Ailә xoşbәxtliyin açarıdır. Ailәsiz insan xoşbәxt ola bilmәz. Araşdırmalar göstәrir ki, evli kişi vә qadınlar subay vә boşanmış insanlara nisbәtәn daha çox yaşayır, az xәstәlәnirlәr.
Bәs görәsәn ailә xoşbәxtliyinin sirri nәdәdir?
- İlk öncә ağıla sevgi gәlir. Ancaq tәcrübәlər göstәrir ki, insanların 30%-i sevmәdәn ailә qururlar. Ya qohum-tanış vasitәsilә, ya da tәsadüf nәticәsindә. Boşanmaya aid statistika göstәrir ki, bu ailәlәrin bir qismi müәyyәn müddәt keçdikdәn sonra ayrılırlar. Ancaq elәlәri dә vardır ki, ailә qurandan sonra bir-birlәrini yaxşı tanıyır, sevir, cәmiyyәt üçün yararlı uşaqlar yetişdirir vә xoşbәxt yaşayırlar.
Statistika göstәrir ki, insanların 70%-i sevib ailә qurur. Ancaq evlәnәndәn 5-9 il keçdikdәn sonra isә bunların cәmi 46%-i öz hәyat yoldaşlarını sevmәkdә davam edir, qalan 24%-i isә artıq sevmir. Bu da boşanmaya gәtirib çıxarır. Görәsәn boşanmaya sәbәb nәdir?
Ailәnin xoşbәxtliyi әr vә arvadın şәxsiyyәt kimi necә formalaşmasından asılıdır. Ona görә dә biz ailә quracağımız insanı әvvәlcә yaxşı tanımalı, davranışını müәyyәnlәşdirmәliyik ki, onun şәxsiyyәtindәn xәbәrimiz olsun. Bunu nәzәrә almaqdıqda ailәdәәr vә arvad arasında psixoloji uyuşmazlıq baş verir. Ümumiyyәtlә, cütlüklәr arasında psixoloji uyuşmazlıq deyilәndә ağıla nә gәlir?
- Psixoloji uyuşmazlıq iki cür olu:
1) müsbәt mәnada psixoloji uyuşma;
2)mәnfi mәnada psixoloji uyuşma.
Müsbәt mәnada psixoloji uyuşma deyәndәәr vә arvadın hәr ikisinin mehriban, sәmimi, gülәrüz, tәmkinli vә digәr müsbәt keyfiyyәtә malik olması ağıla gәlir. Yaxşı mәnada әr vә arvad bir-birinә uyuşanda ailәdә xoşbәxtlik hökm sürür.
Mәnfi mәnada psixoloji uyuşma deyәndә isәәr vә arvadın hәr ikisinin kobud, tәnbәl, yalançı, sözbaz vә digәr mәnfi keyfiyyәtlәrә malik olması ağıla gәlir. Bu tipli ailәlәrdәn boşanmalarının sәbәbini soruşduqda deyirlәr ki, "xasiyyәtimiz düz gәlmir". Әslindә isә onların "xasiyyәtlәri düz gәldiyi" üçün ayrılırlar. Belә yerdә deyәrlәr "iki qoçun başı bir qazanda qaynamaz".
Bәs ailә daxili konfiliktlәrә başqa nә sәbәb ola bilәr?
1) әr-arvad arasında seksual tәlәbatın ödәnilmәmәsi.
2) Maddi sәbәblәr. Bura ailәnin yaxşı tәmin olunmaması, ya hәddindәn artıq israfçılıq edilmәsi, ya da simiclik. M.F.Axundovun "Hacı Qara" әsәrindәki Hacı Qara obrazını misal gәtirәk. O, xәsisliyi ucbatından ailәsini ac saxlayırdı, arvadı isә belә deyirdi: " Sәn ölsәn heç olmasa arvad uşağın doyunca çörәk yeyәr".
3) Xәyanәtin baş vermәsi. Seksual tәlәbatlarının ödәnilmәsi ardınca qaçan insanlar tez-tez ailәlәrinә xәyanәtlә bağlı problemlәr yaşadırlar. Normalda isә ailәdә övlad dünyaya gәldikdәn sonra "nәsil artırma proqramı " hәyat yoldaşı ilә bir-birinә olan hörmәt, qayğı, nәvaziş, yaxınlıq, sevgi yaşandığını göstәrәn intim münasibәtinә çevrilmәlidir.
