Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Müsahibə"

PSİXOLOQ :Ana üçün övladı neçə yaşında olursa olsun elə uşaq olaraq qalır

 

Düşüncə jurnalının bu dəfəki qonağı, xüsusən valideyn və uşaqların sevimlisi, xoş auralı, gözəl həmsöhbət, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, baş psixoloq Narınc Rüstəmova oldu. Yaxın zamanlarda yeni çapdan çıxmış “Uşaq Psxiologiyası” kitabı münasibətilə müəllifi təbrik etdik və uşaq psixologiyası, uşağı tərbiyə vasitələri mövzusunda geniş və olduqca marifləndirici söbətimiz baş tutdu. Sonda isə Narınc xanım, Düşüncə jurnalı kollektivi timsalında əməkdaşımıza  yazılı kitabını hədiyyə etdi. Və beləliklə, müsahibəmizi sizlərə təqdim edirik. Oxuduqca sizdə zövq alacaq və bəzi qaranlıq məqamlara cavab tapacaqsınız.

Narınc xanım, kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. Bu gün ölkəmizdə bu cür maarifləndirici, axıcı dil ilə ilə yazılmış kitablara ehtiyac çoxdur. Odur ki, işləriniz təqdirəlayiqdir. “Uşaq Psixologiyası” kitabını tərtib edərkən əsas hədəfinizdə nə vardı?

- Təşəkkür edirəm, diqqətinizə görə. Ümumiyyətlə, mən həmişə gördüyüm işlərdə, bu vaxta qədər ki, əmək fəaliyyətimdə hər zaman empati hissini ön planda tutmağa çalışmışam. Bu hissi özümdə daha çox qabardaraq düşünürdüm ki, bir valideyn kimi məndə psixoloqa gəlsəm, nə eşitmək istəyərdim, hansı suallarıma cavab almaq istəyərdim, bir valideyn kimi gözləntilərim nə olardı. Və kitabımın da əsas istiqaməti sırf hər bir oxucu auditoriyası üçündür. Bəlkə də bunu daha terminoloji, daha elmi və nəzəri sözlərlə yaza bilərdim. Amma məqsədim o deyildi. Məqsədim hər kəsin başa düşə biləcəyi, metroda gedərkən və ya anaların ev işi görərkən rahat şəkildə oxuya biləcəkləri, eyni zamanda da bu işə yeni  başlayan psixoloqlara öz işlərində, uşaqlarla konsulatsiyalar aparan zaman istiqamətləndirici kimi istifadə edə biləcəkləri bir vəsait olmağına səy göstərmişəm. Düşünürəm də ki, buna nail ola bilmişəm.

Biraz ənənvi bir sualla başlayaq, niyə məhz uşaq psixologiyası?

- Niyə uşaq psixologiyası?! Ümumiyyətlə,kitabdan əlavə mənim işlədiyim sahə də sırf uşaq psixologiyasıdır. Çox zaman insanlarda sual yaranır ki, uşaqlarla işləyirsiniz niyə böyük qəbul eləmirsiniz? Və ya niyə böyükləri qəbul edənlər uşaq pasientlər qəbul etmirlər? Əslində ilk dəfə bunu –yəni psixoloqlar arasında ixtisaslaşmanı biz gətirdik Azərbaycana. Uşaqla işləyən həm də ailə ilə, ata-ana ilə işləməyi bacarmalıdır. Sadəcə  əsas olaraq hədəfimiz sırf uşaqlardır. Burada biraz da infantil ruhlu olmaq çox önəmlidir. Mən özüm də müəyyən dərəcədə uşaq ruhluyam və onlara tez uyğunlaşa bilirəm. 14 yaşlı ilə 14 yaşlı, 4 yaşlı ilə 4 yaşında ola bilirəm. Buna görədə uşaq sahəsini seçdim. Peşəkar  təcrübəm də sırf bu sahədə olduğu üçündə mənim gedib başqa bir sahədən kitab yazmağım təbbi ki, qəribə alınardı.

Bir uşaq psixoloqu hansı keyfiyyətlərə malik olmalıdır? Yəni onu digər istiqamətdə çalışan həmkarlarından ayıran özəlliklər varmı?

- Ümumiyyətlə, psixologiya sahəsində çalışmaq üçün xüsusi bir istedada malik olmaq lazımdır. Psixologiya bir institktiv bacarıqdır. Bu insanlar uşaq vaxtından seçilən olurlar. Ünsiyyətləri ilə, hər hansı davranışları ilə. Hətta qohumlar arasında hər kəsin psixoloqu belə elan edilirlər şərti olaraq. Çünki hər kimsə bu insanla danışanda, münasibətdə olanda rahatlıq tapır. Bax, ilk öncə anadangəlmə bu istedad olmalıdır.Təbbi ki, bu istedadı da inkişaf etdirmək olduqca önəmlidir, ilkin olaraq da akademik istiqamətdə. Uşaq psixoloquna gəldikdə isə, o gözəl uşaq ruhlu olmalıdır. Uşaqlarla gözəl kontakt qurmağı bacarmalıdır. Yaxşı ana olmalıdır. Çünki uşaqlar həmişə anasını axtarır, həmçinin də psixoloqda. Bunun üçündə təsadüfi deyil ki, uşaq psixoloqlarının da əksəriyyəti xanımlardır. Uşağın ana ilə təması daha çox olur, ona görə də ana obrazı, ana perenosu  ilə işləyən zaman çox yaxşı nəticələr əldə edirik.

Çətindirmi uşaqlarla işləmək?

- Bizim  həmişə Elnur müəllimlə bu barədə sözlərimiz düz gəlmir               (gülümsəyir). Elnur müəllim daha çox böyüklərlə işləyir. Mən həmişə deyirəm ki, böyük konsultasiyaya gələn zaman öz məsuliyyətini dərk edir. Və ən azından fikirləşir ki, mən psixoloqla artıq görüşdəyəmsə demək ki problemimi həll etməliyəm. Uşaq üçün isə vəziyyət bir qədər fərqlidir. Maddiyat tərəfi ümumiyyətlə ona maraqlı deyil. Onun əsas motivi oyun və əyləncədir. Gördüyünüz kimi, bizim mərkəzimiz çox rəngli, maraqlı, uşaqlar üçün diqqətcəlbedici bir dizayndadır. Uşaqlar buranı xəstəxana, iynəvuran və ya hansısa qorxulu bir yer kimi təsəvvür etməsinlər deyə bu abu-havanı yaratmaq istəmişik. Düşünürəm ki, uşaq sahəsi daha çətindir. Çünki uşaqla işləyən zaman evdə ana ilə işləməliyik, ata ilə işləməliyik, nənə, baba, əmi, bibi və s. kim varsa ailədə onlarla da psixoloji iş aparmalıyıq. Və yaxud da baxçaya gedirsə baxça müəllimləri ilə, məktəbə gedirsə məktəb müəllimləri ilə, yəni uşağın çevrəsini əsas kim əhatə edirsə, uğurlu korreksiya üçün  onları da hədəfimizə almaq məcburiyyətindəyik. Bəlkə də hər bir istiqamətin dərinliyinə getdikdə daha çətin hesab olunur. Ama yenə də mən hələki bu fikrimdə qalıram.

-  Neçə yaşına kimi uşaqlarla işləyirsiniz?

- Əsas  olaraq yaş kateqoriyam yeniyetməlik dövrü bitənə qədərdir. Amma əsas olaraq 18 yaşa qədər pasiyentləri qəbul edirəm. Diaqnostika aparılır və mərkəzimizdə problemə uyğun ixtisaslaşmış ən peşəkar mütəxəssilərə yönləndirirəm. Psixoloq işləyir, lazımi seanslardan sonra ilkin nəticələri əldə edib, valideynləri ilə müzakirə edirik.

Azərbaycanda bu istiqamətdə sözünü demiş və illərdir çalışma tempini qoruyub saxlayan bir mərkəz sahibisiniz. Mütəxəssilərinizi seçərkən ən çox diqqət etdiyiniz nüanslar hansılar olur?

-  (Gülümsəyir) Bax burda olduqca ciddi və mükəmməliyətçiyəm. Təbiət etibarilə də maksimalist olduğum üçün tələblərim də bir qədər çox olur. Buna görə də açığı mütəxəssis seçərkən bir qədər əziyyət çəkirəm. Mən həmişə deyirəm ki, uşaq psixoloqu saç usatası deyil ki, saçı bir dəfə səhv kəssə ötüşdürmək olar, eybiyox uzanıb  düzələcək deyək.  Bu bir uşaq psixikasıdır və kiçik bir yanlış yanaşma, yalnış metodika çox böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də mütəxəssis seçərkən ilk öncə bayaq qeyd etdiyim kimi, instiktiv bacarıq, kontakqurma qabiliyyəti çox önəmlidir. Onun üçün ilkin görüşdə mütləq şəkildə özüm iştirak edirəm.

 İkinci əsas tələbim baza biliyinin olmasıdır. Bizdə 100 testdən ibarət kiçik bir imtahan keçirilir. Bu suallar birbaşa rəhbərlik etdiyim mərkəzin və mənim tələblərim üzərində qurulub. Burda a-dan z-yə hər bir  sual öz əksini tapıb. Mütəxəssis ən azı 50 % bu suallara cavab verə bilməlidir. Mən bilməliyəm ki, onun minimal da olsa nəzəri bazası var və üzərinə nəsə əlavə etmək olar. Demirəm ki, mənə yalnız “alim”lər müraciət etsin və s. mən hər zaman hazıram işləməyə. Praktik təcrübə də verərəm, öyrədərəm də! Amma bütün bunları necə deyərlər inşa etmək üçün, sağlam bir təməlin olması vacibdir təbii ki. Və birdə vəfalılıq xüsusiyyəti çox önəmlidir. Yəni vəfalı insanla hər zaman işləmək olur. Çətin gündə də, yaxşı gündə də! Əlbət ki, bizim də çətin günlərimiz, sıxıntılı anlarımız olmamış deyil. Amma işçilərin dəstəyi inanılmaz dərəcədə motivə edir insanı. Inanın mənim elə psixoloqum olub ki, bizim ikinci filialımızın açılma ərəfəsində gəlib mənə deyib ki, “mən bu aya olan  maaşımı istəmirəm, yeni mərkəz açırıq, sıxıntılarımız ola bilər. Mən də bacardığımca sizə dəstək olmaq istəyirəm!” Onun məni və bütünlükdə bizi düşünməsi mənim üçün dünyalara bərabər idi. Bu o deməkdir ki, biz həqiqətən də bir ailəyik və hər birimiz də bu ailə və eyni bir ideologiya üçün çalışırıq.

Bugün Azərbaycanda ümumilikdə götürdükdə uşaqların psixoloji  durumu hansı səviyyədədir?

- Indikinə baxmış beş il, on il əvvəl daha çətin idi. Çünki valideynlər qəbul etmirdi  psixoloqu. Uşaqda əsas rəftar ana-ata fonunda formalaşır. Yəni ana-ata psixoloqa nə qədər tolerant yanaşırlarsa, onu iynəvuran, həkim, dəli həkimi adıyla deyib gətirmirlərsə, uşaq çox yaxşı qarşılayır.

Uşaqların psixikasında bu gün mövcud olan qırılmalar əslində mükəməlliyətçi ailə modelindən qaynaqlanır. Bu da bizə sovet dövründən qalan yadigarlardan biridir. Avtoritar bir rejimdən çıxdığımız üçün hədsiz qoruyucu ailə modellərimiz çoxdur. Bu özünü bir qədər əvvəlki nəsildə daha çox göstərir və nəticədə kompleksli, məğlubiyyəti qəbul edə bilməyən, özgüvəni aşağı uşaqlarımız formalaşır. Amma getdikcə vəziyyət dəyişir. Gənc nəsl artıq bu məsələlərə daha demokrat yanaşır. Belə ailələrlə daha tez nəticələr əldə edə bilirik.

Bəs psixoloqa müraciət nə yerdədir?

-  Kifayət qədər müraciət var. Kifayət qədər təlabat var. Və insanlar artıq anlaya bilir problemin həllinin nədə olduğunu. Bunda isə mən hər zaman vurğulamışam, dördüncü hakimiyyət - kütləvi informasiya vasitələrinin, tv, qəzet, jurnal, radio və s. rolu çox böyükdür və danılmazdır. Bunların hər birinin maarifləndirici dəstəyi sayəsində indi işimiz daha da  asanlaşıb.

Valideyn nə zaman psixoloqa müraciət etməlidir? Yəni hansi simptomlar valideyn üçün siqnal olmalıdır?

-  Bu əslində bir analiq instiktidir. Biz hec bir konkret problem və ya simptom deyə bilmərik. Çünki hər bir insan fərdidir, hər bir insan xüsusidir. Əsas odur ki ananın bir hissetməsi var. Yəni, ana hiss edir ki uşağımda qaydasında getməyən nəsə var. Biz konkret deye bilmərik uşaq ağlayırsa psixoloqa getməlidir və s. ana hiss edirki uşağımda nəsə yolunda deyil. Bax bunu hiss edən zaman  ana psixoloqa getməkdən qorxmamalıdır. Təbii ki, psixoloqda hər şeyə yetən deyil. Mənə gəlirsə, mən lazım olduqda nevropatoloqa da yönləndirirəm, hansısa  bir psixoterapevtə də. Sadəcə ilkin olaraq bizdə dərmansız, sözlə müalicə olduğu üçün biraz daha az qorxulu olur valideyn üçün. Amma bu o demək deyil ki, biz həkimlərin işini inkar edirik. Əsla! Əksinə biz birlikdə, işbirliyi içərisində çalışdığımız zaman daha da faydalı oluruq.

Beləliklə, valideyn müşahidə edir,  özlüyündə baxır, parka gedəndə, baxçaya gedəndə, məktəbə gedəndə, görür ki, digər yaşıdları ilə müqayisədə onun övladında fərqli olan nələrsə var. Bu zaman mütəxəssisə müraciət etməsi arzuolunandır.

Uşaqların ən çox travma aldıqları hadisələr nələr olur?

- Bizdə ümumiyyətlə ailələrimizdə mən anlayışı var, biz anlayışı yoxdur.  Və bu da çox zaman problemlərin məğzi olur. Məsələn, gedək yataq yox, get yatmağa deyirik və ya nəyisə edən zaman biryerdə etmək anlayışı yoxdur bizdə. Həmişə tək olaraq müraciət edilir. Və əslində uşaqlarımız elə ən çox bundan travma alırlar. Daim müqayisə olunurlar, qonşunun, qohumun uşağı, evdəki bacı və ya qardaşı ilə. Bu tip müqayisələr də uşaqlara çox travma verən məqamlardır. Əslində deyirlər ki, evdə ata ananı döyəndə və ya dalaşanda uşaq böyük travmalar yaşayır, amma əslinə baxanda bu döyülməyə qədərki bizim gözümüzdən yayınan, adi gələn xırda şeylər çox böyük iz qoya bilir uşaq psixikasında.

Ola bilməz ki balacalarla işləyəsiniz və maraqlı,yaddaqalan hadisələr olmasın.  

- Əslində həddindən çox maraqlı hadisələr olub. Mənim hər bir uşaq pasientim özü -özlüyündə fərqli hekayələr mənbəyidir. Indi birdən soruşdunuz və hansını danışım bilmirəm. Amma ən çox yaddaşımda iz qoyan bir hadisə var , heç vaxt unutmuram onu. ( gülümsəyir). Deməli bir gün iş telefonuma bir valideyn zəng vurdu və mənimlə danışmaq istədi. Telefonda mənə məlumat verdiki,  belə bir uşağım var, çox özünəqapanıqdır, yaxşı ünsiyyət qura bilmir, sanki qorxur, çəkinir və s. çox istərdim ki onu sizin yanınıza gətirim. Bizə kömək olasınız. Beləcə vaxt təyin etdik, gəldilər. Əyləşdik, bir xeyli ön söhbətdən ,uşağın problemlərinən danışdıqdan sonra mən ətrafa baxıb dedim ki, bəs uşağımız hardadır. Xanım yanındakı 32 yaşlı oğlunu göstərib dedi ki bəs burda. Inanın necə şok vəziyyətə girmişdimsə tutulub qaldım. Hər üçümüzdə bir-birimizə baxırdıq.  Onlar da əslində bir qədər pərt vəziyyətinə düşdülər, elə mən özümdə. Nəysəki bir təhər vəziyyəti idarə edib onu digər mərkəzimizə yönləndirdik. Bax belə bu hadisədən sonra məndə sanki bir iz, bir travma qalıb, hər dəfə yanıma gəlmək üçün zəng edəndə uşağın yaşını dəqiq soruşuram və valideynlərə öz peşə istiqamətim barədə məlumat verirəm. Çünki bu hadisədən də bir daha görürük ki, valideyn, xüsusən ana üçün övladı neçə yaşında olursa olsun elə uşaq olaraq qalır.

Uşağı tərbiyə edərkən valideynlərin ən çox etdikləri səhvlər hansılardır? Və nələrə diqqət etməlidirlər ?

- Valideynlər  uşaqdan supermen gözləyirlər. Gözləntiləri hədsiz çoxdur. Uşaqları bacarıqlarına görə qiymətləndirmirik, uşağı öz beynimizdə tutduğumuz ideal modelə uyğunlaşdırmağa çalışırıq və ən çox səhvlər də bu zaman edilir. Müqayisə olunur, tənqid olunur, təhqir olunur. Uşağa individual yanaşılmalıdır, onun bacarıqlarına uyğun olaraq. Valideynlərdə bu halları tez-tez müşahidə edirik və  özünə güvənsiz bir cəmiyyət formalaşdırırq beləcə. Daha sonra uşağı davamlı olaraq özümüzdən asılı edirik. Indi  “ana-uşaq simbiozuna” çox rast gəlirik. Ana uşağın hər şeyini kontrol edir. Dost seçimini, yeməyini, içməyini, hətta saat neçədə yatıb, neçədə durduğunu. 14-15, 20 yaşlı uşaqlara belə hədsiz müdaxilələr edirlər. Uşağı o qədər idarə edirlər ki, uşaq tamamən anadan asılı olur və anadan  ayrılanda ortalıqda qalmış kimi hiss edir, nə edəcəyini bilmir, anaya hər zaman ehtiyac duyur. Analar biraz o əzizləmələri, oxşamaları, tərifləmələri tənzimləməlidirlər. Bu da uşağın hər yaş dövrünə uyğun olmalıdır.

Əslində kitabı tərtib edərkən də ən başlıca məqsədim elə bu idi. Uşağın hər bir yaşına uyğun nə kimi bacarıqları olmalıdır, nələr olar , nələr olmaz. Valideyn də bunu bilərək rəftar etməlidir. Və ya hər yaş dövrünün öz xüsusiyyətlərini ayrıca qeyd etmişəm. Valideynlər bunu oxusalar artıq uşaqlarındakı əlamətlərdən biləcəklər ki, bu problemdir yoxsa cari yaş dövrü üçün norma sayılacaq bir haldır. Televizora çox baxırsa nə etməlidirlər, evdə nənə-baba varsa neynəməlidir, uşağa cinsi tərbiyə necə verilməlidir və s. bu kimi valideynlərin gündəlik ən çox qarşılaşdığı problemlərə kitabda  istiqamət verməyə çalışmışam.

Bizim ənənəvi tərbiyə üsulumuz - uşağı döymək olarmı?

-  Döymək anlayışı zorakılıqlar arasında 3 – cü yeri tutur və burada psixoloji zorakılıq, psixoloji təzyiq daha ön plandadır. Biz döyməyin izini, göyərmə yerini  və s. fiziki cəhətdən görə bilərik, amma onun uşağın psixologiyasında nə kimi və hansı dərinlikdə bir yara açacağını təsəvvür belə edə bilmərik. O görünmür çünki!  Zaman keçdikcə, uşaq böyüdükcə özünə yer edərək təmamilə fərqli bir formada ortaya çıxır. Uşaqları döymək təbii ki, birmənalı olaraq qəbul edilmir. Çox zaman özünəgüvənsiz valideynlər bu yola əl atır. Çünki aqresiyyalarını nəyəsə yönləndirməlidirlər, bunu da uşağa əl qaldıraraq, döyərək edirlər. Və uşaqda “ödəşdim” psixologiyası yaranır. Yəni ki, mən pis bir hərəkət elədim, ana məni döydü və ödəşdik. Artıq mən yenə pis davranışıma davam edə bilərəm. Uşaq yalnış hərəkətindən heç bir nəticə çıxara bilmir. Döyməyin pis tərəfindən biridə budur ki, çox qısa zamanda uşaq buna alışır və şiddətin dozası artır.

Uşaqda  nə isə yalnış bir hərəkət olduqda cəza sistemi çox yaxşı nəticə verir. Bu barədə də valideynlərimiz kitabdan geniş məlumat tapa bilərlər.

Ailədə boşanmalar, ailədaxili şiddət uşaqlarda özünü hansı formada göstərir?!

- Təbii ki arzumuz odur ki, valideynlər ayrılmasın, ailə bütöv qalsın. Belə ailələrin  uşaqlarında həmişə bir qırğınlıq olur, daima ata obrazının və ya ana obrazının əksikliyini hiss edirlər. Amma natamam ailə evdə şiddət olan ailədən daha yaxşıdır! Əgər ailədə daim şiddət, zorakılıq halları varsa və ya valideynlərdən hansındasa psixi pozuntular, alkoqolizm və digər zərərli vərdişlər varsa, o zaman təbii ki, ayrılmaq ən yaxşısıdır. Çünki, ailəm, uşaqlarım üçün qalıram deyə evlilik sürdürülər və gələcəkdə bu uşaq cani, alkoqolik, narkoman olarsa, bu şiddəti görüb özü də gələcəkdə tətbiq edərsə, bu daha da ağır fəsadlaraq yol açacaq. Yaxşı olardı ki, belə ailələr konflikti, problemi psixoloqa müraciət edərək korreksiya etsinlər.

Özünüz anasınız. Uşaq psixoloqu kimi bilik və təcrübələrinizi öz övladınıza tətbiq edə bilirsinizmi?

- Bəli tətbiq edə bilirəm. Əslində çoxda köməyimə çatıb. Heç bu sahədə işləməsəydim belə, psixoloji biliklərin mənə ən azı bir valideyn kimi faydalı olacağına inanırdım. Və oldu da!  Düzdür insanlar hər zaman daha idealını gözləyir və bizdə ideal anlayışı da əsgər kimi nizamlı durmaq,oturmaq kimi qəbul edilir. Amma xeyr! Yeri gəldikdə mənim oğlum hiperaktivdir. Bunlar ən çətin olan uşalardır, hansı ki, onlar dayanmırlar, davamlı olaraq hərəkətdədirlər, istədiklərini edirlər, istədiklərini deyirlər.  Belə uşaqlarla necə davranmaq lazım gəldiyini bildiyim üçün, hələ ta çağalıq dövründən onda korreksiya işləri aparmağa başlamışam. Oğlum çox şən uşaqdır, heç vaxt tərbiyəsizlik etməz amma olduqca enerjilidir. Mən bunu bilirəm və qəbul edirəm. Mənim gözləntilərim də oğlumun xarakterinə uyğundur. Əgər mən ondan sakit olmağı gözləsəm onun üzərinə düşəcəm, onu da özümü də incidəcəm. Bunu bir psixoloq olaraq öyrənmişəm. Və bir psixoloq birinci özünə və öz ailəsinə faydalı ola bilməlidir. Əks təqdirdə seanslarda da faydalı ola bilməz, işin keyfiyyətinə mənfi təsir göstərər.

Yoldaşınız da tanınmış psixoloqlardan biridir. Necədir bir psixoloqla ailəli olmaq? Həm bir qadın, həm də bir  həmkar baxımından yanaşdıqda.

-  Çox gözlədir, tam bir komfortdur desəm yanılmaram.  Düzdür bir cəhəti var ki, hər ikimiz də  bir-birimizin fəndlərini bilirik və bu zaman da hər dəfəsində  daha mükəmməl metodlar seçməli oluruq ki, bir-birimizə necə deyərlər daha maraqlı qala  bilək.  Bu da əslində pis deyil, çünki bizi daha da mükəmməlçiliyə sövq edir. Amma ümumən götürdükdə yaxşı tərəfi odur ki, konflikt olmur bizdə, olsada  çox qısa bir-iki saatlıq ola bilər inciklik. Çünki, artıq konflikti idarə etməyin yollarını bir psixoloq olaraq hər ikimiz də gözəl bilirik. Psixoanalitik yanaşma ilə nəyin nəyə görə olduğunu anlayırıq və bu bizə konflikdən qaçmağa kömək edir. Mən düşünürəm ki, biz Elnur müəllimlə Azərbaycanda “eyni peşə sahiblərinin uğurlu nigahı olmaz, ailə davam edə bilməz “ və  s. kimi tendesiyanı qıra bilmişik.

 Bir iş xanımı olaraq çətin olmur ki, həm ana, həm həyat yoldaşı funksiyalarını yerinə yetirmək?

- Yaxşı həyat yoldaşın varsa, çətin olmur! Təbii ki, bu prosesə həm də yaxşı uşaq, yaxşı iş kriteriyaları da daxildir. Çünki mən işə gələndə də ailəmdəyəm  kimi hiss edirəm, burda belə iş görərkən dincələ bilirəm. Və ən önəmlisi qeyd etdiyim  kimi, işin başı yaxşı və anlayışlı həyat yoldaşıdır. Mən bilirəm ki, məsələn bugün evə gedirəm, yeməyim yoxdursa və yoldaşıma pendir çörək belə versəm o bundan şikayət etməyəcək, deyinməyəcək. Eynilə mən də ona bu diqqəti göstərirəm. Qarşılıqlı anlaşma, sevgi və sayğı əhatəsində olduqda hər bir çətinlik baş əyir qarşınızda.

Və sonda bir mütəxəssis kimi deyə bilərsinizmi, sağlam və xoşbəxt uşaq böyütməyin sirri nədir?

