Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ailə psixologiyası"

Körpələrimizin diş çıxarma zamanı

Bəzi körpələr ağzında dişlə doğular, bəziləri də bir yaşına gələnəqədər hələ diş çıxarmamış ola bilər. Hər iki halda sıxlıqla rast gəlinən vəziyyətlər olsa da, ikisindədə çox narahat olmaq lazım deyildir.

  • Körpələr ilk dişləri olan süd dişlərini 6 aylıqdan etibarən çıxarmağa başlayar. Iki yaş yarıma çatana qədər artıq bütün süd dişlərinə qovuşmuş olurlar. 6 yaşına gəldikləri zaman süd dişlərini buraxıb yerinə yeni və qalıcı dişlərə keçid zamanına qədəm qoyarlar.
  • Diş çıxarma zamanı körpədən -  körpəyə dəyişiklik göstərə bilər. 3 – 4 aylıq ikən diş çıxaran körpələr də, ola bilər. Bu əsasən irsi olaraq ana – atadan keçən bir xüsusilikdir. Yəni, sizin dişləriniz tez çıxmışsa, çox böyük güman körpənizdə tez diş çıxara bilər.

Addım – addım diş çıxarma əlamətləri;

  • Hər körpənin inkişafı eyni olmadığı kimi diş çıxarma zamanlarıda eyni olmaz:
  • Bəzi körpələr üçün bu müddət olduqca ağrısız və rahat keçərkən, bəziləri üçün də son dərəcə ağrılı və rahatsız ola bilər. Bu körpələrdə çəki itkisinə rast gəlinir:
  • Körpənin diş çıxarması ilə birgə tempraturu olması müşahidə olunur:
  • Huysuzluğun artması, gecə oyanma və ağlama seansları, tüpürcəkdə artma diş çıxarma zamanlarında ən çox rastlanan vəziyyətlərdir.

         Bunlardan əlavə - qızdırma və ishal, iştahsızlıq və yeməyi reddetmə, ağız çevrəsində axmalar, əllərini dişləmə, zəif öskürək, hər şeyi ağzına götürmə istəyi, üzdə və boyun çevrəsində qaşıntı və s. kimi əlamətlər də, müşahidə edilə bilər.

         Nələr etmək lazımdır?

  • Körpənizi qucaqlayın – bu sıxıntılı zamanda körpənizi rahatlatmaq üçün onu daha çox qucağınıza alıb daha çox əzizləyin. Sıxıntısını anlayıb və yanında olduğunuzu hiss etsin.
  • Diş halqası dış qaşıyan əşyalardan istifadə edin – uyğun bir diş qaşıyıcısı körpənizi rahatlada bilər. Bəzi körpələr üçün ən yaxşısı barmağını istifadə etməkdir.
  • Masaj edin – körpənizin diş ətlərini təmiz və soyuq marlı ilə masaj edin.
  • Dərman istifadəsi - əgər körpənizin qızdırması və qarın ağrısı çoxdursa həkimlə laqə saxlayın. Lazım olarsa dərman istifadə edin amma həkimin göstərişi ilə.
  • Dişlərini fırçalayın – körpənizin süd dişləri tam çıxdıqda 10 altta və 10 üsttə tam 20 dişə sahib olacaq. Hamsı çıxmamış belə olsa dişlərini əvvəldən fırçalamağa başlayın onda bu vərdiş halı alsın. Dişini fırçalamağı onda bir əyləncə oyun halına gətirin.
  • Konfet və şirniyyatdan uzaq tutun – körpənizin balaca və ağappaq dişlərinin uzun müddətli sağlamlığı üçün konfet və şirniyyat yerinə tərəvəz və meyvələrdən istifadə edin.

         Tərcümə etdi:Abbaslı Vəzifə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Aqressiv uşaqlarla psixokorreksiya işinin xüsusiyyətləri

Müasir dövrdə uşaqlarda aqressivliyin öyrənilməsi bir neçə səbəbdən aktuallıq kəsb edir. Əvvəla uzun müddət «aqressiya» tibbi, bioloji və irsi kateqoriya kimi baxıldığından problem psixoloji səhnəyə çıxarılmamış və bu aspektdən araşdırılmamışdır. İkincisi, ümumi psixoloji biliklər baxımından məsələyə yanaşdıqda aydın olur ki, aqressiya hər hansı bir prosses kimi nəzərdən keçirilmir. Sadəcə olaraq insanın emosional halətlərinə, tələbatlarına epizodik toxunulur. Üçüncüsü, aqressiv davranışın ümumi psixoloji mexanizmləri müəyyən mənada aydınlaşdırılsa da, onun təzahürünün etnik milli-amilləri diqqətdən kənarda qalmışdır. Nəhayət, aqressiv davranışın təşəkkül və təzahür xüsusiyyətlərinin bilavasitə tədqiqat obyektinə çevrilməsi bu davranış tərzinin ən geniş detallarını araşdırmağa imkan verir. 
Aqressiya tədqiqat  obyekti kimi biologiya, etologiya, sosialogiya, hüquq, konfliktologiya və s. elmlər tərəfindən də öyrənilir. Lakin insanın aqressiv davranışının mexanizmi onun təbiəti belə bir hissin əmələ gəlməsi, davranış zamanı təzahür etməsi və onun səbəbləri barədə sanballı tədqiqatlar məhz psixoloqlar tərəfindən aparılır. Bu məsələyə xarici ölkə alimlərindən Leonard Berkoviç, Debora Riçardson, Robert Beron, Arnold Bass, Albert Bandura, Nil Miller, Stenli Milqram, Con Dollard, Ziqmont Freyd, Konrad Lorens, Kristian Bütner və başqalarını qeyd edə bilərik. Probelmlə bağlı rus psixoloqlarından Rean A., Semenyuk L, İvanov L., Rumyantseva T., Anna Ros və başqalarının müəyyən fikir və mülahizələrinə rast gəlirik. Azərbaycanda isə aqressiyanın tibbi aspektləri N.İsmayılov, F.İsmayılov tərəfindən işlənmişdir.

Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur.

Şərti olaraq aqressiyanı 2 növə bölürlər:

düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün

3 yaşa qədər uşaqlarda aqressiyanın aşağıdakı  növləri vardır:

1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurulan zaman, tanımadığı insanların əhatəsində)

2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir

3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır)

Aqressiyanın yaranma səbəbləri çoxdur. İlk və əsas səbəb somatik problemlərdir. Uşağın orqanizmində hansısa xəstəliklərdən narahatlıq yaranır. O, başqalarının tələb və tapşırıqlarına əməl etmək istəmir, ya da bunu bacarmır. Həmin narazılıqlar neqativ emosional hərəkətlərlə üzə çıxır. Bu, özünü davranışda aqressiya formasında göstərə bilir. İkinci səbəb bilavasitə psixi xəstəliklərdir: nevroz, şizofreniya, autizm, hiperativlik və s. Üçüncü səbəb - sosial-psixoloji və pedaqoji problemlərdir. Həmin problemlərə yaş böhranlarını, yaşlılar və həmyaşıdlarla ünsiyyət və münasibətlərin pozulmasını, 5-6 yaşdan başlayaraq şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələri göstərmək olar. Xüsusilə 3 yaşlı uşaqlarda və yeniyetmələrdə aqressiyanın təzahürü, əhatə dairəsi daha genişdir. Eləcə də, fərdi-psixoloji xüsusiyyətlərə görə aqressiya fərqli şəkildə təzahür edir.

 Eyni zamanda bura orqanik səbəbləri də aid edə bilərik:

Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır.

Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.

Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı,bir yaxını və ya Tv qəhrəmanı ola bilər.

TVdəki şiddət səhnələri: Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır.Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.

Uşağın şiddətə məruz qalması.

Ailə içindəki mübahisəli mühit:Evdəki gərginlik, narahatlıq və hirs təcavüzkarlığa səbəb ola bilər.

Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması,

Şiddətə təhrik edən mühit:Uşaqla lağ edilməsi kimi…

Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları: Məsələn uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olur.

Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət qədər marağın göstərilməməsi.

Psixoloqlar tərəfindən aqressiyanı idarə edən effektiv tədbirlər işlənib hazırlanmışdır. Bunlara daxildir:

Modelləşdirmə - aqressiya tətbiq etmədən məqsədə nail olmaq üçün müxtəlif modellərin nümayişi;

Rol oyunları - əks-əlaqənin yaradılması, qeyri-aqressiv davranış modellərinin təqdir olunması, əldə olunmuş vərdişlərin real şəraitdə praktik tətbiqi;

Uşaqlarda aqressiya çoxlu sayda xoşagəlməz faktorların birgə təsirindən yaranır:

uşaqların həyatının sosial şəraitinin pisləşməsi

ailə tərbiyəsinin düzgün olmaması

məktəbin uşaqların sinir-psixi vəziyyətinə fikir verməməsi

körpənin baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən pataloji hamiləlik və doğuşların sayının artması.

Bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.

Valideynlərin və müəllimlərin aqressiv uşaqlarla ünsiyyət qurması üçün aşağıda konkret praktik tövsiyələr qeyd edilmişdir:

1. Kiçik bir aqressiya zamanı sakit reaksiya
Uşaqlarda və yeniyetmələrdə yaranan aqressiya əgər təhlükəli deyilsə və anlaşılandırsa qeyd olunan pozitiv strategiyalardan istifadə etmək olar:
-uşağın,yeniyetmənin reaksiyasına əhəmiyyət verməmək-xoşagəlməz davranışların qarşısını alan güclü bir yoldur.
-uşağı anladığınızı bildirən ifadə (”əlbəttə , bu sənə təsir edir...”)
-diqqəti başqa yerə yönəltmək, hər hansı bir iş təklif etmək
-uşağın davranışını pozitiv ifadə etmək (“sən hirslənirsən ,çünki yorulmusan”)
Uşaqlar çox vaxt aqressiyadan özlərinə diqqət cəlb etmək üçün istifadə edirlər.
2.  Diqqətin şəxsiyyətə yox, davranışa yönəldilməsi.
Uşağın şəxsiyyətini yox, onun hərəkətlərini tənqid etmək lazımdır.

Uşaq sakitləşdikdən sonra onunla davranışını müzakirə etmək məqsədəuyğundur. Aqressiya zamanı özünü necə apardığını,
dediyi sözləri, hərəkətləri təsvir etmək lazımdır.
Uşağın yalnız “indi və burda”yaranan davranışlarını təhlil edin, keçmiş hərəkətlərini yada salmayın. Yoxsa uşaqda acı hislər yaranacaq və o öz davranışına tənqidi yanaşa bilməyəcək.
Uşağa davranışının mənfi nəticəsini və aqressiyanın ən çox onun özünə zərər verdiyini bildirin.
Aqressiyanı azaldan yollardan biri-uşaqla əvvəlki münasibətləri bərpa etməkdir. Bunun üçün göstərilən texnikadan istifadə olunur.
-faktı təsdiq etmək (“sən özünü aqressiv aparırsan”)
-təsdiq olunan sual (“sən qəzəblənirsən?”)
-aqressiv davranışın motivlərinin açıqlanması (“Sən məni incitmək istəyirsən?,”Sən gücünü nümayiş etdirirsən?”)
-xoşagəlməz hərəkətə qarşı öz hislərinizi bildirin. (“mənimlə bu tonda danışmağın xoşuma gəlmir.”)
-qaydalara müraciət etmək (“Biz ki,səninlə danışmışdıq, şərt kəsmişdik”)
Uşağın və yeniyetmənin aqressiyasına qarşı reaksiya zamanı böyüklər ən azı 3 xüsusiyyət nümayiş etdirməlidirlər: maraq göstərmək, xeyirxahlıq, qətilik. Axırıncı xüsusiyyət onu göstərməlidir ki, valideyn öz övladını sevir , lakin onun bu cür davranışının əleyhinədir.
3. Öz mənfi emosiyalarına nəzarət
Valideynlər və ya mütəxəssislər aqressiv uşaqla ünsiyyətdə olarkən öz neqativ    emosiyalarına nəzarət etməlidirlər. Uşaqların aqressiv davranışı böyüklərdə güclü mənfi emosiyalar-qıcıqlanma, hirs, inciklik. qorxu, çarəsizlik yaradır. Böyüklər bu neqativ halı normal və təbii qəbul etməlidirlər.
Böyüklər öz mənfi emosiyalarını idarə etməklə uşağın yaratdığı aqressiv vəziyyətin ağırlaşmasının qarşısını alır,
onunla xoş münasibət saxlayır və aqressiv insanla qarşılıqlı əlaqənin necə olduğunu nümayiş etdirirlər.

