Düşüncə Jurnalı

header photo

KONFRANSLAR

III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı. 09.06.2019

9 İyun tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu.

Konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi  Günü ilə əlaqədar olaraq artıq üçüncü dəfədir həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himni səslə…

Ətraflı

"PSİXOLOGİYA ZİRVƏ" KONFRANSI

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Azərbaycanda ilk dəfə keçiriləcək olan "PSİXOLOGİYA ZİRVƏ" KONFRANSI-na dəvət edir.

Konfransda hər biri öz sahəsində peşəkar olan, yerli və xarici  mütəxəssislər sizin görüşünüzə gələcək. Siz həmin mütəxəssislərin təqdimatında psixologiyanın müxtəlif bölmələri üzrə məruzələri dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz. …

Ətraflı

SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI

07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi.

Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi.  1950-ci ildən başlayaraq hər il 7 Apr…

Ətraflı

"SAĞLAMLIQ PSİXOLOGİYASI" KONFRANSI. 07.04.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 07.04.2019-cu il tarixində baş tutacaq "SAĞLAMLIQ PSİXOLOGİYASI" KONFRANSI-na dəvət edir. 

 7 Aprel "Beynəlxalq Sağlamlıq Günü"-nə həsr olunmuş konfrans 2 hissəli təşkil olunmuşdur. 
 Birinci hissədə hər biri öz sahəsi üzrə peşəkar olan 7 mütəxəssis sizin görüşünüzə gələcək.…

Ətraflı

“Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu. 16.03.2019

16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi. Mövzu üzrə yeni yanaşmalar və perspektivləri təqdim edən forum institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin təşəbbüsü ilə baş tutdu.

Azərbaycan Respulikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunan forumda ilk olaraq Psixologiya …

Ətraflı

Tələbə Psixoloqların I Ümumrespublika Konfransı. 23.12.2018

23 dekabr 2018-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə olaraq keçirilən “Tələbə Psixoloqların I Ümumrespublika Konfransı” baş tutdu.

İnstitutun sədri, psixoloq Elnur Rüstəmovun açılış nitqindən sonra  konfransın rəsmi hissəsinə keçid alındı. Əvvəlcə fəxri qonaqlar - hazırda Azərbaycan Respublikası Təhsil İnstitutunda "Psixologiya və Yaş Fiziologiyası" şöbəsinin müdiri, psixologiya el…

Ətraflı

Bakıda ailə və uşaq psixologiyasına dair beynəlxalq konfrans keçirilir

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "I Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı” keçirilir. Konfransdan öncə AMEA Mərkəzi Elmi Kitabxanasında rəsmi açılış mərasimi baş tutdu.
200-ə yaxın iştirakçının, o cümlədən tanınmış yerli və xarici mütəxəssislərin qatıldığı konfransı giriş nitqi ilə AMEA Gənc…

Ətraflı

YAP Binəqədi rayon Təşkilatı Narınc Uşaq Psixologiya Mərkəzi üzrə ərazi ilk partiya təşkilatı təsis etdi-FOTOLAR

23 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında rayon təşkilatının “Narınc Uşaq Psixologiya Mərkəzi” ərazi ilk partiya təşkilatı təsis edildi. Təsis yığıncağında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Zamin Süleymanov, Şəbnəm Məmmədova, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova, mərkəzdə çalışan YAP üzvləri iştirak etdi…

Ətraflı

Narınc Uşaq Psixologiya Mərkəzinin əməkdaşı ölkəmizi beynəlxalq konfransda təmsil etmişdir- FOTOLAR

Narınc Uşaq Psixologiya Mərkəzinin Xalqlar Dostluğu ofisinin icraçı direktoru Təranə Kazımlı Türkiyədə Üsküdar Universitetində 28-30 aprel tarixi aralığında keçirilən “ I Avrasya pozitiv psikoloji kongresi”ndə ölkəmizi təmsil etmişdir. Konfransın keçirilməsində əsas məqsəd Pozitiv Psixologiya ilə bağlı bütün elmi araşdırılmaların paylaşılması və bu sahədə çalışan dünya mütəxəssislərinin bir araya gəlməsi idi.  Konfransın proqramında dünyanın …

Ətraflı

Azərbaycan Gənc Psixoloqlarının I ümumrespublika forumu keçirilib- FOTOLAR

“ASAN Könüllüləri” Gənclər təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili  mövzuları üzrə iki paneldən …

Ətraflı

Bakıda möhtəşəm "Mavi işıqla işıqlandır və Autizmi tanı" adlı tədbir keçirildi - 02.04.2016

02.04.2016 tarixində “Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi tərəfindən 2 Aprel Dünya Autizm məlumatlandırma günü ilə əlaqədar olaraq Bakı Olimpiya stadionunda “Mavi İşıqla İşıqlandır və Autizmi tanı” adlı tədbir keçirildi.