-  Yaxşı nümunə olmaq! Bunu bir psixoloq kimi valideynlərə hər zaman dönə-dönə deyirəm və eləcə də bir ana kimi dilimdə dediklərimi əməllərimdə göstərirəm övladıma. Övladımızdan tələb etdiyimizi ilk öncə öz simamızda göstərməliyik ki, o bizdən baxıb öyrənsin. Məsələn, əgər mən evdə bütün günü kompyuterdən istifadə edirəmsə və oğluma deyirəmsə ki, kompyuterdən istifadə etmə, bu biraz gülünc olar. Ilk olaraq mən  kitab oxuma vərdişini övladıma aşılamalıyam ki, ondan bunu gözləyə bilim və s. Əgər ata –ana özləri arasında sağlam bir münasibət qurarlarsa inanın hər şeyə vaxt çatır,hər  bir işinizi də görə bilirsiniz. Yəni, sağlam və xöşbəxt övlad böyütmək üçün ona ən əsası sağlam bir ailə bəxş etməlisiniz!

Fəridə Qasımova

 

 

Go Back

Elnur Rüstəmov : "Ekstrasens və ya falçı yanında olub,amma..."

Noyabrın 10 -u tarixi dünya təqvimində "Ümumdünya Psixi Sağlamlıq Günü" kimi qeyd edilir. 

Psixi sağlamlıq dedikdə tək psixi pozuntular nəzərdə tutulmur. Demək olar ki, belə pozuntusu olmayan insanların əksəriyyətində də psixi problemlər var. Psixi sağlamlıq-insanın öz daxili gücü,potensialı ilə gündəlik həyat fəaliyyətinin yaratdığı streslərin öhdəsindən gəlməsi və özü üçün hüzurlu vəziyyət yaratmasıdır. Ölkəmizdə praktik psixoloji xidmət demək olar ki,yeni-yeni təşəkkül yoluna qədəm qoyur. Nəyə görə son dövrlərdə psixoloji xidmət,psixologiya, psixoloq dəstəyi bu qədər aktuallaşıb? İnsanlar buna necə yanaşır? Yetəri qədər yararlana bilirlərmi? 

 Müsahibimiz, Psxiologiya və Konsultasiya Mərkəzinin rəhbəri , psixoloq Elnur Rüstəmov suallarımızın cavabı olaraq  qeyd etdi ki , "Yaşadığımız dövr əvvəlkilərlə nisbətdə daha çox psixoloji gərginliyi, “egzistensional boşluğu” ilə seçilir. Hər şey var, ancaq heç nə yoxdur. Bu Varla Yoxun arasında isə insan həyatı axır. Bu gün fiziki sağlamlıqdan daha vacib psixi sağlamlığımızdır. Həyat hər addımda bunu bir fakt kimi qarşımıza qoyur. Sual olunur: Nə baş verdi? Nələr dəyişdi ki, psixi sağlamlıq əvvəlki dövrlərlə nisbətdə daha vacib oldu? Öncələrdə biz psixoloqsuz da keçinirdik. Heç bir problem də yaşamırdıq. Bəli, doğru qeyd edirsiniz. Ancaq nəzərə alın ki, indi nə o nənə-baba, nə də o ata-ana, nə də ki insanlararası real ünsiyyət qalıb. Sosial şəbəkədə mindən yuxarı dostu olanın real həyatda dərdləşməyə bir nəfəri belə yoxdur. Fərd qarşılaşmış olduğu problemi doğru istiqamətdə həll etməyəndə, çıxış yolu tapmayanda, onda müxtəlif psixoloji narahatlıq, özgüvən əksikliyi, panik atak, depressiya, fobiya yaranır. Bu da sonda fərdin ətrafdan təcrid olunmasına, özünə qapanmasına, ən sonda intiharına gətirib çıxarır. Bu gün psixoloji və psixiatrik problemlərin təsnifatında yeni-yeni xəstəliklər ortaya çıxıb. Ən geniş yayılanları depressiya, obsessiv-kompulsiv pozuntular, panik atak, fobiyalar və s. Ailədaxili cinayətlərin, intaharların, sayı isə o qədər artıb ki, gözardı etmək mümükün deyil. Əslində bütün bunların əsasında  elə birbaşa psixoloji narahatlıqlar durur."

Bəs elə isə cəmiyyətimizdə bu qədər psixoloji problemlər varkən, psixoloqa müraciət yetəri səviyyədədirmi? Psixoloq insanların psixi sağlamlıqlarına olduqca  laqeyd münasibət göstərdiklərini də vurğuladı:   "Bu sahədə ən böyük çətinliklərdən biri insanların psixoloji dəstəyə dırnaqarası baxmalarıdır. Psixoloq köməyini, psixoloji yardım məvhumunu düzgün dəyərləndirə bilmirlər. Sual olunur: Yaşadığımız evdə imkan olan kimi dəyişiklik edirik, qarderobu təzələyirik. Olsun. Özümüzə necə bu qədər diqqət edirikmi? İldə bir dəfə belə olsun psixoloq seansına qatılırıqmı? Yəqin əksəriyyət buna “Xeyr” cavabını verəcək. Səbəbini “bunun mənə faydası olacaq” düşüncəsi ilə əsaslandıracaq. Haqlıdır. Ancaq o halda ki, peşakar psixoloqun seansına qatılsın və nəticə əldə etməsin, bundan sonra qeyd etdiyi fikri irəli sürsün. İnsanların bir qismi hələ də psixoloqa getməyi psixi xəstə olmaq kimi dəyərləndirirlər. Ona görə də, problemi psixiatr, psixoloq dəstəyi ilə aradan qaldırmaqdan daha çox, digər sahədə çalışan həkimlərlə, bəzən isə falçı, ekstrasens köməyi ilə aradan qaldırmağa çalışırlar. İnsanlar anlamalıdır ki, psixoloq psixi sağlam insanla işləyir. Psixiatr da yalnız şizofrenləri müalicə etmir. Orta və yaşlı nəsil, qadınlara nisbətdə kişilər psixoloqa getməyi təqdir etmir. Bəzən psixoloji xidmət üçün belə xaricə gedirlər. Amma bu yanlış düşüncədir. Çünki Azərbaycanda yaşayan psixoloq bölgəni daha yaxşı bildiyindən diaqnozu da dəqiq qoya bilər. Bunun əsas səbəblərdən biri söhbətin anonimliyinə inamsızlıqla bağlıdır. Insanlar nəzərə almalıdır ki, psixoloq anonimliyə zəmanət verir və buna görə məsuliyyət daşıyır. Azərbaycanda məsuliyyətli psixoloq və psixiatrlar kifayət qədərdir”.

Insanlar arasında yayılmış fikirlərdən biri də budur ki, insan öz problemini özü həll edə bilmirmi, psixoloqa müraciət etmək vacıb şərtdirmi, öz gücü ilə insan depressiyadan və.s qurtula bilməzmi?

Psixoloq özü də bu suallarla tez-tez üzləşdiyini bildirdi. Qeyd etdi ki,”Bəzən insanlar problemlərinə ilişib qalır, fərqli yöndən baxa bilmirlər. Problemə bu cür subyektiv yanaşma isə qüsurlu dəyərləndirmə ilə bitir.Təsəvvür edin. Evdə bir təmir işi aparmaq lazımdır. Əgər mütəxəssis belə olmasanız zaman sərf edib bunu öyrənə və sonda evinizi təmir edə bilərsiniz. Ortada böyük zaman itkisi olacaq. Ancaq bu iş mütəxəssisə həvalə edildiyi təqdirdə həm zamana qənaət etmiş olarsınız, həm də psixi durumunuz daha sabit qalacaq. Bu bütün digər məsələlərə də şamil edilə bilər. Zatən insanın bacarmadığı bir şey yox, istəmədiyi şeylər var. Sadəcə bütün bunlar çoxlu zaman tələb etdiyinidən mütəxəssisə həvalə edilir. Mütəxəssis isə problemi qısa zaman kəsiyində həll edib, Sizlərin ixtiyarına buraxır. Psixoloq da insanın psixi həyatında baş verən narahtçılığı analiz edir, problemin nədən qaynaqlandığını, həll yolunun nədən ibarət olduğunu pasiyentə çatdırır. Sonradan eyni bir problemlə pasiyent qarşılaşarkən artıq özü-özünə yardımçı olur."

Sonda  isə Psixoloq həmkarlarını "Ümumdünya Psixi Sağlamlıq Günü" münasibətilə təbrik etdi və uğurlar arzuladı. " Həll olunmayan problem yoxdu, hər şey problemə yanaşma tərzindən asılıdır. Baxdığınız yerdəsiniz! İstiqaməti doğru seçin. O zaman yaşamaq da Sizə zövq verəcək. İstiqamətiniz mübarək!"

 

Go Back

Sibel Dinç Çalışkan : " Cinsi problemlər aldatma səbəbi ola bilir!"

"Müsahibələr" rublikamızda bu günkü qonağımız Psixologiya və Konsultasiya Mərkəzinin dəvəti ilə Türkiyədən gəlmiş klinik psixoloq, cinsi problemlər üzrə uzman Sibel Dinç Çalışkan oldu. Sibel xanımla "cütlüklər arasında gərginlik yarada bilən cinsi problemlər, qadınlarda və kişilərdə cinsi funksiyalarda pozuğunluqlar, sağlıqlı bir cinsi həyat necə olmalıdır?" mözusunda çox maraqlı bir müsahibəmiz alındı. Əminik ki, Sibel xanımın cavabları hər kəsin köməyinə çatacaq.

-  Sibel xanım, ölkənizdə cinsi problemlər üzrə uzman olaraq fəaliyyət göstərirsiniz. Bir az işinizdən bəhs edərsinizmi? Cinsi problemlər üzrə uzman psixiatr kimdir və hansı problemlərlə məşğul olur ?

-  Cinsi problemlər üzrə uzman psixiatr – psixoloji kökənli, yəni organik ( tibbi, fizioloji) bir səbəbə bağlı olmayan cinsi funksiya pozğunluqlarını müalicə etməklə məşğuldur. Bunlar qadınlarda cinsi istəksizlik, diksinmə, orqazm olmamaq, həzz almamaq, cinsi əlaqəyə girə bilməmək, ağrılı cinsi birləşmə; kişilərdə cinsi istəksizlik, ereksiya problemi, erkən boşalma, gec boşalma, retroqrad eyakulyasiya (geriyə boşalma), boşalmama problemləridir. Eyni zamanda homoseksualizm ilə bağlı çalışmalarımız da vardır.

Ümumiyyətlə, cinsəllik nədir?

- Cinsəllik - rahat bir vəziyyətdə toxunma və münasibətin verdiyi həzzə fokuslanaraq həzz alıb həzz verməkdir. Ruhu və bədəni paylaşma, rahatlama ilə bağlı elm və sənətdir.

Cinsəl problemlər evliliyə necə təsir edir?

- Burada qadını və kişini ayrı-ayrı dəyərləndirmək lazımdır. Çünki hər ikisi də fərqli düşüncə, fərqli hormonal, duyğsual təbiətə malik varlıqlardır. Bir tərəfdəki cinsi problem digərinin özünü yetərsiz, dəyərsiz, bəyənilməyən, sevilməyən bir insan kimi hiss etməsinə səbəb ola bilir. Nəticədə;

  • Rəddedilmişlik duyğusu yarana bilir;
  • Cütlüklər rahatlaya bilmir, aşırı stresslə yüklənirlər. Bu da  cinsi həyat xaricindəki günlük həyat paylaşımları, münasibətlərində gərginliyə gətirib çıxara bilir.
  •  Aldatma problemləri yarana bilir.

Bəs onda tərəflər necə davranmalıdır?

 - Tərəflər öncəliklə səmimi olmalıdır. Ünsiyyət quraraq dərdlərini, istəklərini, arzularını bir-biri ilə rahatca paylaşa bilməlidir. Nəyi istədiklərini, nəyi istəmədiklərini açıqca ifadə etməlidirlər.

 - Bu, özəl bir mövzu olduğu üçün istər Türkiyədə, istərsə də Azərbaycanda çox da dilə gətirilməməyə çalışılır və qulaqdandolma bilgilərlə problemlərini çözməyə cəhd göstərirlər. Bu, nə kimi problemlərə yol aça bilir?

 - Bu, problemlərin daha da böyüməsinə yol açdığı kimi, əslində sadə, asanlıqla çözülə biləcək məsələləri belə böyük bir problem halına gətirə bilir. Məsələn, cinsi əlaqəni başladan qadın əxlaqsızdır, ya da qadınlar cinsi həyatdan zövq alırlarsa, pis qadındırlardır - bu cür böyüdülən bir qadın öz cinsəl arzusunu gizlətməyi, hətta onu yox saymağı, basdırmağı öyrənir və zaman içərisində cinsi istəksiz, aqressiv, əsəbi hala gəlir.

 - Sizə ən çox kimlər müraciət edir? Qadınlar, ya kişilər?

 - Kişilər daha çox müraciət edir. Qadınlar ən çox vaginizim problemi ilə müraciət edir. Amma penisi bir kişinin hər şeyi olduğu üçün kişi hər problemində müraciət edir. Yəni, bizim ölkəmizdə belədir.

 - Cinsi terapiyada uğurlu nəticə faizi nə qədərdir?

 - Cinsi terapiyada kifayət qədər uğurlu nəticələr mövcuddur. Vaginizm və disparoniya pozğunluqlarının müalicə olunma faizi hardasa 95-100 %-dir. Əgər problem sırf cinsi funksiya pozğunluğudursa, yaxşılaşma faizi həqiqətən çox yüksək olur. Ancaq təməlində evlilik və münasibətlərdə problemlər varsa, o zaman ilk öncə ailə terapiyası tətbiq olunmalıdır.

 - Evlilik öncəsində gənclərin tibbi yoxlanışdan keçməsi münasibətlərə necə təsir edə bilər?

 - Türkiyədə evlilik öncəsi tibbi yoxlanışdan keçmək məcburidir. Əgər bir problem çıxarsa da, onun gec olmadan qarşısı alınmalıdır.

 - Cinsi problemlər xəyanətə səbəb ola bilərmi?

 - Aldatma səbəbi ola bilər. Məsələn, qadında cinsi istəksizlik kişinin xəyanət etməsinə səbəb ola bilər. Çünki bir kişi 3-4 gündə bir boşalmalıdır. Əgər kişi mastrubasiya yasaqdır, günahdır deyə düşünürsə, bu kişi  böyük bir ehtimalla xəyanəti seçəcəkdir.

 - Qadınların kabusu - vaginizm nədir? Necə yaranır?

 - Bu, əslində çox geniş bir mövzudur, amma mən qısaca anlatmağa çalışacağam. Vaginizim, qadınların bir sıra psixoloji qorxular, narahatlıqlar səbəbiylə ilk cinsi birləşmə yaşayacaqları gecədə həyat yoldaşlarını sevmələrinə, aralarında səmimi bir münasibət olmasına rəğmən, cinsi birləşmə anında vaginal əzələlərin spazması nəticəsində penisin vaginaya girməsinə izn verməməsidir. Təmamən psixoloji bir xəstəlikdir. Müalicəsi də yalnız psixoterapiya ilə mümükündür. Nə dərman, nə ginekoloq, nə keyidicilər, nə botoks - heç bir şey işə yaramaz. Sadəcə və sadəcə psixoterapiya və cinsi terapiya ilə müalicə edilir.

 - Bəs bu xəstəlik necə yaranır?

 - Bizim uzun illər boyunca şüuraltımıza yeridilimiş olan bir sıra miflərimiz var. Uşaq böyüdülərkən, tərbiyə prosesində xüsusən qız uşaqlarına ayaqlarını yığıb otur, ağaca dırmanma, velosipedə minmə (qızlıq pərdəsinə zərər gələr deyə), oğlanlarla oynama, danışma - ayıbdır, qız uşağı özünü qorumalıdır, gizləməlidir, ora-bura hoppanma, qaçma, yıxılarsan qızlıq pərdən zərər görər, dağılar, partlayar və s. bu kimi tabularla böyüyən qız uşağı  böyüyüncə də nə edir?! Özünü rahat buraxa bilmir, açıla bilmir. Bəzən yanıma gələn xəstələr deyirlər ki, “yox, Sibel xanım, mən həyat yoldaşımı sevirəm, onunla çox xoşbəxtəm, çox rahatam və s”. Onlara izah edirəm ki, bax, sənin beynin onun sənin yoldaşın, ailən olduğunu qəbul edir, amma şüuraltın böyüdülmüş olduğun tabular səbəbilə yoldaşına qarşı belə özünü qorumaya alır, özünü qapadır.

 Daha bir səbəb kimi, cinsəl bilgi azlığını göstərə bilərik. Yəni qadın öz bədənini tanımır, cinsi birləşmə nədir və əslində necə olur bilmir. Sadəcə kənardan eşitdiyi ağrılıdır, qanayır və s. kimi bilgilərlə özünü kodlayır və beləcə, cinsi birləşməni rədd edir. Və ya kişi ilə bağlı ola bilir. Məsələn, kişi ilk cinsi birləşmədə qadının həssasiyətini anlamaya bilir, ona zor tətbiq edir, onu təhqir edir və ya kobudluq göstərir. Bunlar da vaginizmin yaranma səbəbi ola bilir.

 Başqa bir səbəb kimi qadının keçmişində hər hansı bir travmasının olması, istənməyən evliliyin olması və s. vaginizmə yol aça bilir. Səbəblər əslində o qədər çoxdur ki, hər bir şəxsə görə fərqli ola bilir. Məsələn, sizə öz klinik təcrübəmdən birini danışacağam. Yanıma bir cütlük gəldi. Qadın Antalyanın uzaq rayonlarının birində doğulub böyümüş bır qız olur. Hava yollarında çalışan bir bəylə ailə qurub şəhərə köçürlər. İIlk gecələrində bərabər ola bilmirlər. Qadında vaginizm! Səbəbi araşdırdıqda ortaya nə çıxdı bilirsinizmi?! Deməli, bu qızın ailəsinin bir ferması var. Və qız ta uşaq yaşlarından ailəsi ilə birgə bu fermada işləyir. Hər dəfə inəklərin doğum anını görür, qorxur. Ən pisi də valideynləri hər dəfəsində doğum anında ləyənə tokülən o qanları təmizləməyi, atmağı qıza tapşırır. Qız ağlayır, sızlayır, bu işi görmək istəmirəm deyir. Amma valideynlər də elə bilirlər ki, uşaq iş görməkdən boyun qaçırır. Bu qorxu, travma nəticəsində qızın şüuraltında doğum çox pis, iyrənc, ağrılı  bir hadisə olaraq həkk olunur. Baxın, burda qadının qorxduğu cinsi birləşmə deyil əslində. Qadın bilir ki, cinsi birləşmə sonrasında, hamilə qala bilər, doğa bilər. Avtomatik olaraq şüuraltı işə düşür və cinsi əlaqəyə izn vermir. Bu zaman biz öncə qadının qorxuları üzərində işləyir, daha sonra cinsi terapiya tətbiq edirik.

 - Bəs Sibel xanım, cinsi terapiya ilə vaginizmin müalicə olunma faizi yüksəkdirmi?

 - Çox yüksəkdir. Tam iddia edərək deyirəm ki, 12 seansda ( 3-4 ay) təmamən aradan qalxa bilir.

 -  Bu terapiya zamanı cütlüklərin ikisinin də iştirak etməsi zəruridirmi?

 - Mütləq! Əgər qadın gələr, kişi gəlməzsə, biz bu xəstələrlə işləmirik. Çünki sadəcə vaginizm deyil, bütün cinsi terapiyalar bir cütlük terapiyasıdır. Biri olmazsa, əsla olmaz! Hətta biz deyirik ki, vaginizmin həll edicisi kişidir. Yəni bu prosesdə kişi çox anlayışlı, uyumlu olmalı, verilən çalışmaları yerinə yetirməli, hər zaman xanımın yanında olmalıdır. Başqa cür bu problem çözülə bilməz!

 - Bu 12 seansda həll təmaman həll olur dediyiniz problemi gizləyərək, ört basdır edərək illərlə gözləyən ailələr var təəsüf ki...

 - Doğrudur. İllərlə gözləyərlər, ginekoloqlara gedərlər, mollalara gedərlə, dərmanlar istifadə edərlər, amma heç bir nəticə verməz. Türkiyədə cinsi terapiya üçün müraciət edənlərin 90 %-i vaginizm problemiylə gəlirlər. Çünki cinsi birləşmə olmadığı halda, ailə tamamlanmış, evlilik başlanmış sayılmır. Amma bəzən qadınları ilə bərabər kişilərin də qorxuları olduğu üçün gizlətməyi üstün tuturlar. Kimsə bilər, kimsə eşidər, ətrafa yayılar biabır olarıq düşüncəsiylə.

 - Vaginizm qadının və kişinin psixologiyasına necə təsir edir?

 - Qadın özünü çox dəyərsiz, “hamının rahatlıqla edə bildiyi şeyi mən edə bilmirəm”, - deyə  yetərsiz hiss edə bilər, yoldaşı qarşısında utanc, günahkarlıq duya bilər. Kişi də, “məni istəmədiyi üçün izn vermir”, - deyə düşünüb, özünü dəyərsiz, incinmiş hiss edə bilir.

 -  Keçək digər geniş yayılmış bir problemə - kişilərdə erkən boşalma. Sibel xanım, bunun da səbəbi təmamən psixolojidirmi?

 - Kişi ilk öncə tibbi müayinəyə göndərilir. Əgər heç bir tibbi səbəbi yoxsa, deməli, təmamən psixolojidir. Oğlan uşağı xüsusən yeniyetməlik dövründə masturbasiya edərək boşalmağı öyrənir. Bunu edərkən tez-tez, sürətli şəkildə etdiyi üçün zaman içində də erkən boşalmağa meyllilik yaranır. Və ya hər şeyi sürətlə etməyi xoşlayan, səbrsiz, məsələn, sürətli yeməyi, gəzməyi, maşın sürməyi sevən adamlar tələskənliyi öyrəndiyi üçün cinsi əlaqə zamanı da tez boşalmağı öyrənirlər. Burda da əslində səbəblər olduqca çoxdur və müxtəlifdir. Məsələn, birini deyim: kişi qadın modeli olaraq anasını görür, anası kimi bir xanım tapır, onu həqiqətən çox sevir və ailə qurur. Amma şüuraltı ana ilə cinsi birləşmə olmaz deyə bildiyi, qəbul etdiyi üçün  də bəzən erkən boşalma və ya erektil disfunksiya kimi problemlər yarana bilir. Bu da təmamən psixolojidir, psixoterapiya və cinsi terapiya ilə aradan qaldırıla bilir.

 - Bu vəziyyətdə qadın və kişi necə davranmalıdır?   

 - Diqqət edin, demişdik ki,vaginizmdə həll edici  faktor kişidir, burda isə artıq məsuliyyət qadının üzərinə düşür. Yenə cinsi terapiyaya birlikdə gəlməlidirlər, çalışmaları birlikdə etməlidirlər və bu dəfə anlayışlı, səbrli, uyumlu olması gərəkən tərəf qadın olmalıdır.

 - Siqaret və içki cinsi həyata təsir edirmi?

 - Həddindən çox istifadə edilərsə, təsir edə bilir. Məsələn, 40-45 yaşlardan sonra aşırı dərəcədə siqaret və içki içən kişilərdə erektil disfunksiya (penisin sərtləşməməsi) çox sıx görülən problemlərdəndir.

 - Son illərdə tez-tez gündəmə gələn homoseksuallıq nədən yaranır? Bunu da psixoloji bir xəstəlik saya bilərikmi?

 - Homoseksuallıq anadangəmlə və sonradan yaranma ola bilir. Əgər anadan gəlmədirsə, hormonal, fizioloji bir prosesdirsə, biz buna qətiyyən müdaxilə etmirik, müdaxilə etmək haqqımız yoxdur çünki. Yox, əgər sonradan yaranmışsa, bis sıra psixoloji faktorlar təsir etmişsə, bəli, bunun üzərində çalışırıq. Bu səbəblər hansılar ola bilər:

  • Uşaqlıqda şiddət, təcavüz.
  • Uşaqlıqda qarşı cinslə yaşanmış neqativ bir təcrübə
  • Ciddi ailə problemləri
  • Ailədə rolların düzgün paylanmaması, çox ciddi və qapalı bir ata obrazı, anaya çox meylilik
  • Cinsi funksiyalar pozğunluğu səbəbilə yaşanmış ağrılı, acılı, problemli cinsi təcrübələr
  • Oğlan uşaqlarının qız, qız uşaqlarının oğlan kimi böyüdülməsi və s.

 - Valideynlərə nə tövsiyə edərsiniz? Əgər övladları homoseksuallığı seçmişsə, necə davranmalıdırlar?

 - İlk öncə qınamayacaqlar və onlara həssaslıqla yanaşacaqlar. Ona dəstək olmalı, mütəxəssis köməyi almaq üçün razı salmalı, bütün müddət boyunca onun yanında olduğunu hiss etdirməlidir. Əksinə, kobud, incidici davranar, onu təhqir edər, qınayarsa, uşağı öz dünyasına, öz düşüncələrinə və tək rahatlıq tapdığı homoseksuallığa itələmiş olar. Ona görə də ilk öncə səbr və professional mütəxəssis yardımı lazımdır, dediyim kimi, əgər proses psixologidirsə.

 - Stress və çətin həyat şərtlərinə bağlı olaraq yaranan cinsi istəksizliyi çözmək üçün nə etmək olar?

