Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixoloji Məsləhət"

Ağlamaq istəyəndə, ağlayın

Bildiyimiz kimi, gülmənin insan sağlamlığına təsiri böyükdür. Bir çox həkimlər daha uzun yaşamaq üçün daha çox gülün deyir. 

Bəs ağlamaq? Ağlamaq zərərlimidir? 

Əlbəttə ki, Xeyr! Ağlamanın faydaları üzərində bir çox araşdırmalar aparılmışdır, gəlin onlara nəzər salaq. İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi- qadını necə olmursa, ağlamanın da olmaz. 

Endorfin
Ağlamaq endorfin hormonun ifrazına səbəb olur. Endorfini «xoşbəxtlik hormonu» adlandırırlar. Məhz bu səbəbdən insanlar ağlayanda sakitləşir, özünü daha yaxşı hiss edirlər. Endorfinin bir faydası da ağrıların azaltmasıdır. Bu səbəbdən baş, diş və s. ağrılar zamanı ağlayanda biz ağrıların azalmasını hiss edirik. 

Duyğuları xaricə çıxarır
Psixoloqların hər zaman necə çalışdıqlarını düşünün. Sizi davamlı olaraq danışdırır — dərdinizi, uşaqlığınızı, ağlınızda qalan fikirləri və sizi kədərləndirən şeyləri… çünki bu, həm həkimin sizi tanımasını təmin edir, həm də içinizdə toplanan problemləri birinə danışdığınızda rahatlamağınıza səbəb olur. Davamlı içə atılan dərdlər və basdırılan duyğular sonrakı səhifələrdə inanılmaz bir şəkildə partlayaraq sizi psixoloji pozuntulara qədər apara bilər. 

Ağlamaq, üzləşməkdən qaçmayıb gözlərinizin önünə gətirdiyiniz bir gerçəyi danışıb xilas olmaq kimidir. Ağlamaqdan qorxmayın. 

Ruh sağlamlığı 
Sosial və klinik psixologiya jurnalında 2008-ci ildə edilən bir çalışmada ağlayan insanların ruh sağlamlığının daha tez düzəldiyi bilindi. Xüsusilə, bir sevinc sonrası gələn ağlamanın ruh sağlamlığına pozitiv yöndə maksimum təsir etdiyi görüldü. 

Sakitləşdirir
Ağlamaq bir sakitləşdirici dərman kimidir. Ən təbii və ən təsirlilərindən. Ümumillikdə insanlar ağladıqdan sonra adətən yatmaq istəyirlər. Çünki sakitləşdirici bədənə yayılmışdır və insan özünü halsız hiss edir. Bu da hər hansı bir şəkildə özünə və ya ətrafına zərər verəbiləcək olan birinin sakitləşməsini təmin edər. 

Gözləri təmizləyər
Vücudunuzun bir çox toksini göz yaşlarınız ilə ata bildiyini bilirdinizmi? Ağlamaq həm vücudunuzdakı kimyəvi maddələrin xaricə çıxmasına köməkçi olur, həm də gözünüzü bakteriyalardan təmizləyər. 
Beləliklə, ağlamaq istəyirsinizsə, heç kəsi vecinizə almayın və ağlayın!

Lakin!
Bəzi astma xəstələrində uzun müddətli ağlamaların ardından nəfəs darlığı kimi kritik nəticələr baş verir. Bu səbəbdən astma xəstələri və nəfəs problemi olanlar, lütfən uzun müddətli bir şəkildə ağlamasın və özünü təlqin edərək rahatlasın ki, sağlamlıqlarına zərər verəbiləcək şəkildə təsirlənməsinlər.

Günay Babazadə

Kayzen.az

Go Back

Vacib qərarları xoşbəxt olanda verin

Vacib qərarlarınızı xoşbəxt olduğunuz zamanlarda verin. Xoşbəxt olmadığınız zamanlarda sadəcə əlinizdə olduğunu, xoşbəxt olduğunuz zamanlarda isə gələcəklə bağlı planlarınızı qurun. 

Çikaqo Univertsitetinin Psixoloqu Aparna Labroo və Georgia Universitetinin psixoloqu Vanessa Patricky, apardıqları bir araşdırmada insanların mövcud olduğu vəziyyətin onların qərarlarına necə təsirt etdiyini açıqlayıb. 

Əhval-ruhiyyə  — Psixoloq Labroo və Patrick, kollec tələbələri üzərində yaxşı və pis əhvalın onların qərarlarına necə təsir etdiyini və baxışlarının nə olduğunu araşdırıb. İlk öncə onlara 10 ədəd iş siyahısı verilib. Siyahıda işlərin yanına gülüş və qəmgin işarə qoymaları istənilib. Həmin işarələrə görə onları qruplara ayırıblar. Onları xoşbəxt edən və qəmgin edən işlər verilib. 

Daha sonra imtahanın niyə lazım olduğu və həyatlarına necə təsir edəcəyini soruşulub. Xoşbəxt insanlar imtahanın gələcək karyeraları üçün lazım olduğunu, digər qrup isə bunun nəyə lazım olduğunu deyib. 

Kədərli halda qərar verməyə çalışmayın – araşdırma nəticəsində bəlli olub ki, insanlar əhval-ruhiyyədən asılı olaraq hadisələrə müsbət və ya mənfi reaksiya verir. Xoşbəxt insanlar gələcəyi düşünərək hadisələrə düzgün qiymət verir. 

Psixoloq Labroo və Patrick “İnsanlar mövcud olduqları vəziyyətdən kənara çıxıb, olanları rəsm halına gətirib hadisələrə pozitiv baxmalıdırlar. Neqativ düşünən insanlar isə gələcəklə bağlı bütün fürsətləri görməyi əngəlləyir və pis qərarlar verməyə səbəb olur. Gələcəklə bağlı qərarlar verəndə xoşbəxt olduğunuz zamanları seçin”.

Kayzen.az

Go Back

Yandım, elə yandım... – PSİXOLOQ YAZIR

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov yazır. Bu dəfəki məqalə emosional yanma (burn out) sindromu haqqındadır.

Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm - sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə.

Yandım, elə yandım...
Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.

Varmı mənə yan baxan?
Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.

Dama dama göl olar
İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin entuziazmla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.

Hər şey üstümə-üstümə gəlir
Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.

Mən yoruldum, həyat
Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır:
Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı.

Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik.

Bihevioral simptomlar: yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi.

Səbəbləri:
Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır.

Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır. Emosional yanma sindromunun meydana gəlməsində olduqca təsirli 3 vəziyyət diqqəti çəkir:

Rol konflikti: Bir-biriylə üst-üstə düşməyən məsuliyyətləri daşıyan insan prioritetlər qoyaraq məsuliyyətlərini sıralamaq yerinə, hər şeyi eyni səviyyədə yaxşı etməyə çalışır. Bu vəziyyətdə müəyyən müddət keçəndən sonra insanda yorğunluq yaranır və nəticədə burn-out sindromu baş verir.

Rolun qeyri-müəyyənliyi: İşçi özü ilə bağlı mükəmməl karyera portreti çəkdiyini düşünür; amma özünə model seçəcəyi biri olmadığından bunu necə edəcəyindən əmin olmur. Bu səbəbdən faydalı olacaq heç bir şeyi bacara bilmədiyi qənaətinə qapılır.

Həddindən artıq yüklənmə: Heç kimə "xeyr" deməyərək öhdəsindən çətinliklə gələcəyi məsuliyyətlə yüklənən şəxs nəticədə tükənmə nöqtəsinə gəlib çıxır.

Bunların xaricində iş mühitiylə əlaqədar bəzi problemlər də stressə və şəxsin özünü işdə bədbəxt hiss etməsinə səbəb olur.
Burn-out sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil. Bu şərtlər qədər insanın özünə aid xüsusiyyətlər də qeyd olunan sindromun ortaya çıxmasına təsir edir. Emosional yanma sindromu özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara dəyər verən, onların ehtiyaclarını qarşılamağa çalışan, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və idealları olan, gördüyü işə gəlir gətirən bir sahə olmaqla yanaşı, başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və mənfi qiymətləndirməyə meylli insanlarda daha çox rast gəlinir. Həmçinin, insanın iş, ailə və sosial həyat kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromun ortaya çıxmasına şərait yaradır.