4.  Vəziyyətin gərginliyinin qarşısının alınması

Uşaqların aqressiyası zamanı böyüklərin əsas işi -vəziyyətin gərginliyini azaltmaqdır. Böyüklər göstərilən hərəkətləri edərək gərginliyi və aqressiyanı daha da artırırlar:
-səsin yüksəldilməsi,uşağı hədələmək
-güc nümayiş etdirmək
-qışqırmaq, təhqir etmək
-aqressiv jestlər etmək
-sarkazm, rişxənd, lağ etmək və qıcıqlandırmaq
-uşağın özünün, yaxınlarının, dostlarının neqativ şəkildə qiymətləndirilməsi
-fiziki gücün istifadə olunması
-münaqişəyə yad insanların cəlb edilməsi
-cəzalandırmaq
-uşağı yaxşı uşaqlarla müqayisə etmək
-təzyiq etmək, tələb etmək
Bu reaksiyaların bəziləri vəziyyəti müəyyən vaxta qədər sakitləşdirir. Lakin bütün bu reaksiyalar uşağa daha çox mənfi təsir göstərir.
5. Uşağın davranışını müzakirə etmək.

Aqressiya zamanı uşağın davranışını analiz etməyin . Bunu o, sakitləşdikdən sonra etmək lazımdır. Müzakirəni təklikdə və sakit vəziyyətdə aparmaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, onun bu cür aqressiyası ətrafdakılardan çox onun özünə ziyandır.
6. Uşağın müsbət qiymətləndirilməsi
Uşağın mənfi hərəkətlərini heç vaxt başqalarının yanında müzakirə edib onu pərt etməyin.
Yeniyetmənin müsbət reputasiyasını saxlamaq üçün aşağıda göstərilənlər məqsədəuyğundur:
- yeniyetmənin günahını başqalarının yanında minimuma endirmək, lakin gözünün içinə baxaraq həqiqəti bldirmək
-uşağı tam olaraq özünüzə tabe etməyin. İmkan yaradın ki, sizin tələblərinizi özü bildiyi kimi yerinə yetirsin.
-uşaq ilə kompromisə girin.
Uşağa təzyiq edərək öz tələblərinizi həyata keçirtmək istədikdə yeni bir aqressiyanın yaranmasına səbəb ola bilərsiniz.
7. Qeyri-aqressiv davranışın nümayiş etdirilməsi
Aqressiya zamanı uşağı düzgün tərbiyələndirməyin əsas şərti-qeyri-aqressiv davranışın nümayiş etdirilməsidir. Uşağın yaşı kiçik olduqca valdeyn göstərilən aqressiyaya qarşı daha sakit olmalıdır. Valideyn diqqətlə, analiz etmədən uşağı dinləməlidir. İmkan yaratmalıdır ki,o , fikrini tam izah etsin- əks halda yeni konflikt yaranır. Ən əsas valideyn səmimi olmalıdır.

Uşaqlarda aqressiyanın aşağıdakı növləri və münasibətlərin qurulması metodları vardır:

Hiperaktiv-aqressiv uşaq. Hiperaktiv uşaqlarda aqressiyaya daha çox rast gəlinir. Uşaqlara səhvlərini etiraf etməyi, ətrafdakılara qarşı qayğıkeş olmağı, öz günahını başqasının üstünə atmamağı öyrədin.

Aqressiv-dəymədüşər uşaqlar.
Dəymədüşərlik uşaqlarda tərbiyənin düzgün olmaması və sinir sisteminin xəstəlikləri ilə əlaqədar yarana bilər. Əgər uşaq demək olar ki , həmişə aqressivdirsə onda çalışın ki, onu gərginlik yaradan vəziyyətlərdən uzaqlaşdırasınız.

Qarşılıqlı olaraq aqressivlik yaradan uşaqlar.
Əgər uşaq daima yalnız valideynlərinə, yaxınlarına kobudluq 
edirsə, demək onun valideynləri ilə münasibətində problemlər var.
Bu zaman valideynlər problemi birlikdə həll etməli, uşaqla birlikdə çox vaxt keçirməlidirlər.

Aqressiv-qorxacaq uşaqlar. Belə uşaqlarda öncə qorxu hissini 
aradan qaldırın.

Aqressiv-hissiyyatsız uşaqlar.Buna səbəb ailə tərbiyəsi, intelektual inkişafın pozulması və genetika ola bilər. Belə uşaqlar laqeyd , kobud, davakar olur. Bu cür uşaqlarda humanist hislər yaratmağa çalışın.

                                    Aysel Allahverdiyeva

Narınc Uşaq Psixologiya Mərkəzinin Gəncə filialının  psixoloqu

Go Back

Övladlar arasında ideal yaş fərqi nədir?

Bu mövzuda dəqiq birşey söyləmək çətindir. New England journal of Medicine tərəfindən yayımlana bir çalışma bir doğumdan sonra təkrar hamiləlik üçün 18 – 23 ay gözlənilməsi lazım olduğunu təklif edir. Amerikada bacı – qardaşlar arasındakı yaş fərqinə baxdıqda bunun 2,5 yaş olduğunu görə bilərik.

 Uşaqlar arasındakı yaş fərqinin az olmasının üstünlükləri;

  • Uşaqlar bərabər böyüyər, bərabər oynayar, həyat boyu bir – birilərinə dost olarlar. Yaşları çox yaxın olduğu üçün oyuncaqları, geyimlərini bölüşərlər.
  • Iki uşağın eyni zamanda böyüməsinin ailəni möhkəm edən bir təsiri vardır.
  • Yaş fərqi 2 – dən az isə böyük uşağın yerinin alınması, öz və sahiblənmə kimi duyğuları tam başa düşmədiyi üçün gələn körpəyə mənfi reaksiya vermə ehtimalı çox azdır.
  • Uşaqlar arasındakı yaş fərqinin az olması valideynlərin kariyera və uşaq baxımı qərarlarınada kömək olar. Çox zaman iki uşaq üçün ayrı – ayrı baxıcı tutmaq yerinə, ikisinədə eyni zamanda baxıcı tutmaq daha sərfəlidir.
  • Valideynlər eyni anda iki uşağın körpəlik sıxıntılarını geridə qoymuş olur.

     Uşaqlar arasındakı yaş fərqinin az olmasının mənfi cəhətləri;

  • Valideynlər üçün ilk illər dəhşət bir tempdə keçər. Yuxusuz gecələr, uşaq bezləri, emizdirmə, pürəli yeməklər, və çirklənmiş paltarlar dəhşət yorar.
  • Eyni anda oxşar ehtiyacları olan uşaqlara çatmağa çalışmaq çox çətin ola bilər. Ilk uşağın yuxu rejimi daha tam oturmamış yeni bir uşaq dünyaya gəlir. Biri tualet verdişləri öyrənərkən digəri üçün gecə gündüz emizdirmə və yuxusuz qalma kimi anlar ana üçün tükəndiricidir.
  • Üst – üstə uşaq sahibi olan zaman valideynlərin uşaqlara ayrı – ayrı zaman ayırmaq imkanları olmaz. Hər ikisinədə çatmağa çalışarlar.
  • Yaşca yaxın olmaq uşaqılar arasındakı rəqabəti artırır. Kiçik uşaq məktəbdə hər zaman böyüyün kölgəsində qaldığını düşünər.
  • Yaş aralığının az olması uşaqlar arasında kəskin qısqanclığa səbəb olur.
  • 2 yaş uşaq hamiləlik sıxıntılarınızı başa düşməz; davamlı qaçmaq, dırmaşmaq istəyər.

    Uşaqlar arasında yaş fərqinin az olmasının mənfi və müsbət cəhətləri olduğu kimi, yaş fərqinin çox olmasının da, mənfi və müsbət cəhətləri vardır.

     Müsbər cəhətlər; 4 yaşdan çox fərqi olan böyük uşağın özünə hörməti olduqca yaxşıdır. Ananın  və atanın marağını illərdir aldığı üçün daha güvənli və bağımsızdır; uşaqlar arasında fiziki hücum 2 – 4 yaş aralığında daha sıx rast gəlinir, lakin bu aralığ 4 yaşından çoxdursa böyük uşaq yeni doğulan bacı ya qardaşına daha şəfqətli və sevgili olur; ana və atada illərdir valideyn olmanın güvəni vardır. Bu səfər xırda şeyləri o qədərdə dərd etməzlər; cütlük daha sağlam və qalıcı bir münasibət qura bilər.

    Mənfi cəhətlər; kiçik böyüyə rahatlıq verməz, otağını dağırdar; böyük uşaq böyük olmağından bezmək hiss edər; ikisinində başqa maraqları və istəklərinin olması valideynlərə çətin gələ bilər, biri leqodan ev düzəltmək istədikdə biri onu yemək istəyər.

    Nəticə olaraq bunu qeyd etmək lazımdır ki, unutmaq olmaz ki, hər uşaq fərqlidir. Müsbət və mənfi cəhətlər uşaqdan uşağa ailədən ailəyə dəyişə bilər.

   Tərcümə etdi: Abbaslı Vəzifə ( Narınc könüllü qrupun üzvü)

Go Back

Dizartriya

Gözəl  nitq  uşağın  hər tərəfli  inkişafı  üçün vacib  olan  şərtlərdn  biridir.Əgər  uşaqda nitq  qüsuru  varsa bu  uşağın  fəaliyyətində, davranışında  öz  əksini  tapır.Beləliklə,uşaq   özünə  qapalı olur.Bu da gələcəkdə  arzuolunmaz  halların  yaranmasına  gətirib  çıxarır.

Nitq  patologiyasında qüsurlar üzvi  və  funksional  olur.Üzvi  qüsurlar-beyin  qabığının  anatomik  pozuntusudur.Funksinal  qüsurlar  isə  normal  anatomik  quruluş  olduğu  halda,nitq  orqanlarının fəaliyyətinin  pozulmasıdır.Anatomik  qüsurlar aşkar  olunduqda həkim -mütəxəssisə  müraciət etmək lazımdır.Bundan  sonra loqoped  işləyə  bilər.

Dizartriya da  nitq  qüsurlarından  biridir. Kəskin  xroniki infeksiyalar,oksigen  çatışmazlığı,intoksikasiya, hamiləlik  toksikozu  və  bəzi  doğuş  travmaları dizartriyaya  səbəb  olan  faktorlardır.Qan uyğunsuzluğu da  dizartriyaya  səbəb  ola bilər.Çox  vaxt  dizartriya həyatın  birinci  ilində infeksion  xəstəliklərin  sinir sisteminə  təsirindən  yaranır.

Diazrtriya nitq  aparatının innervasiyasının  orqanik  çatışmamazlığı  ilə şərtləşən nitqin  səs  tələffüzü  tərəfinin pozuntusudur.Əsas  əlamətlərini səslərin artikuliyasiyasının pozulması,səsyaranmanın  pozulması,eyni  zamanda  nitqin  tempinin,ritminin,intonasiyasının pozulması  təşkil edir.Dizartriya  bulbar  dizartriya,qabıqaltı dizartriya,

beyincik  dizartriya,qabıq dizartriya  və  psevdo-bulbar  dizartriya kimi növlərə  bölünür.