 - Həyat onsuz da başdan başa bir stressdir. Evlilik və münasibətləri həmişə canlı saxlamaq lazımdır. Əgər bir evlilik və ünsiyyət problemləri varsa, biz ilk öncə cütlüklərimizi ailə terapiyasına alır, daha sonra cinsi terapiya ilə məşğul oluruq. Çünki ailə problemlərinin özü  cinsi problemlərə, cinsi istəksizliyə gətirib çıxarır. Evlilik və cinsəllik o qədər iç-içə keçmiş bir prosesdir ki, stressorlar evliliyə, evlilik isə cinsi həyata təsir edir. Biz belə vəziyyətdə hər zaman bütün cütlüklərimizə, hər bir işə, hər bir məşğuliyyətə, stressə və s. rəğmən gündə ən az 1 saatlarını bir-birləri ilə keyfiyyətli bir zaman keçirmək üçün ayırmalarını məsləhət görürük. İnanın mənə, bu, o qədər çox təsir edir ki, evliliyin dinamikasına…

 - Sağlam bir münasibət üçün cinsi əlaqə sayının və müddətinin bir önəmi varmı?

 - Xeyr, heç bir önəmi və norması yoxdur. Bu, hər bir cütlüyün istəyinə, tələbatına görə dəyişə bilən prosesdir. Amma yenə də biz klinik təcrübəmizdə həftədə 2-3 dəfə cinsi əlaqəyə girmənin daha sağlıqlı olduğunu müşahidə etmişik. Bir daha dediyim kimi, bu, bir konkret göstərici deyil, ailədən-ailəyə dəyişə bilir.

 - Son olaraq, Sibel xanım, gözəl və sağlam bir cinsi münasibət necə olmalıdır və bu münasibətdə nələrə diqqət etmək lazımdır?

 - Qadın və kişi hər şeydən öncə bir-birini dinləyə bilməli, bir-biri ilə danışa bilmədirilər. Seks olduqca həssas, qadın və kişinin həddindən çox travma ala biləcəyi, incinə biləcəyi  bir sahədir. Odur ki, tərəflər bir-birinə incəliklə, sevgilə, səbrlə yanaşmalı, sadəcə yataqda deyil, yatağa qədərki günlük həyatda belə bu dəyəri, diqqəti, sevgini, şəfqəti hiss etdirməlidir.  

Fəridə Qasımova

Go Back

Aygün Ağabalayeva: Aşırı dərəcədə internet asılılığı , depressiya,sosial fobiya və intaharın xəbərçisi ola bilər

Günümüzdə  İnternet bir çox işlərimizi asanlaşdırdığı kimi, məqsədsiz və səmərəsiz istifadə nəticəsində həyatımıza bir sıra problemlər də gətirmişdir. Son illərin statistikasına əsasən boşanan ailələrdə, intaharlarda  ən əsas səbəb kimi internetdən istifadə, sosial şəbəkələrdə qurulan virtual münasibətlər götürülür.Müsahibimiz Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva bu barədə öz fikirlərini bizimlə bölüşdü.

        Aygün xanım, bir psixoloq kimi nə deyə bilərsiniz, bugün internet gənclərimizin həyatında hansı rola sahibdir və əvvəlki gənclik ilə yeni nəslin psixoloji durumunu ələ aldıqda hansı fərqlər ortaya çıxır?

-          İnternetin bugünkü gənclərimizin həyatında həm mənfi , həm də müsbət  rolu vardır.Baxır internetdən kim necə istifadə edir.Yeni nəsil ilə keçmiş nəslin müqayisəsini götürdükdə, qeyd edə bilərəm ki,əvvəllər insanlar canlı ünsiyyətə daha çox üstünlük verirdilər. Indi gəncələr vaxtlarının o qədər çox hissəsini internetdə, çatda, sosial şəbəkələrdə keçirilər ki, real ünsiyyət bacarıqlarının itirirlər. Baxırsanki, virtual olaraq 200-300 dostu olan insanların real həyatda bir dostu belə yoxdur. Heç kimlə düzgün münasibət qura bilmirlər. Bu baxımdan götürsək, əvvəlki nəsl ilə indiki arasında ən başlıca fərq ünsiyyət problemidir.

-         Bu gənclərdə nə kimi psixoloji narahatlıqlar doğura bilir?

-         Aşırı dərəcədə internet asılılğı depressiya, sosial fobiya və intaharın xəbərçisi ola bilər.Indi ailələrdə valideynlərin ən əsas şikayətləri nələrdir? Uşaq gəlir evə, qapanır otagına, saatlarla çölə  çıxmır. Yalnız yazışır, müxtəlif sosial şəbəkələrdə dövr edir.  Beyin o qədər yorulur və yüklənir ki, artıq valideynlərin ən xırda sözünə belə aqressiya ilə cavab verir. Ailədə heç kimlə ünsiyyətdə olmur, real dostlarından və  ata-ana, bacı-qardaşından uzaqlaşır. Belə vəziyyətdə olan gənclər, uşaqlar real həyatda hansısa bir çətinliyə duşdükdə, mübarizə apara bilmir, problemlərini, hislərini paylaşacaq gerçək dostu olmadığı üçün, özünü yalnız hiss edir, özünü real həyatda tapa bilmir. Bu insanlar depressiyaya daha çox meylli olurlar və çox vaxt çıxış yolunu intaharda görürlər.

-         Virtual yolla qurulan münasibətlər  nə dərəcədə doğrudur?

-         Bizim Azərbaycanda ailələrində ənənəvi tərbiyə üsullarından istifadə edilsə də, uşaqları internetdən təmamilə təcrid etmək mümkün deyildir. Hardan, nə yolla olsa da bir vasitə tapacaq, facebook və ya digər şəbəkələrə girəcək, yazışacaq. Yəni etiraf etmək lazımdır ki, bu günün realığıdır. Bunun bir tərəfi də var ki, virtual yolla qurulan münasibətlərdə sən əmin ola bilməzsən ki, qarşındakı qızdır ya oğlandır. Mənim təcrübəmdə  belə bir hadisə olmuşdu. Bir pasientim, Facebookda bir xanımla tanış olur, onunla 6 aydan çox danışır, münasibətdə olurlar. Oğlan bu xanıma əməlli başlı vurulur. Ama sonra aydın  olur ki, sən demə oglanın danışdığı heç xanım deyil onun hansısa bir oğlan tanışı imiş və ona belə bir zarafat edirmiş. Həmin bəy bu hadisədən çox böyük bir travma almışdı. Olur, amma nadir hallarda olur ki , virtual yolla tanış olurlar və sonra münasibət real həyatda da davam edir, ailə qururlar. Amma yenə də  belə məsələlərdə bir qədər ehtiyyatlı və tədbirli olmaq lazımdır.

-         Mən də elə indi bu mövzuya toxunacaqdım Aygün xanım, indi dəb halını alıb, gənclər virtual olaraq tanış olurlar,uzun bir müddət heç görüşmədən münasibətdə olurlar  və bir anda ailə qurmağa qərar verirlər. Bu cür qurulan ailələr nə dərəcədə özünü doğruldur?

-         Bilirsiniz, evlənmək asandır, evli qalmaq çətindir. Bilmək olmur ki, sonrasında necə olacaq, kimi nə gözləyir.  İllərlə tanıyırsan, birgə yaşayırsan sonra elə bir hərəkətini görürsənki, təəcüb içində qalırsan, necə ola bilər ki, mən onu tanımamışam, deyirsən özün-özünə.O ki, qalsın bir-birini heç görmədən, real ünsiyyətdə olmadan bir anda qurulan ailələr. Az öncə də qeyd etdiyim kimi, uğurlu alınan münasibətlər də olur. Amma aldanan , ziyan çəkən insanlarda az deyil.

-         Son günlərdə ailələrin boşanma səbəbi tərəflərin sosial şəbəkələrdə qurduqları tanışlıqlar əsas götürülür, buna münasibətiniz?

-         Baxın virtual münasibətlərə ən çox kimlər üstünlük verir? Yeniyetmələr! Son zamanla gündəmdə çox hallanan, rayonlarda qızların evdən, toy günü gəlinlərin toylarından qaçması halları da birbaşa və ya dolayı bununla əlaqədardır. İnternetdə danışır, yazışır, heç tanımadıqları insana aldanıb, qaçıb gəlirlər. Sonrakı talelərini isə siz düşünün artıq. Ailəli insanların həyatında da müxtəlif problemlər yarada bilir. Yenə dediyim kimi əgər internetdən düzgün istifadə edilməzsə! Ailələrdə müxtəlif qısqanclıqlar, xəyanət və s. halların  çox sıx-sıx yaşandığı görülməkdədir.

-         Uşaqlarımızın kompyuterdən, internetdən asılılığını necə azaltmalı?

-         Qadağan olunmuşlar insanı daha böyük bir ehtirasla çəkir özünə. Biz uşağa dedikcə ki, sən bununla məşğul olma, o əksinə həmin şeyə daha çox maraq göstərəcək. Bu qadağanı hansı formada dediyimiz, uşağa necə çatdırmağımızdan çox şey asılıdır. Qətiyyən kobudluğa əl atmaq olmaz. Bu valideyn ilə övladı arasında konflikt yaradacaq, uşaq üzdə bəlli etməsə də, daxilən gərginləşəcək, narahat olacaq və bu da dərslərinə, ətraf mühiti ilə münasibətinə təsirsiz ötüşməyəcək.  Əgər uşağı komputerdən, internetdən uzaq tutmaq istəyirsənsə, onun vaxtını nəiləsə əvəz etməlisən. Dərs vaxtından əlavə uşaqlar yaxşı olardı ki, idmana yazılsınlar, qızlar üçün rəqs çox yaxşı olardı, rəsm kursları olsun. Yəni ki, boş vaxtlarını həm zövq alaraq keçirsinlər. Bununla siz övladınızın ətrafında canlı ünsiyyət qura biləcəyi sağlam bir mühit yaratmış olarsınız. 

Əlbətdə ki, internet də olmalıdır. Uşaqları bundan təmamilə uzaq tutmaq alınmır onsuzda. Ancaq biri var ki, 4-5 saat otursun kompyuter arxasında, biridə varki 1 saat. Bir də valideynlərə əsas tövsiyyəm, müəyyən yaşlarda mütləq uşaqların özünə hiss elətdirmədən, internetdə hara girdiklərinə, nə ilə maraqlandıqlarına, kimlərlə ünsiyyət qurduqlarına nəzarət etsinlər. Amma yenə də qeyd etdiyim kimi, kəskin və kobud formada deyil. Bununla əksinə uşaqlarını  özlərindən uzaqlaşdırmış olarlar.

-         Sonda bir psixoloq kimi gənclərə tövsiyyəniz?

-         Internet elə bir məhfuma çevrilib ki müasir dünyada, ondan yan ötüşmək heç cür mümkün deyil. Elə mən özüm də günün müəyyən hissəsi internetdən istifadə edirəm. Gənclərə tövsiyyəm odur ki, internetin sadəcə müsbət xüsusiyyətlərindən faydalanıb, onu öz inkişafları üçün təkanverici qüvvəyə çevirsinlər.

Fəridə Qasımova

 

Go Back

GƏRAY GƏRAYBƏYLİ : "Yersiz deyilən söz bəzən insana güclü fiziki zərbələrdən də çox təsir edə bilər!"

“Düşüncə” jurnalının bu sayının qonağı Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəylidir.

 - Gəray müəllim, siz məşhur nəsildənsiz və biz bu nəsli incəsənət sahəsində tanıyırıq. Necə oldu ki, Gəray müəllim, incəsənəti deyil, tibb və psixiatriyanı seçdiz?

 - Yəqin ki, hər bir insanın həyatında onun ağsaqqalı, böyüyü vacib rol oynayır. Mənim üçün rəhmətlik babam – Azərbaycanın xalq artisti Ağsadıq Gəraybəyli məşhur adam olmayıb. Mən onun məşhurluğunu sonradan, artıq o, dünyadan köçəndən sonra bildim. Mənim üçün babam sadəcə çox səmimi, məni çox istəyən, yaşlarımızda böyük fərqin olmasına baxmayaraq, yaxın dostum olub.

Mən, uşaqlıqda xokkey və futbol həvəskarı idim. Valideynlərim mənə axşamlar televizora baxmağa icazə vermirdi. Deyirdilər ki, sabahsı məktəbə getməli, dərs oxumalıyam və s. Babamın otağında bir dənə balaca televizor var idi. Həmişə hamı yatandan sonra məni televizorda xokkey və futbola baxmağa çağırırdı. Rəhmətlik babam çox istəyirdi ki, mən onun addımlarıyla gedim. Mənim də teatrla müəyyən qədər əlaqəm vardı. Səhər valideynlərim işə gedirdi və mən babamla qalırdım. Çox vaxt babam məni teatra məşqlərə aparırdı. Mən səhnə arxası həyatı, məşhur adamları görürdüm. 

Babamın altı nəvəsi vardı. Mən həm oğul nəvəsi idim, həm də bir yerdə yaşayırdıq, çox yaxın idik. Mən hiss edirdim ki, babam onun yolunu davam etdirməyimi istəyirdi. Nənəm isə istəmirdi. Deyirdi ki, “Bir aktyorumuz var bəsdir, uşağı bədbəxt eləmə!”. Bilmirəm o, nəyə görə belə deyirdi.

 Sonra, hardasa 8-9 sinifdə oxuyarkən tibb elminə marağım yaranmağa başladı. Rəhmətlik bibim qızı məndən 6 yaş böyük idi. O, Tibb Universitetinə daxil olarkən mən onun anatomiya, farmakologiya kitablarını vərəqləməyə başladım və məndə tibb elminə həvəs yarandı. Psixiatriyaya gəlməyimin əsas səbəbkarı isə rəhmətlik Ağabəy Sultanovdur. Ağabəy müəllimin mühazirəsi mənə o qədər təsir etdi ki, nevrologiya ya da psixiatriyanı seçəcəyimi qərara aldım.

Psixiatriyanın seçilməsində yəqin ki, babamın da rolu var. Çünki psixiatriya sırf bir tibbi fənn olasa da, psixiatrın işi yaradıcılıq da tələb edir. İstər mühazirənin oxunmasında, istərsə də xəstə ilə münasibətdə, bəzən sən hansısa bir rola girməlisən. Misal üçün, xəstə gəlib deyir ki, “Mən danışmayacağam”. Deyirsən ki, “Nəyə görə?”. Cavab verir ki, “Heç kim mənə inanmır. Məni izləyirlər. Mənim yeməyimə zəhər qatırlar”.  Görürsən ki, xəstə çox qapalıdır. Ünsiyyət qurmaq olmur. Amma onunla münasibət qurmaq üçün bir neçə dəqiqəlik, 10-15 dəqiqəlik hansısa rola girmək lazım olur. Bunun üçün mən xəstəyə deyirəm ki, “Bəli, mən inanıram ki, səni izləyirlər. Səni artıq bir-iki aydır ki, izləyirlər”.  Bundan sonra xəstə ünsiyyət qurmağa başlayır.

Heç vaxt yadımdan çıxmaz. Çox cavan həkim idim. Növbələrdə qalırdım. Növbələrin birində məni təcili çağırdılar ki,  bir nəfər xəstə hər şeyi vurub dağıdır. Qışqırır ki, “Məni bu dəqiqə buraxın, gedirəm”. Xəstə şüşəni də qırıb əlində saxlayır ki, ya özünü kəssin ya da ki, kiməsə hücum etsin. Mən də onu sakitləşdirmək üçün dedim ki, “Yaxşı, çıxmaq istəyirsən çıx. Amma heç olmasa icazə ver ki, sənin beynini rentgendən keçirək. Ondan sonra, lap indi get”. Xəstə də razılaşdı. Mən də tibb bacısına tapşırdım ki, aparatı, iynəni hazırlasın. Onun buraxılışını da yazsın. Bunu etməyimdə əsas məqsəd ona sakitləşdirici iynə vurmaq idi. Düzdür, kimsə deyə bilər ki, aldadırsız. Amma bunu xəstənin xeyrinə edirik. Xəstəyə sakitləşdirici iynə vurulur və xəstə yatır. Səhər xəstə oyananda artıq sakit olur və müalicəni davam etdirməyə icazə verir.

 - Bəziləri qeyri-adi davranışı olan insanları psixi xəstə kimi qəbul edirlər? Ümumiyyətlə, psixi xəstəliyi olan insanı sağlam insandan necə fəraləndirmək olar? Davranışı qəribə görünən insanları psixi xəstə adlandırmaq olarmı?

 - Qətiyyən yox. Bu sualın cavabını izah etmək üçün mənimlə baş verən bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm.  Xatırlayıram ki, bir gün mühazirəmi bitirdikdən sonra otağıma qayıdanda dərs dediyim tələbələrdən 3 nəfər qızın tənginəfəs halda mənim kabinetimin qabağında dayandığını gördüm.  Onlar həyacanla mənə dedilər: “Gəray müəllim, bizim sizə təcili sualımız var”. Mən də cavab verdim ki, “Nə baş verib?, Buyurun, soruşun”. Onlar da “Biz  indi Semaşka xəstəxanasından gəlmişik. Dərsdə bir qrup yoldaşımız qəribə şeylər deyirdi. Gəray müəllim, biz öyrənmək istəyirik, bu normaldı yoxsa normal deyil?”, - deyə sual verdilər. Mən də onlardan qızın dərsdə nə danışdığına qulaq asandan sonra cavab verdim: “Bilirsiz, təkcə sizin mənə dediyiniz cümlə əsasında bu cür davranışın normal yoxsa patologiya olduğunu deməyə çətinlik çəkirəm. Mənə əlavə məlumat lazımdır. Amma bircə bunun üçün sizin ordan durub bura gəlməyiniz tam normal deyil”.

 Norma və patologiya arasında heç bir konkret sərhəd yoxdur. Düzdür, elə davranış formaları var ki, insan tibb universitetinin və ya psixologiya fakültəsinin tələbəsi olmasa da, həmin insana baxarkən onun normal davranmadığını deyə bilər. Bu qabarıq formaları nəzərə almasaq, norma və patologiya arasında konkret sərhəd yoxdur. Yəni fərdilik, temperament, xarakter xüsusiyyətləri fərqli və rəngbərəngdir. Ola bilsin ki, bir insanın davranışı kimsə tərəfindən qəbul olunsun, kimsə tərəfindən yox. Mən mühazirələrimdə tələbələrə misal gətirirəm ki, təzə alınmış bir kostyumda və ya paltarda evdən çıxdığınızı, çoxdan səbirsizliklə gözlədiyiniz hansısa bir dostunuzun və ya rəfiqənizin xeyir işinə getdiyinizi təsəvvür edin. Blokdan çıxanda kimsə sizin üstünüzə çirkli su tökür. Sizin reaksiyanız necə olacaq? Bu reaksiyaların çox olmasına baxmayaraq, bunları bir neçə qrupa bölmək olar. Biri deyəcək ki, “Nə, mənim üstümə su tökmüsüz? Mən o, adamı tapmamış, başına oyun açmamış, başına iki vedrə su tökməmiş sakitləşə bilmərəm. Nə toy, nə bayram? Toy da, bayram da yadımdan çıxacaq!”. Kimsə deyəcək ki, “Mən bunu yersiz bir zarafat qəbul edəcəyəm. Fikirləşəcəyəm ki, əsas məqsəd toya getməkdir. Gedib paltarı dəyişəcəyəm”. Kimsə pilləkənın üstündə oturub ağlamağa başlayacaq. Deyəcək ki, “Mənim bəxtim belədir də... Ayda, ildə bir dəfə harasa gedəcəyəm, bu da belə”. Bu reaksiyalar eyni qıcıq üzündən baş versə də cacablar müxtəlifdir. Fikir verin ki, birinci cavab verən adam üçün 3-cü adamın cavabı qətiyyən normal deyil. 3-cü adam üçün birincinin cavabı normal sayılmır.

İnsanların davranmasına şərait də təsir edir. Təsəvvür edin ki, yaydır, hava çox istidir. Çimərliklərin birində cavan oğlanın cavan qızla söhbət etdiyini, əlində dondurma da tutduğunu görürsüz. Əyinlərində isə çimərlik geyimləridir. Bu normaldır. Dayanıb söhbət edirlər. İndi həmin adamları, həmin gün və həmin görünüşdə Nizami Kinoteatrının qabağında təsəvvür edin. Onda nə edəcəksiz? Bu zaman psixiatriya xəstəxanasına zəng edəcəksiz? Düzdürmü? Nə dəyişdi? Şərait.

 Qeyd edək ki, insanların davranışında adət-ənənələrin də rolu mühümdür. Misal üçün, Afrikanın müəyyən ölkələrinin özünəməxsus adət-ənənələri var. Bəzilərimiz bu adət- ənənələrə riayət edən adamlara baxanda onlarda şizoid əlamətlərin olduğunu deyə bilərik.

 Heç vaxt yadımdan çıxmaz. Neçə ilin söhbətidir. Almaniyadan bir professor, psixiatr gəlmişdi. O vaxt mehmanxanalar o qədər də çox deyildi. Rəhmətlik Ağabəy müəllim də onun qeydinə qalmağı mənə tapşırmışdı. Bir psixiatrın evi boş idi, kirayə verilirdi. Biz də fikirləşdik ki, hələlik orada qala bilər. Almaniyadan gələn qonaq üç gün orada qaldı.  3 gündən sonra Almaniyadan gələn psixiatr yola düşəcəkdi deyə, onu sonuncu şam yeməyinə dəvət etmişdik. Şam yeməyi zamanı qonaq yaşadığı evin sahibinə deyir: “Bilirsən sənin qonşuların özünü anormal aparırlar. Mən səhər tezdən eyvana çıxanda üzbəüz binanın eyvanında gördüm ki, bir ana hansısa od parçasını yandırıb qızın başına fırlayır. Yəqin ki, bu zaman nəsə də deyirdi. Mən eşitməsəm də, dodaqlarının tərpəndiyini görürdüm”. Amma bizim üçün bu normal davranışdır. Belə ki, qadın üzərik yandırır. Bu bizim adət-ənənəyə uyğundur.

 Bu sadaladığım səbəblərə görə də, psixiatrlar çox çətinliklə miqrasiya edib, başqa yerdə həkim işləyə bilirlər. Belə ki, psixiatriya üçün nəinki dili müəkəmməl bilmək, həm də etnopsixologiyanı bilmək lazımdır. Azərbaycanın özündə nə  qədər bölgələr var. Biz hətta bəzi bölgələrdən olanların tam dediyini də anlamırıq. Misal üçün, xəstə hansısa ucqar kənddən gəlib. Onun ləhcəsini başa düşmək isə çox çətindir.

Ümumiyyətlə, norma və patologiya rəgbərəng qammadır. Yaşlı insan üçün normal olmayan şeylər cavanlar üçün normaldır. Vaxtılə, hansısa psixologiya üzrə mühazirədə tələbələrə 3 və ya 4 tarixi kitablardan parçalar oxunurdu. Bu parçalardan birində deyilirdi ki, “Əşi bugünkü cavanlar tamamilə bizim düzgün yolumuzla getmirlər. Azıblar. Bunların gələcəyi necə olacaq?”, 2-cidə də təxminən belə, 3-cüdə də cavanlara qarşı tənqiddir. Sonradan onların müəlliflərinin adları və yazıldığı tarixlər açıqlanır. Məlum olur ki, bu məlumatlar arasında bir neçə əsrlər var.

- Bunu İ.S.Turgenev “Ata və oğullar” əsərində ümumiləşdirmişdi. Bu problem əbədi olaraq qalır.

 - Bəli, bəli. Bu problem həmişə qalır.

Ümumi götürsək insanın davranışını o zaman normal hesab etmək olar ki, davranış ilk növbədə özünə və cəmiyyətə heç bir ziyan gətirmir. Əgər bu əsas kriteri pozulursa, bu artıq qeyri-normal sayıla bilər. Psixi xəstəliyin konkret kriteriləri var. Psixiatriya elmində xüsusi beynəlxalq xəstəliklər təsnifatı hazırlanır. İndi ona İSD-10 deyirlər. Amerikada DSM-IV tətbiq olunur, indi artıq DSM-V çıxır və İSD-11 də hazırlanır. Bu kitablarda hər bir qoyduğunuz diaqnozun kriteriləri var.

 - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər, narahatlıqlar hansılardır?

 - Bilirsiz, dünyada psixiatriya elmində müəyyən tendensiyalar var. Dünyada olan tendensiyalar, dəyişikliklər, yaranan xəstəlikər Azərbaycandan kənar keçmir. Bu gün ilk növbədə depressiyaların və çox vaxt depressiyalarla bağlı olan intiharların sayı artır. Bu birinci tendensiyadır. Ikinci tendensiya stresslə bağlı olan xəstəliklərin artmasıdır. İndi ki, müasir təsnifatda bu xəstəliklər ayrıca qrupda birləşib.

Müasir dövrdə vaxtın məhdudiyyəti, daim tələskənlik, daim vaxt azlığı, səbirsizlik, yuxunun azalması, rejimin pozulması insanlarda psixi problemlərin yaranmasına səbəb olur. Vaxtilə insanlar saat 6-da evə gəlirdilər. İndi saat 6-da evə gələn adamlar azdır. Əksəriyyət saat 9-10-da evə yorğun vəziyyətdə qayıdır. Bu da öz növbəsində problemlər yaradır. Ümumiyyətlə, əsəb psixoloji gərkinlik artır.

İnsanın psixoloji müdafiəsi adlı mexanizmi var. Kiminsə psixoloji müdafiəsi güclüdür. Kimsə birtəhər dözür, kimsə stress keçirir, kimsə depressiyaya düşür, kimsə hipertoniya xəstəliyinə tutlur və s. Digər tərəfdən hiper informasiya da psixi narahatlıqların yaranmasına şərait yaradır.  Biz bunu hiss etmirik, amma hiper informasiya artıq həyatımızın ən vacib tərkib hissələrindən biridir. Səhər duran kimi ya televizoru açırıq, ya radionu qoşuruq. Əl-üzümüzü yuya-yuya nəyisə dinləyirik. İnformasiyanı qəbul etmək prosesi gecə yatağımıza girənə qədər davam edir. Nəticədə də insan hiper informasiyadan yorulur.

Hal-hazırda xroniki yorğunluq sindromu o qədər də fiziki işlə bağlı yorğunluq deyil. Bu daha çox zehni yorğunluqdur və ilk növbədə əsəbiliklə, hiper informasiya ilə bağlıdır.

