Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "creatice author"

XƏYALƏ MƏMMƏDVA - Depressiya və Suisid: səbələri,simptomları və müalicə yolları

Insanlar  bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir.  Hüzn və kədər normal həyatın  bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi  təyin olunur.

Depressiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə depressiya  aylar, illər bəzən də ömür boyu davam edə bilər. Əslində , həyatımızın axışında hüzün, xoşbəxtlik, çətinlik, stress kimi duyğuları yaşamağımız və bu duyğuların, həyatımızda meydana gələn inkişaflara görə bir müddət davam etməsi təbiidir. Məsələn, işinizlə və ya ətrafınızda münasibətlərlə  əlaqədar hər hansı çətinlik yaranarsa, problem yaşanarsa, yuxusuzluğun yaranması, stress səviyyənizin artması normal olaraq qəbul edilir. Depressiya vəziyyətində fərqli olan faktor , həyatınızda müsbət  hadisələrin olmasına qarşı “boşluq hissi”, “böhran” və “hüznün” davam etməsidir. Əvvəlki dövrlərdə sizi sevindirən, xoşbəxt edən anlar varsa, depressiyadasınızsa  onların da sizə heç bir təsiri olmayacaq.

Insanın normal halında depressiya əlamətləri  kimi qəbul edilən  kədər, bədbəxtlik, təklik hissləri  zaman-zaman yaşandığı üçün bu halı gündəlik həyatın bir hissəsi kimi yox, depressiya  halı kimi ayırd etmək hər zaman asan olmur. Artıq bu cür  hallar yaşandıqda ilk çarə mütəxəssisə müraciət etməkdir.  Depressiya- iş və təhsil sahəsində olan inkişaf istiqamətlərinə çox  mənfi təsir yaradır:

 

• Bəzilərində  səbəb olmadan birdən-birə ortaya çıxar,

• Bəzilərində  stressli şəkildə yaşadığı hər hansı bir həyat hadisəsindən sonra başlayır,

• Bəzən tək hücum olaraq həyat boyu davam edə bilər,

• Bəzən  davamlı baş verən  hücumlar halındadır,

• Bəzən simptomların şiddətli olması ilə xəstələr iş görə bilməzlər.

• Bəziləri isə iş görə bilsələr də , amma davamlı özlərini  bədbəxt hiss edərlər

Aşağıda adları qeyd olunan  “depressiya əlamətləri” ümumiyyətlə mütəxəssislərin “depressiyanın ilkin əlamətləri ” olaraq göstərdiyi vəziyyətlərdir.

  • Konsentrasiya Problemləri: İş yerində, məktəbdə və ya yemək yeyərkən belə  fikrini cəmləşdirə bilməmək , bir kitabın və ya filmin sonunu danışan zaman  çətinlik çəkmək.
  • Kiçik detalları xatırlamaqda çətinlik çəkilirsə: Yaşanan bir hadisənin əhəmiyyətli detallarını unutma, hətta bəzən hadisələrin özünü unutma.
  • Qərar verməkdə çətinlik  çəkilərsə: Daha əvvəldən asanlıqla verilən qərarları depressiya səbəbiylə verə bilməmək, səhv qərar verəcəyindən qorxmaq halları.
  • Halsızlıq və Enerji azlığı: Səbəbsiz halsızlıq, hobbi və ya zövq alınan digər fəaliyyətləri etməkdə çətinlik çəkmək, maraqsızlıq.
  • Günahkarlıq, Dəyərsizlik və / və ya bacarıqsızlıq Hissləri: Səbəbsiz olaraq ya da sizin kontrolünüzde olmayan hadisələr səbəbiylə yaşanan günahkarlıq hissi, gündəlik fəaliyyətlər əsnasında belə bacarıqsızlıq hissi.
  • Normaldan çox və ya az yatmaq: Yuxunuz olsa belə heç cürə yata bilməmək, və ya tam əksinə işiniz o qədər çox olmasa belə gündə 9-10 saat  yatmaq.
  • Mənfi Düşüncələrin qarşısını ala bilməmək: Hər şey yolunda olsa belə gələcəklə əlaqədar həddindən artıq narahat olmaq, özünüzlə ya da sevdiklərinizlə əlaqədar qarşısını ala biləmədiyiniz  mənfi düşüncələr.
  • Iştah azlığı və ya həddindən artıq iştahlı olmaq: Bəzi kəslər mənfi düşüncələr səbəbi ilə iştahını itirərkən, bəziləri bu bədbəxtlik halını aşmaq üçün daha çox yemək yeyə bilər.
  • Narahatlıq Hissi, Aqressiv  olma hali: Ortada bir səbəb yox ikən narahatçılıq hiss etmək, hadisələr qarşısında həddindən artıq əsəbi və aqressiv reaksiyalar vermək.
  • Həddindən artıq spirtli içkilər qəbul etmək: Depressiyada olan kəslərdə spirtli içkilər qəbul etmə halları həddindən artıq çoxalıq, qumar oynama və təhlükəli idman növləri ilə məşğul ola bilmək kimi düşüncələr fikrində formalaşır.

Depressiyanın insandan-insana enerji azlığı, narahatlıq, halsızlıq, həddindən artıq yuxusuzluq  kimi əlamətləri ilə fərqlənən bir sıra növləri vardır:

  • Kliniki depressiya- digər depressiya növlərindən fərqli olaraq insanın gündəlik həyat fəaliyyətinə maneəçilik törədir. Bəzilərində isə həyatında bir dəfə baş verməklə bərabər müxtəlif zamanlarda təkrar oluna bilər. Bu növə xas olan əlamətlər gün ərzində müəyyən saatlarda başlayaraq, 2 həftəyə qədər davam  edir.
  • Xroniki Depressiya: Bu depressiya növü 2 il, bəlkə də uzun sürən depressiya halıdır. Bəzi əlamətləri kliniki depressiyaya bənzəsə də, ancaq əlamətləri kliniki depressiya qədər şiddətli deyil.Xroniki depresiya yaşayan insanlar ətrafdakılar tərəfindən «ürkək, melanxolik, hüznlü” əlamətləri ilə kimi tanıyırlar.
  • Atipik Depressiya: Atipik depressiyanın gizli əlamətləri bu cür olur: həddindən artıq yemək yemək, həddindən artıq halsızlıq, rədd edilməyə qarşı həddindən artıq həssas olmaq.
  • Manik depressiya ya da bipolar pozuqluq.Bu depressiya növü kliniki depressiya periodları arasında yaşanan kompleks ruh halı pozğunluğudur.Əsasən 2 hissəyə ayrılır:

1.İnsan ən az 1 dəfə manik depressiya yaşamışdır və bu əsas kliniki depressiyadan daha

rahat görünür.

2.İnsan ən az 1 dəfə kliniki depressiya yaşadığı müddətdə bir dəfə də hipomani (orta

dərəcəli mani) yaşamışdır.

  • Mövsümi Depressiya: Mövsümi depressiya ilin müəyyən bir dövründə, ümumiyyətlə bahar aylarının bitməsi və qış aylarının başlaması ilə ortaya çıxar.Daha nadir olaraq görülən bir digər mövsümi depressiya isə “yaz depressiyası” dır və yaz aylarının sonuyla yayın başlanğıcında görülür. Mövsümi depressiyalar mövsüm keçişiylə birlikdə müəyyən müddətdən sonra aradan qalxar.
  • Psikotik Depressiya: Bu vəziyyətdə insanın «gerçəklik” lərlə əlaqəsi tamam kəsilər.Bu depressiyada olan şəxslərdə sayıqlamalar daha çox özünü biruzə verir.
  • Doğuşdan sonrakı depressiya: Körpə doğulduqdan sonra, ananın hüznlü olması vəziyyəti olduqca məşhurdur və bu hal anaların təxminən 75%-ində rast gəlinir.  Ancaq  10 yeni anadan  birində  daha ciddi bir vəziyyət olan “doğuşdan sonrakı depressiya” halına rast gəlinə bilər. Bu depressiya növü doğumdan 1 ay sonra kliniki depresiyyaya məxsus əlamətlərlə meydana çıxar.

 

Depressiyanın “Xəbər verəəlamətləri hansılardır?

Müalicə edilməyən depressiya gələcəkdə daha  irəliləyərək insanı  intihar düşüncələrinə sürükləyə bilər. Təbii olaraq özü depressiya xəstəsi olaraq müalicəyə getməz, bunun üçün ətrafda olan yaxınlar aşağıdakı əlamətləri görürsə, mümkün olduqca ən qısa müddətdə bu sahənin mütəxəssisinə müraciət etməlidirlər:

  • Çox kədərli bir ruh halından xoşbəxt bir ruh halına qəfildən keçmək,
  • Davamlı ölüm haqqında söhbət  etmək və ya düşünmə.
  • Dərin kədər, maraq itkisi, yuxusuzluq və yemək problemləri.
  • İnsanın  “ölüm istəyi” olması və buna bağlı olaraq təhlükəli davranışlarının artması.
  • Əvvəldən dəyər verdiklərinə qarşı marağının itməsi.
  • Dəyərsizlik, ümidsizlik, mənasızlıq haqqında etdiyi  söhbətlərinin artması.
  • “Xilas olmaq istəyirəm”, “Burada olmasam daha yaxşı olardı” cümlələrini tez-tez  istifadə etməsi.
  • İntihar haqqında çıxış etməsi.

Nəticə  etibarilə, özümüzdə  əlamətlərinin fərqinə varmaq hər zaman asan olmaya bilər. Ancaq həyatımızda müsbət hadisələr çox  olsa belə həyatdan zövq almaq mümkün olmursa, insanlarla görüşməyi problem halına gətirirsinizsə,zövq aldığınız fəaliyyətlərinizə qarşı marağınız itibsə, siz depressiyada ola bilərsiniz. Ayrıca yaxın ətrafınızdan bu istiqamətdə gələn təkliflər varsa bunlara qulaq verərək bir mütəxəssisə müayinə olmaq ən doğrusu olacaqdır.

 

Suisid və simptomları….

Uzun müddət müalicə edilməyən depressiya  irəllədikcə insanı  “intihar” haqqında düşüncələrə sürükləyə bilər.Təbii ki, hər depressiyada olan insan intihar haqqında düşünmür və  depressiyada olsa belə insan sonra normal həyatına davam edə bilər. Psixotriya dilində, Suisid adı verilən intihar, yəni,insanın öz canına qıyması  və digər dəyişik yollarla özünü öldürməsidir. Bütün ölümlərin 0.4-0.9% -ni təşkil edən intihar  davranışı, insan və ətrafına  təsir göstərməklə yanaşı, sonrakı nəsillər və cəmiyyətə də ciddi təsir göstərən  ictimai bir problemdir. Bütün dünyada hər gün təxminən 1000 insan intihara məruz qalır.Kişilərin qadınlardan daha çox intihara məruz qalmaları artıq sübut olunmuşdur.Nəticə etibarilə kişilərdə 2-7 qat çox  intihar hallarına rast gəlinir.

Kişilər daha ağır metodlardan istifadə edərkən ( asmaq, özünü silahla öldürmək) qadınlar daha çox dərma və boğulma kimi metodlardan istifadə edirlər.Acı olan məqam isə insanın bu addımı atmamışdan qabaq , özü üçün olacaq təhlükənin fərqində olmasıdır.

Aparılan araşdırmalar görə intiharı gerçəkləşdirənlərin  25-75%-i  sahib olduqları vücud xəstəliklərindən dolayı həyata keçirirlər. Xərçəng xəstəliyinə tutulan kişilərin 50% diaqnoz qoyulduğu müddətdən 1 il ərzində intihara əl atırlar. Qadınların  70% isə intihara əl atır:

 

  • İntiharı həyata keçirmək üçün səbəb olan  mərkəzi sinir sistemi xəstəlikləri :  Epilepsiya, MS (multipl skleroz), Baş yaralanması, ürək-damar xəstəlikləri və AIDS. Bu xəstəliyə tutulan insanlar daha çox intihara əl atırlar.
  • İntiharı həyata keçirmək üçün səbəb olan  endokrin  sistem xəstəlikləri: Cushing  xəstəliyi, anoreksiya nervosa, Klinefelter sindromu.
  •  İntiharı həyata keçirmək üçün səbəb olan mədə-bağırsaq xəstəlikləri : Xora və serroz. Hər iki xəstəliyin səbəbi daha çox alkoqolizm olur.
  • İntiharı həyata keçirmək üçün səbəb olan urogenital infeksiyalar/ xəstəlikləri: Prostat böyüməsi, hemodiyaliz tətbiqi.

 

Pisxiotrik narahatçılıqları olan insanların, olmayanlara görə intihar riski 3-12 qat daha çoxdur.  Aparılan araşdırmaların nəticələrinə görə intiharı həyata keçirən insanların 70% -i  öncədən , depressiya və ya alkoqolizm xəstəliklərinə tutulurlar. 30  yaşa qədər intihara cəd edənlər əvvəldən  narkomaniya və ya antisosial şəxsiyyət pozğunluqları yaşayan ,30 yaşdan böyük olanlarda isə  depressiya və beyin pozğunluqları yaşayan şəxslərdir.

 

İntihar riskini artıran faktorlar :

Yaz və yay mövsümlərinin başlanğıc aylarında daha çox intihar hallarına rast gəlinir.
Universitet təhsili alanlarda , daha aşağı təhsil səviyyəsi olanlarda intihar edənlərin sırasında rast gəlinir. Musiqiçilər, həkimlər və diş həkimləri, Hüquqşünaslar, sığorta təşkilatında çalışanlar arasında isə intihara cəhd sayısı daha çoxdur.

Kişinin həyat yoldaşından ayrılmış olması  bu riski daha da artırır. Bundan başqa  subaylarda evlilərə görə 2, boşanmış, ayrılmış ya da həyat yoldaşını itirən şəxslərdə evlilərə görə 4 qat daha çox səviyyədə intihar hallarına rast gəlinir. Şəhər mühitində yaşamaq da bu riski artıran faktorlardandır. Yaş qrubu da önəmli amillərdəndir. Belə ki, kişilərdə 45 yaş, qadınlarda isə 55 yaş sonrası intihar halları artmaqdadır.

 

İntiharın əvvəldən başa düşülməsinə istiqamətli göstərişlər:

1. Həyatının erkən dövrlərində evdən və məktəbdən qaçma halları

2. Ata tərəfindən erkən evdən qoulması

3. Uğursuz evliliklər .

4. Alkoqolizm və narkotik istifadəsi.

6. Əmək gücü və müvəffəqiyyət arasındakı ziddiyyətlə rastlaşmaq.

7. Uzun davamlı ölümcül xəstəliklər.

8. İş, evlilik və yaxın dostlarla əlaqədar itkilər ya da problemlər.

9. İntihara qərarlı olma, təcavüzkar həyat sürmə ,

10. Böyük çətinliklər , maddi sıxıntılar.

 

Davranşlarla əlaqədar göstəricilər:

1. Ruhi pozuğunluq əlamətlərinin olması.

2. Ölüm riski olan dərmanları kiçik dozada istifadə olunması,

3. Son 6 həftə içində romantik əlaqələrdən kəsilmə.

4. Cinsi əlaqə ilə məşğul olmamaq.

6. Sevdiyi əşyaları yoldaşa- dosta paylanması.

 

Danışıqlarla əlaqədar göstəricilər:

8. Ölüm istəyini ifadə edən birbaşa və təkrarlanan danışıqlar.

9. Bədbəxt, mənfi, qərarsız, pessimist düşüncə məzmunlu danışıqlar.

 

Yüksək Suisid riskini Göstərən amillər:

• Kliniki depressiya xəstələyinə tutulan, xüsusilə də xəstənin ümidsizlik duyğuları daha qabarıq şəkildədirsə.

• Qiymətli şəxsi əşyalarını və kolleksiyalarını paylayırsa …

• Özünə Suisid istiqamətində əmr verən,  qeybdən səs eşitmələr  …

• Şizofren xəstədə ikinci səviyyədə  inkişaf edən depressiya …

• Mütəşəkkil planlı Suisid fikri və  xilas olma vəziyyəti,

• İstifadə və ya düşünülən metodun ölümcüllüğünün yüksək olması …

• Kliniki olaraq depressiya şəklində  suisid mahiyyətli danışıqlar.

• Sevilen, ölmüş bir adam ilə təkrar birləşmə arzusu  (xüsusilə yetişkənlik dövründə rastlanır)

• Yaxın keçmişdə və ya ani bir itki ilə birlikdə alkoqoldan istifadə

 

İntiharın qarşısını almaq üçün diqqət edilməsi vacib olan faktorlar  :

Ümumiyyətlə, özünü öldürməyi planlaşdıran insanların davranışlarında diqqəti çəkən fərqli əlamətlər olur. Əgər tanıdığınız biri açıq ya da qapalı danışıq şəkilində özünü öldürməkdən bəhs edirsə (‘Həyat yaşamağa dəyməz’, “Artıq dözə bilmirəm ‘,’ Hər şey bitdi!,Özümü öldürəcəyəm ‘kimi.), özü ya da bir yaxını onu sarsıdan bir qəza yaşayıbsa,(itki, qəza və s.)

yemək və yuxu nizamı pozulubsa,

  • yoldaşlarından və ictimai mühitdən uzaqlaşırsa,
  • gündəlik fəaliyyətlərinə: məktəb və işinə olan əlaqəsi azalıbsa,
  • xarici görünüşünə heç diqqət etmirsə,
  • vəsiyyət yazmaq haqqında düşünürsə,
  • əhəmiyyətli əşyalarını ətrafındakılara verirsə,
  • daha əvvəllər intihara cəhd etmişdirsə,
  • gərəksiz risklər alırsa (Avtomobili çox sürətli sürmək  kimi),
  • Asılılığı (spirt, maddə kimi) varsa, bu halları ciddi şəkildə diqqətə almaq lazımdır.

 

Əgər ki, ətrafımızda bu cür insanlar olarsa, onlara necə yardım edə bilərik?

  • Onunla danışın və onu dinləyin,
  • Yanında daha çox olmağa çalışın ,
  • Mütəxəssisdən mütləq kömək alın.

Ata biləcəyiniz ən gözəl addımlardan biri  onunla danışmaqdır.

Məsələn: “Son zamanlarda sənin çətin bir dövr yaşadığını görürəm. Sənin yanındayam, bu müddətdə birlikdə olacayıq! Səni yalnız buraxmayacam. Mənə hisslərindən və düşüncələrindən danış, zəhmət olmasa……”

Siz yalnız onu dinləməyə və anlamağa çalışın. Qoyun istədiyi qədər danışsın. Bu anlarda siz sehrli sözlər söyləmək məcburiyyətində deyilsiniz. Vacib məqam yalnız sizin onunla maraqlandığınızı görə bilməsidir.Sizinlə danışdığı üçün xoşbəxt olduğunuzu göstərin. Öyüd-nəsihət verməkdən çəkinin. İntiharın doğru  və ya səhv olduğu haqqında dərs keçməyin. Bu yalnız onda günahkarlıq və ümidsizlik duyğularını artıracaq.İntihar etməyi düşünüb düşünmədiyini, intihar planını, zamanını, şəklini və istifadə vasitələrə  qədər çatıb danışarsa, şokda olduğunuzu göstərməyin, ola bildiyinizcə sakit danışın.

Əgər ki cavabında artıq konkret zaman haqqında  və necə edəcəyi haqqında məlumat verirsə, bu təcili vəziyyətdir. Mütləq ciddiyə alın! Onu bir saniyə belə tək buraxmayaraq, mütləq mütəxəssislə məsləhətləşin.

Xəyalə Məmmədova, Ph.D

Biblioqrafiya:

Araya R, Flynn T, Rojas G, Fritsch R, Simon G. Cost-effectiveness of a primary care treatment program for depression in low-income women in Santiago, Chile. Am J Psychiatry. 2006;163:1379–87.

American Psychiatric Association (2000) Diagnostic and Statistical Manual of Mental Disorders. 4.Journal, (DSM-IV). Text Revision. Washington DC, American Psychiatric Association

Bolton P, Bass J, Neugebauer R, et al. Group interpersonal psychotherapy for depression in rural Uganda randomized controlled trial. 2003;289(23):3117-3124.

Robins E. (1981). The Final Months: A Study of the Lives of 134 Persons Who Committed Suicide. New York, NY: Oxford University Press.

Luo F, Florence CS, Quispe-Agnoli M, Ouyang L & Crosby AE. (2011). Impact of business cycles on US suicide rates, 1928–2007. American Journal of Public Health, 101(6), 1139–46.

Yıldız M, Göker NK (2000) Major Depresif bozuklukta bedenselleþtirmenin depresyon ve bunaltý ile iliþkisi. Psikiyatri, Psikoloji, Psikofarmakoloji Dergisi, 8:281-285.

Uluşahin A (2003) Depresyona genel yaklaþým. Türkiye Týp Dergisi, 10:79-88.

pcc.az

Go Back

NƏRGİZ ALLAHQULUZADƏ - Depressiya və Suisid

Belə deyə bilərik ki, kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edir, ruh düşkünlüyü yaşayır.Depressiyalı adamı yemək-içmək maraqlandırmır , günəşin çıxması, yağışın yağması,ümumiyyətlə heç nə ona sevinc gətirmir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın,fikir və düşüncələrimizin nəticəsidir.Mütəxəsislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır. Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə görüşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s. İlkin mərhəllələrdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə işə gedir. İstəmirəm, lakin bunu etməyə məcburam arasındakı halın özü də insanı qıcıqlandırır.

Dəyişənxasiyyətli, özünəqapanan, ən xırda problemi ürəyinə salan insanlar depressiyaya daha tez düşürlər. Məsələn, tutaq ki, biri yolda gedərkən hər hansı bir dostu onunla soyuq davrandı, dilucu salamlaşdı. Həmin şəxs gün ərzində baş verən bu hadisəni götür-qoy edir.Hardasa bunu özünə dərd edir desək yanılmarıq. Mövhumatçı, əlamətlərə inanan insanlar daha bədguman olurlar.Məsələn, evdən çıxarkən qarşısından qara pişik keçdisə, deməli, nəsə pis hadisə olacaq.

Depressiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər bəzən də ömür boyu davam edə bilər.

Depressiya dəyişik şəkillərdə ortaya çıxa bilər:

~Bəzisində səbəb olmadan birdən ortaya çıxar

~Bəzisində stressli bir həyat hadisəsindən sonra başlayır

~Bəzən bir bədbəxt hadisədən sonra həyat boyu davam edə bilər

~Bəzən təkrar təkrar bədbəxt hadisələr fonunda yaranır və.s

Həyat boyu depressiya keçirmə riski 15% civarındadır. Qadınlarda bu nisbət 25%-ə qədər çıxmaqdadır. Qeyd etmək olar ki, bütün cəmiyyətlərdə depressiya qadınlarda iki qat daha çox rast gəlinir.Hamiləlik zamanı, doğum sonrası  kimi dövrlərdə depressiya keçirmə riski artar. Bunun səbəbi tam olaraq bilinmir, ancaq qadınların hormonları bu riski artırır.Fiziki xəstəliyi olanlarda da daha çox görülür. Məsələn sonsuzluq müalicəsi alan qadınlarda normal qadınlara görə iki-üç qat çox depressiyada olurlar. Depressiyalı insanlar əksər hallarda müalicə almaq istəməz, lakin psixoterapiya və bioloji üsullarla yəni dərman vasitəsilə müalicə almaq mümkündür. Bəzən daha çətin depressiya zamanı elektroşokdan da istifadə olunur. Dərman müalicəsi ən azından 3-4 həftə çəkir, psixoterapiyalar zamanı isə terapiyanın abu havasından, gedişatından aslı olur. Psixoterapiyalar qrup və tək halda keçirilə bilər. Qeyd etdiyimiz kimi tam səbəbləri bilinməyən depressiya beyindəki kimyasal pozuntulardan, B12 vitamini əksikliyi, tiroid, xronik və.s kimi xəstəliklər zamanı yarana və ya arta bilər.

Depresiyyalı insanların müalicə görməsi vacibdir, melanxolik depressiyalı insanlar intihara daha çox meyilli olanlardır. Yüngül depressiyalar zamanı bu hiss olunmaya bilər lakin bu sonralar daha da pisləşə bilər.

Dünyada depressiyadan 154 milyon insan əziyyət çəkir. ABŞ xəstəxanalarında hər il 12 milyona yaxın qadın depressiyadan müalicə olunur və depressiya xəstələrinin 2/3-si müxtəlif səbəblərə görə müalicə ala bilmir.

Xəstələrin 50% -i 20-50 yaş arasındadır. Bununla birlikdə uşaqlarda və yaşlılarda da depressiya halı müşahidə olunur.Evlilərə nisbətən boşanmış, ayrı yaşayan və ya yalnız yaşayanlar daha çox depressiya keçirirlər. Qeyd etdiyimiz kimi yalnız yaşayan yəni tənha insanlar daha çox bədgüman olur və depressiyaya meyilli olurlar. Onların həyatında böyük boşluq olur və həyat mənasızlaşınca suisidal davranışlara meyilli olurlar.

Suisidal davranış intihara meyilli davranışdı.Suisid latın sözü olub, “sui”- özünü  “saedere”- öldürmək sözlərin birləşməsindən yaranıb. Mənası özünü öldürmək deməkdir. XIX əsrdən etibarən suisidal davranışların statistikası daimi və bərabər şəkildə artır, bütün dünya ölkələrində müşahidə olunur.İntihara meyilli etnik qruplar mövcuddur. Eyni zamanda müxtəlif peşələr üçündə intihar  (1dən- 10 a qədər qiymətləndirəndə) riski belədir: birinci yerdə musiqiçi (8.5 bal), sonra tibb bacıcı (8.2), diş həkimi (8.2), maliyyəçi (7.2), psixiatr (7.2), kitabxanaçı (3.2) ve satıcı (2.1) hesab olunur.

İntiharın bir çox səbəbi ola bilər. Depressiyaya aid olunan səbəblərin daha da kəskinləşməsi suisidal davranışa səbəb ola bilər.İctimai katalizmlər suisidal davranışa birbaşa təsir göstərə bilər.Məsələn, Berlin divarının qurulmasından sonra Şərq sektorunda intiharların səviyyəsi 25 dəfə artdı.İqtisadi böhranlar yalnız maddi duruma yox,həm də psixi vəziyyətə təsir göstərir.Bu vəziyyətdə gələcək son dərəcə qeyri-müəyyən görsənir.Təxminən 80% intihar edən öz niyyətləri haqqında ətrafdakılara qabaqcadan xəbər verirlər, hərçənd bu haqda xəbərin üsulları gizlədilmiş ola bilər.12%- i iki il ərzində intiharın uğursuz cəhdindən sonra onu təkrarlayırlar və arzu olunana çatırlar.80% özünə qəsd etmiş, keçmişdə ən azı bunu bir dəfə etməyə çalışmışlar.Özünə qəsd etmiş hər bir insanın ətrafında orta hesabla 6 insan qalır, onlar üçün də intihar ağır travmadır.