Bulbar  dizartriya  uzunsov  beyin  xəstəliyi  vəya şişi  zamanı əmələ  gəlir.Qırtlağın,udlağın,dilin və  yumşaq  damağın  iflici  və  ya parezi  xarakterik haldır.Nitq  tutqun,çox  qarışıq və  ləng  olur.Bulbar  dizartriyalı  uşağın  üzündə ammimiklik olur.

Qabıqaltı dizartriya   baş  beyininin qabıqaltı  düyünlərinin  zədələnməsindən yaranır.Əzələ  tonusunun pozulması və hiperkinesiyası  müşahidə  olunur.Hiperkinesiya zamanı uşaq nəzarət edə bilmədiyi qeyri iradi  hərəkətlər edir.

Beyincik  dizartriyasına uşaqlarda  az rast gəlinir,aydın   kəsik nitqlə müşayət olunur.

Qabıq  dizartriya zamanı səs  heca  quruluşu pozulur.Uşağın   bir səsdən başqa  səsə keçid dinamikası  çətinləşir.

Psevdo-bulbar  dizartriyaya  uşaqlarda  daha  çox  rast  gəlinir. Psevdo-bulbar  dizartriya  erkən uşaqlıq,doğuş və  ya doğuş dövründə ensefalit,doğuş travması,şiş və s.nəticəsində  beyinin  zədələnməsindən əmələ gəlir.Uşaqda  psevdobulbar iflic və ya   parez əmələ gəlir. Psevdo-bulbar  iflic  nəticəsində uşaqda  ümumi  və nitq  matorikası  pozulur.

        Defektoloq-Loqoped: Novruzlu  Zəminə

Go Back

Uşaqlarda dırnaq yemək problemi

 

Əmmə dövrü (2 yaşa qədər) bitdikdən sonra bəzi uşaqlarda  dırnaqlarını yemək problemi ortaya çıxa bilər. Dırnaq yemək nədir? Dırnaq yemək uşağın öz dırnaqlarını yeməsi və ya bir əli ilə o biri əlini dırnaqlarını, dırnaq ətini qoparmasıdır. Hər dırnağı ilə, barmağı ilə oynayan uşağa: “Dırnaq yeyir” deyə bilərik mi? Təbii ki, xeyr.  Müşahidə etmək lazımdır uşaq nə vaxt, nədən sonra dırnaq yeyir və  dırnağını yeyərkən əhvali ruhiyyəsi həmin vaxtı necədir?

İki yaşını başa vurmuş, zehni və fiziki inkişafı normal uşaqlar dırnaqlarını yeyər isə və ya yeməyə davam edər isə, bu uşaqda mövcud olan psixoloji problemin göstəricisidir. Əslində dırnaq yemək asberqin görünən tərəfidir.

Bəs nəyə görə uşaqlar dırnaqlarını yeyirlər? Uşaqların dırnaq yeməsinin səbəbi nədir?

Əmmə dövrü bitmiş uşaqların dırnaq yeməyi inamsızlıq əlamətidir. Uşaqda güvən və arxayınlıq hissinin çatışmadığı hallarda dırnaq yemə halları baş verir. Üstəlik bu dövrdə böyüklərin uşaqlara təsir göstərərək  davranması təkanverici xarakter daşıyır.

Ailədə ata-ana, ata-ana-uşaq münasibətlərindəki çatışmazlıqların olması uşaqların dırnaq yeməsinə səbəb olur: evdə olan davlar, ölüm, xəstəlik,məktəbə başlama, ailədə II uşağın doğulması, ifrat məsuliyyətin olması və s. səbəblər.  Bu və ya digər problemlər uşaqda daxili narahatlıq, gərginlik yaradır və həmin gərginliklər, narahatlıqlar uşağın dırnaq yeməsinə səbəb olur.

Evdə böyüklər arasında olan davalar  uşaqlara çox pis təsir edir. İnsanın psixoloji inkişafında valideynlərin rolu böyükdür. Düşünün ki, bir ev tikirsiniz. Həmin tikdiyiniz evin təməlini nə qədər möhkəm tikərsəniz ev o qədər möhkəm, əzamətli, təhlükəsiz olar. Həmin təməl sütünlardan biri “ana” digəri isə “ata”dır. Evdə olan davalar həmin sütünların uçması deməkdir. Yəni valideynlər arasında olan davalardan ən çox uşaqlar zərər görürlər. Tədqiq edilib ki, insan neçə yaşına çatırsa çatsın heç vaxt valideynlərinin dalaşmasını unuda bilmir. Uşağın yaşadığı bu gərginlik isə onun dırnaq yeməsinə səbəb olur.

Ailədə olan xəstəliklər uşaqlarda itirmə qorxusu və dolayısı ilə dırnaq yemə ortaya çıxar. Valideynlər xəstəliyi necə qəbul edib , reaksiya verərlər isə uşaqlar da o cür qəbul edib reaksiya verərlər. Xəstəlik nə qədər dramatikləşdirilərsə uşaq da onu o qədər çətin qəbul edər və hatta daha ağır – psixi travmaya səbəb ola bilər.   

Bacı-qardaş qısqanclığı təxminən yeni uşaq dünyaya gələndən  3-4 ay çəkir, sonra isə böyük  yaşda olan uşaq vəziyyətə adaptasiya olur. Əgər o qısqanmağa davam edərsə , valideynlərin uşaqlara olan münasibətində doğru olmayan tərəflər vardır. Qısqanclıq sevgi doyumsuzluğundan və özgünən əksikliyindən yaranır. Nəticədə uşaqda dırnaq yemə problemi ortaya çıxa bilər.

Yeniyetməlik yaşında da bu problem görülə bilər. Yeniyetməlik böhran dövr olduğu üçün yeniyetmə dırnaq yeyə bilər. Utancaqlıq özgüvən duyğuları məhz bu dördə xüsusi olaraq inkişaf edir. Yeniyetmənin fizioloji inkişafı, bundan yaranan problemlər, ailədə olan və şəxsiyyətlərarası  konfliktlər  onda gərginliklər yaradır. Bu isə bəzən yeniyetmənin dırnaq yeməsinə səbəb olur.

Stressə davmsız uşaqlar yeni mühitə düşdükdə situativ olaraq dırnağı qopara, dırnaq ətini didə bilər.  Həmin uşaqlar stressə davamsız, özünə inanmayan və həssas  olduqlarından yaranan həyacan bu şəkildə özünü göstərir.

Bu və ya digər səbəblərdən yaranan dırnaq yemə problemini aradan qaldırmaq üçün nə etmək lazımdır?

  • Müşahidə edilməli
  • Səbəb tapılıb, səbəb həll olunmalıdır.
  • Uşağın özgüvənini qaldırıb, stressə davamlılığını artırmaq lazımdır, adaptiv bacarığını inkişaf etdirmək lazımdır.
  • Dırnaq yemə vərdişini aradan qaldırmaq lazımdır.
  •                                      Arzu Ələkbərova 
  •    Narınc Uşaq Psixologiya Mərkəzinin Gəncə filialının  psixoloqu

Go Back

Borderline şəxsiyyət qüsuru nədir?

Borderline şəxsiyyət qüsuru dəniz kənarında tez – tez ayağınızın altından sürüşüb gedən qumlara basdığınızda qorxub özünüzü savunmasız və balanssız hiss etmənizə bənzəyir. Münasibətlərinizdə, duyğularınızda, düşüncələrinizdə, davranışlarınızda qərarsız olduğunuz vəziyyətdir. Sizin üçün yaşamaq qorxuducu və ağrı verici bir şeydir. Düşüncələrinizi, davranışlarınızı, duyğularınızı nəzarət edə bilməniz üçün təsirli borderline şəxsiyyət qüsuru müalicələridə vardır.

     Əgər sizdə borderline şəxsiyyət qüsuru varsa siz özünüzü daim lunaparkdakı sürət qatarının içindəymiş kimi hiss edirsiniz. Sadəcə duyğularınızda və ya münasibətlərinizdə deyil, kim olduğunuza dair hisslərinizdə də. Şəxsi şəkil, hədəfləriniz və hətta sevmədiyiniz və bəyənmədiyiniz şeylər sıxlıqla beyin qarışdırıcı və naməlum kimi görünən şəkillərdə dəyişəbilər.

   Borderline şəxsiyyət qüsuru olan insanlar həddən artıq duyğuludurlar. Kiçik səbəblərdən böyük reaksiyalar göstərə bilərlər.

      Kədərləndiyinizdə sakitləşməniz olduqca çətin olacaqdır. Bu duyğusal gəl – get vəziyyətləri və özünü birdən rahat buraxmaq impulsiv olaraq davranışlara səbəb ola bilir. Birilərinə onu incidəcək şeylər deyə bilər, təhlükəli və uyğun olmayan davranışlar sərgilə bilər və daha sonra etdiklərinizdən utanıb özünüzü günahkar hiss edə bilərsiniz. əsas ağrı verən isə bunlardan qaçmanın omkansız olduğu düşüncəsidir. Ancaq qaçmaq imkansız deyildir.

     Borderline şəxsiyyət qüsurunu tanıma:

  • Tez – tez “ boş” hiss edirəm;
  • Duyğularım çox sürətli şəkildə dəyişir və sıxlıqla kədər, qəzəb və qayğı yaşayıram;
  • Önəmsədiyim insanların məni tərk edəcəklərindən tez – tez qorxuram;
  • Həyatımdakı insanlar haqqında düşündüklərim bir an üçün dəyişilə bilir, səbəbini anlamıram;
  • Tez – tez təhlükəli və pis olduğunu bildiyim şeyləri etməkdəyəm;
  • Özümə zərər verməyə cəhd etdim, bir yerimi kəsməyi intihar etməyi sınadım və s.

       Bu dediklərimizdən bir neçəsini hiss edirsinizsə borderline şəxsiyyət qüsurunu yaşayırsız demək olar.  Borderline şəxsiyyət qüsurunun səbəbləri içində bir çox psixoloqlar üşaqlıq çağındakı travmanı, genetik və bioloji faktorların rolunu əsas götürürlər.

      Borderline şəxsiyyət qüsurunun 5 əsas simptomu vardır:

  • Tərk edilmə qorxusu;
  • Balanssız münasibətlər;
  • Qərarsızlıq;
  • Impulsiv özünü təhrif edən davranışlar;
  • Özünə zərər vermə.

Tərcümə etdi: Abbaslı Vəzifə ( Narınc könüllü qrupun üzvü)

Go Back

Uşaqların təhsilində cəzanın faydası və məhdudiyyətləri

Uşaqların yetişdirilməsində mükafat və cəzanın  böyük bir yeri vardır. Uşaqların təhsili deyincə  bunu yalnız bir təhsil təşkilatı olan məktəb olaraq  düşünməmək lazımdır. Burada hər kəsin uşağın təhsili üzərində böyük bir payı vardır. Uşaqların; ailəsinə, ətrafına və yurduna faydalı bir fərd olaraq yetişdirilməsində, məktəbin yanında, ailənin, ətrafın hətta əsgər ocağının belə payları olduğunu söyləyə bilərik.

Uşaqların təhsilində verilən mükafatların fayda və məhdudiyyətləri olduğu kimi, verilən cəzaların da fayda və məhdudiyyətləri vardır. Bunlar:

Uşaqlara Cəza Vermənin Faydaları:

1 . Təsirli cəza uşaqları mənfi davranışlar etməkdən saxlaya bilər.

2 . Cəza istənməyən davranışların sonunda yaranan zərərin aradan qaldırılmasına xidmət edər.