 Konkret ciddi xəstəliklər də var. Məsələn, alsqeymer xəstəliyi. Azərbaycanda alsqeymer xəstəliyinə son 10 ildə diaqnoz qoyulur. Bu da artıq tibb elminin inkişafı ilə bağlıdır. 10 il bundan qabaq Azərbaycanda MRT yox idi. 15 il bundan qabaq Azərbaycanda KT (kompüter tomoqrafiyası) yox idi. Alsqeymer xəstəliyinə digər yaş demensiyası kimi diaqnoz qoyulurdu. Bu o demək deyil ki, alsqeymer xəsətliyi yox idi. Sadəcə indi bizdə daha incə diaqnostika metodları var. Xəstəni tomoqrammaya göndərib atrofiya zonalarını görəndə biz alsqeymer xəstəliyinin olduğunu təsdiq edirik.

Eləcə də, absessiv pozuntular həddindən artıq çoxalıb. Əvvəllər absessiv pozuntular bugünkü kimi çox deyildi. Ən qədim kitablarda bu pozuntular sayrışan hallar nevrozu kimi verilib.

 - Azərbaycanda dünənə qədər psixiatrlar psixoterapiya ilə də məşğul olurdular. Bu gün artıq psixologiya daha geniş tədris olunur. Daha çox psixoloqlar yetişdirilir. Gələcəkdə psixiatrlarla psixoloqların əməkdaşlığını necə görürsüz?

 - Bu əməkdaşlıq çox vacibdir. Gələcəkdə bu əməkdaşlığın çox uğurlu olacağını hesab edirəm. Bu sirr deyil ki, bütün dünyada psixi sağlamlıq məsələsi çox aktualdır. Ümumdünya səhiyyə təşkilatı, Avropa bankı, Dünya bankı, Beynəlxalq təşkilatlar, Avropa komissiyası Azərbaycana iki-üç ildən bir gəlib psixiatriya müəssisəsini yoxlayırlar.

Hər bir məktəbdə, hər bir cəmiyyətdə psixoloqların olması vacibdir. Lakin professional hazırlıq məsələsi nəzərə alınmalıdır. Hal-hazırda özünə psixiatr və ya psxioloq deyən qeyri-peşəkarlar çoxdur. Bəzən mən eşidirəm ki, kimsə hardasa 3 aylıq kurs bitirir və özünü psixoloq kimi qələmə verir. İnsanlar başa düşməlidirlər ki, bu məsuliyyətdir. Yersiz deyilən söz bəzən insana güclü fiziki zərbələrdən də çox təsir edə bilər.

 - Bu gün Azərbaycanda psixoloji mərkəzlərin fəaliyyətini necə dəyərləndirirsiz?

 - Hal-hazırda hər bir psixoloji xidmətin yaranması müsbət haldır. Məsələn, 5 il bundan əvvəl mənə xəstə və xəstənin qohumu müraciət edəndə psixoloji yardım almaq üçün onları hara göndərəcəyimi bilmirdim. Elə xəsətlər olur ki, onların gündəlik və ya həftəlik psixoloji yardım almağa ehtiyacları olur. Mənimsə buna vaxtım çatmır. Gündəlik gördüyüm xəstələrdən ən azı ikisini mütləq psixoloqun məsləhətinə göndərirəm. Ümumiyyətlə, psixoloji mərkəzlərin fəaliyyətinə insanların ehtiyacı var.

 dushunce.az

Go Back

Uşağı Necə Tərbiyə Etməli?!

 

 Əzizim Əzizdi,Tərbiyəsi Ondan Əzizdir!!!

Uşağı düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olur.

Məsuliyyət hissi adətən böyüklərdə, həyatı dərk edən insanlarda olur. Lakin uşağının layiqli övlad kimi yetişməsini arzulayan valideynlər uşaqlarına həyatının ilk illərindən məsuliyyətli olmağı öyrətməyə çalışırlar.

Uşaq psixoloqu Fəridə Həsənovanın sözlərinə görə, uşaqları məsuliyyətli olmağı öyrətmək lazımdır: “Bir sıra valideynlər bunu dərk etsələr də, təəssüf ki, uşağı çox əzizləyən və düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olur. Bu isə gələcəkdə bir sıra problemlərin yaranmasına səbəb olur. Uşaq böyüdükdən sonra buraxdığı səhvlərin kökündə elə məsuliyyətsizlik durur. Uşaqlıqdan çox əzizlənən, ərköyün uşaqlar böyüdükdən sonra da hərəkətlərinə cavabdeh olmurlar. Bundan başqa, uşaqlara məsuliyyətli olmağı öyrətməyəndə uşaqda bir sıra komplesklər də formalaşmağa başlayır”.

F.Həsənova bildirib ki, məsuliyyətsiz insanlarda özünə inam hissi də aşağı olur: “Uşağın məsuliyyətinə daxil olan işləri digərləri yerinə yetirəndə onun özgüvəni aşağı düşür. Valideyn uşağın əvəzinə hər şeyi edəndə uşaq şüuraltı olaraq bacarıqsız olduğunu düşünür. Misal üçün, uşaq fikirləşir ki, “Mən bacarsaydım, onlar bunu mənim əvəzimə etməzdilər”. Təbii ki, bu cür düşünmək özgüvəni aşağı salır.

Məsuliyyətsiz uşaqlarda psixo-fizioloji geriqalma da müşahidə olunur. Mütəxəssis bildirib ki, uşaq fəaliyyətdə olan zaman düşünür. İnsanın düşünməsi isə o deməkdir ki, onun idrak prosesləri inkişaf edir. Məsələn, analiz edir, diqqət sərf edir, təfəkkürünü işlədir və s. Uşaq fəaliyyətdə olduqda, misal üçün, nəyisə götürdükdə, apardıqda, qaldırdıqda və bu kimi digər yerinə yetirilən hərəkətlər zamanı bədənsəl inkişaf gedir.

 Onun dediyinə görə, uşağı məsuliyyət hissindən uzaqlaşdırdıqda o, çox nazlı və şıltaq olur. Yerli-yersiz qışqırır, qadağan olunan şeyləri istəyir, sözə baxmır, böyükləri manipulyasiya edir və s. Uşağın məsuliyyətinə daxil olan işləri digər şəxslər yerinə yetirəndə zaman keçdikcə uşaqda bu hal (iş görməmək) vərdiş halını alır. Məsələn, ayaq tutub gəzə bilən uşağı qucaqda daşıyan analar, uşaqda ərköyünlüyün təməlini qoyurlar.

 Psixoloqun bildirdiyinə görə, uşaqlarda məsuliyyətsizlik davranış pozuntusuna da gətirib çıxarır: “Məsuliyyət hissi aşılanmayan uşaq başqalarının əməyinə hörmətsiz yanaşır. Məsələn, ananın düzəltdiyi səliqəni pozur, götürdüyünü yerinə qoymur, paltarını soyunub yerə atır və s. Bütün bu hallar davranış pozuntusunun tərkibinə daxildir.

Bəs uşaqlarda məsuliyyət hissini necə aşılamaq olar? Uşaq psixoloqu nəzərə çatdırıb ki, uşaqları məsuliyyətli olmağa öyrətmək həm asandı, həm də çətindi: “Bunun metodikası çox rahat olduğu üçün asandır. Lakin valideynlərdən çox səbr tələb etdiyi üçün çətindir. Məsuliyyət aşılamanın metodikası dedikdə nəzərdə tutulan yaş dövrlərinə uyğun bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur.

Həsənova bildirib ki, uşaq anadan olandan 1 yaşadək olan dövrdə uşağa butulkadan su, süd yaxud bu kimi digər maye verdikdə çalışmaq lazımdır ki, uşaq butulkanı özü tutmağı öyrənsin. 1 yaşa yaxın dövrdə valideyn çalışmalıdır ki, uşağı geyindirib-soyunduranda o, özü də kömək etsin. Qollarını uzatsın, köynəyin içindən çıxartmağa cəhd etsin və s. Bunun üçün valideyn uşağı yönləndirməlidir. Ana uşağı geyindirərkən deyə bilər: “Ayağını qaldır, şalvarı geyin yaxud əlini keçir,balam və s”.

1-2 yaşarası dövrdə uşağa artıq ilkin komandalar verilməlidir. Həsənova qeyd edib ki, valideyn uşağa “ağzını aç”, “gözünü yum” və s. kimi sözlər deməlidir. Eləcə də uşaq tökdüklərini yığışdırmalı, sadə geyimlərini özü geyinməlidir. Corab, papaq, rahat ayaqqabılar və s.

2-4 yaşarası dövrdə uşaq artıq ev, ailə üçün faydalı olan işlərə də cəlb olunmalıdır. Psixoloqun məsləhətinə görə, ilkin olaraq uşağa sadə işləri buyurmaq olar. Məsələn, yemək zamanı süfrəni qurmaqda yaxud haranısa, nəyisə təmir etməkdə sizə kömək edə bilər. Sonra isə bu işlər get-gedə mürəkkəbləşdirilə bilər.

Müsahibimin sözlərinə görə, 4-6 yaşarası dövrdən etibarən, artıq uşağın ailədə konkret vəzifəsi olmalıdır: “Məsələn, qızınız mebelin tozunu ala bilər və yaxud oğlan yığılan zibili ata bilər. Əgər mebeldə toz olarsa, bunun səbəbini qızınızdan soruşmalısız. Bu cür işlər uşağı gələcək həyata hazırlayır və öhdəsinə düşən işlərə qarşı daha diqqətli yanaşmağı öyrədir”.

Psixoloq əalvə edib ki, uşağı sevmək, əzizləmək vacibdir və bunu hamımız etməliyik: “Ancaq qətiyyən onun edə biləcəyi işləri siz – böyüklər yerinə yetirməyin. Çünki bu davranış övladınıza olan sevginizdən irəli gəlsə də, onun inkişafını ləngidən halların toxumunu əkir. Necə deyərlər “əzizim əzizdi, tərbiyəsi ondan əzizdi”. 

dushunce.az

 

Go Back

Fuad İsmayılov: PEŞMAN DEYİLƏM!

Düşüncə” jurnalının bu sayının qonağı Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılovdur. F.İsmayılovla psixiatriyanın incəlikləri, problemləri, müasir dövrdə ən çox yayılan psixi pozuntular, depressiya və onun səbəbləri barədə söhbətləşdik.

- Uşaqlıqdan psixiatr olmağı arzulayırdınız?
- Bilirsiniz, mənim başqa çıxış yolum yox idi. Çünki, həm mənim atam psixiatriya üzrə professordur, həm də mənim rəhmətlik anam həkim psixiatr olub. Mən bu mühitdə böyümüşəm. Başqa bir seçimim yox idi. Mən indi yavaşyavaş bunu dərk edirəm. Mən uşaqlıqdan psixiatriya və psixologiya üzrə kitablar oxumuşam. Hələ o vaxtdan mənim bu sahəyə marağım vardı. Mən heç vaxt psixiatr olduğum üçün peşman olmamışam.

- İlk təcrübə illərinizi necə xatırlayırsınız?
- Bizdə o vaxt internatura sistemi idi. Və bu sistemə uyğun olaraq məni ölkədəki ən böyük psixiatriya xəstəxanasına– Məştəğada yerləşən 1 saylı Respublika PsixiatriyaXəstəxanasına göndərirlər. Orada 2000 nəfər xəstə vardı.
Mən işə cıxdığım ilk gün xəstəxananın birinci şöbəsinə gələndə bir oğlan mənə deyir ki, şöbə müdiri məzuniyyətdədir və o, müdiri əvəz edir. O, həm də əlavə edir ki, şöbədə 70 nəfər xəstə var: “Bu xəstələrin 35 nəfərini sən götür, 35 nəfərinə də mən baxım”. Mən də heç nə bilmirəm. İlk dəfədir ki, işə çıxmışam. Özümü itirdiyimə baxmayaraq oğlanla razılaşıram. Lakin işi necə görəcəyimi bilmirdim. Onda da mobil telefon yox idi ki, çətinlik olanda hər dəfə atama və ya anama zəng vurub məsləhət alım. Hansı xəstəyə nə deyəcəyimi, hansı dərmanları yazacağımı bilmirdim. Nəticədə çarəsiz qalıb dərmanlardakı göstəriciləri oxuyub, dərmanların təyin olunması barədə məlumatlar yığmağa başladım. Xəstələrlə mütəmadi maraqlanırdım. Yavaş-yavaş hansı xəstəyə hansı dərmanı təyin etməli olduğumu öyrənməyə başladım. Amma bir həftədən sonar həmin oğlan özü də məzuniyyətə çıxır. Və mən 70 nəfər xəstə ilə 52 gün tək işlədim. Bu da mənim ən böyük təcrübəm oldu. Psixiatriyanın nə olduğunu dərk etdim.

- 52 çətin iş günü sizə nə öyrətdi?
- Sovet dövründə bizə xəstələrə başqa cür yanaşmağı öyrədirdilər. Bizə deyirdilər ki, səndə ağ xalat var, bu zirehli geyim kimi bir şeydir. Sən xəstələrlə özünü çox sərt aparmalısan. Qoy onlar həkimdən qorxsun. Belə ki, psixi xəstəliklər, o cümlədən, depressiyadan tutumuş şizofreniyaya qədər kommunist ideolgiyasına uyğun gəlmirdi. Yəni ki, kommunistlər deyirdilər ki, Sovet İttifaqında hamı xoşbəxt olmalıdır: “Depressiya nə olan şeydir?” və ya “Şizefreniya nədir? Bizdə dəli ola bilməz!”. Ona görə bütün xəstələr cəmiyyətdən təcrid olunurdu. Xəstələrin cəmiyyətdə sərbəst yaşamağına imkan verilmirdi. Həkimlər xəstələrə yardım göstərmək əvəzinə əksinə çalışıblar ki, xəstələr xəstəxanada daha çox yatsın. Biz xəstələri evə tez buraxmaq istəyəndə bizə deyirdilər ki, “Siz niyə evə tez yazırsız? Qoy üç ayda yatsın, qoy beş ayda yatsın”. Lakin kommunist sistemi dağılandan sonra xəstələrə qarşı münasibət dəyişdi. Halhazırda həkimlər çalışır ki, xəstələrin şəraiti yaxşı olsun, xəstələr öz potensialını reallaşdıra bilsinlər və s. Avropanın Psixi Sağlamlıq üzrə Deklorasiyası da göstərir ki, psixiatriyanın və psixologiyanın əsas vəzifəsi insanların daha yaxşı yaşamasına çalışmaqdır.

- İndi daha çox hansı psixi xəstəliklər yayılıb?
- Bir neçə xəstəliklər var ki, onların yayılması həmişə stabil qalır. Misal üçün, təxminən 1 % insanlar şizofreniyadan əziyyət çəkir və bu rəqəmlər illərlə, onilliklərlə eynidir. Lakin bəzi xəstəliklər, məsələn, təşviş pozuntuları və ya depressiyalar çox geniş yayılır və ildən ilə artır. Statistikaya görə 2020-ci ildə depressiyadan olan itkilər ya birinci, ya da ikinci yeri tutacaq. Amma biz görürük ki, artıq bu gün depressiya ilə bağlı itkilər 2-ci yerdədir. Birinci yerdə isə ürək damar xəstəlikləridir.

- Depressiyanın çoxalmasına hansı psixoloji amillər təsir edir?
- Depressiya tez-tez stress nəticəsində əmələ gəlir. Müasir həyatda stresslər yavaş-yavaş artır. Misal üçün, gənclər yaxşı təhsil almaq və ya karyera qurmaq üçün çox əziyyət çəkirlər. İndi gənclər arasında daim rəqabət var. Ali təhsilli olmaq, xarici dil, kompüter bilmək, trenninqlərdən keçmək və s. tələb olunur. Əlbətdə ki, bütün bunlar stress yaradır. Biz Yaponiyada olanda gənclərdən problemləri barədə maraqlanmışdıq. Gənclər də çox oxumalı və işləməli olduqları üçün şikayət edirdilər. Onların sözlərinə görə, sutkada ən azı 15 saat oxumalıdırlar ki, proqrama çatsınlar. Bu böyük bir stress yaradır. Nəticədə depressiya və ya başqa xəstəliklər əmələ gələ bilər.
Depressiyanın səbəbləri müxtəlif olur. Ola bilər ki, sırf bioloji səbəblər üzündən depressiya baş verir. Misal üçün, genetik olan depressiya və ya somatik xəstəliklərlə bağlı depressiya. Şəkərli diabetdən əziyyət çəkən insanların ən azı 33 faizi depressiyaya düşür. Var psixoloji faktorlarla bağlı olan depressiyalar. Məsələn, tənhalıq, boşanma, ailədə münaqişələr və başqa psixoloji problemlər də depressiya yarada bilər.

- Depressiya kədərdən nə ilə fərqlənir? Çox vaxt adamlar əhvalı pis olanda da deyirlər ki, depressiyadayam. Əslində isə depressiyanın əlamətləri hansılardır?
- Hər bir insanın ola bilər ki, bir - iki gün əhvalı pis olsun. Amma bu o demək deyil ki, insane depressiyadadır. Beynəlxalq Psixi Pozuntların təsnifatında göstərilir ki, iki həftə ərzində əgər depressiyanın üç əsas simptomlarından heç olmasa ikisi ilə əlavə simptomlardan da ikisi müşahidə olunursa, bu klinik depressiyadır. Qeyd edim ki, əsas simptomlara ruh düşgünlüyü, marağın və zövqün itirilməsi və ya enerjinin tükənməsi, əlavə simptomlara isə yuxusuzluq və ya yuxululuq, iştahasızlıq və ya iştahanın artması, özünə qarşı qiymətləndirmənin aşağı düşməsi, intiharla bağlı fikirlər, ümidsizlik, köməksizlik hissi, diqqətin azalması və s. daxildir. Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15 faizi intihar edir.

- Depressiya müalicə olunurmu?
- Buna baxmayaraq ki, depressiya geniş yayılmış bir xəstəlikdir, çox yaxşı müalicə olunur. Belə ki, 80 % xəstələri bir dərmanla müalicə edirik. Amma bu xəstəlik təkrar olunan xəstəlikdir. Əgər insanda bir dəfə depressiv epizod olubsa 50 % ehtimal var ki, o, yenə təkrar olunacaq. İki dəfə epizod olubsa, 70 % ehtimal var ki, 3-cü epizod da olacaq. 3 dəfə depressiv epizoddan sonar yenə bu baş veribsə, 90 % ehtimal var ki, bu gələcəkdə də təkrarlanacaq.

- Psixi Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Bu mərkəzdə hansı şöbələr fəaliyyət göstərir?
- Bu mərkəzdə planlaşdırma şöbəsi, epidemialogiya və statistika şöbəsi, monitorinq və keyfiyyət təminatı şöbəsi, insan resusrlarının inkişaf şöbəsi və başqa şöbələr fəaliyyət göstərir. Planlaşdırma şöbəsinin işi təzə proqramlar, təzə xidmətlər üzərində işləmək, təzə standartlar yaratmaqdır. Monitorinq və keyfiyyətin təminat şöbəsi xidmətlərin monitorinqini aparır. Epidemialogiya və statistika şöbəsi isə psixi pozuntular haqqında statistic məlumatlar toplayır və onları təhlil edir. Mərkəzdə insan resusrlarının inkişaf şöbəsi də fəaliyyət göstərir. Bu şöbə mütəmadi trenninqlər həyata keçirir. Psixi Sağlamlıq Mərkəzində psixiatr və tibb bacıları ilə yanaşı, sosial işçilər, reabilitoloqlar və beş nəfər klinik psixoloq da işləyir.
Bundan başqa, mərkəzdə təcili psixoloji yardım şöbəsi də fəaliyyət göstərir. Burada psixoloqlar çalışır. Mərkəzin tərkibində krizis xətti də yaradılıb. Biz ona “inam telefonu” deyirik. Hər gün insanlar bura zəng vurur, psixoloji problemləri ilə bölüşürlər. Mərkəzdə fəaliyyət göstərən digər bir şöbə isə reabilitasiya şöbəsidir. Bu şöbə ağır xəstələr üçün nəzərdə tutulub.
Bilirsiniz ki, ağır xəstəliklər adətən gənc aşlarda başlayır. Bu insanlar xəstəliklərinə görə öz sosial qabiliyyətlərini yaxşı inkişaf etdirə bilmirlər. Ona görə də burada reabilitasiya prosesini keçmək onlar üçün faydalıdır. Qadınlar burada kulinariya ilə maraqlanır, yemək bişirirlər. Misal üçün, xəstə var ki, 16-18 yaşında xəstələnib. Bu gün isə onun artıq 30 yaşı var. Buna baxmayaraq, o, bilmir ki, necə özü üçün şorba bişirə, salat hazırlaya bilər. O, özünə qulluq edə bilmir.
Bu Mərkəzdə isə onlar bunu öyrənirlər. Reabilitasiya şöbəsində bu xəstələrin itirilmiş və ya inkişaf etməmiş qabiliyyətləri bərpa olunur. Bu şöbədə art terapiya da var. Tədqiqatlar göstərir ki, insanlar incəsənətlə məşğul olanda problemlərini unudurlar. Elə adamlar var ki, uzun müddət, məsələn, 10-15 illərlə xəstə olmaqlarına baxmayaraq, burada nəsə çəkməyə və ya düzəltməyə başlayırlar. Onlar gözəl şeylər yaradırlar. Nəticədə onlarda özünə qarşı qiymətləndirmə artır. Onlar nəsə edəndə, düzəldən də başqa insanlarla da ünsiyyətdə olurlar. Bu reabilitasiya şöbəsi yalnız bizdə, bir də 1 saylı Respublika Psixiatriya Xəstəxanasındadır.
Psixi Sağlamlıq Mərkəzində gündüz stasionarıda var. Ağır və kəskin vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub. Bu çox müasir bir yardım formasıdır. Belə ki, xəstəxanada insan yatanda cəmiyyətdən təcrid olunur. Xəstə sosial əlaqələrini və qohumluq əlaqələrini itirir. Yavaş-yavaş öz bacarıq və qabiliyyətlərini itirməyə başlayır. Amma gündüz stasionarda müalicə alanda insan öz ailəsi ilə birgə yaşaya bilir. O, 2-4 saata qədər hər gün gəlib lazım olan dərmanları içir və ehtiyacı olduğu yardımı alır. Sonra öz ailəsinin və qohunlarının yanına qayıdır. İnsan psixi xəstəxanaya düşəndə isə fikirləşir ki, artıq mənim həyatım qurtarıb. Valideynləri və ya yaxınları dərd çəkir, qonşular da onu barmaqla göstərir ki, psixi xəstədir. Məhz bu “damğa”dan qorxduqları üçün xəstələr psixiatriya xidmətlərinə, psixoloqlara müraciət etmirlər.

- Bəs, Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bu Mərkəzin rəhbəri Elnur Rüstəmov psixologiyanı dərindən bilən bir adamdır. O, çox savadlıdır və müasir düşüncə tərzinə malikdir. Onun yanında işləyənlər də işini çox yaxşı bilən mütəxəssislərdir. Onu da qeyd edim ki, E.Rüstəmov bu mərkəzdə başqa heç bir yerdə olmayan proqramları həyata keçirib.
- Bu gün psixologiyaya münasibət necədir?
- Əvvəllər psixoloqlara qarşı münasibət elə də yaxşı deyildi. Deyirdilər ki, kim Tibb Universitetinə qəbul ola bilməyibsə, psixologiyanı seçib. Amma indi belə deyil. Indi çox adam psixologiya üzrə kurslar da axtarır.

 

 

Go Back

Solaxaylar daha ağıllıdırlar???

Corc Buş, Bill Qeyts, Fidel Kastro, Pol Makkartni, Henri Ford, Çarli Çaplin, Makedoniyalı İsgəndər, Leonardo da Vinçi, Mikelancelo, Luis Kerroll, Yuli Sezar, Motsart, Bethoven, Nitsşe, Mark Tven, Prokofyev, Höte, Kafka. Onları birləşdirən cəhət məhşurluqları ilə yanaşı həm də solaxay olmalarıdır.
 
dushunce.az ailem.az-a istinadən bildirir ki, avqustun 13-ü dünyada Solaxaylar Günü kimi qeyd edilir. 1992-ci ildən başlayaraq hər il qeyd olunan bu gün solaxayların ancaq sağaxaylar üçün düzənlənmiş bu dünyada qarşılaşdıqları əziyyəti, peşmançılıqları cəmiyyətin nəzərinə çatdırmaq üçündür.
 
Dünyada 10-12 faiz insan solaxaydır. Fərqli zamanlarda solaxaylığa müxtəlif cür yanaşılıb. Onlarda zərərli vərdiş, şeytanın əlaməti, əsəbilik, həm də yaradıcılıq və musiqi duyumu kimi qabiliyyətin olduğu deyilir.
 
Nyu-Yorkun Sent-Lourens Universitetinin keçirdiyi təcrübələrə əsasən, solaxaylar arasında əqli inkişaf sağaxaylara nisbətən 140 dəfə çoxdur. 40 yaşdan yuxarı ana olan qadınlarda dünyaya solaxay uşaq gətirmə ehtimalı 20 yaşda ana olan qadınlardan 128 dəfə çoxdur.
  
Eskimoslar arasında hər solaxay şəxs potensial cadugər (sehrbaz) sayılır. Mərakeşdə solaxayları “s`ga” - yəni “şeytan” adlandırırlar. İnklərdə solaxaylar təbiblik və sehr, cadu etmək qabiliyyətinə malikdirlər. Şimali Amerika xalqlarından Zudlar solaxaylığı uğur əlaməti hesab edirlər. Eləcə də Səudiyyə Ərəbistanı kimi İslam ölkəsində sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır.
  
Bir çox İslam ölkələrində “natəmiz” sayılan sol əllə yemək bəyənilmir. Təcrübələr göstərmişdir ki, solaxaylar məkan daxili orientasiyada, riyaziyyat və memarlıqda istedadlıdırlar, sağ əl ilə yazanlar isə daha çox şifahi elmlərdə qabiliyyətlidirlər.
Solaxaylığn irsən keçdiyi də deyilir.
  
