Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Elmi araşdırma"

İNSANLAR GƏZƏRKƏN NİYƏ DAİRƏVİ FİQURLAR ÇƏKƏRLƏR

Bir çox tragediya filmində rastlaşdığımız səhnə belədir: Qəhrəmanlar saatlarla qorxulu bir meşədə yolunu azmış vəziyyətdə gedir və anidən görürlər ki, yenidən başladıqları yerə gəliblər!

İnsanların dairəvi fiqurlar çəkərək yol getdikləri əslində reallıqdır. Həmçinin, bir çox maraqlı tədqiqat vasitəsilə də dəstəklənən bir faktdır.

Max Planck İnstitutundan Jan Soumanın və komandasının 2009-cu ildə apardıqları tədqiqata əsasən insanlar yol gedərkən dairəvi fiqurlar çəkir, Səhraya və ya Almaniyada meşəyə buraxılan və yerləri naviqator vasitəsilə təqib olunan iştirakçıların gecələr saatlarla dairəvi fiqurlar çəkərək hərkət etmələri dəqiqləşdirilmişdir. Lakin bu tədqiqatda, həmin davranışın səbəbləri axtarılsa da bütün səbəblər ortaya çıxmamışdır. Souman və komandası, bu mövzuda keçmişdən gələn nəzəriyyələrə əsaslanmayıblar. Məsələn: insanların bir ayağının digərinə görə daha güclü və ya uzun olduğu fikrinə bağlı nəzəriyyənin keçərli olmadğı nəticəsinə gəliblər. Çünki, bu nəzəriyyənin doğru olduğu qəbul olunsa, iştirakçıların həmişə eyni istiqamətə doğru yönəlmələri lazım gələr, lakin iştirakçıların dairəvi fiqurlarla hərəkət etməsi fərqli istiqamətlərə gedərək bu dairələri çəkdiklərini təsbit ediblər.

Lakin yeni aparılan bir araşdırmaya dah cəsur bir yanaşma gətirilib. Fransada aparılan bu tədqiqatda, elm adamları bu dəfə artıq bu davranışın sirli səbəbibinin mənbəyinə enməyə niyyət edib.

Tədqiqatçı Emma Bestavenin başçılıq etdiyi bu maraqlı komanda, Bordeaux qəsəbəsində 90 metrdən 150 metr məsafəsində olan qapalı, boş sahəni kirayə götürüb və tədqiqata qatılan şəxslərin gözlərini bağlayaraq bu boş salonda hərəkət etməsini təmin edib. Burada məqsəd, iştirakçıların hərəkət edərkən kənar səslər və ya yerdəki hər hansı çökək və alçaq sahələr kimi ünsürlərdən təsirlənmərinin qarşını almaq olub. Bu komandanın istifadə etdiyi digər neoloji üsullar da təbii ki mövcuddur. Məsələn: iştirakçılar hərəkət edərkən onların ayaqlarındakı əzələ fəaliyyətlərini ölçmək üçün EMG (elektromioqrafiya) istifadə ediblər, onların güc platformaları üzərinə çıxaraq, ayaq üstə dayanarkən balanslarını ayaqlarına necə payladıqlarını əvvəlcədən ölçmüş və tədqiqata qatılanların subyektiv “dik durma” qavrayışlarını prosesdən öncə qeyd ediblər.

Düz xətt üzərində gəzmələri istənilən 6 təcrübə nəticəsində, gözü bağlı 15 iştirakçı, əvvəlki təcrübələrdə də göründüyü kimi, davamlı iki istiqamətdən birinə yönəliblər, yəni düz hərəkət edə bilməyiblər. Hərəkətdə olanların yarısı sola, 39%-i isə sağ tərəfə doğru yönəlmə edərkən, qalan kiçik kütlə düz hərəkət etməyi bacarıb.

Bu 15 şəxsdən 6-ı təcrübələrin hamısında eyni istiqamətə yönəlib, digərləri isə hər dəfə müxtəlif tərəflərə istiqamətlənib. Yoxlama sayı artdıqca iştirakçıların daha düz hərəkət edə bildiklərinə dair bir tapıntıya rastlanılmayıb, lakin daha sürətli hərəkətin daha düz yerimə ilə bağlı olduğu müşahidə edilib.

Tədqiqatda, insanların bilmədən yönəldiklərin tərəfin əllərinin, gözlərinin və ya ayaqlarının daha çox və ya davamlı istifadəsi ilə əlaqəsinin olmadığı aşkara çıxarılmışdır. Qeyd olunan əzələ fəaliyyətlərinə bağlı məhsullardan da nəticə əldə olunmamışdır.

Bütün bunlara baxmayaraq, tədqiqatçılar nəticədə müəyyən tapıntılar əldə ediblər. Hərəkət etmədən öncə güc platforması üzərində dayanarkən hər bir iştirakçının ölçülən “təzyiq mərkəzi”nin (yəni, o şəxsin ayaq üstə olarkən duruşunu müəyyənləşdirən vasitənin) üzərində hərəkət etməyə çalışdığı düz xəttədən nə qədər yönəldiyi ilə müəyyən ölçüdə korellyasiya göstərdiyi müəyyən olunmuşdur. Bu “təzyiq mərkəzi” eyni zamanda iş başlanğıcında ölçülən iştirakçıların subyektiv “dik durma” qavrayışları ilə birbaşa əlaqəlidir.

Bu tapıntılar birlikdə dəyərləndirildikdə, tədqiqat komandası dairələr çəkərək hərəkət etmə fəaliyyətimizin müəyyən bir formada vestibulyar sistemdəki bəzi nizamsızlıqlarla əlaqəli olduğu nəticəsinə varıblar. Daxili qulaqda yerləşən bu sistem, ümumi olaraq insanın balansını qorumasında təsirli və bu sistemdəki kiçik pozuntular beynimizdəki “tam düz getmə” fikrini yönləndirir ola bilər ki, bu da həəkət edərkən dairə çəkməyimizə səbəb olur.

 Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 pcc.az

Go Back

Qısqanclığın qulu deyil ağası olun

5 yaşından etibarən dəyər vermə mühakimə etmə xüsiyyətlərimiz bərkiyir və itirmə qorxusuyla birlikdə qısqanclıq duyğusu da ortaya çıxır. Yəni bundan qaçış yoxdur. Qısqanmaq təbii bir romantik müddətdir, bunda səhv yoxdur. Ancaq qısqanclıq, digər bütün duyğuların qabağına keçib əlaqəni idarə altına almağa başladığında, ünsiyyət pozuqluqları, etibarsızlığa doğru irəliləyən sürətli bir müddət də başlamış olur. Hələ bir kompüterə bağlanıb qısqanclıq duyğusunu genlərimizdən silə bilmədiyimizə görə, bizə atalarımızdan miras qalan qısqanclığa, yoxmuş kimi rəftar etməmiz mənasız görünür. Edə biləcəyimiz yeganə şey isə; "qısqanclığı idarə altına almaq." Yaxşı bunu necə edə bilərik?

Ruhun Sirləri və Atalarımızın Məlumatı adlı kitabın yazıçısı Bohdi Sanders açıqlayır:

Özünə inamınızı inkişaf etdirməyə çalışın
Adamın özünə inamı nə qədər aşağı olsa, öz dəyəri mövzusunda o qədər şübhəyə düşəcək. Bu da dostunuz, sevgiliniz ya da həyat yoldaşınız sizi başqası üçün tərk etməyəcək qədər dəyər verdiyinə dair narahatlıqlarınızın olmasına gətirib çıxarar. Bu səbəbdən özünə inamınızı inkişaf etdirmək, qısqanclığı idarə altına almanın ilk addımıdır. Özünüzə nə qədər dəyər versəniz, özünüzü o qədər xüsusi hiss edərsiniz. Beləcə ətrafınızdakı insanlarda sizin xüsusi olduğunuzu görərlər. Özünə inamı yüksək olan bir adam, əlaqəni iki tərəfində qarşılıqlı fayda verdiyi bir təməldə qiymətləndirər. Qiymətli olduğunuzu anlayın və əgər biri sizə bu dəyəri vermirsə o adam doğru insan deyil.

Duyğularınızın fərqində olun
Duyğularınızı fərqində olmanın heç bir pis yanı yoxdur. Əlbəttə duyğularınızın sizi ələ keçərməsinə icazə vermədiyiniz müddətcə... Qısqanmaq təbii bir duyğudur və nəyə dəyər verib -vermədiyinizi anlamanızı təmin edər. Problem duyğunun özündə deyil, o duyğunun əsiri halına gəlməkdir. Əgər qısqandığınızın fərqindəsizsə, doğru yoldasınız deməkdir. Burada əhəmiyyətli olan duyğularınızı, dostunuz, sevgiliniz ya da həyat yoldaşınızla paylaşmaqdır. İkili əlaqələrdə dürüst və açıq olmaq, duyğularınızın zaman içərisində dağıdıcı və əsiri olma halına çatmasına mane olar.

Problemin kökünə enin
Duyğularınızın və qısqanclığınızın məntiqli bir səbəbi varmı? Yoxsa qısqanclığınızın səbəbi ağılınızın sizə oynadığı bir oyundanmı ibarətdır? Qısqanclıq duyğunuz, sizə bir yerlərdə həll etməniz lazım olan bir problem olduğunu söyləyər. Burada etməniz lazım olan qısqanclıq duyğunuzun mənşəyinə enmək, problemi təsbit etməkdir. Əgər etibarlı bir səbəbiniz varsa problemi həll edə bilər, səbəb kifayət qədər təsdiqlənə bilər deyilsə problemi başınızdan ata bilərsiniz.

Müsbət düşüncələrinizə və fərdi inkişafınıza fikrinizi cəmləşdirin
Zehininiz sizə oyunlar oynaya bilər və düşüncələrinizin bəzən nəzarət edilməsi lazımdır. Duyğularınızın həyatınızı ələ keçərməsinə icazə verməyin. Siz yalnız öz hərəkətlərinizdən cavabdehsiniz başqalarınınkından deyil.. Bir şey üzərinə çox baş yorar və enerjinizi tükətsəniz, onun bir şəkildə həyatınıza girməsini təmin edərsiniz. Bunun yaxşı ya da pis olması da sizin əlinizdədir. Qısqanclıq kimi mənfi duyğularla zehininizi məşğul etmək yerinə, başınızı müsbət düşüncələrlə doldurun. Qısqanclıq, narahatlıq kimi mənfi duyğular eyni zamanda sizi stress altına alar və sağlamlığınızı təhdid edər. Nəyi istəmədiyinizi deyil, nə istədiyinizi fikirləşin.

qadinlar.biz

Go Back

Dünyanın ən qorxunc psixoloji təcrübələri

 Psixologiya tarixinin qara səhifələrində yer alan və nəticədə bərpa olunmayacaq travmalara və intiharlara yol açan təcrübələr heç bir əxlaqi və hüquqi qaydalarla uyğunlaşmayacaq formada reallaşdırılmışdır. Heyvanların və insanların həyatına səbəb olan bu təcrübələr və “bu qədər də olmaz” kimi ifadə olunan nəticələrə səbəb olmuşdur.