3 . Cəza, mükafat ilə balanslı bir şəkildə istifadə edildiyində, istənməyən davranışlar üzərində  idarəni təmin edər.

4 . Cəza xüsusilə bilərək edilən mənfi davranışların edilməsinə maneə törətmək baxımından da faydalıdır.

5 . Ağıllı və tutarlı bir cəza sistemi şagirdlərin ədalət və güvən duyğularını inkişaf etdirər.

6 . Cəza sinif içi uyğunlaşmada, şagirdin ictimai əlaqə yaratma bacarığına da müsbət istiqamətdə təsir edir.

Cəza Vermənin Məhdudiyyətləri.

1 . Cəza şagird davranışını təzyiq ilə dayandırar. Ancaq mənfi davranışın dəyişməsini təmin etməz. Mənfi davranış cəza mühitdən çıxınca təkrar ortaya çıxar.

2 . Cəza şagirdə doğru davranışın nə olduğunu öyrətməz. Bu səbəblə də mənfi davranış göstərilməyə davam edər.

3 . Cəza öyrənməyəmane olar, əlaqələri pozar, uşağın məktəbdən soyumasına səbəb olar.

4 . Cəza şagirdlərin qayğı səviyyələrini yüksəldərək öyrənməyə mane olar.

5 . Cəza şagird də hirslilik və təcavüzkarlıq meydana gətirər.

6 . Cəza şagirdin məktəbə və müəllimə qarşı mənfi tutum sərgiləməsinə və də məktəbdən soyumasına səbəb olar.

7 . Cəza alan şagird etdiyi davranışın qarşılığını ödədiyini düşünər və etdiyi mənfi davranışın məsuliyyətini daşımaz.

8 . Şagirdə cəza verildiyində, müəllim digər şagirdlər üçün mənfi bir model meydana gətirmiş olar.

9 . Cəza alan şagirdlərdə məktəbdən qaçmalar başlar və sinifə uyğunlaşma təmin etmədə çətinlik çəkərlər.

10 . Cəza yalnız verilən şagirdi deyil, bəzən sinifin hamısına mənfi istiqamətdə təsir edə bilər.

11 . Cəza günahkarlıq və  qorxu yaradar. 

Məqalə müəllifi:Gərayzadə Elmira  (Narınc könüllü qrupunun üzvü)

Go Back

UŞAQLARDA QORXULAR

Bizim bu gün ki, mövzumuz uşaqlarda qorxulardı. Qorxu nə deməkdi? Necə yaranır? Qorxu hər birimizə tanış gələn mövzudur. Uşaqların qorxu hissi keçirməsi normaldır, həm də uşaqların  psixi inkişafları üçün lazımdır. Uşaqların ilk qorxusu çağa vaxtlarındanbaşlanır.

0-6ay: Ani səs-küy.

7-12ay: Tanış olmayan insanlar, qəfil səslər, valideyndən ayrılma ən çoxda anadan ayrılma qorxusu.

1-2yaş: aralarında uşaqların əsas qorxuları çimməkdir.

2-5yaş: Tanış olmayan insanlar, qaranlıq, heyvanlardan

4-7yaş: qaranlıq, ruhlar, yaralanma, fırtına, göy gurultusu, valideyn itirmək qorxusu

8-12yaş: Qeyri-real varliqlar(cinlər, şeytanlar, qulyabanı və s.) xəstəliklərdən, tibbi əməliyyatlar, diş həkimi, məktəb problemi, qəza, ölüm, ətraf mühit tərəfindən qəbul olunmaması.

13yaş və yuxarı: Məktəbdə cəzalandırmaq qorxusu, cinsi qorxular, bədən quruluşundakı qorxular, ona verilən öhdəliklərin bacara bilməməyindən, mühit tərəfindən qəbul olunmaması.

Qorxu, uşağın yeni mühitin güvənli bir yer olduğunu hiss etməyə başlaması ilə birlikdə aradan qalxacaaqdır. Yenə ana və atanın birlikdə olduğunu görməsi və bilməsi onu rahatladacaqdır.

Uşaqlara, sadəcə ”qorxma, qorxulu bir şey yoxdur” demək. Qorxduqları üçün onlara gülüb ələ salmaq və ya qorxmamağa məcbur etməklə problemi həll etmək olmaz. Ailənin məsələyə bu cür yanaşması uşağın rahatlığını daha da artırır və o, özünü zərif, cəsarətsiz hiss edərək qorxmasından utanmır. Uşaqlar ətrafda baş verən xoşagəlməz hadisələrin onların da başına gələcəyindən narahatlıq keçirirlər. Məsələn, evdə ana o biri uşağın üstünə əsəbləşir uşaq fikirləşəcək ki, ana mənədə əsəbləşib məni döyəcək.

Uşaq qorxduğunu deyəndə bunun normal bir hiss olduğunu başa salmalıyıq.  Uşaqla bir yerdə bu qorxuyla necə mübarizə aparacağını düşünməlidir. Uşaqları qorxuları ilə üzləşdirin. Uşaq qorxularının əsassız oduğunu görəndə, bu qorxular ümumilikdə azalır və ya itir.

Hər yaş dövrü üçün qorxular uşağın fiziki və mənəvi inkişafı ilə bağlıdır. Bəzən valideynlər uşaqlarını bir şeydən uzaqlaşdırmaq üçün onu qorxularla hədələyir. Bu düzgün bir şey deyil. Ola bilər ki, bir müddət bu valideynlərin işinə yarasın,  sonra isə  uşağın psixologiyasina əks təsir göstərəcəkdir. Uşaqlar qorxduqları şeylərlə hədələndikdə onlar qorxulardan qurtula bilmirlər, hətta onların qorxuları çoxalır. Normal qorxular get-gedə fobiyaya çevrilir.

Fobiya nə deməkdi? Fobiya sözünün kök anlamı”phobos”-latınca dəhşət deməkdir. Yunan mifalogiyasında”phobos” dəhşət tanrısı” mənasını verir. Fobiya müxtəlif hallarda müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Bu problemlər əgər uzun davam edərsə  nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara fobik deyilir. Müxtəlif yaş dövrlərində fobiyalar özünü göstərə bilər. Fobiyaların yaranmasına əsas səbəb insanların uşaqlıqda keçirdikləri qorxu, sarsıntı kimi hisslər ola bilər.

Realda qorxu yaratmayacaq obyektə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxusundan qaçmasıdır. Mühüm olan qorxunun üstünə getməkdir. Vaxtında mütəxəssisə müraciət etmək lazımdır. 

                        Məqalə müəllifi::Fidan Hüseynova 

                       Brussels Capital University-nin tələbəsi

Go Back

Bipolyar pozulma

Bipolyar pozulma,adından da göründüyü kimi eyni kişidə müxtəlif zamanlarda ortaya çıxan bir-birindən çox fərqli iki klinik hal ilə özünü göstərən bir xəstəlikdir.Xəstə zaman-zaman yaşadığı depresyon və mani vaxtları xaricində nəzərəçarpan bir ruhsal əlamət göstərmədən həyatına davam edər.Depresyon müddətində kefsiz,istəksiz olan xəstə mani dövründə isə tam tərsi xoşbəxt və hərəkətlidir.Bu səbəblə xəstəlik “iki uclu pozulma”,”manik depresyon”,”manik depresif xəstəlik”,”cüt qütblü xəstəlik” olaraq da adlandırılır.

Mani dövründə xəstə coşğun,həddindən artıq xoşbəxt və hərəkətlidir.Ancaq xəstədə bu xoşbəxtlik və hərəkətlilik o kişi üçün normal hal deyildir və onu yaxşı tanıyanlar xəstədəki bu vəziyyətin normal olmadığını asanlıqla anlayırlar.Xəstənin xoşbəxtliyində,hərəkətliliyində məntiqsizlik və artıqlıq vardır.Bu müddət ərzində xəstənin yuxu ehtiyacının azaldığı,əvvəlki zamanlara görə daha az yatdığı halda özünü gümrah hiss etdiyidə müşahidə edilir.Xəstələrin nəticələrin düşünmədən məntiqsiz olan layihələr uğrunda mübarizə aparması,pul xərcləməsi,heç tanımadığı insanlarla əlaqə qurması,özünəinamın artması,çox danışdığı,düşüncələrinə qarşı mənfi rəy aldıqda əsəbiləşdiyi müşahidə olunur.

Depresyon vaxtı isə xəstələr kefsiz və pessimistdirlər.Əvvəllər sevərək,istəyərək gördükləri işləri artıq etmək istəməzlər,özlərini məcbur edərək bu işləri görsələr belə bundan zövq almazlar.Yuxu və iştahları pozulur;istirahət etməklə keçməyən yorğunluq,halsızlıq yaşayarlar.

Bipolyar pozulma diaqnozu və müalicəsi haqqında bəzi məlumatlar:

1.Xəstəlik mani və ya depresyon şəklində başlaya bilər.

2.Mani aşağı səviyyədə olarsa,bu hipomani adlanır.

3.Xəstəliyin sonrakı dövrlərində nə olacağını öncədən təsəvvür etmək mümkün deyil.

4.Xəstədə depresyon dövrü olmadan mani dövrü varsa,bu yenədə bipolar pozulma adlanır.Bunun əksi isə düzgün deyil.İnsan həyatının hər hansı bir hissəsində mani və ya hipomani olmadan depresyon halı yaşayarsa bu bipolar pozulma deyil.

5.Xəstəlik əsasən,20li yaşlarda başlayır.

6.Ailədə kimdəsə bipolar pozulma varsa,digər ailə fərdlərində də ola bilər.Xəstəlik genetikdə keçə bilər.

7.Xəstədə cinsəl marağın artması və digər mənfi davranışlara meyllik olduqda xəstəxanaya yerləşdirilməlidir.

8.Bipolyar pozulması olan xəstələrlə psixiatr məşğul olur.

9.Bipolyar pozulmada dərman müalicəsi çox vacibdir.Yalnız müalicə məqsədilə deyil,qoruma üçündə dərman müalicəsi davam etdirilə bilər.

10.Bipolyar pozulmanın mani ya da depresyon vaxtının əvvəlində diaqnozun qoyulması çox önəmlidir.

11.Mani dövründə xəstə bu halları xəstəlik kimi görməz.Hətta bəzən həyatlarında çox razı olurlar.Bu zaman digər ailə fərdləri müalicənin başlamasına çalışmalıdırlar.

Tərcümə etdi:Nəzrin Kərimli (Narınc könüllü qrupunun üzvü)

Go Back

Uşaqlarda aqressiya və isterik hallar

   

Uşaqlar nəyə görə aqressiv davranışlar göstərir? Uşaqlar nəyə görə bəzən səbəbsiz yerə ağlayır? Nəyə görə bəzən isterik davranışlar göstərir? Bunun müxtəlif səbəbləri var. Birinci növbədə ilk öncə biz uşağın həm fizioloji həm psixoloji vəziyyətinə diqqət yetirməliyik.

     Bəzən uşaqlar yəni bir çox hallarda danışa bilmədikləri zaman valideynləri incidən onları narahat edən stuasiyalar yarada bilərlər. Məsələn, uşaqların nitqi normal inkişaf etmədiyi zaman onlar istədiyini əldə etmək üçün bir çox aqressiv davranışlar göstərə bilər. Digər tərəfdən isə uşaqlarda biz yaş dövrlərindən irəli gələn xüsusiyyətləri nəzərə almalıyıq. Nədi bu yaş dövrlərindən irəli gələn xüsusiyyət? Kritik yaş dövrləri dediyimiz bir dönəm var. Hansiki bu 1 yaşla 3 yaş, 6 yaşla 7 yaş, 13 yaşla 14 yaş arası dövrü əhatə edir. Kritik yaş dövrlərində uşaqlar şəxsiyyətləri üçün və gələcək həyatları üçün yeni informasiyalar mənimsədikləri zaman bu informasiyaları qəbul etdikdə bir çox xoşagəlməz hərəkətlərlə qarşılıq göstərə bilirlər. Məsələn, 3 yaş uşağın şəxsiyyəti yeni inkişaf edir, o ətrafı daha yaxşı dərk etməyə başlayır. Öz mənini tanımağa başlayır. Və bu zaman o ətrafda olan hər bi şeyin ona məxsus olduğunu düşünür. Ona elə gəlir ki, bu normal bir haldır. Və bu zaman valideyinlər anlayışlı qarşılıq vermədikdə uşaqla aralarında böyük konfiliktlərin yaranmasına səbəb olur.