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, solaxaylıqda genetik faktorlar rol oynayır. Bu haqda fikirlərini ailem.az-la bölüşən psixoloq deyib ki, tarixən solaxaylara qarşı fərqli yanaşmalar olub. Solaxay insanların yandırılması, məhkəmələrdə onlara qarşı hökmlərin çıxarılması, hətta ərin solaxay arvadını boşaması halları kimi: “Amma sonralar ortaya çıxan nəticələrə əsasən, solaxay insanlar daha çevik və analitik dünya görüşünə malik olurlar. Solaxayların yaşamla bağlı xüsusi bir problemləri olmur. Onlar cəmiyyətə daha tez adaptasiya olunurlar. Düşdükləri stuasiyalardan daha rahat şəkildə çıxa bilirlər”.
 
E.Rüstəmov qeyd edib ki, solaxaylarda beynin həm sağ, həm də sol kürəcikləri aktiv olur: “Solaxaylarda beynin sağ yarımkürəciyilə, sol yarımkürəciyi arasındakı əlaqə daha sürətlidir. Bu da o deməkdir ki, solaxaylarda məlumat daha sürətlə ötürülür və bu, onlara işdə daha çox fayda verir. Belə insanlar həm rasional, həm də duyğusal düşünə bilirlər. Cəmiyyətdə solaxayların sayı azdır. Onu da qeyd edim ki, qadınlara nisbətən daha çox kişilərdə solaxaylıq müşahidə edilir”.
 
Mərkəz rəhbərinin sözlərinə görə, solaxaylarda psixoloji problemlər daha qabarıq şəkildə özünü büruzə verə bilir: “Psixiatorlar solaxay insanların müalicəsində standart metodlardan istifadə edə bilmirlər. Bunun üçün fərqli metodlardan istifadə edilir. Solaxaylar zərəli vərdişlərə daha meylli olurlar. Onlarda alkaqolizmə və qumara meyllilik müşahidə edilə bilər”.

Milli.Az

 

Go Back

Psixoloq: "Ana və qızın intiharı hadisəsi konservativ ailə modeli ilə bağlıdır!!!"

"Azərbaycanda intihar hadisələrinin sayı artıb. Bunun qarşısını almaq üçün risk qrupları və intiharın səbəbləri ilə bağlı araşdırmalara ehtiyac yaranıb"

Psixoloqun sözlərinə görə, bəzi insanları intihar etməkdən çəkindirmək mümkün olsa da, Azərbaycan ailələrində gərginliyə doğru gedən proseslərə həssas yanaşmırlar: "Ailədə əgər kimsə bədbindirsə, həyatdan bezdiyini deyirsə və ya axirətdən danışırsa, onu mütəxəssislərlə və bir qədər dünya görmüş insanlarla görüşdürmək lazımdır. Bu, psixoloq, ağsaqqal, dini mütəxəssis və ya ata-ana ola bilər. Bizlərdə hələ də "psixoloqa getsəm, nə deyərlər" təfəkkürü qalıb. Biz bu klişelərdən nə qədər tez qurtarsaq, toplum o qədər inkişaf edəcək. Alkoqollu içkilər, mühafizəkar ailələr, xəstələr, ailə qurmayan insanlar risk qrupuna aiddir. Bəzən bu genetik faktordan da baş verə bilir. Hər bir insan yaşam boyu 1-2 dəfə də olsa, intihar barədə düşünür və ya isterik tiplər mütəmadi olaraq intihara cəhd edir".

Son günlər baş verən ən tükürpədici intihar hadisəsinə toxunan psixoloq bildirib ki, Bakıda ana və qızın eyni vaxtda 9-cu mərtəbədən özünü ataraq intihar etməsi konservativ ailə modeli ilə çox əlaqəlidir: "Fikir verin, bütün qonşular deyir ki, o ailə həmişə əxlaqlı, mədəniyyətli, hörmətli və sakit ailə olub. Bir sözlə, konservativ ailələrdən olan bu ailə hər kəs tərəfindən nümunəvi model kimi xarakterizə edilir. İntihar edən qız məktubunda nə deyir? Yazır ki, bacısının kiməsə qoşulub qaçmasından xəbəri olub. Deməli, o qız bu günə kimi ailənin qoruyub saxladığı namus, əxlaq dəyərlərini yerə vurduqlarını düşünüb və bu səbəbdən də intihar yolunu seçib. Əlbəttə ki, ailə oturub bu məsələləri müzakirə etməli, müqəssiri aşkarlamaq yox, problemdən çıxış yolu axtarmalı idi. Çox istərdim ki, Azərbaycan ailələri problem baş verdiyi təqdirdə doğru çıxış yolu tapsınlar. "Dərd varsa, dərman da var" prinsipi ilə çıxış etsinlər. Emosiya ilə davranmaq vəziyyəti daha da çətinləşdirir. Ailədə immunitet olarsa, o problem ailəni dağıtmayacaq, əksinə daha da möhkəmləndirəcək".

Psixoloq Elnur Rüstəmov deyib ki, intihar haqqında düşünən insan üzərində 6 aydan 1 ilə qədər psixoloji bərpa işi aparılmalıdır: "İntihar edəcək insan bəzən bunu gizlədə bilir, amma bəzən də ailəsinə bunu edəcəyi ilə bağlı müəyyən sözlər deyir. Amma ailə bunu ciddiyə almır. İntihar barədə düşünən insanın normal düşüncəyə qayıtması üçün 6 aydan 1 ilə qədər vaxt lazımdır. Həmin adam cəmiyyətə tədricən inteqrasiya olur. O dəstək alınmadıqda ciddi problemlər yarana bilər. Daha sonra psixoloji narahatlıq müdaxilə olmadıqda psixiatrik problemə gətirib çıxara bilər".

Bəzən psixoloji sarsıntı keçirən insanlara düzgün yol göstərilməməsi də faciəyə gətirib çıxarır. Daha bir intihar hadisəsinin motivlərinə toxunan psixoloq deyib ki, Xaçmazda 18 yaşlı bir oğlanın qonaq getdiyi evdə özünü asmasında yaxınlarının da günahı az deyil: "Hadisənin motivlərinə baxanda görürük ki, bir müddət əvvəl həmin oğlanın atası özünə qəsd edib. Bunu genetik intihar növünə də aid etmək olar. Amma diqqət çəkən daha bir məqam var. O cavan oğlanın özünü öldürməsindən qorxan yaxınları guya köməklik olsun deyə onu rayona, dayısıgilə göndərirlər və beləliklə intihar haqda düşünən adam üçün əla bir şərait yaratmış olurlar. Lakin düzgün seçim onu psixoloq, psixiatr və ya digər mütəxəssislərin yanına göndərmək idi".

Gənclər arasında da intihar hallarının az olmadığını deyən psixoloq hesab edir ki, əsas problemlər valideyn-övlad münasibətlərindəki boşluqlardan qaynaqlanır:

"Bir neçə gün əvvəl Ağstafada universitetdən qovulan gənc özünü asdı. Onun intihardan əvvəl yazdığı məktubda deyir ki, "məndən adam olmayacaq". Deməli, ona "səndən adam olmayacaq" sözləri çox deyilib və universitetdən qovulması artıq onun özünə qarşı nifrətini artırıb. Və o düşünməyə başlayıb ki, axı mən niyə bu qədər fərasətsizəm? Bəlkə də ondan bacarığından daha artıq şeylər tələb olunub. Bütün hallarda hesab edirəm ki, ailələr imkan verməlidir ki, övlad müstəqil hərəkət etsin, qərar vermə qabiliyyətində olsun. Ailədaxili münasibətlər doğru qurularsa, bu cür hallar az baş verəcək".

Milli.Az

 

Go Back

Psixiatr Araz Manuçehri : "DAHİ AİLƏYƏ BAĞLI OLSA DAHİLİYİ SÖNƏR!!!"

Dushunce.az  Kulis.Az -a istinadən Azərbaycan Tibb Universiteti psixiatriya kafedrasının dosenti, psixiatr Araz Manuçehri ilə müsahibəni təqdim edir.

- Doktor, gəlin ümumi sualdan başlayaq. Sənət adamlarının psixologiyası digər adamların psixologiyasından fərqlənirmi?

- Onların psixologiyası, həyata baxışı təbii ki, başqa adamlardan fərqlənir. Ən birinci ona görə ki, onların təfəkkürü bədii təfəkkürdür. Onların təfəkkür, emosiyaları o biri tipli insanlardan fərqlənir. Məsəl üçün, texniki təfəkkür tipli insanlar daha çox riyaziyyatçı, fizik olurlar. Bədii təfəkkürlü insanlar isə mədəniyyət istiqamətində çalışırlar. Psixologiya sahəsində olan araşdırmalar bu qənaətə gəlməyə imkan verir ki, yaradıcı insanlar, xüsusən yazıçılarda psixi pozuntu olur. Əgər onlarda psixi pozuntu olmasaydı dahi ola bilməzdilər.

 

Lakin burda bir şey qeyd etmək lazımdır. Çezare Lambrozo da “Dahilik və dəlilik” kitabında yazmışdı ki, bütün dahilər ruhi xəstədirlər, amma bütün ruhi xəstələr dahi deyil. Ona görə ki, dahi olmaq üçün tək ruhi xəstəlik azdır. Ruhi xəstəlik dahi insanlara öz dahiliklərini üzə çıxarmağa kömək edə bilər. Adi insanlar ağlı, qabiliyyəti, intellekti, bacarığı ilə seçilsələr də bunu üzə çıxarmağa çəkinirlər. Utanırlar, qorxurlar, özlərinə arxayın deyillər. Öz potensiallarını aşağı qiymətləndirirlər. Və ya onlar “palaza bürün, elnən sürün” prinsipi ilə yaşayırlar. Belələri daha çox problemsiz, sakit həyat seçirlər. Psixi xəstələr isə onunla fərqlənirlər ki, onlarda “yox” söhbəti olmur. Adi insanlarda belə deyil, nə olar, nə olmaz, nə düzgündü, nə düzgün deyil, ölçüb-biçirlər. Adi adamlar cəmiyyətin tələbini nəzərə alırlar: biz gərək özümüzü yığışdıraq. Xəstə adamlardasa belə deyil. Onlar nə istəyirlərsə onu da edirlər.

- Sokratın küçədə işəməsini və ya bizim qəbul etdiyimiz əxlaq normalarından kənara çıxmalar... Bunları nəzərdə tutursuz?

- Sokratın küçədə işəməyi “mən bu cəmiyyətə nifrət edirəm” mənası daşıyır. O bununla öz nifrətini göstərirdi.

- Onlar bu anormal şeyləri bilərəkdən edirlər?

- Ola bilər ki, bu xəstəliyin nəticəsi olsun. Məsələn, Sokrat bunu qeyri-əxlaqi mənada eləmirdi, o cəmiyyətə öz münasibətini göstərirdi. Sokrat həmişə cəmiyyətlə konfliktdə olub. Bu cəmiyyət onu edama sürükləmişdi.

Gəlin Eynşteyn nümunəsinə baxaq. Dünya 400 ildən bir az çox müddətdə Nyutonun mexanika qanunları ilə yaşayırdı. Eynşteyn isə hər yerdə bəyan edirdi ki, bu qanunlarla yaşamaq istəmir. O, savadlı adam idi, universitet oxumuşdu. Nisbilik nəzəriyyəsini isbat edənə qədər nə qədər ağrılı anlar yaşamışdı, nə qədər gülməli vəziyyətlərə düşmüşdü. Ancaq buna baxmayaraq sübut elədi ki, Nisbilik nəzəriyyəsi var. Yəni özünün daxili inamı ilə buna nail oldu.

- İnam demişkən, onların tanrıya münasibəti necə olur?

- Mən inanmıram ki, onlar ateist olsunlar. Sadəcə olaraq onların inam sistemi bir az başqa cürdür. Biz çox vaxt insanın inamını onun xarici davranışı, ritualları yerinə yetirməyi ilə qiymətləndiririk. Onların tanrıya münasibəti tamamilə başqadı.

- Doktor, dahilər cəmiyyətdə yaranır, yoxsa genetik xüsusiyyətlə əlaqədardır?

- Psixoloqlar elə hesab edirlər ki, hər bir cəmiyyətə eyni sayda dahi var. Sadəcə olaraq onun üzə çıxmağında cəmiyyətin rolu mühümdü. Əgər Volfqanq Amadey Motsart Zalsburqda yox, Bakıda doğulsaydı, Motsartın atası musiqiçi olmasaydı, atası onu döyə-döyə musiqini öyrənməyə məcbur etməsəydi, Motsartın böyük müəllimləri olmasaydı Motsart olmayacaqdı. O olacaqdı toyda-bayramda ifa edən müğənni. Çünki Motsartın həvəsi yox idi, bir yerdə qərar tuta bilmirdi. Əvvəla onu bilmək lazımdır ki, cəmiyyətin belə adam ehtiyacı var, ya yox. Əgər cəmiyyətin belə adama ehtiyacı varsa o adamın dahiliyi üzə çıxacaq, yoxdursa çıxmayacaq.

- Doktor, necə hesab edirsiz, bizim cəmiyyət dahi yetişdirməyə qadirdir? Bunun üçün münbit şərait var?

- Belə hesab edirəm ki, var, niyə yoxdu? Neçə illərdi Tibb Universitetində dərs deyirəm. Müşahidələrim əsaslanaraq deyə bilərəm ki, bizdə qeyri-adi düşüncəli, hətta dahiliyin əlamətləri olan insanlar var. Yanıma xəstələr gəlir, onlarda dahiliyin əlamətlərini görürəm. Mən sizə belə bir sual verim. Əgər onlar üzə çıxmırlarsa bu kimin günahıdı?

- Cəmiyyətin...

- Mən bu suala cavab verə bilmirəm. İstedadlı insanlarımız var, amma onlar niyə üzə çıxmırlar?

- Psixologiya elmi bu barədə nə deyir?

- Elm deyir ki, şərait olmalıdır. Dahiləri üzə çıxarıb onlara dəstək olmaq lazımdır.

- Dahilərin şıltaqlıqlarına dözmək lazımdırmı? Balzak ömrü boyu borclulardan qaçıb. Bununla belə fransız cəmiyyətində elə adamlar olub ki, həmişə ona himayədarlıq ediblər. Şiller ömrü boyu borc içində boğulub. Molyer də... Yəni belə adamlara kömək eləmək lazımdırmı?! 

- Bu adamlara nə kömək olar? Mən sizə bir söz deyim. Niyə Balzak, Şiller borca düşürdü? Onların zəhmətinə düzgün qiymət verilsəydi yəqin, ora-bura qaçmazdılar. Bəzi hallarda onların şıltaqlıqları ilə oynamaq lazımdır və onları düzgün qiymətləndirmək lazımdır.

- Dahilərin xarici görkəmi necə olur? Baxımlı olurlarmı? Pinti olurlarmı? Yoxsa ekstravaqant görünmək istəyirlər?

- Müxtəlif cür olurlar. Tutalım Diogen dənizin qırağında çəlləyin içində yaşayırdı. Oskar Uayldın oriyentasiyası başqa idi. Salvador Dalini götürsək allah bilir, nə eksperimentlər edirdi, nə oyunlardan çıxırdı. Dahilərin xarici görkəmi, geyim maneraları, davranış manerası təbi ki, adi insandan fərqlənir. Çünki onlar hər şeyi başqa cür qavrayırlar. Onların nəinki geyimlərində, hətta bəzi hallarda fiziki görkəmlərində də dəyişiklik olur. Onlar cəmiyyətdə qəbul edilməyən xarici görkəmdə olurlar. Dahilər modaya tabe olmurlar. Onlar özləri modanı yarada bilərlər, amma heç vaxt modaya tabe olmazlar.

Ümumiyyətlə dahilər heç vaxt tabe olan olmurlar. Ola bilər xaricdə kimləsə razılaşsınlar, amma daxildə heç kəslə hesablaşmırlar. Onlar tabe olan andan öz dahiliklərini itirirlər. Dahilik və tabe olmaq bir yerdə ola bilməz.

- Dahilərin hansı xüsusiyyətləri nə olur? Lambrozo deyir ki, onlar səfərə meylli olurlar və sair.

- Kolumbda dromomaniya - səyahətə meyllilik - var idi. Bir tərəfdən onun səfərə meylliliyi, digər tərəfdən o dövrün yeni torpaqlara marağı bir nöqtəyə vurdu. Nəticədə Kolumb dünya səyahətinə çıxdı, başqa torpaqları kəşf etməyə başladı. Cəmiyyətdə olan tələbat çox böyük rol oynayır. 

- Dahilərin seks anlayışı barədə danışaq.

- Dahilərin çoxunun seksual tələbatı yüksək olur. Ona görə ki, dahiliyin fiziki elementlərindən biri testesteronun artmasıdır. Qadınlarda da testesteron yüksək olur. O demək deyil ki, onlar kişiyə oxşayırlar, sadəcə testesteron yüksək olur. Cinsi istək yüksək olduğuna görə libido da artır. Bunun nəticəsində dahilərdə bəzən cinsi istəyin istiqaməti dəyişə bilər. Məsələn, homoseksual, pedofiliya istiqamətləri ola bilər. Bu istiqamətlər yüksək cinsi istəkdən doğur.

- Bəs seksual sapmalar necə, olur?

- Seksual sapmalar da olur. Hətta çox rast gəlinir. Sadəcə olaraq bunların çoxu gizli saxlanılır. Çünki cəmiyyətdə bunların hamısını qabartmaq düzgün deyil. Biz bir şeyi başa düşməliyik ki, incəsənət adamları, onların yaratdığı əsərlər, oynadıqları rollar yaşadıqları həyata uyğun olmur. Onlar çox vaxt bir şeydən yazırlar, amma tamam başqa şey yaşayırlar.

- Deməli Füzuli haqlıymış: Aldanma ki, şair sözü əlbəttə yalandır.

- Bəli, bəli. Dahilər eşqdən, məhəbbətdən yazırlar, amma həyatlarına baxsanız, tamamilə başqa şey görərsiniz.

- Oxucu yazıçıdan qəhrəmanlıq, cəsarət gözləyir. Amma görəndə ki, o əsəri yazan adam qorxaqdır, oxucu sarsılır. Belə çıxır ki, yazıçıdan yazdığı kimi olmağı gözləmək lazım deyil...

- Əlbəttə.

- Deməli onlar ən böyük yalançılardır.

- Deməzdim ki, ən böyük yalançılardır. Ancaq tarix göstərir ki, həqiqət belədir.

- Bu nədən qaynaqlanır?

- Bilirsiniz, cəmiyyətdə qəhrəmanlığa, cəsarətə tələbat olur. Yazıçı da öz daxili tələbatını ödəmək üçün belə şeylər yazır. Çünki onların çoxunda özünütənqid aşağı olur. Dahilərə görə onlardan başqa bacarıqlı, bilikli adam yoxdu. Onlarda qibtə olunmaq tələbatı olur. Bununla öz balaca, eybəcər mənliklərini böyüdürlər. Hər yerdə “mən”, “mən”, “mən” deyirlər. Onların talantı, istedadı olsa da bunu öz eqolarını təmin etmək üçün edirlər. Belə insanlar emosiyalara tez uyurlar. Misal üçün, nəsə hadisə baş verir, şair emosiyaya qapılıb şeir yazır. Hamı onun şeirindən ruhlanıb fəaliyyətə keçir, mitinqə gedir, müharibəyə yollanır. Onun isə artıq emosiyası ötüb keçib deyə gedənlərə qoşulmur, oturub arağını içir. Çünki dahilər emosiyada halında hərəkət edirlər. Dəyişkən olurlar. 

- Yazarların əksəriyyətində maniakal depressiv psixoz müşahidə edilir. Virciniya Vulf, Fransuaza Saqan, Silviya Plat nümunələrində bunu görmək olar. Deyəsən ən çox da qadın yazarlarda rast gəlinir.

- Köhnə təsnifatla buna maniakal depressiv psixoz, təzə təsnifatla isə bipolyar affektiv psixos deyilir. Xəstəliyin gedişatında bir-birinə zidd olan iki əhval-ruhiyyə yaranır. Birincisi yüksək məhsuldar əhval-ruhiyyə, ikinci özünə qapanmış, depressiv, ümidsizlik əhval-ruhiyyəsi. Bu maniakal depressiv psixozun stiqmalarından biridir. Bayaq birini dedim, testesteronun yüksəlməsi. Bu dahilərdə daha çox rast gəlinən psixi pozuntudur.

- Bu xəstəlik yaradıcılığa təkan verir, yoxsa əksinə?

- Bu xəstəlik yaradıcılığa təkan verir. Yaradıcı adam adi vaxt hiss eləmədiyi şeyləri hiss etməyə başlayır. Bu xəstəlikdə insanın emosiyaları, təfəkkürü dəyişir. Emosiya ya güclənir, ya da aşağı düşür, təfəkkür ya sürətlənir, ya da tormozlanır, yaddaş ya güclənir, ya da zəifləyir, hərəkətlər ya çoxalır, ya da azalır.

Fransuaza Saqan əsərlərinin çoxunu depressiyada yazıb. Onun əsərlərini oxuyanda görürsən ki, öz psixi problemlərini qəhrəmanın adından çox gözəl şəkildə təsvir edib. Ya elə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini götürək. Məcnunun əziyyətlərini oxuyanda elə bilirsən ki, müasir psixologiya kitabı əsərə köçürülüb. Yəqin ki, Nizami Gəncəvi özü bu halı yaşayıb ki, əsərdə göstərə bilib.

Həmçinin Dostoyevskinin “Qumarbaz”, “İdiot”, “Karamazov qardaşları” və başqa əsərlərində yazdığı qorxular, kabuslar onun xəstəliyindən doğub. Axı o epilepsiya xəstəsi idi. Həmçinin Qoqol şizofreniya xəstəsi olub. “Viy” əsərində bütün hallüsinasiyalarını, qarabasmalarını göstərib. Amma yenə də Lambrozonun sözünə qüvvət deyim ki, mistika, qarabasma kimin gözünə görünürdü? Qoqolun gözünə. Çünki Qoqolun intellekti yüksək idi. Bu xəstəlik ona həyata daha başqa cür baxmağa kömək elədi. Hər qarabasma görən dahi olmur. Turgenev, Remboda da belə xüsusiyyət olub. Nə qədər desən saymaq olar, belələri çoxdur.

- Belə çıxır ki, əsəri oxuyub müəllifin, xarakterini, xüsusiyyətlərini müəyyən etmək mümkündür?

- Olur. Əlbəttə.

- Azərbaycan yazıçılarının əsərlərini oxuyanda xarakterlərini görmək olur? İstərdim bir az da bizim yazarlar haqqında danışaq.

- Təəssüf ki, Azərbaycan ədəbiyyatı ilə tanışlığım çox zəifdir.

- Yazarların cəmiyyəti qıcıqlandıran mövzulara müraciəti. Bunlar nədən qaynaqlanır?

- Yazar və şairlərin çoxunda çap olunmayan, gizli saxlanılan əsərlər var. Mən Moskvada kursda olanda Puşkinin söyüşlərdən ibarət əlyazmasını görmüşdüm. Əgər Markiz De Sadın, Leopold Zaver Mazoxun əsərlərinə baxsaq eyni şey görərik. Mən de Sadı oxuyanda artıq psixoterapiya təhsilim vardı. Yəni hazırlıqlı idim. Bəs hazırlıqlı olmayan adam oxusa necə olar? Nə hiss keçirər? Və ya Salman Rüşdini götürək. Bu yaxınlarda iki əsərini oxudum, “Həya” və “Şeytan ayələri”. Bir tərəfdən baxıram ki, əsərdə elə bir şey yoxdu. O biri tərəfdən baxıram ki, cəmiyyət üçün çox ciddi fəsadlar yarada bilər.

- Əsərdəki fantaziyalar təxəyyül məhsulu, yoxsa yaşanmış şeylər olur?

- Bəzi hallarda yaşanmış hadisələr də olur. Bəzən fantaziya məhsulu da olur. Edqar Ponun əsərlərinin çoxu uşaqlıqda gördüyü fantaziyalardan, yuxuda gördüyü qorxulardan doğub. Ola bilər ki, insan öz xəstə fantaziyalarını əsərə köçürsün. Stiven Kinqin əsərlərini təəccüblənirsən ki, o qədər qəliz səhnələri hardan tapır?

- Bu psixi pozuntudan qaynaqlanır?

- Bəlkə də.

- Conatan Svift makropsiya, mikropsiyadan əziyyət çəkib. Onun bu xəstəliyi “Qulliverin macəraları”ında öz əksini tapıb.

- Siz gözəl bir nümunəyə toxundunuz. Makropsiya hər şeyi böyük görmək mikropsiya isə hər şeyi balaca görmək xəstəliyidir. Qəhrəman da gah Qulliver olur, gah da liliput. Bax görürsən, o öz xəstəliyindən necə bir əsər yazdı. Özü də siyasi bir əsər. “Qulliverin səyahətləri” siyasi əsərdir, amma Svift elə yazıb ki, uşaqlar da oxuyurlar.

- Sağlam adam elə əsər yaza bilməzdi?

- Sağlam adamın beyni o diapazona girməzdi. Sağlam adam uzaq başı Makiavelli kimi siyasi əsər, traktat yazardı. Bu nümunədə dahiliklə xəstəliyin görürsüzmü necə gözəl birləşməsi, nəticəsi var.

- Yaradıcı adamın faciə yaşaması, travma yaşaması onun gözəl əsərlər yaratmasına təkan verirmi?

- Lev Tolstoyun depressiv maniakal psixozu vardı. O, depressiyada olduğu üçün insanlardan qaçırdı. “Anna Karenina”nı görürük ki, olduqca depressiv əsərdir. Artur Rembo da çoxlu depressiv şeirlər yazıb.

- Dahilər cinayətə meylli olurlar?

