Dünyada Autizmin korreksiya ilə bağlı bir çox üsul və metodlardan istifadə olunur.Məsələn ABA (Applied Behavioral Analysis) terapiya, PECS(Picture Exchange Communication System) , Qum terapiyası, Musiqi və rəqs terapiyası, Qrup terapiyası və.s
Ölkəmizdə ABA terapiya,qrup terapiyası,art terapiya və digər terapiya növləri daha çox istifadə olunur.PECS metodu isə nisbətən az tədbiq olunmaqdadır.Hərifi mənası- Picture Exchange Communication System deməkdir. Bu üsul Amerikalı psixoloq Andy Bondy və Lori Frost tərəfindən inkişaf etdirilmişdir. Autizmli uşaqlarla aparılan korreksiya üsullarından biridir, uşağın ətraf mühitlə olan ünsiyyətini və əlaqəsini artırmağa istiqamətlənmiş sistemli bir üsuldur. Burada məqsəd danışmayan və məhdud söz ehtiyatı olan uşaqlarda ünsiyyətin inkişafı və istəklərini şəkillər vasitəsi ilə istifadə etməklə bacarıqların artırılmasıdır.Bu terapiya tədbiq edilərkən ilk öncə bir şəkil kartı ilə başlanılır,daha sonra isə uşaq 1 neçə şəkili birləşdirib cümlə qurmağı öyrənir.
Autizmli uşaqların böyük əksəriyyəti həyatı boyu danışmır və ya istifadə etdiyi nitq ünsiyyət üçün yararsız olur.Amerika Birləşmiş Ştatlarının Delaware ştatındakı “Autizm Layihəsi” PECS üsulu ilə 1 ildən artıq təlim görən uşaqların 76%-nin nitq bacarıqlarına yiyələndiyini və müəyyən nitq bacarığı olan uşaqlarda isə ünsiyyət bacarıqlarının artığını bəyan edir.
PECS sistemi 18 aydan böyük olan,hər hansı əşyanı istəmək üçün söz ehtiyatı və ya səs tələffüz edə bilməyən,sadə sualları soruşa bilməyən,təqlid edə bilməyən,cavab verə bilməyən,başqalarının dediyini anlaya bilməyən və ən azı 3 ay loqopedik dərs alıb nəticə verməyən bütün uşaqlara tədbiq edilə bilər.
PECS terapiyaya uşağın çox sevdiyi və sevmədiyi yemək, oyun və tədbirlərin siyahısı hazırlanaraq başlanılır. Daha sonra bu siyahıda qeyd olunanlara uyğun olaraq şəkilli kartlar hazırlanır. Metodu mütləq ailə üzvləridə tətbiq etməlidir. PECS üsulu 6 mərhələdən ibarətdir və hər mərhələdə fərqli öyrənmə üsulları həyata keçirilir.Mərhələlər aşağıdakı kimi verilir:
1.Fiziki yardımlə dəyişiklikləri öyrətmə-Burada uşaq hər hansı şəkilli kartı pedaqoqa uzadaraq ona uyğun əşyanı pedaqoqdan almağı öyrənir.Beləcə insanlarla ünsiyyət qurmağın ilkin bacarıqlarına yiyələnir.
2.Uzaqlıq və müstəqillik-Uşaq istədiyi əşyanın şəkilini tapır,ünsiyyət ortağının diqqətini cəlb edir və rəsm kartını ona uzadaraq istədiyi əşyanı əldə edir.Beləliklə fərqli uzaqlıqda olan rəsm kartlarını,ünsiyyət ortağını tapmağı və bunları müstəqil şəkildə etməyi öyrənir.
3.Rəsimləri fərqləndirmə-Bu zaman uşaq rəsm kartları arasında istədiyi şeyin şəklini tapır,onu ünsiyyət ortağına göstərərək istədiyi əşyanı əldə etmiş olur.Beləliklə uşaqda,fərqləndir,sinifləşdirmə,ayırd etmə bacarıqları formalaşmış olur.
4.Cümlə qurulması-Uşaq 1 neçə şəklin köməyi demək istədiyi cümləni formalaşdırır.Məsələn “istəyirəm” rəsm kartını istədiyi hər hansı əşyanın kartı ilə birləşdirərəm cümlə strukturu yaradır.Belə olduqda zamanda uşaqlarda şifahi nitq bacarıqları da nisbətən formalaşmağa başlayır.
5.”Nə İstəyirsən?” sualına cavab verməyi öyrənir.Yəni uşaq ona ünvanlanan sualı kartlar vasitəsilə bildirərək anlama,verilən suala cavab vermək kimi bacarıqlar formalaşır.
6.Fikir bildirmək-Uşaq “ nə istəyirsən?”,”nə görürsən?”,” nə eşidirsən?” və.s bu tip sualllara cavab verir,müstəqil şəkildə öz istəklərini bildirməyi öyrənir.
Bu mərhələləri uğurla tamamlayan uşaqlar öyrəndiyi ünsiyyət bacarıqlarını sosial həyatında tədbiq edər,istədiyini əldə edərkən aktiv rol oynayar.Sözlü nitq vərdişlərinin yaranması üçün münbit şərait yaranmış olar.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,PECS ilə təlim görən autistik uşaqlarda davranış problemi öz-özlüyündə xeyli azalmışdır.Bu metodun köməyilə autistik uşaqlarda incə motor bacarıqlar da inkişaf etmiş olur.Həmçinin diqqətini uzun müddət saxlamaq bacarığı da inkişaf edir.
PECS-ə başlayarkən ilk əvvəl təlimdə 2 təlimçi iştirak edir.Bunlardan biri mütəmadı olaraq uşaqla ünsiyyət qurur,digəri isə uşağa dəstək olmağa çalışır.Ancaq zaman keçdikcə təlimçilərin sayını azaltmaq olar.Bu metodun tədbiqində ailə də mühim rol oynayır.Metod uşağın olduğu bütün sitiuasiyalarda tədbiq olunur.PECS-in sonrakı inkişaf mərhələlərində təlimçi-ana-uşaq üçlüsü iştirak edir.Bundan əlavə PECS-də iki təlimçinin olması uşağın sosiallaşması baxımından ilk dövrlərdə zəruri hesab edilir.
PECS-in ailələr tərəfindən evdə tədbiq olunması da xüsusi əhəmiyyətə vacibdir.Uşaq günlük həyatında istifadə etdiyi əşyaları,yediyi qidaları ailədə daha praktik və təbii şəraitdə öyrənmiş olur.Bundan başqa digər metodlardan fərqli olaraq PECS materiallarının hazırlanması o qədər də mürəkkəb və bahalı deyil.Hətta valideynlər özləri də bu kartları ev şəraitində rahatlıqla hazırlaya bilərlər.
PECS-in danışa bilməyən şəxslərə tədbiqi ilə yanaşı,danışa bilən ancaq söz ehiyatı zəif olan və ya ünsiyyətə meyilli olmayan şəxslərə də tədbiqi mümkündür.Valideynlər bəzən bu metodun uşaqlarının şifahi nitq bacarıqlarına yiyələnməsinə “maneə” olacaqlarını düşünürlər,lakin unutmaq olmaz ki,PECS-in tədbiqində məqsəd uşaqlarda nitq bacarıqlarını formalaşdırmaq və mövcud bacarıqları daha da inkişaf etdirməkdən ibarətdir.
Nuray Lətifzadə