Depressiya və suisidal davranış haqqında  “Wilbur ölmək istəyir” filmində görə bilərik.Filmin mövzusuna görə təxmini 30 yaşlarında olan iki qardaş Wilbur və Harbour atalarından qalma kitab dükanını işlətməkdədir. Qardaşı Wilburun həyata bağlarını itirmiş olması və davamlı intihar cəhdlərində olması, Harbouru çox narahat edir. Son zamanlarında həyatda böyük çətinliklər ilə mübarizə edən Wilbur, artıq son nöqtəyə gəldiyini düşünür. Bir dəfə evdə qazı açıq buraxaraq intihar edər, daha sonra bunu görən qardaşı evdə bütün kəsici və təhlükəli alətləri gizlədər,lakin yenə də intihar üçün Wilbur nəsə tapar. Bu dəfə də o, evin elektrik məftillərindən özünü asmaq üçün kəndir kimi istifadə edər. Yenə bacara bilməyən Wilbur bu dəfə də özünü suya atar, su dayaz olduğuna görə intihar cəhdi uğursuz olar.Daha sonra biləklərini kəsər, binadan atlanmaq istəyər amma hər dəfə bunu bacara bilməz. Intihara meyilli olan Wilburun ən qısa müddətdə bir müalicə görməsi lazımdır.Wilburun intihar probleminin yalnızlıq,sevgilisizlik olduğunu müdafiə edən psixoloqun fikirlərinə böyük qardaşı Harbour da dəstək verir. Bir gün, dükanlarına, yaxındakı bir xəstəxanada təmizlikçi olaraq çalışan Alice və qızı Mary girər və həyatlarını dəyişir.Alice ilə tanış olduqdan sonra Wilburun həyatında hər şey dəyişər, hətta o intihar etmək istəyən birinə mane olar. Yeni məqsədlər, yeni insanlar, yeni maraqlar bu vəziyyətdə olan insanları həyata təkrar bağlayır.

Allahquluzadə Nərgiz

Bakı Dövlət Universitetinin, Psixologiya ixtisasının III kurs tələbəsi

pcc.az

Go Back

LEYLA YUSİBOVA - Depressiya nədir

Hər bir kəs zaman-zaman bir narahatlıq, sıxıntı hiss edə bilər. Ancaq həftələrcə sürən hüzn, ümidsizlik, ya da gündəlik fəaliyyətlərə qarşı maraqsızlıq daha ciddi bir problemə işarə edə bilər. Biz hamımız bəzən işdə olan problemlərimizə görə, ailədə olan anlaşılmazlığa və ya maddi cəhətdən çətinlik çəkəndə qısamüddətli stress keçiririk. Elə bilirik ki, bu, depressiyadır və heç də mühüm məsələ deyildir. Öz-özünə keçib-gedəcəkdir. Ancaq qısamüddətli olan bu streslərin heç biri depressiya deyildir.

Bəs, depressiya nədir?

Psixoloqlar hesab edir ki, depressiya insanda olan ruhi anomaliyadır ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra ortaya çıxdığında, normal bir hal olaraq qəbul edilə bilər.

İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu, depressiya halıdır. Depressiyalı adamı yemək-içmək maraqlandırmır, Günəşin çıxması, yağışın yağması, ümumiyyətlə, heç nə ona sevinc gətirmir. O, qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər dəyilməmiş fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır.

Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə göruşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s. İlkin mərhələlərdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə, işə gedir. “İstəmirəm, lakin bunu etməyə məcburam” arasındakı halın özü də insanı qıcıqlandırır.

Depressiya, infeksiya kimi, başqa bir xəstəliyin simptomu olaraq da görülə bilməkdədir. Ancaq 2 həftədən uzun sürməsi – əhəmiyyətli bir çətinlik və funksional çatışmazlıq səbəbi olan depressiv xəstəlik ehtimalı ağıla gəlməlidir. Depressiv pozğunluq insanların 10-15 faizində həyatlarının bir dövründə görülməkdədir. İnsanların və cəmiyyətin bu xəstəliyi yaxşı tanımaması nəticəsində çox sayda insanlar depressiyadan əziyyət çəkirlər. Hətta iş o yerə çatır ki, bəziləri intihara belə əl atırlar. Elə isə, depressiyanın hansı əlamət və xüsusiyyətlərlə ortaya çıxdığından xəbərdar olaq.

Bu əlamətlər sizdə də varsa, deməli, depressiyaya düçar olmusunuz:

1. Yuxu pozuntuları sıxdır. Yuxusuzluq, gecə tez-tez yuxudan oyanmaq, sabah tezdən oyanmaq və təkrar yata bilməmək və yaxud həddən artıq çox yatmaq.

2. Yemək problemləri olur. Az yemə və bununla bağlı arıqlama, yaxud çox yemə və buna bağlı olaraq həddən artıq kökəlmək. Xəstələr dietada olmadıqları halda, 1 ayda ümumi çəkinin 5 faizindən çox olmaqla arıqlayır və ya kökəlirlər.

3. Lazımsızlıq, ümidsizlik duyğuları. Xəstələr, əsasən, bir işə yaramadıqlarını düşünürlər. Gələcək ümidsiz və qaranlıqdır. Depressiya ilə bağlı ümidsizlik və kədər hissləri o qədər şiddətlidir ki, xəstələr yaşamağa olan marağını itirir, heç nədən zövq ala bilmirlər. Cinsi istəksizlik hiss olunur və xəstələr yataqdan çox zaman çıxmaq istəmirlər. Xəstələr bütün günahın özlərində olduğunu zənn edirlər.

4. Kansentrasiya çətinliyi, qərar verməkdə çətinlik ola bilər. Xəstələrdə kansetrasiya və diqqət toplamaq o qədər çətin olur ki, hər hansı bir mətni təkrar-təkrar oxuduqları halda yadlarında heç nə qalmır.

5. Enerji azlığı, yorğun hiss etmə, hər şeyə qarşı laqeyd olmaq. Əsasən səhər yorğun halda yuxudan qalxılır və bu yorğunluq halı gün boyu davam edir. Əvvəllər zövqlə etdikləri işi artıq davam etdirmək istəmirlər. Yalnız qalmaq istəyirlər.

6. Ölmək istəyi. İntihar etmək və ya intiharı etməyə təşəbbüs ola bilər. Bir çox xəstələr intiharın dində günah olduğu üçün bu yola əl atmırlar, ancaq bəziləri isə buna nail olurlar.

Depressiyanın düzgün dərk edilməməsi…

İnsanlar bu xəstəliyi düzgün dərk etmədiklərinə görə, onun uşaqlarda da ola biləcəyi ehtimalını rədd edirlər. Çox hallarda valideyn və ya müəllim uşağın və ya yeniyetmənin depressiyaya düşməsi xəbərini eşidəndə inanmırlar. Bu xəstəliyin onlar üçün tez olduğunu söyləyirlər. Ancaq depressiya öz mahiyyətinə görə ruha edilən təzyiqə reaksiya vermək olduğundan, yeniyetmələrdə də rast gəlinir. Məsələn, uşaq valideynlərindən birini itirən zaman depressiyaya düşə bilər. Əlbəttə, ətrafındakılar ona məhəbbət göstərərək, bu xəstəliyin daha da şiddətlənməsinə imkan verməyə bilərlər. Ancaq bəzən də mütəxəssisə müraciət etmək lazım gəlir.

Uşaq və yeniyetmələrin depressiyaya düşməsinə nə səbəb olur?

Uşaq, eyni zamanda, ailədə olan çəkişmələrə, ya hansısa yaxınlarından birinin pis xəstəliyə tutulmasına, ailədə kobudluqla rastlaşanda bu xəstəliyə düçar ola bilər. Ali məktəbə imtahana hazırlaşan bir yeniyetmə də depressiyaya düşə bilər.

Ona görə də, uşaqlarda və yeniyetmələrdə depressiyanın olmasını inkar etməyin özü həqiqəti görməməzliyə vurmaq deməkdir. Çünki bu cür uşaqların köməyə ehtiyacı vardır, dərdləşməyə adam axtarırlar. Ancaq bu da kifayət deyildir. Bu xəstəliyin müalicə yolları müxtəlifdir. Bu cür uşaqlar əgər kiçik yaşlarından müalicə olunmasalar, böyüyəndə kobud, məyus və ümidsiz bir insana çevrilərlər.

Uşaq və yeniyetmələrdə depressiyanı hansı əlamətlərinə görə müəyyən etmək olar?

1. Qəmgin əhvali-ruhiyyə. Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır. Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin. Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur. Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.

2. Ləzzət almamaq və gündəlik fəaliyyətlərdən razı qalmamaq. Uşaqların və ya yeniyetmələrin əksəriyyəti çox hallarda hövsələsiz olurlar. Bu da depressiyanın əlaməti deyildir. O zaman bunu depressiya hesab etmək olar ki, uşağın əvvəllər ləzzət və həvəslə gördüyü işlər indi onun üçün mənasız görünür. Məsələn, gəzintiyə çıxmaq, dostları ilə ünsiyyət bağlamaq. Ancaq indi onun görüşməyə və ya gəzməyə hövsələsi çatmır. Ya, məsələn, əvvəllər məktəbdə idmanı çox sevərdi, ancaq indi idmana qarşı laqeyddir. Əgər bu cür əlamətlər bir neçə həftə uzanarsa, depressiyanın olduğunu bildirir.

3. Yuxunun pozulması. Yuxunun pozulması bir neçə cür özünü göstərə bilər. Uşaq və ya yeniyetmə yatmağa getmək istəmir. Bu, onun üçün çətin bir işdir. Gecələr oyanır və bir daha yata bilmir. Səhərlər başqa vaxtda olandan daha tez durur. Təkrar və qəmgin yuxular görür. Ya da yuxuda gəzir və söhbət edir.

4. İştahanın dəyişməsi. Depressiyada olan uşaqların əksəriyyəti yemək seçimində çox çətinlik yaradırlar. Yeməyə qarşı meyl göstərmirlər. Bəziləri də rahatlıq tapmaq üçün yeməyi çox yeyirlər. Hər halda, əgər bu adətləri uzun müddətə dəyişərsə, depressiyanın əlaməti deməkdir. Qızlar çox zaman pəhriz saxlayırlar ki, bu depressiya əlaməti deyildir. Ancaq o qız ki, iştahasız yemək yeyir və ləzzət almırsa, onda bu, depressiyanın əlamətidir.

5. İntihara meyl etmək. Şübhəsiz, bu fəlakətli hal depressiyanın ən nigaranedici əlamətidir. Ancaq onu da bilmək lazımdır ki, intihara təşəbbüs edən hər yeniyetmə depressiyada deyildir. Bəzən bu cür uşaqlar həyatın dəyərsiz olduğunu fikirləşirlər. Məsələn, valideyni ona televizora baxmağa icazə verməyəndə ayağını yerə vurub qışqırır: “İndi ki, belə oldu, özümü öldürəcəyəm!” Ya da televiziya filmində olanları təqlid edər. Halbuki, yarım saat əvvəl həyətdə uşaqlarla oynayırdı. Bu işə əl atan yeniyetmələrin çoxunda ola bilsin ki, depressiya olmasın. Onlar ola bilsin ki, əsəbi olsunlar və ya bir anlıq meyllərinin dalınca getsinlər. Əlbəttə, şübhəsiz ki, depressiya intiharın səbəblərindən biridir. Xüsusilə də oğlanlar həmişə filmlərdə gördükləri və ya kitablarda oxuduqları şəxsiyyətlərin röyasında olurlar. Əgər bilmək istəyiriksə, bu şəxsiyyətlər depressiyanın əlaməti deyildir, qalan əlamətləri də nəzərə almalıyıq. Hər bir halda intihara təşəbbüs edən yeniyetmələrin bir çoxu depressiyaya düşdüyü üçün bu əmələ əl atırlar. Həyat onların gözlərində mənasız olur.

6. Özünü danlamaq. Bəzən depressiyaya düşən yeniyetmələr ailənin və ya dostlarının problemlərini öz boyunlarına götürürlər. Onlar hər şeyin ali olmasını istəyirlər. Onlar ata ilə ananın münaqişə etməsini və ya qardaş-bacı davasında özlərini müqəssir hesab edirlər. Ancaq ətrafındakılar onlara nə qədər bu işdə onların günahsız olduğunu söyləsələr də, özlərini danlayırlar. Onlar özlərinə dəyər vermirlər.

7. Uşaq və yeniyetmənin rəftarının dəyişməsi. O uşaq ki əvvəldən hamıdan qaçar və dost olmağı xoşlamaz, ya da ictimai bir uşaq olub, ancaq get-gedə xəlvətə çəkilərsə, dostlarını görməkdən imtina edərsə, bir-birindən çox fərqlənirlər. İkinci halda diqqət etmək lazımdır ki, onun gündəlik rəftarında başqa hansı dəyişiklik baş verir. Əgər bu hallar uzunmüddətli olarsa, depressiyanın əlaməti deməkdir. Qəmli və pərişan halla depressiyanı ayırmaq bəzən çətin olur. Ancaq bu nöqtəyə diqqət etmək lazımdır ki, depressiya xəstəliyinə düçar olan uşaqda bu rəftarlar uzunmüddətli olur.

8. Depressiyada olan uşaqlar başqa uşaqlardan fərqli olaraq, daha çox təklikdə qalırlar. Bu cür uşaqlar öz həmyaşıdlarına qarşı səbirsiz və hövsələsiz olurlar.

Depressiyaya düçar olmamaq üçün nə etməli?

Depressiyaya düşməmək üçün mütləq hisslərini, düşüncələrini, narazılıqlarını bilmək lazımdır. Buna görə də, ünsiyyət çox vacibdir. Ünsiyyət mütləq insanlarla ola bilər: dostlarımız, iş yoldaşlarımız, qohumlarımız və s. Ailə münasibətlərində kişi və qadın deyilməmiş sözlərə, yarımçıq fikirlərə görə, depressiyaya düşür. Dialoq bitdiyi yerdə nevroz, daha sonra isə depressiya başlayır. Hiss və fikirlərimizi ifadə edərkən biz özümüzü depressiyadan çıxmağa yardımçı oluruq.

Depressiyanın hansı növləri var?

- Major depressiya. Major depressiyanı hər kəs eyni keçirmir. Buna görə də, major depressiya özü də bir neçə yerə bölünür:

1. Xroniki davam edən depressiya;

2. Atipik depressiya;

3. Melanxolik depressiya;

4. Doğum sonrası başlayan depressiya (post partum depressiya);

5. Fəsillə əlaqəli depressiya;

6. Distim depressiya (uzun və zəif depressiya).

Melanxolik depressiya. Xəstələrin sosial aktivasiyası və öz hobbilərinə qarşı maraqları azalır. Dostlarıyla və ailəsi ilə bir yerdə olmaq istəmirlər. Daha əvvəl maraqla etdikləri işi artıq etmək istəməzlər. Həyatlarında yaxşı seylər olsa belə, bundan xoşbəxt olmazlar. Xəstələr oyanmaları lazım olduğu vaxtdan daha tez oyanmış olurlar və sonrasında da yatmağa çalışsalar belə, yata bilmirlər. Bu depressiya ən çox səhər müşahidə olunur. Xəstələrin hərəkətləri normaldan daha yavaş və ya daha tez ola bilir. İştahasızlıq olur və həddən artıq arıqlayırlar. Hər şeydə özlərini günahlandırırlar.

Post partum depressiya (doğuş sonrası depressiya). Qadınlarda doğuş sonrası depressiya keçirmə halı 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içində göstərir. Xəstələrdə, adətən, tez özündən çıxma, birdən-birə ağlamaq, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda bu depressiya daha çox görünür. Doğuşdan sonra ani hormon dəyişiklikləri qadına çox pis təsir edir. Uşağın tez-tez ağlaması və ananın onun nəyə görə ağlamasını bilməməsi xəstəni daha da pis vəziyyətə salır.

Atipik depressiya. Bu depressiya digərlərindən fərqlidir, belə ki, xəstələrdə gərginlik, halsızlıq halı həmişə olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq, çox şən, gülərüz görsənə bilirlər. Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər. Belə xəstələr bütün günü ağrıdan əziyyət çəkirlər, amma onların ağrıları tamamilə psixoloji olur. Ani şəkildə özündən gedə bilər, əsasən də insanların çox olduğu yerlərdə özündəngetmə halları artır. Bu insanlar, əsasən rədd edilməyə qarşı çox həssasdırlar və rədd edildikləri zaman çox əsəbi və dağıdıcı olurlar. Buna görə də, ailəylə, dostlarla və iş yerində bəzi çətinliklərlə qarşılaşırlar.

Distim depressiya (uzun və zəif depressiya). Ən az 2 il davam edən və zəif keçirdilən depressiyadır. Arada 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən depressiya halında olurlar. Bu depressiyada olan şəxslər də gərginlik və həssaslıq keçirdirlər, ancaq ağır depressiya ilə müqayisədə çox zəif halda bu proseslər duyulur. Səbəbi bilinməyən bədən ağrıları, halsızlıqlar olur. Bu depressiyanı digərlərindən fərqləndirən cəhət onun daha uzun müddət davam etməsidir.

Fəsillə əlaqəli depressiya. Bəzi xəstələrdə depressiya mövsümi xarakter daşıyır. Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. İlin digər fəsillərində isə həmin şəxs özünü çox yaxşı hiss edir. Bütün ağır depressiya halları bu depressiyada özünü göstərir. Əsasən havanın tutqun olduğu payız və qış aylarında bu depressiya özünü daha çox göstərir.

Bəs, depressiyadan necə qurtulmaq olar?

1. Valideynlə müalicə. Depressiyanın ən yaxşı müalicə yoludur. Sağlam ailə rabitələri bu xəstəliyi tez bir zamanda üzə çıxarar və onu müalicə etməyə şərait yaradar. Valideyn öz uşağına kömək etməlidir ki, qürurunu bərpa edə bilsin. Onun bütün müvəffəqiyyətlərini təşviq etməlidir. İşlərinə yersiz qarışmamalıdır. Gərək valideynlər icazə versinlər ki, yeniyetmələr inkişaf yolunda möhkəm addımlar atsınlar və onları başqa məsuliyyətlərlə yükləməsinlər. Onlarla söhbət etməyə dəyər verməli və onlarla söhbət etməyi gündəlik proqrama salmalıdır. Mövzu seçimində genişfikirli olmalıdır. Bu yolla yeniyetmənin ruhu və psixoloji çətinliklərinin çoxunu müalicə etmək olar. Əgər depressiyaya düşübsə, onun səbəblərini axtarılmalıdır. Psixoloqa getməmişdən qabaq bu problemləri valideynlər aradan qaldırmağa çalışmalıdırlar.

2. Müşavirə müalicəsi. Yeniyetmənin rahatlıqla dərdini söyləyə biləcəyi müəllim və ya canyandıran insan ona nəsihət verə bilər və onunla məsləhətləşərək, bu porblemi aradan qaldıra bilər.

3. Ailə müalicəsi. Ailə bir neçə insanların yaşadığı bir mühitdir. İnsan da daima cəmiyyətə meyl etdiyindən, ailə üzvləri tərəfindən diqqət mərkəzində olması onun bir çox problemlərini həll etməyə kömək edəcəkdir. Hər bir ailə üzvü depressiyaya düşmüş bu yeniyetməyə bacardığı qədər yardımı etsə, onun psixologiyasına müsbət təsir edər və onu depressiyadan uzaqlaşdıra bilər.

4. Psixoloji müalicə. Elə bir müalicədir ki, psixoterapevtlər tərəfindən yeniyetməyə yardım edilir. Yeniyetmə bu cür həkimlərlə söhbət edərək, dərdlərini üzbəüz onlara söyləyir.

5. Tibbi müalicə. Bu müalicə yuxarıda deyilən müalicə növlərindən az təsirlidir. Ancaq bəzən bu növ müalicə də işə yarayır. Əgər psixoloqla söhbət bu xəstəliyə yardım etmirsə, dərmanla müalicə edilir.

6. İdman müalicəsi. Əgər uşaq və ya yeniyetmə davamlı olaraq, idman edərsə, bədənini formada saxlayarsa, daha az qəmgin olmuş olar. Psixoloqlar depressiyaya düşmüş iki qrupu bir-biri ilə müqayisə etmişdir. Birinci qrupda olan ağır idman növü ilə, ikinci qupda olanlar isə yüngül idman növü ilə məşğul olurdular. Birinci qrupun stressi ikinci qrupdan az müşahidə edilmişdir. Birinci qrupda olanlar bədənə daxil olan stress hormonlarının sayını azaldır, ancaq ikinci qrupda stress qəbulu azad buraxılır. Nəticədə birinci halda qəlb sağlam olur və stressə qarşı müqavimət daha çox olur. Ona görə də açıq havada idman etmək bu cür xəstəliklərə çox kömək edir.

Leyla Yusibova

Bakı Dövlət Universiteti, Psixologiya fakültəsinin II kurs tələbəsi

pcc.az

 

Go Back

AYGÜN MƏCİDLİ - Suisid

XXI əsrdə bəşəriyyətin müasir sivilizasiyası ilə uzlaşmayan,insanlığın heç bir mənəvi-əxlaqi parametrlərinə uyğun olmayan,gənc nəslin tərbiyəsinə zidd olan,insanlara psixoloji  cəhətdən sarsıdıcı təsir göstərən sosio-neqativ davranış aktlarından biri də intihardır.Ərəbcə “intihar”,latınca isə “suisid” sözlərinin mənası insanın bilərəkdən özünə sui-qəsd etməsi və özünü öldürməsidir.Əhali arasında baş verən ölümün səbəbləri içərisində intihar ilk onluğa daxildir.Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub,insan üçün nisbətən gec və qeyri-müəyyən vaxtda baş verən və onun nəzarət edə bilmədiyi prosesdir.Müxtəlif xalqlar tarixi inkişafın müxtəlif dövrlərində intihara fərqli münasibət bəsləmişlər.Qədim yunanlar intihara münasibəti ambivalent idi: onlar suisidi məqbul davranış hesab etməsələr də,müəyyən şəraitdə bəzi vətəndaşların həyatdan könüllü getməyinə pis baxmırlar.Qədim romalılar suisidlərə daha çox neytral,bəzən isə müsbət münasibət bəsləyirdilər.Yalnız  XX əsrin əvvələrində Avropadan intihar dalğası keçdiyi zaman  tədqiqatçılar bu problemin tibbi aspektlərinə müraciət etdilər.Hal-hazırda psixi xəstəliklər və  intihar arasında sıx əlaqədar olması qənaətinə gəlmişlər.Məlumatlara görə,suisid icra edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər.Eyni zamanda bir çox  məsələlər tam həllini tapmamışdır.Məsələn,bəzi alimlər hesab edirlər ki,bir çox hallarda bədbəxt hadisələr nəticəsində baş vermiş  ölümlər gizli suisidal tendesiyalarla şərtləndirilməlidir.Onu da qeyd etmək lazımdır ki,problemi tədqiq edənlərin bəziləri ekstremal idman növləri ilə ( alpinizm,paraşütlə tullanma) məşğul olmanı,avtonəqliyyatın ehtiyatsız idarəsini suisidal davranışın formalarından biri kimi qəbul etməyi təklif etmişlər.                                                                         Son 30 ildə yeniyetmə və gənclər arasında intihar nəticəsində ölüm hallarının statistikası xeyli yüksəlmişdir ki, buda elmi texniki,ictimai və mənəvi tərəqqinin qarşısında ciddi sosial və mənəvi əngəllərdən birinə çevrilməkdədir.Yeniyetmə və gənclərdə suisidal təzahürlər onların özlərinə yönəlmiş deviant davranış  forması kimi yaşlıların bu tipli davranış formalarından fərqlənir.Psixoloji tədqiqatlara görə 90% hallarda yeniyetmə və gənclərdə belə desturiktiv hərəkətlər “ kömək üçün haray” siqnalıdır. Yalnız 10% hallarda isə bu həqiqətən öz həyatına son qoymaq motivi ilə bağlıdır.Suisid cəhdləri psixogen,kəskin affektiv reaksiyalar,sürətli reaktiv vəziyyətlərlə müşahidə edilmiş olur və bu halları kəskinləşməsi nəticəsində meydana çıxır.Yeniyetmə və gənclərin impulsivliyi,emosional davamsızlığı,səbirsiz və höcət olması,konfliktik situasiyalar zamanı yaranan dalğınlıq kimi şəxsiyyət  keyfiyyətləri və əhvalın ümumi depressiv vəziyyəti suisid hal,fon yaradır. Yeniyetmə gənclərdə suisidal davranışın geniş yayılmış tipik motivləri aşağıdakılardır:

  • Inciklik duyğusu,tənhalıq,yadlaşma
  • Valideyn məhəbbətinin itirilməsi,qısqanclıq
  • Valideynlərindən birinin ailəni tərk etməsi,onların vaxtsız,faciəvi ölümü
  • Günah və utancaqlıq hissi,istehza,alçaldılmaq,təhqir
  • Cəza qorxsu,üzr istəməkdən imtina
  • Məhəbbət uğursuzluğu,seksual acizlik hissi,qızalrda nigahdan kənar hamiləlik
  • Öz taleyinə diqqəti cəlb etmək istəyi
  • Film və ya bədii əsər qəhrəmanlarının təqlid etmək istəyi

Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə ABŞ,Fransa,Hollandiya, Rusiya ,Norveç kimi ölkələrdə nəqliyyat qəzaları,zorakı ölüm və xərçəng xəstəliyindən ölüm hallarından sonra intihar nəticəsində ölüm halları aparıcı yer tutur. Psixologiyada “Verter effekti” deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı  İohan fon Hötenin “Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Gənc Verterin iztirabları  Hötenin 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda özünə sui-qəsd edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Oxuduqca görürsən  ki, adi bir uğursuz sevgi hekayəsidir, lakin kitabı tezliklə örtməyin. Bu heç də Varisin ” Sonuncu Ölən Ümidlər” i deyil.Çox hissiyata qapanan bir gənc olan Verter Lotta adlı qıza vurulur, lakin Lotta ərli, ərinə sadiq bir qadındır. Bunu bilən, sevdanın baş tutmayacağını anlasa da Verter ümidlərini itirmir, çəkdiyi əzablarla birgə yaşayır. Verterin qardaşı Vilhemə yazdığı məktublarında Höte insan qəlbinin gizli hisslərini çox ustalıqla qələmə almışdır. Əsərdə Verterlə Albert arasında intihar edən insan haqqında dialoqlar da maraqlıdır. Albert  bunun zəiflik, Verter isə güclü olmaqdan irəli gəldiyini bildirir. Əsərə sevgidən çox, bir intihar hekayəsi kimi baxılmalıdır. İntihar edən kəsə cəmiyyətin baxışı, onun intihardan öncəki həyatı, iztirabları və.s kimi məsələlər əsərdə qeyd olumuşdur. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri  ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir.Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar. Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun “qrup təzyiqi” effektinin təsiri göz qabağındadır.                     Depressiya-səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub,əhvalın enməsi ,hərəkətlərin ,nitqin tormozlanması ilə müşahidə olunan haldır.Depressiya zamanı əhvalın enməsi o dərəcədə güclü ola bilər ki,hətta xəstə özünə sui-qəsd edə bilər.Depressiz xəstələr xarici görünüşü,donuq mimikası,ümidsiz baxışları depressiv  fazanın ağırlaşmasından xəbər verir.Bəzən belə hallarda eşitmə və görmə hallüsinasiyaları əmələ gəlir.Depressiv vəziyyətdə xəstələrdə bəzi hallarda depersonalizasiya və derealizasiya əlamətləri də müşahidə edilə bilər.