- Onlar cəmiyyətə uyğunlaşa bilmədiklərinə görə yüngül cinayətə meylli olurlar. Leonardo Da Vinçi bütün işlərini yarımçıq qoyub ora-bura qaçırdı. Bundan başqa cavan oğlan uşağına qarşı zorakılıq etmişdi. Deməli onlarda meyllilik var. Onlar öz hisslərini həyata keçirmək uğurunda fırıldaqlıq edirlər, dələduzluq, aldatmaq yolu ilə öz istəklərini həyata keçirlər. Yoxsa başqa cür öz istəklərini qəbul etdirə bilmirlər. Çünki cəmiyyət həmişə stabillik istəyir. Cəmiyyətə inqilab lazım deyil. Bu nöqteyi-nəzərdən onlarda yüngül cinayətlərə meyllilik olur. Onlar seksual cəhətdən də cinayətə meylli olurlar

Bundan başqa spirtli içki içməyə, narkotik maddə qəbul etməyə də meyllidirlər. Bildiyimiz kimi musiqiçilərin çoxu narkotik maddə qəbul edirlər. Bəzən spirtli içkilər, narkotikləronların düşüncələrinin genişlənməsinə xidmət edir. Amma təhqiqatlar onu göstərir ki, əgər adamın şüurunda bir şey yoxdursa nə qədər narkotik çəkirsə çəksin, heç bir genişlənmə olmayacaq.

- Dahilər ailəyə bağlı olurlar?

- Yox. Dahi ailəyə bağlı olsa dahiliyi sönər. Ailə dahiliyə icazə vermir. Dahi olandan sonra ailə qurursa bu artıq başqa məsələdi. Dahilik həmişə mübarizə, çətinlik, narazılıq, konfliktlə üz-üzə qalmaq deməkdir. Ailə buna dözmür. Ailəyə belə ər lazım deyil. Arvada necə ər lazımdır, qazansın gətirsin. Amma dahi necədir, bu gün pulu var, hamısını xərclədi, sabah cibində bir qəpiyi də yoxdu. Bir şeyi də əlavə edim ki, dahilərin uşaqları da çox vaxtı özləri kimi olmurlar. Ruslar deyir: “Na detyax qeniy otdıxayut”. Yəni, dahilərin uşaqları dincəlir. Bəziləri ata-analarının yolu ilə getməyə can atsalar da o səviyyəyə çatmağı bacara bilmirlər. Ümumiyyətlərə dahilərin ailələrində həmişə problem olur. Çox vaxt ayrılırlar, ya gəzəyən olurlar. Ailə və dahilik ikisi bir yerdə qeyri-mümkündür.

- Dahilərdə yalnız onlara məxsus xəstəliklər var?

- Dahilərin əksəriyyəti podaqradan əziyyət çəkirlər. Ümumiyyətlə bütün podaqra xəstələrində yüksək intellektə meyllilik olur. Sidik cövhəri beynə aktivləşdirici təsir göstərir. Podaqrası olan adamlarda da sidik cövhərinin miqdarı qanda yüksək olduğuna görə beyninin inkişafı güclənir. Sidik cövhəri beyində müxtəlif neyrotransmitterlərin, neyrofermenlərin miqdarını artıraraq intellekt qabiliyyətini gücləndirir.

Marfan sindromu, Morrison sindromu kimi xəstəliklər də dahilərdə rast gəlinir. Avraam Linkolnda, Harribaldi də de Qolda bu xəstəliklər var idi. Xəstəliyin hormonları insanın intellektini, qeyri-standart fikirləşmə qabiliyyətini gücləndirir. Janna Dark heç qadına yox, yeniyetmə oğlana oxşayırdı. Onda qadın cinsi əlamətləri inkişaf etməmişdi. Heç bilmirlər onda aybaşı olurmuş, ya yox. Jana Darkda endokrin adlı xəstəlik vardı. Bu xəstəlik nəticəsində qadın xüsusiyyətləri kişi xüsusiyyətləri ilə əvəzlənmişdi. Onun heç fiziki gücü yox idi; balacaboy, arıq, cılız bir qız idi. Buna baxmayaraq psixi gücü kişilərdən daha yüksək idi. Bu da xəstəlik nəticəsində üzə çıxmışdı. Bəzi xəstəliklər var ki, dahi olmağa kömək edir.

- Cəmiyyətimizdə dahi ola biləcək adamların miqdarı artıb yoxsa?

- Yəqin əvvəllər informasiya axını bu qədər bol olmadığına görə cəmiyyətdə indiqo (qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsil insanlar-red.) uşaqların mövcudluğundan xəbərsiz idik. Son vaxtlar isə onların sayı xeyli artıb. Mən şəxsən neçə dəfə indiqo uşaqlarla rastlaşmışam. Amma təəssüf ki, valideynləri onların bu xüsusiyyətlərinin inkişaf etdirilməsinə imkan verməyiblər. Onlar deyiblər ki, bizə dahi övlad lazım deyil, sağlam övlad lazımdır. Statistikalar son dövrlərdə indiqo uşaqların sayının artmasından xəbər verir. Ona görə də bu yaxınlarda dahilərin indiqo formasında partlayışını görəcəyik. Biz buna hazır olmalıyıq.

       

Go Back

PSİXOLOQ DANIŞDI: insanı öz həyatına son qoymağa nə vadar edir?

Psixoloq Elnur Rüstəmov: Yaşamaq gözəldir. Hər bir insan yaşamağı seçməlidir və nə olursa olsun yaşamaq uğrunda mübarizə aparmalıdır!

Cəmiyyətdə müzakirə olunan, zəmanəmizin ən tükürpədici və düşündürücü problemlərindən biri də insanların intihar etməsidir. Bunu yaradan səbəblər nədir, niyə bəşəriyyətin, texnologiyanın, ümumiyyətlə bizi əhatə edən hər şeyin bu qədər inkişaf etdiyi, tərəqqiyə çatdığı bir zamanda gənclər intihara meyil edirlər? Bu anidən baş verən bir hərəkətdir? Bəlkə, kökləri uzun zamanlardan gələn psixoloji haldır?
Müasir dövrdə intihar halları daha çox gənclər arasında baş verir. Hər bir insan individual varlıqdır və intihara təşəbbüs edən gəncin öz tarixçəsi var. Psixoloqların fikrinə görə, gənclərin həyatlarına son qoymasına səbəb olan faktorlar cəmiyyətdə qarşılaşdıqları neqativ hallar, həddindən artıq informasiya bolluğu, sosial problemlər, ailə problemləri, həmyaşıdlarıyla yaranan konfliktlərdir. Həssas, bədbin, qəmli, daxili dünyalarının əsiri olan insanlar da risk qrupundadırlar.
İlk baxışdan müvəffəqiyyətli, çox zəhmətkeş, “xoşbəxt” görünən gənclərin özlərinə qəsd etməsi insanı düşünməyə və analiz etməyə sövq edir. Axı nədən? “Heç ondan gözləməzdim”, “Heç ağlıma gəlməzdi” - deyə düşünənlərimiz olur.
Problemin böyük məsuliyyəti əsasən valideynlərin üzərinə düşür. Çünki gənc hər hansı bir problemlə üzləşdikdə valideyni onu dinləməyib diqqət yetirmədikdə o, kimə, hara müraciət edəcəyini bilmir, özünə qapanır və özünü lazımsız, əhəmiyyətsiz bir varlıq kimi hiss edir. Müasir dövrdə valideynlər uşaqlarının maddi təminati ilə bağlı daha çox vaxt sərf edirlər. Boş vaxtlarını isə sosial şəbəkələrdə keçirməklə məşğul olurlar. Amma bu belə olmamalıdır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2014-cü ilin dörd ayı ərzində Azərbaycanda 122 nəfər intihar etməklə dünyasını dəyişib.
İntiharlar əksərən sosial problemlər səbəbindən baş vermir...
Məsələyə münasibət bildirən Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov qeyd edib ki, intiharların əksərən sosial problemlər səbəbindən baş verməsi fikri ilə razı deyil. O, bildirib ki, Skandinaviya ölkələri, İsveçrə dünyanın inkişaf etmiş ölkələri sırasında olsalar da, bu ölkələr intiharların sayına görə ilk sırada dururlar. Bu ölkələrdə intiharlar Azərbaycanla müqayisədə 10 dəfə artıqdır. Onun sözlərinə görə, hər bir yaş qrupunda intiharların baş verməsi müxtəlif səbəblərlə əlaqədardır: “İntiharın bir çox səbəbləri var. Adətən xəstəlikdən əziyyət çəkmiş, tək qalan, zərərli vərdişlərdən asılı olan insanlar intihara əl atırlar. Bu, klassik bir təsnifatdır. Ancaq son zamanlar intiharın mahiyyətinə fikir versək, görərik ki, intiharlara səbəb daha çox gənclərin, yeniyetmələrin cəmiyyətdə özünü tapa bilməməsidir. Onların zamanlarını düzgün bölə bilməmələri, həyatdan məmnun qala bilməmələri və s. bu faktorlar məhz intiharı seçmələrinə təsir göstərir. Törəmə səbəblər kimi xüsusən yeniyetmələr arasında sevgidə uğur qazana bilməmək, təhsillə bağlı problemləri də qeyd edə bilərik. Bunlar ən sonda ümidsiz vəziyyətə düşən insanların intiharına gətirib çıxarır”.
İntiharlar maarifləndirmə ilə aşıla bilər
Psixoloq bildirir ki, insanları bu sahədə maarifləndirdikcə onların intihara qarşı immunitetini qaldırmış olarıq: “İnsanlarımız bu gün müasir texnikanın inkişaf etdiyi bir dövrdə yaşayır. Onları həyata bağlayan məfhumlar zaman-zaman dəyişir. Düşünürəm ki, biz insanları maarifləndirsək bu problemin də həllini tapmış olarıq. Sırf psixoloji istiqamətdə yaxşı olardı ki, mütəmadi olaraq seminarlar keçirilsin, broşürlar paylansın. Əgər insanların problemi varsa onlar mütləq psixoloji dəstək almalıdırılar. Yaxşı olardı ki, bu, mütəxəssislər tərəfindən həyata keçirilsin. Əfsuslar olsun ki, bu situasiyalarda insanlar təyinata xas olmayan sahələrə müraciət edirlər. Əgər insan depressiyadadırsa onu ekstrasens, falçıya, cin çıxarmaya yox, psixoloq yanına aparmaq lazımdır. İnsanlarımızı bu istiqamətdə maarifləndirmək lazımdır. Maarifləndirmə kor koranə şəkildə deyil, müəyyən bir layihə çərçivəsində həyata keçirilməlidir. Yaxşı olardı ki, xarici ölkələrdə olduğu kimi, bizdə də ailə psixoloqları fəaliyyət göstərsin. Orta məktəblərdə bir psixoloq deyil, bir neçə psixoloq uşaqlarla psixoloji iş aparsın, onlar üçün xüsusi otaq ayrılsın. Bu işə məsuliyyətli yanaşmaq lazımdır. Məktəblərdə çox zaman praktikası olmayan psixoloq işləyir ki, bu da gözlənilən effekti vermir. Amma bizim dövlət və QHT-lər də bu sahədə fəaliyyətsiz deyillər. Səhiyyə Nazırliyi bu sahədə yetərli addımlar atır. Lakin düşünürəm ki, bu addımları daha da genişləndirmək lazımdır. Maarifləndirmə aparıldığı təqdirdə problem qismən də olsa tənzimlənəcək. Bu istiqamətdə qanun qəbul olunsa daha yaxşı olar”.
Kütləvi informasiya vasitələri diqqətli olmalıdır
Psixoloq deyir ki, kütləvi informasiya vasitələrində intihar hadisələri haqda məlumatların deyil, maarifləndirici yazıların yer alması daha məqsədəuyğun olardı: “Ancaq əsas məqam ondan ibarətdir ki, intihar edənlərin bir qismi uzun müddət psixoloji problemlərdən əziyyət çəkən şəxslər olur. Sadəcə, ailə səhlənkarlığı və yaxud da fərdin özünün öz durumuna səhlənkar yanaşması ən sonda intihara gətirib çıxarır. Ona görə də, buna qarşı tək bir fərd yox, ətrafda olan bütün insanlar mübarizə aparmalı, diqqətli olmalıdırlar. İstər gənc, istər yeniyetmə, istər yetkin insan olsun, psixoloji durumunda bir narahatçılıq varsa, onunla bağlı təcili təxirəsalınmaz işlər aparılmalıdır. Çünki intihar bir etiraz formasıdır. Lakin doğru etiraz deyil. Fərd bununla hər şeyini itirir. Yaşamaq gözəldir. Hər bir insan yaşamağı seçməlidir və nə olursa olsun yaşamaq uğrunda mübarizə aparmalıdır. Düşünürəm ki, bu istiqamətdə cəmiyyəti müəyyən qədər maarifləndirmək lazımdır”. 

yeniazerbaycan.com

Go Back

Elnur Rüstəmov : Biz normal sevə bilmirik

Psixoloq Elnur Rüstəmovun 1937.az-a müsahibəsi 

I hissə

– Elnur bəy, kənardan olduqca soyuqqanlı insan təsiri bağışlayırsınız...

– Nəzərə almaq lazımdır ki, mən evin böyük uşağı olmuşam və bu günə kimi evin böyüyü olmaq məsuliyyətini daşıyıram. Yəni burda ailəmin və böyüdüyüm mühitin də təsiri var.

– Deməli, bu, görüntü deyil, sadəcə, xarakter məsələsidir.

– Əlbəttə. Hələ orta məktəbdən mütaliəyə böyük həvəs və maraq göstərmişəm. Həyatda da, kitabda da yeni obrazlarla tanış olmuşam və...

– Sizcə, həyatda yeni nəsə var ki?

– Heynenin maraqlı bir fikri var: “Bu göyün altında yeni heç nə yoxdur, paltarımızın altında da hamımız lüt gəzirik”. Doğrudan da belədir.

– Mənə elə gəlir ki...

– İnsanlar həmişə öz kədərini qabartmaq, daha böyük formada təqdim etmək istəyirlər. Bilirsən, mən özüm nə boyda çətinliklərdən, həyatın enişli-yoxuşlu yollarından keçib bu rahatlığa çıxmışam? İnsanlarda dərdi şişirtmə var. Ona görə də onlar danışanda çalışıram ki, yarı-yarıya bölüm. Yəni o ağlayırsa, fikirləşirəm ki, qoy bir az ağlasın. Ağlamsınırsa, deməli, hər şey normaldır.

– Yəqin sizin də ağlamağa ehtiyac duyduğunuz vaxtlar olur. – Ümumiyyətlə, zaman keçdikcə insan kövrək olur. Belə bir söz var: içində ağlamaq. Təbii ki, məndə də bu cür hallar olur.

– Məncə, təcrübə insan hisslərini tənzimləyir. Məsələn, insan təcrübəlidirsə, sevə bilmir və yaxud sevəndə uduzmur. Çünki o, nəyi necə edəcəyini çox yaxşı bilir.

– Düzdür.

– Necə hesab edirsiniz, insanı bilmək, tanımaq, bu qədər təcrübə sizi insani hisslərdən uzaqlaşdırmır ki?

– Bizim işimiz insanlarla işləməkdir. Nə qədər klassik bir deyim olsa da, hər insan yazılmamış qalın bir kitabdır. Yəni mən taleləri sadalasam, məlum olar ki, sayını unutmuşam. Heç kim psixoloqun yanına gəlib demir ki, məndə hər şey yaxşıdır. Qapıdan içəri girəndən-çıxana qədər dərdini danışır, hərə bir dərdlə gəlir. Ən əsası da odur ki, insan həyatında onun kimsəylə bölüşmədiyi məqamlarla tanış oluruq. Digər tərəfdən, ən qorxulusu sizin dediyiniz məqamdır: insan artıq insanlıqdan çıxır.

– Amma söhbət mütəxəssisdən, psixoloqdan gedir.

– Məsələ burasındadır ki, hər gün dərd görürsən, insanların həyatının qaranlıq tərəfləri ilə tanış olursan və şüuraltı infeksiya baş verir. Psixologiyada buna “yanma sindromu” deyirlər. Yəni reallıq hissini unudursan.

– Və zaman keçdikcə pisixoloqların özünün də pisixoloji problemləri ortaya çıxır.

– Bu cür hallar pisixologiya tarixində çox olub. Ona görə də psixoloqlara tövsiyə olunur ki, onlar mütəmadi olaraq profilaktik tədbirlər görsünlər. Tutaq ki, mütaliə eləyə bilərlər, kitab yaza, qonaqlığa gedə, dostlarla ünsiyyətdə ola bilərlər. Bu cür şeylər psixoloqu sənin dediyin infeksiyalardan qoruyur.

– Yəqin siz də bu cür edirsiniz...

– Həmişə o infeksiyalardan qorunmağa çalışıram. Ancaq bu, nə qədər davam edəcək, bilmirəm. – Sizcə, Azərbaycan ailələrində baş verən problemlərin mental dəyərlərlə əlaqəsi nə qədərdir?

– Bu cür problemlər bizim üçün yeni yaranıb. Bu tendensiyanı Azərbaycan cəmiyyətinə teleseriallar gətirdi. Məsələn, qadının bir həyat yoldaşı var, bir də sevgilisi. Və yaxud, qadın içki içir, siqaret çəkir. Bunlar hamısı bizim şüuraltımızı və etnopsixologiyamızı zədələməyə başladı. Amma düşünürdük ki, bizim cəmiyyətdə, ailələrimizdə belə şeylər olmayacaq. Amma təəssüf ki, oldu.

– Bizim üçün klassik Azərbaycan kişisi var idi: arvaddan qorxmayan, evində hökmü olan bir kişi.

– Ola bilərdi ki, kişi xanımından qorxsun, çəkinsin. Amma o, kişini çöldə əzmirdi, böyüklüyünü qoruyub- saxlayırdı. Xanım qazanırdı, işləyirdi. Amma yenə də taksidən düşəndə hesabı kişi verirdi, restorana gedəndə kişi xanımdan pulu alıb özü verirdi. Artıq bu cür şeylər dəyişməyə başlayıb. Təbii ki, mental dəyərlərin toqquşması ailələrdə çox böyük problemlərə səbəb olur.

– Elnur bəy, tutaq ki, ər-arvad sizin yanınıza məsləhətə gəlib. Arvad deyir ki, ərim mənə xəyanət eləyib, bağışlaya bilmirəm.

– Xəyanət heç vaxt ailəni dağıtmır. Təbii ki, söhbət kişinin xəyanətindən gedir. Əksinə, elə ailələr var ki, kişi xəyanət eləyəndən sonra qadın onu daha çox sevməyə başlayır. Çünki bilir ki, ərini ondan başqa da sevənlər var və olacaq. Bunları biləndə qadın kişiyə daha çox bağlanır.

– Maraqlıdır, siz bir psixoloq kimi o ailəyə nə məsləhət görərdiniz?

– Xəyanətə səbəb olan məqamlar var. Onu ailə ilə müzakirə edirik. Və xanım da baş verən xəyanətin səbəblərinin fərqinə varır, o səbəbləri görür və bundan sonra onları birləşdirmək istiqamətində söhbətlər aparılır.

– Bəs xəyanəti qadın eləyibsə?

– Aha... Bilirsiniz, kişi xəyanət eləyəndə qadın düşünür ki, mənim həyat yoldaşımın görüşdüyü qadın necə biridir? Gözəldir, gözəl deyil. Məndən cavandır, yoxsa məndən cavan deyil. Yəni xanım səbəbi özündə yox, kənarda görür. Və özünü onunla müqayisə etməyə başlayır. Əgər qadın görsə ki, həyat yoldaşının görüşdüyü qadın ondan gözəl deyil, yaşlı bir qadındır, onda hansısa məqamda keçə bilər, yəni bağışlaması daha asan olar. Yox, bilsə ki, həyat yoldaşının görüşdüyü qadın ondan gözəl və cavandır, onda xanım depressiyaya düşür. Amma qadın kişiyə xəyanət edəndə fərqli olur. Kişi səbəbi özündə axtarır: “Mən həyat yoldaşıma nə verə bilmədim?” Bu da ailə psixoloquna imkan verir ki, prosesi fərqli istiqamətdə qursun.

– Heç təcrübənizdə elə ailə olub ki, onlara ayrılmağı məsləhət görmüsünüz?

– Heç vaxt belə şey deməmişəm və bundan sonra da demərəm. Bəzən fikirləşmişəm ki, bu ailənin gələcəyi yoxdur. Amma bu sözü onlara deməyə cürət etməmişəm. Ümumiyyətlə, normativdə də belə şey yoxdur ki, psixoloq hansısa ailənin dağılmağına qərar versin. Çünki situasiya dəyişə bilər.

– Sizcə, niyə Azərbaycan cəmiyyətində belə fikir formalaşıb ki, kişi xəyanət eləyə bilər, amma qadın yox?

– Əslində, kişi qadınla xəyanət edir. Kişi kişi ilə xəyanət etmir ki... Amma tələbat hər ikisində var, həm kişidə, həm qadında. Sadəcə, bizim mentalitet, etnopsixologiyamız həmişə o fikirdədir ki, kişiyə olar, qadına olmaz! Bu gün belə qaydalar yavaş-yavaş aradan qalxır.

– Məsələn, bir Avropa kişisi qadınının xəyanətini rahat şəkildə qarşılayır, uzaqbaşı ayrılır. Amma Azərbaycan kişisi belə deyil, o düşünür ki, əgər qadın xəyanət eləyibsə, ölməlidir. – Düzdür, belə hallar çox olur.

– Maraqlıdır, siz bir psixoloq kimi istərdinizmi, Azərbaycan kişisi də avropalılar kimi o mənəvi yüksəkliyə ucalsın? – Mən buna mənəvi yüksəklik deməzdim.

– Axı siz psixoloqsunuz və yaxşı bilirsiniz ki, heç nə insan ölümünə bəraət qazandıra bilməz...

– Öldürmək, əslində, ona rahatlıq verir. Ölmək can qurtarmaqdır. İnsana ən böyük cəza vicdan cəzasıdır.

– Bəs belə bir məqamda Azərbaycan kişisinə nə arzulayardınız?

– Mən möhkəm güc, dözüm və iradə arzulayardım ki, o, qadını etdiyi əməlinə görə utandırsın.

– Sizcə, Azərbaycan ailələri niyə normal ayrıla bilmir?

– Normal ayrılmaq üçün normal sevmək lazımdır. Biz normal sevə bilmirik. Sevəndə özümüz olmuruq.

– Normal sevgi olur ki? – İnsan istəsə, normal sevə bilər. Çünki anormal sevgilərin sonu məcnunluqdur. Dəlicəsinə sevən adam axırda çöllərə düşür. – Sizcə, sevgi mütləq ailəyə çevrilməlidir?

– Bəli, sevgi mütləq ailəyə çevrilməlidir. Ola bilər ki, ailəli ola-ola kimisə sevəsən, o, sənə motivasiya verə bilər. Amma əminəm ki, bu, bir müddətlikdir, yəni ötəri hissdir.

– Bəzən də ailəni sevgi dağıdır.

– Ailə psixologiyasında buna çox rast gəlinir. Tərəflərdən biri o birindən ayrı qala bilmir. Tutaq ki, kişi hansısa rayona ezamiyyətə gedir, qadın xəstələnir.

– Və kişi də bezib arvadı boşayır.

– Düzdür, belə şeylər ailənin dağılmasına gətirib çıxarır. Ümumiyyətlə, bütün hallarda normanı, “qızıl orta”nı saxlamaq lazımdır. Bu, bir az çətindir. Amma çalışmaq lazımdır ki, bacarasan.

– Elnur bəy, xarakteri dəyişmək mümkündür?

– Xarakter dəyişə bilər. İnsanın həyatında elə bir travmatik olay ola bilər ki, onun həyatı alt-üst olsun və tamamilə yeni xarakter ortaya çıxsın. Mühit də dəyişə bilər.

– Mənim bildiyimə görə, siz ədəbi prosesi yaxından izləyirsiniz...

– Ədəbi prosesi izləyirəm. Ədəbiyyat yaxşı əylənmək, dincəlmək yeridir. Gərək insan onu yaşasın. Ədəbiyyat olmasa, söz olmasa, insan çətin yaşayar. Psixoloq da sözlə işləyir. Təəssüf ki, bu gün bizim yaxşı yazarlar azdır, özü də həddindən artıq az. Ona görə də yaxşı yazıya bir aclıq var.

– Bədii kitablar oxumağa vaxt tapa bilirsiniz?

 – İstər Azərbaycan ədəbiyyatını, istərsə də dünya ədəbiyyatını izləyirəm. Oxumasam, özümü çox pis hiss edərəm. Oxumaqdan aldığım zövqü heç nədən ala bilmirəm.  

 

 

 

Go Back

Ailə səadəti onu qorumaqdan başlayır

İdeal uşaq böyütmək üçün ideal ana olmaq lazımdır.

“Düşüncə” jurnalının bu sayının qonağı “Narınc Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri, psixoloq Narınc Rüstəmovadır.

- Bir mütəxəssis kimi keçmişə nəzər saldıqda valideynlərin davranışında və sizə verdikləri tərbiyədə hansı müsbət və mənfi cəhətləri görürsünüz?


