Düşüncə Jurnalı

header photo

Blog posts : "Kitab klubu"

Orxan Ahmedsoy : "SONUNCU ÖLƏN ÜMİDLƏRDİR" kitabı haqqında fikirlərim

   

 

 Bu gün sizə son vaxtlar oxuduğum ən maraqlı kitab  haqqında danışacam. Son vaxtların ən çox oxunan kitabı olduğu haqda eşitdikdə bu kitaba məndə böyük maraq yarandı. Söhbət Varis Yolçiyevin “Sonuncu ölən ümidlərdir”  romanından gedir. Bu roman haqqındakı postumda əsərin müəllifi ilə də bir az söhbətləşəcəm.

Əsər ilk baxışda mənə  adi bir sevgi hekayəsi kimi görünürdü. Amma oxuduqca bunun adi bir hekayədən daha güclü bir şey olduğunu anladım. Əgər yazıçının istəyi oxuyucunu kitaba bağlamaq idisə məncə bunu çox yaxşı bacarmışdı.  Əsərdəki baş qəhrəmanlar İlqar və Nailə olsada mənim yaddaşımda daha çox Nailə obrazı qaldı. Böyük ehtimalla o əbədidə qalacaq. Nailənin keçirdiyi istirabları hiss etdikcə bəzən insan göz yaşlarına da hakim olmur. İlqar isə beynimdə düzü yalnız adi ” papauşağı” kimi qaldı və başqa heçnə. Nailə isə hətta fahişəlik uçurumuna yuvarlansa belə fikrimi necə ifadə edim bilmirəm ancaq öz mənəvi yüksəkliyini qorudu. O günahsız idi çünki taleyi belə gətirmişdi, o günahsız idi çünki həyat ona qarşı adil deyildi, o günahsız idi çünki sadəcə sevirdi. Əsərin müəllifi Varisdən bu əsəri tarixçəsi haqqında soruşdum. Varis- əsər real həyatdan götürülüb. məhkəmə oçerkini oxuyub qəhrəmanların izinə düşmüş,əsəri ərsəyə gətirmişəm. Amma 2 ci hissədə bir qədər yazıçı  təxəyyülü de var.

Görəsən bu əsər təkcə mənə bu qədər təsir edir? Axı bu əsər bir insanın faciəsindən bəhs edir. Bu haqda Varisin də fikirləri maraqlı oldu.Varis-  Bu əsər tək Nailənin  deyil, bədənlərini satmaq yoluna sürüklənən bütün qadınların faciəsidir. Onları bu yola sürükləyən cəmiyyətin faciəsidir. Nailənin günahının olub olmaması hər kəsin hadisələrə subyektiv baxışı hesabına cavablandırıla bilər. Kim necə düşünürsə, elədir.

Romanda hissələrin başıanğıcındakı şeirlər də elə roman qədər insana təsir edirdi. Mənim ən çox xoşuma gələn şeir:

Ağ vərəqim oldu açılan səhər

Ona göz yaşımla adımı yazdım

Eşqimlə bacara bilsəydim əgər

Heç səni bu qədər arzulamazdım.

 

Müəllifin də əsərdə ən çox hansı şeiri xoşladığını soruşdum.  “Ən çox xoşladığım şeir:

 

Qəlbim yaman kövrəlib,

Yaman doluxsunmuşam

Yadıma yenə də sən,

Sən düşmüsən bu axşam.

 

Bir ayrılıq bir ölüm heç biri olmayaydı. Görəsən insanlar ayrılığa necə dözür? Görəsən Nailə necə dözürdü? Bu sualı Varisə də verdim:

İnsanı diri ikən ölüyə çevirməyi bacaran ayrılıq.

Nailənin çəkdiyi əzabları qədər intiqamı da dəhşətli oldu. Nailə intıqamını aldi və getdi.Bəs yeni həyatı sizcə nəcə olacaq? – Varis : Nailə daim sıxılacaq, o özündən ki intiqam ala bilməyib.

Postumda sizə son vaxtların ən çox oxunan kitabı haqqında yazdım. Bəs siz? Siz hələ bu kitabı oxumamısız?

Və sonda əsərin müəllifi Varis Yolçiyev bloqumuza maraqlı bir hekayə etdi:

2013 cü ildə davamını yazacam. İndi İstanbulda körfəz sahilində keçmiş günlerinə acı göz yaşı axıdan Nailənin bu gününü yazmaq cəmiyyətin sosial sifarişidir.

 

 

Orxan Ahmedsoy

utopikxarabaliq.wordpress.com

Go Back

1 blog post