David Reimer Təcrübəsi: Psixoloq John Money`in “cinsi kimlik anadangəlmə deyil, mühit tərəfindən formalaşır” iddiası 1966-cı ildə David adında bir uşağın həyatına səbəb olub. 8 aylıq olarkən aparılan sünnət nəticəsində penisini itirən Davidin ailəsinə psixoloq tərəfindən təlqin olunaraq Davidin cinsiyyətinin dəyişdirilməsi təmin olunur. Ailənin razılığı ilə cərrahi əməliyyat vasitəsilə vagina və hormon verilən və adı dəyişdirilən Brendaya 14 yaşında vəziyyət açıqlanır. İntiharla nəticələnən bu tədqiqat da psixoloji təcrübələrin uğursuzlar siyahısında yer aldı.

Üçüncü Dalğa Təcrübəsi: Psixoloq Milgramın təsirinin açıqlıqla müşahidə olunduğu “üçüncü dalğa” təcrübəsi 1967-ci ildə həyata keçirilir. Faşizmin demokratik cəmiyyətlərdəki təsirinin hansı ölçüdə ola biləcəyinin araşdırıldığı prosesdə təcrübi vasitə olaraq məktəb şagirdləri seçildi. Möhtərəmliyi yüksək süni sistemə daxil edilən şagirdlərin son dərəcə sürətli öyrəndikləri, sinif yoldaşlarına qarşı alçaldıcı və xor görən davranışları müəyyən edildi. Vəziyyətin daha da ağırlaşdığı müşahidə edilir və nəticədə təcrübənin dördüncü günün araşdırma sona çatdırılır.

stanford-deneyiStandford Həbsxana Təcrübəsi: İnsanların sosial rollara adaptasiyasını yoxlamaq məqsədiylə 1971-ci ildə universitet tələbələrindən ibarət bir qrupu araşdırma mühiti olaraq hazırlanmış həbsxanaya yerləşdirilir. Bir qisim məhkum, digərləri qardiyan olur. Təcrübənin nəticəsində qardiyan rolundakı tələbələr soyuqqanlı qardiyana məhkum rolundakı tələbələr özgüvənlərini itirərək qorxağa çevrilirlər. Həbsxanada yaşanan vəhşət artdıqda təcrübəyə son verilir.

 Çarəsizlik Quyusu Təcrübəsi: Sevgi həyatımızın ən əhəmiyyətli hissəsidir, lakin psixoloq Harry Harlowdakı kimi obsessiv vəziyyətə gəlmədiyi müddətdə. 1970-ci illərdə psixoloqumuz sevginin həyatımızdakı əhəmiyyətini ölçmək məqsədiylə meymunlar üzərində əxlaqi və hüquqi olmayan təcrübə keçirir. Xarici mühitdən tamamilə ayrılmış, özünün “çarəsizlik quyusu” adını verdiyi qurğulardan ibarət olan bir sahə yaradır. İçinə qoyduğu meymunlar bir müddət sonra dəli olaraq özlərini aclıqla ölümə tərk edirlər.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Şəxsiyyətini tanı

Biz gündəlik həyatda müxtəlif tip insanlarla rastlaşırıq və ona müvafiq hərəkətlər etmək məcburiyyətində qalırıq.İş o zaman uğurlu və məhsuldar olur ki,eyni xasiyyətli insanlar bir- biriləri ilə çalışsınlar.Lakin bəzən məcburiyyətdən və ya təsadüfən edilən hərəkətə görə biz insanlara xarakteristika veririk.Bu heçdə insanın xasiyyəti demək deyildir.

Xasiyyət-insanların fərdi xüsusiyyətlərini öyrənmək,onları bir birindən fərqləndirmək,ümumi formada qiymətləndirmək üçün istifadə etdiyimiz ən önəmli göstəricilərdən biridir.Xasiyyət əsasən insanların fəaliyyət və rəftarında ifadə olunur.

Xasiyyət müəyyən yaşda formalaşaraq insanın daimi xüsusiyyətinə çevrilir.Xasiyyət temprament, qabiliyyət, emosionallıq və digər əlamətlərlə sıx bağlıdır.Temprament tipinə görə insanlar 4qrupa bölünürlər: xoleriklər, sanqviniklər, fleqmatiklər, melonxoliklər.(Hipokratın bölgüsü)

Xoleriklər-enerjisi və ehtirası yüksək olanlar

Sanqviniklər-çevik və nikbinlər

Fleqmatiklər-ləng və sakit təbiətlilər

Melonxoliklər-fağır qapalı pessimistlər

Xasiyyətin anadangəlmə və ya qazanılma olduğuna dair müxtəlif fikirlər vardır.Sovet dövrü ədəbiyyatlarında qeyd olunur ki,bu daha cox xarici təsirlərlə bağlıdır.Xarici təsirlər deyəndə- tərbiyə,ictimai quruluş və s aiddir.Lakin genetik faktorlarla əlaqəli olan cəhətləri istisna etmək olmaz yəni atadan ,anadan keçən qan yaddaşı ilə insana verilən fərdi xüsusiyyətləri əhəmiyyətsiz hesab etmək olmaz.

1808ci ildə xasiyyət pozuntularını F. PİNEL təsvir etmiş və onları xəstəlik hesab etməmişdir.

Şəxsiyyət tarixi inkşaf prosesində formalaşan və ictimai -sosial münasibətlərin daşiyicisi olan konkret şəxsdir.

Ictimai-sosial münasibətlərin pozulmasi və ya cəmiyyətə uyğun olmamasi şəxsiyyət pozuntusuna səbəb olur.Bunu ilk dəfə S.Priçard klinik tədqiqatini vermişdir. 1891 ci ildə Kox şəxsiyyət pozuntularını bir araya toplayaraq psixopatiyalar adlandırmışdır.Şəxsiyyət pozuntularını araşdıran rus alimi Balinski apardığı məhkəmə tibbi ekspertizalarını təhlil edərkən psixatriya terminin işlətmişdir.

20-ci əsrdə Kepler-Kreçmerin təsnifatı şəxsiyyət pozuntularının müxtəlif tiplərinin fenomoloji xüsusiyyətlərinə əsaslanırdı;

Oyanıqlar-xarici qıcıqlara qarşı güclü emosional reaksiyaları ilə diqqəti cəlb edənlər.

Davamsızlar-xarici təsirlərə ilk növbədə təlqinə həssas olanlar

Gopçular-ağlasığmaz yalanları hər şeyi şişirtməklə yaymağı sevənlər

Deyingənlər-eqoist heç kəslə yola getməyən qeybətcil

Meyl pozuntusu olanlar-ilk növbədə seksual pozuntusu olmaları ilə narkomaniyaya marağı olmalari ilə fərqlənirlər

Antisosial pozuntuya meyilli olanlar ictimai qaydalara riayət etməyənlər və s

Qannuşkin ilk dəfə şəxsiyyət pozuntularının ümumi sistematikasını yaratdı.O tsikloidlər,şizoidlər,isteriklər,antisosial psixopatlar,sarsaqlar,paranoidlər kimi şəxsiyyət pozuntuları qruplarını təklif etmişdir.

Şəxsiyyət pozuntusu həm şəxsin özünün həm də onun ətrafını əhatə edən insanların iztirablarına səbəb olan xasiyyətin disharmoniyasıdır.

Qannuşkin şəxsiyyət pozuntusu dioqnozunu 3 əlamətə əsasən qoymağı təklif etmişdir.

  • Xarakteroloji total pozuntu
  • Həyat boyu onların az dəyişkən və davamlılıgı
  • Ictimai uyğunlaşmanın dəyişməsi

PARANOID-qapalı qeyri-səmimi ,həmişə özündən razı şəxs kimi tanınan  bu tip insanlar yüksək qiymətli idealarla yaşayan öz bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy etdirirlər,tənqidi mülahizələri rədd edirlər,başqalarını fikrini inkar edirlər,tənha yaşamağa meyl göstərirlər,bəzən olduqca qəddar,ədalətsiz hərəkət etməyə meyillidirlər bu şəxsləri sutyaqakverulyant adlandirirlar.

ŞİZOİD-başlıca əlaməti austik təfəkkürə malik olmaları başqalarından asanlıqla fərqlənirlər.Nitq kasad və bir neçə sözdən ibarət olur,eyni tip hərəkətlərdən ibarət jestləri vardır.Uyuşmurlar, təkliyi sevirlər,qeyri adi məşğuliyyətə maraq göstərirlər.Senzetivlər və ekspansivlərə bölünürlər.

DİSSOSİALCƏMİYYƏTƏ ZİDD GEDƏN ANTİSOSİAL TİP ŞƏXSİYYƏT POZUNTUSU- başqalarına qarşı istək və məhəbbət yaratmaq qabiliyyətinin olmaması, qəflətli hərəkətlərə meyilli olmaq, öznü günahlandıra bilməmə, etdiyi neqativ hərəkətləri başa düşməmə ,ailə üzvlərinə iş yoldaşlarına əzab vermək,onları alçaltmaq və s.Öz intim tələblərinə malik olmaq üçün hər cür hərəkətklərə kobudluğa  təhqirə və fiziki güc tətbiq edirlər.

EMOSİONAL DAVAMSIZ VƏ YA AFFEKTİV TİP ŞƏXSİYYƏT POZUNTULARI –müxtəlif ədəbiyyatlarda əhval ruhiyyə və ya şəxsiyyət pozuntusu kimi deyil ayrıca xəstəlik kimi təqdim edirlər.Bu tip insanlari heç nə ruhlandırmır,sevinc hissi onlara yaddır, ləng hərəkətli insanlardır,öz vəzifə borcların vicdanla yerinə yetirirlər və buna görə hamının hörmət bəslədiyi insanlardır.Bu tip insanlarda hipertenik və distenik proseslər baş verir.

İSTERİK TİP ŞƏXSİYYƏT POZUNTUSU-Hamının diqqətini çəkməyə çalışan aparıcı rolda olmağa can atan, daha çox həyəcanlı olan emosional zəngin görünməyə can atsalar da  başqalarının iztirabına biganə qalmağı bacaran şəxslərdir.Gərginlik yaranarsa dərhal pis vəziyyətə düşür müxtəlif emosional hallar keçirir cəngolmalar nümayiş etdirirlər,özlərinə xəsarət yetirə bilərlər.Kreçmer onları yalançılar və gopçular adlandırmısdır

ANAKASTİK VƏ YA OBSESTİV KOMPULSİV TİP-kövrək inamsız ,aciz ,xüsusi diqqət edilməsini tələb edirlər,şübhəli qətiyyətsiz,yaxşı sənətkar olduqları halda bu fəaliyyətlərin göstərməkdə acizlik çəkirlər,öz hərəkətlərini dönə dönə təkrar etməyə təhlil etməyə sövq edirlər.”YOX”cavabın almaqdan qorxurlar,heç kimə müraciət etmirlər.