- Adətən insan nə isə gördükdə və ya etdikdə bunu keçmişi ilə müqayisə edir. Uşaq tərbiyəsi ilə də bağlı bu cürdür. İnsan öz uşaqlığını xatırlayır və öz valideynlərinin davranışını, ona verilən tərbiyəni təhlil edir. Əslində özüm də müqayisə edəndə bəzi müsbət və mənfi cəhətləri görürəm. Məsələn, psixoloq olmağımın əsas səbəbi valideynlərimin mənə psixoloji nöqtəyi nəzərdə yanaşmalarıdır. Anam fizika müəlliməsidir və onun uşaqlarla çalışmasıbizimlə münasibətdə psixoloq kimi davranmasına şərait yaradıb. Anam bizə daha çox müstəqil düşünmək üçün şərait yaradırdı. Psixologiyanın dərinliyinə bələd olmasa da, anam bunu daha çox analıq instikti ilə bağlı edirdi. Məsələn, biz nəsə istəyir və şıltaqlıq edirdiksə, o bizə fikir verməzdi. Həmin müddət bizimlə soyuq davranar, aramızda məsafə saxlayardı. Bu psixologiyada bihevioral - davranış terapiyası adlanır. Biz işdə bu terapiyanı indikinin özündə də uşaqlara tətbiq edirik. Halbuki, anam onu bizimlə münasibətdə mexaniki olaraq edirdi. Özü də bilmədən. Çətin vəziyyətlərdə belə, bizə şərait yaradırdı ki, özümüz düşünüb çıxış yolu tapaq. Heç vaxt nəyisə “çeyniyib ağzımıza qoymaz”dı. Dərslərimizi də müstəqil şəkildə, heç bir təzyiq olmadan edərdik. O, bizə deyirdi ki, sonda çalışmanı gətirərsiz yoxlayaram. Mən həmişə ev tapşırıqlarını özüm etmişəm.

Ümumiyyətlə, uşağın tərbiyəsində ananın böyük rolu var. Bu gün biz uşaqlarla işləyirik. Müşahidə aparıb görürük ki, həmişə ananın fikirləri, ananın əhvalı uşağın əhvalına da təsir edir. Ananın problemləri varsa, uşaq da bir növ o problemləri yaşayır.

Atam isə tipik Azərbaycan ailələrində olduğu kimi həmişə işləyər, axşam evə gələrdi. Məndə ata obrazı çox güclüdür. Psixologiyada buna elektra kompleksi deyirlər. Məndə ataya meyllilik çox idi. Uşaqlıqdan atam həmişə mənə güvənirdi. Çox təmkinli və humanist adamdır.

Onu da deyim ki, uşaqlıqda hiperaktiv olmuşam. Mənim oğlum Məsud da hiperaktivdir. Bura mərkəzə gələndə bir dəqiqə belə dayanmır. Məsud bir dəqiqəyə o qədər yeri gəzir, o qədər şey edir ki, adam özü məəttəl qalır. Xatırlayıram ki, uşaqlıqda çox dəcəl olmuşam. Həmyaşıdlarımdan heç kim mənə bata bilmirdi. Məktəb vaxtından ya təmizkom ya sinifkom olmuşam.Yadıma düşür ki, sinifdə bir oğlan var idi. Hamının şirniyyatını alıb yeyirdi. Bir dəfə o mənim peçenyelərimi də almışdı. Mən də onun barmağının ətini üzmüşdüm. Necə çeynəmişdimsə, barmağının dərisi çıxmışdı. Müəllimlər mənim haqqımda deyirdilər ki, Narınc ilanı da yuvasından çıxarar. Bəzi müəllimlər isə məni başa düşmürdü. Deyirdilər ki, diqqəti dağınıqdır. Dərsdə mən uşaqlarla danışır və nəsə öz işlərimlə məşğul olsam da, müəllimə qulaq asırdım. Dərsinə də cavab verirdim. Müəllim də həmişə bu halımla maraqlanır və deyirdi: “Mən dərsi izah edəndə sən öz işinlə məşğulsan. Bəs, necə olur ki, səndən həmin dərs haqqında sual verəndə yaxşı cavab verirsən?”. Tələbə vaxtlarımda da belə idim. Bütün gənclər təşkilatlarında üzv idim. Səsim “Universitet” qəzetindən də gəlirdi. Xəttim səliqəsiz idi. Ümumiyyətlə, hiperaktiv uşaqların kiçik motorikası zəif olduğu üçün xətti çox səliqəsiz olur. Anam həmişə xəttimə görə məni cəzalandırırdı. Çox vaxt məni nevropatoloqlara aparır və dərman verirdilər. Əslində isə dərman vermədən psixoloq yanına aparıb hiperaktivliyi korreksiya edərək gözəl nəticə ala bilərdi. Həmişə deyirəm ki, heyif bizim dövrdə psixoloqun yanına getmirdilər.

- Necə oldu ki, uşaq psixoloqu olmağa qərar verdiniz?


- Uşaqlıqda mənə həmişə deyirdilər ki, “sən oxumamış psixoloqsan”. İnsanlarla danışmağı çox sevirdim. Xatırlayıram ki, 4 yaşım olanda sanatoriyaya getmişdik. Uşaqlarla elə dostlaşmışdım ki, ordan qayıdanda uşaqlar dalımca qaçaraq adımı çağırırdılar: “Narınc, Narınc”. Mənim getməyimi istəmirdilər. Hələ o vaxtdan uşaqlarla yaxşı münasibət qura bilmişəm. Hamı ilə, böyüklərlə də rahat ünsiyyət qururdum. Hiperaktiv olduğum üçün tez ünsiyyətə girib dost ola bilirdim. İnsanları yaxşı başa düşürdüm. Məndən 20 yaş böyük adamlarla belə söhbət edir və onu başa düşürdüm. Uşaqlıqdan məndə insanlarla söhbət etməyə, onları öyrənməyə maraq var idi. Zaman keçdikcə düşündüm ki, bunu inkişaf etdirə bilərəm. Psixologiyanı özüm istəyərək seçmişəm. Mən psixoloq kimi fəaliyyətə başlayanda əsasən 12-30 yaş arasında olan adamlarla işləyirdim. Məhz uşaq psixoloqu olmağımın səbəbkarı isə həyat yoldaşım Elnur müəllimdir. Elə oldu ki, birgə çalışdığımız mərkəzdə uşaq psixoloqu işdən çıxdı. Bizdə də uşaq psixoloqu yox idi. Ona görə də mən daha çox uşaqlarla işləməyə başladım. Bir sözlə, Elnur müəllim başımı aldadıb məni uşaq psixoloqu etdi.

İnanıram ki, nəsə olursa, yaxşılığa doğru olur. Arzulamaq çox önəmlidir. Vaxtilə vərəqə yazdığım arzularım artıq həyata keçib. Mən artıq yeni arzular arzulayıram. Amma bu mənə kifayət edir - övlad, iş, ailə. Hər səhər tezdən yuxudan oyanıb işə, axşam isə ailəmin yanına tələsirəm. Düşünürəm ki, bundan böyük xoşbəxtlik ola bilməz.

- Həyat yoldaşınız, psixoloq Elnur müəllimlə necə tanış olmusunuz?


- Elnur müəllimlə bir yerdə işləyirdik. Elnur müəllimin psixologiya ilə bağlı kurslarına qatılırdım. Sonradan isə onlarla birgə çalışır, pasient qəbul edirdim. Onda Elnur müəllim çox ciddi adam idi. Mən elə bilirdim ki, yəqin ki, evlidir, iki usağı var. İndi o qədər də qaraqabaq deyil. Buna da bizim ailə qurmağımız müsbət təsir edib. O bir müddət sonra mənə maraq göstərməyə başladı. Bu zaman subay olduğunu öyrəndim. Sonradan münasibət qurmağa başladıq. Adətən oxuduğumuz kitabları müzakirə edirdik. Kursdan sonra daha çox psixologiya ilə bağlı kitablarlı oxuyurduq. El müəllim rus dillində oxuyurdu, mənsə türk dilində. Kitablarımızı bir-birimizlə dəyişdirib oxuyurduq. Zaman keçdikcə aramızda münasibətin yarandığını hiss etdik. Elnur müəllim mənimlə ailə həyatı qurmaq istədiyi üçün atamla danışdı. Bu barədə çox həssas olsa da, Elnur müəllimdən xoşu gəldi. Dekabrda nişanlandıq, apreldə isə toyumuz oldu. Xatırlayıram çox maraqlı parodoksdu. O vaxtlar Elnur müəllim kursun pulunu məndən götürməmişdi. Mən də kursun pulunu saxlamağı və Elnur müəllimin ad günündə həmin pulla ona hədiyyə almağı qərara aldım. Amma iyulun 14-ü artıq onun arvadı idim. Onun ad günü isə iyulun 14-ü idi. Ad günündə ona dedim ki, “8 ay əvvəl sənə yaxın dost və müəllim kimi hədiyyə bağışlayacaqdım, indisə sənə həyat yoldaşı kimi hədiyyə verirəm”.


- İdeal ailə varmı? Ümumiyyətlə, idela ailəyə necə sahib olmaq olar?

- Konkret ideal ər və ya uşaq yoxdur. Sadəcə hər bir insanın müəyyən idealı olur. Yəni ki, insan istədiyi xüsusiyyətləri başqasında tapırsa, həmin insanı ideal görür. İnsanın istədiyi, tələb etdiyi xüsusiyyətlər isə fərqlidir. Məsələn, Elnur müəllim üçün ideal həyat yoldaşı onun üçün dadlı yeməklər bişirən qadın deyil. Bəlkə də başqa kişinin idealı məhz elə bir qadındır. Əsas odur ki, şəxsin öz idealındakı ailə modeli olsun. Bu çox önəmlidir. Məsələn, Elnur müəllim heç vaxt məndən yemək bişirməyimi tələb etmir. Biz evdə çox vaxt hazır yeməklər yeyirik. Ya da ki, harasa gedib yemək yeyə və ya evə sifariş edə bilərik. Yəni çox vaxt yemək bişirə bilmirəm. Həyat yoldaşım bunu heç vaxt problem etməz. Amma işə getməsəm, bunu mənə irad tutar. Deyər ki, “Niyə işə getmirsən?”. “Mərkəzdə vacib işlərin qala bilər”. Onun idealındakı qadın sosial mühitdə güclü və fəal olmağı bacaran qadındır. Onun üçün yemək bişirən qadın güclü deyil. Elnur müəllim həmişə deyir ki, mən elə bir qadın istəyirəm ki, öləndə gözüm arxada qalmasın. Bu gün mən onun bütün işlərini tənzimləyə bilərəm. Artıq hər şeyi bacarıram. Mənim idealımdakı kişi obrazı isə qazanan, hər şeyi evə gətirən kişi deyil. Mənim üçün ideal kişi mənə karyerada uğur qazanmağa şərait yaradandı. İdeal ailə mənim üçün hər şeyi birlikdə edən ailədir.

- Bəs, ideal tərbiyəyə nail olmaq olarmı?


- Əslində ideal tərbiyə yoxdur. Sadəcə valideynin uşaqdan gözlədikləri var. Hər insan üçün ideal uşaq fərqli ola bilər. Məsələn, mənim üçün ideal uşaq sakit oturan, sual verəndə bütün suallara ağıllı cavab verən uşaq deyil. Mən insanların oğluma baxıb necə də sakitdir. “Deməli ağıllı uşaqdır” deməyini gözləmirəm. Mənim üçün ideal uşaq araşdıran, qaçan, hər şeyə fikir verən, cana yaxın, ünsiyyətcil, həm də eyni zamanda etik qaydaları nəzərə alan uşaqdır.

Bəzi valideynlər üçün ideal uşaq böyüyəndə onların istədiklərini yerinə yetirən uşaqdır. Mənsə sabah Məsud böyüyəndə mənim istədiklərimi deyil, öz istədiklərini həyata keçirməyini istəyirəm. Məsələn, mən ona “sən mütləq psixoloq olmalısan”deməyəcəyəm. Düzdür, ona hiss etdirmədən onu düzgün istiqamətə yönləndirəcəyəm. Övladıma heç vaxt təzyiq etməyəcəyəm.

Valideyn nəzərə almalıdır ki, uşağı cəmiyyət üçün böyütmək çox önəmlidir. Sabah biz onun yanında olmayacağıq. Övladımız baxçada artıq 6 saat, məktəbdə isə 7-8 saat bizsiz vaxt keçirəcək. Sonradan kurslara və ya müəllim yanına da gedəcək. Yəni onun yanında rolumuz getdikcə azalır. Bir gün bəlkə də biz öləcəyik, o isə tək qalacaq. Valideyn düşünməlidir ki, bu gün mən onu elə böyütməliyəm ki, sabah mənsiz də rahat yaşamağı bacarsın.

Onu da qeyd edim ki, ideal uşaq böyütmək üçün ideal ana olmaq lazımdır. Ana övladını hiss etməyə çalışmalıdır. Övladı ilə çox ünsiyyət qurmalı, onunla daha çox vaxt keçirməlidir. Ana uşağın hər hərəkətinə diqqət yetirməlidir. Düzdür, müşahidə etsə də, qarışmamalıdır. Ana həm də təhlil etməyi bacarmalıdır. Elə analar olur ki, psixologiya təhsili yoxdur, amma təcrübəsi var, hissiyyatı o qədər güclüdür ki, uşaqla yaxşı işləyir. Mən belə anaları görəndə həmişə deyirəm ki, mənim rəqiblərimdir.

- Asudə vaxtınızı necə keçirirsiniz?


- Asudə vaxtımızı çox vaxt ailə ilə birgə keçiririk. Mənim üçün uzaq bir yerə getmək önəmli deyil. Boş vaxtımızı ürəyimizdən necə keçirsə elə də keçiririk. Parka, əyləncə mərkəzinə, bir sözlə istədiyimiz yerə gedirik. Məsələn, ürəyimiz çölə çıxmaq istəyirsə, çölə çıxırıq. Əsas odur ki, bir yerdə olaq. Bir yerdə yemək də yeyə bilərik. Yəni ki, biz asudə vaxtı necə keçirməyimizi planlaşdırmırıq. Ola bilsin ki, bazar gününü evdə keçirib axşam harasa getmək istəyək. Çox vaxt ailəmiz ani qərar verməklə seçilir. Məsələn, biz anidən qərar verib Elnur müəllimin kəndinə də gedə bilərik. Bunun üçün 7-8 saat yol gedirik. Bu baxımdan birbirimizə çox uyğun gəlirik. Biz iki dəqiqəyə paltar götürəcəyik və gedəcəyik.

Elə insanlar var ki, yataraq dincəlir, elələri də var ki, seriala baxaraq, kinoya gedərək dincəlir. Bəzi insanlar isə anası ilə telefonla danışaraq dincəlir. Məsələn, mənim istirahətim daha çox aktivdir. Yəni yataraq dincəlmirəm. Harasa əyləncə mərkəzinə gedir və birgə əylənirik. Məsud yellənməyi, sürüşməyi, ümumiyyətlə, oyun oynamağı çox sevir. Onunla birgə oynayarıq, maşın sürürük. İndi o, seçim edə bilmir və biz onu istədiyimiz yerə aparırıq. İnşallah böyüyəndə artıq seçim edə biləcək. Deyəcək ki, ana –ata məni o yerə apar və s.

Elnur müəllim Məsudu çox sevir. Onunla dostluq əlaqələri qurub. Məsud da onunla yaşıdı kimi davranır. Onunla top-top oyanyır, gülür, hoppanıb-düşür.

-Gələcək planlarınız nədir?


-Gələcək planlarımız bir holdinq qurmaqdır. Gələcəkdə ailə şirkəti təsis edəcəyik və ailənin hər üzvü o holdinqdə işləyəcək. Orada hərə özünə uyğun müxtəlif vəzifələrdə işləyə bilər. İstəsək dikertor kimi işləyə bilərik, istəsək də psixoloq və s. Holdinqdə müxtəlif istiqamətli mərkəzlər cəmləşəcək. Bizim uşaq mərkəzimiz artıq var. Autik uşaqlar üçün də mərkəz açacağıq. Holdinqdə baxça, tədris mərkəzi də açmaq fikrindəyik. Ailəvi şirkət təsis etmək bizim ən böyük arzularımızdandır.

Baş redaktorun müavini
Aynurə MƏMMƏDOVA

 

 

 

 

 

 

Go Back

Yol hərəkət qaydalarını bilirikmi?

“Düşüncə” jurnalının bu sayının qonağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevdir. K.Əliyevlə yol qəzalarının səbəbləri, yol hərəkəti qaydaları və onları pozanlar haqqında söhbətləşdik.

- Yol qəzaları daha çox hansı səbəblərə görə baş verir?

-Daha çox piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verir. Piyada vurmaq hadisələri
təxminən ümumi qəzaların 37 %-ni təşkil edir. Ümumi qəzaların 30-31 %-i isə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması üzündən baş verən qəzalardır. Ötmə qaydalarının pozulması da geniş yayılıb. Belə ki, ötmə qaydalarının pozulması ümumi qəzaların təxminən 28-29 %-ni təşkil edir. Yol ayrıcının keçmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar da üstünlük təşkil edir. Bundan başqa, teztez yüksək sürətlə idarə olunma zamanı ayrı-ayrı sürücülər tərəfindən manevretmə qaydalarının da pozulması nəticəsində ağır qəzalar baş verir. İstənilən qəzada istənilən qayda pozma yüksək sürətlə müşaiyət olunursa, onda qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. İşıqforun qırmızı işığında nəqliyyat vasitələrinin hərəkəti də qəzaya səbəb ola bilər.

- Hansı istisna hallarda nəqliyyat vasitələri işıqforun qırmızı işığında hərəkət edə bilərlər?

- İşıqforun qırmızı işığı yanarkən operativ nəqliyyat vasitələri hərəkət edə bilərlər. Bu nəqliyyat vasitələrinin sayrışan işıq və xüsusi səs siqnalı olur. Bu vasitələrlə operativ nəqliyyat vasitələri təhlükəsizliyini təmin edə bilirlər. “Yol hərəkəti haqqında” qanunun tələblərinə görə belə siqnalları verən operativ nəqliyyat vasitələrinin sürücülərinə digər nəqliyyat vasitələrinin sürücüləri mütləq yol verməlidirlər.
Yəni onlar sayrışan göy, qırmızı işıqlarla təchiz olunmuş sayrışan işıqları yandıraraq və xüsusi səs siqnallarını istifadə edərək hərəkət üstünlüyü istəyirlərsə, belə nəqliyyat vasitələri digər hərəkət iştirakçıları qarşısında hərəkət üstünlüyünə malikdirlər. İstər piyada, istərsə də digər nəqliyyat vasitəsi operativ nəqliyyat vasitələrinə hərəkət üstünlüyünü verməlidirlər. Onlar müəyyən xidmətlə əlaqədar yol hərəkəti haqqında qaydalardan kənara çıxa bilərlər. Buna qanun da icazə verir. Amma digər hallarda heç kim işıqforun qırmızı işığında keçə bilməz. Əgər kimsə işıqforun qırmızı işığı yanan zaman yolu keçirsə, ya o, həddindən artıq nizamsız sürcüdür, ya sərxoşdur, ya da işıqfora fikir verməyib. Bəzi hallarda isə sürcülərin başı avtomobildə olan digər sərnişinlərlə söhbətə qarışdığı üçün işıqforu görmürlər. Elə də insanlar var ki, hardasa başqa işinin olmasını əsas gətirərək qırmızı işıqda bilərəkdən keçir. Bilməyərək qırmızı işıqda yolu keçən sürücülərin sayı çox azdır. İşıqforu görməyən sürücü ola bilərmi?

- Sürücü və ya sərnişin işıqforun qırmızı işığında yolu keçdikdə onlara nə qədər cərimə tədbiq olunur?

- İnzibati xətalar məcəlləsinin 151.2-ci maddəsinə müvafiq olaraq işıqforun qadağan edici işığı yananda hərəkətini davam etdirməsinə görə sürücülər 60 manat məbləğində cərimə olunurlar. Və bu qayda pozuntusu üç balla qiymətləndirilir. İl ərzində əgər sürücü 12 və daha artıq cərimə balı toplayırsa, onun sürücülük hüququ bir ilədək məhdudlaşdırılır. Piyadalar isə 20 manat məbləğində cərimələnir. Eləcə də piyadalar keçmək üçün nəzərdə tutulmayan yerlərdən yolu keçdiklərinə görə də 20 manat cərimə olunurlar.

- Hansı yollarda nəqliyyatın sıxlığı müşahidə olunur və bunun səbəbləri nədir?

- Nəqliyyatın sıxlığı əsasən şəhərin giriş hissələrində olur. Misal üçün, Sumqayıt yolunda səhər və axşamlar nisbətən sıxlıq müşahidə olunur. Bunun da qarşısının alınması üçün artıq Nəqliyyat Nazirliyi tərəfindən yolun genişləndirilməsinə başlanılıb. Xüsusilə də Bakı- Quba yolunun 7-ci klm-də körpünün üstündə yolun dar olması nəticəsində nəqliyyat axınında problem yaranır. Səhər tezdən Sumqayıt, Sulu təpə, Xırdalan və s. qəsəbə və şəhərlərin nəqliyyatı Bakı şəhərinə ancaq bu küçədən keçir. Ona görə burada həddindən çox nəqliyyat olur. Bu yolun ötürücülük qabiliyyəti nəqliyyatın sayına görə bir o qədər də yüksək deyil. Xüsusilə də körpünün üstündə sıxlıq daha çox yaranır. Son vaxtlar yeni körpünün tikilməsi ilə bağlı işlər gedir. Yaxın vaxtlarda körpü hazır olandan sonra, artıq yolun buraxma qabiliyyəti daha da yüksələcək. Bu da nəqliyyatın sıxlığının qarşısını alacaq. Şəhərin bəzi hissələrində də sıxlıq var. Yaxın vaxtlarda “Qələbə” meydanında “Gənclik metro stansiyasının yaxınlığında yol qovşağı istifadəyə verilməlidir. Vahabzadə küçəsi ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki iri yol qovşağı da yəqin ki, ilin axırına qədər istifadəyə veriləcək. Daha sonra Əhməd Rəcəbli küçəsi ilə Böyükşor yolunun kəsişməsində olan bir neçə yol qovşağı var ki, tunellər, körpülər – bunlar hamısı istifadəyə veriləndən sonra düşünürəm ki, nəqliyyat axınında problem qalmayacaq. Ümumiyyətlə, dünyanın bütün iri və nəqliyyatın çox olduğu şəhərlərdə istər-istəməz sıxlıq yaranır. Təsəvvür edin ki, Bakı şəhərində 720 mindən çox nəqliyyat vasitəsi var. Gün ərzində də nəzərə alsaq ki, 45-50 min maşın da şəhərə girir, bu qədər nəqliyyat vasitəsinin axınına tab gətirmək çətindir. Üstəlik qadağan olunan yerlərdə, yolun ikinci cərgəsində saxlayan avtomobillər sıxlığın daha da çoxalmasına səbəb olur. Bunların hamısının həlli ümumilikdə kompleks şəkildə nəzərdə tutulub. Mustafayev küçələrinin kəsişməsindəki iri yol qovşağı da yəqin ki, ilin axırına qədər istifadəyə veriləcək. Daha sonra Əhməd Rəcəbli küçəsi ilə Böyükşor yolunun kəsişməsində olan bir neçə yol qovşağı var ki, tunellər, körpülər – bunlar hamısı istifadəyə veriləndən sonra düşünürəm ki, nəqliyyat axınında problem qalmayacaq. Ümumiyyətlə, dünyanın bütün iri və nəqliyyatın çox olduğu şəhərlərdə istər-istəməz sıxlıq yaranır. Təsəvvür edin ki, Bakı şəhərində 720 mindən çox nəqliyyat vasitəsi var. Gün ərzində də nəzərə alsaq ki, 45-50 min maşın da şəhərə girir, bu qədər nəqliyyat vasitəsinin axınına tab gətirmək çətindir. Üstəlik qadağan olunan yerlərdə, yolun ikinci cərgəsində saxlayan avtomobillər sıxlığın daha da çoxalmasına səbəb olur. Bunların hamısının həlli ümumilikdə kompleks şəkildə nəzərdə tutulub. Qeyd etdiyim körpülər, tunellərlə yanaşı maşınların park etməsi üçün nəzərdə tutulan böyük duracaqlar inşa olunub. Şəhərdə yeni, böyük dayanacaq da inşa edilib və bu günlərdə istifadəyə verilməlidir. Bütün bunlar ümumilikdə sıxlığın qarşısının alınması və Bakı şəhərində nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təşkil olunması istiqamətində dövlət tərəfindən atılan addımlardır. Qeyd etdiyim körpülər, tunellərlə yanaşı maşınların park etməsi üçün nəzərdə tutulan böyük duracaqlar inşa olunub. Şəhərdə yeni, böyük dayanacaq da inşa edilib və bu günlərdə istifadəyə verilməlidir. Bütün bunlar ümumilikdə sıxlığın qarşısının alınması və Bakı şəhərində nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təşkil olunması istiqamətində dövlət tərəfindən atılan addımlardır.

- Yol hərəkəti qaydalarını daha çox qadınlar pozur, yoxsa kişilər?

- Qadınların sayı ilə kişilərin sayı çox fərqlidir. Qadın sürücülər kişilərdən azdır. Ümumilikdə, faiz etibarı ilə götürdükdə qadınların qayda pozuntusu daha çox olur. Ən çox yayılan qayda pozuntusu isə sükan arxasında mobil telefondan istifadə etməkdir. Xanımlar avtomobil idarə edərkən daha diqqətli olmalıdırlar. Qadınlar sükan arxasına oturanda çalışırlar ki, bütün problemlərini telefonla maşın sürərkən həll etsinlər. Bu səbəbdən də qəza hadisələrinin baş verməsinə səbəb olurlar.

- Uşaqlar yol hərəkəti haqqında qaydaları bilirlərmi? İl ərzində nə qədər uşaq yol qəzasına düşür?

