Düşüncə Jurnalı

header photo

Yerkökü cinsi istəyi artırır

Tibbin inkişafı insanların daha rahat və sağlam yaşamasına xidmət edir. Son illər tibb sahəsində aparılan əsas araşdırmalar sırasında cinsi aktivliyin artırılması üçün görülən tədbirlər üstünlük təşkil edir. Harvard Universitetində aparılan növbəti araşdırmada isə alimlər hansı təbii qidaların insanlarda cinsi aktivliyi artırdığı məsələsinə diqqət yetirməyə çalışıblar.

Araşdırma zamanı belə məlum olub ki, sarı və narıncı rəngli meyvə-tərəvəzlər kişilərdə cinsi istəyi artırır. Bu baxımdan xüsusi əhəmiyyətli sayılan qidalardan ən birincisi isə yerköküdür.

Mütəxəssislərin apardığı bu araşdırma nəticəsində belə məlum olub ki, yerkökünə rəng verən karotenoid kimyəvi maddəsi digər meyvə-tərəvəzlərlə müqayisədə sperm istehsalını daha da artırır. Alimlər həmçinin, onu da qeyd ediblər ki, kökün tərkibində olan antioksidanlar DNT-yə zərər yetirə biləcək sərbəst radikalların qarşısını alır, onları təsirsizləşdirir.

Bu nəticəyə gəlmək üçün alimlər 200 gənc üzərində təcrübə keçiriblər. Təcrübədə iştirak edən kişilərə müxtəlif meyvə-tərəvəzlər yedizdirilib və hansı qidaların sperm istehsalına təsir etdiyinə diqqət çəkilib. Araşdırmaların nəticəsi belə deməyə əsas verib ki, sarı və narıncı rəngli qidalar xüsusən də kök bu baxımdan ən məqsədəuyğun qida növüdür. O kişilərdə spermanın hərəkət gücünü 8-10% artırır, ata olmaq şansını yüksəldir. (kishi.az)

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.