirin. Onların xoşbəxtliyi bir müddət də olsa sizi rahatlayar və öz bədbəxtliyinizi ən azından onlara əks etdirməyinizə mane olar.
(qadinlar.biz)

Go Back

Artıq çəkidən xilas olmağın 8 qızıl qaydası

İnsanları narahat edən ən ciddi problemlərdən biri də artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk
1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.

2. Mətbəxinizdəki şkafları “təmizləyin” - kolbasa, tort, cipsi kimi qidaları və “rəngli” suları evdən və özünüzdən birdəfəlik uzaqlaşdırın.
 
Yaxşı yadımdadır, Sovet dövründə "Krokodil" jurnalı xoşbəxt moskvalını bir əlində iri “Kiyev” tortu, o biri əlində isə şokoladlı konfetlər, “kopçennı” kolbasa, fanta, kola şüşələri ilə dolu bağlama olan gonbul kişi kimi təsvir etmişdi. Yoldan keçənlər onu əhatə etmişdi. Adamlar soruşurdu, “Hardan almısan”, gonbulun isə ağzından bu sözlər tökülürdü: “Tələsməyin, orda daha yoxdur”. Karikaturanın altında isə yazılmışdı: “Yaxşı ki, yoxdur. Yoxsa, biz də sənin gününə düşərdik”.

3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək edir.

4. Spirtli içkilərdən uzaq olun. Deyə bilərsiniz ki, təmiz içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə edə bilərəm ki, az-az içəndə xeyri də var, çünki qanı duruldur, tromb, infarkt təhlükəsini azaldır. Amma kim zəmanət verə bilər ki, sizin içdiyiniz araq bütün ekoloji normalara və müasir texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə üzüm şirəsindən hazırlanıb? Yaxşı, tutaq ki, siz yalnız təmiz araq içirsiniz, çaxır isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli içki içəndə normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli içkinin qara ciyərə və böyrəklərə dəhşətli yükündən danışmıram…
 
5. Mərhum Səməndər Rzayevin məşhur filmdə dediyi sözləri bir qədər dəyişərək. fikrimizi izah edək: xalqımızın axşamlar qoz, fındıq yemək kimi (o, toy demişdi) gözəl adəti var. Bu, vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, həm də kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları də sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar.
 
6. Atalardan qalma gözəl bir misalımız var: səhər yeməyini özünüz yeyin, günorta payınızı dostunuzla bölün, axşam isə düşməninizə verin. Dəqiq analizdir! Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın - bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin, dietoloqların yazdığı xolesterindən-zaddan çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri bizim lerikli Şirəli baba imiş, o da deyilənə görə, günorta yağlı qoyun ətindən kababı sevirmiş, axşam isə yatmazdan əvvəl qatıq içirmiş. Amma yaddan çıxarmayın ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava, fiziki iş də onun dərmanı idi. Biz isə bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca, çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.
 
7. Müşahidəmə görə, Rusiyada həftənin bir gününü (deyəsən, üçüncü gün) “balıq günü” elan edirdilər. Həmin gün bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi. Təbii ki, bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs öz seçimini edirdi. Həmin gün ruslar bir qayda olaraq, günorta və axşam yeməklərində balıq qızartmasından və şorbasından, hətta konservlərindən istifadə edir, “balıq günü”nün bütün qaydalarına əməl edirdilər. Mən yalnız sonralar başa düşdüm ki, həftədə bir dəfə “balıq günü” təşkil etmək sağlam qidalanmağın ən gözəl yollarından biridir. Odur ki, bu qaydanı böyük məmnuniyyətlə oxuculara da təklif edirəm.
 
8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz, göyərti yeməkdir. Allaha şükürlər olsun ki, dünyanın cənnət guşələrindən biri olan Azərbaycanda hər cür meyvə-tərəvəz yetişir. Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən bişirilən mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə onlardan birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, sağ olun, amma bundan ötrü meyvəni bişirməyə, vitaminləri məhv etməyə dəyərmi? Meyvəni, giləmeyvəni təzə-təzə yemək, saxlamaq üçün isə şəkərə qoymaq məqsədəuyğun deyilmi?! Sonra köksünü ötürdü, dedi siz cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar, mandarin yetişir, qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz, doyunca vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə kifayətlənməli oluruq. Bu söhbətin üstündən on illər keçib, amma indi də xatırlayıram.
 
Sonda yenidən yoqların qaydalarını xatırlatmaq istərdim. Bu qaydalar min illərin sınağından keçib, atalar sözü qədər etibarlıdır. Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz. Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam hər gün əməl edə, yerinə yetirə bilmir. Artıq çəkidən xilas olmaq üçün isə yoqlar mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili yeməklər olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək, günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.
 
axar.az

Go Back

Həqiqətən olduğuna inana bilməyəcəyiniz 10 tibb hadisəsi

1. Mismar adam
Koloradoda bir adam diş ağrısı və görmə pozuqluğu narahatlığı ilə həkimə gedib. Çəkilən rentgen, adamın özünü mismar tapançası ilə vurduğunu göstərib. Xəstə bunu fərq etməyib.
 
2. Cehiz dəsti xəstəliyi
Hollandiyada 52 yaşında bir qadın keçdiyimiz illərdə mədə ağrısıyla həkimə gedib. Mədəsi təmizlənən qadının 78 ədəd çəngəl və qaşıq udmuş olduğu ortaya çıxıb.
 
3. Çox amma çox şanslı olmaq
Amerikada 41 yaşında bir qadın həddindən artıq doza dərman istifadəsi ilə şüurunu itirib. Həkimlər qadının öldüyünə qənaət gətirib və vəsiyyəti üzərinə hədiyyə üçün orqanlarının çıxarılmasına qərar verilib. Qadın tam da neştər vurulmadan saniyələr əvvəl gözlərini açıb. On saniyə gec oyansa olacaqları düşünün..
 
4. İki qəlb
San Diegoda bir xəstə hipertəzyiq və ürək çatmazlığı problemi yaşayırdı. Həkimlərin bu problemə həlli isə maraqlıdır: Mövcud ürəyin yanına bir də sağlam ürək əlavə etmək. İndi çox sağlam olan adamın sinəsində iki ürək var.
 
5. Qələm qılıncdan itidir
Gənc bir adam başağrısı üçün həkimə getdiyində az qala 5 sm-lik bir karandaşın beyninə batdığını öyrənib. Adam kiçikkən qələmin üstünə düşüb, qələm də burnundan içəri girib.
 
6. Maqnit sahəsi
Hər uşaq kiçik topları ağzına götürər, bəzisi də udar. Amma heç biri bu kiçik hindli qız kimi də etməz. Hindistanda 8 yaşındakı bir qız uşağı "şəkərə bənzəyir" deyərək 30 dənə maqnitli kiçik topu udub. Mədədə yaranan qarışıqlığı təxmin edə bilərsiniz.
 
7. Buynuzların zəfəri
5 yaşındakı bu kiçik uşaq alınındakı doğum ləkəsindən xilas olmaq istəyib, həkimlər isə çox maraqlı bir yol tapıblar. Uşağa zamanla yox olacaq iki ədəd süni buynuz əlavə ediblər. Müalicənin detallarını bilməsək də gördüyümüz qədəriylə çox müvəffəqiyyətli olduğunu söyləyə bilərik.
 
8. Əllər və ayaqlar bir-birinə dolaşdı
9 yaşındakı Ming Li keçirdiyi yol qəzası nəticəsində bir ayağını itirib, bir əli isə qopmuş vəziyyətdə olub. Əlin geri tikilməsini o an üçün mümkün görməyən həkim zidd bir müalicəyə girişib: Əli əvvəl qopan ayağa tikmək və yaxşılaşmasını gözləmək! Üç ay ərzində ayağa dikili qalan əl sonrasında təkrardan kiçik qızın qoluna dikilib. İnanılmaz bir müvəffəqiyyət hekayəsi!
 
9. Körpə içində körpə
Budur tibb tarixinə girmiş bir hadisə. Hindistanda yaşayan bu adam həmişə mədə ağrısından şikayətçiymiş. Kiçikliyindən bəri böyük olan göbəyi yaşamasını çətinləşdirib və nəticədə ailəsi onu həkimə aparıb. Hər kəs qeyri-adi bir şiş ilə qarşılaşmağı gözləyərkən adamın qarnından bu şəkildəki digər körpə çıxıb. Hamiləlikmi? Xeyr. Adamın əslində mədəsində varlığını əsla bilmədiyi bir yapışıq əkizi olub.
 