TƏŞVİŞLİ TİP ŞƏXSİYYƏT POZUNTUSU-Həyəcanlı, təşvişli ,qayğılı olurlar.Özlərinə inamsız daim təhlükə gözləyən olurlar.Həmişə kimdənsə yardım gözləyirlər və bunun üçün özlərini zavallı göstərirlər.Onların dostları tanışları çox olmur ,təzə işə başlamaq onlar üçün çox çətindi.

ASILI TİP ŞƏXSİYYƏT POZUNTUSU-Bu pozuntulu insanlar iradəsiz,başqalarından hər an kömək almağa çalışan adam kimi görünürlər.Məsuliyyətli işə girişmək onlar üçün çox çətindir və bu onları qorxuya salır.

Arzu Məmmədova

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi

Go Back

Nəyə görə ağır cinayət törədənlərin əksəriyyəti kişilər olur?

Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsulla qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətllər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqları qurbanın cinsi, yaşı, xarici görünüşü təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətllər bütün dünyada geniş əks səda doğurmuşdur.

Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanların qətl törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır. Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas proses daxildən baş verir.

Cinayət işləməyin sosial – psixoloji səbəbləri aşağıdakılar hesab olunur:

1.Psixoloji problemlər;
2. Sinir sitemində yaranmış pozğunluqlar (anadangəlmə və ya sonradan yaranma);
3.
 Ailə münaqişələri;
4. Ətrafdakı insanların şəxslərə təsiri;
5. Hər hansı bir qruplaşmanın tərkibində olma (məs: satanist və s.);
Bu kimi 1 çox səbəbləri göstərmək olar.

Dəfələrlə ağır cinayətlər törətmiş seriyalı qatillər və digər cinayətkarlar ola bilsin ki, başqalarını da buna “yoluxdurmaq” iqtidarındadırlar. “Molecular Psychiatry” jurnalında dərc olunmuş məqalədə bu haqda məlumat verilir. Aparılan müşahidələr ağır cinayətlər törətmiş bu insanların niyə böyük əksəriyyətinin kişilər olduğunu və bir insanın nəyə görə dəfələrlə belə cinayətlər törətməsinin səbəblərini aydınlaşdırmağa istiqamətlənmişdi.

Neyrobioloqlar qarşılarına məqsəd qoydular:  Dəfələrlə ifrat dərəcədə ağır cinayətlər törətmiş insanların mümkün qədər genetik “baqajını” tədqiq etmək.

Tədqiqatın sonunda tədqiqatın rəhbəri, Karolinks İnstitutunun klinik neyrobiologiya kafedrasının professoru Jari Tiihonen açıqlama verdi: “Biz insanda aqressiv təzahürlərə cavabdeh olan iki əsas geni müəyyənləşdirə bildik, lakin, aydındır ki, bu genlərdən başqa insanda aqressiya hissini idarə edən onlarla və yüzlərlə gen mövcud ola bilər. Lakin, biz müşahidələrimizə əsaslanaraq əminliklə söyləyə bilərik ki, digər genlərdən heç birinin təsir gücü əvvəldə qeyd etdiyimiz iki genlə müqayisə oluna bilməz”.

Tiihonen və onun köməkçiləri üzərində tədqiqat aparmaq üçün Finlandiyada həbsdə olan 1004 məhbus seçdilər. Onlardan 184 nəfəri tədqiqat obyekti olmaqdan imtina etdi, digər 26 nəfərə isə “psixoz” diaqnozu qoyulduğuna görə tədqiqat üçün yararsız hesab edildilər. Geri qalan məhbuslardan qan nümunəsi götürüldü. Məlum oldu ki, nümunə götürülən qanların hamısında CDH13 geni və “müharibə geni” adlandırılan MAOA geni ya ikisi birlikdə, ya da ayrı – ayrılıqda mövcuddur.

“Müharibə geni” insanda dopamin maddəsinin sintezinə xidmət edir və alkoqol və narkotikadan həddindən artıq istifadə zamanı funksiyasını lazım olduğundan daha artıq yerinə yetirir.

Tiihonen bunu belə izah edir: “ Əgər orqanizmdə dopaminin sintez sürəti və intensivliyi zəifləyibsə, dopaminin miqdarı azalıbsa, onun beyindəki miqdarı alkoqol, narkotik və amfetinamin qəbulu zamanı xeyli arta bilər. Aydındır ki, bu maddələr dopamin maddəsinin və buna müvafiq aqressiyanın da artmasına təsir göstərir.”

Əslində CDH13 geninin vəzifəsi beyindəki neyronlararası əlaqəni təmin etməkdir. Bu maddə hiperaktivlik sindromu və diqqət əksikliyi vəziyyətinin idarə edilməsində də böyük  rol oynayır.

Əgər kimsə bu genlərdən hər ikisinə sahibdirsə, bu genlərdən birini daşıyan insanlara nisbətən 13 dəfə daha artıq ağır cinayətlərə və işgəncə verməyə meyilli olur. Əgər bu genlərə alkoqol və digər kimyəvi maddələri də əlavə etsək – faciənin reseptini hazırlamış olarıq.

Müşahidələr həmçinin “Nəyə görə ağır cinayətləri törədənlərin əksəriyyəti kişilər olur?” sualına cavab tapmağa da kömək etdi. Tiihonen: “Müharibə geni” adlandırdığımız MAOA X xromosomunda yerləşir. Bildiyimiz kimi X xromosomu qadınlarda cüt, kişilərdə isə tək olur. Qadınların xromosom dəsti XX, kişilərdə isə XY şəklində olur. Belə ki, qadın orqanizmində əgər bir genin aktivliyi digərindən üstün olarsa, digər gen onun aktivliyini tənzimləyir, tarazlaşdırır. Kişilərin isə bu cəhətdən bəxti gətirməyib, onlarda genlər eyni olmadığı üçün bir genin aktivliyi artdıqda, digəri onu tarazlaşdıra bilmir”

Psychiatric Genetics jurnalında dərc olunmuş bir məqaləyə görə isə, belə bir eksperiment ABŞ – da 100 məhbus üzərində aparılmış və məlum olmuşdur ki, seriyalı qatillərin böyük bir qismi uşaqlıqda zorakılıqla üzləşmiş insanlardır.

Cinayət və cinayətkarlıq anadangəlmə bir şəxsiyyət xüsusiyyəti deyil. Cinayətkar, böyük ölçüdə mənfi inkişaf şəraitində yetişmiş , insan olaraq layiq olduğu dəyər və diqqəti almamış bir adamdır.  Bu səbəblə cinayətkarları özündən və cəmiyyətdən kənarlaşdırmaq, onlara düşməncə duyğular bəsləmək və onlardan nifrət etmək yerinə onları anlamaq , onları gələcəkdə cəmiyyətə qazandırma yolu ilə cinayətlərin azaldılmasında iştirak etmək ictimai təşkilatların məsuliyyəti və vəzifəsi olmalıdır.

Eminova Aytən

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi

Go Back

Ulu öndər milli-mənəvi dəyərlər haqda

 «Bizim dövlətimiz dünyəvi dövlətdirAncaq biz dindən ayrı deyilik»

 Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEV 

«Qloballaşan dünyamızda hamımız bir-birimizə yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, ona dəstək verərək, məhz bütün insanların gələcəyi naminə biz hamımız mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoqunda ümumi dil tapmalıyıq».

«İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur».

«Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacayıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracayıq! Azərbaycan öz Konstitusiyamıza görə, həm də dünyəvi dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, «Dini etiqad azadlığı haqqında» Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik».

“Azərbaycan çoxkonfessiyalı bir ölkədir. Bu baxımdan o, dünyada dinlərarası, mədəniyyətlərarası əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir».

«Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konsepsiyalar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq».

«Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu, bizi narahat etməlidir».

«Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik».

«Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik».

«Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir».

«Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır”.

«Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürüblər».

 “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur».

“Bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar».

«Konstitusiya din azadlığını, vicdan azadlığını elan etmişdir, biz isə dövlət kimi bunun təmin olunmasının qarantıyıq, bunu öz üzərimizə götürmüşük. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik».

«Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir».

«Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır».

«İndi Azərbaycanda bizim dinimiz  İslam dini hər yerdə bərpa olunubdur, onun azad inkişaf etməsi üçün, hər bir insanın öz daxili aləminə uyğun olaraq dinə öz münasibətini bildirməsi üçün və Qurani-Kərimin ehkamlarından, Ulu Peyğəmbərimizin (s) qoyduğu yoldan səmərəli istifadə etmək üçün artıq imkanlar yaranıb və bu son dövrdə Azərbaycanda din azadlığı əldə edildikdən sonra qısa bir müddətdə hətta bu dini unutmuş adamlar belə bu dinin -  İslam dininin, öz millətinin dininin həyat üçün nə qədər əhəmiyyətli olduğunu dərk etdilər. Biz bir dövlət kimi islam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz islam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün islam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir».

«İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik».

«Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir şəxs hürrdür, azaddır, hər bir şəxs öz daxili aləminə müvafiq olaraq öz amallarını, öz fikirlərini həyata keçirə bilər. Ona görə də bizim Qurani-Kərim bunu göstərir və biz bu yolla gedirik ki, İslam dini başqa dinlərə həmişə hüsn-rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb və başqa dinlərə mənsub adamlarla dostluq və qardaşlıq əlaqələri yaratmağa çalışıbdır. Bu bizim tariximizin çox səhifələrində qeyd olunubdur».

«Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq»

«İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir».

 «Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri vЂ“ hamısıbirlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».

«Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdən ibarətdir”.

“Bütün dinlər həmişə insanları sağlam mənəviyyata, düz yola dəvət ediblər. Dinin əsas məqsədi o olub ki, insanlar ədalətli, xeyirxah, sədaqətli, səmimi olsun, cinayət etməsin, cəmiyyətə fayda versin. Ona görə də bizim dinə münasibətimiz, sadəcə, onun əsasları ilə bağlıdır. Azərbaycanda bundan sonra da din, vicdan azadlığı təmin olunacaq və hər bir insan öz istədiyi kimi, sərbəst, rahat yaşayacaqdır. Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni zamanda Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət ediblər».

 «Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları : Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər. Biz bunlarla fəxr edirik».

«Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik».

 «Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlük, başqa dinlərə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır».

«Quranı-Kərimin bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir».

«Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir».

«İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir».

 

Paritet.- 2010.- 14-15 sentyabr.- S.1;4.

http://anl.az/down/meqale/paritet/2010/sentyabr/132768.htm

Go Back

Cinsi azlıq məsələsi necə həll edilməli? -Şopenhauer

Artur Şopenhauerin homoseksuallıq haqqında düşüncələrini təqdim edir.

 Üzümüzü çevirib Asiyaya baxsaq, dünyanın bu hissəsindəki bütün ölkələrin, ən qədim çağlardan başlayaraq, günümüzə qədər bu böyük ayıbla yaşadığını asanlıqla görə bilərik. Şairlərini qadınlara qarşı duyduqları məhəbbətdən çox, kişilərə olan məhəbbəti ilə tanıdığımız Şərq ölkələri, o cümlədən, hind və çin xalqları bu mövzuda xeyli irəliləyiblər. Sədinin məşhur “Gülüstan” əsərinə diqqət yetirsəniz, kitabda yer alan bütün məhəbbətlərin bu növdən olduğunu aydın sezə bilərsiniz. İbrahimilərə də bu ayıb yad deyildi. Çünki Tövratda da, İncildə də bu münasibətlər ayıb və günah olaraq vurğulanır. Nəhayət, xristian Avropasında din, qanunlar və ictimai rəy bütün varlığıyla bu prosesə qarşı çıxmağa, onun önünü kəsməyə çalışıb.

 Orta dövrlərdə bütün Avropada bu əməl ölüm hökmü ilə cəzalandırılırdı. Fransada hələ XVI əsrdə homoseksuallığın cəzası diri-diri tonqalda yandırılmaq idi. İngiltərədə də mövcud olan bu ölüm cəzası bir neçə əsr öz aktuallığını qoruyub saxladı.

 Özü-özlüyündə xəstəlik hesab olunan, təbiətə etiraz kimi dəyərləndirilən bu əməl, həm də insanı diksindirən, iyrənc, tükürpədici bir hadisədir. Nədənsə, dünya təcrübəsinə baxdıqda biz bu mənzərənin tam əksi ilə rastlaşırıq: homoseksuallıq iyrəncliyinə, ayıblığına, xəstəlik olmasına baxmayaraq, hər zaman dünyanın müxtəlif ölkələri tərəfindən normal qəbul edilib. Məsələn, Yunan və Roma tarixinə nəzər salsaq, görərik ki, homoseksuallıq bu ərazilərdə geniş yayılmışdı və utanıb-çəkinmədən insanlar bunu nümayiş etdirirdilər. Bu mövzuda antik yazıçı və müəlliflər öz əsərlərində kifayət qədər yazıblar. Qədim Yunanıstanda homoseksualların məhəbbəti haqda əsərlər yazmaqla kifayətlənməyən yazıçılar hətta bunu allahlara da aid etmiş, homoseksual tanrılardan da yazılar yazıblar.

 Filosoflar da bu mövzuya biganə yanaşmayıblar. Məsələn, Platon və onun tərəfdarları bu məhəbbətə qadınla kişi arasında olan məhəbbətdən daha ali yanaşırdılar. Daha sonralar Siseron yaradıcılığında da homoseksual məhəbbətə rast gəlmək olur.

 Bütün bunları nəzərə alsaq, görərik ki, homoseksuallıq tarix boyu çoxsaylı qadağa və cəzalara baxmayaraq mövcudluğunu qoruyub saxlaya bilib. Deməli, bütün qadağalara, təbiət qanunlarına zidd olmasına baxmayaraq, homoseksuallıq öz varlığını qoruyub saxlaya bilibsə, o, özü də bir təbiət qanunauyğunluğudur. Bununla da, qarşımıza çox böyük bir paradoks çıxır. Səmimi olsaq, dərk edərik ki, homoseksuallıq təbiətə qarşı çıxmaqla yanaşı, həm də təbiət qanunlarına tabe olmaqdır.

 Təbiət, sadəcə, fiziki olanı tanımaq və qəbul etmək iqtidarındadır, əxlaqi olanı deyil. Lakin Asiyada, Şərqdə baş verənlər bizə göstərir ki, əgər bu əməl – homoseksuallıq cəzalandırılmasa və qarşısı alınmasa, insanlar bir-birindən cəsarət almağa, bunu daha da yaymağa başlayacaqlar. Məhz bu səbəbdən Avropa istər qanun, istər din, istərsə də əxlaq mövqeyindən məsələyə yanaşır və onu tənqid edirlər. Evlilik sözügedən prosesin qarşısı alınması üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Homoseksuallar bir-biri ilə evlənə bilməzlər, elədir? Deməli, qanunlara, əxlaqa, cəmiyyətə və dinə qarşı çıxmağa cəsarət edən azsaylı homoseksuallıq öz kişi sevgilisi uğrunda həm də gələcək ailə həyatından imtina etməlidir. Bunu isə çox az adam edə bilər.

 Hər halda araşdırmağa çalışdığımız şey budur: əgər insanlara öz istədikləri kimi yaşamağa, seçimlərində sərbəstliyə icazə versək, gələcəyimiz hara gedəcək? Bilirik ki, homoseksuallar nəsil artırmaqda acizdirlər. Yüksələn xətlə inkişaf edən bu xəstəliyin qarşısının alınmaması gələcəkdə nəsil artırmada çoxsaylı problemlərə gətirib çıxaracaq.

 Mən təklif edirəm ki, bu prosesin qarşısını almaq üçün homoseksuallara əxlaq, qanun, din qadağaları qoyulmasın, onlara məsələnin mahiyyəti, təbiət sirləri izah olunsun. 

kult.az

 

Go Back

Tənbəlliyə son qoyaq

1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompüter arxasında oturmayın, yeməyin, oxumayın, musiqi dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.

2. Burda 5 dəqiqəlik iş var.
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüz 5 dəqiqə işləyəcəyinə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdırcaqsınız.

3. Böyük işləri hissələrə ayırın.
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur! 

4. Özünüzü mükafatlandırın.
İstənilən iş sonda mükafatlandırılmalıdır. Buna görə də hər hissəni bitirdikdən sonra həvəslənmək üçün özünüzü mükafatlanıdrın. Qutardınız-sevdiyiniz peçenye ilə bir finca qəhvə için, gəzişin və ya 5 dəqiqəlik mürgüləyin. Bu yaxşı vərdişdir.

5. Bu günün işini sabaha saxlamayın.
Sabah-həftənin ən ağır günüdür. Əgər nəsə etmək istəyirsinizsə elə indi edin, çünki sabah başqa bir vacib iş çıxacaq və fikrinizi dəyişməli olacaqsınız. Gec olsa belə, işə bu gün başlayın. Başladığınızı sabah bitirmək, sıfırdan başlamaqdan asandır.

Go Back

İnsan psixologiyasına aid maraqlı faktlar

1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.

2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.

3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.

4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.

5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.

6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox  qorxulu yuxular görəcəksiniz.

7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir.

8. Kişi və qadın arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə kiminsə çantasını qapıb qaçır, bunu görən qadın qurbanın üzünü yadda saxlayır, bunu görən kişi isə oğrunun.

9. İnsanın yaddaşı ən yaxşı səhər 8-dən 12-ə kimi, bir də axşam 9-dan sonra işləyir. Ən pis isə günortadan sonra.

10. Əgər hər tərəfi tərs göstərən eynək taxsanız, bir müddət sonra tərs velosiped də sürə bilərsiniz.

11. Eyni vaxtda birdən çox işi görmək mümkün deyil. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.

12. Bir insan üçün ən xoş səs onun adının səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda  saxlayasınız. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.

13. Tez yatmaq üçün kürəyi üstə uzanın. Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.

14. Psixoloqlar qadınların kişiləri qiymətləndirmək üçün onlara 45 saniyənin kifayət etdiyini deyirlər. 10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7 saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində çiyinləri barəsində təəssüratını dəqiqləşdirir. Son 5 saniyədə isə qadın kişinin barmağında üzüyün olub-olmamağına baxır.

Go Back

İnsan səsinin xarakteri

İnsanın səsi də onun bəzi xarakterik xüsusiyyətlərindən xəbər verir. 

Hitqin sürəti, canlılığı, inamlılığı, tempi: impulsivlik, özünəinam. 
Sakit, ləng nitq: düşüncəlilik, ağıl, özünəəminlik. 

Nitqin sürətindəki nəzərə çarpan yayınmalar: tarazlıq, əminliyin olmaması, asanlıqla həyəcanlanma, həssaslıq, ehtiyatlılıq. 

Nitqin axıcılığı: ritmik, axıcı danışıq dilinə xas olan, yüngül, növbəli intonasiyalı səs hisslərin zənginliyini, tarazlılığı, daha çox yaxşı əhval-ruhiyyəni, ciddi dövrləşməni bildirir. Düzgün danışıq yaşananların güclü şəkildə dərk olunmasını, iradənin gərginliyini, nizamlılığı, hisslərin soyuqluğunu, vasvasılığı bildirir. Səsin axıcı manerası dərin, emosio-nal əlaqələri olan insanlar arasında, süfrə arxasında, gəzintilərdə olur. Kobud, qaba manera şizotimiklər üçün xarakterik olub aydın, məhsuldar təfəkkürdən xəbər verir. 

Səsin yüksəkliyi və gücü: həyat gücünün çox olması, təbii imkanların genişliyi, təkəbbür. 

Falset (borudan çıxırmış kimi gur, “başdan gələn səs”): daha çox intellektual imkanlara əsaslanan adamlar üçün xasdır.

Sinədən gələn səs: bu səs daha çox təbii amillərlə köklənir. Onun sahibi emosional, zərif, həssas, təbii və səmimidir. 

Yüksək qulaqdeşən səs: qorxu və həyəcanı ifadə edir. 

Aşağı səs: sakitliyi, dalğınlığı, ləyaqətliliyi, kövrəkliyi, bəzən də hiyləgərliyi, ehtiyatlılığı siqnallaşdırır. 

Sakit, zəif səs: sözünü tutmamaq, ciddilik, həyat gücünün çatışmazlığı, xarakter zəifliyidir.

Səsin yüksəkliyinin kəskin dəyişməsi: emosionallıq və həyəcanı bildirir. 

Artikulyasiya: səsləri və sözləri, nəhayət fikri aydın, dəqiq ifadə etmək daxili nizam-intizama işarədir.

