Düşüncə Jurnalı

header photo

Meyvələri Necə Dondurmaq Lazımdır?!

 

Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.

Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.

Əsas tələblər

Dondurmaq istədiyiniz meyvələr tam yetişmiş olmalıdır. Lakin istisna hal da var. Əgər dondurduqdan sonra meyvələri kompot və ya mürəbbə bişirməyə istifadə edəcəksinizsə, tam yetişməmiş meyvələrdən də istifadə etmək olar.

Dondurmazdan 2 saat əvvəl yığılmış giləmeyvələr bu proses üçün ideal sayıla bilər. Bu halda meyvələr həm təravətli, həm də daha vitaminli olur. Diqqətli olun, xərəb və çürük meyvələr gözünüzdən qaçmasın.

Əvvəlcə meyvələri nədə və necə qablaşdıracağınıza qərar verin-kiçik və ya böyük porsiyalarla, paket və ya xüsusi qablarda. Buzxananızın ölçüsünü nəzərə alın. Qışda sizə hansı meyvələr və nə üçün lazım olacaq və s. bu kimi sualları əvvəlcədən düşünün.

Əslində giləmeyvələri şəkər tozu ilə dondurmaq daha yaxşı olar. Əks halda onlar deformasiya olur və formasını itirir. 1kq giləmeyvəyə 0,3 kq şəkər tozu əlavə olunmalıdır. Meyvələri artıq istifadə olunmuş paketlərə yığmaq olmaz. Bir qablaşdırmaya 600-700 qramdan artıq giləmeyvə yığmağınız məsləhət deyil. Diqqət edin ki, qabın içində hava qalmasın

Dondurma qaydası

Giləmeyvələri yaxşıca yuyun və təmizləyin. Kağızın üstündə qurudun və iri tasa yığıb şəkər tozunu səpin. Sonra isə artıq onları paketlərə və ya plastik qablara yığıb 2-3 saatlıq soyuducuya qoyun. Meyvələrin suyunun çıxmağını gözləyin. Sonra onları çıxardın, giləmeyvələri öz şirəsi ilə birlikdə plastik qablara yığın və buzxanaya üstü açıq şəkildə qoyun. 1 gündən sonra yenidən çıxardıb, sıx şəkildə qablaşdırın və artıq qışa qədər buzxanaya yerləşdirin.

metbex.net

Go Back

Sorğu göndər