     Belə misallar göstərə bilərik ki, uşaqlar 3 – 4 yaş dövrlərində xüsusilə kiminsə əşyasını götürməyə və hatta oğurlamağa meylli olullar. Və yaxudda aqressiv  davranışlar göstərir. Bunun əsas səbəbi bu qaydaların uşaqların beynində tam formalaşmamasıdır. Məsələn; 3 yaşında uşaq ona məxsus olan əşyanın onun olub olmadığını tam olaraq bilmir. Və yaxudda hər hansı əşyanı götürdüyü zaman icazə alıb almadığını mənimsəmir. Bunu bu vərdişləri uşaqlarda aşılamaq üçün ən gözəl yol onlara nümunə olmaqdır. Valideyn özü hər bir hərəkətində ona nümunə model olmalıdır. Onnan bir şey istədikdə icazə almalıdır, nəsə bir iş görməsini istədikdə xahiş etməlidir. Uşaqda bu modeli mənimsəyəcək və qarşı tərəfdən onu tələb edəcək.

  Uşaqların səbəbsiz yerə ağlamasıda valideynləri narahat edən səbəblərdəndir. Uşaqların özlərini düzgün ifadə edə bilməmələrindəndir. Söz ehtiyatı az olan, nitqi inkişaf etməyən uşaqlarda isterik davranışlar özünü çox göstərir. Uşaq istədiyi bir şeyi ifadə edə bilmir valideynlə oynamaq, onunla bit yerə getmək istəyəndə onu sözlərlə çatdıra bilmir. Və bu zaman isterik davranışlar göstərir. Ümumi nəticə olaraq söz ehtiyatını artırmaq tutumlu valideyn olmaq lazımdır. Uşaqlarda ağlamaq, isterik davranışlar daha az olacaq. 

Məqalə müəllifi:  Abbaslı Vəzifə  (Narınc könüllü qrupunun üzvü)

Go Back

Stresdən qurtulmağın ilk maddəsi- Nəfəs texnikaları

Sənayeləşmiş, geniş cəmiyyətlərin ən önəmli problemi olan stres və həyəcan-təşviş pozuntusundan şikayət edən bir çox insan qabırğa və ya sinə nəfəsi alır. Sürətli nəfəs alma, ürək döyüntülərində artım kimi dəyişikliklər, "savaş" ya da "qaç" reaksiyası  bir bədənin daha çox oksigen və enerji daşınmasını asanlaşdırmaq üçün göstərdiyi stres reaksiyalarıdır. Məhz buna görə stres halını yüngülləşdirmək üçün nəfəsimizə nəzarətdən başlamaq olar. Əgər ağciyərlərimizi üst, orta və alt olmaqla 3 hissə halında düşünsək stres halında olan insan demək olar ki, ağciyərlərinin alt hissəsini istifadə etməz. Halbuki, dərin nəfəs bu 3 hissənin birlikdə işləməsi və əvvəlcə alt hissənin dolması ilə başlayır. Diafraqma əzələlərinin köməyi ilə mədə və qabırğaların alt hissəsi genişlənər, sonra orta hissə hava ilə dolar. Yəni sinə genişlənər və ən son olaraq da çiyinlər yüngülcə qalxar. İnsanların bir çoxu ciyərlərinin bir hissəsini istifadə etməzlər. Dərin və sakit bir nəfəs ciyərlərin 3 hissəsinin də işləməsi ilə mümkündür.

Nəfəs texnikaları gündə iki dəfə, əgər bu mümkün deyilsə mütləq gündə bir dəfə tətbiq olunmalıdır.

- Stulda dik vəziyyətdə oturun.

- Bir əlinizi sinənizin, digərini isə qarnınızın üzərinə qoyun.

- Dərin bir nəfəs alın. Hansı əliniz daha çox hərəkət edir? Döş qəfəsiniz və çiyinləriniz yuxarı qalxırsa səhv nəfəs alırsınız. Yeni doğulmuş körpəni izlədikdə onun qarından nəfəs alıb verdiyini görmək olar. Bu ən doğru tənəffüs şəklidir.

- Əlinizi döş qəfəsinin bitiminə yerləşdirin və burundan yavaş bir şəkildə nəfəsinizi alıb tutun.

- Diqqət edin: nəfəsinizi aldıqda qarnınız şişəcək, nəfəsinizi tutduğunuz zaman ərzində şiş olaraq qalacaq və nəfəs verdikdə içəri doğru hərəkət edəcək.

- Əllərinizi eyni nöqtədə tutun və nəfəs aldıqda iradi olaraq qarnınızı xaricə doğru itələyin.

- Və nəfəs verərkən qarnınızı içəri çəkin.

- Bunu 6-8 dəfə təkrar edin.

Məqalə müəllifi:Firuzə Qənizadə (Narınc Könüllü qrupunun üzvü)

Go Back

Şagirdlərin peşə seçimində valideyinlərin təsiri

İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu  amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi  xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşəseçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq?” sualıdır. Alman filosofu Nitşe "İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir" demişdi. Zənn edərsəm, Nitşenin bu fikrini cəmiyyətdə hər zaman aktuallığını qoruyan “Peşə seçimi” mövzusuna da aid edə bilərik. Ümumiyyətlə, peşə seçimi elə bir anlayışdır ki, biz özümüzə hər hansı bir ixtisas seçməklə bir növ gələcək həyatımızı da zəmanət altına almış oluruq. Ancaq bu zəmanəti biz necə qazanırıq? Yəqin ki bir çoxlarınızın ağlına gələn ilk söz “Ailə modeli” oldu.  Maraqlıdır, “Ailə modeli”miz bizə və seçimlərimizə hansı formada  təsir göstərir? Bu seçimlər gənclərin gələcək həyatlarında nə ilə nəticələnəcək?” Bu suallara cavab tapmaq üçün ilk olaraq, valideynlərin övladların seçimlərinə “müdaxilə etməyi”ndən danışaq. Adətən, ailələr bu cür məqamlarda övladlarına iki formada təsir edə bilirlər:

1. Ailənin  birbaşa təsiri;

2. Ailənin dolayı təsiri.

Qeyd etdiyimiz birinci tipdə valideynlər övladlarına  bilərək təsir edir, onların gələcək seçimləri üçün xüsusi addımlar atırlar. Burda sevindirici bir məqam o ola bilər ki, valideyn övladının hər hansı bir sahədə qabiliyyətini görür və onu həmin sahə üzrə istiqamətləndirir. Zamanında verilmiş düzgün qərarlar nəticəsində gəncin peşə seçimi problemi həll olunur. Ancaq reallıq onu göstərir ki, ailələrin övladlara birbaşa təsiri heç də həmişə müsbət nəticələnmir.  Gəlin etiraf edək ki, bir çox valideynlər övladlarını elə öz çalışdığı sahələrdə görmək istəyir. Bu zaman isə meydana “Valideynin peşəsinin davamçısı, ailə dəyərlərinin “qoruyucusu bir övlad” anlayışı çıxır. Mövzunun daha dərininə getsək, bir çox məqamlarda valideynlərin övladlarına peşəseçimi ilə bağlı psixoloji təsirlərini aydın şəkildə görə bilərik. Nədənsə valideynlər düşünür ki, əgər onlar bir sahədə uğur qazanıbsa, eyni nəticəni övladları da göstərəcək. Genetik amilləri nəzərə alsaq, valideynlərə bu baxımdan haqq qazandırmaq olar. Amma hər şeyi də irsiyyətin üzərinə atmaqla iş həll olunurmu? Əgər valideyni həkim olan birinin marağı başqa sahəyədirsə, niyə özünü o sahədə sınamasın? Əlbətdəki sınamalıdır. İnsanın marağı nədirsə onu da etməlidir, çünki insan həvəsli olduğu, sevdiyi sahədə uğur qazana bilər.

Gənclərin peşə seçimində ailələrin onlara dolayı yolla təsiri isə daha çox rast gəlinən hallardandır. Məsələn, gənc həyatının erkən vaxtlarından yaşadığı ailədə valideynlərinin iş prosesi ilə tanış olur, onun gündəlik vəzifəsi və ya çalışdığı sahə haqqında məlumat əldə edir. Əgər bu informasiyalar ona gələcək üçün kifayət edirsə, dolayısı ilə  seçəcəyi peşə də valideynin peşəsi ilə eyniyyət təşkil edəcəkdir. Təbii ixtisasdan asılı olaraq, gənc fikrini dəyişə, valideynlərinin peşəsindən tam fərqli bir sahədə özünü sınamağa cəhd göstərə də bilər. Bu hal isə özünü daha çox valideynin peşəsinin ona qazandırdığı maaşdan birbaşa olaraq asılıdır. Məlum olduğu kimi, əksəriyyət daha yüksək maaşı olan, cəmiyyətdə yaxşı statusa malik peşələrə sahib olmaq istəyir. Yuxarıda qeyd etdiyimiz peşənin –“gələcək həyata zəmanəti” olması anlayışı burda öz təsdiqini tapır. Çünki normal şəkildə yaşamaq, öz istək və tələbatlarını ödəmək üçün maddi vəziyyətin yaxşılaşdırılması insanların həyatını da asanlaşdıracaq. Bu baxımdan da gənclər məhz yüksək maaşlı ixtisasları seçməyə meylli olurlar. Valideynin peşəsi kifayət qədər yaxşı qazanc bəxş edirsə, gəncin də həmin sahəni seçmə ehtimalı yüksək olacaqdır. Hər bir halda ailələrin həm birbaşa, həm də dolayı təsiri gənclərin bu mövzudakı qərarlarında rol oynayacaqdır. Burda isə diqqət yetirilməli olan əsəs məsələ, ailələrin zamanında övladlarının qabiliyyətinin fərqində olmaq, onları düzgün istiqamətləndirməkdir. Əlbəttə valideynlər öz uşaqlarını daha yaxşı yerdə görmək, uğurlu mütəxəssis olmağını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidir. “Mən bu  sahədə uğur qazanmışamsa, övadım da eyni nəticəni göstərəcəkdir” fikrini özünüzdən uzaqlaşdıraraq, ona daha yaxşı seçimlər təklif edə bilərsiniz.

Son olaraq, qədim Yunanlıların atalar sözü ilə məqaləmizi bitirmək istərdik: “Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olacaqdır” Yəni, nəticə etibarilə istər müsbət, istərsə də mənfi tərəfdən valideyn olaraq övladlarınıza təsir edəcək, bu mövzuda onlar sizin eksperiment “obyekt”iniz olacaqdır. Ona görə  övladlara bu mövzuda seçim azadlığı verin və eksperimentin müsbət nəticəsi ilə birlikdə tanış olun.

Məqalə müəllifi: Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sosial Fobiya

Fobiyalar həyəcan- təşviş pozuntusunun bir növü olub müxtəlif formalarda müşahidə olunur. Onlardan biri də geniş yayılmış sosial fobiyadır. Mürəxəssislər tərfindən tərtib olunmuş tərifə əsasən, sosiab fobiya fərdin başqaları tərəfindən mühakimə oıunacağı qayğısını daşıdığı ictimai mühitlərdə xəcalətli və ya rəzil olacağı mövzusunda diqqətə çarpan və davamlı qorxusunun olduğu təşviş pozuntusudur.