10. Göbəkdə barmaq
Çindəki gənc bir dülgər iş qəzassından ötəri barmağını itirib və həkimi barmağı təkrardan böyütmək üçün nə edib deyərsiniz? Göbəyə tikib. Daha da inanılmaz olanı isə bu əməliyyatın işə yaramasıdır.
bizimyol.info
 
      
 
     
 
   

Go Back

Tez qocalmanın səbəbləri

Ultrabənövşəyi şüaların təsirinə məruz qalanda orqanizmdəki azad radikalların sayı artır. Dalğanın uzunluğundan asılı olaraq, UVA (A tipli ultrabənövşəyi şüa) və UVB (B tipli ultrabənövşəyi şüa) şüaları fərqləndirilir. UVB şüaları UVA şüalarından qısadır, onlar ilk növbədə dərinin üst qatına təsir edirlər. Məhz UVB şüaları dəri hüceyrələrində melaninin yaranmasına və insanın qaralmasına səbəb olurlar. Melanin - xüsusi piqmentdir ki, üzün rənginə cavabdehdir. Azad radikalların melaninə mənfi təsiri dəridə yaş dəyişiklikləri ilə nəticələnir. UVA şüaları dərinin dərin qatlarına daxil olur, dermada kollagen və elastini məhv edən azad radikalların daha fəal törəməsinə təsir edir və bununla üzdə qırışların yaranması başlayır. Beləliklə, günəş şüalanması və azad radikallar dəri hüceyrələrinin yenilənməsinin normal prosesini pozur və vaxtından tez qocalmaya səbəb olur.

Siqaret tüstüsü

Siqaret tüstüsü kollageni məhv edən enzimlərin sayını artırır. Bu, dərinin quruluşunu dəyişir və qırışların yaranmasını tezləşdirir. Siqaret çəkmək özü də dəriyə qan axınını zəiflədir, dəri oksigen çatışmazlığı hiss edir və solur, cansız olur, bürüşüklük yaranır. Siqaret çəkən insanın orqanizmi azad radikallarla mübarizə aparan güclü antioksidantı - C vitaminini çətin qəbul edir.

Yanlış qidalanma

Kifayət qədər meyvə və tərəvəzdən ibarət olmayan rasion orqanizmin azad radikallarla mübarizəsinə lazım olan vitamin, mineral və antioksident qıtlığına səbəb olur.

Əsəb

Əsəbiləşərkən bədəndə kortizol kimi hormon yaranır. Kortizolun həddindən çox olması immunitetə və əzələlərə təsir edir və qırışları yaradan nazik dəriyə səbəb olur.

Yuxu çatışmazlığı

Xroniki yuxusuzluq orqanizmdə maddələr mübadiləsini pozur, dəri hüceyrələrinin bərpasını zəiflədir, dəri solur, qırışlar əmələ gəlir və dəri halsız olur.

publika.az

Go Back

Dəb, ehtiyac, yoxsa maraq

Eynək dəbin əsas elementlərindən biridir. Rəngli, müxtəlif formalı eynəklər xüsusən yaz və yay aylarında çox geniş yayılır. Yaşı və cinsindən asılı olmayaraq hər kəsin marağına səbəb olan, eyni zamanda ən çox işlənən əşyalardan hesab olunan eynəklərə daha çox meyl edən isə xanımlardır.

Əvvəllər bəyaz şüşəli, sadə korpuslu eynəklərdən sadəcə yaşlı insanlar istifadə edirdisə, indi belə eynəklər dəbə də ayaq açıb. İndi sadə, optik olmayan şüşələrdən hazırlanan, gözləri zəif olmayan insanlar üçün nəzərdə tutulan bu eynəklərə də maraq böyükdür. Amma bəlkə də çox az adam optik olmayan eynəklərin ziyanlı olduğunun fərqindədir.

Oftalmoloq Leyla Məmmədovanın sözlərinə görə, optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər: "Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Xüsusən dəb üçün alınan və istifadə olunan şəffaf şüşəli eynəklər gözlər üçün ziyanlıdır. Sağlam gözün əlavə heç bir dəstəyə ehtiyacı yoxdur. Bu cür əlavə eynəklər, linzalar isə dəstək deyil, əksinə gözə zərbədir. Eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər".

Həkimin bildirdiyinə görə, kompüter, telefon, televizor şüalarından qorunmaq adı ilə satılan eynəklər mövcuddur ki, belə eynəklərin də qoruma faizi demək olar, yoxdur. Bu cür eynəklər xüsusən kompüter və telefon mağazalarında satıldığından şüşələrinin keyfiyyətli olması da sual altındadır. Gözləri qorumaq məqsədi ilə alınan belə eynəklərin 1 ay müddətində istifadə olunması göz itiliyini kəskin aşağı endirir: "Dəb üçün eynək alınacaqsa, mütləq həkim müayinəsindən keçilməlidir. Elə optik şüşələr olmalıdır ki, bu şüşələr göz sağlam olsa belə, gözə mənfi təsir göstərməsin. Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində yazılanları müqayisə edin. Həm də diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun. Əgər eynəklər sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan və ya həkim təyini ilə apteklərdən alın".

Eynək çərçivəsi və şüşələrin seçilməsi, ən az gözlüyün göz həkimi tərəfindən verilən reseptə uyğunluğu qədər əhəmiyyətlidir. Ağız, üz genişliyinə görə seçilməyib, keyfiyyətsiz və ya istifadə məqsədinə uyğun olmayan şüşələr problemlərə yol aça bilir.

Şüşə seçkisində polis, əsgər, idmançı kimi impuls işlərdə çalışanlar mütləq qırılmaz orqanik şüşələr istifadə etməlidir. Əgər günəş altında çalışılırsa, kolormatik şüşələr ya da nömrələnmiş polariz, UV A / B / C filtrli eynəklər seçilməlidir.

Bu arada, eynək seçəndə, onun keyfiyyəti qədər dəbə uyğunluğu da vacibdir. "ANSPRESS" 2015-ci il yaz-yay mövsümü üçün trend ola biləcək eynək modellərini təqdim edir.

1. Ağ çərçivələr - Bu tipdə olan eynəkləri ötən mövsümdə də tez-tez görmüşük. Bu mövsümdə də ən aktual modellərdən biri olmağa iddialıdır.

2. Böyük çərçivələr - Bir neçə il öncənin dəbi geri gəlir. Köhnə gözlüklərinizi çıxarmağın əsl zamanıdır.

3. Retro eynəklər - Retro stili hər yerdə var - geyimlərdə, çantalarda, indi də eynəklərdə.

4. Oval çərçivələr - Dördbucaq üz sahibinə malik olanlar bu modellərdən rahatlıqla istifadə edə bilərlər.

5. Dördkünc çərçivələr - Xanımların favoritlərindən biridir. Bu eynəklər olduqca iddialı olan xanımların seçimidir.

6. Yuvarlaq çərçivə

7. Yarım çərçivə

8. Ombre görünüşlü eynəklər

9. İşıltılı çərçivələr

10. Pişik gözlülər

11. Aviator (pilot gözlük)

Qeyd edək ki, ilk eynək 1280-ci ildə İtaliyada ixtira olunub. Bu ixtiranın müəllifi Salvinio delli Arletidir. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə yalnız IX əsrdə ixtira olunub. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəlib. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilib.

anspress

Go Back

Enerji qazanmağın ən asan yolu

Çox yorulmusuz, ayağa qalxıb işinizi görməyə bir damcı da olsun enerjiniz qalmayıb? Enerji qazanmaq üçün bir buz kubunun sizə faydalı ola biləcəyini bilirsizmi?

 

Bu üsulun adı “Feng Fu” (külək evi) adlanır.

Sadəcə fotoda göstərildiyi kimi buz kubunu boyunla çiynin birləşdiyi nöqtəyə qoyaraq 20 dəqiqə saxlamalısız.

Əvvəlcə normal olaraq donacaqsız, sonra istiliyi hiss edəcəksiz. Endorfin hormonun ifrazına müsbət təsir edir. Özünüzü gümrah hiss edəcəksiz. Bu üsulun başqa faydaları da var:

 

Yuxu nizamı

 

Daha yaxşı həzm

 

Qripə qarşı müqavimət

 

Daha az oynaq, diş və baş ağrısı

 

Daha yaxşı nəfəsalma və daha yaxşı ürək-damar sistemi

 

Nevroloji problemlərin, onurğa problemlərinin müalicəsi

 

Cinsi və bağırsaq xəstəlikləri

 

Tiroid vəzi sıxıntıları

 

Hipo və hiper təzyiqləri

 

Astma

 

Piylənmə

 

Sellülit

 

Cinsi pozğunluq, iqtidarsızlıq, menstruasiya narahatlığı

 

Yuxusuzluq, xroniki yorğunluq, depressiya, stress psixo-duyğusal problemlərə də faydası var.