Aygün Məcidli 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki Filialı, Təhsildə Sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi

pcc.az

Go Back

Fərəh Quliyeva:DEPRESSİYA NƏDİR

 

Depressiya ruha edilən təzyiqə reaksiyadır. Acı və kədərlə yüklənmiş piramidadır. Zamanımızda insanların daha da inkişafa can atmaları, öz həyati gərəkli planlarını qurmaları bəzən irəliyə yol açsada, Bəzənsə səbirsizliklə ve əsəbi gərginliklə yanaşı yola çıxır. Biz istənilən qədər anba an, hər arzu edilməyən situatsiyalarda, ani verilən qərarlarda depressiyaya düşə bilərik.

Əslində depressiya nədir? Necə qurtula bilərik?

Özümüz özümüzlə daxili hormoniya və balansi bilibdə diqqət etdiyimiz zaman depressiya bir düşüncəli və bilgili insanın asanlıqla yenə biləcəyi psixoloji sorundur. Biraz ətrafli Izah edək, nədən yaranır depressiya? Həyatımızda özümüzə ya həddən artıq tənqidi, və ya mükəmməliyyətçi olmaga can atarıq hər iki halda daxili balansımız pozulmuş olur. Ortaya bizi ruhən sıxan simptomlar gəlir, hər yaşanan gündə əhval ruhiyyədə dəyişkənliklərlə də biz anlıq depressiya yaşaya bilərik.

Mikro və Makro depressiya

Əsasi bizim bu movzularda daha dərindən mariflənməmizdir. Depressiyanın əlamətləri necə olur:

Gün ərzində tez-tez əhval ruhiyyədə dəyişkənliklə, yuxusuzluq və ya gün ərzində çox yatmağla, xüsusilə səhər saatlarında yuxudan ayılıb ya yatmağa çətinlik çəkmək və ya yuxudan doyumsuz halda oyanmaqla.

Iştahada pozuntularla muşahidə oluna bilər

  • Bəzən aşırı iştahanın yaranması, bəzənsə iştahasızlq, az qidalanma arıqlama və ya kökəlmə kimi fizioloji dəyişikliklərlə də müşahidə oluna bilər.
  • Fikirini cəmləyə bilməmə, oxumaq istədikləri məqalə və kitabdakı cümlələri təkrar-təkrar oxuyubda dərk etmədə çətinlik çəkmə.
  • Vücudda əzələ ağrıları, yorğunluq, başda agrılarlada müşahidə oluna bilər. Sadaladığım bu və digər əlamətlər yeniyetmələr və orta yaş nümayəndələrində özlərini biruzə verirlər.

Bəs uşaqlarda necə depressiya yaşanılırmı?! Bəli! Təssüüflər olsunki valideyinlər bu məsələyə diqqət etmirlər və ya dərk etmək istəmirlər uşaqlarda depressiya yaşana bilməz deyə düşünürlər. Ancaq tamamən yalnış düşünürlər. Uşaqlarda da depressiya yarana bilər, yaranma səbəbləri isə, valideynlərinin bir-birlərinə olan mənfi davranış və münasibətləridir. Hər uşaq özünü xoşbəxt hiss edir, o zaman ki ailədə gözəl münasibət və mühüt olduğunda. Uşaqlar bu xoş münasibəti görmədiklərində valideynlərinə qarşı daxilən küskün, yenilmiş, daxilə qapanmış halda, gün ərzində öz otaqlarında daha çox zaman keçirir və düzgün olmayan vərdişlərə meyl edirlər gözlərini qırpmalar, dırnaq yeməklər və s.

Valideynlər övladlarınızı danlayarkən çox ehtiyyatli olun, sizin hər dediyiniz düzgün işlənilməyən sözlər övladlarınızın şüuraltında bir travma yarada, nəticədə özgüvənsizlik və daha ağır hallar kimi özünü biruzə verə bilər.

Depressiyanin bir sıra növləri var

1. Major depressiya

 2. Xroniki davam edən depressiya

 3. Atipik depressiya.

4. Doğum sonrası başlayan depressiya (postpartum depressiya)

5 . Fəsillə əlaqəli depressiya.

6. Distim depressiya ( Uzun və zərif) depressiya

Bəs depressiyadan necə azad ola bilərik?

  • ·         Validəynlərlə gözəl münasibət quraraq, dostlar ve doğmalarla tez-tez xoş görüşlər yaradaraq
  • ·         Müzakirə edə biləcəyimiz güvəndiyimiz yaxınlarla tez-tez görüşərək
  • ·         İdmanla məşğul olaraq, rəqsə getməklə, əyləncəni düzgün birşəkildə seçməyimizlə

Bu bizim Həyat enerjimizi yüksəldəcək və bizə hər zaman stimul bəxş edəcək!

Çalışın depressiyadan uzaq olun, öncə dərk edinki uzaq olmağı da bacarasınız!

Fərəh Quliyeva

​pcc.az

 

 

Go Back

Elnarə Əhmədli: MƏKTƏBƏQƏDƏR VƏ KİÇİKMƏKTƏBYAŞLI UŞAQLARDA SUİSİDİAL DAVRANIŞ AKTLARI

Artıq son dövrlərdə suisidial aktivliyin yaş hədləri fərqləndirilir. Suisid-bir insanın özünü qəsdən həyatdan məhrum etməsidir. İlk növbədə məktəbəqədər yaşlı uşaqlarda suisidial davranışa meyliliyə nəzər yetirək. Bu yaşda uşaqlarda suisidin əsas amili kimi ailədəki münasibətlər götürürlür. Uşaqlarda suisidial davranışa nəzər yetirərkən diqqət etmək lazımdır ki, onlarda bir qayda olaraq hələ ölüm haqqında fikirlər tam formalaşmayıb. Beləliklə, uşaq və böyüklərdə suisid tamamilə fərqlənir. 3 yaşına qədər uşaqlar canlı ilə cansızı ayıracaq qabiliyyətə malik olmurlar. Məktəbəqədər yaşlı uşaqların 92% suisidlərin səbəbi uğursuz ailə situasiyasıdır. Məktəbəqədər yaşlı uşaqlarda isə artıq ölüm haqqında bəzi təsəvvürlər formalaşmağa başlayır. Onlar belə fikirləşir ki, ölüm yalnızca yaşlı insanların başına gələ bilər. Məktəbəqədər yaşlı uşaqların ölümün “son” olduğu haqqında təsəvvürləri olmur,  ölümün bu dünya ilə vida olduğunu dərk etmirlər. 7-10 yaşlı uşaqlarda susidin əsas səbəbi isə yaxın insanının, heyvnının ölümü, valideynlərinin boşanması, və narko asılılıqdır. Bu zaman ilk növbədə uşaqlarda dezadaptasiya, tənhalıq hissi yaranır. 7-10 yaşlı uşaqlarda həyatın dəyəri olmur, elə bu səbəbdən onlarda ölüm qorxusu olmur.

Bəs onlar intihar edərkən nə fikirləşir? –hamı onun üçün ağlıyacaq; ona yazığı gələcək; hər şey onun istədiyi kimi olacaq; hamının diqqəti üzərində olacaq və s. Lakin onlar bunu başa düşmürlərki artıq bu onlar üçün lazımsız olacaq.

Uşaqlarda suisidin səbəbini yalnız uğursuz ailədə görsək yanılmış olarıq. Uşaqlarda suisidə səbəb olan amillərdən biri də onun mənsub olduğu kiçik  qruplardır. Məs. sinif yoldaşları, həyətdəki kompaniyası və s.

Uşaqlarda suisidial meylliliyi müəyyən edən böhranlı amillər aşağıdakılardır:

  • ·         Cinsi yetişkənlik zamanı baş verən hormonal dəyişikliklər və bununla əlaqəli olaraq əhval-ruhiyyənin qeyri-sabitliyi, orqanizmdə baş verən dəyişikliklərlə bağlı narahatçılıq hissi;
  • ·         Alkaqola spesifik yaş reaksiyası;
  • ·         Onlarda nəzərə çarpacaq hər hansı bir xəstəliyin olması (xüsusilə bu həmyaşıdları ilə ünsiyyət qurmağa mane olursa)
  • ·         Düzgün olmayan tərbiyə, çox yüksək (dırnaq içində desək ideal) əxlaqlı, hansı ki, reala həyata ziddir və ətrafına, özünə qarşı olan tələblər ödənilmirsə bu zaman depressiyanın yaranmasına, insanlara inamın itməsinə, özünügünahlandırmaya gətirib çıxara bilər.

Bunu da qeyd etmək istəyirəm ki statiskala görə 80% uşaq intihara cəhd etməmişdən qabaq əvvəlcədən ətrafındakılara çatdırır. Xəbərdarlıq pərdələnmiş şəkildə ola bilər və bunu anlamaq çox əhəmiyyətlidir. Çox vaxt suisident (-suisid aktını gerçəkləşdirməyə hazırlaşan insan) ölüm haqqında söhbətlər açır, çarəsizliyi, rastlaşdığı ölüm haqqında söhbətlər açır, bir növ xəbərdaetmə siqnalları verir. Və biz bu siqnalları bir növ kömək üçün çağırış adlandıra bilərik. Bəzən bir söz, bir ümid suisidenti fikrindən çəkindirə bilər. Sonda belə nəticəyə gəlmək olar ki, uşaqlar üçün intihar –valideynlərini, ətrafındakıları cəzalandırmaq məqsədi daşıyır. Uşağın suisidial davranışının əsas motivi intiqam və inciklik hissi olur. Uşaqlıq dövründə tənhalıq hissi uşaq  üçün dözülməz hisdir. Və bu yaşda tənhalıq yaranarsa uşaq bu vəziyyətdən çıxa bilməyərək intiharı ən yaxşı çıxış yolu kimi görəcək.

Bəs biz uşaq suisidinin qarşısını necə ala bilərik?

- İlk növbədə uşaqda hər bir problemin həllinə ondan qaçaraq yox onunla mübarəzə apararaq çata biləcəyini, yaşamaq səbəbini dügün aşılamaq və ölüm haqqında uşaqda yalnış təsəvvürlərin yaradılmamasına diqqət yetirmək.

- Müasir dövrümüzdə psixoterapiya və tibbi psixologiyada intiharın qarşısını almaq üçün birbaşa müalicə yoxdur. Lakin intihar hallarının qarşısını almaq üçün kompleks profilaktik tədbirlər həyata keçirilir. Müəyyən profilaktik tədbirlər üzrə ixtisaslaşmış psixoterapevtik klinikalar və mərkəzlər fəaliyyət göstərir.

Elnarə Əhmədli

Bakı Dövlət Universitetinin, Sosial Elmlər və Psixologiya fakültəsinin, Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının III kurs tələbəsi

​pcc.az

 

 

Go Back

Gülər Mehdiyeva:INSAN QATİLİ DEPRESİYA

Statistik araşdırmalara görə depresiyaya düşənlərin sayı artır. Hər 100 qadından 20-də, hər 100 kişidən 10-da depresiya keçidi müəyyən olunub. Depresiya nədir? necə yaranır? səbəbi nədir? Elmi araşdırmalar nəticəsində aydın olmuşdur ki, depresiya işdən ayrılmaq, sevdiyini itirmək, ailə problemləri, keçid yaş dövrü və.s problemlər nəticəsində yaranan ciddi pisxoloji pozğunluqdur ki, insanın duyğu və düşüncə davranışına təsir edir. Müalicə edilmədiyi təqdirdə aylarla, illərlə, bəzən də ömür boyu qala bilər. Əsas simptomlarına  əhval-ruhiyyənin enməsi, maraq və zöv alma hissinin itməsi, tez yorulma və.s əlavə simtomlarına gələcəyə bədbin və ümidsiz baxışlar, özünə xəsarat və.s aiddir. Depresiyanin yaranmasında özləri də bilmədən günahkar insanların özləridir. Depresiya təkcə psixi pozğunluq deyil, başqa xəstəliklərin yaranmasına da səbəb olur. Əgər biz iradəli, dözümlü olsaq “Depresiya nədir ki?” deyib ona qalib gələ bilərik. Təcrübəli psixoloqlarımızın  məsləhətinə görə insanlar istəsə sadə və asan yolla depresyadan  qurtara bilərlər.İlk öncə idmanla məşğul olmaq, musiqi dinləmək, kitab oxumaq, düzgün qidalanmaq, gəzintiyə çıxmaq, yaşanan pis anları yaddan çıxartmaq və stressdən azad olmaq üçün rayona, kəndə gedib hər şeydən uzaq  yaşamaq, dözümlü, iradəli olmaq lazımdır. Əks təqdirdə biz depressiyanın fəsadlarına məğlub olsaq, sonra azad olmaq cox çətin olacaq. Depresiyaya düşmüş insanların coxu intihar etməklə canlarını hər şeydən qurtaracaqlarını hesab edirlər. Şahidi olduğum bir hadisəni nümunə göstərmək istəyirəm. Dəniz kənarı ilə gəzirdim təsadüfən gözümə bir mənzərə sataşdı. Dəniz ləpələrini ayalara çırpır, bir qız isə buna tamaşa edirdi,  həmin yerdə qızdan başqa heç kim yox idi. Qıza yaxınlaşdım, çox yorğun və qəmgin görünürdü.Üzündəki təbəssümdən görünürdü ki, daha yaşamaqa taqəti yoxdur. Onunla söhbət etməyə başladım. mənə həyatını danışdı. Bir anlıq özümü onun yerində təsəvvür etdim. Ay Allah nə cür dəhşətlər varmı! Son sözü özümü öldürmək istəyirəm oldu.Nə bilim bəlkə onun yerinə məndə olsam özümü öldürərdim, yox bəlkə də hər şeyi oyaq başla fikirləşib, səhvimi anlayıb, birdə səhv etməyəcəyimə  qərar verib yaşayardım.Əslində o səhv etməmişdi, ğzünü dərk etməyən gənclərin  ən böyük problemi olan sevgi fantaziyasina aldanmışdı. Onun 17 yaşı vardı, hələ həyatın heç bir üzünü görməmişdi. Ona bir çox məsləhətlər verdim, uzun söhbətdən sonra nəhayaət ki, onu intihar etmək fikrindən daşındırdım.İnsanlara son sözüm pis vərdişlərdən əl çəkin, Psixologiyası pozulmuş insanlardan uzaq durun onlar özləridə istəmədən sizləri öz təsirlərinə sala bilərlər nəhayət depresiyaya qalib gəlməyi bacarin, iradəli və dözümlü olun.

 Gülər Mehdiyeva

​pcc.az

Go Back

Samir İmanov: SONUNCU VƏ BİRİNCİ AD GÜNÜM

 

Fiziki problemlərin yaratdığı çətinliklər səbəbiylə həyatda çox şeydən məhrum olan əngəlli insanlar cəhd etdikləri hər bir işdə uğursuzluğa düçar olduqca özlərinə inamları itir və daha da passivləşirlər. Bu cür insanlar hər zaman, heç nəyə nail ola bilməyəcəklərini düşünərək öz vəziyyətləri ilə barışırlar və mübarizədən imtina edirlər. Lakin, istənilən fiziki çatışmamazlıqlarla, hətda maddi cəhətdən zəif və təhsilsiz olsa belə, müəyyən bacarıqlara yiyələnib, nailiyyət qazanmaq olar. Lakin elə əngəlli insanlar var ki, əlilliyi bəhanə edərək heç bir iş görmək istəmirlər. Bu cür insanlar bilməlidirlər ki, hər hansısa fiziki problemlərinin olması onlara, kiməsə yük olmaq haqqı qazandırmır. Təəssüf ki, bu gün bir-çox əlil insanlarımızda vəziyyət bu cürdür. Bir çoxları tənbəlliyin ucbatından, bəziləri ruh düşgünlüyünə görə, bir çoxları da məlumatsızlıq üzündən-yəni ki nə edəcəklərini bilmədiklərindən bu vəziyyətdə yaşayırlar. Belə bir yaşayış tərzi isə onların onsuz da dar çərçivədə olan həyatlarını daha da məhdudlaşdırır və onları digər insanlardan daha çox asılı vəziyətə salır. Əziz dostlar, bilirəm ki həyatınızda bir-çox işlər qaydasında getmir. Ancaq bu sizə həyatdan tamamilə imtina edərək özünüzə qapılmağa əsas vermir. İlk növbədə, çalışın heç vaxt ruhdan düşməyin. Yadınızda saxlayın, “Ümidini itirməyən adamı məğlub hesab etmək olmaz” Tənbəlliyin daşını atıb, öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər çox işləsəniz, həyatda bir o qədər çox uğur əldə edəcəksiniz. Siz inkşaf etmək üçün sadəcə cəhd edin, uğur özü gəlib sizi tapacaq. Əgər valideynlərinizin gəliri, ömrünüzün sonunadək sizə bəs edəcək qədər pul yığmaq üçün kifayət etmirsə, demək gələcək haqda fikirləşməyə dəyər. Gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməlisiniz. Elə indi bütün qüvvənizi toplayıb həyatla mübarizəyə başlayın və qalib gələcəyinizdən heç bir şübhəniz olmasın. Bu günədək qarşılaşdığınız uğursuzluqları unudun. Keçmiş uğursuzluqların xatirələri ilə yaşamaq sizə fayda verməz. Artıq yeni planlar ətrafında köklənib, qarşıya baxmaq lazımdır. Öyrənməyə davam etmək, işinin ən yaxşısı olmaq üçün çalışmaq lazımdır.

Bir zamanlar mən də ümidsiz bir halda, passiv həyat tərzi keçirdirdim. Qarşılaşdığım hər bir çətinliyi əlilliyin üzərinə yıxırdım. Öz gələcəyimi düşünmədən, niyə bu vəzəyyətdə olduğumu fikirləşmədən həyatımı davam etdirirdim. Düşdüyüm vəziyyətdən çıxmaq barədə ümumiyyətlə maraqlanmırdım. 27 yaşımı qeyd edərkən, ad günümdə mənə verilən adi bir sual bütün həyatımı dəyişdi və mən indiki səviyyəyə gəlib çatdım.  Əziz dostlar, doğum günümdə baş verənləri və növbəti bir il ərzində gördüyüm işləri sizlərə təqdim edirəm. Ümid edirəm işinizə yarayacaq…

“2008 – ci il, avqustun 27 – si. Bu gün yuxudan digər günlərə nisbətən daha tez oyanmışam. Bu gün doğum günümdür. Elə düşünürəm ki, mənim ən xoşbəxt günüm məhz, bu gündür.

Xalamgil bu günü mənimlə birgə qeyd etmək üçün bizə gəliblər. Aldığım hədiyyələr, təbrik məqsədi ilə deyilən xoş sözlər və göstərilən xüsusu diqqət sanki məni buludların üzərinə qaldırmışdı. Şad günümün şərəfinə açılan stolun baş tərəfində otuzdurmuşdular məni. Doğum günü şən gülüşlər, söhbətlər içində axıb gedirdi.
Axşam düşmüşdü. Saatın on olmasına saniyələr qalırdı. Bəli, gün mənim istədiyim kimi bitəcəkdi. Necə ki, keçən il bu cür bitmişdi. Necə ki, son on il belə bitirdi mənim üçün avqustun 27 – si. Bir azdan qonaqlar gedəcək və mən süfrə axrasında yediyim ləzzətli təamları həzm edə – edə, məmnunluqla hədiyyələrə baxacaqdım. Sonda isə günboyu yüksək əhval – ruhiyyənin verdiyi xoş ovqatın təsirindən şirin – şirin yatacaqdım. Bu gün məhz, belə bitəcəkdi. Lakin…
Ziyafətin bitməsinə az qalmış xalam oğlu üzünü mənə çevirib soruşdu. Sadəcə soruşdu. Marağa düşdüyündənmi, yoxsa təəccübləndiyindənmi, bilmirəm. Amma soruşdu:


- Samir, nə əcəb dostlarından heç kimi ad gününə dəvət etməmisən?
Donub qaldım. Xalam oğlu tutulduğumu hiss etsə də, üstünü vurmadı. Artıq masanın ətrafında baş verənləri və danışıqları dərk etmirdim. Bütün varlığımla düşüncəyə dalmışdım. “Bu gün 27 yaşım tamam olurdu və mənim bir dostum belə yox idi. Tək dostmu? Yox. Tək problemim dostumun yoxluğu olsaydı, dərd yarı idi. Mənim həyatım başdan – ayağadək boşluqlarla dolu imiş. Ailə üzvlərimdən və televizorumdan başqa heç kimim və heç nəyim yox imiş. Aman Allah, bu nə həyat idi mən yaşayırmışam ?! Bu necə ola bilər axı ? Necə olub ki, bu illər ərzində heç bir şeyin fərqinə varmadan belə boşluqlarla və məhdudiyyətlərlə yaşamışam?”
Özümün özümə acığım da tutdu. Hər il bu gündə tək şikayətləndiyim ünsür zaman idi. “İldə bir dəfə olan şeydi də, niyə axı bu vaxt belə tez keçir? Bir də ad günümü bir il gözləməliyəm” deyərək, hər doğum günümdə deyinirdim öz – özümə. Ancaq indi gözümü saata dikərək, məclisin tezliklə bitməsini və tək qalmağı arzulayırdım. Bu günədək elə düşünürdüm ki əgər əliləmsə, deməli heç bir iş görməməliyəm. Əgər bu gün heç bir iş görməyib, günümü yalnız boş istirahətlə keçirdirəmsə deməli buna haqqım var idi. Axı mən əliləm. Bu günədək düşüncəm məhs bu cür idi. “Mən əlil bir insanam. Mən nə bacarıram ki ? Mən nə edə bilərəm ki ?”. Hər şeyi əlilliyin üzərinə yıxırdım. Fikirləşirdim ki, bu həyatda mənim üzərimdə heç bir məsuliyyət yoxdur. Gördüyüm hər bir işdə kənar şəxsin köməyinə ehtiyac duyurdum. Aylarla evdən bayıra çıxmırdım. Və, daha neçə-neçə problemlər.

Hər bir şeyin sonu olduğu kimi, burada da hamı dağılışandan sonra anamla bacım süfrənin yığışdırmaqla məşğul olmağa başladılar. Atam isə televizora baxırdı. Öz otağıma çəkilib çarpayıda oturdum. Hədiyyələr çarpayının üstündə, düz mənim qarşımda idi. Bir neçə dəqiqə hədiyyə paketlərinə tamaşa edəndən sonra 12 vərəqli dama – dama dəftərlə qələm götürüb həyatımdakı çatışmamazlıqların və problemlərin siyahısını tutmağa başladım. Siyahı hazır olduqdan sonra hər şeyi yazdığıma əmin olmaq üçün səssizcə oxudum:


1. Maddi çətinlik
2. Fiziki zəiflik
3. Mənə etibar edən və yaxın münasibətdə olmaq istəyən insanların yoxluğu
4. Normal təhsilimin olmaması
5. Dünyagörüşümün aşağı olması
6. Peşə bacarığımın yoxluğu
7. Həyatda heç bir şeyə nail olmamam


Oxuyub bitirdikdən sonra bunları yaradan səbəbləri yazmağa başladım. Hər bir problemin əsas səbəbi I qrup əlillik olsa da, kağız üzərində bir neçə qeyd apardım. Bunu da tamamladıqan sonra hər bir problem üçün ayrı – ayrılıqa bir illik plan tutdum. Növbəti bir il ərzində bu problemləri həll edərək, həyatımda olan boşluqları doldurmalı idim. Axı mən ölməmişdim, sadəcə keçirdiyim iflic nəticəsində əl və ayaqlarımın iş qabiliyyətini 50 faiz itirmişdim. Bu isə mənə həyatdan tamamlə imtina etməyə əsas vermirdi. İşlərimi tamamladıqdan sonra dəftəri döşəyin altında gizlətdim.


İndi bu həyatda mənə hər şeydən vacib və əziz bu dəftər idi. Hədiyyələri otağın bir küncünə yığaraq çarpayıya uzanıb bir il sonrakı vəziyyətimi xəyalımda canlandırmağa çalışdım. Xəyal qurmağın insanın inkşafında çox böyük stimul olduğunu eşitmişdim, ancaq heç vaxt yoxlamamışdım. Bir az xəyallar dünyasında o baş – bu başa süzdükdən sonra öz – özümə söz verdim: “Samir, bu doğum günü sənin üçün məhdudiyyət, boşluq və problem dolu bir yaşantı ilə keçirtdiyin sonuncu doğum günü olacaq! Növbəti doğum gününü tamam başqa bir yaşam tərzi ilə qeyd edəcəksən!”