Bu insanlar başqaları ilə birlikdə çalışmağı tələb edən fəaliyyətlərdən qaçmağa çalışar və başqalarının yanında yerinə yetirmələri lazım olan vəziyyətlərdən qorxarlar. Əllərinin və ya səslərinin titrədiyinin hiss olunacağı ilə əlaqədar yaşadıqları təşvişlərindən ötrü cəmiyyət qarşısında qanışmaqdan qorxa bilır ya da düzgün şəxildə danışa bilmir kimi görünməkdən qorxduqları üçün başqaları ilə qarşılıqlı danışarkən həddindən artıq həyəcan keçirə bilərlər.

Sosial fobiya əsasən, iki formada rast gəlinir.

1. Ümumiləşmiş. Əgər qorxular bir çox ictimai vəziyyətləri əhatə edirsə bu ümumiləşmiş sosial fobiya hesab olunur.

2. Spesifik. Əgər qorxular yalnız başqalarının yanında qol çəkmək, yemək yemək, və ya danısmaq kimi xüsusi halları əhatə edərsə, bu Spesifik sosial fobiya hesab olunur.

Əsasən 10-17 yaş arası başladığı bilinən sosial fobiyanın rast gəlinmə ehtimalı 2-13% arasında dəyişir.

Əlamətləri:

Sosial fobiyası olan insan qorxulan vəziyyət ilə qarşılaşanda onda fiziki əlamətlər ortaya çıxar. Bunlar üz qızarması, tərləmə, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi əlamətlərdir.

Həmin zaman qeyd olunan insanın ağlından keçən düşüncələr, “ gücsüzəm, yetərsizəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, narahat olduğumu bildirməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəsin bəyənini qazanmalıyam” şəklindədir. Bu düşüncələr isə qorxulan mühitə girməmə, mühiti tərk etmə, göz kontaktından yayınma kimi özünü büruzə verir. 

Məqalə müəllifi:Firuzə Qənizadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Qısqanclıq təbii duyğudur,yoxsa xəstəlik

Qısqanclıq bir çox insanın həyatına təsir edən narahat edici duyğulardan biridir. Qısqanclıq, itirilmək istənməyən bir adamın ya da bir əlaqənin itiriləcəyi ya da təhdid altında olduğu qorxusuyla yaşanan  bir ruhi haldır. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanar. Bu duyğulara dəyərsizlik və özünə inamsızlıq ilə əlaqədar düşüncələr yoldaşlıq edər.

Qısqanclıq həm sahib olduğunu itirə biləcəyi , həm də başqalarının sahib olduğuna özünün də sahib olması lazım olduğu düşünüldüyündə hiss edilə bilən bir duyğudur.

Bəzən gündəlik həyatın bir hissəsi olaraq gəlib keçici şəkildə, bəzən də həyatı alt-üst edəcək şəkildə; bəzən yersiz yerə ortada heç bir səbəb yoxkən bəzən də gerçək bir təhdid ya da itəm söz mövzusu olduğunda yaşanar. Qısqanclıq yaşayan hərkəs qısqanclıqların yersiz olub olmadığı araşdırmalı və öz özlərinə sorğulamalıdırlar. Qısqanclıq çox vaxt qısqanan adamın iç dünyasından qaynaqlanan səbəblərlə şişirdilmiş və təhrif edilmiş hisslərdən və şərh etmələrdən qaynaqlanmaqdadır.

Qısqanmaq şübhəsiz insanoğlunun təbiətində olan bir duyğudur. Lakin gündəlik həyatda qısqanclıq yaşayan kəslərin bir çoxunun yaşadıqları bu duyğu ilə baş edə bilmirlər. Qısqandıqları adam ilə əlaqələrinin pozulduğu və əlaqələrinin köhnə gözəlliyini itirdiyi görüllər. Başqa bir deyişlə tam da qorxulan reallaşar.

Qısqanclıq yaşayan adamların xüsusilə bacarmaq məcburiyyətində olduqları mövzulardan ilki əlaqəni qorumaq və davam etdirməkdir. Bu nöqtədə quruluşçu yanaşma məcburedici olmayan və öz haqqlarından tamamilə fədakarlıq daha çox həyatı paylaşmağa çalışmaqdır. Lakin qısqanclıq yaşayan bir çox adam əlaqəni qorumaq və inkişaf etdirmək üçün quruluşçu səy göstərmək yerinə gizli gizli qisas alaraq, küsərək, əlaqəni kəsərək ya da təhdid edərək, güc tətbiq edərək  məqsədinə çatmağa çalışmaqdadırlar.

Qısqanclıq yaşayan kəslərin xüsusilə bacarmaq məcburiyyətində olduqları mövzulardan ikincisi özünə inamlarını və özhörmətləriniqorumaqdır. Qısqanclıq yaşayan adamlar yaşandığını düşündükləri rəqabətdə yarışı itirəcəklərini düşünərək özlərini dəyərsiz, əhəmiyyət verilməyən, sayılmayan və sevilməyən bir insan kimi hiss edərlər

Kimlərin daha qısqanc olduğu əvvəldən bəri diqqəti cəlb edən bir mövzudur. Ümumiyyətlə baxıldığında özünü qeyri-kafi və dəyərsiz görən ya da qiymətlilik duyğuları xarici təsirlərdən çox asan təsirlənən insanların daha qısqanc olduqları görülməkdədir.

Qadın və kişilərin yaşadıqları qısqanclıq duyğuları ilə baş etmə üsulları  fərqlidir. Qadınlar nisbilik daha quruluşçu bir yanaşma göstərməklə birlikdə ümumiyyətlə öz haqq və istəklərindən imtina edən və altdan alan bir yanaşma göstərməkdədirlər. Kişilər isə ümumiyyətlə təhdid edərək ya da kobud qüvvət istifadə edərək nəticə əldə etməyə çalışmaqdadırlar.

Məqalə müəllifi: Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü)

Go Back

Peter Pan sindromu

Adından da məlum olduğu kimi “Peter Pan sindromu” James Matthew Barrienin yazdığı eyniadlı romanındakı böyüməyi rədd edib, həmişə uşaq qalmaq istəyən qəhrəmanın adından bəhrələnilib. İlk dəfə 1983 cü ildə psixoanalitik Dan Kiley tərəfindən işlədilən bu sindrom fərdi ictimai vəzifələrin və məsuliyyətlərin başlaması ilə ortaya çıxır və asasən 25-40 yaş arası kişilərdə daha çox rast gəlinir.

Peter Pan sindromlu insanlar böyümək və yaşlanmaq istəmir, içə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq kimi yetkin insanlar üçün normal olan fəaliyyətlərin heç birini həyata keçirə bilmirlər.

Bu sindroma sahib çox insan fərdi məsuliyyətlərindən qaçıb, rahat və qayğısız bir həyat sürmək istədikləri üçün ailələrinin yanında yaşamağı üstün tuturlar. Sindrom əsasən kişilərdə rast gəlinsə də eyni əlamətləri göstərən bir çox qadın da var.

Mütəxəssislər bu sindroma sahib insanların artımını dəyişən iqtisadi şərtlərlə də əlaqləndirilər. İnsanlar işlərindən ayrıldıqdan sonra yeridən iş axtarmaq üçün motivasiyalarını itirdiklərindən valideynlərdən iqtisadi dəstək alırlar. Bu isə - ailəylə yaşamaq yaradıcılığı, müstəqilliyi, azadlığı, kəşf etmə duyğusunu öldürməklə bərabər dəyərdədir.

Peter pan sindromunun səbəbləri

• Valideynlərin həddindən artıq qoruyucu olması, sərhıd qoya bilməmələri

• Ailə daxili paylaşımların az olması və sevgisizlik

Həddindən artıq qoruyucu valideynlərlə böyüyən uşaqlar kiçik yaşda məsuliyyət almağı və problem həll etməyi öyrənə bilmədikləri üçün, böyüyüb yetkinliyə addım atdıqda bu dünyanın çətinliklərinə uyğunlaşmaqda problem yaşayırlar.

Peter Pan sindromunun əlamətləri:

• 12-17 yaş – Məsuliyyətsizlik, narahatlıq, təklik, və cinsi rol qarşıdurmaları ilə özünü göstərir. Bəzifə və məsuliyyətlərdən qaçıb tək qalma istəyi

• 18-22 yaş – Özünü həddindən artıq nəyənçə, narsist və şovinist rəftrlar sərgiləmək

• 22-25 yaş – Qeyri müəyyən və ümumi bir doyumsuzluq halı, bədbəxtlik və narahatlığa söykənən şiddətli böhranlar keçirmək

• 26-30 yaş – Nöyümüş bir yetkin rolu oynamaq

• 31-45 yaş - Evlənib uşaq sahibi olunsa belə həyatı monoton yaşayan və darıxdırıcı görən ümidsiz yanaşma tərzi

• 45+ yaş – Depressiv ruh halında olmaqla yanaşı, gəncliyi yenidən yaşama istəyi, həyatı darıxdırıcı görmək və bundan xilas olma arzusu hökm sürür.

Tərcümə etdi: Firuzə Qənizadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Rənglərlə terapiya

 

Bədbəxt olan insanlar mavi hiss edir, əsəbilər qırmızı görür... Rənglər xəstəlikləri sağaltma xüsusiyyətləri ilə də tanınır. Misirdə rənglər müalicə məqsədilə istifadə olunurdu. Məbədləri yaxşılaşdırmaq məqsədilə inşa edər və hər otağı başqa rənglə rəngləyirdilər. Çinlilər də 2000 il əvvəl rəng müalicəsini istifadə edirdilər.

 Keçmiş əsrlərdə döyüşçülər daha qəzəbli və sərt görünmək üçün bədənlərini qara, qəhvəyi və qırmızı; yerli qadınlar isə daha cazibədar görünmək üçün bədənlərini açıq rənglərə boyayardı.

 Şəfa mənbəyi

 "Sadəcə rəngli geyinmək və ya evinizi o rənglərlə bəzəmək rəng terapiyası edirsiniz mənasına gəlməz. Rəng terapiyası orqanizmdə mövcud olan beş elementi istifadə edir; Od (qırmızı), torpaq (sarı), hava (yaşıl), su (dərin mavi), səma (açıq mavi) rənglərlə kombinasiyası və bunların enerjisi ilə sizin bədəninizdəki xəstəlikləri müalicə edir.

 Bir təşəbbüsdə beş elementin və rəngləri enerjisini özünə doğru çəkir. Rəng terapisti rəngli şüşələri xəstənin probleminə görə seçir. Ondan sonra şüşənin 4də 3ünü su ilə və geri qalan hissəsini hava ilə doldurur. Və bu şüşəni günəşdən 72 saat qoruyur. Bu müddət ərzində günəş şüaları rəngli şüşədən filtr olaraq, hava və su ilə birləşir ki, bunun nəticəsində enerji və rəngin vibrasyonlarını kombinə edərək, xəstənin elementi ortaya çıxarılır. Bu qarışıqdan sonra xəstə müalicə üçün bu suyu içməlidir. Bundan sonra rəng terapistiniz ehtiyacınız olan rənglərdən ibarət meyvə və tərəvəzləri müəyyən edir. Məsələn; Qırmızı isə pomidor, yaşıl isə tərəvəzlər.

 Eyni zamanda terapistiniz sizin rənginizə görə gecə lampasının rəngini təklif edir. Burada qabarıqdır ki, rəng terapiyası təkcə göy qurşağından ibarət olan rənglərdən yaranmaz eyni zamanda işıq və beş element vacibdir".