Sindromun terapiyası:
Ümumiyyətlə fərdi, təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan yanma, bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir. Təsirli müdaxilə həm fərdi, həm də təşkilati zəmində olmalıdır. Ən vacib olan birinci növbədə sindromu yaradan faktorların aradan qaldırılması, bu, olmasa belə, erkən dövrdə diaqnoz qoyularaq sürətli müdaxilə planının tətbiq edilməsidir. Bütün hallarda problemin həlli yenə də insana dirənib qalır. O insan ki, hansı şəraitdə necə yaşamağından asılı olmayaraq həyatına rəng qatmağı bacarmalı, azından buna cəhd etməli, tutunacaq bir dəyər sistemini yaratmalıdır. Belə olan təqdirdə emosional yanma sindromu baş versə belə, insan tez bir zamanda səfərbər olub, problemi aradan qaldıra bilər. Günümüzdə tutunacaq dəyər tapmaq bir qədər çətin olsa da, cəhd etməyə dəyər. Həyata bütöv bir sistem kimi yanaşmaq lazımdı. O sistemdə bizdən yaxşı və bizdən pis durumda yaşayan insanlar olub, bundan sonra da olacaq. Necə deyərlər, baxdığımız yerdəyik.

Go Back

Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır

Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir. 
Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir. 
Sabitlik təbiətə və insan həyatına ziddir. Sabitlik ölümə bərabərdir. 
Bir çox qadın və kişi əsarəti sevərək böyüyür və inqilab ağıllarından belə keçmir. 
Məqsədsiz uşaqlar üçün milçəklər nədirsə, biz də tanrılar üçün oyuq. Əylənmək üçün bizi ölüdürürlər. 
Bəlkə də dünya başqa bir planetin cəhənnəmidir. 
Əgər fərqlisənsə, yalnızlığa məhkum olacaqsan. 
Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır. 
Tarixdə baş verənlərdən dərs götürmək, tarix dərslərindən daha önəmlidir. 
Təcrübə bir insanın başına gələn şey deyil. Başına gələnlə necə rəftar etməsidir.

 

Oldos Haksli

Go Back

Xatırlana bilən mesajlar yaradın

Satış mütəxəssisləri, tez-tez hər hansı bir "marka obrazı" və ya "şirkət obrazı" yaratmağın vacibliyindən bəhs edirlər. Çünki onlar bu obrazların hüquqi baxımdan markanı dəstəkləyəcəyini düşünürlər. Lakin bu mütəxəssislər, "obrazlar"dan istifadə etməyin önəmliliyinə çox az diqqət yetirirlər.
Obrazlarmı, təsəvvürlərmi? 
Marka obrazı, hər hansı bir markanın simvola çevirdiyi modeldir. Heç şübhəsiz ki bu obrazlar çox önəmlidir. Amma təsəvvürlər, tamamilə fərqli bir şeydir, duyğularımızdan istifadə edərək zehinlərimizdə bir şeyin təmsilini yaratma müddətidir. Təsəvvürlər, bir şeyi zehnimizdə canlandırdığımız və onun necə göründüyünü, necə hiss yaratdığını, dadının necə olduğunu və s. xəyal etdiyimiz zaman yaranar.
Təsəvvürləri nə üçün nəzərə almamalıyıq? Bu mövzu, intellektual səviyyəsi yüksək olan psixoloqların işidir. Bu insanların illərlə davam edən araşdırmalardan nələr öyrəndiklərini bilməyə çalışsaq, xatırlana bilən və razı salan mesajlar hazırlamağın yolları haqqında çox şey öyrənə bilərik.
Xəyal Edin - Anlayın 
Psixoloqlar, reklamlarda daha artıq məlumat yerləşdirmə məsələsində diqqətli olmağımızı məsləhət görürlər. Daha çox məlumat, həddən artıq informasiya yükü daşıyır. Bu da istehlakçıların böyük ehtimalla reklamdakı məlumatları həyata keçirməmələri və ya unutmaları ilə nəticələnə bilər. Lakin təsəvvür, artıq informasiya yükünü qaldırmaq qabiliyyətinə malikdir. İnsanlara nə qədər çox üzərində düşünəcəkləri məlumatları versəniz, məhsul və ya xidmətinizlə bağlı təsəvvürlərini o qədər çox effektli edə bilərsiniz. Çox gözəl şəkildə hazırlanmış təsvirlər istehlakçıların, məhsul və ya xidmətin nə olduğunu və nə üçün bunu istəyə biləcəklərini daha yaxşı anlamalarına kömək olacaq.
Xəyal edin - Xatırlayın 
Araşdırmalar, hər hansı bir şeyi xəyal etdiyimiz zaman, əksər hallarda həmin şeyi daha yaxşı və uzun müddətli xatırladığımızı da göstərir. Məsələn, bir neçə nəfərə “almanı zehnində canlandır” söylədikdə, "alma" sözü göstərilənlərlə nisbətdə, almaları xatırlamaq, daha əvvəl gördükləri əşyalar siyahısından almaları seçmək və nə yeyəcəklərinə qərar vermək anında almanı təsəvvür etməkdə daha bacarıqlı olurlar. Marketinq baxımından bunun mənası, mümkün olan hər fürsətdə istehlakçıları marka adımız, loqomuz və loqomuzun təqdim edə biləcəyi faydaları xəyal etmək imkanı ilə təmin etməyin vacibliyidir. Çünki yaratdıqları təsəvvür, marka adının daha yaxşı xatırlanmasını, markanın məhşurluğunun artmasını, loqoların daha asan tanınmasını və tələblərin daha asan xatırlanmasını təmin edər. Bütün bunlar, çox önəmli ünsiyyət hədəfləridir.
Xəyal edin – İstəyin 
Təsəvvürün öyrənmə və yaddaş üzərindəki təsirini nəzərə alaraq, ondan məhsul və ya xidmətləri daha çox arzulanan səviyyədə etmək üçün də istifadə edilə bilər. Məsələn, hər hansı bir şəhərdə möhtəşəm bir istirahət reklamını düşünün. Reklama baxarkən, istirahətin nə qədər möhtəşəm olacağını düşünməyə başlayarsınız. Günəş şüası qəbul etməyi, bir palma ağacının altında sərin içkilər içməyi, ruhunuzu sərinlədən mehi, uzun zamandır oxumaq istədiyiniz romanı oxuduğunuzu xəyal edərsiniz. Reklam, elə oradaca və o anda bir tətilə nə qədər çox ehtiyac duyduğunuzu və həmin şəhərin tətil üçün çox gözəl bir seçim olduğunu düşünməyinizə səbəb olub. İstehlakçılar, ehtiyac duyduqları və ya istədikləri bir məhsul yoxdursa onu almazlar. Təsəvvür, arzunu canlandıra bilir.
Malı istifadə etdiyinizi xəyal edin - Onu sevin 
Ancaq dahası da var. İki ayrı məkan reklamı düşünün. Biri, rahat otaqlar və romantik restoran haqqında məlumat verir. Digəri, məkanın bu xüsusiyyətlərinin sizə nələr hiss etdirəcəyini göstərir. Bu reklam, təsəvvürlərimizə bir rəng qatır: Yalnız təqdim etdikləri xidməti xəyal etməyinizi istəmir, eyni zamanda sizi təklif etdiyi üstünlüklərdən istifadə etməyə və yararlanmağa çağırır. Araşdırmalar, məhsul və ya xidmətlərdən yararlanmağa çağıran mesajların, yalnız malı təqdim edən mesajlardan daha təsiredici olduğunu göstərir. İstehlakçıların təqdim etdiklərinizi sevmələrini istəyirsinizsə, yalnız məhsul və ya xidməti deyil, ondan istifadə etməyi və əla nəticələr almağı da xəyal etmələrini təmin edin.
Xəyal edin – Gözləyin 
İstehlakçılar, təqdim etdiklərinizdən istifadə etdiklərini və ondan yararlandıqlarını xəyal etdikdə onu daha çox sevməklə kifayətlənmirlər. Araşdırmalar, verilən mesajların, istehlakçıların aldıqları mala olan ümidlərində və satın alma qərarlarında da müsbət təsirinin olduğunu göstərir. Məsələn, bir araşdırma, kabel TV işlətdiklərini xəyal edən istehlakçıların, kabel TV-yə abunə olmaq imkanlarının daha yüksək olduğunu ortaya qoyub. Maldan və ya xidmətdən istifadə edərək əla zaman geçirdiklərini və ya mövcud bir problemi həll etmək üçün maldan istifadə etdiklərini xəyal edən istehlakçılar, malın bir xilaskar olduğuna inanacaqlar. Bu ümidlər, məhsulun satın alma ehtimallarını yüksəldəcək. Problem ondadır ki, istehlakçılar, malınızdan müsbət nəticələr gözləyərlər, əgər mal bu istəyi qarşılamazsa, heç də məmnun olmayacaqlar. Elə isə, sağlam təməllərə söykənməyən mesaj, istehlakçının xəyal etdiyi nəticəni verməzsə, yaradıcı mənasında uğursuzluqla nəticələnmək riski daşıyır.
Xəyalları canlandırmaq 
Təsəvvürlər bu qədər önəmlidirsə, insanların xəyal qurmalarına necə nail ola bilərik? Bir çox yol var və bu yollardan hansının nə üçün daha ugurlu olacağını öyrənməyə davam edirik.
Şəkillər və konkret sözlər. İnsanlar, onlara bir şəkil verdiyiniz zaman detalları daha yaxşı xatırlaya bilirlər, çünki şəkil, xəyal edə biləcəkləri konkret bir şey təqdim edir. Həmin şey, bir söz olaraq təqdim olunsa belə, mücərrəd deyil konkret olarsa, daha yaxşı xatırlanır. Məsələn, istehlakçılar "Qəhvərəngi çaydan" olaraq ifadə edilən bir çörək markasını, "Qürur" adlanan bir markaya nisbətdə daha çox xatırlayırlar, çünki zehinlərində qəhvə rəngli bir çaydanı daha asan canlandıra bilirlər. Bir "Qurur" ifadəsini isə mücərrəd söz olduğu üçün onu fikirlərində canlandırmaqları çox çətindir.
Təsəvvür təlimatları
Təsəvvürü canlandırmağın daha asan bir yolu, istehlakçılardan bu işə başlamalarını tələb etməkdir. "Bunu gözünüzdə canlandırın", və ya "bunu xəyal edin" deyə bilər, markanızın özəlliklərini və faydalarını anlada bilərsiniz. Təsəvvür təlimatları, şəkillərdən istifadənin imkansız olduğu radio kimi məkanlarda xüsusilə yararlı ola bilər. Təsəvvür təlimatları haqqında bir xəbərdarlıq: Hədəf kütləniz malı ilk dəfə satın alanlardan ibarətdirsə, təsəvvürləri canlandırmaqda işə yaramaz. Hədəf kütləniz, malın istifadəsi haqqında əvvəlcədən təcrübə sahibi olmadıqlarından, hansı məqama söykənərək onu istifadə etdiklərini xəyal edə bilərlər?
Eyni şəkildə, hər hansı bir şeyi xəyal edə bilmək üçün, ağlımızda canlandırdığımız təsəvvürlərə fokuslanmağınız və ətrafda olanlara görə diqqətimizi yayındırmamağınız lazım gəldiyini qəbul edək. Bir reklamda musiqi, səs effektləri, fərqli səhnələr kimi çox ünsür varsa, istehlakçıların təsəvvürləri yaddaşlarında saxlama bacarıqlarına pis təsir göstərə bilər. Bu səbəblə, təsəvvür təlimatları, radio və TV yayımları ilə müqayisədə, mətbuatda daha effektli ola bilər, çünki istehlakçılar, reklamdan məlumat alıb-almayacaqlarını, nə zaman və nə dərəcəyə qədər alacaqlarına nəzarət edə bilərlər. (Beləcə, təsəvvürü yaddaşlarında saxlaya bilərlər.)
Yönləndirilmiş təsəvvür
Təsəvvür təlimatlarıyla bağlı potensial problemlərdən biri də istehlakçıların öz təsəvvürlərini yaratmaqlarıdır. Bu təsəvvürlər, hər zaman müsbət nəticə verməyə bilər və şəxsin öz təcrübələrindən qaynaqlanan tipik təsəvvürlər ola bilər. Məsələn, istehlakçılara “Mercedes” sahibi olmağı xəyal etmələrini söylədiyinizi hesab edək. Əgər bir “Mercedes”ləri varsa və tez-tez problem çıxarırsa nə olacaq? “Mercedes” xəyal etmək, alıcıya maşınının nə qədər aramsız xarab olduğunu, onu nə qədər hirsləndirdiyini, çatmaq istədiyi yerə güvənliklə və zamanında çatıb-çatmayacağı barədə nə qədər çox narahatlıq içində yaşadığını xatırladacaq. İstehlakçılar, detalları öz təsəvvür etmə təcrübələrinə görə tamamlaya biləcəklərindən (hər zaman müsbət yöndə olmaya bilər), bəzən onlardan nəyi xəyal etmələrini istədiyimiz barəsində çox açıq və konkret davranmalıyıq. Bu, yönəldilmiş təsəvvür sayılır, çünki əsas etibarilə mesajın irəli sürdüyü fikri yönəldirik.
Təsəvvürlər ağlımızdakı filmlərdən başqa bir şey deyil. Filmlərin bir şeyi anlamaq, xatırlamaq, sevmək və gözləmək məsələsində nə qədər effektli ola biləcəyini bilirsiniz. Nəzərə alın ki, istehlakçılar özlərinin istehsal etdikləri filmlərin daxili gücüdür.

