Düşüncə Jurnalı

header photo

İnsanların qəribə asılılıqları

Telefon və kompüterinizdə gündə neçə saat oyun oynayırsınız? Ləzzətli hesab etdiyi yeməyi hər gün yeməkdən bezməyən, hər gün alış-veriş mərkəzlərini gəzən insanlar artıq asılıya çevriliblər. Olduqca sevimli qəbul etdiyiniz bu fəaliyyətlərin altında bir asılılıq gizlənə bilərmi? Maraqlandığınız şeylərin sizdə aludəçiliyə dönüşməməsi üçün lazım olan davranış tiplərini öyrənməlisiniz.
 
Cinsi asılılıq: Cinsi aktivliyə olan asılılığın müalicəsi narkotik maddələrə olan asılılığın müalicəsi kimi aparılır. Bu asılılığın əlaməti vəziyyətin riskli və pis nəticələnə bilməsindən qorxmayaraq nəzarətin itirilməsidir.
 
İnternet asılılığı: Psixoloqlar internet asılılığını həqiqi asılılıq hesab etməsələr də, bu hal bir çox insanlar üçün həqiqətən ciddi bir problemə dönüb. Bu asılılıq həm iş yerində, həm evdə mənfi hallarla nəticələnə bilər. Araşdırmalar insanların gün ərzində 6-14  saatını internetdə keçirdiyini ortaya çıxarıb. Bu da insanlarda internet asılılığına yol aça bilər.
 
Alış-veriş asılılığı: Nəzarətdən çıxan bir davranış tipidir. Məhsulları almadığınızda üzülür və aldığınızda peşmanlıq hissi keçirirsiniz.  Şkafınızda hələ də geyinmədiyiniz, üzərində qiyməti olan geyimləriniz qalıbsa, siz də alış-veriş asılısı ola bilərsiniz. Bu, ən çox qadınlarda rastlanır və psixoloqla məsləhətləşməklə həlli mümkündür. 
 
Video oyun asılılığı: Araşadırmalara görə, video asılılığının kişilərdə daha çox rastlandığı müəyyən olunub. 8-18 yaş arasında olan hər 10 kişidən biri video oyunu asılısıdır. Psixoloq dəstəyi almaları vacibdir.  
 
Estetik əməliyyat asılılığı: İnsanlar dəyişmək üçün dəfələrlə bıçaq altına yatırlar. İstədiyi nəticəni əldə etmək üçün xəstəxanaları gəzirlər. Bu cür insanlar bədənlərini bəyənmədikləri üçün əməliyyat ağrısı deyil, psixoloji bir ağrı çəkirlər.
 
Qida asılılığı: ABŞ da yetişkin insanların yüzdə üçü yemək pozğunluğu yaşayırlar. Bunun əlamətləri - hissləri sakitləşdirmək üçün, özünü yalnız hiss etdiyində yemək yemək və sonra günahkar hiss etməkdir. Bu asılılıq depressiyayla əlaqələndirilir.
 
Adrenalin asılılığı: Həyəcan axtaran insanların çoxu narkotik maddə aludəçiləri kimi eyni əlamətləri daşıyırlar. Onlar daha həyəcanlı, təhlükəli macəralar axtarırlar və araşdırmalara görə, onların beynində narkotik maddə aludəçilərinin beynində olduğu kimi eyni oyanma əlamətləri yaşanır.
 
Qumar asılılığı narkotik maddə asılılığına yaxındır və mütəxəssislər bunu ciddi davranış pozğunluğu adlandırır. Araşdırmalar bu asılılığın narkotik maddə asılılığı kimi beynin eyni bölgələrini oyandırdığını göstərib. Bu davranış pozğunluğunun müalicəsi də, narkotik maddə asılılığı müalicəsi kimi eyni mərhələlərlə aparılır.  
joy.az

Go Back

Sorğu göndər