Səhər yuxudan ayılan kimi planların icrasına başladım. İlk olaraq, fiziki gücün artması və sağlam bir bədənə sahib olmaq üçün işlərdən başladım. Plan qurarkən mənə hansı idman növünün daha yararlı ola biləcəyi haqda xeyli düşünmüşdüm və bodibildinq üzərində dayanmışdım. Bu idman növünü ona görə seçməmişdim ki, əzələlərimi hamıya nümayiş etdirim. Sadəcə idmanın heç bir döyüş növüylə məğul ola bilməyəcəyimi və idman zallarına gedə bilməməyimi nəzərə alıb, ev şəraitində fiziki gücümü artırmaq üçün yalnız bunun ən gözəl variant olduğunu qərara aldım. Bodibildinqə aid bir neçə kitab – jurnal alaraq, bu idman növü barədə bilik toplayıb, çox gözəl bir məşq cədvəli qurdum. Məşqə davam edə – edə bilik toplamaq istiqamətində işlərə başladım. Qonşumuzda ali məktəbə sənəd vemək istəyən bir oğlanı yanıma çağıraraq ona ingilis dili fənnindən repetitor pulunu yarıbayarı ödəmək təklifini etdim. Əvəzində isə o, ingilis dili müəllimindən öyrənəcəklərini gəlib mənə də öyrətməliydi. Qonşum isə “öyrəndiklərimi sənə öyrədərkən özüm də bir daha təkrar etmiş olaram” dedi və biz razılaşdıq. Hər gün məşqdən sonra ingilis dili ilə bahəm fərdi olaraq, digər fənn kitablarını da oxuyurdum. Təkcə fənn kitabları ilə kifayətlənməyərək, bədii əsərlər də mütaliə edirdim və telekanallarda gedən bütün intellektual yarışma proqramlarına baxırdım. Verilişlərdə səslənən sualladan çoxuna cavab tapa bilməsəm belə, xeyli bilik toplamış olurdum. Bunlar mənim söz ehtiyatımı artırmağa, məlumat bazamı zənginləşdirməyə çox kömək olurdu. Ən böyük təsiri təbii ki, kompyuter göstərdi ki, bunun da haqqında bir az sonra danışacağam.
Zehinsəl və fiziki inkşafla bərabər, maddi qazanc mənbəyi tapmaq da həll olunası vacib məsələlərdən idi. Axı mən nə iş görə bilərdim? Plan tərtib edərkən bu sual ətrafında xeyli düşünmüşdüm. Yadıma düşən bütün peşə sahələrinin adını bir vərəqə yazaraq, hər birini saf – çürük etmişdim. Aşbazdan tutmuş saatsaza qədər, rəssamlıqdan tutmuş heykəltaraşlığa qədər bir xeyli peşəni beynimdə süzgəcdən keçirtdikdən sonra, kompyuter mühəndisi olmağa qərar vermişdim. Niyə məhz kompyuter mühəndisi? Kompyuter mənə hava – su kimi lazım idi. Kompyüter mənim üçün ətraf aləmə çıxış, ətraf aləmlə tək ünsiyyət vasitəsi demək idi. Mən həm onu öyrənərək sənət sahibi olacaqdım, həm də internetin imkanlarından istifadə edərək biliyimi və dünyagörüşümü artıracaqdım. Zaman keçdikcə kompyuter barəsində olan seçimimdə yanılmadığımı gördüm. İngilis dilindən biliyimi daha da artırmaq üçün internet üzərindən ingilis dilli qazetləri oxuyur və ingilis dilində olan filmlərə baxırdım ( Hətta fərdi olaraq ispan dilini də öyrənirdim). İnternetin imkanlarından istifadə etdikcə dünya görüşümün nə qədər aşağı olduğunu dərk edirdim. Ən sevimli saytım google idi. Ağlıma nə gəlirdisə, yazıb axtarışa verirdim. Qarxşıma çıxan saytlardakı məlumatları öyrəndikcə vaxtilə insanlardan nə qədər geri qaldığımı anlayırdım. İlk dostlarımı da sosial şəbəkələr vasitəsiylə qazanmışdım. Fiziki gücümün get – gedə artması fonunda, evdən bayıra tez – tez çıxmağımı da bura əlavə etsəm, deyə bilərəm ki, artıq əhatə dairəmi xeyli genişləndirmişdim və insanlarla daha çox ünsiyyətdə olurdum.
Bir il tamam oldu. 2009-cu il avqustun 27-si idi və yuxudan tez oyanmışdım. Axı, bu gün doğum günüm idi. Dönüb geriyə baxanda bir xeyli yol qət etdiyimi gördüm. Artıq tamam başqa bir insana çevrilmişdim. Artıq o sadəlöhv, hər sözə inanan, yazıq, zəif Samirin yerinə fiziki cəhətdən güclü, intellektual, dünyagörüşlü, hörmətli və bir çoxları üçün lazımlı Samir gəlmişdi. Bu qədər uğur mənə asan başa gəlməmişdi. Məşq vaxtı ciddi zədə də aldım. Kompyuterim xarab olduğuna görə işləri iki aylıq təxirə də saldım. Səhhətimlə əlaqədar bir neçə dəfə xəstələnib yatağa da düşdüm. Ailəmizin maddi vəziyətinin aşağı olması da mənə böyük maneə yaradırdı. Bəzən bezirdim, bəzən də çox yorulurdum. Elə anlar olurdu ki, “əşşi bu qədəri də mənə bəsdir” deyərək, əldə etdiklərimlə kifayətlənib işləri yarımçıq saxlamaq istəyirdim. Ancaq heç nəyə baxmayaraq, yoluma davam edirdim. İnadla, səbrlə, mətnlə davam edirdim. Fiziki məhdudiyyətli olmağımın mənə yaratdığı bir çox çətinliklərə baxmayaraq davam edirdim. Çünki özümə söz vermişdim. Məni yolumdan dönməyə qoymayan ən vacib amil məhz bu idi. Mən heç bir vaxt özümə verdiyim vədə xilaf çıxmıram.
Bəli, bu gün doğum günümdür. Xalamgil də bizə gələcək, dostlarımı da çağırmışam. Bu gün özümü daha çox xoşbəxt hiss edirəm. Çünki bu gün həyatda normal bir fərd kimi formalaşdıqdan sonra keçirtdiyim birinci doğum günümdür. 
DOĞUM GÜNÜM MÜBARƏK !!!”


P.S. İradə nümayiş etdirərək, həyatımı yoluna qoyduqdan sonra, uğurdan-uğura gedirəm. Şəxsi işim və çox gözəl ailəm var, 2 kitab müəllifiyəm, dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşam. Cəmi bir il ərzində çəkdiyim zəhmətin bəhrəsini hələ uzun illər görəcəyimə və bu uğurlarımın davam edəcəyinə isə heç bir şübhəm yoxdur.

 

 Samir İmanov

pcc.az

 

 

 

 

 

 

 

Go Back

Səmədova Türkan: DEPRESSİYA VƏ SUİSİD

Depressiya-səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub,üç əlamətin(triadanın) əksinə cərəyan etməsi ilə xarakterizə olunur:

a)əhvalın enməsi

b)hərəkətlərin

c)nitqin tormozlanması.

Depressiya zamanı əhvalın enməsi o qədər güclü ola bilər ki,hətta xəstə özünə sui-qəsd edə bilər.Xəstə bütün günü qəm-qüssə içərisində olur,yeməkdən imtina edir,xarici görkəmi ağır zərər çəkən,bədbin,ümidsizadamı xatırladır.Belə xəstələri bir an belə gözdən qoymaq olmaz,onları təcili stasionara yerləşdirmək və yalnız orada müalicə etmək lazımdır. Reaktiv depressiya.Psixogen mənşəli xəstəliklərin ən geniş yayılmış forması olub başlıca əlaməti depressiv sindromdur.Digər xəstəliklərdə rast gəlinən depressiyalardan fərqi xəstənin şikayətlərində,davranışında psixogen amilin “səslənməsidir”.Əhvali-ruhiyyənin enmə dərəcəsi şəxsin xarakterik xüsusiyyətlərindən asılıdır.Belə ki,tsiklomitik xasiyyətə malik adamlarda xəstəlik xeyli ağır keçir.Depressiya halı bir sıra vegetativ və somatik əlamətlərlə (ətrafların soyuması,ürək-damar sisteminin fəaliyyətinin pisləşməsi,qəbizlik,ümumi əzginlik və s.) ağırlaşa bilər.Bəzən xəstələrdə sarışan fikirlər(özünütaqsırlandırma,ozünə sui-qəsd) ipoxondrik şikayətlər,yuxusuzluq kimi əlamətlər ön plana çıxır.Daha ağır keçən reaktiv depressiyalar zamanı psixi travmanın məzmununa uyğun hallüsinasiyalar da meydana çıxa bilər.Xəstə tələf olmuş uşağının səsini eşidir,gözləri qarşısında onun slueti canlanır və.s Reaktiv depressiya uzun çəksə də (2-3 ay və daha çox),adətən,sağalma ilə qurtarır.Lakin bəzi hallarda daha da ağırlaşaraq endogen tipli depressiyalara çevrilir. Depressiv faza.Bu fazada,maniakal fazanın kliniki təzahürlərinin sanki əksini təşkil edən əlamətlər:əhvali-ruhiyyənin enməsi,intellektual proseslərin və psiximotor fəallığın ləngiməsi meydana çıxır.Xəstəliyin tədricən başlanması somatik,ilk növbədə vegetativ pozulmalarla təzahür edir.Xəstədə gecə yuxusu sərhi olur və çox vaxt həyacanlı royalarla müşayiət edilir. Depressiv xəstələrin xarici görünüşü,donuq mimikası,ümidsiz baxışları depressiv fazanın ağırlaşmasından xəbər verir. Depressiya vəziyyətində xəstəliyin istənilən mərhələsində,hətta depressiyadan çıxma dövründə xəstədə də suisid fikirləri və cəhdləri yaranır. Suisid və ya intihar hazırda tibbi psixologiyaya aid edilən ən əhəmiyyətli problemlərdəndir.Əhali arasında baş verən ölümün səbəbləri içərisində ilk onluğa daxildir.Müxtəlif məlumatlara görə suisid icra edənlərin 98 %-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Suisidal davranış tipləri.Suisidal hərəkətlərin təsnifatı barədə bir çox alimlər belə bölgü verirlər: 1.Suisidal məqsədlər-İntihar haqqında fikirlər,həyatdan getmək üsullarının düşünülməsi,müxtəlif hazırlıq işləri(məsələn,vəsiyyətnamələrin tərtib olunması və ya ölüm qabağı kağızlar yazmaq,zəhərli maddələr haqqında məlumat toplamaq )suisidal məqsədlərə aid edilir. 2.Suisidal cəhdlər nisbətən az təhlükəli davranış formalarından (məsələn,az miqdarda dərman qəbulu)həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş sahəni əhatə edir. 3.Tamamlanmış suisid-insanın həyatdan getməsi ilə əlaqədardır.Suisidal məqsəd ,cəhd və tamamlanmış suisidin ümüumi cəhətləri olsa da ,həqiqətdə onlar müxtəlif əməllərdir. Bundan əlavə,insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid,özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid (məsələn suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti),eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv suisid (belə hallar dini təriqət nümayəndələrində və psixatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir)növləri ayırd edilir. İntihar metodları sosial ststusdan ,cinsdən ,peşə mənsubiyyətindən asılı olaraq müxtəlif olur.Odlu silah sərbəst satılan ölkələrdə (məsələn ,ABŞ-da) silahın istifadsi ilə intiharlara tez-tez təsadüf edilir.Bu metoddan həmçinin hərbçilər və polis işçiləri də istifadə edirlər.Bəzi ölkələrdə suisidlər dərman preparatları və kimyəvi zəhərlər vasitəsi ilə həyata keçirilir.Azərbaycanın bəzi bölgələrində qadınlar özünü yandırma üsuluna əl atırlar.Belə fakt da məlumdur ki,kişilərdən fərqli olaraq,qadınlar adətən daha ağrısız intihar metodlarından istifadə edirlər. Nə üçün insanlar intihar edir?-sualı sadə sual deyil.Ən bəsit izah suisidal davranışı psixi xəstəliyin ayaıöna yazmaqdır.Ancaq psixi xəstələrin əksəriyyəti,ümüumiyyətlə ,suisidal cəhd göstərmir.İntihar edənlərin çoxu isə bunu remissiya vəziyyətində,yəni xəstəliyin kəskin simptomları özünü biruzə vermədikdə icra edir.Bundan başqa heç bir sağlam insan qarşılıqlı münasibətlərdən sarsılma,nüfuzunun itirilməsi,qanunla ixtilaf,ağır fiziki xəstəlik və s.müşayiət olunan böhran vəziyyətlərinə düşməkdən sığorta olunmayıb.Belə hallarda bir çox insanlar yeganə çıxış yolunu intiharda görür,yaranmmış böhranı həll edə bilən amilləri isə görmür və ya onları düzgün qiymətləndirə bilmirlər. Suisidal məqsədlər haqqında birbaşa xəbərdarlıqlar,həyatın mənasız və öz vəziyyətinin ümidsiz olması haqqında fikirlər,ciddi sosial və şəxsi problemlərin olması,psixi vəziyyət (kəskin psixopatoloji simptomlar,psixoaktiv maddələrdən istifadə),eləcə də fiziki vəziyyət təhlükə olduğunu göstərən faktolardır.Belə hallarda açıq şəkildə soruşmaq lazımdır ki, nə üçün o,özünü öldürmək qərarına gəlib.”Ailəmə,həyat yoldaşıma anama,uşaqlarıma görə”cavabları inandırıcı görünür.Eyni zamanda öyrənmək lazımdır: Pasiyentin əməlləri nə ilə əlaqədar meydana çıxmışdır? Öz hərəkətlərini necə planlaşdırıb? Məxfiliyi saxlamaq üçün hansı tədbirlərə əl atıb?Ətrafdakılardan kömək gözləyibmi? “Final” akt (ölümqabağı qeydlər) olmuşdurmu? Suisid təhlükəsi müəyyənləşdirildikdən sonra xəstənin hospitalizasiya məsələsini həll etmək olduqca vacibdir.Nisbətən zəif ifadə olunmuş suisidal riski olan şəxslərə ambulator yardımı təklif oluna bilər. Suisidlərin qarşısının alınmasına yönəlmiş bütün tədbirlər birincili,ikincili və üçüncülü profilaktikaya bölünür. Birincili profilaktikaya əhali arasında səhiyyə maarifi işi,sağlam həyat tərzinin təbliği,narkomaniya və alkoqolizmlə mübarizə aiddir. İkincili profilaktika böhran mərkəzləri,”inam telefonları” (hot line) kimi ictimai yönümlü müəssisələr,həmçinin suisidönü davranışlı xəstələrə yardım göstərən qeyri-hökumət təşkilatları(qadınlar,gənclər,istehla cəmiyyətləri və i.a)səviyyəsində aparılır. Ən nəhayət,üçüncü profilaktikaya təkrari suisidal cəhdlərin qarşısını alan tibbi,sosial tədbirlər və özünəyardım və qarşılıqlı yardımın müxtəlif formaları aiddir.

Səmədova Türkan (Azərbaycan Müəllimlər İnstitunun Şəki filialının 2013-cü il məzunu)

​pcc.az

 

Go Back

Yusifli Ayişə - ƏZİZƏ CƏFƏRZADƏ “VƏTƏNƏ QAYIT” VƏ İOHANN VOLFHANQ HÖTENİN “GƏNC VERTERİN İZTİRABLARI” ƏSƏRLƏRİNİN TƏHLİLİ

Hal-hazırkı dövrdə ətrafımızdakı insanların əksəriyyətindən hər hansı bir xoşagəlməz halla qarşılaşdıqda yaranan əhval pozğunluğu zamanı və ya özlərini yaxşı hiss etmədikdə soruşsaq ki, nə olub? çox zaman eşidəcəyimiz cavablar bir-birinə  oxşar olacaq. Həmin şəxslər bunu düzgün dəyərləndirə bilmədikləri, bu qeyri-müəyyənliyin səbəbini  tam aydınlaşdırmağı bacarmadıqları üçün  əksər hallarda çox yayılmış və konkret bir cavaba çevrilən “Deyəsən depressiyadayam”, “Depressiyaya düşmüşəm” cavabını verirlər. Bu cavabı verənlərin hamısı anlamadan, dərk eləmədən belə cavab verir deməzdim. Çünki bu barədə məlumatlı insanlar da günümüzdə çoxluq təşkil edir və bu çoxluğun tərkibinə bu yolda maariflənmiş insanlar daxil olmaqda davam edir. Lakin bununla belə depressiyanı adi kefsizlik, həvəssizlik kimi dərk eləyib və ya daha “eleqant” səslənsin deyə “Depressiyadayam” deyənlər də az deyil. Bütün bunları nəzərə alaraq bu barədə cəmiyyətin maarifləndirilməsinə və məlumatlandırılmasına ehtiyac vardır.

Depressiya dövrümüzdə izini qoymuş xəstəliklərdən biridir. Insanla həyat arasındakı ən güclü əlaqələrin, tellərin qopmasına gətirən, ən azından zəiflədən problemdir. Elə bu səbəblə də həyati təhlükəsi ürək-damar xəstəlikləri qədər olmasa da, insan üçün belə həyati təhlükə yarada biləcək xəstəliklərə də gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq əgər depressiya diaqnozu qoyulmuşdursa bu zaman mütləq mütəxəssislərə müraciət etmək lazımdır.

 

Depressiyanın yaranmasında müxtəlif  bioloji, psixoloji, sosial amillərin təsiri vardır. Bioloji amillər, o cümlədən irsiyyət, bəzi xroniki-somatik  xəstəliklər, alkoqolizm və narkomaniya bu sırada adı çəkilənlərdəndir. Bioloji amillərin təsirinə geniş yer ayıran bir qrup alimlərin fikrincə isə depressiya irsi yolla keçən bir xəstəlikdir və o, xarakterin anadangəlmə zəifliyidir.

Psixoloji amillərə uşaqlıq dövründə yaşanan müxtəlif psixotravmaları, ailə daxilində yaşanan problemləri- ailə üzvləri arasında konfliktlər, ər-arvad münasibətlərindəki ziddiyyətlər, gəlin-qaynana, valideyn-övlad münasibətlərinin kəskin pisləşməsi, zorakılıq və s., yaxın adamın vəfatı və ya yaşanmış ayrılıqlar, ağır xəstəliyə tutulma zamanı yaranan həyəcan hissi, güclü stress keçirmə və s. misal ola bilər.

Bundan əlavə, müharibə, təbii fəlakətlər, dağıntılar, günü-gündən çətinləşən həyat şəraiti, yoxsulluq, işsizlik kimi bir sıra sosial faktorlar da depressiya yaradan amillər kimi çıxış edirlər.

Depressiyadan danışarkən bu barədə Ziqmund Freydin də fikirlərini qeyd etmək yerinə düşərdi. Ziqmund  Freyd depressiyanı günahkarlıq hissi və daxili konfliktlə əlaqələndirirdi. O, bunun insanın öz içindəki səslə mübahisə və mübarizəsi nəticəsində meydana gələn, sonda isə xarici mühitdə biruzə verən bir xəstəlik olduğunu bildirirdi. Həqiqətən də, insan ətrafında cərəyan edən, şahidi və bilavasitə iştirakçısı olduğu bir sıra hadisələri öncə ətrafındakı insanlarla bölüşmür, məhz öz daxili aləmində bunları analiz etməyə, hansının onun istədiyi kimi, hansının isə onun istəklərinin əksinə cərəyan etdiyini, mövcud vəziyyətdə bunların baş verməsində onun özünün nə qədər rol oynadığını aydınlaşdırmağa və bunları qəbul etməyə çalışır. Elə daxili konflikt deyəndə də bu nəzərdə tutulur.

Depressiyanın bir sıra əlamətləri vardır ki, bunlara əsasən diaqnoz qoymaq mümkündür.

  • ·   Özümü ümidsiz, dəyərsiz, kədərli, çarəsiz hiss edirəm. Içimdə sanki böyük bir boşluq var.
  • ·  Daha əvvəllər mənə zövq verən iş, fəaliyyət və əyləncələr indi çox maraqsız və mənasız görünür. Hətta cinsi həyatımda da bu təsirini göstərir.
  • ·   Qərar verməkdə çətinlik çəkirəm. Yaddaşımda və diqqətimdə pozulmalar hiss edirəm.
  • ·  Yuxu rejimim pozulub. Normal yuxu yata bilmirəm (və ya həddindən çox yatıram). Iştahım yoxdu, yemək istəmirəm (və ya hədddindən çox yeyirəm, yeməkdən özümü saxlaya bilmirəm).
  • ·    Enerjimin tükəndiyini düşünürəm, özümü çox yorğun və gücsüz hiss edirəm. Ən xırda şeylərdən də çox tez əsəbiləşirəm.
  • ·   Işdən əlim üzülüb, heç bir iş görə bilmirəm.
  • ·   Mənə elə gəlir ki, heç kəsə lazım deyiləm, ətrafımda baş verən problemlərin, tərsliklərin, çətinliklərin səbəbkarı elə  mən özüməm.
  • ·   Insanlardan uzaqlaşmaq, tək qalmaq istəyirəm.
  • ·   Dostlarım da dəyişildiyimi deyir.

·  Son zamanlarda spirtli içkilərdən, siqaretdən daha çox istifadə etməyə başlamışam.  Sakitləşdirici dərmanları əvvəlki vaxtlara nəzərən indi daha çox atıram.

·  Tez-tez özümə zərər  vermək, intihar etmək barəsində düşünürəm, planlar qururam (hətta buna cəhd də eləmişəm). Öz cənazə mərasimim barəsində düşünürəm, gözümün önündə canlandırıram. 

Əgər siz də yuxarıda sadalanan əlamətlərin hamısı olmasa da, ən azı üçü olmaqla bəziləri məndə var deyirsinizsə, bu depressiyanın göstəricisidir. Sadəcə belə olan halda əlamətlərin çoxluğu və ağırlıq dərəcəsinə əsasən depressiyanın dərəcəsini müəyyənləşdirmək lazım gəlir. Ancaq bununla belə nəzərə almaq lazımdır ki, yaşanan hər xırda kədər və ya ruh düşkünlüyü depressiya deyildir.

Depressiyadan əziyyət çəkən qadınların sayı kişilərin sayına nəzərən çoxluq təşkil edir. Depressiyadakı qadınların bir çoxunun əsas problemi “başa düşülməmək”, “anlaşılmamaq”dır. Kənardan baxanda həyatları son dərəcə qaydasında maddi və mənəvi durumları yerində olduğu vəziyyətdə belələrini rahatlığın sıxdığı da düşünülə bilər. Depressiyada olan şəxsə “Gəz, istirahət elə, fikrini dağıt, başqa işlərlə maraqlan, bu barədə düşünməməyə çalış, boş ver, özünü ələ al, özün özünün həkimi (psixoloqu) ol” kimi sözlər ətrafındakı insanlar tərəfindən çox deyilir. Bu məqamda nəzərə almaq lazımdır ki, həmin adam onsuz da bunları etməyə çalışır, ancaq bacarmır. Ətrafındakılar bu problemin onun istəklərindən kənar olduğunu bilmədiyi üçün depressiyadakı şəxsin vəziyyətini daha da ağırlaşdırırlar.

Bunlardan əlavə qadınlarda depressiyaya qapı açan səbəblərə menustrasiya prosesindəki pozuntular, hamiləlik, doğumdan sonrakı artıq çəkilər, klimaks zamanı baş verən hormonal dəyişiklikləri misal göstərmək olar.

Ümumilikdə götürdükdə isə depressiyanın ən ağır nəticəsi məhz elə suisid, digər adı ilə desək intihardır. Bunlar bir-biri ilə sıx şəkildə əlaqəsi olan problemlərdir.

Insanların hərəkətlərinə diqqət yetirərək onlarda intihara meyillilik və ya intihar etmə istəyi olub olmadığını müəyyənləşdirmək mümkündür. Intihar etmək fikri yaranan insanların davranışında müəyyən dəyişikliklər yaranmağa başlayır. Həmin insanlarda

  • ·         Psixikasında müxtəlif pozuntuların olması
  • ·         Ölüm riski ola biləcək dərmanlardan istifadə etmə
  • ·         Uzun müddətdən bəri ünsiyyətdən qaçma, özünə qapanma
  • ·         Ətrafında cərəyan edən hadisələrə, insanlara marağın olmaması
  • ·         Cinsi həyatla maraqlanmama
  • ·         Sevdiyi əşyalarını yaxınlarına paylama
  • ·         Tez-tez ölümdən danışma

kimi əlamətlər özünü göstərir. Belə zamanlarda insanların çox elədiyi bir səhv hərəkət o olur ki, ətrafında bu əlamətlərə təsadüf olunan birisi varsa və o insan ölümdən çox danışırsa, ya həmin anda belə demək lazımsa başdan eləməkdən ötrü, ya inanmadığı, inanmaq istəmədiyi üçün adi təskinlik verici sözlərdən istifadə edir və ya “Fikir verməyə dəyməz, sadəcə diqqəti öz üstünə çəkmək istəyir”, “Artistlik edir” deyib fikir vermirlər. Sonu isə çoxdan gözlənilən bədbəxt hadisə ilə nəticələnir.

Insanlar müxtəlif səbəblərdən həyatlarına son qoyur, ölümü seçirlər. Əslində dərindən düşündükdə görmək mümkündür ki, əgər həyatında hər şey yolunda gedirsə, günü xoş keçirsə nəyə görə bir insan ölümü seçsin? Elə intihar edənlərin də həyatında bir sıra sosial, psixoloji amillərin təsiri nəticəsində yolunda getməyən nələrsə olur ki, bunların təsirindən onlar intihar edirlər. Lakin bəzi faktlar da vardır ki, həyatında hər şeyin həddindən artıq qaydasında olmasına, problemsiz bir yaşayışı, maddi və mənəvi durumunun qaydasında olması halında belə intihar edənlər olmuşdur. Bəs bunun səbəbi nədir? Bunun kökündə dayanan isə həyatdan doymuşluqdur. Belə insanlar həyatda əldə etmək istədiklərini tez bir zamanda tamlığı ilə qazandığına görə artıq yaşamaq onlar üçün mənasız və əhəmiyyətsiz olur.

Intihar müxtəlif yaş dövrlərində rast gəlinən bir prosesdir. Bir qədər yumoristik şəkildə demək lazım gəlsə, hər yaş dövründə intihara meylli, intihar edəcək adam üçün səbəb var. Bəs intiharın əsas səbəbləri nədir? Səbəblər müxtəlif ola bilər. Aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, düşüncədə yaranan pozuntular, müxtəlif psixi pozuntular və s. Hal-hazırda işsizliyin, pul qazanıb ailəsinin ehtiyaclarını ödəyə bilmədiyinə, ailənin yanında özünü dəyərsiz, lazımsız biri kimi hiss etdiyinə görə bu vəziyyətə dözə bilməyib son çıxış yolunu intiharda görən insanların sayı durmadan artır. Eynilə, buna yaxın bir vəziyyət  həyat yoldaşıni itirmiş, tərk edilmiş qadınlarda rast gəlinən haldır ki, bu zaman qadın həyatın ağırlıqlarını, çətinliklərini təkbaşına daşıya bilməyəcəyini düşünür. Əgər uşaq da varsa məsələ daha ciddi vəziyyət alır. Uşağının lazımi ehtiyaclarını ödəmək üçün imkanı olmayan ana buna tab gətirə bilmir.