Aydınlaşdırılması tələb olunan, canlılığı olmayan dağınıq tələffüz: güzəştə getmək, inamsızlıq, yumşaqlıq, iradə zəifliyinin əlamətidir.

dushunce.az

Go Back

Məşhurların sirli ölümləri: Əcəlmi, qəsdmi

Psixo-Kumir

 Tanınmış ulduzların ölümlərindəki sirlər hələ də müəmmalı qalır...


Məşhur insanların həyatı göz qabağındaolduğu üçün onların ölümləri də maraq doğurur. Ən çox da bu ölüm gözlənilməz olubsa… İnsanlar hər şeyi: niyə öldüyünü, nə səbəbdən öldüyünü, kimin əli ilə öldüyünü, kimin öldürtdüyünü və s. bilmək istəyir. Beləliklə, dünya şöhrətli insanların ölüm tarixçəsi ilə tanış olaq.

Maykl Cekson - Məşhur pop kralı Maykl Ceksonun ölümü fərqli söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. İnsanlar bu mövzuda hər gün yeni bir xəbərlə oyanırdılar. Məşhur popçunun ölümü ilə əlaqədar sirlər hələ də mövcuddur. Maykl Ceksonun öldüyü və ya öldürüldüyü barədə bir çox versiyalar var. Onun son vaxtlar səhhətində problemləri olub və bu söz-söhbətlərə bir qədər su səpir.

Amma onu sevənlər əmindirlər ki, Cekson öldürülüb. Birinci dərəcəli şübhəli isə onun həkimidir. Bir həqiqət var ki, Cekson olduqca çox əməliyyat keçirib, dərisinin rəngi belə plastik əməliyyatlar nəticəsində dəyişib. Bu qədər müdaxilədən sonra orqanizmin 80-90 il yaşamasını gözləmək də olmazdı...

Maraqlıdır ki, Maykl Ceksonun dəfni də ölümü qədər sirli olub. Cekson ailəsi dəfn mərasiminə heç kimi buraxmadı, cənazənin harada, necə, hansı adətlərlə dəfn edildiyi müəmmalı qaldı. Maykl Cekson sonradan müsəlmanlığı qəbul etmişdi, dəfnin müsəlman yoxsa xristian adətləri ilə olması haqqında da məlumat yoxdur. Bəzi məlumatlara görə isə Maykl Ceksonun nəşi yandırılıb, tabuta külü qoyulub.

Ceyms Din - Yaşlı nəslin daha çox xatırladığı məhşur aktyor Ceyms Dindir. Ömrünün ən gözəl illərində, karyerasının çiçəkləndiyi bir dövrdə qəfil ölümü ilə heyranlarını üzdü. 1955-ci ildə şəxsi avtomobiliylə törətdiyi qəzadan sağ çıxmayan aktyorun ölüm səbəbi kimi yüksək sürət göstərilir. Daha da maraqlı olan odur ki, qəzanın səbəbkarı Ceymsin çarpışdığı avtomobilin sürücüsü Donald adlı gənc olduğu halda, qəzanın təqsirkarı ölən aktyor hesab edildi və iş bağlandı. Səbəb kimi də Ceyms Dinin gözlərinin görmə qabiliyyətinin zəif olduğu və eynəksiz sükan arxasında oturduğu deyildi.

Bryus Lee – Bizim ölkəmizdə də kifayət qədər sevilən Bryus Lee Amerikada doğulmuş əslən Çinlidir. Bu aktyorun ölümündə də sirlər var. Həkimlər filmlərdən birinin çəkilişində belindən xəsarət alan aktyora döyüş səhnələrini qəti qadağan edir və 6 ay boyunca yataqda dincəlməsini tapşırırlar. Bu dövrdə aktyor kitab yazır. Amma yazdığı kitabı bitirə bilmir, yarıda qəfildən vəfat edir.

1973-cü ildə vəfat edən aktyorun ölümündəki müəmmalar hələ də qalmaqdadır. Çünki o, daim həkim nəzarətində olub və heç nədən şikayəti olmayıb. Sevənləri fikirləşir ki, Bryus Lee yalnız öldürülə bilər. Ölümündən qabaq yeni rol alacağı bir filmin rejissoru ilə görüşə gedən aktyor baş ağrısından şikayətlənir və baş ağrısı dərmanı içib yatır. Axşama qədər oyanmadığını görüb şübhələnirlər və onu oyatmağa çalışırlar. Təcili yardım çağırırlar, amma artıq Bryus ölmüşdü...

İstedadlı aktyora “beynindəki şiş səbəbi ilə öldü” diaqnozu qoyulur. Maraqlıdır ki, ölümündən əvvəl dəfələrlə həkim müayinəsindən keçmişdi və bu barədə heç bir həkim bir söz deməmişdi. Qeyri-rəsmi məlumatlara görə isə o ölümündən iki ay əvvəl bir beyin iflici keçirmişdi. Amma bu barədə demək olar ki, heç bir yerdə sübut yoxdur.

Aktyorun ölümünün səbəbkarı kimi ən çox Hollivud rəhbərliyinin adı hallanır. Çünki o dövrlərdə Brus Lee Çin kinosunu çox inkişaf etdirir və demək olar ki, Hollivud kölgədə qalırdı. Bu ehtimalı  cəsədin tibbi ekspertizası zamanı əldə edilən nəticələr də təsdiqlədi. Brus Leenin bədənində zəhər tapıldı. Amma bu məsələ elə ekspertiza otağında qaldı, naməlum səbəbdən bu xəbər bildirilmədi.

Con Lennon - “Beatles”in əfsanə səsi Con Lennon da karyerasının zirvəsindəykən vəfat etdi. Ölümündəki sirlər hələ də qalmaqdadır. Əfsanə səsin sahibini bir pərəstişkarı öldürdü. İddiaya görə qatilin ruh sağlığı normal deyilmiş. 1980-ci ildə Nyu-Yorkdakı bir konsertdən sonra öldürülən müğənninin ABŞ siyasətinə qurban getdiyi də söylənilir. Çünki Con Lennon o zamanlar hakimiyyətdə olan Amerika prezidenti Ronald Reyqana qarşı sərt münasibət bəsləyir, radikal fikirlər söyləyirdi.

Merlin Monro – Filmlərdə axmaq, bəzən də hiyləgər sarışın tipli rolların mahir ifaçısı, cazibədar aktrisanın ölümü də sirli oldu. "Something's Got to Give" adlı komediya filmində rol təklif etdilər. Bu filmdə onun ilk çılpaq səhnəsi olacaqdı. Ancaq film çəkilişləri boyunca xəstə olduğunu deyib çəkilişlərə gəlmir və adı eşq macəralarında hallanırdı.Buna görə filmdən qovuldu. Başqa bir aktrisayla razılaşdılar.

Amma nədənsə yalnız Merlinlə işləyəcəklərində israr etdilər və aktrisa yenidən filmə qayıtdı. Filmin çəkilişləri təkrar başlamadan öncə aktrisa yüksək dozada sakitləşdirici dərman qəbul etdiyindən 1962-ci ilin avqustunda vəfat etdi. Cəsədin yarılması zamanı intihar ehtimalı da üzə çıxdı. Çünki qəbul edilmiş dərmanlar normadan dəfələrlə çox olub. Başqa bir versiya da onun öldürüldüyünü deyir, həm də axranası tərəfindən.

Devid Karradin - Məşhur Hollivud ulduzu Devid Karradinin sirr dolu ölümü hələ də çox maraq doğurur. Taylandda bir otel otağında tavandan asılmış halda tapılan aktyorun intihar etməsi ilə bağlı versiyalar var. Amma aktyorun meneceri Binder iddia edir ki, Devidi öldürüblər. Onun sözlərinə görə ölü tapılan aktyorun əlləri arxadan bağlı olub və otaqda başqa ayaq izlərinə də rast gəlinib. Digər iddiaya görə isə aktyor işgəncə edildikdən sonra öldürülüb.

Elvis Presley – Bir coxlarının canlı əfsanəsi, həyatının son illərində inanılmaz dərəcədə çox yemək yeyən Elvis 1973-cü ildə həyat yoldaşından boşanır. Depressiya daha da çox yeməyə vadar edir. 1977-ci ildə son konsertini verir, çünki bu konsertdən dərhal sonra müəmmalı şəkildə ölür. Həkimlər ölüm səbəbi kimi ürək çatışmazlığını göstərirlər. Amma belə bir fikir də söylənilir ki, Elvis Presley CİA-nın radikal siyasət planlarının qurbanı olub. Ancaq indiyədək onun ölümünə çox adam inanmır. Onun fərqli ad və fərqli sima ilə hələ də yaşadığını söyləyirlər.

Şahzadə Diana - bu məşhur xanımın ölümündəki sirlər hələ də açılmayıb. İngilis xalqının sevimlisi olan Diana çox səmimi və xeyirxah biri olub. Bütün həyatı boyunca xeyir işlər görən Ledi Diana foroqraf və jurnalistlərin hədəfi idi. Ölümünə səbəb kimi də elə onların hücumundan qaçmaq cəhdi göstərilir. Daha aydın desək, guya şahzadə jurnalistlərdən qaçarkən sürücünü  həddindən artıq sürətli sürməyə məcbur edib. Amma şahzadə belə biri deyildi, ona ünvanlanan sualları həmişə cavablandırırdı və jurnalistlərlə münasibəti çox yaxşı idi.

Diana öldükdən sonra bir çox sui-qəsd iddiaları ortaya çıxıb, amma bunlardan biri çox inandırıcı idi. Fransalı məşhur araşdırmacı-jurnalist Lafaille bir sənəd tapdı və bu sənəddə şahzadənin hamilə olduğu bildirilirdi. Amma iddia edilir ki, uşaq şahzadənin ərindən, yəni şahzadə Çarlzdan deyildi. Çünki bu söhbətin mövcud olduğu dövrdə, yəni 1997-ci ildə onlar rəsmi olaraq ər-arvad deyildilər, bir il öncə boşanmışdılar.

O zamanlar belə bir şayə də vardı ki, Diana müsəlman bir kişi ilə eşq yaşayır. Hamiləlik kağızının saxta olmadığını səhiyyə naziri də təsdiq etdi. Ehtimal olunur ki, İngiltərə kral ailəsi gəlinlərinin başqa birindən hamilə olması xəbərini gizlətmək üçün bu dəhşətli qəzanı fikirləşir və həyata keçirirlər.

Cəmiyyəti ən çox maraqlandıran sirli ölümlərdən yazdıq. Kim bilir, bəlkə də şübhələr doğrudur, onlar əcəli ilə ölməyiblər, öldürülüblər. İçlərində bəzilərinin hələ də yaşadığı deyilir. Doğrusunu isə Allah bilir…

dushunce.az

Go Back

Bədii əsər oxumağın beynimizə təsiri

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinəuzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır. 