 

Marketinq jurnalı

Go Back

Uşağınızın yaddaşını yoxlayın!- TEST

Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Həkimə müraciət edərkən, valideynlər uşaqlarında sonradan yaranmış yaddaş zəifləməsi, halsızlıq, yorğunluq kimi şikayətləri qeyd edirlər. Uşaq məktəb proqramının mənimsənilməsində çətinlik çəkir, bu isə valideynlərin narahatçılığına səbəb olur.

Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.

İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:

- Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)

- Qurd invaziyası

- Lyamblioz

- Disbakterioz zamanı və sairə. Yaddaşın pozulmasının digər səbəbləri:

- Kəllə-beyin travması

- Xroniki stress, xroniki yorğunluq

- Hipovitaminoz

- Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.

Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.

20 saniyə ərzində cədvələ baxın.

Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.

Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz - yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.

Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.

Daha az rəqəm - aşağı yaddaşdan xəbər verir.

Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Lunar.az

Şəhla Rüstəmova

 

Go Back

Sevgi riyaziyyatı

Xanım və ya Cənab Mükəmməli tapıb-tapmadığınızı necə öyrənə bilərsiniz? Bu çox qədim bir dilemmadır.
Bəlkə də ürəyinizdə düşünürsünüz ki, ev-ailə olmaqda tələsmisiniz və daha yaxşısını tapmaq olardı. Ya da qorxursunuz ki, əldə olanı buraxsanız, bunun kimi yaxşısını bir də heç vaxt tapmaya bilərsiniz.
Ailə, ev olmağın vaxtını necə təyin etmək olar? Riyaziyyat bizə ən yaxşı ömür-gün yoldaşını tapmaqda kömək edə bilərmi?
BBC-nin “More or Less” proqramına müsahibəsində riyaziyyatçı Matt Parker “optimal dayanma problemi” adlandırdığı məsələnin həllinə elmi yanaşma təklif edib.
“Partnyorları tanımaq üçün onlarla görüşüb söhbət edərkən, siz namizədləri saf-çürük edirsiniz, birisini siyahıdan silirsiniz, lakin sonradan həmin namizədə qayıdıb, “bura bax, mən fikrimi dəyişmişəm – indi bilmişəm ki, sən mənim tapa biləcəklərimdən ən yaxşısısan” demək həmişə çox çətindir” – deyir riyaziyyatçı. 
Lakin digər tərəfdən keyfiyyətlisini tapmaq üçün xeyli namizədi yoxlamaq lazım gəlir.* Alim deyir ki, riyazi baxımdan ən yaxşı namizədi tapmaq üçün bir ömür boyunca, orta hesabla tutaq ki, 100 namizədi nəzərdən keçirmək lazımdır.
Sonra bu rəqəmin kvadrat kökünü hesablayırsınız. İndiki halda bu rəqəm 10-dur. Keyfiyyəti təhlil etmək üçün siz ilk on nəfəri nəzərdən keçirirsiniz. Onların hamısından imtina etsəniz də, informasiyanı araşdırma bankına ötürürsünüz.
“Bəlkə də onları bir cədvəldə qeyd edib saxlamaq yaxşıdır” – deyir cənab Parker.
“Bunu etdikdən sonra, ən yaxşısını tapanadək siz başqa namizədlərlə görüşləri davam etdirirsiniz. Sonra bu ən yaxşını ilk siyahınızla tutuşdurursunuz. Bu, sizə nəticədə orta hesabla ən yaxşı namizədi verir” – deyir araşdırmaçı.
Matt Parker: Tədqiqat göstərir ki, adamların əksəriyyəti həyat yoldaşı axtararkən çox erkən qərar qəbul edir.
Əlbəttə bu düstur kamil deyil. Birisinin keyfiyyətini müəyyən etmək üçün onunla nə qədər görüşmək lazımdır? İnsanları obyektiv şəkildə necə qiymətləndirmək olar və təminat varmı ki, bu “keyfiyyət” illər keçdikcə dəyişməyəcək? Bəlkə elə sizin öz keyfiyyətiniz də dəyişəcək?
Biz həm də ehtimal edirik ki, siz həyatınız boyu görüşəcəyiniz adamların sayını dəqiq bilirsiniz.* “Riyazi modelin yaxşı işləməsi sizin nə qədər ehtimalları hesablamaya daxil etmənizdən və bu ehtimalların nə dərəcədə dəqiq olmasından asılıdır” – deyir Parker.
“Tədqiqat göstərir ki, adamların əksəriyyəti ailə qurmaqda tələsir. Özü də burada söhbət təkcə həyat yoldaşı tapmaqdan getmir. Ev, işlənmiş maşın alanda da bu cür olur. Odur ki, bu model sizə neçə nümunəni nəzərdən keçirmək barədə müəyyən ipucu verə bilər”.
“Lakin digər tərəfdən internetdə görüşməyin mənfi cəhəti budur ki, burada araşdırmanın uzun zəncirini dayandırmaq olmur. Həmişə düşünürsən ki, yəqin hələ də hardasa daha yaxşı namizəd var”.
“Siz alqoritmə kor-koranə tabe olmamalısınız, lakin bu sizin nə etməli olduğunuzu təxminən göstərən ağlabatan təlimatdır”.