Sadalanan hallarda intihar edəcək insanların düşüncəsi belə olur: “Əgər mən ölsəm hər şey qaydasına düşəcək. Bütün problemlər bundan sonra həll olunacaq”. Həmin vəziyyətdə onlar sağlam düşünərək görə bilmirlər ki, ölüm heç də çıxış yolu deyil. Onlar canlarına qəsd etdikdən sonra geridə qoyduqlarının vəziyyəti ya daha da ağırlaşacaq, ya da heç bir dəyişiklik olmadan beləcə davam edib gedəcək.

Intihar hadisələrinin böyük qisminin yeniyetməlik və gənclik yaşı dövrlərində olması heç də təsadüfi deyildir. Yeniyetməlikdən etibarən şəxsiyyətin inkişafının ən burulğanlı və böhranlı dövrü başlayır. Artıq uşaqlarda özünü azad, müstəqil biri kimi görmək meylləri yaranır və bunu ərtafdakıların da qəbul etməsinə, onları dəstəkləməsinə ehtiyac duyurlar. Bu zaman valideynlər mümkün olduğu qədər övladlarına qarşı sakit, səbirli davranmalı, kəskin əmrlər vermək, qadağalar qoymaq, öz dominantlığını, gücünü onlar üzərində sübut etmək əvəzinə onları başa düşməyə çalışmalı və bunu onlara hiss etdirməli, sözügedən mövzu ərtafında onlarla razılaşmasalar belə yenə kəskin fikirlər söyləməyərək onların qərarına hörmətlə yanaşmalı və hiss etdirmədən onları düzgün yola yönləndirməyi bacarmalıdırlar. Əks təqdirdə, bu kəskin mühafizəkarlıq onları bezdirərək intihara sövq edir.

 

Yeniyetmələr arasında yayılmış intihar hallarına aid çəkilmiş “Virgin Suicides”  filmi bu mövzuda olan bəzi məsələləri özündə əks etdirməyi bacarmışdır. Filmdə 70-ci illərdə Amerikada yaşayan bir ailənin qızlarının intiharından danışılır. 5 qız uşağına sahib olan ailədə ata və ana qızlarına qarşı həddindən artıq mühafizəkar və məhdudiyyətçidir. Ailənin yaşadığı ilk bədbəxt hadisə evin ən kiçik qızının intihara cəhd göstərməsi olur. İlk cəhdində xilas edilən qıza psixoloq müayinəsi nəticəsində diaqnoz qoyulur və valideynlərinə bildirilir ki, əslində qız özünü öldürmək istəməyib. Onun bunu etməsi ailənin bu qədər sərt olan qayda-qanunlarına qarşı öz etirazıdır. Valideynlər bunu nəzərə alıb öz günlük qaydalarında bəzi dəyişikliklər etməyə cəhd göstərsələr də bu alınmır. Belə sərt tutumun və rəftarın davam etdiyini görən qız yenidən intihara cəhd göstərir və bu dəfə onu xilas etmək mümkün olmur. Kiçik qızın intiharından sonra ailədə bir müddət kök salan dərin hüzn yavaş-yavaş dağılmağa başladığı bir zamanda ata-ana qızlarına qarşı daha mülayim olmağa və onlara istədikləri sərbəstliyi qismən də olsa verməyə cəhd göstərirlər. Lakin bunun sonunda evin 4-cü qızının atdığı səhv addım və bakirəliyini itirməsi vəziyyəti daha da gərginləşdirir. Evdəki qaydalar daha da sərtləşir, qızlar ictimai fəaliyyətlərdən, bütün məşğuliyyətlərindən kənarlaşdırılır, hətta məktəb həyatlarına belə son qoyulur. Bunun nəticəsi olaraq qızlar valideynlərindən gizlin, müxtəlif yollarla qonşuluqdakı oğlanlarla əlaqə yaradır, bu yolla ətrafla əlaqələrini az da olsa saxlamaq istəyirlər. Amma bütün bunlar da artıq belə bir ailə mühitində yaşamaq üçün onlara yetərli olmur. Valideynlərin bu mühafizəkar rəftarı, tətbiq elədiyi sərt qaydalar, həyata  keçirdikləri bu rejimin sonu qızların dördünün də eyni anda intiharına gətirib çıxarır.

Intihar edənlər arasında depressiya xəstələri üstünlük təskil edir. Bunun özü də bu iki problemin qarşılıqlı şəkildə bir – biri ilə əlaqədə olduğunu bir daha göstərir.

Intihara cəhd göstərən qadınlar kişilərə nisbətdə üstünlük təşkil etsələr də, intihar nəticəsində həyatına son qoyan kişilər qadınlardan daha çoxdur.

Bu yaxınlarda ailədaxili münasibətlərdəki ziddiyyətlər, münaqişələr və zorakılıqla bağlı yaranmış psixoloji problemlə bağlı müraciət edən bir qadının həyatında baş vermiş intihara cəhd hadisəsini elə onun öz dilindən yazmaq istərdim: “ 18 yaşımdan ailəliyəm. Istəməyərək ailə qurmuşam. Həyat yoldaşımı sevməsəm də, buna etiraz etməyim mümkün deyildi və mən də razılaşdım. Elə nişanlılıq dövründən etibarən həyat yoldaşım məni döyməyə və təhqir etməyə başlamışdı. Ailə qurduqdan sonra isə bunun on qatı əzab-əziyyət çəkməyə başladım. Yalnız həyat yoldaşım tərəfindən deyil, həmçinin qayınata və qayınanam tərəfindən də söyülür və təhqir edilirdim. Amma ən çox təsir edəni həyat yoldaşımın hərəkətləri idi. Ən azından ondan qayğı görmüş olsaydım digərlərinə dözmək asan olardı. Heç bir yerə getməyə icazəm yox idi. Evdən kənara çıxmırdım. Özü əgər harasa aparırdısa da, elə getdiyim yerdə də az zülm çəkmirdim. Heç vaxt heç bir hərəkətinə, sözünə qarşılıq verməmişəm. Hamısına dözürdüm. Həm də düşünürdüm ki, ailədə belə halların olması normaldı. Indi bunu “uşaq cahilliyi” adlandırıram. Uzun müddət belə davam elədi. Bir müddətdən sonra həyat yoldaşımın hərəkətlərində, davranışlarında qəribəliklər yaranmağa başlamışdı. Heç özündə deyildi. Paranoyaklaşmışdı. Hər addımımdan şübhələnirdi. Hər hərəkətimə göz qoyurdu. Ondan elə ailə həyatı qurduğumuz ilk gündən qorxurdum. Bu hərəkətləri də məni həm qorxudur, həm də çox sıxırdı. Artıq dözmək mümkün deyildi, amma övladlarımın xətrinə dözürdüm yenə də. Son addım kimi məni əxlaqsız qadın adlandırmağa başlamışdı. Hər an məni izləyir və deyirdi ki, mən bilirəm sən gündə biri ilə görüşürsən. Hər şeyə dözsəm də artıq bunları qulaqardına vura bilmirdim. Təkcə mən yox qohumlar da hiss edirdi ki, onun nəsə psixoloji problemi var. Danışıqları, hərəkətləri, verdiyi reaksiyalar normal deyildi. Həkimə göstərmək lazım olduğunu bilirdik, amma onu razı salmaq olmurdu. Məni ən çox qorxudan isə o idi ki, birdən oğlum bunlardan xəbər tutsa mənə yox, ona inanar. El içində rüsvay olmaq qorxusu və bütün bu çəkdiyim əzablar məni son həddə çatdırdı. Özümü asmaq qərarına gəldim. Hər şeyi hazırladım, bu işə son qoyacaqdım. Hamısını planlaşdırdığım kimi etdim. Artıq ipi də boynuma keçirmişdim. Tez bir zamanda bu əzablara son qoymaqdan və canımı xilas etməkdən başqa heç nə düşünmürdüm. Lakin son anda birdən övladımın məni axtararaq çağırdığını eşitdim. Əlim-qolum boşaldı. Elə bil yuxudan ayıldım və nə elədiyimi dərk etdim, dərhal ordan uzaqlaşdım.

Həmin gün əgər məni çağırmasaydılar indi hər şey bəlkə də tamam fərqli olacaqdı. Düşünəndə isə çox peşmançılıq hissi keçirirəm və “Nə yaxşı ki məni çağırdılar intihar edə bilmədim” deyirəm”.

 

 Uzaq keçmişlərdən günümüzə doğru öz aktuallığını qoruyub saxlamış olan suisid bədii ədədbiyyat nümunələrində də özünə yer etməyi bacarmışdır. Istər xarici, istərsə də yerli ədəbiyyatda buna rast gəlmək olar. Və mən elə bu barədə  yerli ədəbiyyatımızdan misal çəkmək istərdim: Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanı. Romanda bütünlükdə bu problemə toxunulmasa da, bu barədə xırda da olsa çox təsirli nüans diqqəti çəkir. Əsər Azərbaycan şairi Nişat Şirvaninin həyatından bəhs edir. Yazıçı onun həyat yolunu oxucuya çatdırarkən onun bir hissəsi olan nakam məhəbbətini də vurğulamışdır.

Qızla-oğlanın birləşə bilməməsinin əsas səbəbi dinlərinin fərqli olması və ailələrin buna etrazıdır. Məhz buna dözə bilməyən erməni qızı olan Maro sevdiyi insandan ayrı qalmaqdansa ölməyi seçir və o zamanlar Hindistandan gəlmiş bir tacirin gözlənilmədən vəfat etməsi nəticəsində dostlarının onun üçün öz adətlərinə uyğun olaraq təşkil etdikləri dəfn mərasimində iştirak etməyə razılıq verir. Ölən tacirin arvadı ondan uzaqda olduğu üçün Hindistan adətlərinə uyğun olaraq onun yerinə arvadı kimi ölü ilə birlikdə tonqalda yandırılmağı qəbul edir və özünü yanar oda atır. Kənardan bunu görüb dözə bilməyən bir azərbaycanlının onu yanar odlardan çıxarması ilə xilas olsa da, tanınmaz hala düşür.

Lakin bir fakt kimi onu da qeyd etmək yerinə düşər ki, bəzi yaradılan sənət əsərləri özündə intihar səhnələrini əks etdirməklə bərabər özləri də dövründə kütləvi intiharlara səbəb olublar. İohann Volfqanq Götenin məktublar formasında yazdığı “Gənc Verterin iztirabları” sentimental romanı da buna bir nümunədir. Göteyə böyük uğurlar qazandırmış romanın əsas mövzusu Verter adlı gəncin öz xəyali dostu Vilhelmə məktublar şəklində yazaraq öz yaşadığı həyatdan, düşüncələrindən və nəcib bir ailənin nişanlı qızı olan Lotteyə duyduğu məhəbbətdən bəhs edir. Verter uzun müddət bu mümkünsüz məhəbbətin alovunda yansa da, bu əzabı öz içində daşısa da, sonda Lotte də bundan xəbərdar olur. Lottenin özünün də Verterə münasibəti fərqli olsa da, nişanlı olmasını nəzərə alıb, dostluq ilə sevgi arasındakı o incə xətti keçməkdən ehtiyat etdiyi üçün əlaqəni kəsir. Elə bundan sonra da Verter üçün həyat daha dözülməz olur və o intihar edir.

Roman ilk çapdan çıxdığı andan etibarən böyük oxucu kütləsinin diqqətini cəlb edərək, Avropaya səs salsa da, özünün ardınca kütləvi intiharlar da gətirmişdir. Həmin dövrdə bir-birinin ardınca və elə bir-birinə bənzər intihar hadisələri baş verməyə başlayır ki, bu da dövlət adamlarını qorxuya saldığı üçün əsərin nəşr edilməsinə və çapına bir sıra yerlərdə qadağalar qoyulur.

Əsərin belə təsirli olmasının və kütlə tərəfindən bu cür qarşılanmasının səbəbi onun yazı dilindədir. Yazıçı məktublar şəklində yazdığı bu romanında məhəbbət duyğusunu çox gözəl tərənnüm etməyi bacarmışdır. Bundan əlavə o, Verterin çəkdiyi məhəbbət əzabını əks etdirərkən ən xırda nüansları da çox gözəl vurğulamışdır. Sevginin nə demək olduğunu anlayan, özü sevgini, ayrılığı yaşamış hər bir insanın yaşadığı və düşündüklərini ən xırda detalına kimi əks etdirmişdir. Yazıçı oxucuya oxucunun öz dilindən hadisələri deməyi bacarmışdır ki, bu da əsərin təsir qüvvəsini artırmışdır.

Bununla yanaşı Verter gənclər arasında bir fenomenə çevrilmişdir, Avropanın bir çox yerlərində romanda təsvir olunduğu kimi Verter üslubunda geyinilməyə başlanmış və  bu “Verter effekti” adlandırılmışdır.

Problemlər haqqında yuxarıda vurğulanan bütün bu nəzəri məlumatları, elmi izahları, bədii ədəbiyyat və film nümunələrini, həyatı faktları nəzərə alaraq sonda bildirmək istərdim ki, hər hansısa bir problemi, xəstəliyi heç də gözardı etmək, belə mühüm mövzulara məsuliyyətsiz yanaşmaq olmaz. Depressiyada olan və intihara meylli və ya cəhd göstərən şəxslərə köməklik edilməyə çalışılmalıdır. Bundan ötrü problemi həll edə bilmə bacarığı üzə çıxarılmalı, çətinliklərin öhdəsindən gəlmə bacarığı inkişaf etdirilməli və bu işlərdə həmin şəxslər dəstəklənməli, idman və ictimai fəaliyyətlərdə daha aktiv iştiraka cəhd göstərilməli, həyatın düşünüldüyü qədər mənasız və əhəmiyyətsiz, göründüyü kimi çətin olmadığı, gözəl tərəflərinin daha çox olduğu diqqətə çatdırılmalı və aşılanmalıdır. Bütün bunlar həm mütəxəssis nəzarəti altında, həm də ətrafdakı insanların köməyilə həyata keçirilməlidir.

Sonda isə özümə həyat devizi kimi seçdiyim sözləri vurğulamaq istərdim. Səhvlərini sev, ən azından cəhd göstər, nə olur olsun yaşamağa dəyər.

Yusifli Ayişə 

Gəncə Dövlət Universitetinin, Psixologiya ixtisasının məzunu

 

 

 

 pcc.az

 

 

 

 

Go Back

Nuriyyə Mustafayeva - DEPRESSİYA VƏ SUİSİD

 Suisidal davranış müasir dövrdə öz aktuallığı ilə seçilən problem­lər­dəndir. Müxtəlif səbəblərdən baş verən ölüm hadisələri içərisində özünü qəsd etmə geniş yer tutur. Hər il dünyada 500 min özünüqəsd və 7 milyona yaxın özünüqəsdə cəhd etmə halları baş verir. Bununla bərabər açıqlanmayan suisid halları da olduqca çoxdur. Bir sıra ailələr bu halı gizlətməyə çalışır, hətta bəzən öz yaxınlarından belə gizlətməyə çalışırlar. Buna səbəb kimi müxtəlif amilləri qeyd etmək olar. Haqlarında yayılacaq söz-söhbətlərdən, insanların qınağından v.s. Suisid sağlam şəxsin məqsədli, kənar təsirdən təcrid olunmuş formada özü tərəfindən özünü həyatdan məhrum etməsi kimi izah edilir.

İntiharla bağlı bir sıra ziddiyyətli fikirlər vardır. Son dövrün tədqiqatları bunlara da aydınlıq gətirmək imkanı verir:

1.      İnsanlar həyata son qoymaq arzusunu bildirməklə sadəcə özlərinə diqqəti cəlb etmək istəyir. Əslində isə bu çox dərin psixoloji travmadan xəbər verir. İnsan müxtəlif yollarla ətrafdakıları xəbərdar etmək istəyir. Bu cür fikirlərə etinasız yanaşmaq olmaz.

2.    İnsan intiharı xəbərdarlıq etmədən həyata keçirir. Əslində isə intiharı düçünən insan bununla bağlı bir çox işarələr verir. Hər özünə qəsd edən 10 nəfərdən 8-i bu xəbərdarlıq edir.

3.    Özünə qəsd edən insanlar psixi pozuntulardan əziyyət çəkirlər. İntihar etmiş insanların heç də hamısı psixi pozuntulardan əziyyət çəkmir. İntaharı düşünən insan dözülməz psixoloji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfiliktdən uğurla çıxa bilmir. Bu heç də onun psixi pozuntudan əziyyət çəkdiyini göstərmir.

4.    İntihar etmək qərarına gələnlər yaşamaq istəmir. Əslində isə bu insanlar ölümlə həyat arasında tərəddüd edirlər. Həyatdan yox, mənəvi ağrıdan yaxa qurtarmaq istəyir.

5.     Suisidal cəhdlər zamanı bütün hərəkətlər düşünülməmiş olur. Əslində isə intihar haqda düşünən bütün şəxslər əksər hallarda intiharı uzun müddətdən bəri planlaşdırırlar.

Psixoloji baxımdan hər bir insan həyatında müəyyən çətin situasiyalara dü­şür ki, onlardan heç cür çıxış yolu tapa bilmir. Xarici təsirlər nəticəsində insanda daxili boş­luq yaranır, insan qarşılaşdığı maneələrlə bacarmır. Bu zaman o, dözülməz psi­xo­loji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfliktdən uğurla çıxa bilmir. Bu şəraitdən çıxış yolu tapa bilmir. Səbəb çox müxtəlif ola bilər: sevdiyi şəxsin itirilməsi, fiziki zorakılığa məruz qalma, şantaj, borc, böyük vəzifənin itirilməsi, hədə qorxu, əsəb pozuntusu,tənhalıq, dərin depressiya, kumirini təqlid və s.

İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

1.      Psixiatrik xəstəliklər

 

2.    Sosial səbəblər

3.    Psixoloji səbəblər

4.    Bioloji səbəblər

5.     Genetik yaxınlıq

6.    Fiziki xəstəliklər

 

İntihara səbəb olan psixiatrik problemlər bunlardır:

·        ~Depressiya ,şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur

 

 

·        ~Spirtli içkilərdən Narkotik maddələrdən istifadə

·        ~Şəxsiyyət pozuntusu ,yüksək həyacanlılıq

 

 

Sosial səbəblər. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur

Psixoloji səbəblər. Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.

Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.

Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.

Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.

İntihara sosial-iqtisadi problemlərin səbəb olduğu fikri cəmiyyətdə tez-tez vurğulanır: “Amma intihar hadisələrinin baş verməsini təkcə bu səbəblə bağlamaq olmaz. Çünki bu il intihar göstəricisinə görə, İsveçrə birinci yerə çıxıb. Bundan başqa, Hollandiya, Almaniyada, ABŞ-da intihar edənlərin sayı sürətlə artmaqdadır. Adətən ailəsində münaqişə, dava-dalaş olan uşaqlar intihara cəhd edirlər: “Uşaqlar görür ki, evdə hər gün davadır, valideynləri dalaşır, ata ananı döyür. Evdə hamı bir-birinə biganədir. Təbii ki, uşaq bu vəziyyətdən bezir”. Və çıxış yolunu…

Uşaqlarda suisidal davranışın əsas amili ailədəki vəziyyətlə bağlıdır. Uşaq yaş­la­rında 92% suisidlərin səbəbi uğursuz ailə situasiyasıdır. Yeniyetmələrdə suisidin ümumi səbəblər-sosial psixoloji dezadaptasiyadır. Bu da kəskin psixotravmatik situasiyanın təsiri altında yaranır, şəxsin yaxın ətrafı ilə qarşılıqlı ünsiyyəti pozulur. Belə ki, yeniyetmələr üçün bu ümumi, hər han­sı bir pozuntu deyil, yaxınları və ailəsi ilə ünsiyyətin pozulmasıdır.

Yeni­yet­mə­lər­də suisidal davranış təqlidçilik xarakteri daşıya bilər. Onlar ətrafında gördüyü, məsə­lən tv, kütləvi nəşrlərdə oxuduğu hərəkətləri təkrarlamağa çalışır. Kütləvi intiharlara da rast gəlmək olur. “Verter effekti” fenomeni də kütləvi intiharlara misal ola bilər. “ Verter effekti” ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin “ Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünüqəsd epidemiyası Avropanı bürüyür.

Təəssüfləndirici faktlardan biri də mənəvi gərginlikdən çıxış yolunu intiharda görənlər arasında yeniyetmələrin üstünlük təşkil etmələridir. Əyləncəni həyatın məqsədi qəbul edən yeniyetmələr bir müddət sonra bunun sonunun arzu etdikləri kimi olmadığını görürlər. Bundan sonra onlar özlərini uçurumun kənarında hiss edirlər. Geriyə baxdıqda zəhərli həyat, gələcəyə baxdıqda isə qaranlıq bir yol onların yaşamağa olan sevgilərini öldürür. Bu səbəbdən onlar qurtuluşu özlərini uçurumdan atmaqda görürlər. İntiharın ən böyük səbəblərindən biri ümidsizlik və özünə güvənmə duyğusunun olmamasıdır. Belə insanlar ən xırda çətinliklərə belə tab gətirə bilmirlər. Onlar çətinliklərə qarşı mübarizə aparmaqdan-sa, özlərini həyatın axarına buraxmaq yolunu seçirlər. Daşlı-qayalı çaya bənzəyən həyatda belə insanların maddi və mənəvi cəhətdən zədələnmə ehtimalları olduqca yüksəkdir.

Mətbuatda rəsmi statistikaya istinadla yayılmış məlumata görə, ötən il Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb. Mütəxəssislər bu rəqəmlərin “daha yüksək” olduğunu hesab edir, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır. Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib.

İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər qeyd olunduğu kimi çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.  Beləliklə, bir qayda olaraq suisiddə günahkar yoxdur. Hər bir intihar-insanın özünün şəxsi,dərk olunmuş qərarıdır. Öz həyatı haqqında sərəncam vermək-hər bir şəxsin hüququdur.Lakin intiharın ən yaxşı profilaktikası – hər şəxsə bu hüququ hiss etməyə imkan vermək, problemin həllində başqa yollar axtarmaqdır.

Nuriyyə Mustafayeva

Bakı Dövlət Universitetinin, Sosial Elmlər və Psixologiya fakültəsinin, Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi

pcc.az

  

Go Back

Nigar Rəhimli - DEPRESSİYA VƏ SUİSİD

Özünü öldürən insanların 90% -i depressiya xəstəsidir. Depressiya və digər ruhi xəstəliklər ilə birlikdə pis həyat hadisələri də intihar riskini artırmaqdadır. İntiharın fərdi olduğu qədər ictimai ölçüsü də vardır. İntiharlar önəmli sağlamlıq problemlərindən biridir. Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verməkdədir. Bütün dünyada hər 42 saniyədə bir adam həyatına son vermək üçün intihara cəhd edir, 17 dəqiqədə isə bir adam intihar səbəbiylə həyatını itirir. İntihar sıxlığı yaş qruplarına görə və cinsiyyətə görə fərqlənir. Xüsusilə gənclərdə önəmli bir problemdir. ABŞ-da edilən araşdırmada 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutur. İntihar səbəbləri çox çeşidlidir. Bunlar arasında: psixiatrik xəstəliklər, sosial səbəblər, psixoloji səbəblər, bioloji səbəblər, genetik səbəblər, fiziki xəstəliklər sayıla bilər.

İntihar səbəbləri gənc və yaşlılarda ümumiyyətlə daha fərqlidir. Edilən araşdırmalarda yaşı 30-dan yuxarı olan insanların intihar hadisələrində ən tez intihar səbəbinin anti-sosial şəxsiyyət pozğunluğu və spirt-maddə asılılığı olduğunu, yaşı 30-dan aşağı olan insanlarda isə depressiyanın ən tez səbəb olduğunu göstərir. İntihara gətirib çıxaran əhəmiyyətli həyat hadisələri isə 30-dan aşağı olan insanlarda boşanma, rədd edilmə, işdən çıxarılma və qanuni problemlər; 30-dan yuxarı olan insanlarda isə fiziki xəstəliklər olaraq təyin olunmuşdur.

Yaş artdıqca intihar nisbətləri də artmaqdadır. Kişilərdə ən sıx 45 yaşlarında, qadınlarda isə 55 yaşlarında intihar görülməkdədir. Qadınlar intihara daha çox meyl göstərir, lakin intiharda ölüm nisbəti kişilərdə daha çoxdur. Evli insanlarda intihar nisbəti boşanmış şəxslərə görə daha azdır. İşləmək adamı intihardan qoruyan əhəmiyyətli bir xüsusiyyətdir. İşsiz insanların sosial-iqtisadi vəziyyətləri pozulur, onlarda psixiatrik problemlər ortaya çıxır (xüsusilə narahatlıq və depressiya) və stress verən vəziyyətlərlə qarşılaşma ehtimalı artır. Bu səbəblə işsiz qalan insanlarda intihar etmə ehtimalı artmaqdadır.

İntihar etməyi düşünən insanlar bu cəhdlərini reallaşdırmadan əvvəl bəzi siqnallar verir. Buraya ani davranış dəyişiklikləri, davamlı olaraq ölümdən və ya ölmə istəyindən danışmaq, intihar etməyi düşündüyünü söyləmək, vida və ya ayrılıq sözləri söyləmək, məktublar yazmaq, tanışları ilə küsülülükləri sonlandırmaq, həyatın əhəmiyyətsiz olduğunu ifadə edəcək mesajlar vermək aid oluna bilər.

Gənclərdə və uşaqlarda intihar etməyi asanlaşdırıcı bəzi həyat hadisələri mövzusunda məlumat sahibi olmaq da, intiharı əngəlləməkdə bizə kömək edə bilər. Aşağıdakı hadisələr depressiyada olan bir uşaq və ya gənc üçün “stəkanı daşıran son damla” ola bilər. Onsuz da həyata istəyi çox azalmış olan gənc ümidsizliyə qapılaraq həyatına sonlandırmağa qərar verə bilər;

• ailə içi ağır konflikt

• cinsi təcavüz və ya fiziki şiddət

• təhqir və ya alçaldılma (xüsusilə başqalarının yanında)

• məktəb müvəffəqiyyətsizliyi (sinifdə qalma, məktəbdən kənarlaşdırılma və s.)