Eksperimentdə iştirak edən hər bir şəxs hər gün laboratoriyaya gəlirdilər. Burada onlar romandan 30 səhifə oxuduqdan sonra onların beyinləri yoxlanılırdı. Eksperiment iştirakçılarından həmçinin gecələr də oxumaqları tələb edilirdi, səhər isə onların beyinləri kitab oxudulmayaraq yoxlanılırdı.

Tədqiqat müəlliflərinin qeyd etdiyinə görə, mütəmadi olaraq oxumaq sol gicgah yarımkürəsində neyron əlaqələrini möhkəmləndirir. Tədqiqatçılar bir faktı nəzərə çatdırmışlar ki, hətta sakit vəziyyətdə belə neyronların güclənməsi davam etmişdir. Müəlliflər bunu əzələ yaddaşı ilə müqayisə etmişlər. Belə ki, insanlar uzun müddət məşq etməsələr belə, onların əzələləri güc ilə təmin edilir.

Bundan başqa, oxucularda bədən hissinə cavab verən ilkin sensor mühərrikli beyin qabığının gücləndirilməsi müşahidə edilib. Məlumdur ki, sensomotor yarımkürə tək real hərəkətlərlə deyil, təxəyyül vasitəsilə də fəallaşa bilər. Romanla da bu baş verir. Oxuyucular romanı oxuduqda özlərini hadisələrin mərkəzində olan cəsur romalının yerində təsəvvür edirlər. Buradan belə nəticə çıxır ki, insanlar əsəri oxuduqda beyin həqiqətəndə əsərdəki baş qəhrəmanların “cildinə girə” bilər. Hətta romanı oxuyub bitirdikdən 5 gün sonra belə beyindəki dəyişikliklər saxlanılır. Bu isə öz növbəsində bədii əsərin insan beyninə olan uzunmüddətli təsirin göstəricisidir.

kayzen.az

Go Back

Uğurlu görüş üçün psixoloji fəndlər

Qrupda hamı eyni vaxtda gülürsə, hər kəs daha simpatik hesab etdiyi adama baxır. Yaxud özünə yaxın görmək istədiyi adama baxır.

Qarşınızda görüləsi vacib iş var, amma siz əsəbisiniz. Sakitləşmək üçün saqqız çeynəyin, yaxud ümumiyyətlə nəsə yeyin. Belə siz sakitləşə biləcəksiniz, çünki şüuraltı olaraq, yemək yeyilən an təhlükəsizliklə assosiasiya edilir.

Kimsə sizin üstünüzə qışqırırsa, sakitliyinizi qoruyun. Bəlkə də siz bununla qarşınızdakını daha çox əsəbiləşdirəcəksiniz, amma sonra o dərin günah hissi keçirəcək.

Qarşınızdakının cavabı sizi qane etmirsə, onun yarımçıq cavab verdiyini düşünürsünüzsə, sualı yenidən verməyin. Sadəcə onun gözünün içinə diqqətlə baxın. Bu halda o davam etməyə məcbur qalacaq. 

Sən demə, təkcə emosiyalar mimikaya təsir etmir. Həmçinin əksi baş verir. Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, durduğunuz yerdə gülümsəyin.

Çox mühüm bir iş görüşməsi zamanı, hesab edin ki, müsahibə götürən – sizin köhnə dostunuzdur. Bu zaman siz özünüzü sərbəst aparacaqsınız və gərginliyiniz azalacaq.

Əvvəl böyük şeylərdən imtina etmiş insanlar kiçik şeylərdə güzəştə getməyə meyllidirlər.

Əgər siz gün ərzində insanlarla çox işləmək məcburiyyətindəsinizsə, arxanızda bir güzgü yerləşdirin. İnsanlar özlərini daha nəzakətli aparacaqlar — axı heç kəs özünü qəddar görmək istəmir.

Əgər siz yığıncaqda kimdənsə kəskin tənqid gözləyirsinizsə, həmin insanın yanında oturmağa çalışın. Bu halda o ehtimal ki, yumşalacaq və sizə qarşı güclü davrana bilməyəcək.

İlk görüşü elə yerdə keçirmək lazımdır ki, həmin yerdən müsbət emosiyalar ala biləsiniz. Nəticədə xoş təəssüratlar sizinlə assosiasiya ediləcək.

Go Back

Xarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion 
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış 
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər. 

V) Yaşlı yatışı 
Böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin səviyyəsində bükülən insanlar təbiiliyi sevirlər. Ancaq bəzən şüphəçi, hər şeyə ehtiyatla yaxınlaşa bilirlər. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlə.

q) Əsgər yatışı 
Qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa sola dönəcək şəkildə yatanlar sakit, ağzı bütöv olurlar. Lazımsız yerə danışıb, ortalığa təşviş salan insanlardan heç xoşları gəlmir.

d) Üzü üstə 
Üzü üstə, ayaqlar aralı və düz, qolar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirlər. Bundan əlavə onlar əsəbi, narahat, asan inciyən insanlardırlar. Tənqid edilməyi sevmirlər.

e) Ulduz yatışı 
Kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.
Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir,dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.

Go Back

Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım

Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib. Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda "ərindən boşanan qadınlar 4 ay…başqa kişiyə toxunmamalıdır" ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin «xromosom izi»ndən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. Misir Milli Embriologiya Mərkəzinin professoru, doktor Əbdel Bəset əs Səidin dediyinə görə, embrioloq Gillham araşdırmalarını əvvəlcə ABŞ-ın müsəlmanlar yaşayan bölgələrindən birində, sonra isə Nyu-York, Hyuston və Los-Ancelesin müxtəlif məkanlarında aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, ərindən boşanmış müsəlman qadınlardan fərqli olaraq, başqa dinlərdən olan qadınların orqanizmlərində eyni vaxtda bir neçə kişi xromosomu izləri olub. Nəticədə arvadının orqanizmini tədqiq edən Gillham xanımının bədənində 3 müxtəlif kişi xromosomu izləri tapıb. «Belədə anladım ki, arvadım mənə xəyanət edib. Onu da dərk etdim ki, üç övladımdan yalnız birinin atası mənəm. Müsəlman qadınlara hörmətim daha da artdı», — Gillhem deyib. Xatırladaq ki, kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş "İnsan embriologiyası" kitabının müəllifi Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım."

(kayzen)

Go Back

Bəzən ƏDALƏTİN özü də, ƏDALƏTSİZ olur

                                            

Ədalətsizliyin qarşısını yanğından daha tez alan insanlar olur bəzən....

 Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. (Siseron)

İnsanlar haqsızlığa uğradıqda, ədalətsizliklə üzləşdikdə hansı duyğuları, hisləri keçirirlər? Hamımızda bu duyğular adekvatmı olur? Hamımız ədalətsizliklə üzləşəndə buna eyni cür reaksiya veririkmi? Və yaxud hamımız bu hissi lazım olan yerdə, lazım olan zamanda keçiririkmi? Yoxsa bəzi insanlarda bu hal patalogiyaya çevrilib?

İnsanlar nə zaman ədalətsizliklə üzləşdiklərini hiss edirlər?

Gərəyincə qiymətləndirilmədiklərini düşündüklərində və hörmətsizliklə qarşılaşdıqları zaman. Maraqlı bir nüans var ki, bəzi psixoloqlar  eyni zamanda düşünürlər ki, əks vəziyyətlərdə də, yəni insanlar əslində layiq olduqlarından daha çox dəyər gördükdə də ədalətsizliyə uğradıqlarını düşünürlər.

Bu hiss insanın inkşafının hansı dövründə yaranmağa başlayır? Təbii ki, insanın özünü dərk etməyə başladığı dövrdə, 3-5 yaş aralığında.

Əgər valideyn uşağa qarşı soyuq davranırsa və ona nöqsanlarını deməyə çəkinirsə bu zaman gələcəkdə həmin uşaqlarda haqsızlığa uğramışlıq hissi baş qaldırır. Eləcə də çox əsəbi, daim nöqsanlardan, səhvlərdən şikayət edən, qışqıran valideynlərə sahib uşaqlarda da bu cür problemlər yaranır.

Maraqlıdır ki, ədalətsizliklə üzləşmiş insanların haqq, ədalət haqqın da fikirləri adətən digər insanlarınkından fərqlənir. Məsələ burasındadır ki, digər, özgə insanların fikrincə ən ədalətli hökm – zərər verəni, haqq-ədaləti pozanı cəzalandırmaqdır. Lakin haqqı tapdalanmış insanlar isə dəyimiş zərərin kompensasiya olunmasını, məsələn,  pulla zərərin ödənilməsi variantını daha üstün tuturlar.

Nyu-York universitetinin psixoloqu Oriel Feldman Hallun başçılığı altında belə bir eksperiment keçirilir. Eksperimentin məqsədi bu suala cavab tapmaq idi: İnsanlar haqsızlığa düçar olduqda ədalət mövhumunu necə başa düşür və reaksiyları necə olur? Eksperimentin 1-ci hissəsində 100-dən çox insan iki-iki qruplaşaraq iştirak etmişdir. İştirakçılardan birinə tapşırılır ki, dəyəri 10$ olan piroqu istədiyi nisbətdə 2 yerə bölsün. İkinci iştirakçının isə bir neçə seçimi ola bilər: bu bölgü ilə razılaşa bilər, birinci iştirakçının payını azaltmaqla onu cəzalandıra bilər, “zərərin” pulla ödənilməsini tələb edə bilər və bölgünü tərsinə tətbiq edə bilər, tərəf müqabilinə ona verdiyi hissəni qaytara bilər.

Nəticələr təəccübləndirici oldu. İştirakçıların əksəriyyəti ən “qisasçı” variant olan tərs bölgüdən imtina edərək, “zərərin” pulla ödənilməsi variantını seçdilər. Hətta tərəf müqabili pirqoun bölünməsi zamanı 10 hissədən 9-unu özünə götürsə də.

Eksperimentin 2-ci hissəsinə 3-cü şəxs daxil edilir. Hansı ki, müşahidəçi mövqeyindən çıxış edir və öz fikirlərini bildirmək hüququna malik olur. İkinci iştirakçı hansı variantı seçməli idi, necə reaksiya veməli idi, ədalətli hökm əslində necə olmalı idi suallarına cavab verir. Məlum oldu ki, müşahidəçi daha çox tərs bölgü variantını üstün tutur. Hansı ki, mövcud variantlar içərisində ən qəddarı idi. Və o, pulla ədalətin bərpa olunması variantından qəti şəkildə imtina edirdi.

Eksperimentin sonunda isə iştirakçılar - “qurban”, “zərər verən”, “müşahidəçi” növbə ilə öz rollarını dəyişirlər. Məlum oldu ki, bu insanlar öz rollarından asılı olaraq özlərini müxtəlif cür aparırlar.