kayzen.az

Go Back

Səhv etməkdə qorxulu heç nə yoxdur

1. Sadəcə getməyə davam edin
“Nə qədər asta getməyiniz vacib deyil, o vaxta qədər ki, dayanmayasınız” Əgər düzgün yolla getməyə davam etsəniz, onda son nəticədə istədiyiniz təyinat məntəqəsinə gedib çıxa biləcəksiniz. Çətin iş davamlı şəkildə yerinə yetirilməldiri. O, insanlar uğura nail olur ki – onlar şəraitdə baxmayaraq, öz ideyalarına sadiq qalır və hədəflərinə doğru hərəkət edirlər. 

2. Sizin dostlarınız böyük əhəmiyyət kəsb edir 
“Sizdən daha yaxşı olmayan insanlar ilə heç zaman dostluq qurmayın” Sizin dostlar özlüyündə sizin gələcək müqəddəratınızı əks etdirir. Siz, onların indi olduqları yerə doğru hərəkət edirsiniz. Bu, sizin də seçmiş olduğunuz istiqamətdə hərəkət edən insanlar ilə dostluq yaratmaq üçün yaxşı səbəb ola bilər. Ona görə də özünüzü ürəyi həyat eşqi ilə dolu olan və müvəffəqiyyətli insanlar ilə əhatə edin. 

3. Yaxşı şeylərin əvəzini ödəmək lazımdır
“Nifrət etmək asan, sevmək çətindir. Həyatımızda bir çox nüanslar məhz buna əsaslanır. Yaxşı olan hər şeyə nail olmaq çətindir, pislik qazanmaq isə əksinə çox asandır” Bu çox şeyi izah edir. Nifrət etmək asandır, neqativləri büruzə vermək də həmçinin, sonra özünə haqq qazandırmaq da asan yoldur. Sevgi, mərhəmət (bağışlamaq) və xeyirxahlıq böyük ürək, böyük ağıl və böyük zəhmət tələb edir. 

4. Əvvəlcə vasitələri (alətləri) hazırlayın 
“Həyat gözləntiləri əzmkarlıqdan və çalışqanlıqdan asılıdır. Öz işini təkmmilləşdirmək istəyən mexanik, əvvəlcə alətlərini hazırlamalıdır” Konfutsi deyərdi: “Müvəffəqiyyət hazırlıq səviyyəsindən asılıdır və müqaviq hazırlıq səviyyəsi olmazsa, mütləq uğursuzluq üz verəcək”. Həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, əgər uğura nail olmaq istəyirsinizsə, əvvəlcə hazırlaşmalısınız. Hətta ən böyük uğursuzluq, uğura gedən yolu sürətləndirə bilər. 

5. Səhv etməkdə qorxulu heç nə yoxdur 
Əslində səhv etməkdə qorxulu heç nə yoxdur, lazımı təcrübəni qazandıqdan sonra bu səhvi daima özünüzə xatırlatmayın. Boş şeylərə görə əziyyət çəkmməyin, özünüzü incitməyin. Yol verilən səhvlər heç də bağışlanmaz cinayətlər deyil. Səhvlərə gününüzü korlamaq imkanı verməyin. Neqativ düşüncələrin fikrinizə hakim kəsilməsinə izn verməyin. Səhv etməkdə qorxulu heç nə yoxdur! Səhvlərinizi bayram edin. 

6. Hərəkətlərin nəticəsinə diqqət yetirin
“Qəzəbli olanda nəticələr haqqında düşünün” Solomon deyərdi: ” Səbirli insan cəsürda, özünü idarə edən insan isə şəhər fatehlərindən daha yaxşıdır”. Həmişə yadda saxlayın, özünənəzarəti və özünüidarəni qoruyub saxlamaq lazımdır və həmişə nəticələri gözünüzün qabağıan gətirin 

7. Düzəlişlər edin
“Əgər hədəflərə nail olmağın mümkünsüzlüyü, özünü aşkar göstərərsə, hədəflərə deyil, hərəkətlərə düzəliş edin” Əgər sizin hədəflərin yerinə yetməsi bu il qeyri mümkün görünərsə, onda onlara nail olma planına nəzrə salmağın və korrektə etməyin əsl məqamı yetişib. Uğursuzluğu bir variant kimi qəbul etməyin, öz uğur yelkənlərinizi açın və öz hədəfinizə doğru rəvan hərəkət edin. 

8. Siz hər kəsdən öyrənə bilərsiniz
“Əgər mən digər iki insanla yol gedirəmsə, onda onlardan hər biri mənim müəllimim rolunda çıxış edəcək. Mən onlardan birinin müsbət cəhətlərini təlqin etməyə, digərinin isə mənfilərini özümdə korrektə etməyə çalışacağam” Siz kəsdən dərs ala bilərsiniz və almalısınız, istər o fırıldaqçı olsun, istər də müqəddəs. Hər bir ömür – dərslərlə dolu bir tarixdir. Məsələn Uill Smitin həyat dərslərindən və ya Eynşteynin həyat fəlsəfəsindən özünüz üçün nəsə mənimsəyə bilərsiniz.

9. Ya hər şey, ya da heç nə
“Həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, gördüyünüz işə ürəyinizi qoyun” Nə edirsinizsə edin, amma bunu ürəkə edin, özünüzü işinizə tam həsr edin, ya da ümumiyyətlə bu işi unudun."

Konfutsi  

kayzen.az

 

Go Back

Danninq-Kruqer effekt

 

1999-cu ilə Kornell Universitetinin psixologiya şöbəsindəki elm adamları (Danninq və Kruqer) maraqlı araşdırma aparırlar. Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunur. Təcrübənin ilhamlandığı hadisə iki bankı qarət etmiş oğrunun üzünü limon suyu ilə islatdıqdan sonra kameralar tərəfindən gözəgörünməz olduğuna inanması olmuşdur.
 
Bu təcrübədə sübut olunur ki, səriştəsiz insanlar xəyali böyüklük (illusory superiority) halına düçar olaraq özlərinin olduqlardan daha çox çoxbilmiş hesab edirlər.
 
Digər nəticə isə ondan ibarətdir ki, qabiliyyətli insanlar öz qabilliyyətlərini kiçik görür və yanlış olaraq onlara asan gələn işlərin eyni zamanda hamıya da asan olduqlarını düşünür.
 
Danninq və Kruqer belə fikir irəli sürdülər ki:
1. Təcrübəsiz insan öz qabiliyyətinə ifrat dərəcədə çox dəyər verməyə meyillidir. 
2. Təcrübəsi olmayan birisi mütəxəssisin qabiliyyətini dərk edə bilmir.
3. Təcrübəsiz insan öz qabiliyyətsizliyinin ölçüsünü görmək iqtidarında deyil.
4. Əgər bu insanlara təhsil verilərsə keçmişdəki səhvlərini görüb qəbul edirlər.
 
Nəticə etibarilə bir insan bir mövzu haqqında nə qədər az bilirsə, həmin az bilik o insana hər şeyi bilirmiş kimi özünə arxayınlıq və özgüvən verir.
 