 

Ancaq şizofreniya, epilepsiya və hamiləlik zamanı tövsiyə edilmir. 

 

aile.lent.az

Go Back

Tüstünün zəhərlədiyi zərif vücudlar

Son illər siqaret və qəlyan çəkən qadınların sayı getdikcə artmaqdadır. Əvvəllər cəmiyyətdə normal qarşılanmadığı üçün qadınlar bunu gizli istifadə edirdilər. Amma getdikcə nəinki gizlətmir, hətta bununla fəxr edənlər də var. Bəzən qadınlar bu cür vərdişlərinə “sərbəst yaşayıram”, “ürəyim nə istəyirsə, onu da edirəm” - deyə cavab verirlər. Siqaretə aludəçiliyi tənhalığı ilə əlaqələndirənlər də olur. Qəlyan çəkən xanımlar isə bunun daha təhlükəsiz olduğunu əsas gətirərək, istifadə etdiklərini deyirlər. Lakin bunun orqanizmə zərərləri sonradan hiss olunmağa başlayır. Hətta bir saat qəlyan çəkilməsinin 100 ədəd siqaret istifadəsinə bərabər olduğu deyilir.

Psixoloq Elnur Rüstəmov bildirdi ki, xanımın siqaret çəkməsi əslində özünü kişi ilə şüuraltı bərabər tutmasıdır. Amma gender bərabərliyi pis vərdişlərdən istifadə edilməklə formalaşdırılmır: “Xanımların siqaret çəkməsi bir etiraz formasıdır. Tənha və həyatlarında problem olan qadınlar öz psixoloji durumlarını qaydaya salmaq üçün siqaretdən istifadə etməyə çalışırlar. Bu gün Azərbaycanda siqaret çəkən xanımlar çoxdur. Əvvəllər bunu gizlində edirdilərsə, indi artıq heç kimdən çəkinmirlər. Siqaret və qəlyanın zərərləri hamilə xanımlarda özünü daha çox göstərir. Eyni zamanda, psixoloji gərginlik, rahatsızlıq da yaradır. Xanımlar qoxuya qarşı hər zaman həssas olurlar. Xüsusilə tütün, siqaret qoxusunu çox pis qarşılayırlar. Qadınlar daha çox yüngül, qoxusu olmayan siqaretlərdən istifadə edirlər. Asılılıq olduqda isə bu narahatçılıq, gərginlik daha çox olur. Həyatlarındakı konfliktlər, psixoloji gərginliklər bəzən xanımları yanlış olaraq siqaret çəkməyə vadar edir. Digər tərəfdən, xanımın çevrəsi onun siqaret çəkməsinə böyük təsir göstərir. Xanımlar diqqətli olmalı və yeniyetməlik dövründə bu cür zərərli vərdişlərdən uzaq durmağa çalışmalıdırlar. Valideynlər övladlarında bu cür zərərli vərdişlərə maraq hiss edirlərsə, yaxşı olar ki, zamanında tədbir görərək, onları bundan uzaqlaşdırsınlar”.

Psixoloq deyir ki, qadınlar hazırda siqaret və qəlyanı müstəqillikləri kimi qiymətləndirsələr də, müəyyən müddətdən sonra bundan imtina etmənin yollarını axtaracaqlar: “Qadınların siqaret çəkməsi Azərbaycanda artıq adiləşib və bu proses gedir. Lakin bir müddət keçdikdən sonra xanımlar kütləvi şəkildə siqaretdən imtina etməyə başlayacaqlar. Bu gün Amerika, Avropa ölkələrində nəinki qadınlar, eləcə də kişilər siqareti tərgitməyə çalışırlar. Bu təbiidir və Azərbaycanda da belə bir proses baş verəcək. Əvvəlcə bu vərdiş xanımlar üçün komfort, azadlığın göstəricisi, bir çox kübar ailələrin əyləncəsi kimi dəyərləndirilir. Bir müddətdən sonra özləri bu işdən geri çəkilmək məcburiyyətində qalırlar. Zərərli vərdişlər kişi və qadın orqanizminə fərqli təsir göstərir. Kişi orqanizmi bunlara daha çox dayanıqlıdır, nəinki qadınlar. Kişinin 20 il içdiyi alkoqolu qadın qəbul etsə, bəlkə bir il də yaşamaz. Kişi 20 il qəbul etsə də, fiziki baxımdan ona o qədər də təsir etmir. Eləcə də siqaret. Yaxşı olar ki, xanımlar bu məqama diqqət etsinlər. Xanımlar bu gün ictimai yerlərdə rahatlıqla siqaret də çəkirlər, qəlyandan da istifadə edirlər. Elə təsəvvür yaratmağa çalışırlar ki, sanki bu elə belə də olmalıdır. İkinci mərhələdə isə artıq bundan imtina üçün çalışacaqlar. Bu gün Avropa, Amerika xanımı artıq karyera qurmaqdan bezib, “qadın olmaq isəyirəm” - deyir.

Ginekoloq Naibə Həsənova deyir ki, tütün məhsullarından istifadə vərdişi olan xanımların ana olmasında müəyyən problemlər yaranır. Eyni zamanda, bu, uşağın sağlamlığı üçün böyük təhlükə deməkdir: “Xanımın qanında nikotinin olması birbaşa cift qan dövranına təsir edir. Erkən müddətdə dölün inkişafında ləngimə olur. Belə uşaqlar azçəkili doğulurlar, inkişaf ləngiməsi olur. Uşağın daxili orqanlarında da hər hansı qüsur törədə bilər. Birbaşa cift qan dövranı pozulduğu üçün doğuşda fəsadlarla üzləşirlər. Doğumda gecikmələr də ola bilir, əksinə, vaxtından əvvəl doğuş da. Doğumdan sonra ciftin ayrılmasında problemlər yaranır. Belə qadınların südü az olur”.

N.Həsənova deyir ki, nəinki xanımın özünün, hətta həyat yoldaşının siqaret çəkməsi də uşağın sağlamlığına təhlükə yaradır: “Ailədə kimsə siqaret çəkirsə, artıq digərləri də passiv istifadəçilərdir. Əgər xanım passiv siqaret istifadəçisidirsə, bu da onun hamiləliyinə böyük təhlükə yaradır. Hətta özünün siqaret çəkməsindən də çox zərər görür”.

Qadınların siqaretdən də çox qəlyana meyil etdiyini deyən ginekoloq onu da bildirdi ki, ana olmağa hazırlaşan xanımlar bu vərdişlərdən tamamilə uzaq durmalıdırlar: “Qəlyanın tərkibindəki qətran adi siqaretdən 20 dəfə yüksəkdir. Qəlyanın meyvəli və zərərsiz olduğunu deyirlər, amma bu fikir yanlışdır. Qadınlar arasında qəlyana daha çox önəm verilir. Onlar isə daha çox gənc qadınlardır ki, buna siqaret çəkmək kimi yox, əyləncə deyə yanaşırlar. Xanımlar hamiləliyin ilk 2-3 ayında artıq siqareti özləri tərgidirlər. Çünki bunun zərərli olduğunu bilirlər. Amma normal halda orqanizm artıq bu siqareti tələb etmir. Hamiləliyin ilk ayında qusma, öyümə siqaret çəkən xanımlarda daha da yüksək olur. Ana olmaq istəyən xanım siqaret və qəlyandan uzaq durmalıdır. Həm özü, həm də yoldaşı bundan istifadə etməməlidir”.

Terapevt Məlahət Abbasova isə bildirdi ki, qadınlar kişilərə nisbətən zərif orqanizmə sahib olduqlarını unutmamalıdırlar. Ona görə bu vərdişlərdən istifadə nəinki xanımlara, eləcə də uşaqlarına böyük zərbə vurmuş olur: “Siqaretin tərkibi nikotindir və bu, nəinki qadınlara, eləcə də kişilərə böyük ziyan vurur. Siqaret və qəlyan qadın orqanizminə daha ziyanlıdır. Çünki o, kişi orqanizmindən fərqli olaraq incədir. Bu incəliyi nikotinlə zəhərləmək və bunu övlada ötürmək dəhşətdir. Qadın gələcəyin anasıdır. Bu, ikiqat öldürücü təsir edir. Qanında nikotinin miqdarı çox olan qadın hamilə qalarsa, o nikotin uşağın orqanizminə öldürücü təsir göstərir. Körpə ananın qanı vasitəsilə həmin nikotinlə qidalanır. Bu isə körpənin orqanizmində bir sıra fəsadlar yaradır”.