- Keçən il ərzində yol nəqliyyat hadisələri nəticəsində 16 yaşına qədər olan uşaqlardan 79 nəfəri ölüb, 235 nəfəri yaralanmışdır. Ümumiyyətlə, valideynlər və müəllimlər uşaqlara yolu keçmək qaydalarını izah etməlidirlər. Birincisi bunu öz əməlləri ilə göstərməlidirlər. Valideyn əgər uşağa işıqforun qırmızı işığı yananda yolu keçməyin qadağan olduğunu, bunun onun üçün pis nəticələnəcəyini deyirsə, bunu öz əməllərilə də sübut etməlidir.
Bəzi valideynlər uşağa bunu izah etməyinə baxmayaraq, uşağın əlindən tutub özləri qırmızı işıqda yolu keçirlər. Əgər valideyn uşağa piyadaların keçməsi üçün nəzərdə tutulmayan yerdən keçməyin qadağan olduğunu deyib, özü isə bunu edirsə, bu uşağa necə təsir edəcək? Çox vaxt valideyn yolun kənarında olan metal konstruksiyalı çəpərlənməni də keçir. Valideyn bu zamann uşağı da dəmirin altından keçməyə məcbur edir, özü də dəmirin üstündən keçib maşınların sürətlə sürdüyü yola çıxır. Sabah valideyn bu hərəkəti uşağa qadağa edəndə, uşaq deməyəcəkmi “ay ana, ay ata sən məni dünən özün dəmirin altından keçirtdin”. Bu cür davranışlar uşağa çox pis təsir göstərir. Onlar buna vərdiş olurlar. Necə gəldi, harda gəldi yolu keçirlər.

- Piyada və sürücülərin buraxdığı səhvlər və onlara məsləhətləriniz?

- Piyadaların etdiyi səhvlər yolu düzgün keçməməsi, ehtiyyatsız olmasıdır. Sürücülərin də bugün ən çox yolda etdikləri qayda pozuntusu sürət həddinə riayət etməməkdir. İstər şəhərdə, istərsə də şəhərdən kənarda avtomobilləri sürətlə sürənlər olur. İstəyərdim ki, bunu etməzdən əvvəl sürücülər özünün və ya başqasının həyatına son qoya biləcəyini düşünsünlər. Ümumiyyətlə, qaydalar pozulduğu üçün qəzalar baş verir. Qayda pozulmazsa, qəza da baş verməyəcək. Ona görə də biz çalışmalıyıq ki, qaydalara riayət edək. Qaydaya riayət etməklə həm özümüzü, həm də digər hərəkət iştirakçısının həyatını qoruyuruq. Yəni mən qayda pozuramsa, ya mənim özümə nəsə ola bilər, ya da avtomobilimdə olan başqa adamlara, piyadaya, ya da ki, digər nəqliyyat vasitələrini idarə edən sürücülərə. Bu səbəbdən də həm sürücülər, həm də piyadalar diqqətli olmalı, özlərinin və başqalarının həyatını təhlükə altına atmamalıdırlar.

 

Baş redaktorun müavini
Aynurə Məmmədova

Go Back

“Qadınlar kişilərə nisbətən daha çox…”

Psixologiya və Konsultasiya mərkəzinin baş psixoloqu Elnur Rüstəmovla aparılmış müsahibə.

-Azərbaycan ailələrində  uşaqların psixologiyasının formalaşdığı bir dövrdə valideynlər tərəfindən edilən səhvlər onların psixologiyasında böyük bir iz buraxır. Bu, gələcəkdə hansı fəsadların özünü biruzə verməsinə səbəb ola bilər? 

-Hər bir insanın həyatında müəyyən travmatik situasiyalar olur və həllini tapmadıqda sonralar fəsadlar yaradır. Ruslarda belə bir söz var: “Biz 16 yaşdan yuxarı böyümürük”. Düşünürəm, bunu bütün insanlara şamil etmək mümkündü. İnsan fərqində olmasa belə, hər zaman özündə keçmişindən nələrisə daşıyır. Psixoloq və ya psixoterapevtin işi də insana özündə baş verənləri dərk etməkdə yardımçı olmaqdır. Şübhəsiz, anonimliyi qorumaq şərtilə. Bizim nəinki uşaqlıq xatirələrimiz, həm də uşaqlıqda eşitdiyimiz nağıllar, dastanlar sonrakı yaşam və düşüncəmizə birbaşa təsir göstərir. Məlikməmməd indinin özündə də bizimlə iç-içə yaşayır. İndi də çətin vəziyyətlərdə Simurq quşunun bizi azad edəcəyinə inanırıq. …Psixologiya bir peyvənddir ki, bütün insanlara vurulmalıdır. Psixologiya, bizə içimizlə harmoniyada yaşamaq üçün böyük kömək göstərə bilər.

-  Elnur bəy, amma bunun üçün ilk növbədə psixologiyanın gücünə inanmalıyıq. Bizim köhnə psixologiya dərsliklərində insanlar yox, tiplər, qruplar haqqında gedirdi söhbətlər. Sən psixologiya kitabını açırdın və dərhal individuallığın itirdi öz gözündə. Çünki görürdün ki, psixoloqlar üçün sən fərd deyilsən, bütün fərdlər hansısa tipə daxildir, psixoloqlar səni “optovoy” – topdan müzakirə edirlər. Sanqviniklər bu cürdür, fleqmatiklər bu cürdür və s. Heç kimi narazı qoymamaq üçün də sonda bir cümlə artırırdılar: bir qrupun əlamətlərinə bir insanda xalis halda rast gəlinməyə də bilər, bir adamda 30 faiz melanxoliklik, 70 faiz xoleriklik ola bilər və s. Tutalım, sən özünün təkrarsız gizli bir fərdiyyətin olduğuna inanırdın, psixoloqlar isə elə davranırdılar ki, sanki “sənin kimiləri çox görüblər”, sanki bu gizli və özəl fərdiyyətin aldıqları elm vasitəsilə artıq sənə qədər onlara məlum edilib, haqqındakı hər şey, davranışların kateqoriyalaşdırılıb. Bəs indi necə, psixologiyanın bu metodu dəyişilibmi? Axı indi əksərsahələrdə bir metodun hegemonluğuna son qoyulub, çoxölçülülüyü birölçülük əvəz edib…

-  Psixologiya dünəndən bu günə uzun bir inkişaf yolu keçib, sadaladığınız məsələ bu gün psixologiya üçün aktual deyil. Müasir psixologiya daha dinamikdir və təsir dairəsi daha genişdir. Köhnə dərsliklərdəki bu yanaşmalara görə, psixologiyadan uzaq düşmək düzgün deyil. Bu gün psixologiya və psixoterapiyada fərdə yönəlik 600-dan yuxarı istiqamət var… Tutalım, şizofrenikin müalicəsində psixoanalizin tətbiqi yasaq edilir, ancaq isterik xəstələrlə iş prosesində psixoanaliz əvəzsizdir. Konkret situasiyada psixologiya konkret elmdir.

-  Qadın psixologiyası ilə kişi psixologiyası çoxmu fərqlidir?

-  Bunlar arasında  kəsişən və kəsişməyən nöqtələr var ki, zaman-zaman psixoloqlar, filosoflar tərəfindən araşdırılıb. Fərqlərdən biri qadınlarda emosional sferanın nisbətən zəif olmasıdır. Ona görə də çox zaman xanımlar daha çox emosional olurlar. Eyni zamanda qadınlar öyrənməyə, narahat olduqları məqamları düzəltməyə kişilərə nisbətən daha çox meyllidirlər. Bu gün bizim mərkəzimizə də daha çox qadınlar müraciət edir. Bu o demək deyil ki, kişilər heç bir psixoloji narahatlıq yaşamırlar. Əksinə, bəlkə də onlarda bu narahatlıqlar qadınlardan daha çoxdur. Lakin kişilər onları özləri həll etməyə çalışırlar. Bu səbəbdən infarkt riski kişilərdə qadınlara nisbətdə qat-qat artıqdır.

-  Niyə azərbaycanlı ehtiyac duyanda falçının yox, psixoloqun yanına getsin?

Əslində bu məsələnin mahiyyətində kollektiv təhtəlşüur problemi dayanır. Bunu psixologiyada Karl Yunq işləyib. Söhbət illərlə mövcud olan yanaşma tərzlərinin birdən-birə dəyişmədiyindən gedir. Biz nə qədər çalışsaq da, mələyə aid etdiyimiz xüsusiyyətləri şeytana, iblisə şamil edə bilmərik. Çünki bu fikir  əsrlərlə beynimizdə dərin kök salıb. Eləcə də falçılıq. Tarixən azərbaycanlılarda şamançılıq, falçılıq, cadu olub. Belə bir deyim bizim təhtəlşüurda da var: “Fala inanma, falsız da qalma”. Falçı qısa müddətə insana çoxlu ümidlər verir, psixoloq isə analiz aparır. Falçı dediklərinə görə məsuliyyət daşımır, psixoloq isə ortaya elmi yanaşma qoyur, məsuliyyət daşıyır. Psixologiya və psixoterapiya haqqında Qanun var. Falçılıq haqqında isə qanun yoxdur. Peşəkar psixoloq  insanın keçmişinə baxıb gələcəyi haqqında dolğun raport verə bilər.

-  Bu gün müxtəlif həyat hadisələrində travma almış qadınlar çoxdu, ya kişilər? Onlara nə təklif eləyirsiniz? Həyata necə yanaşsınlar?

- Bizim Mərkəzə daha çox qadınlar gəlir. Onlarla həm fərdi görüşürük, həm də yaratdığımız Qadın Klubundakı seminarlarda. Bilirsiniz, bizim ölkədə insanların psixi sağlamlığını, psixi təhlükəsizliyini sistemə salmaq lazımdır. Nisbətdə qadınlar kişilərdən daha çox psixoloji təsirə məruz qalırlar. Həyata ümumi yanaşmaya gəlincə isə, Mövlana Cəlaləddin Ruminin möhtəşəm bir sözü var: “Gözəl düşünən gözəl görər.” Xanımların həyatı bütün çalarları ilə sevmələrini istərdim.

 

Go Back

Dinin insanlara psixoloji təsiri

Hacı Surxay: "Allahı sevdirin."

Bismillahir-rəhmanir-rəhim. Bildiyiniz kimi din anlayışı insanlarda müxtəlif cür formalaşır. Yəni bəzi insanlar dini aqressiya ilə qarşılayır, bəziləri isə dini yalnız namaz qılmaq, ibadət etmək şəklində başa düşür. Amma belə deyil.
İnsanı, insan aləmini digər varlıqlardan fərqləndirən bir neçə mühüm amillər var. İnsanların digər varlıqlardan əsas fərqi həm maddi, həm də mənəvi aləmə malik olmasıdır. Maddi və mənəvi aləm bir-birini tamamlayır. İnsan bir il və ya bir ay ərzində cismində problem hiss edərsə mütləq həkimə müraciət etməlidir. Yəni bu normaldır. İnsan özündə neqativ hallar hiss edib həkimə müraciət etdiyi halda, çox əfsuslar olsun ki, bəzən cismini müalicə etdiyi kimi ruhunun müalicəsini düşünmür. 21-ci əsrdə biz bunu psixoloji amil kimi təqdim edirik. Cisim və ruhun təşkili normal deyilsə, bu insan din sahibi ola bilməz, dinin içərisinə qərq ola bilməz. Din anlayışı həm cismimizin, həm də ruhumuzun formalaşmasını təbliğ edir. Din dedikdə, ümumilikdə insanın həm dünyəvi aləmi, həm də axirət aləmi nəzərdə tutulur və bununla artıq insan dini inanclar əldə edir. Bir neçə hədislərdə də var ki, bəzi hallarda insan namaz qıla bilməz. Yəni həddi-buluğa, yetkinliyə çatmayan qız və ya oğlana namaz vacib buyrulmur. Qız 9, oğlan isə 15 yaşında Allahın vacib olan əməllərini yerinə yetirə bilər. Eyni zamanda Allah namazı, orucu əqli problemi olan insanların boynundan götürür..

-Bunun səbəbi nədir?
Əqli problemi olan insanlarda bu gün cisim var, amma bununla yanaşı onun ruhi, psixoloji problemləri də var. Din anlayışını insan maddi və mənəvi cəhətdən hazır olduqda dərk edə bilər. Din ümumi formada insanın kamilləşməsidir. Allah insanla heyvanın fərqini şüurda, təfəkkür və təxəyyüldə qoydu. İnsan deyilən varlıq Allahın şah əsəridir. Yəni Allah insanı ali şəkildə yaratmışdır. Allah dini də məhz insan üçün göndərdi. Din və İnsan... Bunlar paralel şəkildədir. Dinsiz insanı, insanı da dinsiz təsəvvür etmək olmaz. Din insanın içindən doğan bir qayğı, məslək və vicdandır.
İnsan həyatını üç sual haqqında düşünərək yaşamalıdır: “mən kiməm?”, “haradan gəlmişəm?”, “hara gedəcəyəm?”. Bu üç sualı ömrünün əvvəlindən axırınadək düşünən insandan heç vaxt bir pislik gözlənilə bilməz. Bu insan normal şəkildə həyatı tənzimləyə biləcək. Yəni bilir ki, o kimdir, haradan gəlib və hara gedəcək. Bunu dərk edən insan həyatda heç vaxt psixoloji problemlə üzləşməyəcək, heç vaxt depressiya vəziyyətinə düşməyəcək. Çünki o, axirəti dərk edir.

-Bəzən valideynlər uşağı Allahla qorxudur. Bu düzgündürmü?
İnsan həyatını iki hiss müşayət etməlidir: ümid və qorxu. Əgər insan həyatda nədənsə qorxmursa, zamanla vəhşi bir heyvandan fərqlənməz. Əgər insan həyatda kiməsə ümid etmirsə, onun sonu puç olar. Yəni insan günah edərkən ona deyirlər ki, sən cəhənnəmə düşəcəksən və qorxu onu bu günahdan çəkindirir. Xeyirxah bir iş etdikdə isə ümid edir ki, bunun bəhrəsini gec tez görəcək. İnsan ümid etsə ki, Allah əfv edəndir, Allah bağışlayandır, bilə-bilə günah etməz və ya tövbə edərək günahlarının bağışlanmasını istəyər. Amma valideynin uşağı Allahla qorxutması düzgün deyil. Çünki Allah qorxulu varlıq deyil. Əslində, Peyğəmbərin belə bir tövsiyyəsi var ki, Allahı sevdirin. İnsanlara sevgi və mərhəmət yolu ilə Allahı tanıtdırın. Çünki Allahın gözəl simalarından biri Rəhmandır, yəni rəhm edəndir. Uşağa Allah sevgisini aşılamaq lazımdır. Əgər uşağı Allahla qorxutsaq, o Allahdan qorxacaq. Allahı sevdirmək lazımdır ki, o Allaha olan sevgisinə görə günah etməsin. Allah bəşəriyyətin üzərində, onun ruhunda fitrətində Allaha sevgi qayəsini qoydu, insanların daxili aləminə sevgi hissini yaydı ki, insanlar sevsin və sevdirsin.

 Aidə Ağayeva

Go Back

Böyük Sevgilərin Böyük də Tarixçəsi olur

Artıq 3 ildir ki, fəaliyyət göstərən və bir çox insanlara sözün əsl mənasında kömək edən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqları Elnur Rüstəmov və xanımı Narınc Rüstəmova ilə çox maraqlı və səmimi söhbət etdik. Söhbət əsnasında onlar ideal ailə modeli olaraq gənclərə bir neçə dəyərli məsləhətlər verdilər. Mən bu müsahibədən zövq aldım və nəticə götürdüm. Düşünürəm ki, hər biriniz bu müsahibəni oxuduqca həm zövq alacaqsınız, həm də müəyyən həyat təcrübəsi qazanacaqsınız. Bacardığım qədər müsahibə zamanı yaranmış səmimi auranı və hisslərimi vərəqə köçürməyə çalışdım. Buyurun, siz də zövq alın...
DÜŞÜNCƏ: Sevginiz necə başladı? Tanıdıqca sevməyə başladınız yoxsa ilk baxışdan aşiq oldunuz?
N.R: Mən tanıya-tanıya sevmişəm. (gülür)
E.R: Böyük sevgilərin böyük də tarixçəsi olur. Bu sevginin çox maraqlı tarixçəsi var. 2008-ci ildə Narınc xanım mənim dərs dediyim kurslara gəlirdi. Gördüyümdə bir pozitiv enerji, elektrik aldım ondan. Hüqo öz “Səfillər” əsərində belə bir fikir söyləyir: Sevginin konkret bir zamanı yoxdur. O bir baxışla da ola bilər, o bir sözlə də. Sevgi bir dəyirman çarxına bənzəyir. Və sən o çarxa düşəcəksən. Əsas sonluqdur. Bilinmir, sən oradan necə çıxacaqsan, əzilmiş də çıxa bilərsən, yaxşı vəziyyətdə də... Mən də gördüm ki, artıq bu çarxa ilişmişəm. Artıq dəyirman çarxı işə düşüb.
N.R: Mən açığı Elnur müəllimi görəndə evli olduğunu düşünmüşdüm. Çünki çox ciddi təbiətli adamdır, deyib-gülmürdü, fikri yalnız işində idi və s. Sonra bildim ki, subaydır, diqqətimi çəkdi. İnternetdə online konsultasiyalar olurdu. Və mən başqa adla Elnur bəyə bu online saytda mütəmadi olaraq suallar yazırdım ki, bir oğlandan xoşum gəlir, necə edim ki, onun da mənə qarşı hissini öyrənim və s. O da mənə məsləhətlər verirdi, fikirlərini bildirirdi. Beləliklə, mən onun öz fikirlərini özünə qarşı istifadə etdim, anladım ki, onun da mənə qarşı böyük məhəbbəti var və nəticə göz qabağındadır. Biz xoşbəxtik.
DÜŞÜNCƏ: Artıq 3 ildir ki, evlisiniz. Deyirlər ki, ailə qurduqdan sonra sevgi adiləşir, azalır. Bu belədirmi?
E.R: Əslində sevgi azalmır. Sadəcə sevgidə yeni bir keyfiyyət dəyişməsi baş verir. Bir mərhələdən digər məhələyə keçid dövrü başlayır. Ailə qurduqdan sonra artıq münasibətlər yeni və fərqli formada inkişaf edir. Oğlan və yaxud qız sevdiyini əldə etdikdən sonra bu hissləri qorumağa və möhkəmləndirməyə çalışmalıdır, işləməlidir, ailəsinin gələcəyi üçün fəaliyyət göstərməli, müəyyən maddi ehtiyacları təmin etməlidir. Bu zaman ailə daxilində çox vaxt problemlər baş verir. Əslində məsuliyyət itmir, sadəcə sevgi prosesi kateksis olaraq müxtəlif istiqamətlərə yönəlir. Sadəcə indiki zamanda gənc ailələr bir mərhələdən növbəti mərhələyə asan keçə bilmədikləri üçün ailəsini tez dağıdır. Rol keçidlərini düzgün seçsələr, düşünürəm ki, nümunəvi bir ailə yaradacaqlar.
DÜŞÜNCƏ: Eyni iş yerində işləmək münasibətlərə təsir edirmi və necə təsir edir?
N.R: Bizdə hər zaman vurğulayırlar ki, eyni işdə çalışmaq bir az bezdirici olur. Evdə də görürsən, iş yerində də. Amma mən həmişə deyirəm ki, məndə bu hal yaşanmayıb. Bəlkə də psixologiya sahəsində işlədiyimizə görə belədir. Məsələn, hüquqşünas olsaydıq bəlkə də heç belə olmayacaqdı. Bu il aprelin 24-ü evlilik həyatımızın 4 illiyini qeyd edəcəyik. Elnur bəy həmişə deyir ki, ailənin ilk 3-7 ili böhran illəri sayılır. Biz artıq ilk böhranı keçirmişik. Ümid edirəm ki, heç bundan sonra da problem yaşanmayacaq.
DÜŞÜNCƏ: Bu evlilik böhranını düzgün keçirmək üçün hansı qaydalara, qanunlara riayət etmək lazımdır?
E.R: Qanunlarda bir məcburilik var. Əslində mən insanlarda məsuliyyət hissinin aşılanmasının tərəfdarıyam. Əgər ən güclü qanun qarşısında məsuliyyət hissi olmasa, bu qanuna riayət olunmaz. Ailə qurarkən də bu məsuliyyəti hiss etmək lazımdır. Nə istədiyini, hədəfini bilmək lazımdır.
N.R: Qadınlarda bu evlilik böhranı dövründə eyniləşmə hissi baş qaldırır. Hər bir qadın öz yeni ailəsinə köhnə ana-atadan qalan ailə modelini gətirmək istəyir. Çox vaxt qadınlar öz həyat yoldaşlarını atası kimi görmək istəyir, ata obrazını öz həyat yoldaşlarına köçürürlər. Məsələn, mənim atam belə deyildi, sən niyə beləsən və s. kimi sözləri tez-tez işlədirlər. Bu 3-7 illik ailə böhranında qadınlar bu problemi çox qabardaraq qurduğu ailəni zəif görməyə başlayır. Məsləhət görərdim ki, qadınlar yeni ailəsinə adaptasiya olsunlar, hər şeyi öz axarına buraxıb səbrli davransınlar. Və ən əsası qarşı tərəfin hisslərinə hörmət etsinlər, qarşı tərəfi dəyişdirmək əvəzinə onu olduğu kimi qəbul etməyə çalışsınlar. Bir də qeyd edim ki, qadınlar ailədaxili problemlərini anasıyla bölüşməsinlər. Çünki bu zaman kənar müdaxilələr baş verir və bu ailənin təməlinə təsir göstərir. Bu iki qızıl qanuna riayət edilsə, ailədə problemlər yaşanmayacaq.
DÜŞÜNCƏ: Son zamanlar ailələrdə hansı problemlərə daha çox rast gəlinir?
E.R: Mən daha çox ailə psixoloqu olaraq ailələrlə işləyirəm və iş prosesimdə bir şeyin şahidi oluram ki, ailələr çox zaman heç nədən dağılır. Ailəyə digər insanları cəlb edirlər, ana, ata, bacı, xala və s. Mübahisəyə səbəb olan bir məqamı deyim ki, şüuraltı olaraq hər bir oğul və qız anası uşaqlarını həyat yoldaşlarından ayırmaq istəyirlər. Bu şüuraltı baş verir. Bəzən kiçik bir problemi ana-ata elə böyüdə bilər ki, bu ailənin dağılması ilə nəticələ bilər. Heç bir valideyn öz övladını paylaşmaq istəmir. İnsanlarda belə bir sahiblənmə duyğusu var. Bu məqamda da bütün məsuliyyt cütlüklərin üzərinə düşür. Elə konfliktlər var ki, bunlar ailəni möhkəmləndirir – çəkişməsək bərkimərik. Lakin elə konfliktlər də var ki, onlar ailəni dağıdır. Kişinin, həmçinin də qadının bir səhvi onu ömrü boyu məsuliyyət daşımağa məcbur edə bilər.
DÜŞÜNCƏ: Məsud doğulduğunda nə hisslər keçirdiniz?
E.R: Bir var adam 20 yaşında ata olur, bir var 23 yaşında, bir də var 30-31 yaşında... Bu yaşda artıq həyatı dərk etmiş olur insan. Baxırsan ki, uşaq tərpənəndə, hərəkət edəndə, güləndə, hətta yatanda da mənim kimi yatır. Yəni belə deyək də, insan bundan ləzzət alır, sözlə ifadə edilə bilməyən zövqdür atalıq hissi.
N.R: Məsud bizim günəşimizdir. O, bir möcüzədir. O gələndən hər şey müsbətə doğru dəyişib. O, bizim mələyimizdir. Qadınlar uşaq bətnində olarkən artıq ana, kişilər isə uşaq doğulduqdan sonra ata olurlar. Fikir verin, hamilə qadın yolu keçərkən qarnını tutur, sanki bətnindəki övladını maşınlardan qorumağa çalışır. Valideynlik hissi qadınlarda daha tez inkişaf edir. Bu baxımdan qadınlar kişilərdən bir addım öndədir. Bizdə analıq instinkti var.
DÜŞÜNCƏ: Ailədaxili mübahisələrinizə və bunların həllinə psixoloq olaraq yanaşırsınız, yoxsa...?
E.R: Bizim ailədə xırda 1 problem varsa, problemin həlli söhbəti psixologiyadna salmaqdır. Bizim ailədə psixologiya mövzusu bütün mübahisələrə son qoyur. Mən həmişə demişəm, evində xoşbəxt olmayan insan, heç vaxt heç yerdə xoşbəxt olmayacaq. Və bir psixoloq da öz ailəsində xoşbəxt deyilsə, onun kimisə xoşbəxt etməsi sual altındadır.
DÜŞÜNCƏ: Sonda oxucularımıza psixoloq olaraq nə demək istərdiniz?
E.R: Əgər bizi oxuyan gənc bir xanımdırsa, ailə qurmaq barədə düşünürsə, bu müsahibədən bir nəticə çıxardacaq. Bizim gənclər həmişə ideal axtarırlar. İdeal axtarmayın. Bu fikirdən daşının və zamanla bunun korreksiyasını aparın. Əgər jurnalı oxuyan gənc oğlandırsa, öz qısqanclıq hissini yox etsin. Qısqanclıq zəiflikdir. Əgər oxucularımız bir ailədirsə, bir-birlərini anlamağa çalışsınlar. Qarşılıqlı anlaşmada və kənar şəxslərin müdaxiləsindən uzaq olsanız, ailəniz ideal ailə modelinə çevriləcək. Bir-birinizə hörmət edin, sevginizi verin və diqqətli olun.

 

 

Go Back

Harada insan varsa, orada psixologiya var

Orta məktəbdə oxuyanda mən psixoloq olacağımı düşünmürdüm. Psixologiya haqqında geniş bilgimdə yox idi. 70-ci illdərdə belə bir bilginin olması da mümkün deyildi. Çünki həmin dövrlərdə psixologiyaelmi sıxışdırılırdı.  Psixologiya barədə heç nə düşünən də yox idi. Mən yeniyetməlik dövründə şərqşünas olmaq istəyirdim. Şərq mədəniyyəti mənə çox maraqlı gəlirdi. Mən Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə hazırlaşırdım. Amma ora sənəd vermək üçün Mərkəzi Komitədən zəmanət tələb olunduğunu bilirdim…

Bəxtiyar Əliyev 1961-ci i martın 20-də anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib (1983). Psixologiya elmləri doktoru, AMEA-nın müxbir üzvüdür. 15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1983-1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışıb. 1997-ci ildən Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiridir. II çağırış, III çağırış, IV çağırış Milli Məclisin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var.

 

Go Back

18 nəticə göstərilir