• ağır bir haqsızlığa məruz qalma

• cəzalandırılma qorxu və qayğısı

Daha əvvəldən intihar cəhdində olan kəslərin yenidən intiharı sınama ehtimalları böyükdür. Bu səbəblə əvvəldən intihar cəhdində olan gənclərin valideynləri bu mövzuda çox diqqətli olmalıdırlar. Ailələr və pedaqoqlar, xəstəliklərin kimsəyə imtiyaz tanımadığını, hər gəncin depressiya keçirmə riski daşıdığını unutmamalı və şübhələndikləri bir vəziyyətlə qarşılaşdıqlarında heç zaman itirmədən bir mütəxəssisə müraciət etməlidirlər.

Nəticə olaraq, intihar önəmli ictimai bir problemdir və qarşısı alına biləcək bir ölüm səbəbidir. Yetər ki zamanında hiss edilsin. İntihar mesajları verən kəsləri mütəxəssislərə yönəltmək yaxınların edə biləcəyi ən böyük köməkdir. İntiharların ən böyük səbəbi depressiyadır və müalicə edilsə intihar riski azalır. Bu baxımdan depressiyanın müalicə edilməsi çox əhəmiyyətlidir. İntihar cəhdi olan yaşlı xəstələrlə edilən araşdırmada bu xəstələrin 70%-nin intihar cəhdində olmadan əvvəl həkimə müraciət etmədikləri göstərilir.

Depressiya; bəli, həqiqətən də nədir depressiya? Artıq hər kəs “Depressiyadayam” deyir. İstəksizlik, həyatdan zövq ala bilməmək, heç bir şey etmək istəməmək depressiyanın əsas əlamətləridir. Depressiyamənəvi boşluq içindəki cəmiyyətləri məngənəsinə alan xəstəliklərdən biridir. Depressiyanın pessimizm, dalğınlıq, unutqanlıq, konsentrasiya çətinliyi, qərarsızlıq, gərginlik, böhran və narahatlıq halı; iştahanın azalması, kilo itkisi, qarın ağrıları, yuxusuzluq və s kimi əlamətləri də vardır. Depressiyadakı adam köhnə maraqlarını itirər, heç bir şeydən zövq almaz, məhsuldarlığı azalar. Xəstə tez-tez günahkarlıq duyğuları içində özüylə zidd düşər, özünü dəyərsiz, işə yaramaz olaraq görməyə başlayar.

Bir də gündəlik gəlib gedən sıxıntı, kədər, əhval pozğunluğu vəziyyətləri vardır. Ümumi mənada “demoralizasiya” dediyimiz, lakin xalqın özünə depressiya diaqnozu qoyduğu hallar. Bu ikisi çox tez qarışdırılır. İnsan gəlib gedəcək bir demoralizasiya yaşayır, öz halını yaxın ətrafında gördüyü vəziyyətlərlə müqayisə edir ya da internetdə araşdırma edir, baxır ki depressiyaya girib. Halbuki depressiya ciddi ağır bir vəziyyətdir. O qədər ağırdır ki, intihara qədər gedə bilər. Bu səbəbdən son günlərdə depressiv xüsusiyyətlər daşıdığını düşünən kəslər mütləq mütəxəssislərdən kömək almalıdır. Lazımdırsa dərman istifadə etməlidir. Dərmanın işi bitdiyində bu ruh halının keçəcəyini bilməlidir.

Depressiv pozğunluq adamın yemək yeməsindən yatmasına, fiziki dayanıqlığından sağlam düşüncəsinə qədər hər şeyini poza bilər. Depressiyada olan insanların hamısı özlərini yalnız həyatın axışına buraxaraq sağala bilməzlər. “Öz-özünə sağalma” depressiya keçirən xəstələrin yarısında mümkündür. Ancaq müalicə olunmadığından əlamətlər (simptomlar) həftələrcə, aylarca, hətta illərcə davam edə bilər. Halbuki düzgün müalicə depressiyadakı çox insana kömək edə bilər. Depressiyada şiddətli kədər ya da ümidsizlik hissi vardır və ən az iki həftə davam edir. insanın iş görmək, yemək yemək, yatmaq kimi gündəlik həyat fəaliyyətləri pozulur. Depresiv insanlar ümidsiz olmağa və kimsədən kömək görə bilməyəcəklərinə inanmağa meyllidirlər. Belə hiss etdikləri üçün də özlərini günahlandırırlar. İctimai fəaliyyətlərə qatılmaqdan qaçınar, ailə və yoldaşlarından uzaqlaşarlar. Hətta bəzən ölümü ya da intiharı düşünə bilərlər.

Weissman (1974) depressiyanın intihar ilə çox yaxın əlaqəsi olduğunu; intihar cəhdində depressiyanın intihar meyilinin dərəcəsi ilə əlaqəli olduğunu bir çox dəfə göstərmişdir. Bu mövzudakı tədqiqatlar ümidsizlik anlayışı və bu anlayışın depressiya və intihar meyli ilə olan əlaqəsinə diqqət çəkmişdir. Baumeister də (1990) ümidsizliyin statistik olaraq nəzarət edildiyində depressiyanın intiharın qabaqcıl əlaməti olma xüsusiyyətini itirdiyini bildirmişdir. Wetzel (1976) intihar cəhdində və təhdidində olan xəstələrlə apardığı tədqiqatda intiharın depressiyadan çox ümidsizlik ilə əlaqəli olduğunu tapmışdır. Dyer və Norman Kreitman (1984) da daha əvvəlki işlərə bənzər şəkildə depressiya və intihar meylinin əlaqəsinin birbaşa ümidsizlik ilə intihar meyli arasındakı əlaqəyə bağlı olduğunu ifadə etmişdir. Bir çox tədqiqatçılar ümidsizliyin idraki müalicə kimi spesifik üsullarla azaldıla biləcəyini və bunun intihar riskinin qarşısının alınmasında əhəmiyyətli bir vasitə olacağını bildirmişlər.

Depressiya beyindəki kimyəvi pozulmanın və bəzi hormonların azalmasıyla ortaya çıxan xəstəlikdir. Bu xəstəliyin mütəxəssis həkimlər tərəfindən diaqnoz edilməsi, insana depressiya diaqnozu qoyulduqdan sonra yenə həkimlər tərəfindən dərmanla müalicə edilməsi lazımdır. Lakin əhəmiyyətli olan nöqtə; adamın həyat qarşısında məğlub hiss etdiyi nöqtələrin itkidən qazanca çevrilməsidir. Dərmanlar bu işi etməz. Yəni adamın dünyagörüşünü dəyişdirməz. Sadəcə hadisələr qarşısındakı dözüm gücünü artırar. Yaxşı bir müalicə dərman + psixoterapiya şəklində aparılan müalicədir. Hətta bir çox mütəxəssislər dərman vermək yerinə psixoterapiya ilə müalicəni üstün görür. Orqanizm pis vəziyyətdədirsə dərman dövrəyə salınır.

Bəs depressiyadan qorunmaq üçün nə etmək lazımdır? Daimi olaraq edilən məşq xüsusilə açıq havada və günəşli mühitlərdə edilən aerobik xüsusiyyətli idman depressiyanın ortaya çıxmasında son dərəcə qoruyucu bir təsirə malikdir. Bəzi fərdlər gün işığına həssasdırlar və depressiya hücumları mövsümi xüsusiyyət göstərə bilər. Payız-qış dövründə depressiya sıxlığında artım olmaqdadır. Qış dövründə xüsusilə çox yatmaq, çox karbohidrat istehlak etmək və ağırlaşma ilə gedən atipik depressiya ehtimalı çoxalmaqdadır. Depressiyadan qorunmaq üçün ekoloji faktorların təşkili də əhəmiyyətlidir. Nizamlı məşq etmək, sağlam və yüngül qidalanmaq da insana kömək olur. Duyğuların daha çox ifadə edildiyi, sevgi və güvənin suveren olduğu sağlam insan münasibətlərinə sahib olmaq həm depressiyanın qarşısının alınmasında, həm də depressiya dövründən çıxmaqda bənzərsiz bir dəyərə malikdir. Universitetə qəbul imtahanları da gənclərin bəzilərində depressiya halı ilə müşahidə olunur. Onlar bu dövrü “böhran” kimi gördüklərini söyləyirlər. Universitetə qəbul imtahanlarının gənclər üzərində çox böyük bir ruhi və fiziki təzyiqi vardır.

Universitetə ​​hazırlıq prosesi şagirdlər üçün uzun, çətin və stressli bir müddət olaraq yaşanır. Məhz buna görə də tələbələr bu müddətdə ailə dəstəyinə daha çox ehtiyac duyurlar. Bunun üçün ailələrə psixoloji məsləhət xidməti təqdim edilə bilər. Xüsusilə məktəblərdə çalışan psixoloji məsləhətçilər bütün valideynlərə istiqamətli psixo-öyrədici proqramlar hazırlayıb təqdim edə bilərlər. Universitetə qəbul imtahanına hazırlaşan və depressiya keçirən abituriyentlərin psixoloji dəstək alması vacibdir. Aşağıdakı psixoloji söhbət buna misal ola bilər.

Psixoloq: universitetə qəbul imtahanından keçməsən nə olmasından qorxursan?

Leyla: Ailəmi xəyal qırıqlığına uğratmaqdan, üzülməkdən, ətrafdakıların mənim haqqımda mənfi düşünməsindən, yaxşı gələcəyimin olmamasından, məni xoşbəxt edəcək işi tapmamaqdan, həyatımın məhv olmasından.

Psixoloq: Bu qədər stresi yaşamağına təəccüblənməmək lazımdır. Dediklərinin yükü ağırdır. indi sualı bir az dəyişdirəcəm. Tutaq ki universitet imtahanından keçdin. Bu halda nə olmasından qorxursan?

Leyla:Ailəmi xəyal qırıqlığına uğratmaqdan.

Psixoloq: Amma bayaq da belə demişdin.

leyla:Bəli. Çünki qəbul olsam belə onları xəyal qırıqlığına uğrada bilərəm. Bəlkə qəbul olduğum universiteti və ya fakültəni zamanında bitirə bilməsəm yenə də xəyal qırıqlığına uğraya bilərəm.

Psixoloq: universiteti bitirib iş tapa bilməyənlər var.

Leyla: Düz deyirsən. Universitetə qəbul imtahanına böyük anlamlar yükləmişəm.

Psixoloq: Mühit bizi belə düşünməyə vadar edir. Bunu özümüzə dərd edirik. Önəmli olan imtahanda əlindən gələni etməkdir. Amma bu stressiz də ola bilər, elə deyilmi?

Leyla: Bəli.

Psixoloq: İmtahandan keçməsəm həyatım məhv olar demişdin. Bu düşüncəyə inandığın zaman nə hiss edirsən?

Leyla: Sıxıntı keçirirəm…

Psixoloq: Gələcək haqqında düşünərkən gözünün qarşısında hansı səhnə canlanır?

Leyla: Heç nə. Sadəcə qaranlıq.

Psixoloq: Tutaq ki, həyatının məhv olması düşüncəsi ağlına heç gəlməyib. O halda özünü necə hiss edərdin?

Leyla: Daha rahat olardım və ümid işığı görərdim.

Psixoloq: İndi düşüncəni tərsinə çevirək.

Leyla: İmtahandan keçməsəm həyatım məhv olmaz.

Psixoloq: Bu düşüncənin doğru ola biləcəyinə dair mənə 3 misal çək.

Leyla: Birincisi həyatım doğrudan da məhv olmayacaq. Bəlkə ilk vaxtlar çox üzüləcəm amma ondan sonra keçəcək. Həyat davam edəcək. Özümə başqa bir yol çizəcəm. Ya universitetsiz bir həyat yaşayacam, ya da gələn il bir daha imtahan verəcəm.

Psixoloq: Digər tərsinə çevirmə nə ola bilər?

Leyla: Universitetə qəbul olsam həyatım məhv olar. Niyə məhv olar bir düşünüm… İstədiyim fakültəyə düşməsəm. Universitetə getdiyimdə istədiklərimi əldə edə bilməsəm.

Psixoloq: Tamamilə doğrudur.

Leyla: İndi anladım ki imtahandan keçməsəm arzularım məhv olar, həyatım məhv olmaz.

Psixoloq: Mən də universitetə qəbul olanda bütün arzularım məhv oldu çünki pedaqoji universitetdə deyil, Bakı Dövlət Universitetində oxumaq istəyirdim. Amma indi düşünürəm ki, mənim üçün ən düzgün seçim elə Pedaqoji universitet idi. Bunu o an anlasaydım və dəyərini bilsəydim əminəm ki oraya daha xoşbəxt gedəcəkdim.

Leyla: Bu günkü söhbət mənə universitet imtahanına daha fərqli baxmağa kömək etdi. Təşəkkür edirəm.

Universitetə qəbul imtahanı biliyin ölçüldüyü bir imtahanıdır. Qətiliklə bir şəxsiyyət testi deyil. Ölüm-dirim savaşı deyil. Həyatda olduğumuz müddət içərisində bir sıra eniş və çıxışlarımızın olması təbiidir. Həyatımız boyunca bir çox imtahanla qarşılaşacağıq. Universitet imtahanı yalnız bunlardan biridir.

Depressiya xəstələrinin böyük bir qismi müalicə görmür və öz başlarına xəstəliyə qalib gəlməyə səy göstərirlər. Kimi qonşunun təklif etdiyi dərmanı alır, kimisi aptekdən yuxu dərmanı alaraq “yola verir”, kimisi isə heç dərman qəbul etmədən xəstəliyi yaşayır. Müalicə olunmayan depressiya bir çox hallarda suisidlə nəticələnir. Depressiya xəstələrini psixoloqa istiqamətləndirmək və həkimə getməsini təmin etmək ailəsinin, yoldaşların və yaxınların vəzifəsidir.

Nigar Rəhimli

Azərbaycan Müəllimlə İnstitutunun, Təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbəsi

pcc.az

Go Back

Lalə Əhmədova - TERRİ KOENİN “BUNU SƏNİN ÜÇÜN EDƏCƏYƏM” ROMANININ TƏHLİLİ

Sən dünyaya gələndə hamı gülür, özün isə ağlayırdın.Elə yaşa ki, dünyadan gedərdə hamı ağlayarkən sən özün gülümsəyəsən …

Yazıma bu cümlə ilə başlamağım onu oxuyacaq şəxsi istər depressiyaya uğramış, istərsə də pozitiv ruhlu olmasından asılı olmayaraq fəaliyyətə həvəsləndirmək məqsədi daşıyır. İlk növbədə o diqqət mərkəzində saxlanmalıdır ki, həm fiziki, həm də zehni cəhətdən məşğul olan insan sarsılmaz. İnsanları depressiyaya sürükləyən nədir? Tənbəllik,gələcəyə inamsızlıq,istəksizlik və sair bu kimi neqativ məhfumlar. Bunları yaradan nədir? Haqsızlıq və Uğursuzluq- fərqi yoxdur, sevgidə olsun, ailə daxili məsələlərdə olsun, məhkəmə prosesləri olsun,lap elə məqsədə çatmaq yolunda qarşıya çıxan əvvəlcədən nəzərə alınmamış problemlər. Bəs bunlardan qorunmaq mümkündürmü? Xeyr, əlbəttə ki yox.Heç kim nə haqsızlıqdan sığortalanmayıb, nə də gördüyü işin onu haraya aparacağını əvvəlcədən bilə bilməz. Amma depressiyadan qorunmaq üçün tənbəllikdən, ruh düşkünlüyündən, həvəssizlik və ya tamamilə istəksizlikdən qorunmaq mümkündür, hətta hal-hazırda Sizi irəliləməyə qoymayan bu neqativ məhfumlardan hansısa biri varsa,ondan xilas olmaq da mümkündür.

Suisid ,basqa sözlə özünəqəsd isə depressiyanın ən ağır nəticəsidir.Ölmək ölməkdi bəs xırıldamaq nədi deyərək artıq hər saniyəsində şəxsə yaşatdığı ağır anlara görə həm insanlardan, həm həyatdan, hətta bəzən Tanrının özündən intiqam almaq, “Bax belə. Səbrim çatmadı sizə daha çox dözməyə. O siz, o da problemləriniz, o da istəkləriniz, əl çəkin məndən” sözlərini müxtəlif formatda çatdırmaq məqsədi daşıyır.

Terri Koenin “Bunu sənin üçün edəcəyəm” romanında baş verən hadisələr fonunda həyatın depressiya üzünü nəzərdən keçirək.Kitab bu sözlərlə başlayır:”Sanki Daniellə Bettinin xoşbəxtliyinin sonu olmayacaqdı. Bir gün hər şey dəyişdi;terror aktında oğulları Jerom həlak oldu.” Ailə 4 nəfərdən ibarətdir: ata, ana və 2 qardaş. Böyük mübarizə nəticəsində hal-haırda belə bir ailə mövcuddur. Daniel əsasən sərgərdan həyat tərzi sürən, dostları ilə gecə-gündüz içib orda burda dava salan gənc ikən Betti ilə tanış olur, bir-birində işıq görən gənclər tez bir zamanda dostlaşır və nəhayət qarşılıqlı sevgi yaşadıqlarını dərk edirlər…Bettinin ailəsi belə bir münasibətə qətiyyən razı olmayacağından Daniel öz üzərində işləyir,pis vərdişlərindən uzaqlaşır,özünə daimi və öz pulunu qazandıracaq iş axtarmağa başlayır……

Ilk fasiləni burada verək, nə Betti nə də Daniel yaranmış vəziyyət qarşısında qorxuya düşmədi. Heç biri digərinə yuxarıdan aşağı baxmadı, bir-birlərini sevdilər və nəticə xoşbəxt ailə oldu.

… Daniel dostlarından ayrı düşdü, amma uşaqlığından bəri həsrət olduğu isti yuva qazandı: “Sevdiyin qadının bütün fikir və arzularının sənə yönəldiyini hiss etmək çox xoşdur. Əvvəllər məni xoşbəxt edəcək ehtiyaclarım haqqında düşünən belə yox idi. O, mənim dostum idi.Sevgilim,müəllimim və sirdaşım idi. Və anam idi.O mənim atam idi. “ Bir müddət sonra Daniel ata olur, ailələrinin tərkibi Jerom, daha sonra isə Pyerin gəlişi ilə böyüyür. Və bir gün Jeromu dərsdən götürməli ikən Daniel başqa cür hərəkət edir,onun məşqçisinə zəng vurub onu avtobusa mindirməyi xahiş edir. Və məhz o gün acı təsadüf xoşbəxt ailənin sevinc dolu günlərini Jeromla birgə aparır…. Ailə üzvlərinin matəmi fərqli şəkildə özünü göstərir, hətta bu matəm yox depressiyadır: Betti tamamilə isterik olub, həyatdan küsüb, nə özünə nə evinə əvvəlkı qayğını göstərmir. Pyer öz uşaq düşüncəsi ilə valideynlərinin qarşısında oynayır, sevinir, lakin yalnız qaldıqda qardaşının nə günahı vardı ki,indi buradan gedib sualına cavab tapmadıqca topu var qüvvəsi ilə divara çırpır.Daniel isə intiqam planı cızmaqdadır,üzdən sakit,vəziyyətə qəbullanmış kimi görünən gənc ata bir yandan oğlunun ölümündə özünü günahkar bilir,bir yandan isə cinayətkarın heç nə ilə oğlunun ölümünə bəraət qazandıra bilməyəcəyini düşünərək əzab çəkir…

Haşiyəyə çıxaq.Hər kəs həyatında yuxarıda qeyd edilən hallardan heç olmasa birini yaşayıb. Hər kəsin depressiyası müxtəlif olur, bir daha qeyd edirəm,hər kəs. Yəni ədalətsizlik, itki, uğursuzluq və sair bu kimi hisslər yaşayarkən elə bilməyin ki, Tanrının ya da insanların sizlə qəsdi-qərəzliyi var, hər kəs öz həyatını yaşayır və Tanrı necə səhvlər edib onları necə düzəldəcəyinizi gözləyəcə qədər səbrlidir. Danielə əzab verən nə idi ? Vicdan əzabı, övlad sevgisi, onunla bağlı arzularının heç vaxt reallaşmayacağını bilmək. Adətən sevgilisindən ayrılmış gənclərin ən yaralı yeri də bu olur, xəyalların reallaşmayacağını qəbul edə bilməmək. Lakin yaranmış vəziyyəti başqa cür də şərh etmək olar: Bəli bu hal uğursuz idi heyf ki uğurlu olmadı, amma mən axı necə cəmi bir dəfə olacağım həyatı xoş olmayan hisslərə xərcləyim. Budur əsas məsələ, həyata 4 əllə sarılan adam ondan asanlıqla əl çəkməz. Həyatı başa düşən adam, bu gərdişi-aləmi dərk edən adam həyata 4 əllə sarılar.

Roman barədə ətraflı bəhs edərək öz həvəskar yazı qabiliyyətimlə yazıçının əziyyətlə qələmə aldığı sətirləri gözünüzdə bayağılaşdırmaq istəmirəm. Diqqəti romanın razvyazkasına çəkmək istəyirəm. İllər öncə dalbadal iki böyük zərbə almış Pyer əvvəl qardaşı, ilk dostu,ilk sirdaşı, həyatının böyük parşası Jeromu terror aktında itirir, sonra isə atası qardaşının ölümündə baiskarları cəzalandırmaq, yer üzündən silmək məqsədi ilə evdən çıxır, məqsədinə çatır, lakin növbəti haqsızlıq səbəbiylə evinə qayıtmır. Bütün bu hayhəşir balaca Pyeri həyatdan küsməyə yox, onu öyrənməyə çağırır, o, istedadlı psixoloq olur, atasını tapır və onu depressiyadan azad etmək üçün əlində olanların qədrini bilməyi üçün bütün hər şeyi ilə imtahana çəkir, dostları vasitəsilə onu vaxtilə atıb getdiyi ailəsinin məhvedilməsi , boğazına xəncər dirəyərək ölümün dadını hissetməsi , bir zamanlar toxunulmaz olan şərəfi ilə. Bu da öz effektini göstərir, Danieli bomj olmaqdan, hər səhər ” lənət olsun yenə ölmədim” deyərək içərək ölümü gözləməkdən xilas edib sahib olduqlarının qədrini bilməyə vadar edir.

Deməli insan öz dəyərini, əlindəkilərin dəyərini biləndə depressiya ondan uzaq olur. İnsanlar istər məndən böyük olsun, istər yaşıd,istərsə də kiçik, çalışıram məsləhəti elə tərzdə verim ki, bu məsləhətə əməl etmə ehtimalı daha çox olsun. Sonda kartları aça bilərəm: məqsədim yazını oxuyanlara depressiyadan uzaq durmaq üçün yol göstərmək idi, bunu Daniel və Pyer Leman fonunda göstərdim, Danielin depressiyası heç kimə xeyir gətirmədi,lakin ondan daha artıq acı çəkmiş Pyerdəki həyata bağlanma ailəsini xilas etdi. Hər şey öz əlinizdədir, istəyirsiz Daniel olun, istəyirsiz Pyer. Sizin həyatınızdı, amma unutmayın bu həyatın sahibi yox, qonağısınız, nə qədər xoş yaşasaz bir o qədər yaxşı :)

Adını unutduğum bir müəllifin sözləri ilə yazımı bitirirəm: Xoşbəxt olmaq istəyirsizsə, Xoşbəxt olun :)

Lalə Əhmədova

Bakı Dövlət Universitetinin, Mexanika-Riyaziyyat fakültəsinin tələbəsi

pcc.az

Go Back

Azadə Bayramova - DEPRESSİYA VULKANININ LAVASI:SUİSİD

Salam, İnsan! Gəl biraz danışaq. Bilirəm, bilirəm ki, sənin də ehtiyacın var buna. Onsuz 6 milyard olduğunuz halda hər birinizin qəlbində, düşüncəsində “tənhalıq” simptomu var. Və artıq bu simptom o qədər dərinləşib ki, pandemiya xarakteri almağa başlayıb. Odur ki, dözməyib gəldim. Gəldim ki, dərinləşmiş pandemiyanın cəngindən alım səni, sahilin isti qumlarının nəvazişini duyasan deyə. Gəldim ki, yazda al-əlvan çiçəyə qonan müxtəlif rəngli kəpənəkləri, üzəri tumurcuqlarla örtülmüş budağa qonan bülbülləri və hər dəfə güzgüyə baxarkən özünü görən gözlərinin olduğunu deyim sənə. Gəldim ki, “mən tənhayam” deyərkən öz səsini səndən məhrum etməyib, sənə eşitdirən qulağının olduğunu deyim sənə. Gəldim ki, istənilən zaman heç bir vasitə olmadan Allaha dua edə bilən dilinin olduğunu deyim sənə. Gəldim, ən əsası, İnsan olduğunu deməyə. Gəldim, uzaq olan tənhalığa doğru səmt alaraq özünü suisid (intihar) halına sürüklədiyini deməyə. Ancaq unutma, heç bir İo Kio babanın sehirli xalatı səni geri qaytara bilməyəcək gedəcəyin məkandan. Onun səni “gələcək” adlı aparacağı məkanı ölümdür… Və geridə qoyduğun göz yaşları…Ana naləsi…Ata harayı…Bacı həsrəti…Qardaş qoxusu…”Zərifələrin” və ya ” Rəşidlərin” sevgi xəyalları… Belə bir söz var: heç nəyi bacarmayan İnsan belə nəyi isə bacarir. Bəli, bacarır. Heç nəyi bacarmadığını fikirləşdiyi halda nəyi isə bacarır İNSAN. Yetərki, öz gücünü, öz ağlını, öz iradəni heç nəyə əsir etməyəsən.

Tədqiqatlar göstərir ki, 10-25 yaşarası gənclər ruhi xəstəlik halı olan depressiyaya daha çox qapılırlar. Belə ki, əhval-ruhiyyənin enməsi, maraq, zövq, həzz hissinin itirilməsi, fəallığın azalması, yuxunun pozulması, iştahanın azalması, qeyri-adekvat günahkarlıq və s.depressiyanın ilkin əlamətləri olaraq özünü göstərir və ən pik halda suisid ilə nəticələnir. Belə vəziyyətdə sən, unudursan; hər kəsi, hər şeyi, bəzən özünü də. Unutmadığın isə səni intihara sürükləyən səbəblər olur. O səbəblər ki, səni ondan uzaqlaşmağa qoymur və qaçılmazlığa çevrilir. Sən, o səbəbləri dəf etməli olduğun halda özünü zəiflik və iradəsizliyin ilə dəf edirsən. Ola bilər, heç nədən zövq ala bilmirsən, hər işə laqeyd yanaşırsan, ailədə maddi vəziyyətinlə bağlı problemin var, ümidsizliyə qapılmısan, konsentrasiya çətinliyin (qərar qəbul etmək çətinliyi) var. Amma heç bir halda bu sənə rəvac vermir özünü həyatdan təcrid edəsən deyə. Sən, müvəqqəti sıxıntılardan dolayı özünü ölümə məhkum edən qatil olmamalısan. Ən böyük yanlışı nə vaxt elədiyini bilirsənmi? Tək olduğunu düşünəndə. Ətrafına bax və düşün, təksənmi?