«Dünyanın dərdi, ağıllıların hər zaman şübhə içindəykən, avamların kobudcasına özlərindən əmin olmalarıdır.»
 Bertrand Russell

 

Araşdırma məqaləsi: http://www.ncbi.nlm.nih.gov/pubmed/10626367

Go Back

Xərçəng xəstələrinin psixoloji problemləri

Xərçəng diaqnozu qoyulan xəstədə, bu problemə qarşı həll etmə və reaksiya verməklə bağlı psixoloji problemlər yaranır. Xərçəngin varlığı xəstədə və yaxınlarında həyata dair bütün sahələrdə müəyyən formada travmaların ortaya çıxmasına səbəb olur. Normal şərtlərdə kənardan anlaşılmayacaq psixoloji problemlər proqressivləşir və daha diqqət çəkən bir vəziyyət alır. 

Bu mərhələdə həkimin və digər səhiyyə işçilərinin vəzifəsi həm ailəyə həm də xəstəyə bu problemi həll etmə, normal həyat tələbatlarını yerinə yetirə bilmə mövzusunda kömək edəcək. Bu istiqamətdən baxdıqda xüsusiləşmiş şəxslər (psixiatr, psixoloq) xaricində onkoloq-həkim, digər işçi heyyət və xəstəyə dəstək olacaq yaxınlarının da mövzu ilə bağlı məlumatlandırılması vacib amil hesab olunur.

Xərçəng xəstəliyindən əziyət çəkən xəstədə itkilər və buna qarşı göstərilən reaksiyalar:
Xərçəng xəstələrində xəstəliyin və terapiyanın yaratdığı çətinliklərə bağlı olaraq maddi və mənəvi bəzi itkilər yaşanır. Ümumiyyətlə, xəstəlikdən qaynaqlanan sağlamlığın itirilməsi, fiziki bütünlüyün pozulması, narahatlıq və fiziki şəklin pozuntusu ən çox rast gəlinən itkilərdir. 

Xəstənin özündən və ya mühitindən qaynaqlanan səbəblərlə yaxın dostlarının uzaqlaşması halı ortaya çıxa bilər. Bunun səbəbi xəstənin müalicə məqsədli olaraq davamlı yaşadığı məkanı tərk etməsi, dostları tərəfindən rədd edilməsi və ya öz xəstəliyindən dolayı başqalarının əziyyət çəkməməsi istəyi ilə izolə etməsi ola bilər. Görülməsi lazım olan gündəlik fəaliyyətlərdə itkilər məsələn, şəxsi baxımın əksikliyi, iş itkisi, fəaliyyətlərinə vaxt ayırmama kimi vəziyyətlər ortaya çıxır. Maliyyə itkiləri müalicə ehtiyaclarının qarşılanması səbəbiylə və ya işdən uzaqlaşma səbəbiylə özünü biruzə verir. Sonra fərdin özgüvəni və “niyə mən?” sualıyla birlikdə dini inanclarında azalma müşahidə edilir. Bu qədər narahatlıq yaradan itkidən sonra xəstənin özündə və yaxınlarında müxtəlif davranışların yaranmaması demək olar ki mümkünsüzdür. Bu davranışlar aşağıdakı şəkildə açıqlana bilər:

  • Əsəbilik və düşmənçilik
  • Anksiyetə (narahatlıq)
  • Günahkarlıq
  • Sui-istifadə
  • Daxilə yönəlmə
  • Depressiya
  • Asılılıq
  • Psixoz

Əsəbilik və düşmənçilik ən çox rastlanılan reaksiyadır. Mənbəyində xəstəliyə qarşı hirsin həkimlərə, tibb işçilərinə və yaxınlara əks olunması dayanır. Xəstə və yaxınları tez-tez o an daxilində olduqları vəziyyətdən daha əvvəl terapiya və baxımlarını müşahidə edən şəxslərin məsul olduqlarını günahlandırıcı formada ifadə edirlər. Ümumi narahatlıq vəziyyəti ilə agitasiya, konsentrasiyanın aşağı düşməsi, yuxu problemləri, kompulsiv (təkrarlayıcı) davravranışlarla özünü göstərir. Bu vəziyyət xəstədə mövcud olan subyektiv simptomlardan ağrını daha da artırır. Günahkarlıq reaksiyalarında özünü və ətrafındakıları günahlandırma ortaya çıxır və xəstəliyinin hansı günaylarından qaynaqlandığını araşdırar.

Sui-istifadə vəziyyətində isə xəstə ətrafından davamlı güzəşt etmələrini istəyər. Bəzən bu işi o qədər çox edirlər ki bu istəkləri qarşılamaq imkansız olur. Ən çox istənilən isə onlara məxsus davranışların edilməsidir. Beləliklə, xəstə yaşadığı itkiləri qarşılaya biləcəyini düşünür. Daxilə yönəlmədə xəstə xəstəliyini artıq qəbul edib. Lakin edilən hər növ müdaxiləyə və xəbərdaredicilərə laqeyd yanaşır. Depressiya bəlkə də göstərilən reaksiyalar daxilində ən mənalısıdır. Yuxusuzluq, anoreksiya, geri çəkilmə, psixomotor geriləmə göstərir. 

Terapiyanı aparan komanda tərəfindən demans və ya beyin metastazı mümkünlüyü qarışdırıla bilər. Bunun üçün ayırıcı diaqnozu diqqətlə dəqiqləşdirmək lazımdır. Asılılıq vəziyyətində isə geriləyən sağlamlıq halı ilə müqayisəli olaraq xəstə öz funksiyalarını özü etməməyə başlayır və ətrafdakıların köməyinə ehtiyac duyur. Lakin bu vəziyyət xəstə tərəfindən şüuraltı formada irəli aparılır, tam asılılıq halına gətirilə bilir. Nəticədə xəstə öz-özünü yataqdan asılı vəziyyətə gətirə bilir. Psixoz görülmə nisbəti də nadir deyil və farmakoterapiyanı tələb edir.

Dəyərləndirmə və yanaşma
Xəstənin və yaxınlarının davranışlarındakı dəyişikliklər ən əsas mərhələlərdəndir. Buna görə də duyğusal risk faktorları dəyərləndirilməlidir. Daha əvvəlki duyğusal problemlərin varlığı, ona uyğun stress mənbələri tədqiq edilməli və yığılan məlumatların varlığı ortaya qoyulmalıdır. 

Əvvəlki xəstənin itkilər qarşısında necə reaksiya verdiyi öyrənilməlidir. Çünki əvvəlkilərə qarşı yaradılmış yanaşma modelləri təkrar istifadə oluna bilər. Yenə xəstənin fərdlərlə münasibətləri və özünə qarşı davranışları araşdırılmalıdır. Çünki ünsiyyət bacarıqları məhdud olan fərdlərə daha fərqli yanaşmaq lazım ola bilər. XƏstənin rutin fəaliyyətə dəyişiklikləri (cinsi fəaliyyət nizamı daxil) öyrənilməli, ailəsindən başqa dəstək alacağı şəxs və ya qurumların mövcudluğu öyrənilməlidir.

Əsas olaraq tibbi personalın xəstəyə qarşı simpatik, anlayışlı dinləyici olması vacibdir. Tibbi problemlər tam şəffaflığı ilə izah olunmaslı, başa düşülməyən məqamlar təkrarlanmalıdır. Xəstə ilə birlikdə hədəflər müəyyənləşməli, depressiyadakı və ya anksiyetə halındakı xəstəyə birbaşa yanaşılmalıdır. Xərçəng müalicəsi üçün yanaşmalarda elastik olmalı, alternativlər təqdim edilməli, xəstənin seçimlərinin də nəzərə alındığı vurğulanmalıdır. Cinsi həyatın davam ediləcəyi, xərçəngin keçici bir xəstəlik olmadığı pasiyentə başa salınmalıdır. XƏstə bütün bu yanaşmalara rəğmən problemli davranışlarını davam etdirirsə, onkoloji sahədə təcrübəli bir psixoloq ilə konsultasiya böyük əhəmiyyət daşıyır.

Nəticədə onkoloji sahədə çalışan bütün tibbi personalın sadəcə xərçəngin deyil, onun gətirdiyi psixo-sosial yükün fərqində olması lazımdır. Qaçılmaz sona gedən fərdlərin bu yoldakı addımlarında əllərindən tutan şəxs olmalı və bu yolu onlar üçün rahat bir vəziyyətə gətirməlidir.