Bəzi insanlar isə mövcud vəziyyətdən və reallıqdan asılı olmayaraq özlərinin daim haqsızlığa uğradığını hiss edirlər.

Özünün daim haqsızlığa uğradığını hiss edən insanlar çox həssas xarakter tipinə malik olurlar və bu xüsusiyyətlərini gizlətmək üçün böyük səy göstərirlər. Haqlarını tələb etmək bu insanların başlıca işidir.

Hər zaman mükəmməl  olmağa çalışır, bütün işlərini mükəmməl bir şəkildə yerinə yetirmək istəyirlər. Çünki belə insanlar mükəmməlliyin özü ilə bərabər haqq, ədalət də gətirdiyinə inanırlar. Mükəmməliyyətçi insan tipinə malik olduqları üçün daim vaxt azlığından şikayət edirlər. Əgər “buna mən sahib olmalıyam” dedikləri şeyə başqası sahib olubsa qısqanclıq və paxıllıq hissi onları rahat buraxmır. Problemləriylə üzləşməyi bacarmırlar. Problemləri həll etməkdənsə onlardan qaçmağı üstün tuturlar. Hislərini ətrafdakı insanlardan gizlətmək və soyuqqanlı davranmaq bu insanlar üçün çox asandır.

Məsuliyyəti öz üzərinə götürmək bu tip insanların işidir. Əylənməkdənsə işləməyi üstün tuturlar. Hətta öz işləri olmasa belə boşuna vaxt keçirtməmək üçün başqalarına kömək edirlər. Bu tip insanlar həyatı boyu haqq-ədaləti bərpa etməyə çalışırlar, amma əslində ən böyük haqsızlığı məhz özlərinə qarşı edirlər. Çünki, istədikləri bir şeyə layiq olub olmadıqları haqqında daim düşünürlər. Daim başqalarına kömək etmək haqqında düşünürlər, hətta buna özlərini məcbur hiss edirlər. Bu insanlar üçün “şans” anlayışı yoxdur. Buna görə də özlərini şanslı adlandıran insanlara həmişə etiraz edirlər.  İnsan layiq olduğunu alır düşüncəsi ilə yaşayırlar. İnsanlara öz sevgilərini göstərməkdə acizdirlər.

Əslində isə ən böyük haqsızlığı özlərinə qarşı etdiklərinin fərqinə varsalar bu vəziyyətdən xilas ola bilərlər.  Mükəmməlliyətçilikdən uzaqlaşmaq, öz müsbət yönlərini kəşf etmək, özünə çox yüklənməmək, əyləncəyə və istirahətə vaxt ayırmaq bu tip insanlar üçün çox vacibdir. 

 Ədalətli olmaq və ədaləti bərpa etməyə çalışmaq çox gözəl keyfiyyətlərdir. Amma, gəlin bu işi də normasında edək. Axı, bəzən ədalətin özü də ədalətli olmur!

Aytən Eminova

Bakı Dövlət Universiteti, Psxiologiya və Sosial Elmlər fakultəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Go Back

Özünüzü təkmilləşdirin!

 

Özünü təkmilləşdirmək üçün tövsiyələr

1. Hər gün kitab oxumaq lazımdır. Heç bir jurnal və ya digər informasiya ötürücüsü bu bilik və müdriklik mənbəyini əvəz edə bilməz.

2. Yeni dillər öyrənin. Dil bilikləri insanda yeni bacarıq və səriştələr formalaşdırır, həmçinin insana yad ölkənin mədəniyyəti ilə təmas qurmaq imkanı verir.

3. İnsanın mütləq hobbisi olmalıdır. Ola bilsin ki, adət etdiyiniz ənənəvi və ya əksinə tamamı ilə yeni bir sahə ilə bağlı məşğuliyyət yaransın. Çox yaxşı olardı ki, sizin hobbiniz əsas fəaliyyət sahənizdən köklü şəkildə fərqlənsin.

4. İstənilən bir şəhərdə pulsuz seminarlar, kurslar və təlimlər keçirilir, bütün bunlar yeni bilik və bacarıqlar mənimsəməyin ən əlverişli üsuludur. Onlar eyni bir hadisəyə və ya əşyaya başqa bir prizmadan yanaşmağa kömək edir, yeni yanaşma tətbiq etmək imkanı yaradır.

5. Öz ətrafınızda xoş abı hava, mülayim ortam yaradın. Məhz bizi daima əhatə edən mühit, əşya və insanlar bizi pozitiv əhval ruhiyyəyə yoluxdurur və bizə ilham verir. Bu yaşayış yerinə, iş məkanına, geyimə və sairə də şamil edilir.

6. Hər bir sutkanı məhsuldar keçirin. Səhər tezdən oyanın, yerinizdən erkən qalxın, bu məhsuldarlığı artıracaq və həyat keyfiyyətinizə müsbət təsir edəcək. Bu zaman özünü ona kökləmək lazımdır ki, belə olduqda hər bir gün daha fəal və aktiv yaşanacaq.

7. Sağlam bədəndə sağlam ruh olar devizini heç zaman unutmaq olmaz. Mütəmadi olaraq bədən tərbiyəsi və idmanla məşğul olun, həm vücudunuzun, həm də ruhunuzun sağlamlığına diqqət yetirin, onları gündəlik ritual halına gətirməyə çalışın.

8. Özünüzə rəqib tapın. Müsabiqə və yarış şəxsi inkişafı stimullaşdırmaq üçün ən yaxşı vasitədir. Özü də ki, bu rəqib istənilən bir sahədə ola bilər – maliyyə, çəki azaltmaqda, idman nailiyyətlərində və s.

Bu siyahını hələ çox uzatmaq olar. Amma yaxşı olar ki, hər kəs özü uğura nail olmaq üçün özünə yeni qaydalar yaratsın, həmçinin onu motivasiya edən amilləri müəyyən etsin

Go Back

Qohum evliliyi niyə olmaz?!(SƏBƏBLƏRİ)

 

Qohumluqları çatan qadın və kişinin evliliyi nəticəsində dünyaya gələn uşaqların şikəst olduğu proqnozunun mütəxəssis və bioloqlar tərəfindən əsassız olduğu açıqlanmış və belə bir işin zərərsiz olduğu vurğulanmışdır. Qohumlararası evliliyin zərərsiz olduğu sübut edilib. Ata-ananın vücudunda hər-hansı bir şikəstlik, xəstəlik və ya (anadangəlmə) nöqsan olmadığı halda bu evlilikdən meydana gələn uşaqlarda da bu kimi çatışmamazlıqlar ola bilməz. Qohumlararası evlilik problemini araşdıran mütəxəssislər həyata keçirdikləri tədqiqatlar nəticəsində belə evliliklərin zərərsiz olduğunu açıqlayıblar. Bu sahə üzrə mütəxəssis doktor Atoklayn Berk baunları söyləyir:

“…Mən qohumlararası evliliyin problemsiz olduğunu düşünürəm. Həmçinin qohumlararasında hər hansı bir xəstəlik və ya anadangəlmə şikəstlik olmadığı halda belə evlilikdən qorxmaq lazım deyil. Bu tip evliliklərdə ata-ananın sağlamlığı çox mühümdür. Belə olduqda dünyaya gələn uşağın sağlamlığında da hər hansı bir çatışmamazlıq ola bilməz. Bunu da deyim ki, şəxsən mən özüm qohumlararası evliliyin zərərliolduğunu söyləyənlərə qarşı çıxıram…” Bəli, bu gün qohum olan şəxslərin evlilikləri nəticəsində dünyaya gələn uşaqlar arasında anadangəlmə kor, şikəst, lal və s. rast gələ bilərik. Lakin, mütəxəssislərin də təsdiq etdiyi kimi, bunun əsl səbəbi qohumluqda deyil, əksinə, ata-ananın səhlənkarlığı və xətasındadır. Belə ki, səbəbsiz yerə “bu ancaq qohumlararası evlilikdəndir” demək yersizdir. Bu sahə üzrə mütəxəssislərin bir çoxları qohumlararası evliliklərə qarşı çıxan şəxslərin fi kirlərinin əsassız olduğunu vurğulayaraq, belə deyirlər: “Biz qohumluğu çatan şəxslər arasında evlənmək istəyənlərə dostcasına evlənmədən öncə mütəxəssis bir həkimə müraciət etmələrini tövsiyə edirik. Çünki korlar məktəbində tələbələr arasında apardığımız statistik araşdırmalar nəticəsində iki yüz tələbədən ən azı yüzündə bu qüsurun səhlənkarlıqdan qaynaqlandığını müşahidə etdik.

Əgər vaxtında mütəxəssis bir həkimə müraciət olunsaydı, bu kimi xoşagəlməz hadisələr də meydana çıxmazdı…” Qohumlararası evlilik nəticəsində dünyaya gələn bir çox şəxslərin həyatlarının sonunadək fiziki və ruhi cəhətdən sağlam olduqlarının də şahidi oluruq. Bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər. Lakin bu, səhv bir fi kirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ataananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Diqqət edin! Valideynlərin övladlarını evləndirərkən diqqət edəcəkləri məsələlərdən biri də ailə quran tərəfl ərin sağlam olmalarıdır.

Genetik nöqteyi nəzərdən yanaşdıqda...

İnsan orqanizminin bütün xüsusiyyətləri genlər tərəfindən müəyyənləşdirilir. Gen isə körpəyə ata və anadan ötürülür. Bu səbəbdən körpə bəzi əlamətlərinə görə ataya, müəyyən əlamətlərə görə isə anaya bənzəyir. Genin nəzarət etdiyi əlamətlər isə dominant və ressesiv olurlar. Domunant əlamətlər üstünlük təşkil edir, ressesiv əlamətlər isə şəxsdə görsənmir yəni gizli olur.

Qohum olan şəxslər evlənərkən irsi olan xəstəliklər araşdırılmalı və nəzərə alınmalıdır. Bəzi əlamətlər deyildiyi kimi ressesivdir yəni xəsrəlik gendə olduğu halda biruzə vermir. Bu zaman qohum olan şəxslər evləndikdə yeni doğulacaq körpəyə keçən genlərdə xəstəlik olduğundan körpədə artıq xəstəlik təzahür edir və bu daha qabarıq formada özünü göstərir. Yəni əlamətlər dominantlıq əldə edir.

Bununla yanaşı qohum evliliklərinin yalnız bir xeyri ola bilər. Bu isə müəyyən istedada malik olan qohum qadınla kişinin heç bir irsi xəstəlik olmadığı halda evlənməsidir. Yəni evlənən şəxslər istedadlı və qeyri adı təfəkkürə malikdirsə bu əlamətlər körpəyə genlər vasitəsilə ötürülür.