Həkim onu da bildirdi ki, siqaret çəkmək qadınların sağlamlığı ilə yanaşı, gözəlliyinə də xələl gətirir: “Bir çox siqaret istifadə edən xanımlar qəbulumda olublar və onların sağlamlığında bir sıra problemlər yaranıb. Ağ ciyərləri, bronxları ziyan çəkir. Bununla yanaşı, xarici görünüşlərinə təsir edir, dodaqlarının rəngi dəyişir. Həm sağlamlıq, həm də gözəlliklərinin qeydinə qalmaq üçün xanımlar zərərli vərdişlərdən uzaq durmalıdırlar”.

kaspi.az

Go Back

Ən tez yaşlanan orqanlar

Bəzi insanlar yaşca gənc olduqlarına baxmayaraq ruhən yaşlanırlar. Bəziləri isə, tam tərsinə yaşca böyük olduqları halda ruhən gənc qalırlar. İllər keçdikcə ürək və beyin başda olmaqla bir çox orqanımızda dəyişikliklər yaşanır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, nizamlı idman etmək ya da siqaret və spirtli içki kimi zərərli maddələrdən uzaq durmaq kimi bəzi qaydaları vərdiş halına gətirmək yaşlanmağı gecikdirir. Mütəxəssislərin fikrincə, insan orqanizmində 5 orqan var ki, digərilərinə nisbətən daha tez yaşlanır. Bunlar aşağıdakılardır:

ÜRƏK: Yaş irəlilədikcə ürək böyüyür. 40 yaşından etibarən ürəyimiz də yaşlanmağa başlayır. Yaşlandıqca ürək ağırlığında bir miqdar artım meydana gəlir. Çünki, sol mədəcik divarı qalınlaşır. Bu zaman qanın təzyiqi də get-gedə azalır. Ürəyinizi sağlam saxlamaq istəyirsinizsə, sağlam qidalanın, siqaretdən uzaq durun və idmanla məşğul olun. Banan, ərik və kartof kimi qidalarla qidalanın. Bol miqdarda sarımsaq yeyin.
 
BEYİN: 30 yaşından sonra beyin hüceyrələri yavaş-yavaş ölür və beyin toxumasında kiçilmə başlayır. Bu hadisə 50 yaşında beyin ağırlığında azalmaya gətirib çıxarır və hər 10 ildə yüzdə 2-3 nisbətində azalma meydana gəlir. Bu dəyişikliklərə bağlı olaraq beyində yeni məlumat öyrənmə sürəti azalır. Ancaq köhnə məlumatlar diqqətlə saxlanır. Həftədə ən az iki dəfə balıq yemək, siqaret və spirtdən uzaq durmaq bu prosesi bir az da olsa ləngidir. Bundan əlavə zehni işlədən tapmacaların həll etmək və yaxud gündəlik xəbərləri izləmək də beyin sağlamlığı üçün olduqca faydalıdır.
 
GÖZ: Yaşlandıqda görmə qabiliyyəti də dəyişir. 40 yaşından sonra göz obyektinin sərtliyi artır. Bu səbəblə gözün obyektlərə fokuslanması üçün lazım olan şəkil dəyişikliyi baş tutmur. Nəticədə də 50 santimetrdən daha yaxını görmədə çətinliklər yaşanır. Yəni bir sözlə 40 yaşından sonra yaxın uzaqlaşır. Buna görə də “C” və “E” vitaminləri ilə zəngin qidalarla bəslənin.
 
SÜMÜKLƏR: Sümüklər də yaş ötdükcə yaşlanır. Bu proses qadınlarda kişilərə nisbətən daha tez baş verir. Sağlam qalmaq üçün günəş şüası qəbul edin. Ancaq xüsusilə saat 11:00 və 16:00 arası günəşə məruz qalmamağa diqqət edin.
 
QULAQ: 30 yaşından sonra eşitmə sinirləri yavaşlamağa başlayır. Çünki qulağa gedən və qidalanmanı təmin edən damarlar qan daşıma vəzifəsini tam olaraq yerinə yetirə bilmir. Bundan əlavə xarici qulaq kanalındakı epidemiyanın miqdarının artması qulaq kiri çoxalmasına gətirib çıxarır. Bu da eşitmə keyfiyyətini azaldır. Qulağınızın yaxşı eşitməsini istəyirsinizsə, çox yüksək səsli musiqi dinləməyin!
 
zaman.az

Go Back

8-ci diş və ya “ağıl dişi” ağrısı

Dişlər qida qəbulunda əsas funksional məqamları icra edir.
“Ağıl dişləri” adlandırılan dişlər isə ağızda çıxan ən son təbii dişlərdir. Adətən 18-25 yaş arası dövürlərdə özünü göstərir. Bu yaş dövrü isə insanın əqli kamilliyə və iti düşüncəyə sahib olduğu bir dövürdür. Bu səbəbdən onu “ağıl dişi” adlandırırlar.

Əgər “ağıl dişi” vaxtından tez çıxarsa və digər dişlər onun ətrafında yığılarsa, digər azı dişlər arasında açıq məsafələr bağlanar və dişdə artıqların toplanmasına mane olardı.

İnsanın ağzında “dörd ağıl” dişi olur; ikisi alt çənədə, ikisi isə üst çənədə. Ağızda çıxan ən son diş olduğu üçün bəzən çıxmağa yer tapa bilmir və çənə sümüyündə örtülü olaraq qalır. Bəzən cüzi də olsa, çıxmağa çalışır. Adətən kiçik bir hissəsi görünsə də, digər hissəsi isə çənə sümüyündə qalır.
“Ağıl dişinin” çıxa bilməmə səbəbləri bunlardır:

Başlanğıcda ona aid olan tumurcuğun yox olması,

Çənə sümüyünün həcminin kiçikliyi, “ağıl dişinin” çıxmasına və inkişafına mane olur.
Elə vaxt olur ki, diş eninə və maili şəkildə inkişaf etdiyi üçün çənə onun çıxmasına imkan vermir.
“Ağıl dişi” ilə əlaqəli problemlərə gəlincə isə, bunları demək olar:

Ağızda ilk cücərti zamanı bu dişə aid damaq ətində kəskin iltihab baş verə bilir. İltihab və şişmə zamanı diş ətindən ağrılara səbəb olan irin ifraz olur. Bu zaman xəstə ağzını asanlıqla aça bilmir, hətta yeməyi udmaqda belə çətinlik çəkir.

Kəskin ağız qoxusu, yüksək hərarət, yorğunluq və huşsuzluq yaranır. Çox vaxt “ağıl dişi” ağrılara səbəb olan bir ocağa çevrilir. Səbəb isə bu dişin aşağı çənə sinirinə təzyiqi göstərilir. Yaranan ağrı qulaq, göz və digər dişlərə təsir edir.

“Ağıl dişi” ətraf azı dişlərinə maili şəkildə istiqamət götürərsə, təzyiq nəticəsində dəhşətli ağrılara səbəb ola bilir. Bu meyillilik yemək artıqlarının azı dişlərində toplanmasına, bu isə öz növbəsində dişlərin çürüməsinə gətirib çıxarır.

xanim.net

Go Back

Heç vaxt başqasının göz yaşını silməyin

Hazırda kompüterlər, planşetlər, sensorlu telefonlar həyatımızın bir çox sahələrində istifadə olunur. Lakin bu bizim sağlamlığımıza, xüsusən də bədənimizin ən həssas, ən mühüm orqanlarından biri gözlərə ciddi zərər verir.

 

Başqasının göz yaşını əllə silmək zərərlidir? Saatlarla kompüter oyunu oynamaq hansı göz xəstəliklərinin yaranmasına səbəb olur? Gözümüzə yad cisim və toz düşəndə nə etməliyik?

 

Başqa birinin göz yaşını silmək, təhlükəli ola bilər. Belə ki, o insanın gözündə mikrob varsa, sizə yoluxması ehtimalı artır.

 

Uşağınızı heç bir şikayəti olmasa da, 1 yaşında göz həkimə aparın və müayinə etdirin. Çünki bu müayinə körpəni göz tənbəlliyindən qoruyur.

 

Saatlarla kompüter oyunları oynamaq gözdə kirpik dibi iltihabı, allergiya və göz quruluğuna səbəb olur. Həmçinin uzağı görməklə bağlı şikayətlər çoxalır.

 

Gözdə sulanma, qaşınma, ağrı, göz qırpma, oxuyan zaman yazıların bir-birinə qarışması, göz və baş ağrısı, başı əyri tutaraq oxumaq, gözləri qıyaraq baxmaq kimi hallar göz xəstəliklərinin ilkin təzahürüdür.

 

İş yerinizdə yumşaq sarı tonlarında işıqlandırıcı istifadə edin.