Güzgüyə bax, özünü görə bilirsənmi? Eyvana çıx, havanın qoxusunu duyursanmı? Tələsmə, biraz da düşün. Dünən dəniz kənarı ilə gəzərkən özün də bilmədən, qeyri-iradi olaraq qarşındakı-anasına sığınan, əlini onun ovcunda isidən 11 yaşlı- qıza təbəssüm ilə baxdın. O qız bilirsənmi qəlbində necə sevinc keçirtdi? Sənin qeyri-iradi, ötəri və inamsız təbəssümün sanki ona dünyaları bəxş etdi. 7 yaşında atasını itirəndən sonra ilk dəfə idi ki, üzünü heç vaxt görmədiyi insandan bir təbəssüm daxili nəvaziş, sevgi duyurdu…Və o balaca qız sonra anasına daha bərk sığınmağa, əlini onun ovcunda gizlətməyə başladı. Görürsən, Sən, ən ümidsiz, ən çarəsiz və ən zəif vəziyyətində belə qarşındakı insana həyati hisslər verməyi bacardın. Sən, İnsan, daha nələr bacarmazsan ki?! Hər şey bir yana, sağlam insanlar depressiya vəziyyətinə düçar olan insanlara mənən dayaq olmalı, onların yalnızolma ehtimalını yanıltmalıdırlar. Tutaq ki, şizofreniya kimi irsi psixiatrik xəstəlikdən əziyyət çəkən (intihar edənlərin 10%-i şizofren xəstələr olur) xəstələrlə yaxın münasibət quraraq, onların fərqli düşüncə və danışıqlarına mehribancasına yanaşıb onların həyatdan təcrid olunma xülyalarına xətt çəkmiş olursan. Eynilə bu halı xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə mübtəla olan insanlara da aid etmək olar. Çünki, belə xəstəliklərə tutulan insanlarda intiharetmə ehtimalı normal insanlarla müqayisədə daha yüksəkdir. Sən, ruhi xəstəliyi olan insanları “Yaşıl Qoblin” dən xilas edə bilən “Hörümçək Adam” ola bilərsən. Sən, bununla tək həmin insanı deyil, onun əzizlərini də həyata qaytarmış, özünə isə axirət dünyası qazanmış ola bilərsən. Sən, mənən yüksələ və qarşındakı insanı da yüksəl də bilərsən…Və sən, xəstə olacaq qədər zəif, sağlam olacaq qədər güclüsən…Və sən, mənim səndən uzaqlaşmağıma rəğmən, yenə də məni tapacaq qədər mənə aşiqsən. Çünki, sən, İNSANSAN!

Hörmətlə, Tənhalıq!

Azadə Bayramova

pcc.az

Go Back

Kəmalə İmanova - DEPRESSİYA VƏ SUİSİD

İndi hər kəs “depressiyadayam” deyir. Əslində depressiyanın əsas əlamətləri istəksizlik , həyatdan zövq almamaq , içindən bir şey gəlməməkdir, beyin pozuntusudur. Depressiya həm bədəni, həm düşüncələri, həm də duyğuları təsir altına alır. İnsanın yemək yeməsindən tutmuş yatmasına , sağlam düşüncə qabiliyyətinə pis təsir edir. Depressiya qətiyyən “keçici üzüntü” ilə eyni tutulmamalıdır. Bəzən özümüzü son dərəcə üzgün hiss edə bilərik amma bu depressiyada olduğumuz mənasına gəlməz. Depressiyada olan insanlar özlərini yalnızca həyatın axarına buraxaraq , zamanla sağalmaya bilərlər. “Öz-özünə sağalma “ depressiyada olan insanların yarısında mümkündür. Ancaq müalicə olunmadıqda simptomlar həftələrlə, aylarla hətta illərlə çəkə bilər. Uyğun müalicə depressiyada olan bir çox insana kömək ola bilər . Depressiyada olan zaman şiddətli üzüntü ya da ümüdsüzlük hissi vardır və ən az iki həftə çəkir. İnsanın çalışmaq, qidalanmaq ,yatmaq kimi gündəlik prosesləri pozulur. Depressiyada olan insanlar ümüdsüz olmağa və heçkimdən kömək görməyəcəklərinə inanırlar. Tək qalmağa meyilli olurlar. Belə ki, ailə və dostlarından uzaqlaşırlar.Hətta bəzən ölümü ya da intaharı düşünürlər.

İnsanın özünə qəsdi beynəlxalq termin kimi “suisid” sözü ilə ifadə olunur ki, bu da latin dilindən “özünü öldürmə mənasını verir. Biz azərbaycanlılar isə intihar sözündən istifadə edirik. İntihar ərəb dilindəki “nahır” sözündəndir , mənası qurban deməkdir.

İnsan vəfat edərkən ölüm ona qonaq gəlir. İntihar edərkən isə əksinə, o ölümə qonaq gedir. İnsan orqanizminin imkanları sonsuzdur. Bu imkanlar stress hallarında xususən qabarıq büruzə verir. İntihar cəhdi də həmin stress hallarının mütləq yox , əksər nəticələnməsidir. Az hallarda bu cəhdlər öz bəhrəsini verə bilir, çox halda isə nəticəsiz başa çatır. Amma hər halda qismən nəticə mütləq olur – ölə bilmirsənsə ya ağır zədə alır ya da şikəstə çevrilir. Mən intihara başqa bir tərif də vermək istərdim – İntihar heyatın qanunlarına tabe olmaqdan imtina edərək onlaara qarşı çıxmaqdır. İntihar etmək Allaha qarşı çıxmaqla insanın Allah tərəfindən verilən ömrü yarımçıq kəsməsidir.

Uşaq vaxtlarında işıqlar sönəndə evdə şam yandırardıq. Onların yanma müddətini insan ömrünə bənzədirəm. Bu şamların bəziləri öz-özünə cızıldayıb sönər, bəziləri hansısa ötüb keçən ev adamının yelindən yanmağını dayandırardı. Bu təsadüfi sönmələri vaxtsız ölüm sanıram. Bəzi şamlar sonadək yanır nəlbəkinin dibində sönüb qurtarırdı. Bu tamamlanmanı təbii ölüm, əcəlin köməyi ilə ölmək hesab edirəm. Hərdən də olurdu ki, maraq xatirinə barmaqlarımla şamlardan birinin alovunu söndürür, onu sonadək yanmağa qoymurdum. Bax bu isə intihardı. İntiharın səbəbləri barədə çox danışılır. Bunlar üzdə olan səbəblərdir. Ancaq üzdə olmayan səbəblər də var. İş ondadır ki, hamı problemlidir, hamının dərdi var. Bəs niyə hamı yox, yalniz müəyyən insanlar intahar etmək istəyirlər? Necə ki, hər kəs başqasını öldürməyə qadir ola bilməz, eləcə də hər kəs özünü öldürməyə qadir ola bilməz. Onlar da fərqli insanlardır, bunlar da. Mən intihar edən şəxsləri yarımkillerlər hesab edirəm.

Bütün özünəqəsdlər iki növə bölünür. Həqiqi və nümayişkaranə. Bunlardan birincisi parasuisid digəri isə psevdosuisid adlanır. Psevdosuisid affekt halında baş verir. Özünü həyatdan məhrum etmədən daha çox kömək üçün haray qoparma xarakterində olur, ətrafdakıları özünə, öz prablemlərinə cəlb etmək məqsədi daşıyır. Parasuisid isə əsl suisiddir. Məqsədi hansı vasitə ilə olursa-olsun, dogma və yaxınlarının nə düşünəcəklərindən asılı olmayaraq öz həyatına qəsddir. Belə intihara bir müddət hazırlaşır, həyata keçməsini cidd-cəhdlə təmin edirlər. Bu hazırlaşma hətta bəzən bir neçə ilədək davam edir. Özünə qəsd edən bu hərəkətinin müxtəlif nəticələrini götür-qoy eləyir, intihar növlərini analiz edir, ən effektlisini və etibarlısını seçir , intihar prosesinin ssenarisini hazırlayır.

Bunu intihar edənin terminal davranışı adlandırırlar. Dünyadan köçmək ərəfəsində o, bank hesablarını bağlayır, gizli saxlanclarını üzə çıxarır, borclarını qaytarır, küsülü qaldığı şəxslərlə barışır, pislik etdiklərindən üzr istəyir. Hətta belə bir hal da baş verib –qadın intihar ərəfəsində mənzili başdab-başa təmizləyib. İllərdir ki, kirli qalan pəncərələrin çöl üzünü belə silib.

Özünü öldürmək istəyən şəxsin psixoloji durumunun başqa bir cəhəti – insanların gözünə son dəfə yaxşı görünmək cəhdi, onları elavə qayğı ilə yükləməmək istəyidir. Son olaraq bədənin bütün fizioloji tələbatlarını ödəmək, çimib tər-təmiz olmaq bunun nəticəsidir. Bəzi qadınlar intihar edərkən saçlarını səliqə ilə daramış, dodaqlarını boyamiş, bahalı ətir də vurmuşlar…

Intiharın bunlardan əlavə 3 növü vardır. Bunlar eqoistik, alturistik ve anomik intihar növləridir. Eqoistik intiharı o kəslər həyata keçirir ki, onların arzuları cəmiyyət tərəfindən məhv edilir, yaxud, sevimlilərini itirirlər. Arzuları puç olduqca, sonda bu şəxsləri yaşamaq arzuları da tərk etmiş olur. Alturistik intiharda artıq individlər yox, qruplarda, kütlələrdə təmsil olunanlar, öz müqəddaratlarını deyil, təmsil etdikləri toplumun müqəddaratını düşünənlər özlərini öldürürlər. Anomik intiharda fərdlər tərəfindən aldadılan, istismar edilən, hüquqları pozulan, tapdanan, içini həyəcan, qorxu və nifrət bürüyən şəxslər həyatlarıyla vidalaşırlar.

İnsan öz problemləriylə tənha qalanda intihara daha çox meyilli olur. Səbəblərə gəldikdə isə bunlar müxtəlifdir-nakam sevgi, şəxsi həyatdakı düzəldilməz hesab edilən problemlər, iş və maliyyə problemləri, mənəvi ve fiziki təzyiqlərə məruz qalma, özünü öldürməyə təhrik edilmə, ətrafdakılar tərəfindən dərk edilməmə, cinsi münasibətlərdə uğursuzluq, tənhalıq.

İntihara başqa səbəblər də var. Məsələn cəzalandırılmaq qorxusu. Bu, daha çox müəyyən xidməti cinayətlər törətmiş vəzifəli şəxslərə xas intihar növüdür. Yaxın adamlarını itirmiş bəzi şəxslər də tək çarəni intiharda görürlər. Buna misal olaraq- Əliağa Kürçaylının qızı Ülkər atasının vəfatına dözməyərək özünü dənizə ataraq öldürmüşdür. Və əlbəttə ki, dastana çevrilmiş İlham ve Fərizə sevgisi. İşğalçı sovet ordusu əsgərləri tərəfindən 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhali gülləbaran edilərkən gülləyə tuş gəlmiş İlhamın həyat yoldaşı Fərizə intihar etməklə bütün imperiyalara, hakimiyyətlərə, bir növ üsyan etmiş oldu.

İntihar səbəblərindən ən vacib birisi də, sağlamlıqla bağlı problemdir. Sağalmaz xəstəliyə tutulanlar, ömürlük şikəst olanlar bəzən bununla barışa bilmir, ölümü bu cür yaşamaqdan üstün tuturlar. İntiharetmə qabiliyyəti ilə doğulmuş insanlar, sanki həyatları boyu intihar etmələri üçün nəsə səbəb axtarırlar.

Uğursuz sevgiyə görə intihar edən insanların sayı çoxdur. Sevgi hislərin ən alisi, ən gözəlidir. Və mən bütün filosofların, psixoloqların təlim ve nəzəriyyələrində yalnız bir aparıcı xətt görürəm-vacib o deyil sevdiyin səninlədir. Vacib olan odur ki, sevgi səninlədir. İnsan tək hiss ve duyğuları ilə, kortəbii sevməməlidir. O həm beynini, fikir süzgəcini işə salaraq sevməyə borcludur. Və məhz bu cür sevənlər mənəvi azadlıqlarından heç vaxt məhrum olmurlar. Onlar heç vaxt, əslində, ehtiras, bağlılıq, asılılıq kimi jislərdən ibarət olan, digər növ-azadlığı qurban verən sevgiyə məruz qalmırlar. Birinci növ sevənlərdən fərqli olaraq, ikinci növ sevənlər büsbütün sevgilərinin, sediklərinin qurbanına çevrilirlər. Məncə əsl sevgi ilə sevən insan heç vaxt özünü öldürməz. Əksinə, sevgisi ona həyat eşqi, güc, enerji verər. Yalnız asılılığı qəbul edən şəxs “Sənsiz mənə həyat yoxdur” deyib öz həyatını cəhənnəmə döndərər, sonda da intihara əl atar.

Bəzən də son dərəcədə təmin olunmuş, varlı-hallı insanlar da intihar edirlər. Özü də səbəbsiz, problemsiz. Yəni bəzən hər şeylə təmin olunma, hər şeyə asan çatma, dünyanın hər zövqünü dadma sonda insanın həyatdan bezginliyinə, həyati maraqlarının ölməsinə gətirib çıxarır.

Bu yerdə mənim yadıma məşhur “Gün keçdi” filmindən xatirimdə qalan 2-ci dünya müharibəsində intihara yollanan təyyarəçilər-kamikadzelər düşdü. Onların təyyarələrini rəqib təyyarələrinə vuraraq özlərini şəhid etməklə düşməni zəiflətmələrinə yönəlik bu addımlarını axı hansı məntiqlə aşağılamaq olar? Bu növ intihar, doğrudan da, qəhramanlıqdır.

Tarixə məlum olan ilk intihar Qədim Yunanıstanda baş verib. Məşhur alim Sokrat zəhər içərək özünə qəsd etmişdir. Antik dövrdə qəsd edən məşhurlar sırasında Demokrit, Diogen, Pifaqor da olmuşdur. Digər məşhurlardan isə Freyd, Mark antoni, Kleopatra, Hannibal, Qoqol, Cek London, Hitlerin adını çəkə bilərik. Əksər hallarda intihara cəhd edənlər əsas informasiyanı bədii filmlərdən, bədii ədəbiyyatdan, habelə kütləvi informasiya vasitələrindən götürürlər. Deməli psixologiyası zəif olanlar belə vasitələrdən səhv istiqamət götürə bilərlər. Amma onlar öz orqanizmlərinin anatomiyasından, fiziologiyasından bixəbər olurlar, hər hansı təsirə orqanizmin necə reaksiya verəciyini təsəvvürlərinə belə gətirə bilmirlər.

Damarını kəsməklə intihar etmək əksər hallarda uğursuzluqla nəticələnir. Çünki, praktiki olaraq damarı kəsmək cəhdi daha çox vətərləri kəsməklə sonuclanır. Qanın axmasıyla soyuqqanlığını tam itirən şəxs artıq həyəcanlanır, fasiləsiz olaraq ülgüclə biləyindən vətər ve əzələləri kəsməkdə davam edir. Arteriyalar isə toxunulmaz qalır.

Özünü zəhərləmək istəyənlər bir şeyi bilirlər-yüksək dozada farmakoloji preparatları qəbul etmək ölümlə nəticələnir. Ancaq preparatlardan zəhərləmə miqyasını, öz aralarındakı mübadilə mürəkkəbliyini, orqanizmin əks-reaksiya gücünü, təbii ki,bilmirlər.

Kütləvi intihar növləri özünü asma, yandırma, zəhərləmə, suda boğma, müxtəlif alətlərlə öldürmə, hündürlükdən atma, damarı kəsmə, nəqliyyat vasitələrinin altına atma hesab olunur.

Bəzən insanlar bizim ağlımıza gətirmədiyimiz formalarla vidalaşırlar. Məsələn, zəhərli hörümçək udmaqla, fısdıqla nəfəs borusunu tıxamaqla, məngənə vasitəsilə boynu qırmaqla, damara şprislə zəhərli mayelər yeritməklə.

Nəticə olaraq demək istərdim ki, əlbəttə, qəlb ağrısı çox əzabvericidir. Ancaq hər halda, müalicə olunandır. Yüzlərlə insan depressiya halına düşəndə psixiatrın, psixoloqun yanına gedir. Ola bilər ki, dərhal rahatlıq tapa bilmir, dərhal sakitləşməyə müvəffəq olmurlar. Ancaq ən effektiv yollarla gec-tez qəlb ağrısından qurtulurlar.

Nə olursa olsun yaşamağa çalışın. Həyatdan görüb götürəcəyimiz hələ çox şey var.

Kəmalə İmanova

pcc.az

Bakı Dövlət Universitetinin, Sosial Elmlər-Psixologiya fakültəsinin II kurs tələbəsi

Go Back

Nərminə Hacıyeva - CEK LONDONUN “MARTİN İDEN” OBRAZININ TƏHLİLİ

Depressiya- bu suisidin mütləq sələfidirmi və ya birbaşa suisidə səbəb olarmı ? Əlbəttə ki, yox.

İki yol ayrıcında depressiya durursa, ayrılan yolun birinin suisidə aparma ehtimalı nə qədər yüksək olsa belə, nəzərə almaq lazımdır ki , əvvəlki aktiv həyata dönüş kimi ikinci yol da mövcüddür. Bəs o zaman digər ürəkaçmayan statik göstəricilər siyahısına artmaqla olan intihar cəhdlərinin qoşulmasının, hər il dünyada 1 000 000 insanın suisidə cəhd etməsinin səbəbi nədir ? Psixoloji problemlər, anlaşılmazlıqlar, sosial vəziyyət, uğursuzluqlar ? Ya bəlkə gənc yaşda qazanılmış baş gicəlləndirən böyük zəfər ? Formalaşmış dominant “İntihar edənlər zəif, iradəsiz insanlardır.” fikri bütün hallardamı keçərlidir ?

Cek Londonun eyni adlı əsərinin baş qəhrəmanı Martin İden obrazını nəzərdən keçirək.

Martini iradəsiz adlandırmaq olardımı ? O Martini ki qısa bir müddətdə çalışqanlığı, əzmi, istedadı sayəsində cəmiyyətin aşağı təbəqəsindən yüksək burjuaların səviyyəsinə qalxmağı bacarır. 21 yaşlı, savadsız matrosdan dövrünün ən məşhur yazıçısına çevrilir. Lakin bütün bunlar keçmiş cənnnətini birdəfəlik itirmiş, yeni dünyasında isə cənnəti tapa bilməyən Martinin içindəki yaranmış nəhəng boşluğu doldura bilmir. Yüksək məntiq və dərin düşüncəsi Martin ilə dənizçi dostları arasında “uçurum” yaradır. Çevrəsindəkilərin ona olan hörməti isə yalnız bank hesabındakı məbləğ artdıqca artır. Cəmiyyətin yüksək təbəqəsi öz timsalında hər parıldayanın qızıl olmaması həqiqətini Martinin gözləri önünə sərir. Daha çox xəyallarında ideallaşdırdığı , obrazını sevdiyi Ruf isə savadına rəğmən müdrikcəsinə düşünüb Martinin yazıçı ruhunun özülündə duran yüksək idrakı anlaya bilmir.

Martin düşünür ki, əslində “qara camaat” onun əsərləri ilə nə ifadə etmək istədiyi anlamır, sadəcə qısa bir müddətdə yazdığı çoxsaylı əsərlər onların diqqətini çəkməyi bacarıb. O, özü də bir vaxtlar Kiplinqin yaşadığı acı taleyə məhkumdur. Bütün bunlar Martinin bu vaxta qədər həyatının hərəkətverici qüvvələrinin sadəcə boş xülya olduğunu düşünməsinə, özünə inamının itməsinə səbəb olur. Baş verən bu psixoloji böhran dövründə məyusluq fırtınasına qərq olmuş Martin həyatın sıxıcı olduğu qənaətinə gəlir. O, məqsədini itirmişdi. ” Həyata can atmayan insan ölüm yolları axtarır”. Suinbernin şeirlərini oxuduqdan sonra o, çıxış yolunu intiharda görür. ” “Həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır.”

İntihara cəhdin son anında bəşəriyyətlə bir doğulmuş özünümüdafiə instinkti zəfər çalır, yaşamaq eşqi Martinin də ruhun hakim kəsilir. O, iradəsindən asılı olmayaraq xilas olmağa can atır, lakin bunu istehza ilə qəbul edərək , “Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm iradəm var.” deyə düşünür və özünü iradəsinin ağlasığmaz gücü bahasına daha dərinə dalmağa məcbur edir. ” O, həyat eşqini aldatmışdı.”

Yox. Martin iradəsiz deyildi. Freyd deyirdi ki, ” İnstinkt məğlubedilməzdir.” , lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd bir şəxs kimi Martinin davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. İradəsini özünü məhv etməyə yox , yaşamaq uğrunda mübarizəyə həsr etmək idi, ən gözəl çıxış yolu . Martin ən asan yolu seçdi.

Bəzən mübarizə sadəcə zamana zaman verməkdir ki, həyat yenidən öz axarı və əlvanlığı ilə davam etsin.

Nərminə Hacıyeva

Azərbaycan Tibb Universitetinin, müalicə-profilaktika fakültəsinin tələbəsi

Go Back

Elnarə Əhmədli - “SUİSİD (İNTİHAR)” HAQQINDA ÜMUMİ XARAKTERİSTİKA

Hər kəsə məlum olduğu kimi müasir dövrümüzün ən aktual problemlərindən biri suisidial davranışdır. Suisid latın sözü olub “sui” – özünü, “seadere” – öldürmək deməkdir. Suisid (intihar) bir qayda olaraq şüur yerindəykən özünü öldürməyə deyilir. Suisid (intihar) ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Sərxoş və ya narkotik maddələrin təsiri altında özünəqəsd intihar sayılmır. Statistikalara nəzər yetirsək görərik ki dünyada hər 2 saniyədə bir insan intihara cəhd edir və hər 20 saniyədə bir insan suisidi gerçəkləşdirir. Dünyanın müxtəlif ölkələrində keçirilən sorğulara əsasən yeniyetmələr və gənclərin 80%-i periodik olaraq suisid haqqında fikirləşirlər. Intihar aktının din ilə də əlaqəsi böyükdür. Əksər islam ölkələrində intiharın sayı ümumi statiskalara nəzərən çox aşağıdır. Çinde her iki deqiqeden bir özünəqəsd hadisəsi baş verir. Belə ki, Çinde il ərzində 250 000-300 000 özünəqəsd hadisəsi qeydə alınır.

İntihar haqqında faktlar:

  • Qadınlar intihar haqqında daha çox fikirləşsə dəstatistikalara göre intihar edənlərin əksəriyyəti kişilərdir.
  • Ziqmund Freyd, Kleopatra, Adolf Hitler, Sokrat, Çaykovski kimi tanınmış insanlar həyatlarına intihar edərək son qoymuşlar.
  • Özünə qəsd edənlərin əksəriyyəti cavanlar olsa da, bu prosesdə həyatını itirənlər daha çox yaşlılardır.
  • 10 sentyabr Ümumdünya özünəqəsdə qarşı mübarizə günüdür.

Əksər hallarda intihar edən şəxsin ailəsində eşidirik ki, “çox xoşbəxt görünürdü, heç gözləməzdik” və s. bu tipli cümlələr. Amma nəzərə almalıyıq ki “intihar tipli adam” deyə bir termin yoxdur.

İlk növbə də intiharın (suisid) səbəblərinə nəzər salaq. Bu səbəblər çoxdur: maddi vəziyyət, ailədaxili münaqişələr, depressiya, ixtilaflar və s. İntiharın səbəblərini qruplaşdıraraq psixiatrik, sosial, biloji, genetik və fiziki səbəblərini qeyd edə bilərik. İntirahara səbəb ola biləcək psixiatrik səbəblər: depressita, şizofreniya, şəxsiyyət pozuntusu və s. psixo pozuntular

İntirahara səbəb ola biləcək sosial səbəblər: sosial mühitdə öz mövqeyini tapa bilməyən insanlar, qruplardan təcrid olunmuş insanlar və s. İntirahara səbəb ola biləcək biloji səbəblər: beyindəki serotonin maddəsinin azalması intihara meyliliyi artırır.

İntirahara səbəb ola biləcək genetik səbəblər: ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.

İntirahara səbəb ola biləcək fiziki səbəblər: xərçəng, QİÇS, ürək xəstələrinin intihar etmə ehtimalı yüksəkdir.

Intihar haqqında bir çox yanlış streotiplər var. Bunlar aşağıdakılardır:

İntihar haqqında fikirləşmək dəlilikdir. Doğru olan isə budur ki, hər bir insan həyatında bir dəfə belə olsa intihar haqqında fikirləşir.

İntihara bir dəfə cəhd edən insan bir daha cəhd etməz. Bu fikirin tam əksi özünü büruzə verir. Intihara bir dəfə cəhd etmiş insan yenidən cəhd etməyə daha cəsarətli olur.

Əgər bir insan intihar haqqında qərar verirsə artıq edə biləcəyimizz bir şey yoxdu. Lakin ilk öncə qeyd etməliyik ki, intihar krizi bir müddətlikdi və vaxtında lazımı tədbirlər görülərsə qarşısı alına bilər.

Intihar haqqında söhbətlər insanda bu haqda fikirlər yaradır. Doğrudur ki bu fikir müəyyən qədər həqiqətə uyğundur, lakin bu intihar haqqında yeni fikirlər yaratmır sadəcə şüuraltında olanları üzə çıxarır. Intihar edəcək şəxs əvvəlcədən təhlükəli siqnallar və ipucları verir. O öz doğma əşyasını yaxınlarına əmanət edir. Ölüm haqqında tez-tez danışır. “Özümü öldürəcəkmişəm kimi hiss edirəm.”, “Son vaxtlar maşının sürətinə heç fikir vermədən sürürəm.”, “Hər şey daha da pisləşsə dərmanlarım hazırdı.” və s. tipli cümlələrdən istifadə edir.

