BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk
peşəkar psixologiya jurnalı olan "Düşüncə Jurnalı"nın birgə lahiyəsi olan
“Düşünən Qələm” müsabiqəsinə start verildi!
Mövzu:
“ŞİZOFRENİYA”
Istiqamətlər:
1. Xəstəlik və xəstənin psixologiyası haqqında məqalələr
2. Ailəsində şizofren olan fərdlərin psixologiyası
3. Xəstəliyin mahiyyətini əks etdirən bədii yazılar, esselər, şerlər , hekayələr
Layihə haqqında:
Müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakultələrinin tələbələri və gənc mütəxəssilər tərəfindən yazılmış məqalələr bir ay müddətinə qəbul ediləcək. Hər gun 2 -3 məqalə sosial şəbəkələrdə və dushunce.az saytında paylaşılacaq. Bir ayın sonunda əvvəlcədən təyin olunmuş məşhur psixoloq və psixiatrlardan ibarət münsiflər heyəti tərəfindən hər 3 istiqamət üzrə ən yaxşı və orijinal məqalənin sahibi seçiləcək və mükafatlanacaqdır.
Mükafatlar:
1. Psixologiya və Konsultasiya mərkəzi tərəfindən qalibiyyət sertifikatı və digər təltif hədiyyələri.
2. Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponu.
Musabiqə şərtləri !!!!
1. Məqalələr Microsoft Office Word proqramında, 14 şriftdə, 2 A4 səhifəsindən artıq olmamalıdır.
2. Məqalə daha öncə hardasa çap olunmuş, kiminsə məqaləsi,bir basa hansisa kitabdan, mənbədən köçürülməməlidir. Əlbətdəki, məlumat toplamaq üçün hansısa mənbələrdən istifadə etmək olar,ancaq nəticə etibarilə məqalə təmamilə öz fikrinizi ifadə tərziniz, öz cümlələriniz olmalıdır. Ən orijinal məqalənin seçilməsinə üstünlük veriləcək.
3. Məqalənin sonunda aşağıdakılar mütləq qeyd edilməlidir:
-Adınız, soyadınız, yaşınız
-Təhsil aldığının Universitet, fakultə, ixtisas, kurs
-Əlaqə nömrəsi
4. Məqalənizi, məqaləniz üçün seçdiyiniz şəkil ilə birgə dushunce.office@gmail.com e-mail adresinə göndərməklə qeydiyyatdan keçmiş sayılacaqsınız!
Son qeydiyyat tarixi: 20.12.2014