 

Diabet xəstələri və ya idmançılar mütəmadi olaraq göz dibi müayinəsinə getməlidir.  

 

Başqasının kosmetikasından istifadə etməyin. Göz soyuqdəyməsi kimi tanınan konyunktivit xəstəliyi göz qələmi və tuş kimi makiyaj vasitlərindən də keçə bilər. Başqasının kosmetik məhsullarından, həmçinin köhnə, vaxtı keçmiş makiyaj məhsullarından istifadə etməyin.

 

Xüsusən gözü rəngli olan insanlar günəş işığına daha həssas olurlar. Rəngli gözlü insanlarda qızartı tünd rəngli gözlərə nisbətən daha çox yaranır. Bu səbəbdən rəngli göz sahiblərinin gün eynəklərindən istifadəsi daha əhəmiyyətlidir.

 

Günəş şüalarına çox məruz qalmaq zamanla linzaların tündləşməsinə, katarakta və görmə həssaslığına səbəb olur. Bu həssaslığı aradan qaldırmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə şərtdir.

 

Bir çox peşələri kompütersiz təsvir etmək mümkün deyil. Bəli, kompüterlər işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin kompüterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə ciddi ziyan dəyir. Kompüter arxasında işləyən insanlarda allergiya, göz quruluğu, kirpik dibi iltihabı son zamanlarda daha da artıb. Təbii ki, kompüterlərdən tam imtina etmək mümkün deyil. Lakin onların bizim orqanizmimizə olan mənfi təsirini azaltmaq mümkündür.

 

Bu problemi aradan qaldırmaq üçün təmiz havaya çıxmaq, həmçinin hərdən gözü qırpmaq lazımdır. Bunun üçün işinizdə hər 30 dəqiqədən bir fasilə verin, ayağa qalxın, gəzişin.

 

Hər 20-30 dəqiqədən bir gözlərinizi monitordan çəkib uzağa (pencərədən çölə və s.) baxın.

 

Kompüterdə oyunlar oynamayın, internetdən lazım olandan artıq istifadə etməyin.

 

Mətnləri mümkün qədər monitorda yox, kağızda oxuyun (çap edin və oxuyun).

 

Telefonla danışdıqda, fikirləşdikdə monitora yox, uzağa baxın.

 

Daha tez-tez açıq havada olun, sağlam qidalanın, idmanla məşğul olun, kifayət qədər yatın və dincəlin.

 

publika.az

Go Back

Xına haqda nə bilirik

Ağlarot fəsiləsindən olan xına tropik ölkələrdə təbii və mədəni şəraitdə bitən çoxillik həmşəyaşıl bitkidir.

Xına boyaq, bəzək və müalicə bitkisi kimi çox qədimdən məlumdur.

Hündürlüyü 1,5-2 bəzən isə 7 metrə çatan xına bitkisi 20-30 il yaşayır. Bitkinin birinci ildə verdiyi məhsul daha keyfiyyətli olur. İsti iqlim şəraitində xına bitkisi kol və ağac şəklində, mülayim iqlim şəraitində isə ot şəklində bitir. Çiçəklərinin rənginə görə xına ağ çiçəkli və qırmızı çicəklidir. Çiçəkləri qızılgül kimi ətirlidir, noxud boyda yumru meyvə gətirir və toxum bu meyvələrdən alınır. Ucu iti, yumurtavari yarpaqlarının uzunluğu 3-5 santimetr, eni 1,5-2 santimetrə çatır.

Təbii şəraitdə xına Şimali Afrikanın, Ərəbistanın, Livanın, Pakistanın, İranın, Yəmənin, Somalinin, Şri-Lankanın, Hindistanın, Yaponiyanın, Floridanın, Kaliforniyanın tropik və subtropik iqlimə malik olan dağ ətəklərində bitir. Aparılan təcrübələr göstərir ki, Azərbaycanda (Abşeron, Şirvan, Naxçıvan zonalarında) və Cənub-Şərqi Türkmənistanda, həmçinin Qara dəniz sahillərində geniş becərilə bilir. Alimlərimizdən əczaçılıq elmləri doktoru R.K. Əliyev xınanın bütün hissələrini, o cümlədən rəngləyici maddələrini təmiz kristal şəklində alaraq klinik sınaqdan keçirmiş və müəyyən etmişdir ki, xınadakı rəngləyici maddələr qüvvətli antiseptik xassəyə malikdir. Aparılan kimyəvi analizlər göstərir ki, xına tozunda müxtəlif yağlar, sellüloz, azot, kül, pantizon, kitrə, antraqlikozidlər, rəngləyici maddələr, tannin maddələri, xlorofil, S və K vitaminləri vardır.

Ekstraksiya yolu ilə xınadan alınan xlorofilli maddədən ekzemanın və irinli yaraların mualicəsində geniş istifadə olunur. Rəngləyici kristalın suda 1 % -li, spirtdə isə 5 %-li məhlulundan irinli yaraların, xüsusilə follikulit xəstəliyinin müalicəsində istifadə olunur. Yaranın ətrafına və üstünə həmin məhluldan sürtdükdə 3-4 gündən sonra yara tamamilə sağalır. Şərq təbabətində xına tozundan sulu yaraları qurutmaq üçün səpmə dərmanı şəklində, sarılıq xəstəliyinin müalicəsində, mədə pozğunluğunda, qızılçada, göz xəstəliklərində, podaqraya qarşı dərman kimi istifadə olunur.

Hindistanda isə ciyər, dalaq, revmatizm, cüzam və çətin müalicə olunan dəri xəstəliklərini xına ilə müalicə edirlər. Xına boyaq, bəzək məqsədi ilə də istifadə edilən ən qədim bitkilərdəndir. Saçın, saqqalın boyanmasında, əl-ayaq dırnaqlarının bərkiməsində xına sınanmış bitkidir. Xınanın çicəklərindən müxtəlif ətirlər alınır. Xınalı sabundan və şampundan istifadə etdikdə saç parlaq şabalıdı rəngə çalır.

Movqe.az

Go Back

Evimizdəki radiasiya: Wi-Fi

Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır

İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın.

Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib. 

Uşaqlar radiasiyanı daha çox qəbul edir
Wi-Fi ikinci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə ikinci dünya müharibəsi zamanı istifadə edilib.

Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.

Britaniyanın “Sunday Mirror” qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: “Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyininin funksiyasını 1 saatlıq dəyişir”. 

Xərçəngə aparan yol
Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.

Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: “O, bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub”. 

Yuxusuzluq, miqren, ürək döyüntüsü...
İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: “Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, wi-fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir”.

Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: “Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların Wi-Fi olan yerdən uzaq durması məsləhətdir”. 

Nə etməli?
Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür: 
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymaq lazımdır;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır); 
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın. 

kaspi.az

Go Back

Yuxu dərmanları qaraciyəri dağıdır

Bu gün hər şeyin ən rahatına üz tutan insanlar hətta yuxunu belə rahat əldə etmək istəyir. Ən kiçik yuxusuzluqda belə rahat üsul olan yuxu dərmanlarına maraq bu gün insanlar arasında geniş yayılıb.
 
Lakin bunu əldə etmək hər insana nəsib olmur, çünki yuxu dərmanları apteklərdə reseptsiz satılmır. Bunun əvəzinə xəfif yuxugətirən, sakitləşdirən, otlardan hazırlanmış dərmanlar satılır ki, bunların da adlarını bilməyən insan, demək olar, azdır.
Aparılan araşdırmalara görə, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Yuxusuzluqdan əziyyət çəkənlərin əksəriyyəti yuxugətirən dərmanlar qəbul edir.
 
Həkimlərin bildirdiyinə görə, yuxugətirən dərmanlar insanlara yuxu bəxş etməklə yanaşı, bir sıra problemlər də yaradır.
Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla "Bakı Xəbər"ə açıqlamasında qeyd edib ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var.
 
Onun sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır: "Bu dərmanlar müəyyən mənada insanlara narkotik təsir göstərir, onlar insanlarda tez bir zamanda asılılıq yaradır. Əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektləri əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır. İndi dəbdədir, insanlar çox tez-tez "depressiyadayam" deyirlər. İndi apteklərdə də çoxsaylı antidepressantlar var. Bu dərmanlar Azərbaycana xarici ölkələrdən gətirilir. Onların satışı resept əsasında olmalıdır. Çünki onların tərkibində narkotik var. Tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizminə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər.
 
Apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlara gəldikdə, baş kardioloq deyib ki, ümumiyyətlə, ziyansız dərman yoxdur. Hər bir dərman uzun müddət, fasiləsiz qəbul olunarsa, insan orqanizminə mənfi təsir göstərir. Sakitləşdirici, yuxugətirici, antidepressant dərmanlar qara ciyərin fəaliyyətini pozur. Onlar hətta qara ciyər serrozuna gətirib çıxara bilər, onlardan asılılıq tez bir zamanda baş verir".
 
tebib.az

Go Back

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər insanlarda müəyyən narahatlıqlar yaradır. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi bədənin hormon tarazlığını pozur. Yuxu nizamındakı dəyişikliklər adamın yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə çox işləyən, stresli insanlar tək başağrısı deyil, kürək, boyun, çiyin əzələlərində, oynaqlarda ağrılar hiss edirlər.
Yazda ən çox rast gəlinən problemlərdən biri allergiyadı. Dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Dünya alimləri XXI əsri "allergiya əsri" adlandırıblar. Allaergik xəstəliklərə ən çox havada uçuşan çiçək tozları səbəb olur.
 
Tozlar ən çox da gözlərə təsir edir. Allergiya nəticəsində gözdə qaşınma, qızarma və nəticədə damar genişlənməsi meydana gəlir. Kəskin yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Qaşınma bəzi adamlarda göz önündəki təbəqənin quruluşunun pozulmasına səbəb olur, görmə qabiliyyətini zəiflədir.
 
Toxumalarda iltihablı şiş yaranır. Qaşınma zamanı gözün davamlı ovxalanması başqa infeksiyaların da yaranmasına səbəb olur. Göz soyuqdəymələri tək allergik deyil, keçici və mikrobla da bağlı olur. Eyni zamanda davamlı asqırmalar, burun axıntısı, tıxanıqlıq müşahidə edilir. Burundan nəfəs alma çətinləşir.
 
Bu zaman alınan nəfəs nəmləndirilmədən və isidilmədən ağciyərlərə getdiyindən problemlər yaşanır. Nəticədə baş ağrısı, üzdə, alında ağrı, boğazda qıcıqlanma, yanma, davamlı udqunmalara ehtiyac olur. Astma xəstəsi olanlarda döş qəfəsində sıxılma, tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik, xırıltılı tənəffüs və öskürək ola bilər.
Göz allergiyasından qorunmaq üçün evdə nəfəslik yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur. Çünki kondisionerlə xaricdəki tozların otağa birbaşa daxil olmasının qarşısı alınır. Tozlardan qorunmaq üçün gün eynəkləri də məsləhətdi. Mümkün qədər gözə əllə toxunmaqdan qaçmaq lazımdı.
 
Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Hava dəyişikliyi nəticəsində davamlı halsızlıq, yuxudan doymamaq hiss olunur. Bunlar əsasən maddələr mübadiləsi, havadakı mənfi və müsbət yüklü ionlarla bağlıdı.
Otağın havasını təmiz saxlamaq, gündə 7-8 saat yatmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək lazımdı. Gündə 2-3 litr su içmək vacibdi.
 
İnsanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Bu mövsümdəki yorğunluq, halsızlıq, yuxusuzluq, narahatlıq yaz depressiyasının əlamətidir. Hər il müşahidə edilir. Bəzi əlamətlər 2 həftədən çox davam edərsə mütəxəssisə müracət etmək məsləhətdi. Müalicə olunmadıqda təkrarlama şansı artır. Həm də bu sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını öyrənmək vacibdi.
 
Yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır.
Bahar uşaqlar üçün “xəstəlik mövsümü” sayılır. Əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları, tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir”.
Uşaqlar istiyə uyğun geyindirməli və tərləməkdən qorumaq lazımdı. İnfeksiyalara qarşı əllər tez-tez yuyulmalıdı. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdı. Uşaqların düzgün qidalanması təşkil edilməlidi. Çoxlu süd məhsulları içməlidilər. Onları gündə yarım saat günəşə çıxarmaq, gəzdirmək lazımdı.
 
tebib.az

Go Back

Həddən artıq tərləyənlərin xəstəliyi

Bir-birimizlə hal-əhval tutanda ilk sualımız “Necəsən?” olur.

Qədim Romada isə salamlaşma əvəzinə tez-tez “Necə tərləyirsən?” deyə soruşur və hesab edirmişlər ki, orta dərəcədə tərləmə sağlamlığın əsas göstəricilərindən biridir. Müasir dövürdə həmin sualı aşırı tərləmədən əziyyət çəkən xəstəyə verərkən çox yersiz və hətta təhqiredici alına bilər.

Tər ifrazı ən vacib funksiyalardan biri olub orqanizmdən toksinlərin xaric olunmasına və bədən temperaturunun stabil saxlanılmasına yönəlmişdir. Yüksək fiziki gərginlik və ya ətraf mühitin temperaturu tərləməyə səbəb olur. Lakin bəzi hallarda havanın hərarəti yüksək olmayanda da tər ifrazı artır. Tibdə həmin hal hiperhidroz adlanır.

 

Hiperhidroz – artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir.

Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakteriya və göbələklərin nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilir.

Xəstələr tərləməni azaltmaq üçün saatlarla vaxt sərf edir, tez-tez duş qəbul edir, paltarlarını dəyişir və açıq rəngli geyimlərdən istifadə edə bilmirlər. Hər zaman narahatlıq və diskomfort hiss edir, özünə inam hissi azalır, bir çox hallarda depressiya inkişaf edir. Hiperhidrozdan əziyyət çəkən xəstələr peşə seçimində də problem yaşayır bu vəziyyət əmək fəaliyyətinə mane olmaqla yanaşı həyat keyfiyyətini də aşağı salır.

Hiperhidrozun iki növü ayırd edilir: birincili və ya idiopatik və ikincili hiperhidroz. Amerika Dermatologiya Akademiyasında aparılan tədqiqatların nəticəsinə görə dünya əhalisinin 3 faizi idiopatik hiperhidrozdan əziyyət çəkir. İdiopatik hiperhidrozun səbəbi məlum deyil. İkincili hiperhidrozda isə tərləmə şəkərli diabet, vərəm, xərçəng, hipertireoz və insult kimi hər hansı xəstəliyin əlaməti olaraq üzə çıxır. Hiperhidroz həmçinin yerli (lokal) və ümumi (generalizə olunmuş) növlərə ayrılır. Yerli hiperhidroz zamanı əsasən qoltuqaltı nahiyə, ovuc və pəncələr tərləyir. Yayılmış hiperhidroz isə bədənin istənilən nahiyəsinin tərləməsi ilə xarakterizə olunur və əsas xəstəliyin fonunda yaranır.

Sağlam orqanizmdən sutka ərzində 500-1500 ml tər ifraz olunması normal haldır. Hiperhidroz zamanı həmin tər cəmi 1 saat ərzində ifraz olunur. Bu qədər tər haradan və necə ifraz edilir?

Dəridə iki cür tər vəzləri var: ekkrin və apokrin vəzlər. Apokrin vəzlər aralıq, qoltuqaltı və süd vəzin giləsinin ətrafında yerləşir. Apokrin vəzlər bədənin məxsusi qoxusunu əmələ gətirən feromon ifraz edir. Ekkrin vəzlər isə bədənin bütün səthi boyu yayılır. Onların sıxlığı ovuclarda və qoltuqaltı nahiyədə hər kvadratsantimetrə 600, kürək və bel nahiyəsində isə 60 ədəd hesablanır. Hiperhidroz zamanı tər vəzlərinin hər kvadratsantimetrə düşən sayı, həm də vəzlərin həcmi artır.

Tərin kimyəvi tərkibinə gəldikdə isə onun 98-99 faizini su, 1-2 faizini isə natrium, kalium, kalsium duzları, sulfatlar, fosfatlar, mis, manqan, dəmir, aminturşular, xolesterin, hormon və digər maddələr təşkil edir.

 

Aksilyar (qoltuqaltı) hiperhidroz

Hiperhidrozdan əziyyət çəkənlərin yarıdan çoxunda tərləmə qoltuqaltı nahiyədə baş verir. Qoltuqaltı nahiyənin təri zəif turş reaksiyalıdır, ona görə də dərinin qıcıqlanmasına və dermatitlərə, paltarlara toxunduqda isə onların tez xarab olmasına səbəb olur.

 

Ovuc hiperhidrozu

Ovuc hiperhidrozu olan xəstələrin əlləri həmişə yaş olduğundan onlar əl verib salamlaşmaqdan, ətrafdakılara və ya hər hansı əşyaya toxunmaqdan çəkinirlər. Əllərin həmişə tərli olması onlar barədə əsəbi, özünə güvənməyən və zəif xarakterə malik təəssüratı yaradır. Əşyaların tez-tez əldən sürüşüb yerə düşməsi bir çox peşə sahiblərinin işində böyük çətinliklər törədir. Musiqiçilər, xüsusən skripka, tar, kamança, gitara kimi musiqi alətlərində ifa edənlər, dülgərlər, kağızla işləyənlər və idmançılar üçün əllərin tərləməsi yolverilməzdir. Nəm əllər şəxsi həyatda da bir çox sıxıntılara səbəb olur.