XXI əsrin qlobal problemi hesab edilən autizm  ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış təd…

Ətraflı

Qızlar Universitetinin tələbələri NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ təcrübə keçirlər

Qızlar Universitetin Psixologiya fakultəsinin tələbələri NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ  təcrübə proqramı ilə iştirak edirlər. 2 növbədə olmaqala 33 tələbə hər gün müxtəlif psixoloji konsultasiyalarda, mütəxəssislərin müxtəlif psixoloji mövzularda verdikləri seminarlarda iştirak edirlər. Eyni zamanda hər gün öyrəndikləri yeniliklər və bilgilərlə bağlı mütəxəssislərlə birlikdə müzakirələr ararır, lazımi suallarına cavab alırlar.…

Ətraflı

"CREATİVE AUTHOR" müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutdu

09.04.2015 tarixində Xəzər Universitetində Psixologiya və Konsultasiya Mərkəzi, DÜŞÜNCƏ Psixologiya Jurnalı və Xəzər Universitetinin birgə layihəsi olan "CREATİVE AUTHOR" müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutdu.

Tədbir Mələk Kərimovanın açılış nitqi və Xəzər Universitetinin Psixologiya fakultəsinin III kurs tələbəsi Nərmin Quliyevanın ingilis dilindən tərcümə etdiyi , müəllifi Viktor Franklın olduğu “…

Ətraflı

Qlobal Psixi Sağlamlıq və İnkişaf Xəstəlikləri mövzusunda Beynəlxalq simpozium

Müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. Bu səpgidə Azərbaycan Tibb Universiteti bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Mart ayında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Korpusunda Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf xəstəlikləri departamenti ilə Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının bərabər təşkil…

Ətraflı

"Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya" konfransı

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova və "Düşüncə" Psixologiya Jurnalının baş redaktoru, psixoloq Vüsalə Ələkbərova Sankt-Peterburqda keçirilən "Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya" konfransında iştirak ederek Azərbaycanı orada təmsil edirlər.

     

       

Ətraflı

"Uşaq Psixologiyası" kitabının təqdimat mərasimi baş tutdu!

 

19.10.2014 tarixində Azərbaycanın ən böyük kitab marketi olan KITABEVIM.AZ –da daha bir kitab təqdimatı baş tutdu. Bu dəfə səbəkar kitabımız “Uşaq Psixologiyası”, qəhrəmanımız isə Narınc Uşaq Psixologiya mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc xanım Rüstəmova oldu.

Kitabla və müəlliflə tanış olmaq , kitab haqqında təəssüratlarını bölüşmək istəyən hər kəs  KITABEVIM.AZ marketində toplanmışdı. Azərbay…

Ətraflı

Orxan Fərəcli 14-18 sentyabr 2014-cü il tarixində, İspaniyanın Madrid şəhərində keçiriləcək "XVI Ümumdünya Psixiatriya Qurultayı"nda!!!

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Dr. Orxan Fərəcli 14-18 sentyabr 2014-cü il tarixində, İspaniyanın Madrid şəhərində keçiriləcək "XVI Ümumdünya Psixiatriya Qurultayı"nda Azərbaycanı təmsil edəcək.

 

Orxan Fərəcli haqqında məlumat:
Azərbaycan Beynəlxalq Universitetinin müalicə-profilaktika fakültəsinin məzunudur. 
2006 - 2010-cu illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı…

Ətraflı

Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı

Bu yaxınlarda “Ulusal Psikolojik Danışma və Rəhbərlik Konqresi” və “Uluslararası Danışmanlık 
Konfransı” ilə birgə İstanbulda Boğaziçi Universitetində psixologiya ilə bağlı Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı keçirilib. Konfransda 40-dan çox ölkənin məşhur psixoloqları, o cümlədən Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin rəhbəri, psixoloq Elnur Rüstəmov da çıxış edib.


-…

Ətraflı