 

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 
 

Go Back

Atanın peşmançılığı

«Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.
Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: „Salamat qal, ata!“, mən isə üz-gözümü turşudaraq deyərdim: »Çiyinlərini düz tut!" 
Sonra axşam hər şey yenidən başlanardı. Yolla evə qayıdarkən dizlərində şar oynatdığım görərdim. Çorablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edərdim.Corab bahadır-əgər onu öz pulunla almış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə, oğul, bunları sənin atan deyirdi!
Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin-qorxa-qorxa, baxışında kədərlə. Mənə mane olunduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: «Nə istəyirsən?»
Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atddm, boynumu qucaqlayıb öpdün. Balaca əllərin Allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin.

Oğul, bax bundan dərhal sonra qəzet əllərimdən sürüşüb yerə düşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çevirmişdir? Öcəşmək, danlamaq vərdişi-kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axı, səni sevmədiyimi demək olmazdı. İş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm.
Sənin xasiyyətində isə nə qədər sağlam, gözəl, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman özünü göstərirdi. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanına qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm.
Bu, günahı yumağın zəif yoludur. Bütün bunlan sən oyanarkən desəm, bilirəm ki, başa düşməzsən. Ancaq sabah əsl ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: «Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!»
Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin indi, çarpayında səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim".

kayzen.az

 

Go Back

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər  ümidin çox  dəqiq və konkret tərifidir.  Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir. 
Özünü tanıyan insan  heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə  bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan  insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

Daxili inam 
İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.

Özünəhörmət
Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir.  Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”. 
Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

Öyrəşdiyimiz ümidsizlik
Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər. 
Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli  işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün  özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.
Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır. 
Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın  məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir: 
Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,
İradəndən möhkəm yapış, bax gör nə olarsan!

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Go Back

Məqsədin müəyyənləşdirilməsi

Edvin Loke tərəfindən 1968-ci ildə irəli sürülən qaydaya əsasən, insanlar ətrafındakıların fikirlərinə önəm verməklə, onlara müxtəlif şərhlər edirlər. Daha sonra bu qaydaları öz yanaşma tərzlərinə uyğun olaraq dəyərləndirirlər. Yəni, hərkəs öz xüsusiyyətlərinə görə, nəyin yaxşı, nəyin pis olduğuna, doğru yoxsa yanlış olduğuna, faydalı olub-olmamasına qərar verir. Buna görə də, insan özündə müəyyən məqsədlər yaradır, gələcək davranışlarını da bu məqsədlərə görə təyin edir. 
Fərdlərin təyin etdiyi məqsədlər onların motivə olmalarına da təsirsiz ötüşmür. Buna görə də, əldə edilməsi çətin və olduqca əlçatmaz olan məqsədlər təyin edən fərdlər, əldə edilməsi asan olan məqsədlər təyin edən fərdlərlə müqayisədə daha çox performans göstərəcək və motivasiya olacaqlar. Qaydanın əsas olaraq 2 halı vardır: 
1. İnsanın qarşıya qoyduğu məqsədlər onun davranışına çox böyük təsir göstərir. Həmçinin qarşıya qoyulan məqsəd və niyyətlər iş həyatında daha uğurlu olmağa səbəb ola bilər. 
2. Bundan başqa, ətrafdan verilən qıcıqlandırıcılar məqsəd və niyyətlərə təsir edərək, onların işlərində də özünü bilavasitə göstərmişdir. Qaydalara görə, məqsədlərin bir neçə xüsusiyyətləri vardır: 
• O nisbətdə artacağı nəticəni vermişdir. Yəni, bu, məqsədi ölçə bilmə dərəcəsidir, məqsədə çatma müşahidə də oluna bilər və müəyyən ölçü dərəcəsini ifadə edər. 
• Məqsədin güclülüyü. Təcrübələrdə özləri üçün güclü məqsədlər müəyyən edənlər daha yaxşı nəticə əldə edir. Son olaraq, məqsəd gücləşdikcə, uğur qazanmaq daha da çoxalır-deyə qeyd edilir. 
• Məqsədin qəbul olması. Məqsədin iş nailiyyətlərinə təsir etməsi üçün bu məqsədlərin həmin şəxs tərəfindən qəbul edilməsi lazımdır. Burada “ qəbul etmə” kəlməsi təkcə nəyəsə boyun əymək mənasını vermir, məqsədlərin mahiyyətini mənimsəmək lazım olduğunu bildirir. 
• Məqsədin müəyyən edilməsi. Qaydaya görə, işçilər məqsədlərini müəyyən etdikdə, qazandıqları uğur və nailiyyətlər də bir o qədər yüksək olur. 
• Məqsədə dair məlumatların verilməsi. Qaydaya görə, məqsədə görə məlumatların verilməsi məqsədə çatmaq üçün göstərilən səylə üst-üstə düşərsə, iş sahəsində uğurları artacaqdır. Çünki: 
1. İşlərində uğur qazanan bir insan aldığı məlumatlara əsasən, məqsədlərini müəyyən etməyə yönələcəkdir. 
2. Əvvəlki məqsədinə nail olduğunu görə bilən məqsədini daha da yüksəldəcəkdir. 
3. Qazandığı hər bir uğurunda səylə çalışdığını görə bilən, daha da həvəslə işləyəcək və daha çox səy göstərəcəkdir. 
4. İşçi digər işçilərlə iş metodikasının üsullarının inkişaf etdirilməsiylə bağlı olaraq, müxtəlif istiqamətlər verə bilər. 

 

Hazırladı: Qasımova Fatiməxanım

kayzen.az 

Go Back

Sevimli işinizi necə tapmalı?

Məktəb illərindən, daha dəqiq desək, ta birinci sinifdə oxuyandan özümüzü olmaq istədiyimiz sənətlərdə təsəvvür edirik. Kimimizdə bu, vaxtı gələndə real olur, kimimizdə isə dəyişmiş fikirlər olur. Bu mərhələyə gələnə qədər gah müəllimə, gah həkim, gah kosmonavt, gah stilist, gah da bank işçisi oluruq. 
Bəzən isə sevimli işimizi tapa bilmirik. Buna görə də, öz sevimli işinizi tapmaq üçün sizin üçün araşdırma apardıq. Bu yazını oxumaqla siz sevimli işinizi tapmaqda bəzi hiylələri öyrənəcəksiniz. 
Nədən başlamalı?
Xatırlayın
Ola bilsin ki, indi elə bir işlə məşğul olmaq istəyirsiniz ki, onunla artıq əvvəllər məşğul olmusunuz. Bəs hardan bilə bilərdiniz ki, bu iş sizin sevdiyiniz iş olacaq? Cavabı özünüzdə axtarın: yəqin ki, siz bir neçə il öncə rəfiqənizlə oturub ssenari yazırdınız ya da ki, kimya dərsində təcrübə etməyi çox sevirdiniz. Bu nüanslar sevdiyiniz işi tapmaqda ilk pillə ola bilər. 
Formullaşdır
Öz arzularınızı dilə gətirin. Birinci ümumidən başlayın. Məsələn: “ Mən idmanla məşğul olmaq istəyirəm” ya da “İstəyirəm mənim elə bir işim olsun ki, dənizlə bağlı olsun” və daha sonra detallı suallara keçin. Məhz hansı idmanı sevirsiniz, tək yoxsa qrupla məşğul olmaq istəyirsiniz, çəki atmaq üçün idmanla məşğul olmaq istəyirsiniz və ya sadəcə idmanı sevdiyiniz üçün – bütün bu suallara cavab tapmaqla siz məqsədinizi formullaşdıra biləcəksiniz. 
Vəziyyəti qiymətləndirin
Qiymətləndirin. Baxın, sizin seçdiyiniz peşəyə bazarda nə qədər ehtiyac var. Sizə nə qədər təlim lazımdır bu peşəni dərindən bilmək və nə qədər zaman, pul xərcləməlisiniz bunun üçün – bütün bunları nəzərdən keçirdib, dəyərləndirin. Yox əgər bu iş sevdiyiniz, davamlı olaraq məşğul olacağınız iş deyil, sadəcə xobbi olaraq məşğul olmaq istəyirsinizsə, bu zaman da yuxarıda qeyd olunan nüanslara diqqət etmək və dəyər vermək lazımdır. 
Nələri unutmaq lazımdır?
Stereotiplər
Əgər istədiyiniz iş üçün yenidən oxumaq lazımdırsa və sizin 25-dən çox yaşınız varsa o zaman ətrafınızdakı yaxın və digər insanların sizi yolunuzdan döndərmək kimi fikirlərinə hazır olun. Ki, “sənin yaşında oxumurlar, başqalarını öyrədilər”, “işlə oxumağı yanaşı apara bilməzsən”, “gecə tələbəsi olmamalısan” – bu kimi fikirlər eşidəcəksiniz və əslində də, həqiqət bunlardan ibarətdir. Siz həmin insanlara başa salın ki, hər yaşda oxumaq olur, yetər ki, o təhsili dəyərləndirəsiniz və məcbur deyil gündüz təhsil almaq. Yaxınlarınız sizin yaxşılığınızı istəsələr də, indiki halda siz onları dinləməli deyilsiniz. Sadəcə ona görə ki, bu həyat sizindir və onunla nə etməli olduğunuz barədə siz qərar verə bilərsiniz. 
Digərlərinin uğurları
Biz digərlərinə diqqət edirik və adətən, onların etdiklərini təkrar etməyə çalışırıq. Məsələn, bir rəfiqəniz fransız dili öyrənmək istəyirsə siz də onu öyrənməyə meyl salırsınız. Bu zaman siz digərlərinin arzusuna meyl saldığınız üçün öz arzularınızı xərcləmiş olursunuz. Buna görə də, siz öz məqsədinizə çatmaq üçün digərlərinin uğurları haqqında düşünməməlisiniz. 
Dəbdə olan trendlər
Öz real arzularınızı trend olmaq istəyindən ayırd etməyə çalışın. Yəni, dəbdə olan trend peşələr sizi daha çox cəlb edir yoxsa məhz sizin real arzunuz vacibdir? Məsələn, əgər siz dünən marafonda qaçmaq istəyirdinizsə bugün yoqa ilə məşğul olmağı düşünə yaxud da gözəllik bloqeri olub sosial şəbəkələrdə “like”lar, yaxşı şərhlər yazılmasını istəyərsiniz. Belə olduğu halda sizi yalnız məşhurluq maraqlandıra bilər və bu da, sizin həyatınıza mənfi təsir edə bilər.