 

Plantar (pəncə) hiperhidroz

Pəncə hiperhidrozu zamanı pəncə və topuq nahiyəsində hədsiz tərləmə baş verir, mikrob və göbələk florasının aktivləşməsi pis qoxuya səbəb olur. Dermatitlər yaranır, dəri və dırnaqların göbələk zədələnməsi inkişaf edir.

 

Üz nahiyəsinin hiperhidrozu

Üz hiperhidrozu daha çox isti, acı və ədviyyatlı yeməklərin qəbulu zamanı baş verir və “tərli üz” sindromu adlanır. Onun səbəbləri arasında hormon balansının dəyişməsi də var.

Bu gün müasir tibb elmi hiperhidrozun yaranma səbəbini aşkar edə bilmir, lakin hiperhidroz xəstələrinin yarıdan çoxunun valideynlərinin də həmin patologiyadan əziyyət çəkdiyi məlumdur. Xəstəliyin əlamətləri uşaq yaşlarından başlasa da, cinsi yetişkənlik dövründə kəskin şəkildə artır. Bunun səbəbini hormonal yenidənqurma ilə əlaqələndirirlər.

Xəstəliyin konservativ yolla müalicə üsulları arasında daha çox tətbiq olunanı tərləyən nahiyəyə botulotoksinin inyeksiyasıdır. Prosedur ağrılı olsa da, 2-3 gün sonra tərləmə dayanır və təsiri 3-6 ay müddətində davam edir. Cərrahi müalicəsi isə qoltuqaltı nahiyənin liposaksiyası və simpatektomiya üsulları ilə aparılır.

 

Məsləhətlər

- Gündə ən az iki dəfə kontrast duş qəbul edilməsi tərləməni azaldır.

- Tərləyən sahələrdə tüklərin təmizlənməsi bakteriyaların və tər qoxusunun azalmasına səbəb olur.

- Tərqovucu qidalardan (moruq, bal, isti çay, qəhvə və acı yeməklər) istifadənin məhdudlaşdırılması.

- Orqanizmi möhkəmləndirən preparatların qəbul edilməsi.

- Çox isti havalarda maye qəbulunun bir qədər məhdudlaşdırılması.

- Dar və sintetik parçadan hazırlanmış paltar və ayaqqabıların geyilməməsi.

- Orqanizmin toksinlərdən təmizlənməsi və bədən çəkisinin azaldılması tərləməni azaldır.

- Antiperspirantların isə yalnız hipoallergen növlərdən istifadə etmək tövsiyyə olunur, çünki normal antiperspirantlar tər vəzlərinin axacaqlarını bağladığı üçün problemin bir qədər də dərinləşməsinə səbəb ola bilər.

 

RESEPTLƏR

 

Gülümbahar və qatırquyruğu dəmləməsi

2 xörək qaşığı gülümbahar çiçəkləri və 3 xörək qaşığı çöl qatırquyruğu otu üzərinə yarım litr su tökülür, 15 dəqiqə vam ocaqda dəmlənir. Soyudulub süzüldükdən sonra üzərinə 1 xörək qaşığı 96 faizli spirt əlavə olunur. Ağzı kip bağlı qabda 10 gün soyuducuda saxlanır. Hər axşam 1litr ilıq suya 2-3 xörək qaşığı dəmləmə əlavə olunur və 15 dəqiqə tərləyən nahiyə vanna edilir. Qoltuqaltına islatma da qoymaq olar.

 

Teader çayı dəmləməsi

5-6 filtr-bağlama Teader çayı yarım litr suda dəmlənir və gündə üç dəfə problemli nahiyələrə islatma qoyulur və vanna edilir.

 

Alma sirkəsi

1 litr isti suya 5 xörək qaşığı alma sirkəsi əlavə olunur və tərləyən nahiyəyə islatma və ya vanna şəklində tətbiq edilir. Proseduru 1 ay ərzində gündə iki dəfə tətbiq etmək lazımdır.

 

Fitoton №1 rəngsiz xına

Fitoton №1 rəngsiz xınası dəmlənərək tərləyən nahiyəyə çəkilir, yarım saat saxlandıqdan sonra ilıq su ilə yuyulur. Prosedur günaşırı aparılır.

 

Palıd qabığı

5 xörək qaşığı xırdalanmış palıd qabığı üzərinə 1 litr su əlavə olunur, vam ocaqda mayenin həcminin yarısı qalana qədər qaynadılır. Ocaqdan götürüldükdən sonra üstü örtülür və 2 saat soyudulur. Məhlul soyuducuda 2 gün saxlana bilər. Tənzif salfetlər dəmləmədə isladılır və problemli nahiyəyə islatma qoyulur. Salfet quruduqda prosedur yenidən təkrarlanır. Gün ərzində 2-3 dəfə olmaqla 3 həftə müddətində aparılır. Əl və ayaqlara isə gündə iki dəfə vanna edilir.

 

Söyüd qabığı və nanə dəmləməsi

Hərəsindən 1 xörək qaşığı olmaqla söyüd qabığı və nanə yarpaqları termosa tökülür, üzərinə 1 litr qaynar su əlavə edilir, 1 sutka dəmlənir. Süzüldükdən sonra 1 limon şirəsi əlavə edilir və soyuducuda saxlanır. Axşam ayaqlar yuyulur, pambıq corablar məhlulda isladılır, ayağa geyilir və 1 saat saxlanılır. Corablar quruduqca yenidən isladılır. Müalicə 2 həftə aparılır. Dəmləmə ilə qoltuqaltına və əllərə də islatma qoymaq olar.

 

Palıd qabığı məcunu

2 çay qaşığı bala 3 çay qaşığı toz halında palıd qabığı əlavə edilib qarışdırılır. Axşam çimdikdən sonra tərləyən nahiyəyə nazik qat şəklində çəkilir, 15 dəqiqə sonra yuyulur. Müalicə 14 gün aparılır.

 

Çobanyastığı dəmləməsi

2 xörək qaşığı aptek çobanyastığı çiçəkləri yarım litr qaynar suda dəmlənir, əl və ayaqlara vanna edilir. Dəmləmə ilə qoltuqaltı nahiyə gündə 5-6 dəfə silinir.

Sinir sitemini möhkəmləndirmək üçün səhər və günorta 2 xörək qaşığı Nevronat şərbəti, axşam yatmazdan qabaq isə Sedativ çay qəbul edilir.

 

Adaçayı və gicitkən dəmləməsi

Yarım litr suya hərəsindən 1 xörək qaşığı olmaqla adaçayı və gicitkən yarpaqları əlavə olunur, dəmlənir, süzülür. Soyuducuda saxlamaq şərti ilə 3 gün içilir. Müalicə kursu 1 ay davam edir.

 

saglamolun.az

Go Back

Stressi aradan qaldırmaq üçün məsləhətlər

Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hisslər - bunlar stressin tipik simptomlarıdır. Stressdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir! 

Stressdən tez bir zamanda azad olmağın 12 yolu:


1. Saçınızı darayın
Monitor qarşısında keçirilmiş iş günü — bu zaman sizin üz əzələləriniz gərginləşir və nəticədə başınız ağırlaşıb, ağrımağa başlayır. Stresdən azad olmağın bir yolu saçınızı 10-15 dəqiqədən bir daramaqdır. Bu proses başda qan dövranını yaxşılaşdırır və əzələlərin gərginləşməsinin qarşısını alır.
 
2. Dondurma yeyin
Dadlı yemək effektli və antistress dopinqdir. Eləcə də yaxşı əhvali-ruhiyyəni qoruyub, stress atmağın bir yolu da yağlı balıq yeməkdir, balığın tərkibində omega-3 mövcuddur və bu, əsəb sisteminiz üçün çox faydalıdır. Əgər balıq sevmirsinizsə, o zaman dondurma və ya banan yeyin. 
 
3. Masaj
Enerjinizi saxlamaq üçün 30 saniyə müddəti ilə burun ətrafı, qaşlar və alt dodaq ətrafını, eləcə də əllərinizin içini mərkəzdən masaj edin.

4. Ovuclarınızı sürtün
Stressdən yaxa qurtarmağın növbəti yolu ovuclarınızı əlləriniz isinənə kimi bütün gücünüzlə bir-birinə sürtməkdir. Bundan başqa, qulaqlarınızı da ovuşdura bilərsiniz. Bu yolla siz gümrahlaşıb, işinizə diqqətinizi cəmləşdirə bilərsiniz.
 