4) Ailәdә kişinin hәddәn artıq içkiyә aludәçilik etmәsi. Bura Ә.Haqqverdiyevin"Dağılan tifaq" әsәrindәki Nəcəf bәy obrazını misal göstәrmәk olar. Onun sәrxoşluğu ucbatından ailәsi mәhv olur.
5) Aşırı dәrәcәdә qısqanclıq. Buraya S.Rәhmanın "Әliqulu evlәnir" әsәrindәki Rövşәn obrazını misal gәtirәk. O, aşırı dәrәcәdә qısqanc biri idi. Onun qısqanclığından etiraz edәn Nazlı belә deyirdi: "Su içirdim su satanla savaşırdı ki, niә mәnim arvadımın üzünә baxdın? Paltar tikdirirdim, dәrzini hәdәlәyirdi. Hәtta cansız şkafa, divara, otağa da mәni qısqanırdı"
6) Ailәyә kәnar şәxslәrin müdaxilәsi. Bәzәn әr-arvad evdә olan söz-söhbәti valideynlәri ilә bölüşür, bununla da valideynlәr gәnclәrin ailә hәyatlarına kobudcasına müdaxilә edir, bu da çox vaxt mәnfi fәsadlara sәbәb olur.
7) Sonsuzluq. Sonsuzluq problemi evli cütlüklәr arasında ailә konfliktlәrinin vә boşanmalarının sayını artırır. Ancaq bu problemlә üzlәşәn cütlüklәr bir-birini günahlandırmaq әvәzinә bir-birinә dәstәk olsalar problemin hәllindә daha sağlam qәrarlar qәbul edә bilәrlәr.
Ailәnin bütövlüyünü qorumaq üçün hansı addımlar atmaq lazımdır?
Unutmaq olmaz ki, ailә hәyatını dağıtmaq çox asandır, ancaq onun bütövlüyünü qorumaq isә çәtin. Ailәdә kiçik sayılan bir mәsәlәni dә böyüdüb ailә faciәsinә çevirmәk lazım deyildir. Bunun üçün әr vә arvad qarşılıqlı güzәştә getmәyi bacarıb, mübahisә zamanı sәsini yüksәltmәmәli, bir-birlәrinin şәxsiyyәtini tәhqir etmәyib, sözlәrini tәmkinli, yumşaq şәkildә demәli, hәr kәsin hüququna hörmәt bәslәyib, bir-birinә hәyat yoldaşı, övladının ata vә anası kimi hörmәt pәrdәsini saxlamalıdır. Mübahisәnin әn qızğın dәqiqәlәrindә belә әr vә arvad az müddәt әvvәl münasibәtlәrin nә dәrәcәdә yaxşı olduğunu, birgә keçirilәn xoşbәxt günlәri unutmayıb, mübahisәni son hәddә çatdırmamalıdır.
Alman filosofu Kantın sözlәri ilә desәk "Ailәdә әr vә arvad bir-birini tamamlamalı, çatışmazlıqların qәbul etmәlidir".
Әr vә arvad sәhvlәrinin aradan qaldırmasında bir-birinә kömәk edib, yeri gәldikdә isә bir-birini tәrbiyәlәndirmәlidir. Әn әsası isә mübabisәlәrini uşaqların yanında etmәmәlidirlәr. Әks halda bu uşaqların psixikasına mәnfi tәsir göstәrә bilәr.
Ailә uşağın ilk mikro mühiti sayılır, uşağın gәlәcәyi mәhz ailәdәn asılıdır. Evdә yaxşı ab-havanın olması uşaqda özünәgüvәn hissi formalaşdırır. Konfliktli ailә mühiti isә uşağın iç dünyasını pozar, bu da onun davranışında özünü göstәrәr.
Buna görә dә valideynlәr daim uşağa nümunә olmalı, onun yanında danışığına, hәrәkәtinә ciddi fikir vermәlidirlәr. Axı uşaqların gәlәcәyi onların әlindәdir....
İsrafilzadə Əminə
ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin tələbəsi