Əgər ətrafınızda dost-tanışlarınızdan kiminsə intihara meylli olduğunu düşünürsünüzsə nə etməlisiniz? İlk öncə panika yaratmayıb sakitliyinizi qorumağa çalışın, onunla söhbət etməyə çalışın və onu bu fikrindən yayındırmağa çalışın. Lakin heç vaxt tam olaraq məsuliyyəti öz boynunuza götürməyin. Və həmin insanın tez bir zamanda psixoloji yardım almağa yönləndirin. Unutmayın ki, vaxtında müdaxilə olunmazsa problem həll edilə bilməyəcək vəziyyətə gəlib çıxa bilər.

Və nəhayət sonda demək istəyirəm ki, yaşamağa dəyət. Nə olurrsa olsun. Heç kəs üçün yox, özün üçün yaşamalısan və mübarəzə aparmalısan!

Elnarə Əhmədli

Bakı Dövlət Universitetinin, Sosial Elmlər və Psixologiya fakultəsinin, Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının III kurs tələbəsi

pcc.az

Go Back

Hacıyeva Sevinc - PROBLEMLƏ BAĞLI ÜMUMİ XARAKTERİSTİKA

 

 

 

 

 

 

 

 

 

Hər insanı ayaqda saxlayan, ona enerji qaynağı olan, etdiyi, yaşadığı şeylərin mənalı olmasıdır. Lakin depressiyaya düşmüş insanda bu pozulmuşdur və artıq heç bir şeyin mənası yoxdur…

Depressiya həyatdan zövq ala bilmə qabiliyyətinin itməsidir. İnsan depressiyada olarkən, gələcəyə itirmə pəncərəsindən baxır. Bu pəncərənin göstərdiyi isə ümidsizlik, çarəsizlik və s.dir. Depressiyaya düşmüş insan elə düşünür ki, heç bir şey əvvəlki kimi olmayacaq, itirdiyi şeylər heç vaxt bərpa olunmayacaq, əksinə, gələcəkdə daha çox itirmə ehtimalı var.Bu cür insanlar özlərini hər cəhətdən lazımsız hesab edir, onlara heç nə artıq sevinc gətirmir. Hətta əvvəllər etməkdən zövq aldığı şeylərdən belə zövq ala bilmirlər. Bir sözlə desək, depressiyaya düşmüş insanlar üçün “həyat” termini yoxdur. Əgər insan həyatın çətinlikləri ilə yanaşı, gözəlliklərinidə görüb zövq ala bilmirsə, deməli onun üçün həyat yoxdur.

Həyatda elə bir insan tapmaq mümkün deyil ki, onun ruh düşkünlüyü yaşamadığı, stress keçirmədiyi, ümidsizliyə qapılmadığı vaxtlar olmasın. Lakin hər ruh düşkünlüyü, ümidsizlik, çarəsizlik depressiya deyildir. Adətən, bu hallar 2 həfətədən çox davam edirsə, depressiya adlandırmaq olar. Depressiya bəzən o qədər uzun müddət davam edir ki, insanlar bunun öz xasiyyətimi, yoxsa xəstəlikmi və yaxud yaşadıqları şeylərə görə baş verdiyini anlaya bilmirlər. Depressiya müxtəlif səbəblərdən ortaya çıxa bilər. Lakin bəzi depressiyaya düçar olmuş insanlar səbəbsiz yerə belə olduqlarını söyləyirlər. Halbuki, həyatda heçnə səbəbsiz olmur. Belə düşünən insanlarda depressiyanın kökünü araşdırdıqda onda bunun illər əvvəl və ya uşaqlığında baş vermiş hər hansı bir hadisəylə bağlı olmağı meydana çıxa bilər. İnsan depressiyaya həyatının müxtəlif dövrlərində tutula bilər.

Depressiya ruha edilən təzyiqə reaksiya vermək olduğundan müxtəlif yaş dövrlərində ola bilər. Depressiyaya düşmüş insanlarda yuxu, yemək problemləri, ümidsizlik duyğusu, özünü lazımsız hiss etmə, yorğunluq və ən pisi olan intihar görülə bilər… Depressiyanın müxtəlif növləri vardır ki, onlar aşağıdakılardır:

Melanxolik depressiya: Bu cür xəstələr həyatlarında hər şey yaxşı olsa belə, bundan xoşbəxt ola bilmirlər. Hər şeydə özlərini günahlandırırlar. Xəstəninn hərəkəti normaldan daha yavaş və tez ola bilər. Onlarda işatahasızlıq olur və həddən artıq arıqlayırlar.

Post partum depressiya (doğuşdan sonrakı): Bu hal 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içərisində göstərir. Xəstələrdə adətən, tez özündən çıxma, birdən-birə ağlama, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda daha çox görünür.

Atipik depressiya: Bu depressiya digərlərindən fərqli olaraq, gərginlik, halsızlıq həmişə olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq çox şən, gülərüz ola bilirlər. Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər.

Distim depressiya: Ən az 2 il davam edən və zəif keçirilən depressiyadır. Bəzən 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən, depressiyada olarlar. Bu depressiyanın digərlərindən fərqli cəhəti daha uzun müddət davam etməsidir.

Fəsillə əlaqəli depressiya: Belə xəstələrdə depressiya mövsümi xarakter daşıyır. Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. Əsasən, havanın tutqun olduğu payız və qış aylarında özünü daha çox göstərir.

Depressiyada olan insanlardan bəziləri kənar gəzər, ona görə ki, əksər insan belə vəziyyətdə olan bir insanla necə davranacağını, nə danışacağını bilmir. Amma yaxınlarının dəstəyi onların sağalmasında mühüm rol oynayır. Onlara məsləhət vermədən qulaq asmaq lazımdır. Məsələn, cümləyə “bu an nə hiss etdiyini anlamaya bilərəm, amma istəsən sənə qulaq asa bilərəm” kimi başlaya bilərsiniz. Məsləhət vermək yerinə, onların nə hiss etdiyini anlamağa çalışmaq lazımdır. Bəzən yaxşı dinləyici olmaq, ona dəyərli olduğunu hiss etdirmək xəstəyə çox kömək ola bilər. Depressiyada olan yaxınımızı əhval-ruhiyyəsiz gördüyümüzdə onun əhval-ruhiyyəsini yaxşılaşdırmağa çalışmaq ən böyük səhvdir. Məsələn, “bax hər şey yaxşıdır, çox şükür sağlamıq” və yaxud “gör nə gözəl havadır, çıx gəz yaxşı olacaqsan” demək həmin insanda çarəsizlik hissini artırmaqdan başqa heç bir fayda verməz. Məkan dəyişkənliyi, havanın necə gözəl olduğu onun üçün heç bir şeyi dəyişdirməz, çünki o bunların fərqində deyildir. Əsas olan ona məsləhət vermədən dinləmək, hər zaman yanında olacağını hiss etdirməkdir.

Depressiyanın bir neçə müalicə üsulu vardır. Bunlardan ən əsası dərman üsulu və psixoterapiyadır. Psixoterapiya ilə dərman müalicəsi demək olar ki, birlikdə tətbiq edilir. Çünki dərmanlar sadəcə müəyyən bir müddət insanın əhval-ruhiyyəsini qaldırır, təsir bitdikdə isə depressiya yenə təkrar oluna bilər. Buna görə də, psixoterapiya üsuluna ehtiyac vardır, lakin qeyd etmək istərdim ki, insanın ən böyük psixoloqu elə onun özüdür. Dünyada heç bir müalicənin də nəticə göstərmədiyi ağır xəstəlikləri özü-özünə psixoloji təsir edərək sağaldan insanlar vardır. Psixika ilə bağlı olmayan xəstəlikləri belə psixoloji yolla sağaltmaq olursa, o zaman psixika ilə bağlı olan xəstəliyi görün nə qədər gözəl sağaltmaq olar.

Məsələn, bir xəstəyə şəkər verib, “mən sənə şəkər verdim” desən, o sağalmaz, lakin “mən sənə dərman verdim” desən sağalar. Bax bu özüdə psixoloji təsirdir. Biz heç birimiz bu dünyaya gözlərimizi depressiya ilə açmadıq. Hər gün milyonlarla insan depressiya adlandırılan bu xəstəliyə özünü qurban verir. Depressiya bizim beynimizdə olan bir şeydir və bundan xilas olmaq üçün də ilk addım beynimizdəki problemləri həll etməkdir. Biz öz düşüncələrimizi dəyişdiyimiz zaman zehnimizdəki depressiyadan da çıxmış olarıq. Yəni insan özü-özünə yardım edərək də depressiyadan xilas ola bilər. Lakin bunu əsasən güclü insanlar edə bilirlər. Xəstəliklər insanların həyatında tamamilə bitmir. Xəstəliklər olmasa başqa problemlər və ya başqalarının xəstəliklərinə pis olmağa başlayırıq. Yəni “bütün dərdlər qurtarsın, hər şey gözəl olsun” deyə bir şey yoxdur. Xoşbəxtlik heç bir zaman tək başına olmur. Əgər bir çox problemlərin içərisində xoşbəxtliyi tuta bilirsənsə, həyat budur. Lakin bəzi insanlarda vardır ki, ondan müstəqil şəkildə xilas olmağa gücləri çatmır və bu zaman da xilası intiharda görürlər. Bu insanların əksəriyyəti çarəsiz qalan insanlardır. Onlar həyatdan heç bir zövq ala bilmirlər, gələcək ilə əlaqədar plan qura bilmirlər, nəticədə özlərini o qədər çarəsiz hiss edirlər ki, ölüm onlara bir xilas yolu kimi gəlir. İntihar etmək barədə düşünən və bunu tez-tez dilə gətirən insanlarda intihar riski daha çoxdur. Bu vəziyyətdə mütləq şəkildə dəstək lazımdır. Məsələn, ayağımız bir yerə ilişir və yıxılırıq, orda birinin bizə əl uzatması lazımdır, ayağa qalxaraq yenidən gəzməyimiz üçün, amma əslində biz özümüz də bilirik gəzməyi. Depressiya da belədir.

Həyata davam etmək üçün öz gücü olmayan insanların, başqalarının yardımına ehtiyacları vardır. İntihara cəhd etmiş bir insan ölmək üçün deyil, sadəcə bir yardım ümidi ilə də bunu etmiş ola bilər. Unutmayaq ki, hər intihar bir yardım istəyidir…

Hacıyeva Sevinc

Xəzər Universiteti, Humanitar-Sosial Elmlər fakültəsinin, “Psixologiya” ixtisasının I kurs tələbəsi

pcc.az

Go Back

Elşən Şirbağırov - DEMƏYƏ BİLMƏZDİK

 

 

 

 

 

 

“Siqaret çəkmək insanın təfəkkürünü zəiflədir və düşüncələrini bulandırır”

Lev Tolstoy

FAKT: “Beynalxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbi xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretlə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək”.

Fərqli növ və çeşidli, müxtəlif adlı, cəlbedici, göz oxşayan, çəkisi qablaşdırma üsullu. Siqaretdən danışırıq. Onun varlığına hər kəsin fərqli və maraqlı yanaşması var. Kimi özünü sakitləşdirmək, əsəblərini rahatlatmaq, kimi ruhunu dincəltmək üçün çəkdiyini deyir, kimi vərdişçi olduğunu, kimi isə məşğuliyyəti hesab edir. Hətta onu ən yaxın sirdaş, dərddaş və yoldaş sayanlar var. Pis odur ki, sayılanlar içində ilkliyə liderlik edir bu alışdırıcı. Pislərdən daha pisi də odur ki, qida rasionunda onu ilk sırada görənlərin sayı da az deyil. Fasiləsiz , vaxt, saat və an bilmədən sümürənlərin sırasında da sıxlıqdı. İrqindən, rəngindən, milliyətindən asılı olmayaraq bu mehriban düşmənin dostlarının sayı hesabı yoxdur . İnsanla mübarizədə çox vaxt o qalib çıxır təəssüf ki. O bacarır. İradəsizləri tərəfdaşa çevirmək bacarığına sahib olan nəsnələrin çox azındadı siqaret. Onu özünə dost bilənlərin xəbəri yoxdur ki, onun tək dostu var . O da onların içini didib parçalayan və gələcək həyatını darmadağın edən xəstəliklərdi. Başqa heç kim və heç nə. İnsan orqanizminin müxtəlif nayihələrində baş qaldıran nasazlıqlarda onun izini axtarmasan belə görünür. İşarə və işartılar sonucda onun üzərində dayanır. Və bu ispatlanmış bir həqiqətdi. Bu həqiqətin möhürünü vuranlarsa mütəxəssislərdir. Təcrübələrinə və müşahidələrinə əsaslanır, arxalanır və xəbərdarlıq edirlər. Orqanizmə qan udduran siqaretin törətdikləri cinayətləri saymaqdan bezmirlər. Və ünvanları göstərirlər. Qaralan, saralan, çürüyən və əriyən dişlər onun əlindən qan ağlayır. Ağrıyan, sızlayan, hərdən də sanki partlamayacaq kimi görünən beyin onun əlindən divara çırpmaq istəyi özünü . Ürəyin, ciyərin, mədənin ah- naləsini isə sözə sığışdırmaq mümkün deyil. Dünya təbibləri belə onun dağıdıcı gücünün törətdiyi və yaratdığı facıələri sadalamaqdan yorulmur, fəsadların ünvanlarını dəqiqliklə sadalayır, həyəcan təbilini fasiləsiz çalırlar. İnsanlar, bu zəhərləyicidi, məhvedicidi, ondan uzaq durun , görəndə görməzliyə çəkiləndə qınağa çevirin., heç nə deməyi bacarmırsızsa, çəkənə etiraz edə bilmirsizsə , onda susun və aralanın onu çəkəndən.

FAKT: “İnkşaf etmiş ölkələrdə ürək- damar xəstəlikləri kişilərdə olduğu kimi, qadınlarda da ən əhəmiyyətli ölüm səbəblərindəndir. İnfakt riski siqaret çəkən 35-64 yaş arası qadınlarda 3 dəfə artıb. 15 yaşından əvvəl siqaretə başlayan qadınlarda infakt riski siqaret çəkməyən yaşıdlarına görə 9, 3 dəfə çoxdur. İnfakt çəkilən siqaret miqdarı və müddəti ilə əlaqəlidir”.

Deyirlər, haray çəkirlər, hayqırırlar və bəzən də qışqırırlar. Anlamazları anlatmağı məslək və vicdan borcu sayırlar. İnsan sağlamlığına cavabdeh olanların tövsiyəsi və xəbərdarlığı bir vəzifə və məslək borcudursa, bu zəhərin fəsadlarından kimləri isə çəkindirmək həm də bir insanlıq borcudur deyirlər. Bu borcluluğu hətta onun istehsal və satışından ildə milyon və milyardlarla gəlir götürənlər belə anlayır və qutunun üzərində qorxulu xəstəliklərin yarada bilməsi ehtimalını xatırladırlar, xəbərdarlıq edirlər. İnsan orqanizmini zəhərləyir deyirlər . Sanki bununla öz vicdanlarını sığortalayırlar. Və dolayısı ilə bütün məsuliyyəti onun və ona asılı olan insanın üzərinə qoyurlar. Və bəlkə də düz edirlər. Ağlı. Zəkası və düşüncəsi ilə yaradılmışların ən mükəmməli olan insanın bilə-bilə. Dərk edə-edə orqanizminə ziyan vurmanı seçilərsə deməli onlar ya tam mükəmməl deyil, ya da şüurlu və məntiqli şəkildə zəhərlənməni seçməklə sonlarını tez gətirirlər. O son ki, orda xəstəlik, ağrı, acı və fayda verməyən peşimançılıq var. Peşimanlıq yaşayanlar bu təssüfün kimsənin yaşamasını istəmir və onlar da xəbərdarlıq edirlər. Deyirlər ki, birdəfəlik bu düşməni atın deyin ki, daha səni çəkən deyiləm , ziyankarsan, sən siqaret, hətimla bərabər dünyamı da qaralda bilərsən, necə ki, neçələrini yarı yolda, yarımçıq mənzildə qoymusan. Sağlamlığını əlindən, xoşbəxtliyini göz önündə dondurmusan.. Sənə ziyankar demək azdı, sən insanlığın düşmənisən. Deyin insanlar, deyin. Və edin, yoxsa faydası olmayacaq sonrakı peşimançılığın. Dünyanın təbibləri də dünyanın bəzəyi olan insana xatırlatma etməkdən yorulmur, usanmırlar. Qorxunc rəqəmləri durmadan söyləyir, haray çəkirlər. 5 milyon insanın siqaretdən yaranan xəstəliklərdən dünyasını dəyişdiyini və tükürpədici proqnozların statistikasını da xatırladırlar. Hələ bu qorxulu rəqəmin 20 milyona çata bilmə ehtimalından da danışırlar. İnsanlar bu zəhərin bir qutusunun yaratdığı fəsadın nəticələrinə diqqətlə asın deyirlər .

Hər gün bir qutu siqaret çəkən insanın bədənində 3 ayda 90 qram, 20 ildə isə 7 kiloqram qətran yığılır. İnsan orqanizminin ən qəddar düşməni sayılan qətranda isə 63 növ xərçəng yaradan maddənini olduğunu dönə-dönə söyləyirlər. 63 növ xərçəng qorxusu ilə qarşılaşmaq və hər an bunlardan birinə tutulmaq həyacanı ilə yaxalanmaq sizə məcburidirmi? Sorğusunu da verirlər. Yemək borusu, nəfəs yolları. Ağ ciyərlər, mədə, ayaqlar, sinirlər, damarlar. Daha nələr, nələr. Sizə istənilən yerə getməyə yardımcı olan ayaqlarınıza düşmənçilik lazımdırmı? Yaşam meyarınızın səbəbkarı nəfəsinizdə problem axtarmaq vacibdirmi? Sizə dünyanın gözəlliklərini görmək şansı verən gözlərinizlə dostluq daha üstündü. Yoxsa siqaret? Könlünüzün sultanına çevrilən ruhunuza oxşamaq lazımdır, yoxsa siqaretə alışdırmaq? Alışdırmayın , oduna siz yanacaqsız. Tüstüləndirməyin yoxsa siz boğulacaqsız. Dünya nemətlərindən zövq alın, zəhərlə zəhərlənməyin, yoxsa dünyanız qaralar. Yaradanın buyurduğu gözəlliklər içində uyuşdurucuların adı yoxdu, siqaret onlardan biridi, birincidi.Yaradanın seçdiyini və məsləhət bildiyini edin. İnsanlar dərd və kədər, faciə və acı, hüzn və ələm, sevgi, səadət, bir sözlə, rəngli və əlvan gözəlliklərlə dolu bir dünyanın sakini olmaq şansınızdan yaralanın və siqaretə yox deyin. Qoy yanıb-yaxılsın və yox olsun. Həmişəlik itsin insanın həyatından . Yox olsun siqaret.. Yox deyək. Zəhərlə və gözəlliklərə xoş gəldin deyək hamımızı birgə.

SON SÖZ ƏVƏZİ VƏ YA ƏLAHƏZRƏT FAKT: “ Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib “.

Elşən Şirbağırov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissorluq fakültəsinin, televiziya rejissorluğu ixtisasının III kurs tələbəsi

Go Back

Bəyimxanım Bəhməni - HƏYATIMIZIN YEGANƏ SAHİBİ BİZİK

Depressiya dedikdə ağlımıza ilk baxışda zərəri olmayan ruh düşkünlüyü gəlir və bunu həyatımızın normal bir parçası hesab edərək keçəcəyini düşünürük , lakin problemi göz ardı edərək onun böyüməsinə icazə veririk. Nəticələr isə nəticə olaraq qalır və bununla uzun müddət mübarizə edə bilməyən insanlar intiharı ən düzgün çıxış yolu hesab edirlər.

Müxtəlif insanların bu mövzu haqqında fikirləri müxtəlifdir. Mən isə bu mövzuya tamam fərqli bir bucaqdan baxmaq istərdim . Cəmiyyətin düşüncələrini əks etdirməklə bərabər orijinal fikirlərə sahib olan yazıçıların bu mövzu haqqında düşüncələrini oxumaq məncə hamıya maraqlı olardı . Paulo Coelhonun “Veronika ölməyə qərar verir” romanı bu mövzuya yeni nəfəs verə bilən əsərlərdəndir. Əsəri oxuduqca ağlımıza belə bir sual gəlir “ Ölmək həqiqətənmi bizim bütün problemlərimizin həllidir? ” .

Əsərin baş qəhrəmanı Veronika adlı gənc bir qadındır. Kitabın adı qadının ölmək istədiyini açıq-aşkar söyləyir və biz ilk baxışdan onun faciələrlə dolu bir həyata sahib olduğunu düşünürük. Ancaq bir çox insana görə o, normal , hətta ideal həyata sahibdir: daimi iş yerinə , sevən valideynlərə, gözəlliyə, dostlara , yaşaya biləcəyi bir evə. Niyə? Axı nə üçün Veronika bütün bu imkanlara sahib olduğu halda özünü öldürməyə cəhd edir? İki sadə səbəb. Birinci səbəbi oxuduqda Veronika ilə razılaşırıq. Dünyada baş verən hərc-mərclik, haqsızlıqlar, zülmlər, hər gün eşitdiyimiz ölüm xəbərləri və heç kəsin bunları dayandıra bilməməsi həqiqətən də yer üzünün faciəsidir. Bütün bu hadisələri dayandırmaq istəsək belə hər şeyi kontrol edə bilməyəciyimizi anlayırıq.Gənc qadın gücsüz olduğunu anlayır və artıq bunlara dəyişdirə bilmədiyi üçün ölmək istəyir. Digər səbəb isə Veronikanın artıq həyatda hər şey əldə etdiyi və bundan sonra yaşayacağı həyatın monoton olacağı düşüncəsidir . Dəyişməyən , nailiyyətsiz bir həyat . Veronikanın bu fikrini oxuyanda məndə yaranan ilk təəssürat onun sadəcə sahib olduqlarını qiymətləndirməyən bir insan olmasıdır. Lakin hamımızın etdiyi məhz bu deyilmi? İlk yaranan hislərimizə inanaraq qarşıdakı insanı mühakimə etmək , onun səhv düşündüyünü və başqa insanların daha ciddi problemlərlə üzləşdiyini demək. Görəsən, kim onun verdiyi qərarın səbəbini dərindən fikirləşməyə çalışdı? Bu səbəblə bağlı, mövzudan kənar olsa belə, yadıma bir fakt düşdü. Demək olar ki, hər kəs hüceyrənin nə olduğunu bilir- yaşamağımız üçün bütün funksiyaları yerinə yetirən zərrəcik və təbii ki, hər hüceyrəni qoruyan hüceyrə çəpəri mövcuddur. Biyologiyada deyilir ki, əgər hüceyrənin daxili təyziqi ilə xarici təyziqi uzun müddət eyni qalarsa hüceyrə çəpəri dözmür və dağılır. İndi isə insanın gündəlik həyatını düşünək . Hər gün eyni prosesləri nə zamana qədər təkrar edə bilərik? Nə zamana qədər daxili dünyamızla ətraf mühiti stabil saxlaya bilərik? Fikrimcə, Veronika məhz bu incə çəpər dağılmadan həyatına son qoymaq istədi .

Əsəri oxuyarkən məndə bir çox fikirlər oyanır. Ən qəribəsi isə Veronikanın heç vaxt depressiya keçirməməsi hissidir. O, aylarla , günlərlə depressiyadan əziyyət çəkmir. Sanki , qəfildən həyatını gözdən keçirir və son qərarını verir. Depressiyasız suisid. Hər suisidi depressiya ilə əlaqələndirmək düzgündürmü ? Bəlkə də həmin an başqa çıxış yolu görməməyimiz və ya daha mübarizə aparmaq istəməməyimiz bizləri ümidlərimizə xəyanət etməyə vadar edir .

Sonda Veronika xəstəxanada yaşadığı qısa müddət ərzində içində başqa insanı kəşf etdi : çılğın, dəlisov, sevmək və sevilmək istəyən, yaşamaq istəyən Veronikanı. O, bütün həyatı boyu ətrafındakı insanları razı salmaq üçün yaşadığını anladı. Öz istəklərini həyata keçirməkdənsə başqalarının həsəd apardığı o süni obrazı ayaqda tutmaq üçün bütün enerjisini sərf edirdi. Heç vaxt hislərini sərbəst buraxmadı, sevgini , nifrəti , sevinci , kədəri bütün qəlbi ilə hiss etmədi. O, mübarizə aparmadığı üçün , başqa insanları incitməkdən qorxub öz arzularının arxasınca getmədiyi üçün təəssüflənirdi. Bütün bunlara baxmayaraq, Veronika səhvlərini gördü , həyatının belə mənasız keçməsinin səbəbkarını özü olduğunu anladı və ömrünün son günlərini istədiyi kimi yaşadı. O , aşiq oldu və həyatına yeni gözlə baxdı. Onun bu cəsarəti ətrafındakı insanları da həyatlarını gözdən keçirtməyə vadar etdi. Görəsən , əlimizdəki imkanları yetərincə dəyərləndiririkmi? Romanı oxuduqca bu sualı özümə dəfələrlə verdimş. Fərqlənməkdən, ən əsası özləri istədikləri kimi yaşamaqdan qorxaraq minlərlə insan maskalar arxasında illərlə gizlənir və nəticə olaraq depressiyaya düşür. Halbuki, bir insan həyatından daha vacib heç nə ola bilməz. Heç bir düşüncə , heç bir əqidə insanın ölməsinə səbəb olmamalıdır.

Başqa bir nəticə isə üzləşdiyimiz hadisələrlə mübarizə aparmalıyıq. Ən kiçik bir məğlubiyyət bizi nə depressiyaya , nə də suisidə sürükləməlidir. Bu həyatı biz yaşayacayıq, biz də onun necə olmasına qərar verməliyik . Öz hislərimizi göstərməkdən qorxmasaq , arzularımızı qorumağa çalışsaq heç kəs onlara toxuna bilməz. Depressiya adlandırdığımız xəstəlik bizim beynimizin məhsuludur. Onu biz yaratmışıq sadəcə necə idarə olunduğunu unutmuşuq.

Depressiya keçirən insanlara son bir cümlə demək istərdim .

“ Gələcək yorğun və bezmiş insanlara deyil , rahatlığını pozub mübarizə apara bilən insanlara məxsusdur.”

Markus Tallius Cicero

Bəyimxanım Bəhməni

Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi

Go Back

20 nəticə göstərilir