Yəni qohum evliliklər zamanı ilk növbədə irsi xəstəliklərin olub-olmaması araşdırılmalıdır. Bir problem olmadığı halda cütlər evlənə bilər. Xatırlatmalıyam ki, qohum evlilikləri daha artıq olan yəhudilərdə irsi xəstəliklər daha çox olduğu halda istedadlı insanların da yəhudilər olduğu məlumdur.
İslam dini qohumlar arasında nikah bağlanmağa qarşı çıxmır. Bu, normal bir haldır. Ümumiyyətlə, bu gün təbabətdə qohumlar arasında evlilik nətiсəsində dünyaya xəstə övladın gəlməsi barədə deyilənlər hamıya aid deyil. Bu, hemofiliya, talassemiya və s. bu kimi irsi xəstəliklər zamanı özünü göstərir. Bu isə əslində, qohum olmayan ailələr arasında da baş verə bilər. Bunu da ailə qurmadan önсə tibbi müayinə yoluyla müəyyənləşdirmək mümkündür. Belə bir hal əsla qohumlararası nikahın qadağan olmasına dəlalət edə bilməz. Konkret olaraq ailə qurmağa hazırlaşan oğlanla qızın hər ikisində eyni genetik xəstəlik olarsa, onun gələcək körpəyə keçməməsi, fəsadlarla nətiсələnməməsi üçün bu cür nikahlardan çəkinmək daha məqsədəuyğundur. 

Go Back

Kişilərə aid psixoloji sindromlar

Boss sindromu – deyə bilərik ki, anadangəlmə xarakter daşıyır və valideynlər qeyri-ixtiyarı uşaqlarda bu “ağa” hissini inkişaf etdirir, “yumuşaqlıq” xüsusiyyətlərinə  qarşı isə ikrah hissini yaradırlar. Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı dəhşətli qısqanclıq və paxıllıq hissi keçirirlər. Bu sindromdan azad olmaq demək olar ki, mümkün deyil.

Napalion sindromu – balaca boyluluq kişilər üçün ən böyük faciədir. Bu kompleksi kişilər  yüksək həyati iddialılıq, şöhrətpərəstlik hissi ilə gizlətməklə və ya kompensasiya etməklə aradan qaldırılmağa  çalışırlar. Ən bariz nümunə Napalion Bonopart, müasirlərdən isə müğənni Prins, futbolçu Dieqo Maradona, aktyor Dastin Hofman və s.

İtirilmiş vaxt sindromu – uğur qazanmaq və varlanmaq 50 yaşdan sonra da mümkündür – məsələn məşhur rəssam Pablo Pikasso. Lakin insan elə tələskən təbiətə malik varlıqdır ki, hər bir arzusunun həmin an və dəqiqliklə alınmasını istəyir. Zamanla bunlara ala bilmədikdə həvəsdən düşür, depressiya yaşayırlar. Bu zaman onlar nəzərə almalıdırlar ki, kəmiyyəti keyfiyyət əvəz edir.

Gücsüzlük sindromu – kişi hər zaman güclü olmalıdır, o hər çeyə qadir olmalıdır kimi fikirləri deməklə əziz analar, onlarda sadəcə qeyri-adekvat yüksək qiymətləndirmədən başqa heç bir hiss yaratmırıq. Nəticədə, yaş artdıqca fiziki və psixoloji dayanaqlıq azalır. Bu zamanadək deyilən nağıllar isə artıq özünü doğruldmurdu –kişi də yorula, ağlaya və hətta mənən sına bilər.
 

Lott sindromu – əfsanəvi-dini şəxslərdən biridir. Qədim Sodom və Hamorra şəhərlərinin məhvindən sonra iki qızları ilə mağaraya sığınan Lott sonrakı nəslin yaradıcısı hesab olunur. Bu tip kişilər  öz qızlarını daim başqa kişilərdən, gələcək ərlərindən qısqanarlar.

Herkules sindromu – yarımallah Herkules tipli kişilər məcburən müəyyən səbəblərdən  bəzi “qadın işləri” etməyi təhqir kimi qəbul
edirlər. Məsələn yemək bişirmək, qabları yumaq, uşağı gəzdirmək vəs.

Kotovski sindromu – bəzi kişər niyə saçlarını keçəl formasında qırxdırır. Onlara elə gəlir ki, bu yolla saçlarının tökülməsini gizlədəcəklər.
Saçlarının tökülməsi ilə razılaşa bilməmələri onları müxtəlif növ vasitələrə əl atmağı məcbur edir. Saçın tökülməsini  öz kişilik güclərinin- cazibələrinin itirilməsi ilə bərabər tuturlar.Halbuku bu tamamilə absurd bir fikirdir.

Don Juan sindromu – ən geniş yayılmış sindromlardan biridir. Kişilər üçün ən vacib məsələ hər yaşda gənc xanimların xoşuna gəlməkdir. Bu hissi təsdiqləmək üçün onlar hər zaman öz şanslarını sınamağa hazır olurlar. Həm də tərk etmək onlara məxsus davranış olmalıdır, heç bir qadın onları tərk edə bilməz, eləcə də ayrıldıqları xanım başqa kişi ilə ola bilməz mülkiyyətçilik iddiası ilə yanaşırlar. 

İsgəndər sindromu – Ən eqzotik sindromlardan biridir, özlərini kişi nəslin davamçıları adlandıranların utandıqları haldır bu. Yəni bəzi kişilərin hemoseksual meyllərinin açılmasından qorxmaqdır. Ekspertlər göstərir ki, 30% kişilərin bu sahədə təcrübələri, 20%-in isə meylləri olur.

Əziz kişi əhli, yazdıqlarımı özünüzə qarşı mənfi fikir kimi qəbul etməyin, yazılanlar psixoloqların uzunmüddətli tədqiqatlarının nəticəsidir.

dushunce.az

Go Back

İNTİHAR üzərindən tarixə baxış...

 

Macarıstanın paytaxtı Budapeşt XX əsrin 30-cu illərində intihar epidemiyasıyla qarşı-qarşıya qalmışdı. Şəhərdə intiharların sayı dəhşətli dərəcədə artmışdı. Bəziləri intiharlara səbəb kimi həmin dövrdə məşhur olan "Gloomy Sunday” – "Kədərli bazar günü” mahnısını göstərirdi. İşin daha qəribə tərəfi isə intiharların qarşısını almaq üçün şəhərdə "Təbəssüm klubu”nun yaradılması idi.

1937-ci ildə "The Sunday Times Perth” qəzeti Budapeştdə baş verən intihar hadisələrinə dair bunları yazmışdı: "Dünyada turizm mərkəzi kimi tanınan Budapeşt, bir neçə ildir "İntiharlar şəhəri” kimi tanınır. İntiharların artmasına "Kədərli bazar günü” adlı mahnının səbəb olduğu təxmin edilir. İntihar edənlərin əksəriyyəti boğulma üsulunu seçirlər. Buna görə Dunay çayı boyu intihar cəhdlərinin qarşısını almaq üçün keşikçilər gəzir”.

Gülümsəməyi öyrədən klub

İntiharlara qarşı çıxış yolu olaraq "Təbəssüm klubu” adlı qurumların yaradılması, əslində, vəziyyətin kritik həddə çatdığını göstərir. "The Sunday Times Perth” qəzeti Budapeştdə "daha yaxşı gülümsəməyi öyrədən” klub qurulduğunu yazırdı. Klubun üzvləri professor Jeno və hipnoz üzərində işlər görən Binço insanlara müxtəlif və qəribə üsullarla gülümsəməyi öyrədirdi. Gülümsəməyin müxtəlif növləri var idi: Ruzvelt gülümsəməsi, Mona Liza gülümsəməsi, Klark Qeybl, Dik Pauel, Loretta Yanq gülümsəməsi və s. Klub sima olaraq əsasən, məşhur şəxslər seçirdi. Qəzet yazırdı ki, klubun məqsədi, Budapeşti "təbəssümlər şəhəri” kimi tanıtmaqdır.

"Təbəssüm Klubu”nun qəribə üsulları var idi. Klub üzvləri maska taxıb küçə-küçə gəzir, insanları gülümsəməyə dəvət edirdi. Şəkillər vasitəsilə insanlara necə güləcəklərini göstərirdilər. Bu, insanların intihar dalğası qarşısında necə acizolduqlarının əyani sübutu idi.

 Mahnı qadağan edilmişdi

"Macar intihar mahnısı” kimi də tanınan "Kədərli bazar günü” mahnısı  1933-cü ildə macar bəstəkar Reje Şereş tərəfindən bəstələnib. Sözləri macar şair Laslo Yavora məxsus idi. Şereş mahnını keçmiş sevgilisinə ithaf etmişdi. Ancaq Birinci Dünya müharibəsinin ağrı-acılarını hələ də üzərində daşıyan avropalılar mahnını çox tez mənimsəyirlər. Depressiv mahnı, onsuz da depressiyada olan insanları intihara sürükləyir. Həqiqətən, mahnının sözləri də, musiqisi də çox depressivdir. Reje Şereş özü də 69 yaşında özünü pəncərədən ataraq intihara cəhd edir. Lakin sağ qalır və xəstəxanaya yerləşdirilir. Daha sonra o, xəstəxanada özünü asaraq intihar edir. 

"Kədərli bazar günü” mahnısını bir çox musiqiçilər ifa edir. Ancaq 1941-ci ildə Billi Holidey tərəfindən ifa edildikdən sonra bu mahnı  daha da məşhurlaşır. Bir çox radiolarda mahnının səsləndirilməsi qadağan edilir. Səbəb kimi mahnının intihara sövq etməsi göstərilir.

Oxşar hadisə Türkiyədə də baş verib. 1999-cu ildə türk müğənni Murad Kekilli "Bu akşam ölürüm” mahnısını oxuduqdan sonra ölkədə intihar hadisələrinin artdığına dair iddialar var. Musiqiçi həmin söz-söhbətlərdən sonra bir müddət inzivaya çəkilib.

"Verter effekti”

Bu fenomenə psixologiyada "Verter effekti” deyilir. Alman yazıçı İohan fon Göte 1774-cü ildə məktublar formasında yazdığı "Gənc Verterin iztirabları” adlı romanı çap olunur. Əsər gənc Verterin Şarlotta adlı qadına qarşı platonik məhəbbətindən bəhs edir. Əsərin sonunda Verter intihar edir. "Gənc Verterin iztirabları” həmin dövrün ən çox oxunan əsərinə çevrilir. 1787-ci ildə ikinci dəfə nəşr edilir. Romanın təsiri ilə Almaniyada və Avropada intiharların sayı kəskin çoxalır. Buna görə bir çox ölkədə kitabın satışı və nəşri qadağan edilir. Əsərin verdiyi bu effektə sonralar "Verter effekti” adı verilib.

dushunce.az

Go Back

20 nəticə göstərilir