 Bənövşəyi, emosional, aqressiv insanların müalicəsinə uyğundur. Ayrıca həddindən artıq yemək istəyənləri sakitləşdirir və yemə arzularını nəzarət altına alır.

 Göy, zəkanı hərəkətə gətirir. İnsana cəsarət, nüfuz və iç rahatlığı verir. Göz, qulaq, burun və boşluqların müalicəsində istifadə edilir. Damar problemleri (varis), sinir sistemi xəstəlikləri, çiban, yara, dəri problemlərində də istifadə olunur.

 Şok keçirənlərə mavi yaxşı gəlir. Mavinin soyuducu təsiri vardır. Təlaşlı və qorxmuş insanlara kömək edir. Yuxudan əvvəl mavi rənginə diqqət yetirərək meditasiya etmək kabus görməyin qarşısını alır. Şok və ya sinir böhranı keçirən insanlara tövsiyə edilir.

 Hamilələr üçün yaşıl stressi azaldır. Ürək problemi olan insanlara köməkçi olar. Böyüməyi xəbərdar edir, sınıq sümüklərin sağalmasına kömək edər və dərinin təkrar böyüməsini xəbərdar edir. Sakit bir mühit yaratmaq üçün hamilə xanımlara təklif edilir.

 Sarı zəkanı hərəkətə gətirir. İnsanlarda xoşbəxtlik təsiri yaradır. Həzm sistemini hərəkətə keçirmədə və dəri problemlərini müalicə etməkdə faydalıdır.

 Yalnız və depressivlərə portağal rəngi. Portağal rəngi meyvəsi kimi, təbiətə enerji verir. Öd daşı, həzm sistemi problemləri, döş problemləri və artritlərdə təsirlidir. Yalnız və depressiv insanların  ruhlarını yüksəldir.

 Qan azlığına qarşı qırmızı. Qırmızı qan dvranıına adrenelinin ifraz olunmasını təmin edir, hemoqlobinin çoxalmasına səbəb olur. İnsanın daha güclü olmasını təmin edir. Qırmızı rəng geyinmək qan azlığında və digər qan xəstəlikləri şikayəti olan insanlar üçün yaxşıdır.

                       Mustafayeva Sünbül

                 Narınc könüllü qrupunun üzvü

Go Back

ASPERGER SİNDROMU

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir. 

Asperger sindromu nədir?

Asperger sindromu autizm qrupunun bir növüdür. Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.
Asperger sindromu olan insanlarda nə kimi problemler müşahidə olunur.
Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır. Təyin olunması da çətindir,üçlü bir pozuntu olaraq adlandırılır.Aşağıdakı pozğunluqlar müşahidə olunur.

1.İctimai münasibətlərdə çətinliklər
2.Ünsiyyətdə çətinliklər
3.Təxəyyüldə çətinliklər

İctimai münasibətlərdə çətinliklər - Təşkilatçılıq qabiliyyətləri çox zəifdir.Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər. Dostlar tapmaqda çətinlik çəkirlər.İnsanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhv anlayırlar.Sanki görünməz bir divarın arxasındadırlar.Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər

Ünsiyyətdə çətinliklər - Başqalarının dediyi sözləri anlaya bilmirlər. Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir .Asperger sindromu olan şəxslərin digərlərini anlamasında problemlər yaşanır. Səbrsiz olurlar.

Təxəyyüldə çətinliklər - Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.

Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir. Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir .Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır. Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar. Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

           PSİXO – PEDAQOQ : MƏMMƏDOVA TÜRKAN

              NARİNC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ

Go Back

Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?

     

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.

     Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.

  Psixoloqların sözlərinə görə laylalar, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Və bildirirlər ki, uşağı hər “ dayəyəm “ deyənə etibar etmək olmaz. Bəzən 3 – 4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki, 3 – 4 övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər.

     Buna görə də, dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0 – 3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib – içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib – soyunmasına yardım etməlidir. Ümumiyyətlə uşağı ən azı 2 ayından sonra dayəyə etibar etmək olar.

  Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli olmalıdır. Uşaq üçün seçilən dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini, başa salmalıdır. Belə olduğu halda uşağın dayəyə alışması uzun müddət çəkmir. Bəzən valideynlər dayə seox gənc dayələrə üstünlük vermirlər. Düşünürlər ki, ana olmayan qadınlar uşaqla davrana bilməzlər. Amma unudurlar ki, dayəlik işdir. Və onlara uşağa baxmağa ana yox dayə lazımdır.

    Son dövrlərdə internet mediada “ dayə və uşaq” problemləri ilə tez – tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayəni izləyir, bəziləri isə sadəcə uşağın dediyi ilə qane olurlar. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı 3 yaşına kimi hər bir ana öz övladına baxmalıdır.

Məqalə müəllifi:Abbaslı Vəzifə (Narınc könüllü qrupunun üzvü) 

Go Back

Gənc sənətçi: uşağınızın rəsmləri

 

Uşağınızın çəkdiyi şəkilləri sadə qaralamalar olaraq adlandıra bilərsiz. Amma məktəb öncəsində çəkdiyi rəsmlər, özünü ifadə etməsi üçün son dərəcə qiymətlidir. Uşağınızın etdiyi hər rəsm, gerçək bir "yaratma"dır. Məhz bu qaralamaları anlamanın yolları.

 Əlinə keçirdiyi hər bir qələmlə, olar olmaz hər yerə apardığı bu qaralamaları dəyərini kiçiltməyin. Uşağınız, hələ özünü ifadə edə biləcək qədər yetərli bir söz xəzinəsinə və yazma qabiliyyətinə malik deyil. Amma rəngli boyalar və ağappaq səhifələr bütün cazibədarlığı, "mənə özündən danış" - deyə onu çağırır. Uşaqlar xəyal güclərini əks etdirmək və hisslərini ifadə etmək üçün rəsm çəkirlər. Yaratdığı hər əsər uşağınızın duyğularını üzə çıxarmasında ona köməkçi olur.

 2 yaş

 Uşağınız; əl və göz koordinasiyanın yarandığı, rəngləri və formaları öyrənməyə başladığı bu dövrdə ilk qaralamalarını etməyə başlayır. 2 yaşındakı uşağınız gördüyünü və ya çəkmək istədiyini deyil, müxtəlif qaralamalarla bədəninin istədiyi şeyi çəkəcəkdir, çünki bu yaş uşaqları üçün şəkil çəkmək, əllərinin və ayaqlarının hərəkətini kağıza köçürməkdir.

 Əvvəllər sınıq - sınıq qısa xətlər, qol hərəkətləri ilə yaranan geniş ritmik xətlər, daha sonra bilək hərəkətlərinin yaratdığı qarışıq yumru xətlərdən ibarət olan və son dərəcə mənasız görünən bu qaralamalar, əslində gələcəkdə yazacaqları rəqəmləri və ya hərfləri təşkil edən xətlərdir. Uşağınız təsadüfi olaraq təşkil etdiyi xətləri özünün yaratdığını kəşf edir və hər böyük kəşfiyyatçı kimi bundan böyük həzz alır.

 Gücünün təzahürü və bu əks olunmadan aldığı həzz, uşağı, daha yaxşısını edənə qədər təkrar etməyə itələyir. Çəkmək üçün yalnız biləklərini deyil bütün qolunu istifadə etdiyindən; Bol-bol boş yerə ehtiyacı var, bu səbəblə böyük ölçülərdə kağız istifadə olunmasını təmin etməyiniz daha yaxşı olar. 3 yaşlarına doğru, rahat-rahat qaralamaq üçün divarların nə qədər uyğun olduğunu kəşf edərlər.

 Otağınızın divarındakı şah əsəri gördükdə "Nə etdin!" Deyərək ani reaksiya vermək əvəzinə, üzünüzdə gülümsəmə ilə bunu bir də kağız üzərinə edib etməyəcəyini soruşun. Şah əsərlərini soyuducunun üstünə, ya da divara asılmış görmək xoşuna gələcəkdir. Bu arada, 2 yaş dövründə, yaradıcılığını məhdudlaşdıracaq boyama kitablarından uzaq durun.

 3 yaş

Uşağınız 3 yaşından sonra dil və motor hərəkətlərinin inkişafı ilə birlikdə ətrafındakı əşyaları tanımağa və onlara aid simvolları tutmağa başlayır. Sizə yalnız bir qrup xətt kimi görünən rəsmi, hətta çox vaxt bir əvvəlkiylə tamamilə eyni olan bu bir qrup xətt; ona görə bəzən bir çiçək, bəzən bir ağac və ya bir insan da ola bilər. Bu yaşda uşaqlar adətən dairələr və kvadratlar çəkmək üçün xətləri birləşdirməyə başlayırlar.

 Bu şəkillərin içlərini boyaya bilər, içinə müxtəlif xətlər əlavə edə bilər, iki nöqtə qoyaraq gözləri deyə bilər ya da ətrafına xətlər qoyaraq bir çiçəyi və ya günəşi təsvir edə bilirlər. Tipik 3 yaş uşağı müəyyən bir şey etmək üzrə rəsmə başlamır, amma etdikdən sonra çəkdiyi şeyin bir ağac ya da qurbağaya bənzədiyini deyə, çəkdiyi şey ona bunları xatırlada bilər. Bəzən də gördüyü rəsmi uzun müddət heç bir şeyə bənzətməyə bilər, ya da o sadə, amma sadə olduğu qədər  müdrikliyi ilə "xətt" deyə bilər. Bu qaralamaların dadını çıxarın, çünki çox qısa bir müddət sonra müəyyən bəzi xətlər, bir əşyanın və ya əşyanın yerini alacaq və o həmişə elə çəkiləcəkdir.

 Bir ağac çəkməyə qərar verəndə həmişə eyni ağacı çəkəcək, hətta təmiz bir səhifə istəyib "Başqa bir rəsm edəcəyəm" deyəndə də yenə eyni ağacı çəkəcəkdir. Bu mərhələdə sizə düşən, uşağınızın yaratdığı şah əsər haqqında onunla tez-tez danışmaq və çəkdiklərini anlamağa çalışmaqdır. Unutmayın ki, özünü ən etibarlı və dəyərli hiss etdiyi anlar, onu bütün qəlbinizlə qulaq asdığınız anlardır. Çəkdiyi rəsmlərlə bağlı öz fikirlərinizi bildirməkdənsə, sizə nə çəkdiyini danışmasına icazə verin. İnanın ki, sahib olduğu xəyal gücü ilə sizi təəccübləndirəcək!

 4 yaş

 Rəngləri, simvolları və formaları real həyata çox uyğun olmasa da, bu yaşda uşağınız tam bir sənətkar namizədidir. Tipik 4 yaş uşağı obyektlərin necə görünməsinə dair olan qaydalara uyğun gəlməz. Bu dövrdə gördükləri şəkillər bildikləri deyil xəyal etdikləridir. 4 yaş dövründə uşağınızın xəyal gücü zirvə nöqtəsindədir, nağıllara düşgünlüyü də bundandır.

 Rəsmlərində istifadə etdiyi rənglərin gerçək həyatdakı cavablarına uyğun olub olmaması önəmli deyil, önəmli olan rəngin öz gözəlliyidir. Bir ağacın gövdəsinin qəhvəyi, yarpaqlarının yaşıl olduğunu bilir amma bunu başqa cür etmək onun üçün daha maraqlıdır. Rəsmlərinin həqiqəti, gözəlliyi və ya çirkinliyi ilə maraqlanmazlar.