kayzen.az

Go Back

Narsizmdə qoruyucu və adaptiv proseslər

Narsizmdə strukturlaşmış insanlar müdafiələrin tam spektrindən istifadə edə bilərlər, amma ən çox onlar ideallaşdırmadan və qiymətsizləşdirmədən asılıdırlar. Bu müdafiələr o mənada komplementardır ki, şəxsin ideallaşdırılması vaxtı "Mən" qiymətləndirilir və başqa insanların qiyməti itirilir və yaxud əksinə. Koxut (Kohut, 1971) "möhtəşəm "Mən" terminindən şəxsi böyüklüyün və üstünlüyün hissinin ötürülməsi zamanı istifadə etməyə başladı hansı ki, bu da şəxsiyyətin narsizmin iç dünyasının qütblərindən birini xarakterizə edirdi. "Qiymətləndirmənin" daimi prosesi olur, hansı ki, narsizm insanları istənilən problemə müraciət vaxtı istifadə edirlər: ən yaxşı həkim hansıdır? "ən yaxşı" məktəb hansıdır? Ən tələbkar təhsil sistemi hardadır? Məsələn, rəfiqələrimdən biri oğlunun “ən yaxşı” universitetə gedəcəyini düşünür. 

O oğlu ilə bir neçə görkəmli universitetlərə baş çəkdi. Hətta oğıu ilə müsahibə aparacaq müəllimlərə təşəkkür məktubu da göndərdi. Aprel ayında oğlu bir neçə ən yaxşı məktəblərdən təklif aldı. Ancaq oğlunun “Harvard” universitetinə qəbul olmadığı üçün çox məyus olmuşdur. Oğlan “Prinston” universitetində oxumağa başladı. Təhsillin birinci ilində ana oğlunu “Harvard” universitetinə köçürülməsi ilə əlaqədar xahişlərlə müsadirəyə almışdır. Və nəhayət bütün bu xahiş və təkliflərdən Harvard təslim oldu. Bu məsələdə qadın bilirdi ki, Harvard universitetində onun oğluna az diqqət ayıracaqlar, lakin buna baxmayaraq o hələ də oğlunun Harvardda oxumasının tərəfdarı idi. Baxmayaraq ki, qadının xarakteri narsizm deyildi, ancaq bu vəziyyətdə o oğluna narsizm münasibəti göstərirdi. 

Mənim tələbələrimdən birinin artistlik və ədəbiyyata meyilliliyinin çox olmasına baxmayaraq atası ona yalnız həkim yaxud hüquqşünas olarsansa, gələcəyinin parlaq olmasına inandırmışdır. Əks halda mümkün deyil . Tibb və hüquqda pullar daha çoxdur, başqa vəzifəni seçməklə karyerasına ziyan vurmuş olacaq. Oğlanı hər kəs narsizmi dəstəkləyən birisi kimi tanısa da o atasının mövqeyində qeyri-adi heçnə görmədi. Belə insanlar perfeksionist adlanırlar. Onlar öz qarşılarına real olmayan məsələlər qoyub və onu əldə etməyə çalışırlar. Hərdən narsizm insanlar məsələləri özünə hörmətlə həll edirlər. Bəzi pasiyentlər ideallaşdırmanın ömürlük nümunələrinə malikdirlər.

qadin.net

Go Back

Neqativ düşüncələrinizi zibil qutusuna atın...

Amerikalı alimlərin İspan həmkarlarıyla birlikdə etdiyi araşdırma, mənfi və istənilməyən düşüncələri yazıb zibil qutusuna atanların, psixoloji olaraq rahatladığını göstərdi. Araşdırmanı aparanlardan Richard Petty, bu yanaşmanın insanlara "axmaqca" gələ biləcəyini, lakin, düşüncələri "atmağın" işə yaradığını gördüklərini ifadə etdi. Ohio Dövlət Universitetindən Petty, insanların düşüncələrini konkret obyektlər kimi qiymətləndirdiklərini ifadə edir: "Düşüncələrimizdən onları görər kimi bəhs edirik. Düşüncələrimizə tutunuruq. Onlara arxalanırıq. Bütün bunlar real olmayan düşüncələrimizi belə bizim üçün daha gerçək hala gətirir" ifadəsini istifadə etdi. Alimlər mövzunu araşdırmaq üçün 3 təcrübə həyata keçirdilər.  Aparılan 3 təcrübədə, 78 İspan liseyi şagirdindən düşüncələrini yazmaları istənildi. Tələbələrin yarısından yazdıqlarını zibil qutusuna atmaları, digər yarısından isə düşüncələrini sadəcə yazmalarını istəyən alimlər, "düşüncələrini zibil qutusuna göndərənlərin neqativ fikirlərdən xilas olduğunu" gördü. Tədqiqatçılar hətta, müsbət düşüncələrini kağıza yazıb çantasında ya da pul kisəsində daşıyanlara da bunun müsbət təsir etdiyini ifadə etdilər. Düşüncələrin zibilə göndərildiyini xəyal etməyin isə təsirli olmadığı təyin olundu. Araşdırma, "Psychological Science" jurnalında dərc olundu.