5. Stressi “yuyun”
Bütün neqativ enerjini 15 dəqiqə ərzində üzərinizdən atmaq üçün duş qəbul edin. Xəfif axan ilıq suyun altında dayanın ki, su sizin başınızı və çiyninizi masaj etsin. Bir müddət sonra suyun sizin üzərinizdən bütün stressi necə yuyub atacağının şahidi olacaqsınız.
 
6. 27 predmet
Şərq praktikasında belə bir fikir var: “Əgər stressdən, kədərdən  azad olmaq istəyirsinizsə, o zaman evdə 27 predmetin, əşyanın yerini dəyişin”. Bu metodu yoxlayın, özünüz də beyninizin problemlərdən necə uzaq olub, dincəldiyinin şahidi olacaqsınız.

7. Pilləkən
30 saniyəlik yuxarı və aşağı qaçış təşkil edin. Bunun sayəsində beyinə oksigen axını güclənir. Bununla da emosional stressdən qorunmuş olursunuz.
 
8. Boyalar
Psixologiyaya görə, rəsmlərin 2-3 dəqiqə ərzində boyanması stressi 5 dəfə azaldır. Beləliklə, siz nəinki stressdən azad olacaqsınız, eləcə də bir  şedevr yarada biləcəksiniz.
 
9. Hibiskuslu (Çin qızılgülü) çay
Gərginliyin toplanması nəticəsində insanlarda narahatlıq və böhranlı hal hökm sürür, bu da stressin əsas simptomlarından hesab olunur. Bu çay vasitəsi ilə siz gərginlikdən azad olacaqsınız. 
 
10. Təmizlik
Əşyaların səliqəyə salınıb yerinə qoyulması sizin fikirlərinizin nizamlanmasına və diqqətinizin cəmlənməsinə yardım edir. Bundan əlavə, yeşiklərdəki əşyaların səliqəli düzümü psixoloji effekt verərək insanı daxilən qaydaya salır və  onu öz dünyasına qaytarır.
 
11. Xəyala dalmaq
Evdə qalın, bu sizin fikirlərinizi götür-qoy etməyinizə və rahatlaşmağınıza yardım edəcək. Sevdiyiniz musiqini dinləyin, soyuducudan sevdiyiniz təamları götürün və sevdiyiniz yerdə əyləşin. Vərəqə ən çox istədiklərinizi, arzuladıqlarınızı qeyd edin. Bu, sizin bir növ həyatınızı planlaşdırmağınız kimi də qəbul edilə bilər. Həmçinin siz fikirdən, problemlərdən azad olacaqsınız.
 
12. Rəqs
Mütləq evdə rəqs edin! Musiqi sədaları altında ritmik hərəkətlər stressi atmağınıza kömək edəcək ən effektli variantdır. Rəqs, həm də əyləncə növü olaraq qəbul edilir. Sağlam olmağınız üçün çalışın stresdən uzaq olasınız!

atv.az

Go Back

Depressiya bəlası

"Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin 10-15 faizi depressiyadan əziyyət çəkir". 

Bunu Trend-ə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda əsas problemlərdən biri depressiyanın psixi pozuntu kimi qəbul olunmamasıdır. Depressiya ən geniş yayılmış psixi pozuntulardan biri olsa da, Azərbaycanda çox adam depressiyanı normal əhvali-ruhiyyə kimi qəbul edir və hesab edir ki, hər bir kəsin əhvali-ruhiyyəsi aşağı ola bilər. Depressiyaya belə yanaşma isə düzgün deyil və bu, sonda müəyyən problemlər yaradır.

Depressiyaya daha ciddi yanaşılmasını vacib sayan Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlər son vaxtlar bu xəstəliyə daha ciddi yanaşmağa başlayıblar: “İnsanlar depressiya haqqında daha çox məlumatlar əldə etməyə başlayıblar. Bu məlumatların da əldə edilməsi çox vacibdir, çünki insanlar nə qədər çox məlumatlı olsalar, yardım üçün də bir o qədər tez müraciət edə bilərlər”.

Depressiyanın adətən payız və qış aylarında baş verdiyini xatırladan F.İsmayılov bildirib ki, əslində çox adam depressiyadan şikayət etsə də, bu şikayətlərin hamısı depressiya ilə bağlı olmur. Çünki insanda depressiyanın olmasını təsdiqləmək üçün 3 əsas əlamət ən azı 2 həftə ərzində müşahidə edilməlidir. Onlardan birincisi əhvali-ruhiyyənin aşağı olması, ikincisi hər şeyə qarşı marağın itməsi, üçüncüsü isə enerjinin tükənməsidir. Bundan başqa, həmin şəxsdə əlavə olaraq daha bir neçə simptom - yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmə aşağı olmalı, ümidsizlik, köməksizlik hissi yaranmalıdır. Belə insanların hətta intihar etmə ilə bağlı fikirləri də ola bilər. Depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillik var və intihara cəhdlər də edilir: “Depressiyanın yaranmasında bir neçə faktor rol oynayır. Depressiyanın yaranmasında bioloji amillər mühüm yer tutur. Bunlardan birincisi irsiyyət faktorudur. Əgər nəsildə depressiyaya meyillik varsa, onda çox güman ki, insan depressiyaya qarşı həssas ola bilər. İnsan ağır xəstəliklərə düçar olduqda da depressiyaya tez düşə bilər”.

Onun sözlərinə görə, depressiyanın yaranmasında psixoloji faktorlar - tənhalıq, bəzi şəxsi xüsusiyyətlər də rol oynayır. Adətən, boşanmış qadınlar, zorakılığa məruz qalan insanlarda depressiyaya qarşı psixoloji həssaslıq yaranır. Eyni zamanda, sosial çəhətdən müdafiə olunmamış insanlar da depressiyaya daha çox meyilli olurlar.

F.İsmayılov əlavə edib ki, aparılmış tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda məcburi köçkünlər arasında depressiya göstəriciləri çox yüksəkdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük şəhərdə - Bakı əhalisi arasında depressiyaya düşmə halları çox olur.

Mərkəz direktorunun sözlərinə görə, depressiyadan həssas qruplar daha çox əziyyət çəkirlər. Eyni zamanda, depressiya kişilərlə müqayisədə qadınlar arasında iki dəfə çox müşahidə edilir. Bu, qadınların daha çox emosional, eyni zamanda, həssas olması, onların depressiya əlamətlərini hiss etdikdə həkimə daha tez müraciət etməsi ilə izah edilə bilər.

F.İsmayılov deyib ki, depressiya insanda birinci dəfə yaranırsa, onda 50 faiz ehtimalla həmin şəxs ikinci dəfə depressiyaya düşə bilər. Depressiya 2 dəfə yarandıqda onun 3-cü dəfə baş vermə ehtimalı 75 faizə, 3 dəfə olduqda isə 4-cü dəfə baş vermə ehtimalı 90 faizə yüksəlir.

Depressiyanın müalicəsində kortəbii şəkildə dərmanlardan istifadənin düzgün olmadığını deyən Mərkəzin direktoru əlavə edib ki, müalicə üçün ilk növbədə depressiyanın yaranma səbəbləri araşdırılmalı və ağırlıq səviyyəsi müəyyənləşdirilməlidir. Yüngül və orta səviyyəli depressiyanın müalicəsinin dərmanla aparılması o qədər məqsədəuyğun deyil. Bunun üçün qeyri-medikamentoz üsullar tətbiq oluna bilər. Bu üsullar depressiya haqqında dolğun məlumatlandırma, problemlərin həll edilməsi, bu problemlə bağlı fikirlərin dəyişilməsi, yeni fəaliyyət planı hazırlamaq və s-dir. Depressiyanı psixoterapiya vasitəsilə müalicə etmək olar. Bu üsul çox mürəkkəb olsa da, çox effektiv sayılır. Xəstənin vəziyyəti kifayət qədər ağır olduqda isə həkim məsləhəti ilə bəzi dərmanlardan istifadə etmək olar.

F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin konkret sayını da demək mümkün deyil. Çünki insanların çoxu depressiyaya düşdükdə heç bir həkimə müraciət etmirlər. Bəzi insanlar isə qeyri-ixtisas həkimlərinə - kardioloqa, terapevtə, nevropatoloqa müraciət edirlər ki, onlar da depressiyaya düşən şəxs kimi rəsmi qeydiyyata götürülmürlər. Depressiyaya düşənlərin 70-80 faizi psixiatriya yardımlarından faydalanmayaraq başqa yerlərdən kömək umurlar.

milli.az

Go Back

20 nəticə göstərilir