 Onlar üçün əhəmiyyətli olan maraqla və həyəcanla təsvir etməkdir. Bunu bilməyiniz onu mühakimə etməmənizi, əsərlərinə müdaxilə etməmənizi təmin edəcəkdir. Hansı səbəblə rəsm edilərsə edilsin, mühüm olan uşağın bu tədbirdən duyduğu həzzdir. Səhvlərini vurğulamaqdan çox, özünəməxsusluğunu öyün. Arzuladığı xəyalı qurmasına icazə verin. Həyatlarımıza qatdıqları ən böyük gözəllik bu deyilmi?

4,5 yaş

Bu dövrdə uşağınız özünə ən yaxın və ən maraqlı gələn şeylərin şəklini etməyə başlayır. Yəni sizin... İlk insan simvolunu, girdə bir baş və xətt halında ayaqlar yaradır. Amma qısa müddətdə gözlər üçün iki kiçik dairənin və dodaq üçün bir xəttin olduğu bir sifət ortaya çıxacaqdır - saç və qulaqlar kimi detalları da əlavə edə bilər. Göz və ağız kimi hərəkətli orqanlar rəsmin mühüm elementləridir. Elə bu vaxtlarda gülümsəmənizin onun üçün nə qədər dəyərli olduğu bir daha ortaya çıxır. Əldə edilən hər yeni simvol onun öz kəşfidir, eynilə bu yaşlarda etdiyi digər hər şeydə olduğu kimi. Yaradıcılığının ən sıx olduğu dövrdədir, hələ edə bilməmək qorxusu yoxdur, azaddır, özünə güvənir, etdiyi hər işdə ən az oyun oynayarkən olduğu qədər ciddidir, çünki çox vacib bir iş görməkdədir. Məhz buna görə, uşağınızın etdiklərinə və yaratdıqlarına siz də fikir verin. Uşağınız böyük bir ciddiliklə çox əhəmiyyətli bir missiyanı yerinə yetirir, kəşf edir! Uşağınızı barmaq sayları ya da qol və ayaqların mövqeyi kimi məsələlərlə bağlı xəbərdarlıq etməyin. Gülümsəyən bir sifəti və ya çubuq adamı necə edəcəyi ilə bağlı məsələləri ona öyrədərək yaradıcılığını məhdudlaşdırmayın.

 5 yaş

5 yaşından sonra uşağınızın rəsmləri çox daha anlaşıqlı hala gəlir. Ətrafı haqqında verdiyi məlumatların artması ilə rəmzləri də şaxələnərək artır. Çəkdiyi rəsmlər hər bir uşağın ətrafına və təcrübələrinə görə fərqlilik göstərir. Göz kirpikləri, ya da heç bitməyəcək diş sıraları kimi şeyləri ətraflı və böyük ölçülərdə çəkə bilər. Lakin uşağınız insan çəkmək məsələsi ilə məşğul olmursa, onu zorlamayın. Heyvanları, maşınları və ya binalar kimi obyektləri təsvir etməklə daha bağlı ola bilər. Bu dövrdə rəsmləri yalnız xətt sistemi olmaqdan çıxıb, içini boyalarla doldurduğu şəkillər halına çevrilməyə başlayar. Bir müddət sonra da şəkillər kağız üzərində təsadüfi sadalamaqdan xilas olur və müəyyən bir nizam alır. Amma hələ ki, perspektiv yoxdur, şəkillər yer və göy xətti arasında bir yerlərdə sıralanır. Sizə düşən yaratdığı sənət əsərini təhlil etmək və ya təkliflər təqdim etmək deyil, onu sadəcə tərifləməkdir.

 Valideyn olaraq siz nələr edə bilərsiz?

· Uşağınızın mümkün qədər daha çox rəsm etməsi üçün imkan verin, rəsmlərini anlamağa çalışın.

· Ona boya qələmi kimi rəsm materialları alarkən, sağlamlığına uyğun olub olmadığına diqqət edin.

· Uşağınızın rəsmlərini fayla qoyaraq saxlayın. Bu, onun inkişafını daha yaxşı görə bilmənizi təmin edir.

· Çəkdiyi rəsmlər haqqında onunla danışaraq, həm dil, həm də duyğusal inkişafına kömək göstərə, həm də daxili dünyasına dair başqa yollarla izah edə bilməyəcəyi şeylər öyrənərsiniz.

· Rəsm çəkərkən əlinizdən gəldiyi qədər ona müşayiət etməyə çalışın. Siz bir şeylər yazarkən onun da rəsm edir olması, özünə inamını artıracaq, birlikdə olduğunuzu bildirəcəkdir.

 Uşaqlar rəsm yolu ilə həqiqətlə xəyal arasındakı fərqi öyrənirlər. Qeyd etdiklərini izah etmələrinə imkan tanınması, içində olduqları dünyaya baxışlarını dərk etməyinizə və uşağınızın zehni inkişafına köməkçi olur.

Tərcümə etdi:  Mustafayeva Sünbül  (Narınc könüllü qrupunun üzvü)

Go Back

ONU GÖZLƏMƏK; HƏYƏCAN, SEVİNC, MARAQ, SƏBİRSİZLİK…(HAMİLƏLİK DÖVRÜNDƏ MÜŞAHİDƏ OLUNAN PSİXOLOJİ PROBLEMLƏR)

Hamiləlik dövrü, ana üçün həm fiziki, həm də psixoloji dəyişikliklərin yaşandığı mərhələdir. Ana ilə uşaq arasındakı münasibət qadının hamilə olduğunu öyrəndiyi andan etibarən başlayır. Buna görə də ananın hamiləlik dövrünü necə keçirməsi, uşağı hansı yolla dünyaya gətirməsi, ana ilə uşaq arasındakı emosional kontaktın formalaşmasına təsir göstərir. Analıq duyğusunun hiss edilməyə başladığı bu dönəm sosial və duyğusal sahələrdə müxtəlif dəyişikliklərə, eyni zamanda fiziki görünüş, özünü dərk və sosial rolda fərqliliyin yaranmasına səbəb olan və bundan dolayı təşviş hissinin müşahidə olunduğu mərhələdir.

Qadın hamilə olduğunu öyrəndiyi andan etibarən həm özünü xoşbəxt hiss edir, həm də hamiləliklə bağlı informasiya azlığından dolayı qeyri-müəyyən narahatlıq keçirir. Hamiləlik necə keçəcək, sağlam övlad dünyaya gətirə biləcəyəmmi, necə ana olacam kimi suallar hamiləlik boyunca ananın zehnində müəyyən narahatlıqlar yaradır. Yaxşı ana ola biləcəyəmmi sualının yaratdığı təşviş bir müddət sonra formasını dəyişərək qorxu və günahkalıq duyğularıyla əvəzlənir. Bütün bu narahatlıqlar zamanı əgər ana ətrafından (yoldaşından, valideynlərindən, dostlarından) dəstək görərsə, bu dönəmi daha rahat və hüzurlu şəkildə keçirər.

Bu dönəmdə ataların əsas vəzifəsi yoldaşının ən böyük dəstək qaynağı olmasıdır. Artıq ailə olaraq həyatlarında tamamilə başqa bir mərhələ başlamışdır. Dünyaya gələcək övladları üçün hazırlıqlar görməyə başladıqları mərhələyə qədəm qoyurlar. Həmçinin analar üçün dəstəkləyici bir sosial mühit də vacib güc mənbəyidir.

Hamiləlik zamanı müşahidə olunan dəyişikliklər

Bu dövrdə qadında həm fiziki, həm də duyğusal olaraq bir çox dəyişikliklər müşahidə olunur. Orqanizmdə və psixikada yaranan bu dəyişikliklərlə bağlı məlumatlı olan ana, hamiləlik dövrünü daha rahat və sağlam şəkildə keçirə bilir.

Bu zaman müşahidə olunan fiziki dəyişikliklərdən ən birincisi çəki artımıdır. Hamiləlik dövrünün, əsasən ilk aylarında bulantılar yaranmağa başlayır və irəliləyən müddətdə bədən formasında dəyişikliklər yaranır, əvvəl rahatlıqla gördüyü işlərdə müəyyən məhdudiyyətlər ortaya çıxır. Dəridə müxtəlif dəyişikliklər yaranır, tənəffüs, həzm sistemində müxtəlifliklər müşahidə olunur. Bütün bunlar yuxu və qidalanma kimi əsas həyati fəaliyyətlərdə də nizamsızlığın yaranmasına səbəb olur. Eyni zamanda hamilələr, bu müddətdə bir çox psixoloji dəyişikliklər də yaşaya bilərlər; səbəbsiz ağlamalar, gərginlik, təşviş…

Doğumdan sonra müşahidə olunan psixoloji narahatlıqlar

Analıq hüznü (lohusa sindromu)

Bu sindrom doğumdan dərhal sonra, bir neçə gün müddətində başlayan, 7-10 gün ərzində düzələn; bulantı, sıxıntı, aqressiya, ağlama və unutqanlıqla özünü göstərən müddətdir.

Anaların təxminən 10%-də bu hal xroniki və ciddi vəziyyətə çevrilir. Hamiləlik müddətində və ya doğumdan sonrakı bir il ərzində müşahidə olunan depressiya, postnatal depressiya olaraq adlandırılır. Postnatal depressiyanın ağırlıq dərəcəsi yüngül və qısa müddətlidən çox ağır və uzun müddətliyə qədər dəyişir. Bu durumun ilk 1-3 ay arasında azalması gözlənilir, müddətin uzanması müşahidə olunduğu zaman mütləq şəkildə mütəxəssis yardımı alınmalıdır.

Postnatal depressiya

Bu halın yaranmasında fiziki, duyğusal və sosial amillərin rolu böyükdür. Fiziki faktorlara; hamiləlik dövründə artan estrogen və progesteron səviyyəsinin doğumdan sonra dərhal enməsi postnatal depressiyanın yaranmasına səbəb olur. Doğumun qadın orqanizmi üzərində yaratdığı təsirdən başqa nizamsız və qeyri-kafi yuxu və fiziki yorğunluq da depressiyanın yaranmasına səbəb olur.

Duyğusal faktorlara; doğumdan sonra bütün qadınlarda bənzər hormonal dəyişikliklərin olmasına rığmən, psixoloji problemlər yalnız bir qisim qadınlarda müşahidə olunur. Buna görə də doğumdan sonra ortaya çıxa biləcək psixoloji narahatlıqlardan qorunmaq üçün yoldaşının və ailə dəstəyinin, sosial dəstək sistemlərinin və insanlararası münasibətlərin əhəmiyyəti unudulmamalıdır.

Hamiləlik dövrü və sonrası üçün tövsiyələr

Yoldaşınızdan, ailənizdən və sosial çevrənizdən dəstək istəyin. Bu dönəmdə anada müşahidə olunan duyğusal dəyişikliklər yaşaması və özünü yorğun, çarəsiz, narahat hiss etməsi təbiidir. Belə hallarda insanın yaxın çevrəsindən dəstək görməsi onun bu duyğusal durumdan çıxmasını asanlaşdıracaq.
Duyğularınızı gizlətməyin. Bu müddətdə xoşbəxtlik qədər təşviş, əsəb hissləri də yaşaya biləcəyinizi unutmayın və duyğularınızı gizlətməyin.
Hamiləlikdə və sonrasında vacib rutin dəyişikliklər etməkdən qaçın
“Mükəmməl ana” olmağa çalışmayın. “Lazımi qədər yaxşı ana” olmanız kafidir.
Özünüzə də zaman ayırmağa çalışın. Özünüzü dost çevrənizən və sevdiyiniz fəaliyyətlərdən uzaq tutmayın.
Mümkün qədər uşaq yatanda siz də yatın və ya istirahət edin.
Elastik olun. Analığa ilk addımlarınızı atdığınız bu dönəmdə, sizin övladınızı və övladınızın sizi tanımağa çalışdığını və bir-birinizə öyrəşmə mərhələsində olduğunuzu özünüzə xatırladın.

                                 Nərmin Quliyeva

Go Back

20 nəticə göstərilir