motivasiya.com

Go Back

Bilməli olduğumuz 20 qayda

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır. 
1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir. 
2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır. 
3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yadda saxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz. 
4. Həmişə hamı ilə ünsiyyət quramağa çalışın. Ünsiyyət ustadına çevrilin. Insanda sizin xoşunuza gələcək, müsbət bir xüssusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin. 
5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq –sizin emosiyalarınızın sizin qərar qəbul etmə prosesinə hakim kəsliləcəyinə olan inamdır, amma əslində gerçəklik tamamı ilə buna ziddir. 
6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə oluqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qırılması ilə qurtula biləcəksiniz. 
7. Mümkün qədər çox halda, sizdən daha böyük olan insanlar ilə ünsiyyət quramağa çalışın. Yaşlılar ilə olan söhbətin dəyərliliyi ondadır ki, sizinlə həm yaşıd olan insanların qərar qəbul etmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə həm də eyni zamanda sizin hələ öyrənəcəyiniz çox şeyi artıq indidən bilirlər –ona görə də onlardan soruşmağa dəyər. 
8.Özünüzdən daha güclü olan adamlar axtarın (məhz sizi maraqlandıran sahədə) və onlarla vaxt keçirin. Bu amil özlüyündə çax vacibdir, amma nəticə az əhəmiyyətli deyil–öz qrupunuzda ortaq bir mövqe tutmağa, sırdan bir əməkdaş olmağa çalışmayın (maraqlı şeylər edin, təkəbbürlü, tez götürən, inadcıl olun, ambisiyalı davranın). 
9. Zaman keçdikcə siz daha konservativ olacaqsınız. Bu sadəcə faktdır. Sizin ətrafınızda olanlar, sanki bir qabarcıq yaradırlar, bu isə “status kvonu”nu (hadisələrim mövcud vəziyyətini saxlamağa xidmət edir. Ona görə də ən dəlisov və ağlasığmaz ideyaları məhz İNDİ reallaşdırmaq lazımdır. Sonra siz daha çox qorxaq və ürkək olacaqsınız. İnanın mənə. 
10. Xərclərinizi maksimal azaldın. Bu, sizə yuxarıda söylədiyimiz həmin dəlisov arzunu gerçəkləşdirmək üçün ehtiyat toplamağa icazə verəcək. 
11. Müxtəlif obyektlər ilə statusunuzu qaldırmaq əvəzinə, (çünki onların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır) onu təcrübə ilə yüksəldin. Başqa sözlərlə, Parisə səyahət etmək, daha yaxşı seçimdir, nəinki yeni bir şkaf və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyət səviyyəsini artırır. 
12. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o, sizə auksionlarda daha ucuz alış veriş etmək imkanı verəcək. Əgər siz indi əməkhaqqından-əməkhaqqına yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə, bir aya, daha sora isə üç aya planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət 1 ilə çatacaq. Məqsəd sizin beş il qabağa plan qura biləcəyiniz məqama yetişməkdir. 
13. Proyekt qurmağı öyrənin. Bu məntiqin, yaddaşın və təxəyyülü əla inkişaf etməyinə səbəb olur. 
14. Gənclikdə əlavə çəki yığmayın. Sizin hormonlarınız ilk öncə sizə bu məsələdə kömək olacaq, amma bu imkanı itirmək olmaz, inanın mənə. 
15. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınız çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək də imkanınız olacaq. 
16. Yuxunuzu yaxşı alın. Yaxşıca yatmaq və yeməyin sərbəst şəkildə hazırlanması sizə əlavə çəki yığmamağa kömək edəcək. Əgər “öləndə kifayət qədər yatmağa vaxtım olacaq”, “mən hələ çox şey etməliyəm, yatsam bunların heç birini çatdıra bilməyəcəm” deyə düşünsəniz, onda qoyun sizə deyim ki, yuxunuzu yaxşı almamış, siz yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının ixtisar edilməsi sizə heç nə ilə kömək etməyəcək.
17. Özünüz üçün gündəlik –yaddaş kitabçası tutun. Beyninizə qurulmuş yaddaş ilə kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, edilməsi vacib olan işləri gecikdirərək edəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizə başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar din. 
18. Özünüzə böyük hədəf təyin edin və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Özünüzə hədəf təyin etməsəniz, əlbəttə ki, şanslar olacaq, amma etsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox olacaq. 
19. Hər hansı bir işdə peşəkar-mütəxəssis olun. Beş ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun yol açıqdır, amma konkret bir seçim edin. (Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan). 
20. İnsanları düzəltməyə çalışmayın, daha yaxşı olar ki, hələ ki korlanmamış insanlar tapasınız.

kayzen.az

Go Back

Uşaqlarla bağlı ən çox soruşulan suallar

Salam.Yenimetlik dovurunde olan bir qiz sevgi hiss yasayir.Hec kes ve hecne gozunde deyil oglanla gorusurler,Hemde emiqizi emiogludular.Derslerinde zeyifleme gedir,Qiz ailesin en sevimli usagdir.Men ona nece komek ede bilerem,Ailsesine basa dusmezler onu bilrem,

Qeyd etdiyiniz davranış tərzi yeniyetməlik dövrünə müvafiqdir. Çalışın,prosesi ona başa salasınız.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət etməklə problemin həlli istiqamətində konkret addımlar atasınız.


Birinci sinifə başlama yaşını bilmək üçün test etdirməyə gərək varmı?

Gərək yoxdur. Normalda 72 ayını tamamlayan uşaqlar birinci sinifə başlaya bilər. Hələ öncədən bağçaya və məktəbə hazırlıq məşğələrini keçibsə deməli tam hazırdır. Uşaqla bağlı hansısa şübhəniz, narahatlığınız varsa bir mütəxəssis müayinəsindən keçməkdə fayda var.


Ata anaya qarşı rəftarda kobudluq edirsə və sevgisini göstərmirsə, ana diqqətsiz və sevgisiz qaldığını görürsə uşaqlara qarşı kifayət qədər faydalı ola bilər mi?

Heç vaxt. Ana- ata arasındakı xoşrəftar, qarşılıqlı sevgi və hörmər inanın uşağa çox böyük təsir edir. Bunu etmək məcburiyyətindəsiniz.


Həyat yoldaşımı 1 il öncə itirmişəm. 6 və 10 yaşında iki oğlum var. Yaxşı ana olduğuma inanıram. Atanın yerini necə doldura bilərəm?

Allah sizə səbr və güc versin. Bunun üçün anlayışlı bir bəylə evlənə bilərsiniz. Evlənmədən başqa baba, əmi, dayı kimi ailənin kişilərinə yaxın yerdə yaşamaq, onlarla sıx təmasda olmaq faydalıdır. Beləliklər təqlid edəcəkləri bir kişi modeli görürlər. Bir başqa xüsus da məktəbdə kişi müəllimi ilə münasibətini qursanız bu da “model olma” istiqamətində çox yaxşıdır.


Uşaqların gecə altlarını islatmaları ana- atanın tərbiyəsindən asılıdırmı?

Xeyr! Əsasən organik mənşəlidir. Amma uşaq bir müddət təmiz olub sonra altını islatmaya başladısa burda psixoloji faktorların olmasını göstərir. Ya uşaqda ana- atanı itirmə qorxusu və ya qısqanclıq hissi mövcuddur.


Atanın uşağa davamlı özünü tərifləməsi və misal göstərməsi, “mən sənin yaşındaykən çox çalışqan idim. Mən bu imkanlara sahib deyilkən belə idim elə idim” kimi sözlər spyləməsi və onu təmbəlliklə günahlandırması doğrumudur?

Qətiyyən, doğru deyil. Uşağa fayda yerinə zərər verir.

Hər uşağı olduğu şərait içərisində düşünmək gərəkir. Bu şəkildə özümüzlə müqayisə etmək alçaldarsaq bir müddət sonra onda özünə inamsızlıq formalaşacaq.


6 yaşında qızım, 4 yaşındaykən altını islatmağı kəsmişdir. Son 4 aydır təkrar gecə qalxmaya və altını islatmağa başladı. Nə edə bilərəm? Səbəbi nə ola bilər?

 Uşağın daxilində onu narahat edən bir problemi var. Bunu araşdırmaq lazımdır. Bəlkə ailəyə yeni bir körpə gəlib? Bu barədə onu rahatlatsaq problem həll olmağa başlayacaq. əlavə olaraq yatmazdan əvvəl mayə qəbulunu azaltmaq, altına bez və ya salafan sərməmək, idrarını qaçırdığı günləri qeydə almamaq və təmiz olduğu günlər ona məmnuniyyətimizi bildirmək çox faydalıdır.


Uşağımın hər istədiyini və onun üçün hər şeyin ən yaxşısını edirəm. Yenə əsəbi və narahatdır. 

Əslində arada onun istəklərinə “xeyr” deməlisiniz. Hər istədiyini etmək doğru deyil. Beləliklə övladınızı doyumsuz və hər şeydən narazı böyüdürsünüz. Uşaq, əlindəki nemətlərin fərqinə varmır. Həyatda da hər istədiyinin onun olacağına zənn edəcəkdir. Elə olmadığını görəndə isə bədbin və uğursuz olacaqdır.

 


6 yaşındakı uşağım çox tərsdir. “Olmaz” desəm belə sərt reaksiya verərək, istədiyini etmək istəyir.

İsrar etsə belə edilə bilməyəcək bir şey istəyirsə, etməyin! Uşaq bilməlidir ki, israr fayda verməyəcək. Beləliklə zamanla tərsliyindən əl çəkəcəkdir.


5 yaşındakı oğlum marketdə istədiyini almayınca səs- küy salaraq bizi utandırır. Məcbur qalıb istədiyini alırıq....

 Uşaq istədiyini utandıraraq əldə etməyə çalışır. Alınmayacaq istək olanda qətiyyətlə imtina edin. Özünü yerə çırpsa da, qışqırıb çığırsa da qəbul etməyin. Bir müddət sonra bu vərdişdən əl çəkəcəkdir.

 Narınc Rüstəmova

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, Psixoloq

Go Back

18 nəticə göstərilir